Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-30/2023 07.03.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 97A ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus tikintidə istifadə olunan dəmir dirəkləri və dəmir ayaqaltıları icarəyə götürüb əvəzində aylıq icarə haqqı ödəmək adı ilə Zərərçəkmiş şəxs inandırıb etibarından sui-istifadə etmə və aldatma yolu ilə 1 ədədi 10 manat olmaqla hər biri 3 metr uzunluqda və ümumilikdə 11800 manat dəyərində 1180 ədəd dəmir dirəyin 60 ədədini xx.xx.2020-ci il tarixdə, 60 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 55 ədədini xx.xx.2020-ci il tarixdə, 100 ədədini xx.xx.2020-ci il tarixdə, 180 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2020-ci il tarixdə, 200 ədədini xx.xx.2020-ci il tarixdə, 165 ədədini xx.xx.2020-ci il tarixdə, 80 ədədini xx.xx.2020-ci il tarixdə, 105 ədədini xx.xx.2020-ci il tarixdə, 30 ədədini xx.xx.2021ci il tarixdə həmçinin, 1 ədədi 13 manat olmaqla hər biri 6 metr uzunluqda və ümumilikdə 3250 manat dəyərində 250 ədəd dəmir dirəyin 80 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2021-ci il tarixdə, habelə 1 kvadratmetri 9 manat olmaqla ümumilikdə 4950 manat dəyərində 550 kvadratmetr dəmir ayaqaltının 150 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, 160 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, 240 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, ümumilikdə isə zərərçəkmiş şəxsin 20.000 manat dəyərində xeyli miqdarda əmlakını yaşadığı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 97A nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində vahid niyyətlə hissə-hissə ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, ev 97-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bır yerdə işləmir. Əvvəllər tikintilərdə fəhlə kimi çalışmışdır. 2020-ci ilin oktyabr ayından Zərərçəkmiş şəxs tanıyır. Elnur ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Qeyd edilən vaxtdan Elnurun “Qazell" markalı yük avtomobilini görüb avtomobilin üzərinə yapışdırılmış mobil nömrəsini götürərək Elnura zəng etmiş və icarəyə dəmir dirəklər, dəmir ayaqaltılar lazım olduğunu bildirmişdir. Belə ki, Elnurun avtomobilinin tez-tez dəmir dirəklər daşıdığını gördüyündən həmin vaxt icarə adı ilə Elnurdan dəmir dirəkləri və dəmir ayaqaltıları götürüb satmağı, əldə etdiyi puldan az miqdarda icarə haqqı kimi ödəməyi, sonra da bu qayda ilə daha çox dəmir dirək və dəmir ayaqaltı əldə edib satmaqla qazanc əldə etməyi düşünmüşdür. Bunun üçün əvvəlcədən tanıdığı, hansı ki, dəmir dirəkləri alıb-satmaqla məşğul olan bir neçə nəfər də nəzərində olmuşdur. Lakin həmin şəxlərin heç biri ilə əvvəlcədən bu barədə danışmamışdır. Həmin ərəfədə Elnurla danışıb dəmir dirəkləri və dəmir ayaqaltıları icarəyə götürmək barədə razılaşmışdır. Belə ki, Elnurla razılığa əsasən Elnur evinin həyətində olan xatırlamadığı sayda dəmir dirəkləri və dəmir ayaqaltıları özünün yük avtomobilinə yükləyib onun evinin həyətinə gətirərək boşaltmışdır. O isə həmin tikinti ləvazimatlarını tikintilərdən usta kimi tanıdığı və dəmir dirəkləri alıb-satmaqla məşğul olan Şahid2 müraciət edərək 1 ədəd 3 metr uzunluqda dəmir dirəyi 8 manatdan, 1 ədəd 6 metr uzunluqda dəmir dirəyi 9 manatdan, 1 kvadratmetr ölçüdə dəmir ayaqaltını isə 3 manat 50 qəpikdən satmağa razılaşmışdır. Bunun üçün Sahib adlı “Qazell" markalı yük avtomobilinin sürücüsündən guya ki, özünə məxsus olan tikinti ləvazimatlarını avtomobili ilə Rəşidin yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsi tərəfdə, Samux rayonuna gedən istiqamətdə olan evinə aparmağı xahiş etmişdir. Belə ki, Sahiblə təsadüfən yolda rastlaşmış, Sahibin həmin işlərdən xəbəri olmamışdır. Sahib onun evindən Elnura məxsus həmin dəmir dirək və dəmir ayaqaltıları oğlunun köməkliyi ilə avtomobilinə yükləmiş və aparıb Rəşidin evinin həyətinə boşaltmışdır. Satdığı ləvazimatların pulunu isə Rəşiddən şəxsən almışdır. Bu qayda ilə Elnurdan bir neçə dəfə dəmir ayaqaltı və dəmir dirəyi icarəyə götürmək adı ilə evinin həyətinə gətirdib oradan isə Sahibin yük avtomobili ilə Rəşidə, sonradan isə Gəncə şəhəri, Gülüstan qəsəbəsində həyət evi olan Kazım kimi tanıdığı Ramin adlı şəxsə satmışdır. Ramin adlı şəxsi də tikintilərdən tanımışdır. Kazım kimi tanıdığı Raminə də həmin dirəklərin onun özünə məxsus olduğunu bildirmişdir. Raminə və Rəşidə neçə dəfə və hansı sayda dəmir dirək satdığı yadında deyil. Elnurdan ümumilikdə 550 kvadratmetr ölçüdə dəmir ayaqaltılar və təxminən 1400 ədəd dəmir dirək əldə etmiş, onların hamısını hissə-hissə satmışdır. Elnurdan dəmir dirəkləri və dəmir ayaqaltıları hissə-hissə götürsə də bu barədə elə ilk gündən planlaşdırmışdır ki, nə qədər bacarsa o qədər götürsün və o qədər də qazanc əldə etsin. Elnura məxsus dəmir dirək və dəmir ayaqaltıları icarəyə götürmək adı ilə aldığı üçün şübhələnməsin deyə satdığı həmin dəmir dirək və dəmir ayaqaltıların pulundan guya ki, icarə haqqı kimi ayın sonunda bir neçə dəfə Elnura pul vermiş, lakin sonda pulları xərclədiyi üçün Elnura pul verə bilməmişdir. Beləcə, törətdiyi cinayətin üstü açılmışdır. Zərərçəkmiş şəxs ona icarəyə vermək fikrində olduğu dəmir dirəkləri və dəmir ayaqaltıları onun evinin həyətinə deyil, özünün düşündüyü kimi icarəyə verdiyi tikintilərə boşaltmağı təklif edəndə Elnurun həqiqəti öyrənməməsi üçün icarəyə götürən tikinti şirkətinin özünün yük avtomobili olduğunu buna ehtiyac olmadığını bildirmişdir. İcarəyə götürmək adı ilə ələ keçirdiyi dəmir dirəklərdən və dəmir ayaqaltılardan heç birini qaytarmamış, çünki hamısını satmışdır. Elnurdan aldığı həmin tikinti alətlərini dərhal satmışdır və icarəyə vermək fikri olmamışdır. Sahib adlı “Qazell" markalı avtomobil sürücüsünə, Şahid2, eləcə də Kazım ləqəbli Ramin adlı şəxsə həmin malların onun özünə məxsus olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ələ keçirdiyi tikinti materiallarını yalnız Rəşid və Ramin adlı şəxslərə satmış, başqa heç kimə satmamış, lakin onlardan hansına nə qədər satdığını dəqiq xatırlamır. Satışdən əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Elnura yalnız 360 manat pul ödəmişdir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu bildirib məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailə üzvləri həmçinin anası Mehriban ilə birlikdə yaşayır və tikintidə istifadə olunan özünə məxsus dəmir dirək və dəmir ayaqaltıları icarəyə verib pul qazanır. Həmin işin görülməsi ilə bağlı özünə məxsus "Qazelf markalı, **- CT-*** dövlət qeydiyyat nişanlı yük avtomobili də var. 2020-ci ilin oktyabr ayında, dəqiq xatırlamadığı tarixdə istifadəsində olan mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən adının Xaliq olduğunu bildiyi bir şəxs zəng edərək “Qazell” markalı avtomobilinin üzərindən mobil nömrəsini götürüb zəng etdiyini, özünün tikinti işləri ilə məşğul olduğunu, bunun üçün də icarəyə müəyyən sayda dəmir dirək və dəmir ayaqaltı lazım olduğunu bildirmişdir. O da həmin işlə məşğul olduğundan Xaliqlə razılaşmışdır. Danışıqlarına əsasən, o, yük avtomobili ilə müəyyən sayda dəmir dirəkləri Xaliqin özünün bildirməsinə əsasən, yaşadığı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən həyət evinə aparıb boşaltmışdır. Bundan bir neçə gün sonra Xaliq zəng edərək yenə dəmir ayaqaltı və dəmir dirək istədiyindən o, Xaliqə inanıb yenə öz yük avtomobili ilə evinin həyətindən müəyyən sayda həmin ləvazimatları aparıb Xaliqin evinin həyətinə boşaltmışdır. Növbəti dəfə Xaliq yenə icarəyə tikinti ləvazimatları istədikdə Xaliqə təklif etmişdir ki, ləvazimatlar hansı tikintidə istifadə olunursa oraya aparıb boşaltsın və öz evindən hara aparacaqsa bir də əlavə xərc çəkməsin. Xaliq isə əlavə taxta materiallar da yığıb birlikdə aparacağını bildirərək razı olmamış və tikinti işlərini gördürən şirkətin öz avtomobilinin gəlib onun öz evindən ləvazimatları aparacağını bildirmişdir. Ona görə növbəti dəfələrdə apardığı ləvazimatları da Xaliqin evinin həyətinə boşaltmışdır. Ümumilikdə təxminən 4-5 dəfə olmaqla, hər dəfə Xaliqin evinə getdikdə əvvəl vermiş olduğu ləvazimatların orada olmadığını görmüşdür. Bu qayda ilə 2020-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayının sonlarınadək olan müddət ərzində 1 ədədi 3 metr uzunluqda olan ümumilikdə 1180 ədəd və 1 ədədi 6 metr uzunluqda 250 ədəd, ümumilikdə isə 1430 ədəd dəmir dirəyi, ümumilikdə 550 kvadratmetrlik dəmir ayaqaltıları aparıb Xaliqin yaşadığı evə boşaltmış, yəni Xaliqə icarəyə vermişdir. Xaliq isə 3 ay müddətində, ümumilikdə təxminən 2000 manat olmaqla həmin dirək və ayaqaltıların icarə haqqını vermişdir. Həmin ərəfədə Xaliq qeyd edilən ləvazimatların icarə haqqını, yəni 1 ədəd dəmir dirək üçün bir aya 1 manat, 1 kvadratmetr dəmir ayaqaltı üçün də bir aya 1 manat olmaqla icarə haqqını ayın sonunda ödəmişdir. 2021 -ci ilin fevral ayından etibarən Xaliq icarə haqqını ödəməməyə başlamışdır. Ona görə də o, dəmir dirəklərini və dəmir ayaqaltılarını tələb etmiş, lakin Xaliq müxtəlif bəhanələr gətirərək ona məxsus materialları geri qaytarmamış və yalandan icarə haqqını ödəyəcəyinə söz vermişdir. 2021 -ci ilin mart ayında yolla keçərkən Gəncə şəhərinin ərazisində tikintilərdən birində özünün dəmir dirək və ayaqaltılarını görmüş, həmin tikintidən maraqlandıqda isə onların Xaliq tərəfindən nağd şəkildə satıldığını öyrənmişdir. Sonradan isə dəmir dirək və dəmir ayaqaltıların bir qismini şəhərin ərazisində başqa bir tikintidə aşkar edərək onların da Xaliq tərəfindən satıldığını öyrənmişdir. Daha sonra məlum olmuşdur ki, Xaliq ondan həmin ləvazimatları icarəyə götürmək adı ilə götürüb bir neçə şəxsə satmışdır. Hadisə ilə bağlı ona ümumilikdə 20.000 (iyirmi min) manat maddi ziyan dəymişdir. Hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyandan cəmi 360 manat pul ödəmiş, qalan borcu qalmışdır. Ona görə Xaliqdən şikayətçi olmaqla ona ağır cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində oğlu Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək sonuncu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ərazisində yaşayır və tikinti işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs 2020-ci ilin sonlarından tanıyır. Xaliqlə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Belə ki, həmin ərəfələrdə Xaliq ona zəng edərək özünə məxsus dəmir dirək və dəmir ayaqaltıları satmaq istədiyini bildirmiş, o da həmin işlə məşğul olduğu üçün Xaliqə etiraz etməmiş və gətirsə alacağını bildirmişdir. Həmçinin Xaliqlə belə razılaşmışlar ki, 01 ədəd 03 metr uzunluqda dəmir dirəyi 9 manata alacaq. O, Xaliqdən 01 ədədini 9 manat olmaqla ümumilikdə 80 ədəd 3 metr uzunluqda dəmir dirəkləri almışdır. Belə ki, Xaliq bir nəfər şəxsin "Qazell" markalı yük avtomobili ilə ona iki dəfə, birinci dəfə 50 ədəd, ikinci dəfə isə 30 ədəd dəmir dirək göndərmişdir. O isə Xaliqə ümumilikdə 750 manat pul vermişdir. Xaliqin ona satdığı dəmir dirəklərin cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Xaliq ona həmin dirəklərin özünə məxsus olmasını bildirmişdir. Xaliqdən aldığı dəmir dirəkləri tikintilərdə istifadə etmələri üçün icarəyə vermiş, sonradan məlum olmuşdur ki, Xaliqin satdığı dəmir dirəklər başqa bir şəxsə məxsus olmuşdur. Ona görə də həmin dəmir dirəkləri istifadədən çıxartmış və Gülüstan qəsəbəsində olan özünə məxsus əraziyə gətirmişdir. Həmin gündən bəri dəmir dirəklər oradadır və istintaqa təqdim etmişdir. O, Xaliqdən dəmir ayaqaltı almamış, Xaliqdən aldığı cəmi 80 ədəd dəmir dirək olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 İsrafil oğlu ifadəsində bildirmişdir ki, Gəncə şəhəri, Natavan qəsəbəsində yaşayır və fərdi qaydada tikintilərdə usta işləyir. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından tanıyır. Xaliqlə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Belə ki, həmin ərəfələrdə Xaliq ona zəng edərək tikintidə istifadə olunan özünə məxsus dəmir dirək və dəmir ayaqaltılar satdığını bildirmişdir. O da, həmin işlə məşğul olduğu üçün tərəddüd etmədən və dəmirlərə baxmadan Xaliqlə qiymət barədə razılaşmışdır ki, 3 metr uzunluqda 1 ədəd dəmir dirəyi 8 manatdan, 6 metr uzunluqda dəmir dirəyin 1 ədədini 9 manatdan, dəmir ayaqaltıların 1 kvadratmetrini isə 3 manat 50 qəpikdən alacaq. Belə ki, o, tikintilərdə usta işlədiyi üçün həmin dəmir ayaqaltıları və dəmir dirəkləri həm alıb-satır, həm də icarəyə verir. Xaliqlə razılaşdıqdan sonra Xaliq onun bildirdiyi yerə, yəni yaşadığı Gəncə şəhəri, Natavan qəsəbəsində olan evin həyətyanı sahəsinə "Qazell" markalı avtomobillə bir neçə dəfə dəmir dirək və dəmir ayaqaltılar göndərmişdir. O, hər dəfə onların pulunu Xaliqə vermiş, Xaliqdən ümumilikdə 200 kvadratmetrlik dəmir ayaqaltı və ümumilikdə 200 ədəd dəmir dirək almışdır Həmin ləvazimatları təxminən 5-6 dəfəyə hissə-hissə almış və hazırda özündədir, onları istintaqa təqdim etmişdir. Daha sonra məlum olmuşdur ki, Xaliqin satdığı dəmir dirək və dəmir ayaqaltılar özünə məxsus olmamışdır. Xaliq həmin ləvazimatları satarkən onların özünə məxsus olduğunu bildirməklə onu aldatmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, özünə məxsus QAZ 33021 markalı, **-CE-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yükdaşıma ilə məşğul olur. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə Gəncə şəhəri, Ə.Əliyev küçəsinə yük aparıb boşaldan zamanı əvvəllər tanımadığı "Cəbi" ləqəbli Təqsirləndirilən şəxs əl edib idarə etdiyi yük avtomobilini saxladaraq yaşadığı evdə yük olduğunu bildirmiş, həmin yükü ünvana aparıb boşaltmağı xahiş etmişdir. O da Xaliqlə razılaşıb Xaliqin göstərdiyi yolla evinə getmiş, orada evin həyətində dəmir dirəklər və dəmir ayaqaltıları tanımadığı bir fəhlə ilə təxminən 50 ədəd dəmirləri avtomobilinin yük yerinə yükləmiş və Xaliqin göstərdiyi yolla hərəkət edib Xaliqin özü ilə birlikdə həmin yükü Gəncə şəhəri, Natavan qəsəbəsinə aparıb orada tanımadığı bir evin həyətinə boşaltmışdır. Bundan sonra Xaliq ona 15 manat zəhmət haqqı vermişdir. Bu minvalla Xaliqlə birlikdə Xaliqin evinin həyətindən təxminən 600 ədəd dəmir dirək və dəmir ayaqaltıları avtomobilinə yüklədib Gəncə şəhəri, Natavan qəsəbəsində olan qeyd etdiyi evin həyətinə aparıb boşaltmışdır. Təxminən 2 dəfə də Xaliqin göstərişi ilə Xaliqin evində olan dəmir dirək və dəmir ayaqaltıları Gülüstan qəsəbəsinə aparıb tanımadığı şəxsin evinin həyətinə boşaltmışdır. Oğlu Samir də bu işdə fəhləlik etməklə ona kömək etmişdir. Həmin dəmirlərin sahibi Elnur adlı şəxsin yaşadığı evin həyətindən 2 dəfə də dəmir dirək və dəmir ayaqaltıları yükləyib avtomobili ilə aparıb Xaliqin evinin həyətinə boşaltmışdır. O həmin dəmir dirək və dəmir ayaqaltıların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir qonşu kimi tanıyır, aralarında ədavət və düşmənçilikləri yoxdur. 2020-ci ildən 2021-ci ilədək Xaliqlə birlikdə X5 Teatrında fəhlə işləmişlər. ***-***-**- ** saylı mobil nömrə özünə məxsusdur və uzun müddətdir ki, istifadəsindədir. 2021-ci ilin əvvəllərində, dəqiq xatırlamadığı tarixdə Xaliq ilə birlikdə X5 Teatrında çalışarkən orada İlham adlı kafel-metlax ustası işləmişdir. 2021-ci ilin əvvəllərində Xaliq özünün yaşadığı evdə 43 kvadratmetrlik kafel olduğunu və onları satmaq istədiyini bildirmiş və ondan müştəri tapmasını xahiş etmişdir. O da, bu barədə hal-hazırda Hollandiya Respublikasında olan İlham adlı şəxsə Xaliqdə özünə məxsus 43 kvadratmetr ölçüdə kafel olduğunu, satmaq istədiyini, qiymətinin 630 manata olmasını bildirmişdir. Bundan sonra Xaliqin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə mesaj yazıb İlhama bu barədə dediyini, qiymət barədə 630 manat dediyini ondan soruşsa qiymətdə endirim etməməsini bildirmişdir. Lakin, sonradan İlham kafel almaqdan imtina etmişdir. Xaliqin həmin kafeli kimə satdığını isə bilmir. O, hadisə ilə bağlı ibtidai istintaqda ifadə verərkən müstəntiqin dediyi lesa sözünün mənasını kafel kimi başa düşdüyü üçün ifadəsində Xaliqin ona lesa satmaq barədə məlumat verdiyini göstərmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş cinayət işi üzrə Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, atası Sahib özünə məxsus QAZ 33021 markalı, **-CE- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə yükdaşıma ilə məşğul olur. Ara-sıra o, özü də atasına işləri ilə əlaqədar köməklik edir. 2020-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə atası Sahibin təklifi ilə Gəncə şəhəri, Ə.Əliyev küçəsində tanımadığı bir şəxsin evinə getmiş, orada təxminən 40-50 ədəd dəmir dirək və dəmir ayaqaltıları atasının avtomobilinə yükləyib Gəncə şəhəri, Gülüstan qəsəbəsinə aparıb tanımadığı şəxsin evinin həyətinə boşaltmışlar. Bu işdə atasının yanında fəhlə kimi getmiş, əşyaların sahibini və həmin əşyaları təhvil verdikləri şəxsi tanımır, həmin şəxslərlə heç bır əlaqəsi olmamışdır. Həmin dəmir dirək və dəmir ayaqaltıların cinayət yolu ilə əldə edildiyini bilməmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanda oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Oğlu Təqsirləndirilən şəxs əvvələr Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olmuş, sonradan işdən ayrılmış, ailədaxili münaqişələrə görə arvadı Xəyalə evi tərk edib getmişdir. Xaliq hal-hazırda tikintidə fəhlə işləyir. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin yanvar ayınadək yaşadıqları evin həyətinə Elnur adlı şəxs bir neçə dəfə tikintidə istifadə olunan dəmir dirək və dəmir ayaqaltı gətirib boşaltmışdır. Bir qədər sonra isə başqa bir şəxs gəlib "Qazell' markalı avtomobillə həmin dəmirləri aparmışdır. O, Xaliqin həmin dəmirləri nə üçün həyətlərinə yığdırdığını və sonradan harasa apartdırdığını bilməmişdir. Sonradan ona məlıun olmuşdur ki, Elnur adlı şəxs oğlu Xaliqdən şikayət edib. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid8 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əmək kimi mebel təmiri ilə məşğul olur. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur. Xaliq əvvəllər çox imkanlı olmuş, telefon alqı-satqısı ilə məşğul olmuşdur. Sonradan Xaliq müflis olmuş, fəhləlik etməyə başlamışdır. 2020-ci ilin sonlarında, dəqiq xatırlamadığı tarixdə küçədə olarkən Xaliqin evinin qarşısında "‘Qazell" markalı avtomobilin dayandığını və həmin avtomobildən Xaliqin evinin həyətinə tikintidə istifadə edilən dəmir dirək və dəmir ayaqaltı boşaldıldığını görmüş, lakin Xaliqin onları nə edəcəyini bilməmişdir. Sonradan həmin dəmir dirək və dəmir ayaqaltılar Xaliqin özünün iştirakı ilə başqa bir yük avtomobilinə yüklənib aparılmışdır. O özü yalnız bircə dəfə belə bir hadisənin şahidi olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 03 dekabr 2021-ci il tarixli, 9/8113 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, 550 kvadratmetr ölçüdə dəmir ayaqaltılarin (LESA) orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin noyabr ayından 2021-ci ilin yanvar ayınadək olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 4400,00 (550x8) manat müəyyən edilir.Qərarda göstərilən dəmir haqqında kifayət qədər məlumat (hansı üsulla hazırlanması, ölçüləri, istehsal ili, istismar müddəti, istehsal yeri, hansı materialdan hazırlanması və.s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. “Şəxsin şübhəli şəxs qismində tutulma və barəsində axtarış elan edilmə haqqında” 15 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilmişdir. “Axtarışda olan şəxsin tutulması barədə” 25 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. “Cinayət işi üzrə əməlinin tövsif edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə olan ********* nömrəli çinayət işi həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli, 4691 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 4038 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. “Əşyanın götürülməsi” haqqında 03 sentyabr 2021-ci il tarixli qərardan və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid2 təqdim etdiyi 200 ədəd dəmir dirək və 200 kvadratmetr dəmir ayaqaltı maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılır. “Əşyanın götürülməsi” haqqında 09 sentyabr 2021-ci il tarixli qərardan və təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 80 ədəd dəmir ayaqaltı maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlanc yerində saxlanılır. “Əşyanın götürülməsi” haqqında 31 avqust 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 1 ədəd dəftərçə götürülmüşdür. “Təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan görünür ki, dəftərçəyə baxış keçirilərkən müəyyən olunur: yuxarı hissəsində Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə və "Xaliq usta” qeyd edilmiş vərəqdə xx.xx.2020-ci il tarixdə 60 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 60 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 65 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 55 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 100 ədəd dirək, xx.xx.2020-ci iltarixdə 180 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 40 ədəd dirək,xx.xx.2020-ci il tarixdə 40 ədəd dirək,xx.xx.2020-ci il tarixdə 200 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 50 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 80 ədəd yekə dirək, xx.xx.2020-ci il tarixdə 65 ədəd yekə dirək və 115 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 80 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 80 ədəd dirək, xx.xx.2020-ci il tarixdə 65 ədəd yekə dirək və 25 ədəd dirək, xx.xx.2021-ci il tarixdə 30 ədəd dirək, xx.xx.2021-ci il tarixdə 40 ədəd yekə dirək yazıları qeyd olunmuşdur. Bundan başqa, dəftərçənin yuxarı hissəsində “Xaliq usta lesa” sözləri yazılmış digər vərəqində xx.xx.2021-ci il tarixdə 150 kvadratmet, xx.xx.2021-ci il tarixdə 160 kvadratmetr, xx.xx.2021-ci il tarixdə isə 240 kvadratmetr dəmir ayaqaltılar barədə qeydlər aparılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 13 sentyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 4(043)-200/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 15 (on beş) gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 25 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 1(125)-30/2023 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “məcburi gətirmə” qərarı verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş, cinayət işi üzrə icraat dayandırılmışdır. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə müəssisəyə daxil olmuşdur. Gəncə Şəhər Məhkəməsinin 1(125)-30/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus tikintidə istifadə olunan dəmir dirəkləri və dəmir ayaqaltıları icarəyə götürüb əvəzində aylıq icarə haqqı ödəmək adı ilə Zərərçəkmiş şəxs inandırıb etibarından suiistifadə etmə və aldatma yolu ilə 1 ədədi 10 manat olmaqla hər biri 3 metr uzunluqda və ümumilikdə 11800 manat dəyərində 1180 ədəd dəmir dirəyin 60 ədədini xx.xx.2020-ci il tarixdə, 60 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 55 ədədini xx.xx.2020-ci il tarixdə, 100 ədədini xx.xx.2020-ci il tarixdə, 180 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2020-ci il tarixdə, 200 ədədini xx.xx.2020-ci il tarixdə, 165 ədədini xx.xx.2020-ci il tarixdə, 80 ədədini xx.xx.2020-ci il tarixdə, 105 ədədini xx.xx.2020-ci il tarixdə, 30 ədədini xx.xx.2021-ci il tarixdə, həmçinin 1 ədədi 13 manat olmaqla hər biri 6 metr uzunluqda və ümumilikdə 3250 manat dəyərində 250 ədəd dəmir dirəyin 80 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 65 ədədini xx.xx.2020-ci il tarixdə, 40 ədədini xx.xx.2021-ci il tarixdə, habelə 1 kvadratmetri 9 manat olmaqla ümumilikdə 4950 manat dəyərində 550 kvadratmetr dəmir ayaqaltının 150 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, 160 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, 240 kvadratmetrini xx.xx.2021-ci il tarixdə, ümumilikdə isə zərərçəkmiş şəxsin 20.000 manat dəyərində xeyli miqdarda əmlakını yaşadığı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 97A nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində vahid niyyətlə hissə-hissə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur.Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin 20.000 manat dəyərində xeyli miqdarda əmlakını yaşadığı Gəncə şəhəri, Ə.Əliyev küçəsində yerləşən 97A nömrəli fərdi yaşayış evinin həyətyanı sahəsində vahid niyyətlə hissə-hissə ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.4-cü maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X2 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə “mülkiyyət əleyhinə olan” qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, Azərbaycan Respublikası CM-nin 58.1 və 58.3-cü maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş zərərin ödənilməməsini, yəni cinayət işinin məhkəmənin icraatında olduğu müddətdə dəymiş 20.000 (iyirmi min) manat zərərdən cəmi 360 (üç yüz altmış) manat ödəməsini, həmçinin məhkəmə istintaqından yayınmasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını və dəymiş zərərin birdəfəlik ödənilməsini tələb etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin az ciddi cəza növünün cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş 200 ədəd dəmir dirək və 280 kvadratmetr ölçüdə dəmir ayaqaltı sahibi olan Zərərçəkmiş şəxs qaytarılmalı, həmçinin maddi sübut kimi tanınmış 01 ədəd dəftərçə cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus sms mətnləri barədə məlumatların olduğu 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 (iyirmi beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Bundan başqa iş materiallarından müəyyən olunur ki, Zərərçəkmiş şəxs yazılı şəkildə iddia ərizəsi təqdim etməmiş və mülki iddiaçı kimi tanınmamışdır. Eyni zamanda, zərərçəkmiş şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər də, yazılı formada mülki iddia ərizəsi təqdim etməmişdir. Azərbaycan Respublikası CPM-nin 183-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Məhkəmə bildirir ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 oktyabr 2021-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) ay 15 (on beş) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 06 fevral 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş 200 ədəd dəmir dirək və 280 kvadratmetr ölçüdə dəmir ayaqaltı Zərərçəkmiş şəxs qaytarılsın, həmçinin maddi sübut kimi tanınmış 01 ədəd dəftərçə cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus sms mətnləri barədə məlumatların olduğu 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş maddi zərərin ödənilməsi ilə əlaqədar təqsirləndirilən şəxsə qarşı mülki iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ olması izah edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi, təqsirləndirilən şəxsə münasibətdə isə həbsdə saxlama yerinin müdiriyyəti vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-30/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-30/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver