Məhkəmə qərarları › İş №1(125)-302/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-302/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-302/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, Kəlbəcər rayonu, Hacıkənd kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Gülüstan qəsəbəsi, AKTA-6 ətrafında yeni məhlələrdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “Covid-19” virusu ilə bağlı test analizi verməklə, xx.xx.2020-ci il tarixdən testin nəticəsinin pozitiv, yəni yeni növ virusu yaymaq təhlükəsi olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, xx.xx.2020-ci il tarixdə, saat 12 radələrində yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA 6 ətrafında yeni məhlələrdə yerləşən ünvanını qanunsuz tərk edib Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Üç Qardaş” marketin yanında yerləşən aptekə gedərək epidemiya əleyhinə qaydaları, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaratmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailəsi ilə birgə Gəncə şəhəri Gülüstan qəsəbəsi, AKTA6 ətrafında yeni məhlələrdə yaşayır.O, anası X1 narahatlıq yarandığı üçün anasının "Covid-19" virusuna yoluxmasından şübhələnmiş və xx.xx.2020-ci il tarixdə bu barədə Kəlbəcər rayon xəstəxanasına məlumat vermiş, həmin gün xəstəxanadan gələn həkimlər anası Züleyxadan test götürmüşlər. Sonra onun və ailə üzvlərinində "Covid-19" virusuna yoluxma ehtimalları olduğu üçün ondan və ailə üzvlərindən də test götürülmüş və xx.xx.2020-ci il tarixdə, təxminən saat 10 radələrində onun istifadəsində olan ***-***-**-**mobil nömrəsinə sms gəlmiş və həmin sms-də vermiş olduğu testinin nəticəsinin pozitiv olduğu yazılmışdır. Bundan sonra həmin gün Kəlbəcər xəstəxanasından onun telefonuna zəng olunmuş və telefona cavab verən Kəlbəcər rayon xəstəxanasından həkim olduğunu bildirib onun vermiş olduğu "Covid-19" testinin nəticəsinin pozitiv olduğunu, virusa yoluxduğunu deyib səhhəti ilə maraqlanan zaman o, özünü normal hiss etdiyini demişdir. Həmin adını bilmədiyi həkim isə ona bildirmişdir ki, özünü qorusun, yaşadığı evi tərketməsin, evdə qalsın, o, isə dediklərinin aydın olduğunu deyib sağollaşmışdır. Lakin xx.xx.2020-ci il tarixdə saat təxminən 12 radələrində anası X3 dərman almaq məqsədi ilə üzünə qoruyucu masqa taxıb evdən çıxmış və Gənc əşəhəri, Gülüstan qəsəbəsi, “Üç Qardaş” marketin yanında yerləşən evinə yaxın olan aptekə gəlmiş, həmin aptekə daxil olub satıcıdan “kardiomaqniz” adlı dərman almaq istəmişdir. Satıcı isə həmin dərmanın təxminən 20 dəqiqədən sonra olacağını demişdir. Ona görə o, aptekin qarşısında çöldə dayanıb gözləmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşıb sosial məsafəni saxlayaraq özlərini təqdim etmişlər və ona koronavirus xəstəsi olduğunu, yaşadığı evi tərk etməməli olduğunu bildirmişlər. O, isə koronavirus xəstəsi olduğunu, yaşadığı evi tərk etməməli olduğunu bildiyini, sadəcə olaraq xəstə anası üçün dərman almaq məqsədi ilə aptekə gəldiyini bildirmişdir. Polis əməkdaşları onun virusa yoluxduğu halda evi tərk edərək xəstəliklərin yayılmasına səbəb olduğunu, xəstəliklərin yayılması üçün real təhlükə yaratdığını deyib evə qayıtmağını bildirmişlər. Ona görə o, polis əməkdaşlarının qanuni tələblərinə riayət edərək yaşadığı evə qayıtmışdır. Həmin vaxtdan sonra isə bir daha yaşadığı evi tərk etməmişdir. xx.xx.2020-ci il tarixdə onun istifadəsində olan ***-***-**-**mobil nömrəsinə sms gəlmiş və həmin sms-də onun “Covid-19” ilə bağlı evdə özünü təcrid müddətinin bitdiyi yazılmışdır. Bundan sonra o, sərbəst olaraq istədiyi yerə gedib gəlməyə başlamış,hal-hazırda səhhəti normaldır və özünü yaxşı hiss edir. O, koronavirus epidemiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməməli olduğunu bilmiş, sadəcə olaraq anasının səhhətinin pisləşməsindən qorxduğu üçün dərman almaq məcburiyyətində qaldığından yaşayış yerini tərk edib aptekə getmişdir. O, koronavirus epidemiyasına yoluxmuş şəxskimi yaşadığı evi tərk edən zaman həmin vaxt evdə arvadı SarıyevaFərqanə Hüseyn qızı, anası X5 və az yaşlı uşaqları olmuşdur.Sonda o, anasının xəstəliyi ilə əlaqədar aptekə dərman almağa getdiyi üçün yaşayış yerini tərk etmək məcburiyyətində qaldığını, əməlindən peşman olduğunu, məcburi köçkün olduğunu, İİ qrup əlil olduğunu və himayəsində 2 azyaşlı uşağının olduğunu nəzərə alıb barəsində cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, xx.xx.2020-ci il tarixdə O, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-in əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə xidməti ərazidə xidmət aparan zaman bölgələr üzrə yaşayış yerini tərk edən şəxslərin statistik məlumatları əsasında siyahıda qeyd olunmuş, xx.xx.1979-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, azərbaycanlı, AR vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan ünvansız evdə yaşayan, COVİD- 19 infeksiyasına yoluxaraq ev şəraitində müalicə almağa başlamış Təqsirləndirilən şəxs qeyri-qanuni olaraq yaşadığı evi tərk edərək Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən "Üç qardaş" adlı marketin yaxınlığında olduğunu aşkar etmişlər. Həmin şəxsə məsafə saxlayaraq yaxınlaşıb özlərini təqdim edərək yaşayış yerinə qayıtmasını və xəstə olduğu halda evi tərk edib digər şəxləri yoluxdurmaması barədə irad tutmuşdurlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsinə uyğun ifadə vermişlər. İbtidai istintaq zamanı dindirilmiş məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən aptek 103 də işləyir. Təqsirləndirilən şəxs Əliasslan oğlu ilə qonşuluqda yaşayır. xx.xx.2020-ci il tarixdə işlədiyi aptekdə olan zaman saat təxminən 12 radələrində Təqsirləndirilən şəxs onun işlədiyi aptekə gələrək giriş qapısının yanından ona sual verərək “Kardiomaqniz” adlı dərman istədiyini demişdir. Həmin vaxt İmaməli tibbi maskadan istifadə etmiş və aralarında 4-5 metr məsafə olmuşdur. O, həmin vaxt dərmanın bir azdan olacağını demiş, İmaməli isə aptekin qarşısında çöldə dayanıb gözləmişdir. Bu zaman polis əməkdaşları İmaməliyə yaxınlaşaraq onun koronavirus xəstəsi olduğunu deyib yaşadığı evə getməsini tövsiyyə etmişlər. Sonra İmaməli çıxıb getmişdir. Həmin vaxt İmaməli maskada olduğundan və yaxın təmas olmadığından o heç bir virusa yoluxmamışdır. İbtidai istintaq zamanı şahid kimi dindirilmiş, məhkəmə iclasında ifadəsi elan edilmiş mərhum, Kəlbəcər rayon Mərkəzi xəstəxanasının həkimi vəziəsində işləmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Koronovirus pandemiyası yayıldıqdan sonra ev şəraitində müalicə alan koronavirus xəstələrinin vəziyyəti ilə maraqlanmışdır. Belə ki, koronavirus testi pozitiv çıxan şəxslərin vəziyyəti ağır olanlar xəstəxanada stasionar şəkildə, vəziyyəti yüngül olanlar isə ev şəraitində müalicə almışlar. Həmin xəstəliyin inkubasiya dövrü 14 gün olmuşdur. Əldə etdiyləri tibbi məlumatlar əsasında və praktiki olaraq müəyyən edilmişdir ki, həmin 14 gün müddətində müalicə əsasında xəstə sağalmalıdır. Ev şəraitində müalicə olunmalı xəstələrin siyahısı ərazi aidiyyəti üzrə Səhiyyə İdarəsi tərəfindən onlara göndərilmiş və klinikanın ərazisində yaşayan həmin sakinlərlə 14 gün ərzində telefon vasitəsi ilə əlaqə saxlayaraq vəziyyətlərinə nəzarət etmişlər. Bu qaydaya uyğun olaraq Gəncə şəhər Səhiyyə İdarəsindən onlara daxil olmuş məlumata əsasən Gəncə şəhəri, Gülüstan qəsəbəsi AKTA-6 ətrafında yaşayan Təqsirləndirilən şəxsnın koronavirus test nəticəsinin pozitiv çıxdığını və ev şəraitində müalicə almalı olmasını müəyyən etmişlər. Bundan sonra həmin şəxsin adı xəstəxananın “Covid-19” xəstələrinin evdə müşahidə sistemində protokollaşdırılaraq qeydə alınmış və adına ambulator xəstənin tibbi kartası açılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxlayaraq xəstəyə arbitrol həblərinin, azitramisin dərman vasitələrini qəbul etməsi tövsiyyə edilmiş, eyni zamanda 14 gün ərzində yaşayış yerini tərk etməməli olması barədə xəbərdarlıq edilmişdir. 14 gün ərzində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılaraq səhhətinə nəzarət edilmiş və 14-cü gün, yəni xx.xx.2020-ci il tarixdə onun səhhətində hər hansı bir nasazlıq müəyyən etmədikləri üçün 14 günlük karantin qeydiyyatından çıxartmışdırlar. İlk 14 gün xəstəliyin inkubasiya dövrüdür. Ona görə də həmin müddət ərzində xəstə yaşayış yerini tərk etməməli, özünü təcrid etməli, digər şəxslərlə təmasda olmamalıdır. Ona görə ki, həmin müddət ərzində xəstəliyin yayılması labüddür. İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Şahid4 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 169 № ilə qeyd edilmişdir. Şahid4 ölüm səbəbi mədəaltı vəzi başının bədxassəli yenitörəməsi olmuşdur. İş materiallarına əlavə edilmiş videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, polis əməkdaşları “Covid 19” virusuna yoluxmuş şəxsə yaxınlaşıb özlərini təqdim etdikdən sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs “Covid 19” virusuna yoluxduğu üçün karantin müddəti bitənə qədər yaşadığı ünvanı tərk etməməli olduğunu bildirilərək dərhal ona evə getməli olduğu deyilmiş və Təqsirləndirilən şəxs polis əməkdaşının müşayiəti ilə yaşadığı ünvana tərəf getmişdir. İş materiallarına əlavə eidlmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 ərazi X4 “Kəlbəcər Rayon Mərkəzi Xəstəxanası” X16 xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Covid 19 xəstəliyi ilə bağlı test analizi vermiş xx.xx.2020-ci il tarixdə cavabı pozitiv gəlmiş və xx.xx.2020-ci il tarixədək evdə müşahidədə olmuşdur. Xəstə sağlamdır. Vətəndaşda xəstəlik müddətində heç bir simptom olmamışdır. İşləmədiyi üçün ona xəstəlik vərəqəsi verilməmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Pxixonevroloji Dispanserin xx.xx.2021ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Baxış aparılması haqqında” protokoldan və “Ambulator xəstənin tibbi kartası”nın kserosurətindən görünür ki, Şahid4 təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi kartası”na baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 təqdim etdiyi 1 ədəd “Ambulator xəstənin tibbi kartasının” 1ci vərəqindən görünür ki, tibbi kitabça xx.xx.2020-ci il tarixdə “Covid-19” testi pozitiv çıxmış xx.xx.1979-cu il təvəllüdlü, Gəncə şəhəri Gülüstan qəsəbəsi, AKTA6 ətrafında yeni məhlələrdə yaşayan Təqsirləndirilən şəxs adına açılmışdır. Tibbi kitabçanın növbəti vərəqlərində görünür ki, orada Təqsirləndirilən şəxs xəstəlikləri barədə müvafiq qeydlər aparılmış, xx.xx.2020-ci il tarixdən etibarən Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlanılmış və bədən temperaturu göstərilmiş, müxtəlif dərman pereparatları və Covid-19 çantası göndərilmiş, xx.xx.2020-ci il tarixdə portaldan çıxarılmısdır. Qeydiyyat kitabına baxış zamanı müəyyən edilmişdir ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs jurnalda 025 sırada Covid-19 xəstəsi kimi qeydiyyata alınmışdır. Baxış keçirilən “Ambulator xəstənin tibbi kartası”nın surəti çıxarılaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan “koronavirusinfo.az” internet səhifəsindən “Covid-19” virusu haqqında məlumatların və həmin virusa qarşı profilaktiki tədbirlərin X9 və Azərbaycan Respublikasının İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi tərəfindən sistemləşdirilmiş Tibb işçiləri üçün müvəqqəti rəhbərlikdən aydın olur ki, mövcud sübutlar “Covid-19” virusunun insanlar arasında yaxın təmas və hava-damcı yolu ilə ötürüldüyünü göstərir. Xəstəylə təmasda olan və ya xəstəyə qulluq edənlər arasında yoluxma riski ən yüksəkdir. “COVİD- 19” virusu təsdiqlənmiş xəstələrə 14 gün ev izolyasiyası tədbiq edilir. Müvafiq xəstəliyin inkubasiya dövrü 14 günədək ola bilər. Xəstə monitorinq müddətini evdə keçirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxsin cinayət əməlini təqsirli olaraq törətməsi özünün qismən etirafedici ifadəsi və şahidlərin ifadələri ilə yanaşı iş materiallarındakı istintaq və digər prosessual hərəkətlərin protokolları və sənədlərlə tam şəkildə öz təsdiqini tapmışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkündür. İş materiallarında olan Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X7 arasında nikah 12 yanvar 2008-ci il tarixdə Kəlbəcər rayon VVADQ şöbəsində qeyd edilmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X10 uşaqları vardır. Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir və 321,26 manat pensiya alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eləcə də işin faktiki hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzanın icrası Gəncə şəhər Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübut – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar