Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-298/2023 25.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində ünvan 2 ünvanında qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı sonuncunun sol qol nahiyəsinə stul ilə qəsdən vurmaqla sonuncuya sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və sıyrığı xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun barı qonşusudur, əvvəllər qonşu kimi yaxşı münasibətləri olmuş, sonradan aralarında bir neçə dəfə mübahisə olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində o, yaşadığı evin həyətində alət ilə iş görən zaman qonşuluqda yaşayan Şahmar həyətlərindən onun ünvanına nalayiq sözlər işlətdiyini eşitmiş və onu səsləyərək “niyə mənim ünvanıma nalayiq sözlər deyirsən?” soruşmuşdur. Bundan sonra aralarında sözlə mübahisə olmuş, Şahmar onun ünvanına nalayiq ifadələr işlətdiyi üçün o, Şahmarı təhqir etmiş, sonra evdən çıxıb sonuncunun yaşadığı evin həyətinə keçmişdir. O, Şahmarın yaşadığı həyətə daxil olanda Şahmar yenə onu təhqir edərək üstünə getmişdir. O, əsəbləşdiyi üçün həyətdə olan stullu götürüb Zərərçəkmiş şəxs sol qolundan vurmuşdur. Həmin vaxt arvadı ilə həyətə daxil olan qardaşı Şahid onları aralamış və onu sakitləşdirərək evə aparmışdır. Sonradan o, 1-ci polis şöbəsinə dəvət olunanda Zərərçəkmiş şəxs onun barəsində 1-ci polis şöbəsinə şikayət etdiyini bilmişdir. Zərərçəkmiş şəxs ilə aralarında mübahisə, davadalaş olan zaman qardaşı Şahid yanlarında olmuş, aralarında baş verən mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonda o, Zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb, barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X4 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs onun barı qonşusudur, sonuncu yaşadığı evin həyətində mebel təmir etdiyindən mütəmadi narahatçılıq yaratmış, bu səbəbdən aralarında dəfələrlə mübahisə olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə təxminən 15 radələrində o, yaşadığı evin çardağında olan bankaları səliqəyə salan zaman telefona baxıb nalayiq ifadə işlətmişdir. Həmin vaxt qonşuluqda yaşayan Abbas həyətindən onu səsləmiş və nalayiq ifadələr işlədərək soruşmuşdur ki, “mənəmi deyirsən?”. Həmin vaxt o, Təqsirləndirilən şəxs “nalayiq ifadələr işlətmə” sənə demirəm demiş, sonuncu onun ünvanına yenə nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bir qədər sonra o, çardaqdan düşmüş, həyətdə olan zaman Təqsirləndirilən şəxs yaşadığı həyətə daxil olaraq ünvanına nalayiq ifadələr işlədərək üstünə gəldiyini görmüşdür. Təqsirləndirilən şəxs onu təhqir etdiyi üçün o, da sonuncunu təhqir etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həyətdə olan stulu götürmüş və stulla onun onun sol qol nahiyəsinə vurmuşdur. Həmin vaxt həyətə gələn Təqsirləndirilən şəxs qardaşı Elnur Təqsirləndirilən şəxsı sakitləşdirərək aparmışdır. Həmin vaxt o, xəsarət aldığı üçün əvvəl DİN-in “102 xidməti”nə məlumat vermiş, sonrada 1-ci polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş təxminən 3-5 dəqiqə davam etmişdir. Sonda o, Abbasla barışdığını, ona qarşı heç bir şikayəyt və tələbinin olmadığını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023cü il tarixli 568 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması və sıyrığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gəstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Gəncə Şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X4 ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 məhkəmə baxışında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 6 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 36 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 36 (otuz altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-298/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-298/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver