Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-300/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1993-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, çörək sexində satıcı işləyən, əvvəllər məhkumluğu olmayan, ünvan 3-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.872 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamış xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsində yerləşən “Xəmsə Park” adlanan ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən 1 (bir) ədəd sarı kağız bükümdə təmiz çəkisi 0.872 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs çıxışında özünü təqsirli bilməyərək ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 18 radələrində Gəncə şəhəri, Bayraq meydanı ərazisi yaxınlığında olarkən adını bilmədiyi mülki şəxslər ona yaxınlaşıb, polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu və birlikdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin inzibati binasına gedəcəklərini bildirmişlər. Daha sonra ona həmin polis bölməsinin inzibati binasına aparmışlar. Bölmənin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirmişlər, lakin üzərindən heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra ona psixoloji təzyiq edərək bildirmişlər ki, verdikləri psixotrop maddəni üzərinə götürsün. Oda məcbur qalıb videoçəkilişdə demişdir ki, həmin psixotrop maddə onundur. O, günahsız və təqsirsiz olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadələri elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə vermiş olduğu izahatında ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, fərdi əməklə məşğul olur, hərdən də əvvəllər narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edirmiş. Lakin bir xeyli müddət idi ki, istifadəni dayandırmışdır. Tutulmamışdan bir neçə gün əvvəl yenidən psixotrop maddə olan metamfetamin istifadə etməyə başlamışdır. Tutulmamışdan iki gün əvvəl yəni xx.xx.2024-cü il tarixində Gəncə şəhəri, Gəncə çayının kənarı ilə piyada hərəkət edən zaman yerdə olan sarı rəngli kağız büküm diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Bükümün içərisinə baxanda bükümün içərisində olan maddənin patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin bükümün içərisində kütlə ağ rəngli kristal şəkilində olmuşdur. Oda psixotrp maddələrdən istifadə etdiyi üçün tapdığı metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. Lakin xx.xx.2024-cü il tarixində saat 17:50 radələrində o Gəncə şəhəri Nizami küçəsində yerləşən «Xəmsə park» ticarət mərkəzinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirdilər və narkotik vasitəni qanunsuz olaraq üzərimdə saxlamaqda istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişdirlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın ön sağ cibində saxladığı sarı rəngli kağız büküm aşkar edilmişdir. Həmin büküm zərfə qablaşdırılmışdır və 1 ədəd zərfə qablaşdırılmış içərisində psixatrop vasitə metamfetamin ağ rəngli kağızla ilə çəkisi 3,68 (üç tam yüzdə altmış səkkiz) qram gəlmişdir. Həmin büküm zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. O həmin kütlədən heç kimə pay verməmiş və satmamışdır. O heç bir yerdə qanunla qadağan edilmiş heç bir əşya və ya predment saxlamır. O tutulan zaman və ya polis şöbəsində olan zaman fiziki və ya psixi təzyiqə məruz qalmamışdır. O tutulan zaman üzərində mobil telefon olmamışdır. Şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin kiçik inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, Gəncə şəhəri H.Əliyev küçəsi, döngə 1, ev 5-də yaşayan Təqsirləndirilən şəxs, oğlunun qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CABnin kiçik inspektoru Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat təxminən 5 radələrində Gəncə şəhəri Nizami küçəsində yerləşən “Xəmsə park” ticarət mərkəzinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X5 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ cibində olan 1 ədəd sarı rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sarı rəngli kağıza bükülmüş bükülünü haradan alması soruşulduqda o, həmin kütləni xx.xx.2024-cü il tarixdə Gəncə çayının kənarında yerdən tapmasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sarı rəngli kağıza bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilmiş və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 3,68 qram olmuşdur. Daha sonra o, iclasda dövlət ittihamçının sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Lakin Təqsirləndirilən şəxs daima narkotik maddə istifadəçilərin ətrafında olması və narkotik vasitələrdən istifadə etməsi haqqında əməliyyat məlumatı olduğundan dəfələrlə tərəfindən sonuncuya narkotik vasitələrdən uzaqlaşması barədə xəbərdarlıq etdiyini bildirmiş və bu faktı məhkəmə iclasında təqsirləndirilən şəxs C. Fərzəliyev də təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində əməkdaşı Şahid2 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini bir daha təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsində şübhəli olması barədə bilavasitə özünün əməliyyat məlumatı əsasında Gəncə şəhəri Nizami küçəsində yerləşən “Xəmsə park” ticarət mərkəzinin yaxınlığında Cavadın “Bariqa”nın evindən çıxmasını görmüş və o, şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsinə gətirilmişdir. Yanındakı “Bariqa” isə onları görüb qaçıb gizlənmişdir. Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçi X5 iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ cibində olan 1 ədəd sarı rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim etmiş və psixatrop vasitəni istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. O, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, C. Fərzəliyevə qarşı hər hansı psixi və ya fiziki zorakılıq tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işi başlama və icraata qəbul etmə haqqında” qərardan görünür ki, toplanmış HK-1/534 saylı material əsasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə saat 17:50 dəqiqədə tutulmuşdur. (i.v.9); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək xx.xx.2024-cü il tarixdə saat 17:50 dəqiqədə tutulmuşdur. (i.v.19); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru, polis baş serjantı Şahid2, Gəncə şəhər BPİ-nin KTB-nin baş inspektoru, polis kapitanı X3, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, baxış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd sarırəngli kağızda olan bükümün içərisindən ağ rəngli kristal şəkildə ilkin baxışdan psixotrop maddə olan “metamfetamin” aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 3.68 qram müəyyən edilmişdir. Həmin kütlə ağ rəngli kağız zərfə qablaşdırılaraq, DİN-nin “Zərflər üçün” 110 saylı möhürü ilə möhürlənərək, iştirakçılar tərəfindən imzalanmış və ekspertiziya göndərilmişdir. (i.v.29-30); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 23 fevral 2024-cü il tarixli 16/255 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Şübhəli şəxs qismində saxlanılan vət. Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış zamanı götürülmüş 3,68 qram narkotik vasitə olan kütlə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sarı kağız bükümdə, təmiz çəkisi 0,872 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi – 0,872 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,772 qram. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin”in 1-ci siyahısına daxildir. (i.v.43); - 23 fevral 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin baş müstəntiqi, polis baş leytenantı X9 ********* nömrəli cinayət işini icraatına qəbul etmişdir. (i.v.51); - 24 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.57); - 24 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v.67-68); - 24 fevral 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi MYS-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” haqqında iltizam qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir.(i.v.76-77); - 11 mart 2024-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında maddi sübut olan DVD diskdə olan video görüntüyə baxış keçirtməklə müəyyən edilir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X6, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru, polis baş serjantı Şahid2, müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ cibində olan 1 ədəd sarı rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sarı rəngli kağıza bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2024-cü il tarixdə Gəncə çayının kənarında yerdən tapmasını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sarı rəngli kağıza bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 3,68 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir.(i.v.89); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış 20 mart 2024-cü il tarixli 1770 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur.( i.v.93); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış 20 mart 2024-cü il tarixli 4200 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.94); - 23 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır.(i.v.95); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.98); - 15 aprel 2024-cü il tarixli ********* saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri satması, ona psixotrop maddə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması, psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır.Həmçinin psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır.(i.v.99); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 04 may 2024-cü il tarixli 775 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop madələrdən istifadə edir. Psixotrop madə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür.( i.v.100); - 20 may 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnməsi qərara alınmışdır. (i.v. 101); - 20 may 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 19:00-da Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.104); - 20 may 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.105-106); - 24 fevral 2024-cü il tarixli “Evlər üçlüyünün”arayışından məlum olur ki, Təqsirləndirilən şəxs ailə tərkibi anası X1 ibarətdir. (i.v.110); - 20 may 2024-cü il tarixli Gəncə şəhər İH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat daxil olmamışdır.(i.v.111); - Sübutların qiymətləndirilməsi haqqında 22 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinə əlavə olunmuş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk, təqsirləndirilən şəxsin və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.112-119); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X7 İ qrup əlildir. - 22 oktyabr 2024-cü il Azərbaycan Respublikası Baş Prokurorluğunan daxil olmuş məktubundan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən üzərinə psixotrop maddə qoyulması, psixotrop maddənin özünə aid olmasına dair etiraf ifadəsi verməyə məcbur edilməsi və psixi təsirə məruz qalması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. ( i.v.184); - 22 oktyabr 2024-cü il “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs müraciəti əsasında xidməti araşdırmalar idarəsində tolanmış 1788-C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. ( i.v.185-186); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir və bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixtrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsi və hədələməsi nəticəsində psixotrop maddə olan metamfetaminin ona məxsus olmasını bildirməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: - İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə izahatı alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi izahatında da polis əməkdaşları tərəfindən hər hansı təzyiq olmadığını bildirmişdir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Gəncə şəhəri, Gəncə çayının kənarı ilə piyada hərəkət edən zaman yerdə olan sarı rəngli kağız büküm diqqətini çəkdiyi üçün yerdən götürüb içərisinə baxmışdır. Bükümün içərisinə baxanda bükümün içərisində olan maddənin patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin bükümün içərisində kütlə ağ rəngli kristal şəkilində olmuşdur. O da psixotrop maddələrdən istifadə etdiyi üçün tapdığı metamfetamini cibinə qoymuşdur ki, istifadə edər. - Həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs fiziki və psixoloji təsir göstərilməsi ilə bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılmış və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlllənin 39.1.1-ci maddəsinə əsasən - 22 oktyabr 2024-cü il tarixli qərarla rədd edilmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə qəbul etməsi, narkotik vasitəni üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməllərində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin anasının İ dərəcə əlil olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan metamfetaminin şəxsi istehlak miqdarından dəfələrlə çox olması təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması üçün inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, narkotik vasitənin miqdarından şəxsi istehlak miqdarından dəfələrlə çox olması və hazırda psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu (CMnin 234.1-ci maddəsinə əsasən) 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Beləliklə, məhkəmə törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsdə alındığı andan – 14 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbs edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olması müəyyən edilmiş, onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan təhqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,772 qram psixotrop maddə olan metamfetamin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 192 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 8 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun haqqında həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclası zalından həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,772 qram narkotik vasitə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi 192 (yüz doxsan iki) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə Şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (Gəncə şəhəri 1saylı Vəkil Bürosunun hesablaşma hesabı–“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-300/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-300/2024
14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver