Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-298/2024 18.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi Məhkəmə iclasının katibi: X6 Dövlət ittihamçısı: Dövlət ittihamçısı Müdafiəçi: Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, lll qrup Qarabağ əlili, Gəncə şəhəri, Sadılı qəsəbəsi, X12 küçəsi, ev 10-daqeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinəGəncə şəhəri Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12 radələrində sürücülük vəsiqəsi olmadan etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi “Vaz 21093” minik markalı **- BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən «X9» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən “hadisənin qarşısını almağa texniki imkanı olduğu halda” həmin tələblərə əməl etməyərək “Meqa Store”mağazasının yaxınlığında yolu keçmək istəyən piyada, Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs sağ mil sümüyünün aşağı 1/3 hissəsinin sınığı, sol gözaltı nahiyənin qançırı, sol ayağın iç və bayır topuq nahiyələrinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi törətmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla bağlı ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lll qrup Qarabağ əlilidir, "VAZ-21093" minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil X7 məxsusdur və o, avtomobili etibarnamə əsasında idarə edir. Onun “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində idarə etdiyi "Vaz-21093" markalı avtomobili ilə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Kəkotu” kafesinin yaxınlığından Ş.İ.Xətai prospekti ilə Şəddadilər küçəsinə doğru getmişdir. Ş.İ.Xətai prospketində “Meqa Store” marketin bərabərliyində hərəkətdə olarkən təxminən saatda 40 km/saat sürətlə hərəkət etmiş, o, marketi keçdikdən sonra qarşıdakı işıqforu keçmək istəyərkən həmin vaxt anidən market tərəfdən yolu digər tərəfə keçmək istəyən piyadanı vurmuşdur. O, dərhal həmin şəxsə yaxınlaşaraq piyada Zərərçəkmiş şəxs Süeyman oğlunu avtomobilinə mindirib 3 saylı xəstəxanaya aparmışdır. Bundan sonra isə hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş,avtomobili DYPŞ-nin müvəqqəti duracağına aparmış,o, isə narkoloji dispanserdə sərxoşluq müayinəsindən keçmiş və sərxoş olmadığı müəyyən olunmuşdur. Hadisənin baş verməsinə səbəb piyadanın digər avtomobilin qarşısından onun qarşısına çıxması və onun diqqətsizliyi olmuşdur. Həmin vaxt avtomobildə ondan başqa heç kim olmamış,tanıdığı heç kim hadisəni görməmişdir. Həmin piyadanı o təxminən 3 metr məsafədən görmüş və bu vaxt sükanı sağa çəkmiş lakin hadisədən yayına bilməmişdir. O, həmin vaxt təhlükəsizlik kəmərindən istifadə etdiyini bildirmişdir. Sonda isə səhhətində ciddi problemlərin olduğunu, himayəsində ailə üzvlərinin olmasını nəzərə alınıb barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 12 radələrindəGəncə şəhəri şah İsmayıl Xətai prospektində yerləşən “Megastor” mağazasının yaxınlığında işıqforun sarı işığında yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyərkən göy rəngli “VAZ 2109 markalı **-BA-***” dövlət qeydiyyat nişanlı avtomobil onu vuraraq yerə yıxmışdır.Daha sonra isə avtomobilin sürücüsü maşından düşərək onu xəstəxanaya aparmış və ona lazım olan tibbi yardım göstərilmişdir.O, həmçinin məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Təqsirləndirilən şəxs iləbarışmış, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. İfadəsininsonunda isə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkmə iclasında iş ürzə Şahid1 bildirmişdir ki, o hadisəni tam olaraq xatırlamır. Daha sonra məhkəmə iclasında onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmiş və o, həmin ifadənin doğruluğunu təsdiq etmişdir. İş üzrə digər Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadə məhkəmə iclasında elan edilmişdir. (i.v.63-65) İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunmuş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında”xx.xx.2023-cü il tarixli protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Gəncə şəhəri, Ş.İ.Xətai prospketindəbaş vermişdir. Baxış günəşli havada aparılmış, yol asfalt beton örtüklü, düz, quru,hərəkət zolaqlarının sayı 4,yol örtüyünün eni 18 metr, hərəkət hissəsinin eni isə 9 metrdir. Hərəkət hissədə qarşı-qarşıya nəqliyyat axınını ayıran xətt, sağ tərəfdən köbə daşları və işıqlandırıcı dirəklər vardır. Şəhər elektrik işığı ilə işıqlandırılır.( i.v.9-16); - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında xx.xx.2023-cü il tarixli, 3078/2023 nömrəli aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxshadisə zamanı ayıq vəziyyətdə olmuşdur.( i.v.19); - BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2- 7045/2023nömrəli məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs AC-623 176 saylı “ВC”kateqoriyalı sürücülük vəsiqəsi 26aprel 2016-cı il tarixdən 26aprel 2026-cı il tarixədək verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(044)-141/2019 saylı hökmünə əsasən 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması və nəqliyyat vasitələrini idarə etmək hüququndan xx.xx.2019-cu il tarixdən 1(bir) il 06 (altı) ay müddətinə məhrum edilmişdir. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi Gəncə RQİ və TBŞ-nə təhvil verilməmişdir.(i.v. 30); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2023-cü il tarixli, 1600 saylı rəyinə əsasən 1971-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər sağ mil sümüyünün aşağı 1/3 hissəsinin sınığı, sol gözaltı nahiyyənin qançırı, sol ayağın iç və bayır topuq nahiyələrinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilər, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. (i.v.32-34); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/3671 saylı rəyinə görəİstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21093 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlələrində “X9” Azərbaycan Respublikası Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır. (i.v.60-62); - Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Odur ki, onun E. Verdiyevə qarşı heç bir şikayəti və tələbi yoxdur. Onun cinayət məsuliyyətinə cəlb edilməməsini xahiş edir. (i.v.69); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxsNizami rayon xalq məhkəməsinin xx.xx.1992-ci il tarixli hökmü ilə CM-nin 143.4 maddəsi ilə təqsirli bilinərək 05 il azdlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1993-cü ildə AR xx.xx.1992-ci il tarixli “AMNİS” qərarınaəsasən azad edilmişdir.xx.xx.2000-ci il tarixdə Tümen şəhəri Tsentralni rayon məhkəməsinin hökmü ilə RF 30.3, 161.2 “B” bənd maddələri ilə təqsirli bilinərək 03 il 06 ay azdlıqdan məhrum etməcəzası təyin edilmişdir.xx.xx.2009-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin hökmü ilə 03 il 06 ay azdlıqdan məhrum etməcəzası təyin edilmişdir.xx.xx.2009-cu il tarixdə Gəncə şəhər məhkəməsinin hökmü ilə AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzası təyin edilmişdir.xx.xx.2010-cu il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə AR CM-nin 177.2.1- ci və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 03 ay azdlıqdan məhrum etməvə 3000 manat cərimə cəzası təyin edilmiş, xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin qərarı ilə cərimə cəzası 360 saat ictimai işlər cəza ilə əvəz edilmiş,xx.xx.2018-ci ildə ictimai işlər cəzasını çəkib qutarmışdır.xx.xx.2010-cu il tarixdə Xəzər rayon məhkəməsinin hökmü ilə AR CM-nin 322.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay azdlıqdan məhrum etmə- 3000 manat cərimə cəzası təyin edilmişdir.xx.xx.2012-ci il tarixdə Tümen şəhəri kalinin rayon məhkəməsinin hökmü il 166.2”V” bəndi ilə təqsirli bilinərək 03 il azdlıqdan məhrum etməcəzası təyin edilmişdir.xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə AR CM-nin 263.1-ci və 264-cü maddələri ilə təqsirli bilinərək 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması və 01 il 06 ay Nəqliyyat vasitlərini idarə etmək hüquqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlavə cəza müddəti başa çatdığından şəbə qeydiyyatından çıxarılmış, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından şöbəqeydiyyatından çıxarılmışdır.( i.v.105-108); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserinin 15aprel 2024cü il tarixli, 3165 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 110); - “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 15 aprel 2024-cü il tarixli qərara əsasənGəncə şəhər,Ş.İ.Xətai prospektindəqeydə alınmış görüntülər olan 01 ədəd DVD disk və Zərərçəkmiş şəxs sağlamlğına xəsarət yetirdiyi üçün “Vaz 21093” minik markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobil, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahid ifadələri, hadisə yerinəbaxış, məhkəmə-avtotexniki, məhkəmə tibbi-ekspertizasının rəyivə digər istintaq sənədlərcinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınmışdır. ( i.v.117-124); Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsindəüç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “X9” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən 1.1—1.3 üfuqi nişanlama xətlərini kəsib keçmək qadağandır. Təqsirləndirilən şəxs “X9” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən 1.3üfuqi nişanlama xəttini kəsib keçməməli olduğu halda, həmin tələblərə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməlini etiraf etməsini, zərərçəkmiş şəxsə kömək etməsini, onunla barışıq əldə etməsini, dəymiş ziyanı tamamilə ödəməsini, lll qrup Qarabağ əlili olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli onun həmin müəssisədə qeydə alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş)manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********AZ34CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökm elan olunduğu andan, həbsdə saxlanılan şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-298/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-298/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver