Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-297/2024 20.06.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X20 Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X4 iştirakları ilə, X12 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X20 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyən etdi: X29 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X5 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəzanın yuxarı həddində cəza təyin edilməsini xahiş etmişdir. X29 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X1 Tural Arif oğluna qarşı yalan olduğunu bilə-bilə ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə kütlə içərisində və İnternet informasiya ehtiyatında (mediada ARB TV) kütləvi nümayiş etdirərək yaymaqla, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. xx.xx.2023-cü il tarixdə saat 23:54-də X12 “Youtube” sosial şəbəkəsində X8 özünə məxsus “Palitramızda hər mövzu var” TV-kanal səhifəsində böhtan ataraq təhqir etmiş şərəf və ləyaqətini alçaldaraq işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətmişdir. (Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №4, Video №5, Video №6, Video №7videoları ərizəyə əlavə olunmuş qoşmadakı şəkil №4 , ərizəyə əlavə olunmuş qoşmadakı Gəncə şəhər BPİ-nin İstintaq Təhqiqat İdarəsinin Təhqiqat bölməsində polis kapitanı Samir Zeynalov tərəfindən araşdırılmış material üzrə qərarı və epizod üzrə təqdim olunmuş videoların xx.xx.2023-cü il tarixli məhkəmə linqvistik ekspertirzasının 4/498 nömrəli rəyinin təsdiqi). xx.xx.2023-cü il tarixində saat 00:28-də və saat 00:29 da internet informasiya ehtiyatı olan “Youtube” sosial şəbəkəsində X6 özünə məxsus “Palitramızda hər mövzu var” TVkanal səhifəsində yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. (Subut ücün ərizəyə əlavə olunmuş SD-discdə Video №1, Video №2, Video №3 videoları ərizəyə əlavə olunmuş qoşmadakı şəkil №1 şəkil №3,və şəkil №24). 09 iyun 2023-cü il tarixində saat 14:59 da X3 şəhəri, Atatürk prospekti, 434, YAP Gəncə şəhər Təşkilatının binasının qarşısından Gəncə şəhəri İcra Hakimiyyətinin İnzibati binasına qədər olan məsafədə kütlə içərisində ona və az yaşlı övladına hücum edərək xx.xx.2014-cü il təvəllüdlü X16 daş parçası ilə vuraraq kütlə içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq təhqir edərək şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. (Sübut ücün ərizəyə əlavə olunmuş CDdiskdə Video №8, Video №9, Video №10 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Gəncə Şəhər Məhkəməsi iş № 3(125)-1126/2023 saylı qərarı 03 noyabr 2023-cü il tarixdə X14 “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verlişinin efirə getmiş və “Youtube” internet səhifəsində yerləşdirilmiş tam verlişin rəy bölməsində xx.xx.2024-cü il tarixində saat 22:00 da saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək (@palitramizdahermovzuvar2216 ) onun və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymış, qəsdən böhtan ataraq təqhqir etmişdir (Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №26 videosu və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №9, Şəkil №10Şəkil №11, Şəkil №12,) xx.xx.2023-cü il tarixdə saat 00:46 da X14 internet informasiya ehtiyatı olan “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 00:29-da internet informasiya ehtiyatı olan “Youtube” internet səhifəsində X5 özünə məxsus “Palitramızda hər mövzu var” TV-kanal səhifəsində yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq ,şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymış videosunu saxta hesab yaradaraq (profil adı @yazehrayahuseyn8144) yaymış və onu yalan olduğunu biləbilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatları yaymışdır.( Sübut üçün ərizəyə əlavə olunmuş CDdiskdə Video №11 videosu və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №22). 17 fevral 2024 cü il tarixində saat 13:20 də və 18 fevral 2024-cü il tarixdə saat 12:24də X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə X32 QHT-nin canlı yayımina qoşularaq yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. ( Sübut ücün ərizəyə əlavə olunmuş CD-diskdə Video №12, Video№12.1, Video №13,Video№28, Video №29 Video №30 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №5, Şəkil №6 xx.xx.2024-cü il tarixdə saat 02:53 və 03:08-də X12 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə Faiq adlı şəxsin FAİQ 027 027 027 canlı efirinə qoşularaq yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır.(Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №14, Video №15 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №7, Şəkil №8). xx.xx.2024-cü il tarixdə saat 18:09-da X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə həmin sosial şəbəkədə “Ptayka” adlı şəxsin canlı yayımında yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №16, Video №17, Video №18 , Vİdeo №19 ,Video №20, Video №21, Video №22, Video №23, Video №24, Video №25, ı deo №27 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı şəkil №23). xx.xx.2024-cü il tarixdə saat 20:50-də X14 internet informasiya ehiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə canlı açaraq yalan olduğunu bilə-bilə şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. Bundan əlavə Namazova Nərmin saxta hesab profil açaraq “Allah_bana_yeter224” adlı X5 tanışları özü qeyd etdiyi kimi tələbələri şəxslərdə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №31, Video №32, Video №33 .Video №34 ,Video №35, Video №36, Video №37, Video №38 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №26,27). xx.xx.2024-cü il tarixdə saat 23:23 də X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə “azik.ticarətci.042” adlı profilin canlı yayımına qoşularaq yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır.( Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə yeni №19, yeni №20, yeni №21 adlı videolar və ərizəyə əlavə olunmuş qoşmadakı şəkil №28) xx.xx.2024-cü il tarixdə saat 02:09-də X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə həmin sosial şəbəkədə “İlham73” adlı şəxsin canlı yayımında yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. (Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Yeni №12, Yeni №16, Yeni №17 , Yeni №14 , Yeni №15, Yeni №13, Yeni №18, adlı videolar və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №25). xx.xx.2024 cü il tarixində saat 14:05-də Gəncə şəhəri, Atatürk prospekti, 256-da yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binasında hakim Elxan Əlizadənin icraatında olan 1(125 )-240/2024 saylı iş üzrə hazırlıq iclası keçirilən zaman və iclasdan sonra Gəncə Şəhər Məhkəməsinin inzibati binasının gözləmə zalında X14 və X2 içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan atmışdılar. xx.xx.2024-cü il tarixdə saat 16:55 də,xx.xx.2024-cü il saat 23:43-də, xx.xx.2024-cü il saat 23:08-də,xx.xx.2024-cü il saat 21:59-da, xx.xx.2024-cü il saat 21:11-də xx.xx.2024 cü il saat 20:09-da X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə canlı açaraq yalan olduğunu bilə-bilə böhtan ataraq şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır.( Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №31, Video №32, Video №33 Video №39 ,Video №40, Video №41, Video №42, Video №43, Video №44 ,Video №55 Video№62 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı şəkil №29,30,31,32,33,34). X5 İnternet informasiya ehtiyatında istifadəsində olmuş adlar, profi və ya hesabları Ya zehra, Zehra,Terane müellime Ya Zehra, Əsgər yarı Zəhra, @ AMOR FAAT, 99 GANJA_020_AZE , @ Sevinc Qocayeva, Ya zehra , Zehra, Əsgər yarı Zəhra, @ AMOR FAAT, wekersolmaz, Məryam ürək, Qzi qızı , @yazehrayahuseyn8144 və palitramizdahermovzuvar2216. xx.xx.2022 ci il və xx.xx.2022-ci tarixlərdə saat 16:00-da X13 Bakı şəhəri, Yasamal rayonu, X31 2e-də yerləşən və fəaliyyət göstərən KİV-si olan ARB telekanalının “Səni axtarıram” verlişində canlı efirdə iştirak edərək yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymışdır. Bundan əlavə xx.xx.2022-ci tarixdə saat 17:00-da yuxrıda qeyd olunan ünvanda həmin verlişin fasilə zamanı X13 ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə ağır cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. Qeyd olunan verlişin internet informasiya ehtiyatı olan sosial şəbəkə “YouTube və İnstagram” səhfələrində xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə “Səni axtarıram” verlişinin canlı efiri yerləşdirilmişdir. X13 qeyd olunan “YouTube” və İnstagram” səhfələrində saxta istifadəçi adlı profil və ya hesablardan istifadə edməklə “Həyatım 888” saxta istifadəçi adı ilə onun ünvanına ağır cinayəfdə ittiham etməkdə böhtan atmış və şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. (Sübut üçün ərizəyə əlavə olunmuş CD-discdə Video №45, Video №46, Video №47,Video №48 ,Video №49, Video №50, Video №51, Video №52, Video №53 ,Video№54 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №35,). 03 noyabr 2023-cü il tarixdə X17 ARB telekanalında yayımlanan “Səni axtarıram verilişinin efirə getmiş və “Youtube” internet səhfəsində yerləşdirilmiş tam verlişin rəy bölməsində xx.xx.2024-cü il tarixdə saat 22:00 da saxta istifadaçi adlar,ə profil və hesablardan istifadə edərək (@user-wk3lu5bn1s } onun və ailəsi haqqında cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yaymışdır. ( Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №26 videosu və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №9, Şəkil №10Şəkil №11, Şəkil №12,) xx.xx.2024-cü il tarixdə saat 21:23-də X13 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı .... (sadəcə .... -dən istifadə edib) ilə bəzilərinin İç üzü adlı səhifəsinə canlısına qoşularaq özünə məxsus hesablardan istifadə edməklə onun ünvanına cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətimi ləkələyən , onu nüfuzdan salan məlumatlar yaymışdır. ( Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №68 videosu və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №37). xx.xx.2024-cü il tarixdən etibarən xx.xx.2024-cü il tarixinədək X13 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı @ sadece_sen...99 onun və ailə üzvlərinin ünvanına yalan olduğunu bilə-bilə böhtan ataraq şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatlar yaymışdır. Bundan əlavə X18 internet informasiya ehtiyatında onun barəsində yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə cinayətdə ittiham etməklə böhtan ataraq təhqir etməsi, şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan videoları paylaşmışdır. Sübut üçün ərizəyə əlavə olunmuş CD-diskdə Video №56, Video №57, Video №58,Video Ne59 ,Video №60, Video №61, Video №63, Video №64, Video №65 ,Video№66 və Video №67 videoları və ərizəyə əlavə olunmuş qoşmadakı Şəkil №36). xx.xx.2024-cü il tarixdə saat 14:05-də Gəncə şəhəri, Atatürk prospekti, 256 da yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binasında hakim Elxan Əlizadənin icraatında olan 1(125)-240/2024 saylı iş üzrə hazırlıq iclası keçirilən zaman və iclasdan sonra Gəncə Şəhər Məhkəməsinin inzibati binasının gözləmə zalında X14 və X2 içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq şərəf və ləyaqətini ləkələyən nüfuzdan salmışdır. Namazova_Nərmin Nərmayıl qızı İnternet informasiya ehtiyatında istifadəsində olmuş, profil və ya ya hesabları (@...3 nöqtə), @ sadece_sen...99 və sadece_sen...99, Allah_bana_yeter224@....(4nöktə), namazovamin19 və Həyatım 888) Namazovanın Namazovası xx.xx.2024-cü il tarixində saat 16:30-da Gəncə şəhər, Atatürk prospekti, 256-da yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binasında hakim Cavid Tağıyevin icraatında olan iş № 2(125)3143/2024 saylt iș üzrə hazırlıq iclası keçirilən zaman, iclasdan qabaq və sonra Gəncə Şəhər Məhkəməsinin inzibati binasının gözləmə zalında Nərmin Nərmaynıl qızı kütlə icərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq şərəf və ləyaqətimi ləkələyən nüfuzdan salmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X11 haqqında” Avropa Konvensiyasında (bundan sonra Konvensiyada) təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. İnsanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən müdafiə olunur. Konstitusiya fikir və söz, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirərkən hər kəsdən qanunlara riayət etməsini və başqalarının hüquqlarına hörmətlə yanaşmasını tələb edir. Məhkəmələr tərəfindən xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxılarkən nöqsan və çatışmazlıqların aradan qaldırılması və bu işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq qərara almışdır.Xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Yuxarıda qeyd olunan tarix və saatlarda ərizəyə əlavə olunmuş subutlar təsdiq edir ki, X14 və X1 Tural Arif oğlu barəsində yalan olduğunu bilə-bilə kütlə içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə, İnternet informasiya ehtiyatında (mediada) kütləvi nümayiş etdirərək yaymaqla, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətini ləkələyərək Azərbaycan Respublikasının Cinayyət Məcəlləsinin 147.1. və 147.2. bəndinin tərkibini yaratmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1. və 147.2-ci maddələri, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 19-cu fəsil şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər qrupuna daxildir. Azadlıq və ləyaqət əleyhinə olan cinayətlər qrupuna daxil olan cinayətlər törədildikdə zərərşəkmiş şəxsə vurulmuş ziyan (şəxsin şərəf və ləyaqətini alçaltdığı üçün) insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunduğu üçün mənəvi ziyan hesab olunur. X14 və X7 yuxarıda qeyd olunan əməlləri həyata keçirməklə X21 mənəvi ziyan vurmuşlar. Odur ki, X9 və X10 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb etməsinə dair və həmin maddələrin sanksiyasında nəzərdə tutlmuş daha ciddi cəzanın yuxarı həddində cəzalandırılması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X29 şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barələrində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X12 və X13 şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs X13 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində göstərdiyi saxta profillər ona məxsus deyil, Bağırov Turalın özü tərəfindən açılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma və həmin məcəllənin 147.2-ci maddəsinə əsasən, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma cinayətləridir. Həmin Məcəllənin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayətdir və qeyddən də görünür ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vermiş olduğu şikayətdə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllələrinin bir çox maddəsinin tələbləri pozulmuşdur. Həmin pozuntular isə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinin tələblərinə əsasən şikayətin icraata qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edilməsi üçün əsasdır. Belə ki, şikayət vermiş şəxsin şikayətində göstərdiyi epizodların bir qisminin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmiş, bəzi epizodlarda qeyd edilmiş saxta profillər açılaraq şikayətçinin ünvanına yazılanlara münasibətdə isə ibtidai istintaqın aparılması qaydası pozulmuşdur. (Azərbaycan Respublikasının CM-nin 148-1-ci maddəsi üzrə istintaqın aparılması Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən prokurorluğa aid edilmişdir). Həmçinin göstərilən şikayətdə sübutlar öz əksini tapmamışdır. Qeyd edilməlidir ki, şikayət ərizəsində göstərilən xx.xx.2023-cü il tarixdə saat 23:54də X12 “Youtube” sosial şəbəkəsində X8 özünə məxsus “Palitramızda hər mövzu var” TVkanal səhifəsində böhtan ataraq təhqir etmiş şərəf və ləyaqətini alçaldaraq işgüzar nüfuzuna xələl gətirən ifadələr işlətməsi xx.xx.2023-cü il tarixli məhkəmə linqvistik ekspertirzasının 4/498 nömrəli rəyi ilə təsdiq edilmişdir. Sözügedən rəydə “şərəfsiz” sözünün təhqir olması öz əksini tapsa da bildirilməlidir ki, “şərəfsiz” sözü böhtan yox təhqir hesab olunur. Xüsusi ittiham qaydasında şikayətçi T. Bağırov isə Cinayət Məcəlləsinin 147-ci maddəsinin (Böhtan) müvafiq bəndlərinə istinad edərək X12 və X4 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. 09 iyun 2023-cü il tarixində saat 14:59 da X3 şəhəri, Atatürk prospekti, 434, YAP Gəncə şəhər Təşkilatının binasının qarşısından Gəncə şəhəri İcra Hakimiyyətinin İnzibati binasına qədər olan məsafədə kütlə içərisində ona və az yaşlı övladına hücum edərək xx.xx.2014-cü il təvəllüdlü X16 daş parçası ilə vuraraq kütlə içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq təhqir edərək şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymasına dair məlumatlar qeyd edilsə də, həmin qərar iş materiallarına əlavə edilmədiyindən qərarda böhtan ilə bağlı hər hansısa məlumatın olub-olmaması müəyyən olunmamışdır. 03 noyabr 2023-cü il tarixdə X14 “ARB” telekanalında yayımlanan “Səni axtarıram” verlişinin efirə getmiş və “Youtube” internet səhifəsində yerləşdirilmiş tam verlişin rəy bölməsində xx.xx.2024-cü il tarixində saat 22:00 da saxta istifadəçi adlar, profil və hesablardan istifadə edərək (@palitramizdahermovzuvar2216 ) onun və ailəsi haqqında həqiqətə uyğun olmayan məlumatlar yaymış, qəsdən böhtan ataraq təhqir etməsi və xx.xx.2023-cü il tarixdə saat 00:46 da X14 internet informasiya ehtiyatı olan “Tik-Tok” sosial şəbəkəsi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 00:29-da internet informasiya ehtiyatı olan “Youtube” internet səhifəsində X5 özünə məxsus “Palitramızda hər mövzu var” TV-kanal səhifəsində yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq ,şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yaymış videosunu saxta hesab yaradaraq (profil adı @yazehrayahuseyn8144) yaymış və onu yalan olduğunu biləbilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatları yayması faktlarının böhtan xarakterli olması müəyyən edilmir. Çünki Azərbaycan Respublikasının CM-nin 148-1 maddəsinə əsasən internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə üzrə cinayət təqibi xüsusi ittiham qaydasında baxılan işlər kateqoriyasına aid deyil. (Qeyd:Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir). 17 fevral 2024 cü il tarixində saat 13:20 də və 18 fevral 2024-cü il tarixdə saat 12:24də X14 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı Rəssam Təranə adı ilə X32 QHT-nin canlı yayımina qoşularaq yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yayması epizoduna münasibətdə məhkəmə qeyd etməlidir ki, şikayət vermiş şəxsin şikayətində böhtan xarakterli məlumatların baş verməsini göstərdiyi əməllərin hansı tarixdə və saatda baş verməsi təqdim edilmiş sübutlarla müəyyən edilmir. Məhkəmə tərəfindən təqdim edilmiş görüntülərə baxış keçirilmiş həmin görüntülərdə görüntülərin hansı tarixdə çəkilməsi müəyyən edilməmişdir. Həmçinin təqdim edilən videogörüntülərin tarixini təsdiq etmək üçün şikayətə əlavə olunan şəkillərdə fərqli saatlar müəyyən edilmişdir. xx.xx.2022 ci il və xx.xx.2022-ci tarixlərdə saat 16:00-da X13 Bakı şəhəri, Yasamal rayonu, X31 2e-də yerləşən və fəaliyyət göstərən KİV-si olan ARB telekanalının “Səni axtarıram” verlişində canlı efirdə iştirak edərək yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq, şərəf və ləyaqətini ləkələyən nüfuzdan salan məlumatlar yayması və bundan əlavə xx.xx.2022-ci tarixdə saat 17:00-da yuxarıda qeyd olunan ünvanda həmin verilişdə fasilə zamanı qeyd etdiyi məlumatı təsdiq edən hər hansı sübutlar xüsusi ittiham qaydasına verilən şikayət üzrə iş materiallarına əlavə edilməmişdir. Çünki CM-nin 147.2-ci maddəsi az ağır cinayətdir, cinayət məsuliyyətinə cəlb etmə müddəti 07 ildir. Həmçinin CM-nin 147.1-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən əməldir və onun cinayət məsuliyyətinə cəlb etmə müddəti 02 ildir və 02 il cəlb etmə müddət Cinayət Prosessual Məcəlləsinin 302.1.4cü maddəsinə əsasən şikayəti icraata qəbul etməkdən imtina üçün əsasdır. xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixlərdə şikayət ərizəsində qeyd edilən epizodlarla bağlı bildirilməlidir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayətində qeyd etdiyi həmin böhtan xarakterli məlumatlar görüntülərə baxış keçirilərkən səs çıxan səhnələrdə heç bir təhqir və ya böhtan müəyyən edilməmiş, müəyyən yerlərdə isə səs çıxmadığı üçün həmin məlumatlarda təhqir və ya böhtanın olub-olmaması müəyyən edilməmişdir. 03 noyabr 2023-cü il tarixdə X17 ARB telekanalında yayımlanan “Səni axtarıram verlişinin efirə getmiş və “Youtube” internet səhfəsində yerləşdirilmiş tam verlişin rəy bölməsində xx.xx.2024-cü il tarixdə saat 22:00 da saxta istifadaçi adlar, profil və hesablardan istifadə edərək (@user-wk3lu5bn1s } onun və ailəsi haqqında cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar yayması və xx.xx.2024-cü il tarixdə saat 21:23 də X13 internet informasiya ehtiyatı olan sosial şəbəkə “Tik-Tok”-da profil adı .... (sadəcə .... -dən istifadə edib) ilə bəzilərinin İç üzü adlı səhfəsinə canlısına qoşularaq özünə məxsus hesablardan istifadə edməklə onun ünvanına cinayətdə ittiham etməklə böhtan atmış və şərəf və ləyaqətimi ləkələyən , onu nüfuzdan salan məlumatlar yayması faktlarına münasibətdə isə həmin profilin kimə məxsus olması müəyyən edilmir. Belə ki, məhkəmə iclas zalında Nərmin Namazova həmin profilin Turalın özü tərəfindən açıldığını bildirərək ona məxsus olmadığını bildirmişdir. Bağırov Tural isə məhkəmə iclas zalında bildirmişdir ki, prokurorluğa anonim xarakterli məlumatlarla bağlı şikayət etsə də, prokurorluq isə ona bildirmişdir ki, həmin profilin kiməsə məxsus olması məlumdursa qeyd edilən hal anonim hesab edilməməlidir. Göstərilən xüsusatı təsdiq edən isə heç bir qərar məhkəməyə təqdim edilməmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:05-də və xx.xx.2024-cü il tarixində saat 16:30-da Gəncə şəhər, Atatürk prospekti, 256-da yerləşən Gəncə Şəhər Məhkəməsinin inzibati binasında keçirilən məhkəmə iclasları zamanı məhkəmənin gözləmə zalında X14 və X2 içərisində ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etməklə yalan olduğunu bilə-bilə ağır cinayətdə ittiham etməklə böhtan ataraq şərəf və ləyaqətini ləkələyən nüfuzdan salması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. (nə qərar nə də hansı şahidlərin yanında olması müəyyən edilmir) Xüsusi ittiham qaydasında şikayət verən şəxs T.Bağırov N.Namazovanın və T.Namazovanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də hansı şəxsin hansı əməllərinə görə həmin Məcəllənin 147.1 və 147.2-ci maddələrinə görə cinayət məsuliyyətinə cəlb edilməli olmasını fərqləndirməmiş, ümumiyyətlə əlaqəsiz şəkildə həmin maddələrə isnad etmişdir. Baxmayaraq ki, sözügedən cinayət Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə təsdiq olunur. Həmçinin, şikayət verən şəxs sosial şəbəkələriə təhqir və böhtan xarakterli məlumatlar yaydığı göstərilsə də, ərizədə təhqir və böhtan xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olması göstərilməmiş, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, hansı sözlərlə və ya ifadələrlə isə ona şər-böhtan atmasını qeyd etməmişdir. Digər tərəfdən xüsusi ittiham qaydasında irəli sürülən ittiham konkret olmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Diqqətə alınmalı məqam ondan ibarətdir ki, xüsusi ittihamçının isnad etdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 147.1 və 147.2-ci maddələri ilə təsdiq olunmur. Belə ki, T.Bağırovun isnad etdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 148-1-ci maddəsi ilə öz təsdiqini tapır. Lakin həmin maddədə nəzərdə tutulmuş cinayət əməlinin istintaqı məhkəmə tərəfindən deyil, prokurorluq tərəfindən aparılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 37.2-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 133, 134, 142.1, 148- 1, 149.1, 150.1, 151, 156—158, 163, 169-1, 175—177.1, 178.1, 179.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir. Azərbaycan Respublikası CPM-nin 215.3-cü maddəsində cinayət işlərinin üzrə prokurorluq tərəfindən aparılması göstərilmişdir. Həmin maddənin 215.3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 148-1, 149, 154-162, 162-1 (cinayət işi prokurorluqda başlandıqda), 163, 164, 165.2, 165-2, 165-3, 166.2, 169-1, 179, 189-1, 190, 191, 192-2, 193-1 (cinayət işi prokurorluqda başlandıqda), 195, 195-1, 195-2, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 318-1, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2. Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Yuxarıda sadalanan halları qeyd edərək məhkəmə haqlı qənaətə gəlir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3, 302.1.4, 302.1.7ci maddələrini əsas götürərək həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməli və şikayət icraata qəbul edilməməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 və X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X29 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-297/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-297/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver