Məhkəmə qərarları › İş №1(125)-295/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-295/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-295/2024 09.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işsiz, Goranboy rayonu, Səmədabad kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəGəncə şəhəri Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 08 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Nizami prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda, həmin tələbə əməl etməyib idarə etdiyi “VAZ-21074” markalı avtomobili Nizami prospekti ilə“Xəmsə Park” istiqamətində hərəkət etdirərkən yol ayrıcında sola dönmə əməliyyatı apararaq avtomobili qarşı sol hərəkət zolağına çıxardaraq qarşıdan əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Papid” markalı mopedə yol verməyərək mopedin hərəkət zolağında onunla toqquşmuş, ona baş beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınması, döş qəfəsinin sol tərəfində İV,V, Vİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol said, hər iki diz, sağ bud, bel nahiyələrinin sıyrıqları ilə müşayiət olunan həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirməklə açıq küt kəllə beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcədə əzilməsi və kəllə sümüklərinin sınması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 ilə yaxındır avtomobil idarə edir, B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsi var, etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobili var və həmin avtomobil texniki cəhətdən saz vəziyyətdədir. 08 sentyabr 2023-cü il tarixdə, saat təxminən 11 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə“Xəmsə Park” istiqamətində hərəkət edərkən “Kontakt Home” mağazasının qarşısında sola doğru dönmə əməliyyatı keçirərək X6 istiqamətinə getmək istəmiş, o “Kontakt Home” mağazasının qarşısında hərəkət istiqamətinin sol tərəfinə doğru dönmə əməliyyatı həyata keçirən vaxt yolda mopedin olduğunu görməmiş, bundan sonra arxa tərəfdən avtomobilin gəlib gəlməməsini yoxlamaq üçün arxa tərəfə baxmış, o arxa tərəfə baxaraq avtomobili qarşı yola çıxartdıqdan sonra yenidən qabaq tərəfə baxdıqda adını sonradan bildiyi Zərərçəkmiş şəxs idarə etdiyi mopedlə onun avtomobilinə tərəf gəldiyini görmüş, həmin vaxt Zərərçəkmiş şəxs mopedlə onun avtomobilinə dəymiş və zərbədən digər tərəfə düşmüşdür.Sonra o, tez avtomobildən düşmüşvə yoldan keçən tanımadığı “Toyota Prius” markalı avtomobilin sürücüsü ilə birlikdə Zərərçəkmiş şəxs Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmış, bir müddət sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və onlarla birlikdə əvvəlcə hadisə yerinə getmiş, hadisə yerində fotoşəkillər çəkilmiş, sərxoşluq münayinəsindən keçmiş, daha sonra mopedin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanada vəfət etməsini öyrənmişdir.O, həmçinin ifadəsində bildirmişdir ki, hadisədən əvvəl avtomobili təxminən 20-30 km/saat surətlə idarə etmiş, avtomobildə ondan başqa Şamxal adlı həmkəndlisi də olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX inspektor vəzifəsində işləyir, 08 sentyabr 2023-cü il tarixdə, saat 11 radələrində Gəncə şəhəri, Nizami prospektində yol nəqliyyat hadisəsi baş verməsi barədə Gəncə şəhər BPİ-nin məsul növbətçisindən məlumat aldıqdan sonra DYPŞ-nin YPX inspektoru Şahid4 ilə birlikdə hadisə yerinə getmiş və VAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mopedin toqquşduğunu görmüş, VAZ-21074 markalı avtomobilin sürücüsünün Mopedin sürücüsünü xəstəxanaya apardığını və Mopedin sürücüsünün xəstəxanada ölməsi barədə məlumat almışlar. İş ürzə digər şahidlər Şahid2 və Şahid1 məhkəmə iclasında iştirakları mümkün olmadığından istintaq zamanı onların verdiyi ifadələri məhkəmə iclasında elan edilmişdir.(i.v.47-52) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında”xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Gəncə şəhəri, Nizami küçəsində baş vermişdir. Baxış gündüz vaxtı aparılmış, yol asfalt örtüklü, düz, quru, yolun ümumi eni 26 metr, yol iki istiqamətlidir,elektrikişıqları ilə işıqlanıdırılır. Yolun hər iki hissəsindəticarət obyektləri vardır. ( i.v.7-14); - xx.xx.2023-cü il tarixli, 2707/2023 saylı rəydən “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs alkoqol aşkar edilməmişdir.( i.v.17); - zərərçəkmiş şəxsin hüquqi varisləri X8 və Şahid1 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbləri yoxdur.( i.v.31, 32); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 80 saylı rəyinə əsasən 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs - baş beyinin, uzunsov beyinin, beyinciyin yumşaq qişalarına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, başın yumuşaq toxumalarına alın-təpə-ənsə nahiyələrində qansızma, kəllə qapağı və kəllə əsası sümüklərinin sınması, döş qəfəsinin sol tərəfində İV, V, Vİ qabırğaların orta körpücük xətt üzrə sınması, sol said, hər iki diz, sağ bud, bel nahiyələrinin sıyrıqları.Qeyd olunan xəsarətlər həyatidir, bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükə olan sağlamlığa AĞİR zərə vurmaya aid edilir.Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin ağır dərəcəli əzilməsi və kəllə sümüklərinin sınması olmuşdur.Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tətqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilmədi.Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər.(i.v.64-67); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 3415/K saylı rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spitrləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbbi mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi.(i.v.70-73); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır ( i.v.86); - BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-8195/23 nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs BD-104329 seryalı “В1, B, C1, C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. (i.v. 87); -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/3826saylı rəyinə görəVAZ-21074 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır.(i.v.93-95); - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasənməhkəmə tibbi və məhkəmə yol nəqliyyat ekspertlərin rəyləri, həmçinin 08 sentyabr 2023-cü il tarixdə, saat 11:00 radələrində Gəncə şəhəri, Nizami prospektində qeydə alınmış görüntülər olan bir ədəd DVD disk işüzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdır. ( i.v.127-132); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinə görə relssiz nəqliyyat vasitəsinin sürücüsü sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxsəməlindən peşman olmasını, həmçinin Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini və onlara dəymiş zərəri ödəməsi cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və təyin olunacaq cəzanın onun islah olunmasına təsiri nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini müəyyən müddətə idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə müvafiq olaraq o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə görə cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlıTəqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 1 saylı Vəkil Bürosunun vəkili X2 12 (on iki) saat üçün nəzərdə tutulan 72 (yetmiş iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Goranboy rayon üzrə probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar