Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-300/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə yaşayan Zərərçəkmiş şəxs2 DƏDRX-nin 3 saylı Gəncə ərazi idarəsində yaxın əlaqələrinin olmasına inandıraraq etibarını qazanmış və 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin sənədləşdirilməsinə köməklik edəcəyi barədə yalan vədlər verib, sonuncununyaşadığı evdə vahid niyyət ilə 1500 manat pulunu alaraq, sonradan vədinə əməl etməyərək, həmin məbləğdə pulunu ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını ələ keçirmək məqsədi ilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 Gəncə şəhər Apellyasiya Məhkəməsində yaxın əlaqələrinin olmasına, Gəncə İnzibati Məhkəməsinin Goranboy rayonunda sonuncuya məxsus 0,1 ha torpaq sahəsinə görə əlehinə çıxarmış olduğu 08 sentyabr 2022-ci il tarixli məhkəmə qərarını həmin məhkəmədə mübahisələndirib lehinə dəyişdirəcəyinə köməklik edəcəyi barədə yalan vədlər verib etibarını qazanmışvə buna görə 2022-ci ilin sentyabr ayından oktyabr ayınadək olan müddət ərzində hissə-hissə olmaqla, vahid niyyət ilə 620 manat pulunu alaraq, sonradan vədinə əməl etməyərək, həmin məbləğdə pulunu ələ keçirib dələduzluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada həkim-terapevt olaraq işləyən Şahid2 vasitəsilə tanımışdır. Şahid2 əvvəllər işlədiyi Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsində məhkəmənin iclas katibi vəzifəsində işlədiyi zamandan tanıyır. 2022-ci ilin sentyabr ayında Şahid2 ilə şəxsi bir məsələ ilə əlaqədar mobil telefon vasitəsilə danışan zaman ilk olaraq Zərərçəkmiş şəxs2 ilə əlaqə yaratmış və ona onun evi üçün çıxarış ala biləcəyini bildirərək ilk əvvəl 1300 manat, bir həftə sonra isə əlavə 200 manat alaraq işi həll edəcəyini Zərərçəkmiş şəxs2 vəd etmişdir. Zərərçəkmiş şəxs2 ilə sözügedən telefon danışığının keçirildiyi elə həmin gün onun təklifi üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin qarşısında görüşmüşlər və ondan etibarnamə və ona məxsus fərdi yaşayış evinin sxemini almışdır. Ondan bu işin həll edilməsi üçün 1300 manat miqdarında pul istəmiş və elə həmin gün onların evinə gedərək ondan 1300 manat pulu almışdır. Həmin zaman Zərərçəkmiş şəxs2 qayınanası və 2 (iki) qızı bu hadisənin şahidi olmuşlar. Bir həftə sonra 200 manat pulu əlavə olaraq götürmək niyyətinə düşmüş və Zərərçəkmiş şəxs2 ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq işin həll edilməsi üçün daha 200 manat pulun lazım olduğunu ona bildirmişdir. Zərərçəkmiş şəxs2 elə həmin gün onu öz yaşayış evinə çağıraraq 200 manat pulu da vermişdir. Bu zaman xalası da ondan 200 manat almağının şahidi olmuşdur. Həm 1300 manatı aldığı gün, həm də 200 manatı aldığı gün borcunu gecikdirmədən borclu şəxslərə ödəmişdir. Zərərçəkmiş şəxs2 1500 manat miqdarında pul vəsaitini onun fərdi yaşayış evinin sənədləşdirilməsi adı altında öz şəxsi məqsədi üçün almışdır. İlk olaraq ondan 1300 manat, bir həftə sonra isə 200 manat alaraq, ümumilikdə Zərərçəkmiş şəxs2 1500 manat miqdarında pul almış, həmin zaman onun xeyli miqdarda borcu olduğu üçün həmin pula ehtiyacı olmuşdur. Zərərçəkmiş şəxs2 ilk olaraq 1300 manat pul götürmək niyyəti olmuş, lakin sonradan əlavə 200 manat da ala biləcəyini düşünərək ondan 200 manat da almışdır. Əvvəlcədən Zərərçəkmiş şəxs2 aldatmaq və etibarından sui-istifadə etməklə ondan 1500 manat miqdarında pul almaq və borclarımı ödəmək niyyətində olmuşdur. Belə ki, onun fərdi yaşayış evini sənədləşdirmək kimi bir niyyəti əvvəlcədən olmamışdır, çünki onun hər hansı bir dövlət qurumunda daşınmaz əmlakın sənədləşdirilməsi və qeydiyyatı sahəsində köməklik edə biləcək tanışları olmamışdır. Eyni zamanda Zərərçəkmiş şəxs2 aldadaraq fərdi yaşayış evini sənədləşdirmək məqsədilə aldığı pulu işin həll edilməsi və onun xeyri üçün kiməsə vermək kimi bir niyyəti olmamışdır. 2022-ci ilin dekabr ayının sonlarına doğru 500 manat miqdarında pul vəsaitini X15 məxsus maaş kartına köçürmüş və bununla da Zərərçəkmiş şəxs2 verməli olduğu 1500 manat miqdarında pulun 500 manatını geri qaytarmışdır. Şahid2 onun cinayətkar niyyətindən xəbəri olmamışdır. Bundan başqa, Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin avqust-sentyabr aylarında ortaq tanışları vasitəsilə tanış olmuş, ortaq tanışları Tahir dayı adlı şəxs olmuşdur. Onun soyadı və atasının adını bilmir. Əvvələr Tahir dayının ona yönəltdiyi şəxslərə mülki, ailə və inzibati məhkəmə icraatlarının aparılması zamanı iddia ərizələrinin yazılması, vəsatətlərin verilməsi və apellyasiya şikayətlərinin yazılmasında hüquqi yardım etdiyi üçün Tahir dayı, Zərərçəkmiş şəxs1 onunla tanış etmişdir. Həmçinin Ziyafət xanımın özünü tanımamışdan əvvəl, Tahir dayı onun qızı ilə tanış etmiş və qızına hüquqi yardım göstərmişdir. Tahir dayının vasitəçiliyi ilə Ziyafət xanımla “WhatsApp” mobil tətbiqi vasitəsilə əlaqə yaratmış və ona Goranboy rayonu ərazisində 0,10 ha torpaq sahəsi ilə əlaqədar Bərdə Şəhər Bələdiyyəsi ilə məhkəmə çəkişməsinin olduğunu bildirmişdir. O da ona yardım göstərə biləcəyini söyləmiş, lakin həmin yardımın pulsuz olmayacağını ona bildirmişdir. O da bu təkliflə razılaşmışdır. 2011-2016-cı illərdə Gəncə şəhər İnzibati-İqtisad Məhkəməsində məhkəmənin iclas katibi vəzifəsində işləmiş, bu səbəblə də iddia ərizələrinin və apellyasiya şikayətlərinin yazılması qaydasını bilir. İlk olaraq, ona apellyasiya şikayəti yazmalı olduğunu bildirmiş, çünki birinci instansiya məhkəməsinin qəbul etdiyi akt Zərərçəkmiş şəxs1 qane etməmişdir. Həmin apellyasiya şikayətinin yazılması üçün ondan 20 manat pul istəmiş və pulu ona “Sabir küçəsi” olaraq bilinən Cavad Xan küçəsində, “Kolorit” restoranının yaxınlığında vermişdir. Təxminən 15 gün sonra Zərərçəkmiş şəxs1 400 manat da pul istəmiş, iş həll olunduqdan, yəni apellyasiya məhkəməsi Zərərçəkmiş şəxs1 tələb etdiyi 30.000 manatın ona qaytarılması barədə qərar çıxardıqdan sonra isə daha 400 manatın lazım olacağını bildirmişdir. Lakin həmin işi həll etmək niyyətində olmamışdır. Bunun üçün də Zərərçəkmiş şəxs1 DOS-6 ərazisində yerləşən evinə getmiş və ondan 400 manat pulu almışdır. Ziyafət xanımın bacısı bu hadisənin şahidi olmuşdur. Daha sonra isə, ondan apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumu ödənilməli olduğunu bildirərək 50 manat daha pul almışdır. Həmin pulu həyat yoldaşı Günel Nəbiyevaya məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartına köçürmüşdür. Lakin bu da yalan idi və apellyasiya şikayətini yazmadığı kimi, hər hansı rüsum da tələb edilməmişdir. Son olaraq, Zərərçəkmiş şəxs1 150 manat pul istəmiş, bunu isə “əziyyət haqqı” olaraq istəmiş və o da razılaşaraq bu məbləği də həyat yoldaşı Günel Nəbiyevaya məxsus olan bank kartına 90 ABŞ dolları olaraq göndərmişdi. Zərərçəkmiş şəxs1 dediyi kimi Gəncə Apellyasiya Məhkəməsində Rəşad adlı hakim olmasına baxmayaraq, onunla münasibəti olmamış və o, ümumi miqdarı 620 manat olan pulu Zərərçəkmiş şəxs1 alarkən niyyəti onu aldatmaq və etibarından sui-istifadə etmək olmuşdur. Zərərçəkmiş şəxs2 fərdi yaşayış evinin sənədləşdirilməsi adı altında əvvəl 1300, sonra isə 200 manat pulu öz borclarını ödəmək məqsədi ilə almışdır. Əvvəlcədən Zərərçəkmiş şəxs2 1300 manat pul almaq niyyəti olmuşdur. Sonradan 200 manat almaq istəmiş və Zərərçəkmiş şəxs2 həmin pul məbləğini ona verəcəyini bildiyi üçün, əlavə olaraq 200 manat da almışdır. Zərərçəkmiş şəxs2 aldatmaq və etibarından sui-istifadə etməklə ondan ümumilikdə 1500 manat miqdarında pul almışdır. Şahid2 onun Zərərçəkmiş şəxs2 aldatmaq və etibarından sui-istifadə etmək niyyətindən xəbəri olmamışdır. Onun daşınmaz əmlakın sənədləşdirilməsi və qeydiyyatı sahəsində iş həll edə biləcək tanışları olmamışdır. O, aldatma və etibardan sui-istifadə yolu ilə Zərərçəkmiş şəxs1 620 manat pulu alaraq, onun əmlakını ələ keçirmiş və etiraf edir ki, niyyəti əvvəlcədən onun əmlakını ələ keçirmək olmuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmiş, onlarla barışıq əldə etmişdir. Vurduğu zərərin 25 faizini dövlət büdcəsinə keçirmişdir. Barəsində aparılan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 3-cü küçədə ailəsi ilə birlikdə yaşayır. Evlidir, orta təhsillidir, Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanada tibb bacısı işləyir. Həmin xəstəxanada işlədiyi həkim-terapevt Şahid2 ilə danışarkən ona evinin sənədləşdirilməsində köməklik edə biləcək Təqsirləndirilən şəxs adlı şəxsdən danışmışlar. Bunun səbəbi əvvəllər evinin çıxarışının olmamasını Şahid2 bildirməyi olmuşdur. Həmin şəxsin daşınmaz əmlakın qeydiyyata alınması üzrə ona köməklik edə biləcəyini bildirmiş və həmin şəxsin iş yerinin ünvanını demişdir. Şahid2 həmin iş yerinin X12 inzibati binası olduğunu deməsinə baxmayaraq, həmin ünvana getmiş, lakin Təqsirləndirilən şəxs orada tapa bilməmişdir. İlk vaxtlarda Şahid2 həmin şəxsin bu işi həll edə biləcəyini və onun etibarlı biri olduğunu ona bildirmişdi. Təxminən 2022-ci ilin sentyabr ayında Şahid2 mobil telefonu ilə Təqsirləndirilən şəxs ilə şəxsi hər hansı digər bir məsələ ilə bağlı danışmış, elə bu zaman onu yanına çağıraraq Təqsirləndirilən şəxslə danışdığını bildirmişdir. Mobil telefonu ona uzadaraq Fuadla danışmağını və evinin qeydiyyata alınması məsələsini həll etməyini söyləmişdir. O, mobil telefonu götürdükdən sonra Təqsirləndirilən şəxs fərdi yaşayış evimi şənədləşdirməklə ona evinin çıxarışını almaqda köməklik göstərməsini, Təqsirləndirilən şəxs isə bunu həll edə biləcəyini, lakin 1300 manat pul verməli olduğunu söyləmişdir. O, həmin təkliflə razilaşdıqdan sonra Təqsirləndirilən şəxs ona evinin çıxarışının alınması üçün bəzi şənədlərin lazım olduğunu bildirmiş, həmin sənədlər etibarnamə və evin sxemi olmuşdur. Həmin gün saat 17:00-18:00 aralığında onunla Daşınmaz Əmlakın Dövlət Reyestri Nidmətinin 3 saylı Gəncə ərazi idarəsinin qarşısında görüşərək etibarnamə və evin sxemini ona vermiş və oradan yaşadığı ünvana gedərək həmin şəxsə 1300 manat miqdarında pul vermişdir. Həmin şəxs onu əmin edərək bu məsələnin 1 (bir) ay müddətinə həll olunacağını və evinin çıxarışının alınacağını vəd vermişdir. Bir həftə keçdikdən sonra Təqsirləndirilən şəxs onunla yenidən mobil telefon vasitəsilə əlaqə saxlayaraq 200 manat daha pul verməli olduğunu bildirmişdir. Həmin bir həftəlik müddət ərzində Təqsirləndirilən şəxslə hər gün əlaqə saxlamış və Fuad onu hər gün işlərin qaydasında olduğundan əmin etdiyi üçün həmin 200 manat pulu da ona verməyə razı olmuşdur. Elə həmin gün yaşadığı ünvana gəlmiş və 200 manat pulu da ona vermişdir. Hər dəfə həmin şəxsə pulları verərkən qayınanası və hər iki qızı (birinin 12, digərinin isə 15 yaşı var) bu hadisənin şahidləri olmuşlar. İkinci dəfə 200 manat pulu verərkən həm də xalası onlarda evdə olmuş və o da bunun şahidi olmuşdur. 2 ay müddətində, təxminən dekabr ayınadək Təqsirləndirilən şəxs onu işlərin həll olunacağına əmin etmiş, lakin hər hansı bir nəticə görməmişdir. Sonunda Təqsirləndirilən şəxs bu işi həll edəcəyinə olan inamını itirmiş və ona vermiş olduğu 1500 manat pulu qaytarmasını söyləmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs onlara gələrək, xalasının da şahidliyi ilə, öz istəyi üzrə yazılı ərizə yazmış və həmin ərizədə xx.xx.2022-ci il tarixədək ona artıqlaması ilə 2000 manat pul qaytaracağını vəd etmişdir. Yazılı ərizənin yazılmasından sonrakı müddətdə Təqsirləndirilən şəxs 1500 manat puldan yalnız 500 manatını onun maaş kartına köçürtmüş və ondan sonra pulunun qalan hissəsini qaytarmamışdır. Şahid2 Təqsirləndirilən şəxs haqqında həmin şəxsin etibarlı biri olduğunu demiş, lakin sonra Şahid2 həmin şəxsin işi həll etməsini, ondan sonra onun pulu ona verməli olduğunu ona irad tutmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin qarşısında görüşmək təklifini Təqsirləndirilən şəxs etmiş və sözügedən inzibati binanın qarşısına gəldikdə bir az aralı yerdə söhbət etməli olduqlarını istəmiş, yəni sözügedən inzibati binanın qarşısında söhbət etmək istəməmişdir. Fərdi yaşayış evinin sənədləşdirilməsi məqsədilə Təqsirləndirilən şəxs sıra ilə 1300 və 200 manat, ümumilikdə isə 1500 manat pul vermişdir. Ona ümumilikdə 1500 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Evlidir, orta təhsillidir, hal-hazırda heç bir yerdə rəsmi olaraq işləmir. Təqsirləndirilən şəxs bacısının həyat yoldaşı Şahid4 vasitəsilə tanımışdır. 2021-ci ildə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, həmin iddia ərizəsinin məzmunu ondan ibarət olmuşdur ki, o, Goranboy rayonunda yerləşən və ona məxsus olan 0,10 ha torpaq sahəsini satın aldığı 15.000 manat pul və həmin torpaq sahəsindən istifadə edə bilmədiyi üçün əldən çıxmış fayda olaraq 15.000 manat, ümumilikdə isə 30.000 manat pulun ona geri qaytarılmasını tələb etməsidir, Çünki bütün sənədləri tam vəziyyətdə olan torpaq sahəsinin çıxarışını Bərdə bələdiyyəsi ona verməmişdir. Gəncə İnzibati Məhkəməsində proses 2022-ci ilin sentyabr ayının 8-də yekunlaşmış və məhkəmənin çıxardığı qərarda ona yalnız əvvəl torpaq sahəsinin hektarı üzrə ödədiyi 600 manat dövlət rüsumunun qaytarılması müəyyən edilmişdir. Həmin qərardan narazı qalaraq apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Bundan əlavə, tarixini dəqiq xatırlaya bilmədiyi 2022-ci ilin yay ayında Gəncə İnzibati Məhkəməsi tərəfindən onun bir digər iddia ərizəsi əsasında çıxarılmış Goranboy bələdiyyəsindən əvəzedici torpaq tələb etməyi və həmin tələbin təmin edilməməsi barədə qərardan da apellyasiya şikayəti vermək istəmiş, lakin həmin qərardan şikayət vermə müddəti buraxılmışdı. Həmin müddətin bərpasına ehtiyac var idi. Apellyasiya şikayəti yazılmalı və müddət bərpa edilməli idi, lakin həmin şikayəti yaza bilmədiyi və müddətin bərpası üçün nə etməli olduğunu bilmədiyi üçün həmin məsələləri həll edə biləcək birinə ehtiyac var idi. Bu səbəblə bacısının həyat yoldaşı Şahid4 ilə bu məsələni danışarkən, ona apellyasiya şikayəti yaza biləcək və buraxılmış müddətin bərpasına nail ola biləcək birinin olduğunu demiş, həmin şəxsin adını Fuad Nağıyev olaraq demişdi. Şahid4 ona Fuadın ***-***-**-** rəqəmli mobil telefon nömrəsini vermiş və onunla əlaqə saxlamışdır. Ona apellyasiya şikayəti yazılmalı olduğunu və buraxılmış müddətin bərpa edilməli olduğunu bildirmiş, Fuad da ona apellyasiya şikayəti yaza biləcəyini və ona torpaq sahəsinə aid bütün sənədləri və Gəncə İnzibati Məhkəməsinin qərarını ona verməsini söyləmişdir. Həmçinin buraxılmış müddətin bərpa ediləcəyinə də söz vermişdir. Elə həmin gün o və Şahid4 Fuadın istəyi üzrə xalq arasında “Sabir küçəsi” olaraq bilinən Cavad Xan küçəsində yerləşən “Kolorit” restoranının yaxınlığındakı fəvvarənin yanında görüşmüşlər. Fuad gətirdiyi torpağa aid sənədləri və məhkəmə qərarını ondan alaraq apellyasiya şikayətini yazacağına və müddətin bərpasına nail olacağına söz vermiş və həmin şikayətin yazılması və müddətin bərpası üçün ondan 20 manat pul almışdır. Həmin gün axşam saatlarında Fuad ona zəng edərək Gəncə Apellyasiya Məhkəməsində Rəşad adlı hakim tanışının olduğunu və onunla danışaraq ona 25.000-27.000 manatın geri qaytarılacağının məhkəmə qərarında müəyyən ediləcəyini bildirmiş, lakin bunun üçün onun 800 manat pul verməli olduğunu söyləmişdir. O da bununla razılaşmış, ancaq 400 manatın dərhal verilməli olduğunu, pulun qalan hissəsinin, yəni 400 manatın isə məhkəmə qərarı çıxarıldıqdan sonra verəcəyini söyləmişdir. Fuad 2022-ci ilin sentyabr ayının 16-da bacısı gilin yaşadığı DOS 6 ərazisinə gələrək ondan 400 manatı almış, bu zaman bacısı Şahid5 da onun yanında olmuş və onun Fuada 400 manatı verməyinin şahidi olmuşdur. Fuadın deməsinə görə, Gəncə İnzibati Məhkəməsinin qərarından şikayət vermə müddətinin bərpa edilməsi prosesi 3 ay çəkəcəkdi. Yalnız müddətin bərpa edilməsi məsələsi həll olunduqdan sonra Gəncə İnzibati Məhkəməsinin 8 sentyabr tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə başlanacaq proses də onun xeyrinə həll olunacaqdı. Lakin ilk növbədə müddətin bərpası dururdu. 3 ay müddətinin uzun olduğunu nəzərə alaraq, Rusiya Federasiyasına getmişdir. xx.xx.2022-ci il tarixdə Surqut şəhərində olarkən Fuad “WhatsApp” mobil tətbiqinin vasitəsilə ona yazaraq daha 50 manat pul ödəməli olduğunu söyləmişdir. Bu zaman həyat yoldaşı Günel Nəbiyevaya məxsus olan bank kartının şəklini göndərmiş, o da qızı X6 ilə əlaqə saxlayaraq, ona sözügedən bank kartına 50 manat pul köçürməsini istəmişdir. O da öz kartı ilə kartdan karta əməliyyatı ilə Günel Nəbiyevanın bank kartına 50 manat köçürmüşdür. Aradan bir müddət keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə, Fuad yenidən ona öz nömrəsindən “WhatsApp” mobil tətbiqinin vasitəsilə yazmış və ondan 150 manat da pul istəmişdir. Bunun səbəbini isə, öz cibindən bu işin həll edilməsi üçün 150 manat xərcləmiş olduğu ilə əsaslandırmışdır. Bu səbəblə həyat yoldaşı X10 90 ABŞ dollarını Fuadın həyat yoldaşı Günel Nəbiyevaya məxsus bank kartına “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə göndərmişdir. Fuadın 8 sentyabr 2022-ci il tarixli məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclasının xx.xx.2022-ci il tarixdə saat 15:20-də olacağını ona söyləməsi üzərinə, o, Gəncə şəhərinə qayıtmış, xx.xx.2022-ci il tarixdə saat 15:20-də Gəncə Apellyasiya Məhkəməsinə gəldikdə elanlarda belə bir prosesin olmadığını və Rəşad adlı hakimin olmasına baxmayaraq, onun Fuadı tanımadığını öyrənmişdir. xx.xx.2022-ci il tarixdə Fuaddan sənədləri tələb etməyinə görə Fuad ona torpağa aid sənədləri və məhkəmə qərarını müddətin buraxılmasını bərpa etməyərək və apellyasiya şikayətini yazmayaraq geri qaytarmış və ona verdiym, ümumi məbləği 620 manat pulu xərclədiyini bildirmişdir. Ümumilikdə, Fuad tərəfindən ona 620 manat maddi ziyan vurulmuşdur. Fuad onun etibarından sui-istifadə etməklə ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxslə barışmış və ondan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xatırladığı qədərilə 2022-ci ilin sentyabr ayı idi. Gəlini Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs darvazadan içəri keçən kimi həyətin ortasında 1300 manat verməsini, hər iki nəvəsi Gülnur və Gülayın da iştirakı ilə görmüşdür. Onların hər ikisi onun yanında olmuşlar. Gəlini Səfa və Təqsirləndirilən şəxs də onların yaxınlığında idi. Aralarında 1 və ya 2 metrlik məsafə olmuşdur. Bir həftə sonra Təqsirləndirilən şəxs yenidən yaşadığı ünvana gəlmiş və bu dəfə Səfa ona daha 200 manat pul vermişdir. O, hər iki nəvəsi olan Gülnur və Gülay ilə yanaşı, həm də bacısı Simuzər də bu hadisənin şahidləri olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə koronavirus pandemiyası zamanında tanış olmuş, Təqsirləndirilən şəxs müalicə olunmaq üçün Gəncə şəhəri, Abbas Səhhət adına 1 saylı xəstəxanaya gəlmiş və onun pastenti olmuşdur. Onun pasienti olan zamanlarda münasibətləri yaxşı olmuşdur. Fuadın ona deməsinə görə Gəncə şəhər İnzibati-İqtisad məhkəməsində işləmiş, lakin sonradan oradan çıxmış və hazırda Göygöl rayonunda icbari tibbi sığorta üzrə işləyir. Zərərçəkmiş şəxs2 ona tez-tez öz evinin çıxarışının olmamasını və fərdi yaşayış evinin sənədləşdirilməsi istəyində olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsun hüquqşünas olduğunu bildiyi üçün onun daşınmaz əmlakın qeydiyyatı və sənədləşdirilməsi sahəsində Zərərçəkmiş şəxs2 kömək edə biləcəyini Səfaya demişdir. 2022-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs2 ondan Təqsirləndirilən şəxs nömrəsini istəmiş və o da telefona nömrələri qeyd edə bilmədiyi üçün ona Fuadın nömrəsini verə bilməmiş, lakin 2022-ci ilin sentyabr ayında həmin hadisədən sonra Fuad onun mobil telefonuna müalicə ilə bağlı zəng etdikdə Səfa da onun yanında olmuş və Səfaya zəng edən şəxsin Fuad olduğunu bildirərək, mobil telefonu Səfaya vermişdir. Həmin gün Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslə fərdi yaşayış evinin sənədləşdirilməsi və Səfanın Fuada 1300 və 200 manat olmaqla, ümumilikdə 1500 manat pul verməsi barədə sövdələşdiklərini öyrənmiş, bunu öyrəndikdən sonra isa Səfaya “iş düzəlmədən pulu verməyin düzgün deyil” demişdir. Təxminən bir həftə sonra Fuadla mobil telefon vasitəsilə əlaqə saxlayarkən Fuada, bu işi düzəldə bilib-bilməyəcəyini, Zərərçəkmiş şəxs2 vaxtını boşa xərcləməməsini ona bildirmiş, Fuad isə öz növbəsində Zərərçəkmiş şəxs2 evinin sənədləşdirilməsi məsələsinin həll olunacağına onları əmin etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatmaq və etibarından sui-istifadə etmək kimi bir niyyətinin olmasından xəbərdar olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aldatmaq və etibarından sui-istifadə etmək niyyətindən xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Səfa Çapay qızı ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-1699/2023 nömrəli məktubunda göstərilmişdir ki, baza və arxiv materiallarına əsasən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə “Asan xidmət” mərkəzində notariat ofisinin xx.xx.2020-ciı il tarixdə Təqsirləndirilən şəxs, X16 və X11 tərəfindən X1 və sonuncunun adına xx.xx.2020-ci il tarixli, **********49-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2016-cı il təvəllüdlü X17 olmaqla, 2 azyaşlı uşağı vardır. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2485 nömrəli arayışdangörünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevrolofi Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2630 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. İşdə olan Zərərçəkmiş şəxs1 Fərhad qızının etibarnamə üzrə nümayəndəsi X4 xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmişdir. Onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşdə olan Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il notarial tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan ödənilmişdir. Onunla barışmışdır. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. İşdə olan bank qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə ümumilikdə vurmuş olduğu 2120 manat ziyanın 25 faizi yəni 530 manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onun ərizəsində göstərilən halları və məhkəmədə araşdırılmış işdə olan sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin barışması və ziyanın tamamilə ödənilməsi, dövlət büdcəsinə dəymiş zərərin 25 faizini ödəməsi əsası ilə cinayət işin icraatına xitam verilməli və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, azağır cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışmış və onlara vurduğu zərəri tamamilə ödənmiş, eləcə də Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasənbu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, tərəflərin barışmasını və dəymiş ziyanın tamamilə ödənilməsini,təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsini əsas tutaraq cinayət işinə xitam verilməsini mümkün hesab edir və o nəticəyə gəlir ki, işin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin və digər üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Belə ki, Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qəbz cinayət işində saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Bundan başqa, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X18 tərəfindən məhkəmə istintaqı zamanı 20 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinin icraatına Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, eləcə dəcinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizamqətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi qəbz cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X9 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-300/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-300/2023
02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver