Məhkəmə qərarları › İş №1(125)-291/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-291/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-291/2023 10.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 338.1-ci maddəsi, CM-nin 221.1-ci maddəsi və CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş,məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşamış, məhkəmənin qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Zərərçəkmiş şəxs1 yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsi 47A saylı binanın zirzəməsinə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus 150 (yüz əlli manat) manat dəyərində 4 dəst alüminium qazan dəsti, 70 (yetmiş) manat dəyərində 1 ədəd su mühərriki, 80 (səksən) manat dəyərində avtomobil ehtiyyat hissələri (dinamo və statyor), 70 (yetmiş) manat dəyərində hamam aksessuarları, 50 (əlli) manat dəyərində 1 ədəd alüminium su qabı və 50 (əlli) manat dəyərində 1 ədəd soyuducu mühərrikini, ümumilikdə 470 (dörd yüz yetmiş) manat dəyərində özgə əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa, o təkrar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Gəncə şəhəri, Gülüstan qəsəbəsi bina 49 mənzil 5-də yaşayan Zərərçəkmiş şəxs2 yaşadığı binanın zirzəmisinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 40 (qırx) manat dəyərində kiçik ölçülü laqondanı, 1 ədəd 50 (əlli) manat dəyərində kiçik ölçülü direli, 1 ədəd 30 (otuz) manat dəyərində su matorunu, 1 ədəd 130 (yüz otuz) manat dəyərində taxta siyirəni, 1 ədəd 150 (yüz əlli) manat dəyərində 4 kiloqramlıq, 1 ədəd 80 (səksən) manat dəyərində 3 kiloqramlıq, 1 ədəd 60 (altmış) manat dəyərində 2 kiloqramlıq və 1 ədəd 20 (iyirmi) manat dəyərində sınıq vəziyyətdə 1 kiloqramlıq mecmayini, ümumi dəyəri 50 (əlli) manat təşkil edən və 3 predmetdən ibarət tava dəstini, 1 ədəd 25 (iyirmi beş) manat dəyərində ləyəni, ümumi dəyəri 20 (iyirmi) manat təşkil edən 2 ədəd aşsüzəni, dəyəri 80 (səksən) manat təşkil edən 3 ədəd çuqun qazanı, 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində odun samovarını və 1 ədəd 40 (qırx) manat dəyərində vintaçan dəstini oğurlayaraq özgə əmlakını gizli talayıb zərərçəkmiş şəxsə ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat maddi ziyan vurmuşdur. Bundan başqa, o təkrar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Gəncə şəhəri, Gülüstan qəsəbəsi bina 14, mənzil 30-da yaşayan Zərərçəkmiş şəxs4 yaşadığı binanın damında yerləşən və ona məxsus 250 (iki yüz əlli) manat dəyərində bir ədəd su mühərrikini hidrafor ilə birlikdə oğurlayaraq özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrar xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Gəncə şəhəri, Gülüstan qəsəbəsi bina 48 mənzil 38-də yaşayan X1 yaşadığı binanın zirzəmisinə daxil olaraq oradan ona məxsus 1 ədəd 120 (yüz iyirmi) manat dəyərində samovarı, 1 ədəd 40 (qırx) manat dəyərində qazanı və 10 ədəd 100 (yüz) manat dəyərində mürəbbə bankalarını oğurlayıb özgə əmlakını gizli talayaraq ümumilikdə zərərçəkmiş şəxsə 260 (iki yüz altmış) manat maddi ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, Gəncə şəhərində Gülüstan qəsəbəsində yaşadığı üçün həmin ərazini yaxşı tanıyır. Oğurluqlar etmək qərarına gəldiy üçün xx.xx.2022-ci il tarixdə gecə saatlarında 48 saylı binanın zirzəmisinin qapısının açıq olduğunu görmüş və gizlincə həmin zirzəmiyə daxil olub, oradan 1 ədəd samovar, 1 ədəd çıraq və 1 ədəd qazan oğurlamışdır. Həmin gecə oğurluq etmək məqsədi ilə digər binaların da arası ilə gəzərək, açıq zirzəmilər axtarmışdır. Buna görə elə həmin gecə 49 saylı binanın zirzəmisinin də qapısını açıq olduğunu görüb həmin zirzəmiyə daxil olmuş və zirzəmidə olan otaqları yoxlamışdır. Otaqlardan birinin qapısında olan qıfılı sındırmaqla həmin otağa daxil olmuş və orada bir sıra əşyalar olduğunu görmüşdür. Həmin zirzəmi otağından 1 ədəd su matoru, sayını dəqiq xatırlamadığı mecmayi, 1 ədəd çay samovarı, 1 ədəd ləyəni gizli şəkildə götürüb oranı tərk etmiş və yaşadığı evə aparmışdır. Səhəri gün isə həmin oğurladığı əşyalardan bir qismini Gülüstan qəsəbəsi ərazisində motosiklet ilə metal alan bir nəfər tanımadığı şəxsə 70 manata satmışdır. Bir gün sonra yəni, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə isə yenə oğurluq etmək qərarına gələrək, Gəncə şəhər Gülüstan qəsəbəsi 14 saylı binanın damına nərdivanla çıxaraq orada olan bir ədəd su mühərrikini hidrafor ilə birlikdə quraşdırıldığı yerdən sökərək, oğurlıb aparmışdır. xx.xx.2022-ci il tarixdə isə Gəncə şəhər “Köhnə Yevlax” avtovağzalı adlanan ərazidə yerləşən metal qəbul etmə məntəqəsinə oğurladığı əşyalardan samovar, çıraq və qazanı 40 manata satmış, su mühərrikini və hidraforu isə Gəncə qalası adlı bazarın yaxınlığında yerləşən qədimi əşya alışını və satışını həyata keçirilən mağazada Qabil adlı şəxsə 10 manata satmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə Gəncə şəhərində Gülüstan qəsəbəsində yerləşən “Üç qardaş” adlı marketin yaxınlığında yerləşən binadan oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə orada olan 47A saylı binanın zirzəməsinə keçərək zirzəminin qapısının qıfılını sındırmış və içəri daxil olmuşdur. O, zirzəmidən avtomobil ehtiyyat hissəsi statyor, 1 ədəd latun materialdan olan su krantı, 1 ədəd soyuducu mühərriki və 1 ədəd su mühərriki oğurlamışdır. Oğurladığı əşyaları yenə aparıb evinə qoymuş və onlardan su mühərrikindən başqa oğurladığı digər əşyaları metal qəbul etmə məntəqəsinə aparıb sataraq 25 manat qazanc əldə etmişdir. Oğurladığı su mühərrikini isə Qabil adlı şəxsə 10 manata satmışdır. Sonra oğurluq hadisələrini törətməkdə şübhəli şəxs kimi polis əməkdaşları yaşadığı binanın yaxınlğında onu saxlayaraq Gəncə şəhər BPİ-nə aparmış və orada törətdiyi cinayətləri etiraf etmişdir.Oğurluqları tək etmiş və ona heç kəs kömək etməmişdir. İfadəsində qeyd etdiyi əşyaları oğurlamağından heç kəsin xəbəri olmamışdır. O, oğurluq etdiyi binaların zirzəmisindən 1 ədəd avtomobil ehtiyyat hissəsi (statyor), latun materialdan olan su krantı, 1 ədəd soyuducu mühərriki, 1 ədəd su mühərriki oğurlamış, lakin 4 dəst alüminium qazan dəstini, dinamonu və mürəbbə bankalarını oğurlamamışdır. O, oğurladığı əşyaları satarkən alan şəxslərə öz əşyaları olduğunu və pula ehtiyyacı olduğu üçün satdığını demişdir. Yuxarıda qeyd etdiyi oğurluq hadisələrdən başqa heç bir cinayət hadisəsi törəməmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etdiyi bildirirək yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, fərdi qaydada taksi fəaliyyəti göstərir. xx.xx.2022-ci il tarixdə günorta radələrində avtomobil ehtiyyat hissəsi götürmək üçün binanın zirzəməsinə düşəndə qapının kilidinin sındırıldığını görmüş, dərhal içəri daxil olub ətrafa nəzər yetirəndə bəzi əşyaların yerində olmadığını aşkar etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs binanın zirzəməsindən 150 (yüz əlli manat) manat dəyərində 4 dəst alüminium qazan dəsti, 70 (yetmiş) manat dəyərində su mühərriki, 80 (səksən) manat avtomobil ehtiyyat hissələri (dinamo və statyor), 70 (yetmiş) manat dəyərində hamam aksessuarları, 50 (əlli) manat dəyərində alüminium su qabı və 50 (əlli) manat dəyərində soyuducu mühərrikini oğurlamışlar. O, bu barədə həyat yoldaşına məlumat vermiş, həyat yoldaşı Nübar Əfəndiyeva da DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlar Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət etmişdir. Oğurlanmış 4 dəst alüminium qazan dəstiləri Rusiya istehsalı olmuş, həmin qazanların çəkiləri 20 kq, 15 kq, 10 kq və 4 kq olmuşdur. Təxminən 20 il əvvəl alınmışdır. Başqa əlamətləri barədə məlumatı yoxdur. Oğurluq hadisəsi ilə əlaqəli ona ümumilikdə 470 (dörd yüz yetmiş) manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi bina 49 mənzil 5-də qeydiyyatda olmaqla orada yaşayır. Gəncə şəhəri 12 nömrəli tam orta məktəbdə xadimə işləyir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı binanın zirzəmisinə yaxınlaşanda qapının kilidinin sınıq olmasını və qapının açıq olduğunu görmüşdür. Zirzəmiyə daxil olanda ilk əvvəl “svarka” aparatının zirzəminin qapısını yanında görüb təəccüblənmiş və içəri daxil olanda orada 1 ədəd 40 manat dəyərində kiçik ölçülü laqonda, 1 ədəd 50 manat dəyərində kiçik ölçülü direl, 1 ədəd 30 manat dəyərində su matoru, 1 ədəd 130 manat dəyərində taxta siyirən, 1 ədəd 150 manat dəyərində 4 kiloqramlıq, 1 ədəd 80 manat dəyərində 3 kiloqramlıq, 1 ədəd 60 manat dəyərində 2 kiloqramlıq və 1 ədəd 20 manat dəyərində sınıq vəziyyətdə 1 kiloqramlıq mecmayinin, ümumi dəyəri 50 manat təşkil edən və 3 predmetdən ibarət tava dəstinin, 1 ədəd 25 manat dəyərində ləyənin, ümumi dəyəri 20 manat təşkil edən 2 ədəd aşsüzənin, dəyəri 80 manat təşkil edən 3 ədəd çuqun qazanın, 1 ədəd 120 manat dəyərində od samovarının və 1 ədəd 40 manat dəyərində vint açan dəstinin naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O, həmin dəqiqə heç nəyə toxunmadan vizual baxış keçirdikdən sonra DİN-nin 102 zəng xidmətinə məlumat vermiş, daha sonra polis əməkdaşları gəlmişdir. O da şikayət ərizəsi ilə 1-ci Polis Şöbəsinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 895 (səkkiz yüz doxsan beş) manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Dəymiş ziyanın tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X4 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi bina 48 mənzil 38-də yaşayır. Gəncə İxtisaslaşdırılmış Təmir Quraşdırma və Sazlama idarəsində mühasib işləyir. O, bina evində yaşadığından evində olan əşyalar evə sığmadığı üçün onların bir qismini binanın zirzəmisinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində işdən qayıdanda qonşulardan eşitmişdir ki, yaşadığı ərazidə oğurluq hadisələri baş vermişdir. O da binanın zirzəmisindən oğurluq hadisəsinin baş verib-verməməsini yoxlamaq məqsədilə zirzəmiyə daxil olmuş, bu zaman zirzəminin qapısının kilidinin sındırıldığını görmüşdür. O, ətrafa vizual baxış keçirəndə zirəzmidən 1 ədəd 120 manat dəyərində samovar, 1 ədəd 40 manat dəyərində çıraq, 1 ədəd 40 manat dəyərində qazan və 10 ədəd 100 manat dəyərində mürəbbə bankalarının yerində olmadığını aşkar etmişdir. Ona görə də zirzəmidən əşyalarının oğurlandığını görüb dərhal Azərbaycan Respublikasının DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gəlmiş, o da şikayət ərizəsi ilə 1-ci Polis Şöbəsinə məlumat vermişdir. Oğurluq nəticəsində ona ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin təqsirləndirilən şəxsdən şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda yaşayır. Təxminən 1 il əvvəl 250 manata su hidraforunu mühərriki ilə birlikdə almış və həmin su hidraforu və mühərrikini yaşadığı binanın damına quraşdırmışdır. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evdə sudan istifadə etmək istəyərkən suyun gəlmədiyini görmüşdür. Buna görə də evin damına çıxmış və bir gün əvvəl aldığı su mühərriki və hidraforunun yerində olmadığını və oğurlandığını aşkar etmişdir. Buna görə bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Oğurlanmış su matorunun adı “Margus” olmaqla, rəngi göy və Belarus Respublikası istehsalı olmuşdur. Hazırda onda dəymiş ziyan tam şəkildə ödənmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri Nizami küçəsi 4-cü döngə bina 1 mənzil 25-də yaşayır. Fərdi əmək kimi metal qəbul etmə məntəqəsində əlvan metalların alışı ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə işdə olan zaman bir nəfər müştəri yaxınlaşıb, özünə aid 1 ədəd elektrik samovarı, 1 ədəd soyuducu mühərriki, 1 ədəd su krantı, 1 ədəd avtomobil ehtiyyat hissəsi statyor və 1 ədəd mis qazan satmaq istədiyini demişdir. O da həmin şəxslə bu əşyaları hardan əldə etməsi barədə qısa sual-cavab etmişdir. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin əşyaların özünə məxsus olmasını, lazımsız olduğunu, ona görə də satdığını demişdir. Ona görə də Turalın şəxsiyyət vəsiqəsinin kserosurətini edib, öz dəftərində qeyd aparmaqla həmin əşyaları ondan təxminən 40 manata almışdır. Bir neçə gün sonra polis əməkdaşları iş yerinə gəlmiş və ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ona satdığı əşyalar oğurluqdur. O da həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə məhkəmə iclasında Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan edilmişdir. Şahid ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında işlənmiş və qədimi əşyaların alqı-satqısı ilə məşğul olur. Əvvəllər tanıdığı Təqsirləndirilən şəxs adlı şəxs xx.xx.2022-ci il tarixdə işlətdiyi mağazaya gələrək onda işlənmiş bir ədəd su mühərriki və hidrafor olduğunu və onları satmaq istədiyini bildirmişdir. O da həmin su mühərriki və hidraforu ondan alacağını, lakin şəxsiyyət vəsiqəsinin surətini verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs ona şəxsiyyət vəsiqəsinin surətini verdikdən sonra həmin mühərriki və hidraforu 15 manata ondan satın almışdır. Bundan başqa Təqsirləndirilən şəxs bir ədəd soyuducu mühərriki də 10 manata almışdır. Su mühərrikini, hidraforu və soyuducu mühərrikini alarkən onların oğurluq olduğunu bilməmiş, Təqsirləndirilən şəxs həmin əşyaları ona satan zaman tək olmuş və həmin əşyaları ona satarkən özünə aid lazımsız əşyalar olduğunu demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. -xx.xx.2022-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.09.22-ci il tarixdə saat 20:40-da şübhəli şəxs qismində tutulmuşdur. -xx.xx.2022- ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus yaşayış binasının zirzəmisinə baxış keçirilərək şəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. -xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus yaşayış binasının zirzəmisinə baxış keçirilərkən 1 ədəd samovar, 1 ədəd çıraq, 1 ədəd qazan oğurlanması aşkar edilmiş, hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur. -xx.xx.2022-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, oğurluq hadisəsi baş vermiş və Zərərçəkmiş şəxs4 məxsus yaşayış binasının zirzəmisinə baxış keçirilərkən 1 ədəd su matoru, 1 ədəd gidrafonun oğurlanması aşkar edilərək hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə olunmuşdur. -xx.xx.2022-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Şahid1 01 ədəd kiçik ölçülü gümüşü rəngli samovar və 1 ədəd gümüşü rəngli kiçik ölçülü mis qazan aşkar edilərək şəkilləri çəkilmiş və götürülmüşdür. -xx.xx.2022-cü il tarixli “baxış və götürmə haqqında” protokoldan görünür ki, Şahid2 İsrəfil oğlundan 1 ədəd göy rəngli su matoru və 1 ədəd gidrafon aşkar edilərək şəkilləri çəkilmiş və götürülmüşdür. -13 sentyabr 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. -“Məhkəmə-əmtəəşünaslıq ekspertizası”-nın 03 fevral 2023-cü il tarixli 9/118 nömrəli rəyindən görünür ki, ekspertiza rəyi haqqında qərarın təsviri hissəsində qeyd edilən və fotoşəkilləri təqdim edilmiş istifadə edilməmiş malların 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 480,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, Rusiya istehsalı olan həcmləri 20 kq, 15 kq, 10 kq və 4kq olmuş alminium qazan dəstinin ümumi dəyəri 150 manat, ümumilikdə 150 manat, “Marquis” markalı su hidraforunun ümumi dəyəri 20 manat, ümumilikdə 20 manat, 1998-ci il istehsalı olan VAZ-2107 markalı avtomobilə məxsus avtomobil ehtiyyat hissələri (dinamo və statyor) ümumi dəyəri 60 manat, ümumilikdə 60 manat, 40 litr tuumlu alüminium su qabının ümumi dəyəri 40 manat, ümumilikdə 40 manat, Rusiya istehsalı olan “Çinar” markalı soyuducu mühərrikinin ümumi dəyəri 40 manat, ümumilikdə 40 manat, “Marquis” markalı su mühərriki və hidraforunun ümumi dəyəri 70 manat, ümumilikdə 70 manat, kiçik ölçülü laqondanın ümumi dəyəri 30 manat, ümumilikdə 30 manat, kiçik ölçülü direlin ümumi dəyəri 20 manat, ümumilikdə 20 manat, su matorunun ümumi dəyəri 30 manat, ümumilikdə 30 manat, vintaçan dəstinin ümumi dəyəri 20 manat, ümumilikdə 20 manatdır. -Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 434 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 474 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə xx.xx.2019-cu il tarixdən “oproidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatda durur. -31 mart 2023-cü il tarxili “sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, Şahid1 götürülmüş və Təqsirləndirilən şəxs ona satdığı 01 ədəd gümüşü rəngli kiçik ölçülü qazan, 01 ədəd kiçik ölçülü gümüşü rəngli elektirik somavarı, eləcədə Şahid2 götürülmüş üzərində göy rəngli gidrafonu olan 01 ədəd göy rəngli “Margus” markalı su matoru maddi sübut kimi tanınmış və saxlanılmaları üçün sahibləri olan zərərçəkmiş şəxslərə təhvil verilmişdir. -Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 3-13-57-1/2-15913/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində tutularaq Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 3-13-57-1/2-15913/2023 nömrəli xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə Gəncə şəhər məhkəməsinə daxil olmuş və Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində dayandırılmış icraat təzlənmişdir. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 338.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən cəzası 03 aya endirilmiş və xx.xx.2010-cü ildə cəzasının sonu ilə cəzadan azad edilmiş, Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-cil il tarixli hökmü ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökm dəyişdirilərək AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsindən azad edilmişdir. -Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs AR MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsindən azad edilmişdir. -Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusat, yəni qeyd edilən oğurluq hadisələri zamanı zərərçəkmiş şəxslərə məxsus 04 ədəd alüminium qazan dəstini, 01 ədəd dinamonu və 10 ədəd mürəbbə bankasını oğurlamadığını bildirsə də tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin vurulmuş zərərin və beləliklə də öz məsuliyyətinin həcmini azaltmaq üçün həmin əşyaları oğurlamasını inkar etdiyi müəyyən edilmişdir. Belə ki, zərərçəkmiş şəxslərin ifadəsi və istintaq hərəkəti protokolları ilə həmin faktlar təkzib olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində şəkirlər 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.14-cü maddəsinə əsasən dəymiş ziyanı qismən ödəməsi cəzanı yüngülləşdirən haldır. 69.3-cü əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2-ci maddəsinə əsasən eyni əməllər 177.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxsn dəymiş zərəri qismən ödəməsini (59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Həmçinin CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsn cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilmiş və Təqsirləndirilən şəxs AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 03 ay 23 gün hissəsindən xx.xx.2021-ci il tarixdə azad edilmişdir. AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülməlidir. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxsn əvvəllər dəfələrlə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün bərabər tutulmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd gümüşü rəngli kiçik ölçülü qazan, 01 ədəd kiçik ölçülü gümüşü rəngli elektirik somavarı, 01 ədəd üzərində gidrafonu olan “Margus” markalı su matorunun sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2(iki) il (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd gümüşü rəngli kiçik ölçülü qazan, 01 ədəd kiçik ölçülü gümüşü rəngli elektirik somavarı, 01 ədəd üzərində gidrafonu olan “Margus” markalı su matorunun sahibləri olan zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli manat) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçinın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar