Məhkəmə qərarları › İş №1(125)-293/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-293/2024

06.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-293/2024 06.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X8, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Goranboy rayonu, Gürzalılar kəndində qeydiyyatda olmaqla Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 26 yanvar 2024-cü il tarixdə saat 07:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə hərəkətdə olarkən “Əlillərin dairəsi” adlanan yerin yaxınlığında “X17” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla yolu soldan sağa keçən piyada 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya başın, döş qəfəsinin, yuxarı və aşağı ətrafların müştərək qapalı küt travması: baş beyinin yumşaq qişasına sağ alın-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyənin hematoması ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması; sağ İ-V qabırğaların iki anatomik xətt üzrə sınması, ağciyərlərin cırılması, kontuziyası, iki tərəfli hemotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı küt travması; hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, çanaq və oma sümüklərinin sınması ilə müşaiyət olunan qarının qapalı küt travması; sağ bazu, sağ dirsək, mil, incik və qamış sümüklərinin qapalı sınıqları, sol qasıq, sağ bazu-çiyin nahiyələrinin, döş qəfəsinin sağ yan səthinin, sağ sağrı, sol əl, bel, sol diz, sağ baldır nahiyələrinin qançırları ilə müşaiyət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına sağ alın-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyənin hematoması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, “Mercedes Benz C180” minik markalı **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olurdu. 26 yanvar 2024-cü il tarixdə saat 06:55 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “İstanbul” klinikasının qarşısında olan zaman bir müştəri ona yaxınlaşaraq onu Gəncə şəhərində “X15” adlanan yerə aparmağını istəmişdir. O, təxminən saat 07:10 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilli ilə həmin müştərini götürüb N.Nərimanov prospekti ilə üzü “X15” istiqamətində təxminən 50- 60 km/saat sürətlə hərəkətdə olan zaman “Əlillərin dairəsi” adlanan yerin yaxınlığında adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs yolun mərkəzinə doğru qaçmış və onun idarə etdiyi “Mercedes Benz C180” minik markalı avtomobilin sağ ön hissəsinə dəymişdir. Piyada onun qarşısına qəflətən çıxdığı üçün o, qəzadan yayına bilməmişdir. Avtomobili saxlamış və yanındakı sərnişin ilə dərhal avtomobildən düşmüşdür. Bu zaman Zərərçəkmiş şəxs başının sağ ön hisəsinin və burnunun qanadığını görmüşdür. Onun avtomobilində sərnişin kimi əyləşən müştəri və ətrafdakı insanların köməyi ilə Zərərçəkmiş şəxs öz avtomobilinə əyləşdirib onu dərhal tibbi yardım üçün Abbas Səhhət adına xəstəxanaya çatdırmışdır. Orada həmin şəxsə ilkin tibbi yardım göstərildikdən sonra o, X24 avtomobili ilə Gəncə şəhər Beynəlxalq Xəstəxanasına aparılmışdır. Bu zaman xəstəxanaya gəlmiş polis əməkdaşları ona yaxınlaşmış və o, özünü təqdim edib polis əməkdaşları ilə birlikdə Gəncə şəhər rayonlararası narkoloji dispanserdə sərxoşluq vəziyyətinin yoxlanışından keçdikdən sonra isə onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmişdir. Göstərilən tibbi yardımlara baxmayaraq bir neçə gün sonra avtomobillə vurduğu piyada rəhmətə getmişdir. Sonda baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini, dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmadığını və ailə vəziyyətini nəzərə alaraq məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəməyə verdiyi ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs onun anası olmuş və anası Gəncə MKTİB-də süpürgəçi işləmişdir. 26 yanvar 2024-cü il tarixdə səhər saatlarında xatırlamadığı nömrədən ona məxsus mobil telefona zəng gəlmiş və tanımadığı bir nəfər şəxs ona anasının müdiri olduğunu və anasını avtomobil vurduğunu və xəstəxanada olduğunu söyləmişdir. O, dərhal taksi sifariş edərək Gəncə şəhər Abbas Səhhət xəstəxasına getmiş və orada anası Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərlə əlaqədar olaraq vəziyyətinin ağır olduğunu görmüşdür. Bundan sonra anasını reanimasiya şöbəsinə yerləşdirmiş və göstərilən tibbi yardımlara baxmayaraq 07 fevral 2024-cü il tarixdə saat 19:00 radələrində anası xəstəxanada vəfat etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmış və dəymiş zərər ödənilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qeyd olunanları nəzərə almağı xahiş edir. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin ƏYPB-nin YPX inspektoru vəzifəsində işləyir. Yol patrul xidməti inspektoru kimi vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi barədə məlumat alan kimi dərhal hadisə yerinə getmək və orada hadisə yerini mühafizə etməklə bərabər, oradakı bütün mexanizm və incəliklərə diqqət yetirib qorumaqdır. 26 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri, N.Nərimanov prospektində baş vermiş yol nəqliyyat hadisəsi barədə bildirmək istəyir ki, həmin gün xidmətdə olan zaman saat 07 radələrində növbətçi hissədən məlumat vermişlər ki, Gəncə şəhəri, N.Nərimanov prospektində yol-nəqliyyat hadisəsi baş vermişdir. O və ekipaj yoldaşı Şahid2 dərhal hadisə yerinə getmişdir. Həmin yerə çatanda hadisə yerində tanımadığı çoxlu adamların toplaşdıqlarını görmüşdür. O, yol-nəqliyyat hadisəsi baş verdiyi yerə çatanda artıq xəsarət alan piyada xəstəxanaya aparılmışdır. Belə ki, hadisə yerində ona məlum olmuşdur ki, Gəncə şəhəri, N.Nərimanov prospekti ilə hərəkətdə olan “Mercedes Benz C180” minik markalı avtomobilin sürücüsü yolun kənarını təmizləyən MKTİB işçisini vurmuş və onu öz avtomobili ilə xəstəxanaya aparmışdır. Bundan sonra onlar hadisə yerinin mühafizəsini təmin etmiş, sonra isə hadisə yerinə baxışda iştirak etmişlər. Şahid – Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin inspektoru Şahid2 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Gəncə şəhəri BDYPŞ ƏYPB-nin YPX-nin inspektoru Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Hadisənin baş vermə anının qeydə alındığı DVD diskə məhkəmədə baxış keçirilərkən yol-nəqliyyat hadisəsinin baş verməsi təsdiq edilir. Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 373/2024 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinə”si aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. “Video diskə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 26 yanvar 2024-cü il tarixdə saat 07:10-da Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Əlillərin dairəsi” adlanan yerin yaxınlığında “Mercedes Benz C180” minik markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olan zaman yolun təmizliyi ilə məşğul olan yolu keçmək istəyən piyadaya dəyir və piyada yerə yıxılır. “Mercedes Benz C180” minik markalı, **-NR-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sürücüsü yolnəqliyyat hadisəsi törətdikdən sonra yanında sərnişin kimi əyləşən şəxs ilə birlikdə avtomobildən enir və həmin şəxsin köməyi ilə piyadanı “Mercedes Benz C180” minik markalı avtomobilin sağ arxa qapısından avtomobilə yerləşdirilir və bundan sonra videogörüntü bitir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4024 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 2585 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 X19 08 fevral 2024-cü il tarixli, 20 nömrəli rəyində göstərilmişdir ki, 1. X1 bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi – başın, döş qəfəsinin, qarnının, yuxarı və aşağı ətrafların müştərək qapalı küt travması: baş beyninin yumşaq qişasına sağ alın-gicgah nahiyyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyyənin hematoması ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması; sağ İ-V qabırğaların iki anatomik xətt üzrə sınması, ağciyərlərin cırılması, kontuziysı, iki tərəfli hematoraksla müşaiyət olunan döş qəfəsinin qapalı küt travması; hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, çanaq və oma sümüklərinin sınması ilə müşaiyət olunan qarının qapalı küt travması; sağ bazu, sağ dirsək, mil, incik və qamış sümüklərinin qapalı sınıqları, sol qasıq, sağ bazu-çiyin nahiyyələrinin, döş qəfəsinin sağ yan səthinin, sağ sağrı, sol əl, bel, sol diz, sağ baldır nahiyyələrinin qançırları. Laporsintez əməliyyatından sonrakı vəziyyət. Qeyd olunan xəsarətlər həyatidir, KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. 2. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyinin yumşaq qişasına sağ alın-gicgah nahiyyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyyənin hematoması ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması olmuşdur. 3. X2 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yolnəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 04 mart 2024-cü il tarixli, 8/435 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: Mercedes Benz C180 markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X17” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Hadisə yerinə baxış protokolundan görünür ki, 26 yanvar 2024-cü il tarixdə yolnəqliyyat hadisəsi baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Azərbaycan Respublikası BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış xx.xx.2024-cü il tarixli, 3-13-16-3/2-3828/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs AE 119 658 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2016-cı il tarixdən xx.xx.2026-cı il tarixədək verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli, AZ İİ seriyalı 405470 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ölmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 tərəfindən notarial qaydada verilmiş xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi zamanı almış xəsarətlər nəticəsində anası X10 dünyasını dəyişmişdir. Həmin hadisə nəticəsində ona dəymiş ziyan və xərcləri tam ödədiyinə görə Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin, zərərçəkmiş şəxsin hüquqi varisi Qanuni nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Dəymiş zərər ödənilmişdir. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ərizənin nəzərə alınmasını xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 07:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti ilə hərəkətdə olarkən “Əlillərin dairəsi” adlanan yerin yaxınlığında “X17” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən nəqliyyat vasitəsinin istismarı qaydalarını pozmaqla yolu soldan sağa keçən piyada 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya başın, döş qəfəsinin, yuxarı və aşağı ətrafların müştərək qapalı küt travması: baş beyinin yumşaq qişasına sağ alın-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyənin hematoması ilə müşaiyət olunan qapalı küt kəllə beyin travması; sağ İ-V qabırğaların iki anatomik xətt üzrə sınması, ağciyərlərin cırılması, kontuziyası, iki tərəfli hemotoraksla müşaiyət olunan döş qəfəsinin qapalı küt travması; hər iki böyrəkətrafı yumşaq toxumalara qansızma, çanaq və oma sümüklərinin sınması ilə müşaiyət olunan qarının qapalı küt travması; sağ bazu, sağ dirsək, mil, incik və qamış sümüklərinin qapalı sınıqları, sol qasıq, sağ bazu-çiyin nahiyələrinin, döş qəfəsinin sağ yan səthinin, sağ sağrı, sol əl, bel, sol diz, sağ baldır nahiyələrinin qançırları ilə müşaiyət edilən həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qapalı küt kəllə beyin travması nəticəsində baş beyinin yumşaq qişasına sağ alın-gicgah nahiyəsində qansızma, beyin mədəciklərinə qansızma, sağ əng sümüyünün sınması, sağ gözətrafı nahiyənin hematoması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, “X17” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3cü bəndinə əsasən, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 3-cü bəndində izah edilir ki, “X17” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Həmin Qərarın 19-cu bəndində izah edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X17” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını və təqsirini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. CM-nin 60.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda əlavə cəza kimi təyin ediləcək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C180” minik markalı, **- NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 (on beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X12 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının icrası müddətinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C180” minik markalı, **-NR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan hadisənin baş vermə anının qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X7 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 90 (doxsan) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar