Məhkəmə qərarları › İş №1(125)-291/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-291/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-291/2024 24.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəməyə daxil olmuşdur. Cinayət işinin istintaq materiallarına əsasən Təqsirləndirilən şəxs qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq mühüm ziyan vurmaq məqsədi ilə 20 iyun 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək olan müddətdə Gəncə şəhəri, M.A.Əliyev küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisindən hər birinin dəyəri 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 1350 (min üç yüz əlli) manat dəyərində 9 ədəd plastik pəncərənin, hər birinin dəyəri 100 (yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 4 ədəd plastik qapının, 150 (yüz əlli) manat dəyərində 2 ədəd şveller dəmirin, 100 (yüz) manat dəyərində 1 ədəd zirzəmi üçün dəmir qapının, 80 (səksən) manat dəyərində 10 ədəd armatur dəmirləri özbaşına götürmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2403,20 (iki min dörd yüz üç manat 20 qəpik) manat dəyərində mühüm ziyan vurmuşdur. Məhkəmə hazırlıq iclasında iştirak edən Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək həmin ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən dövlət ittihamçısı Gəncə şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini bildirərək iş üzrə icraata xitam veriməsini etiraz etməmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsini, həmin ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsini və sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsinə dair xahişini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyərək, habelə iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməlidir. Belə ki, məhkəmənin hazırlıq iclasında müəyyən edilmişdir ki, hazırkı cinayət əməli üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, icraatda olan HK-1/645 nömrəli materialda Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır.(i.v.1); - xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və həmin evin fotoşəkilləri çəkilərək protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i. v. 7-11) - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır. (i. v. 41); - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnərək icraata qəbul edilmişdir (i. v. 45); - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır. (i. v. 52); - xx.xx.2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i. v. 55); - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i. v. 61) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 78-80); - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmişdir. (i. v. 86); - xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən icraat dayandırılmışdır. (i. v. 95); -xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i. v. 106); - ekspertiza xərcinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir.(i.v.100); - xx.xx.2024-cü il tarixli 9/9530 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların istifadə olmaması nəzərə alınmaqla 2022-ci ilin iyun ayından 2023-cü ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2403,2 manat müəyyən olunur (i. v. 101); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü olaraq gəlmişdir. (i.v.109); - xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır (i.v.112); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.117); - xx.xx.2024-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Şahid arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. (i.v 118-124); - xx.xx.2024-cü il tarixli Gəncə Psixo-nevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur(i.v 125); - xx.xx.2024-cü il tarixli X1 alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji dispanserdə qeydiyyatda durmur(i.v 126); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 135-137); - xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, baxış protokolları, zərərçəkmiş şəxs və şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu, üzləşdirmə protokolları və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmişdir (i. v. 141-146); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilmədiyindən icraat dayandırılmışdır. (i. v. 148); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i. v. 151); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü olaraq gəlmişdir. (i.v.154); - Gəncə Şəhər Məhkəməsi tərəfindən 13 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs 27 iyun 2024-cü il tarixdə keçiriləcək məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. - Gəncə Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi qərara alınmış və iş üzrə icraat dayandırılmışdır. - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin məktubundan görünür ki, Quliyev X4 rayonu ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilməsi üçün 1-ci PŞnin Növbətçi Hissəsində saxlanılmışdır. - 2 saylı X2 Şəhər Məhkəməsinə ünvanladığı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 24 avqust 2024-cü il tarixdə müəssisəyə daxil olmuşdur. - Gəncə Şəhər Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. Bəraətverici əsaslar olmadan, iş üzrə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə müəyyən edilmişdir ki, 20 iyun 2022-ci il tarixdən 05 iyul 2022-ci il tarixədək olan müddətdə Gəncə şəhəri, M.A.Əliyev küçəsi ev 44-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evinin zirzəmisindən hər birinin dəyəri 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 1350 (min üç yüz əlli) manat dəyərində 9 ədəd plastik pəncərənin, hər birinin dəyəri 100 (yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat dəyərində 4 ədəd plastik qapının, 150 (yüz əlli) manat dəyərində 2 ədəd şveller dəmirin, 100 (yüz) manat dəyərində 1 ədəd zirzəmi üçün dəmir qapının, 80 (səksən) manat dəyərində 10 ədəd armatur dəmirləri özbaşına götürmüş, nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 2403,20 (iki min dörd yüz üç manat 20 qəpik) manat dəyərində vurduğu ziyana görə 31 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə cinayət işi başlanmış və zəruri istintaq hərəkətləri aparılmışdır. Belə ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək rəy alınmış, şahid müəyyən edilərək dindirilmişdir. 23 may 2024-cü il tarixdə iş üzrə ittiham aktı tərtib edilmiş, ittiham aktı 25 may 2024-cü il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilmiş və 04 iyun 2024-cü il tarixdə cinayət işi Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 322.1-ci maddəsinə əsasən özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 15.1-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölünür. Həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Həmin Məcəllənin 75.5-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətmiş şəxslərə bu maddənin müddəaları tətbiq olunmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən cinayət məhsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məhsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər. 299.3.4-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə məsələlərə baxılır. 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Beləliklə, qanunvericiliyin yuxarıda sadalanan müddəaları baxımından məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə ittiham elan edilmiş əməl böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən (05 iyul 2022ci il tarixdən qərarın çıxarıldığı tarixədək yəni 24 oktyabr 2024-cü il), Azərbaycan Respublikası CM-nin 75.5-ci maddəsi ilə müəyyən olunmuş cinayətlərə aid edilmədiyindən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı (CM-75, CPM-39.1.3) və bununla bağlı sonuncunun razılıq ərizəsi olduğundan cinayət işi üzrə icraata xitam verilməsi ilə bağlı qərar qəbul edilməlidir (CPM-41.3). Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxsin və onun vəkilinin iddia etdiyi kimi təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinin tərkibi olmuş olsa da belə, həmin maddədə nəzərdə tutulmuş əməl də böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq, X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 144 (yüz qırx dörd) manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 41.3, 41.4, 300.1.7 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 322.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar