Məhkəmə qərarları › İş №1(125)-293/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-293/2023

23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-293/2023 23.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, M.P.Vaqif küçəsi, dalan 8, ev 77A-da yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası ƏN-nin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq1 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş TİP-56-1 (AK-47) modelli Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən avtomatı,1ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş, 7.62x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı sayılan patronu və 1 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7.62X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və atəşə yararlı darağı əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 4-cü PB-nə daxil olmuş məlumat əsasında 17 fevral 2023-cü il tarixdə saat 17:35 dəqiqədə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri Ə.Ü.Gəncəvi küçəsində yerləşən “MAXİ” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov prospekti 179-da yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əlində olan 1 ədəd qara rəngli idman çantasından 1 ədəd nömrəsi silinmiş, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş TİP-56- 1 (AK-47) modelli Kalaşnikov konstruksiyalı, texniki cəhətdən saz və atəşə yararlı, yivli odlu silah hesab edilən avtomat, 1 ədəd zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş, 7.62x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş, atəşə yararlı, döyüş sursatı sayılan patron və 1 ədəd Kalaşnikov konstruksiyalı silahın komplekt hissəsi olmaqla 30 ədəd 7.62X39 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış, texniki cəhətdən saz və atəşə yararlı daraq aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, həbs edilənə kimi Gəncə şəhərində yaşamış və fərdi əməklə məşğul olmuşdur. 2022-ci ilin təxminən dekabr ayında yaşadığı evin yaxınlığında yerləşən Gəncə çayının yanına zibil atmaq üçün gedən zaman Gəncə şəhərində Nizami prospektinin üzərində yerləşən körpünün alt hissəsində yerdə 1 ədəd Kalaşnikov markalı avtomat silahı görmüşdür. O, silahı götürən zaman silahın üzərində 1 ədəd sandıqca və sandıqcanın içərisində 1 ədəd güllə olmasını görmüşdür. Avtomat silahı onda maraq yaratdığı üçün onu götürərək körpünün altında gizlətmişdir. Daha sonra həmin silahın olduğu yerə bir daha getməmişdir. Lakin sonradan düşünmüşdür ki, həmin silah kimlərinsə əlinə keçə və hadisə törədilə bilər. Bu səbəbdən də həmin silahı Gəncə şəhəri Avtazavod qəsəbəsinin sahibsiz boş ərazilərinə aparıb tullamaq qərarına gəlmişdir. Bu məqsədlədə xx.xx.2023-cü il tarixdə saat təxminən 17 radələrində evdən 1 ədəd idman çantası götürərək silahı gizlətdiyi körpünün alt hissəsinə getmiş və orada Kalaşnikov markalı avtomatı, sandıqcanı içərisində olan güllə ilə birlikdə çantanın içərisinə qoymuşdur. Daha sonra həmin yerdən çıxaraq Gəncə şəhəri Avtazavod qəsəbəsində tərəf getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 17-18 radələrində Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən "Maxi" marketin yaxınlığından keçən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və ona Gəncə şəhər BPİ-nin 4-cü PB-nə getməyi təklif etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları avtomobilləri ilə onu Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasınına aparmışlar. Polis idarəsində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qadağan olunmuş hər hansı odlu silah, onun döyüş sursatının olması barədə sual verilən zaman o əlində olan qara rəngli idman çantasının içərisində olan 1 ədəd Kalaşnikov markalı avtomatı, 1 ədəd sandıqçanı və 1 ədəd gülləni təqdim etmişdir. Sonra çantada olan avtomata, sandıqçasına və gülləyə baxış keçirilmiş və həmin silah-sursat qablaşdırılaraq götürülmüş, daha sonra bu barədə protokol tərtib edilərək, doğruluğu imzalarla təsdiq edilmişdir. O, həmin silah və patronu tapdıqdan sonra istifadə etməyərək gizlədib saxlamışdır. Sonda əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Ona Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2023cü tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah olması və Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən “Maxi” marketin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında 4-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən “Maxi” marketin yaxınlığına getmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu 4-cü PB-nə dəvət edib İdarəyə gətirmişlər. İdarədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və onun seçdiyi vəkil Müdafiəçi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əlində olan 1 ədəd qara rəngli idman çantasının içərisindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd avtomat sandıqçası və bir ədəd güllə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin silahı Gəncə çayının sahilindən tapdığını söyləmişdir. Qeyd olunan avtomatın üzərində istehsalçı tərəfindən qeyd olunmuş nömrə silinmiş vəziyyətdə olmaqla avtomatın bütün hissəvi mexanizmləri yerində olmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd avtomat, avtomat sandıqçası və bir ədəd güllə zərfdə qablaşdırılaraq möhürləndikdən sonra zərfin üzəri şəxsi axtarış iştirakçıları tərəfindən imzalanmış və bu barədə protokol tərtib edilmişdir. Gəncə şəhəri BPİ-nin 4-cü Polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” 18 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin istintaq hərəkətinin icrası zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərərək təsdiq etmişdir. “Axtarış aparılması haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına qanunsuz olaraq odlu silah onun komplekt hissələrini, döyüş sursatı saxlayıb-saxlamamasını yoxlamaq üçün axtarış keçirilmiş, lakin qeyd edilən ünvandan odlu silah, onun komplekt hissəsi və sursat aşkar edilməmişdir. “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, video görüntü vasitəsi ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin təhqiqatçı polis kapitanı X5, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisində saxladığı bir ədəd “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni təqdim edir. Daha sonra polis əməkdaşı onun üzərinə baxış keçirir və onun üzərindən başqa daşınması qanunla qadağan olunmuş əşya vəya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni haradan tapması soruşulur. Təqsirləndirilən şəxs cavabında həmin “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni 2022-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığında Gəncə çayının ətrafında tapdığını deyir. Daha sonra Polis əməkdaşları tərəfindən həmin “Kalaşnikov” markalı avtomata, bir ədəd avtomat sandıqçasına və bir ədəd gülləyə baxış keçirilir. Həmin avtomatın üzərində istehsalçı tərəfindən qeyd olunmuş nömrə silinmişdir.Daha protokol tərtib olunur və həmin “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd güllə ilə birlikdə zərfdə qablaşdırılıb DİN-in 181 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/138R məhkəmə-ballistik ekspertizasının rəyindən görünür ki, - Tədqiqata təqdim edilmiş №-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə çin dövlətində, silah zavodunda istehsal olunmuş TİP-56- (AK-47) modelli, Kalaşnikov konstruksiyalı avtomatdır, odlu yivli silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişiklərə məruz qalmamışdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş cəmi edilmiş 01 ədəd patron zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronudur və döyüş sursatı hesab edilir. Patronun bütövlüyünün pozulmamasına, kapsulun tam şəkildə olması və bütün lazımi komponentləri yerində olmasına görə patron istifadəyə və atəşə yararlıdır. - Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. -DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası kaçirilməməsi səbəbindən qərarın “Sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmışdır” sualına cavab verilməmişdir. -xx.xx.2023-cü il tarixli 3-13-11/2-2567/2023 nömrəli məktubdan görünür ki, Kalaşnikov konstruksiyalı avtomatdan eksperimental qaydada atılmış güllə və giliz nümunələri Azərbaycan Respublikası Daxili X4 Tədqiqatlar İdarəsinin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. -xx.xx.2023-cü il tarixli 3-13-57-4/2-2576/2023 nömrəli əməliyyat axtarış tədbirlərinə dair cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs odlu silah və gülləni hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, həmçinin keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsində ona kiminsə kömək etməsi, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb və narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda olmamışdır. 12 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, TİP-56-1 (AK-47) modelli, Kalaşnikov konstruksialı avtomat, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 MM kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, bir ədəd patron zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli patron xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. 12 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında“ qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən istifadə edilmiş video çəkilişin köçürüldüyü 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, bu zaman Təqsirləndirilən şəxs əlində olan qara rəngli idman çantasının içərisində saxladığı bir ədəd “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni təqdim edir. Daha sonra polis əməkdaşı onun üzərinə baxış keçirir və onun üzərindən başqa daşınması qanunla qadağan olunmuş əşya vəya predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni haradan tapması soruşulur. Təqsirləndirilən şəxs cavabında həmin “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd gülləni 2022-ci ilin dekabr ayında yaşadığı evin yaxınlığında Gəncə çayının ətrafında tapdığını deyir. Daha sonra Polis əməkdaşları tərəfindən həmin “Kalaşnikov” markalı avtomata, bir ədəd avtomat sandıqçasına və bir ədəd gülləyə baxış keçirilir. Həmin avtomatın üzərində istehsalçı tərəfindən qeyd olunmuş nömrə silinmişdir.Daha protokol tərtib olunur və həmin “Kalaşnikov” markalı avtomatı, bir ədəd avtomat sandıqçasını və bir ədəd güllə ilə birlikdə zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. 17 fevral 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 17 fevral 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin müddəti 01 ay müddətinə yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Vəliyev X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 03 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və xx.xx.2021-ci il tarixdə o, cəzasının sonu ilə azad edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 7(044)-70/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 03 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, səmimi peşmançılığını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Vəliyev X7 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Məhkəməsinin qərarı ilə 01 il 11 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 ay 03 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və o, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Ona görə də Təqsirləndirilən şəxs məhkumluğu olan şəxs hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə almır. Lakin məhkəmə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, TİP-56-1 (AK-47) modelli, Kalaşnikov konstruksialı avtomat, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 MM kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, bir ədəd patron zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli patron müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 17 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə Çin dövlətində, silah zavodunda istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yaralı, TİP-56-1 (AK-47) modelli, Kalaşnikov konstruksialı avtomat, zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 MM kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsi-darağı, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı, bir ədəd patron zavod üsulu ilə, keçmiş SSRİ dövlətində 1974-cü ildə istehsal olunmuş 7,62x39 mm kalibrli patron müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin sərəncamına verilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar