Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-304/2023 09.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Əlizadə Elxan Novruz oğlu, Məhkəmə iclasının katibi: X5, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 və müdafiəçisi Müdafiəçi iştirakı ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən Gəncə Şəhər Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, Xocalı rayonu, Kosalar kənd sakini hazırda ünvan 1 ünvanında müvəqqəti məskunlaşaraq hazırda orda yaşayan X6 tərəfindən “Tiktok” sosial şəbəkəsi vasitəsilə böhtan və təhqir dolu ifadələrlə ünvanına yalan məlumatlar söylənilərək böhtanını və təhqirini bu şəbəkə vasitəsilə yayaraq, paylaşım edərək onu “Cavanşir və pul yığanları” adı ilə çıxış edərək Cavanşir və onun pul yığanları haqqında sonra dövlət orqanlarına və insanlara məlumat verdiyini bəzi fikirləri və rəyləri insanlara çatdıracağını həqiqətəndə X9-İmtahan şöbəsində nə bas verdiyini, 500-800 arası texniki baxışın və digər xidmətlər o cümlədən, ***-**** arası sürücülük vəsiqəsi əldə olunmasının həqiqətəndə orada acıq bazar yaradıldığını sakinlərin fikirlərini Sizə çatdırıram deməkdir. Bundan sonra yenə “Tiktok” vasitəsilə paylaşım edərək, bildirir ki, “hal-hazırda Sizə təqdim etdiyim şəxs Bərdə ravon Hacalı kənd sakinidir” Yevlax ravon Regional Qeydiyyat-İmtahan və Texniki baxış şöbəsinin rəisi Cavanşir müəllimin pul yığanıdır. Mən həqiqətəndə Yevlax rayonunda Cavanşir məliimin onu pul yığanı kimi gördüm. Nə qədər pul tələb etdivinidə Sizə təqdim edəcəyəm. “Sonra isə ekrana qırmızı həriflərlə öz mövqeyini ortaya qoyaraq qeyd edir ki. vətəndaşdan qanunsuz olaraq pul tələb edən Yasar adlı səxs Yevlax rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxış Şöbəsinin rəisi Cavanşir məliimin pul yığanıdır, qeyd edərək hörmətli Prezident “Siqnal” nida işarəsi ilə mənə böhtan atmışdır. Şəxs onun fəaliyyəti haqqında o və onun pul yığanlarım adı ilə onun rəhbərlik etdiyi müəssisənin fəaliyyətini yanlış istiqamətdə yönəldərək yalan və böhtan dolu məlumatları ilə sosial şəbəkədə barəsində iyrənc məlumatlar yaymışdır. Bu məlumatlar xx.xx.2023-cü il tarixində yayılmış və paylaşılmışdır. Şəxsin araşdırmamış bir məlumatı yayması öz təsdiqini tapmadığı halda şəxsi mülahizələri ilə insanları çaşdırmaq, dövlət idarəsinə, onun rəhbərliyinə böhtan atmaq və bu kimi hərəkətləri ilə cəmiyyətdə çaşqınlıq yaratmaq, mənim nüfuz və fəaliyyətinə ləkə yaxmaq, xidməti fəaliyyətimə kölgə salan bu ifadələri ilə insanlar arasında açıq şəkildə onu, işçilərini pul yığan adlandırması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibini yaradır. Barəsində şikayət olunan X6 yaymış olduğu məlumatları ilə bağlı etdiyi qanunsuz əməllərinin nə ilə təsdiq etdiyini, bu yalan məlumatların böhtan və təhqir dolu ifadələrinin haradan və nədən əldə edilməsini heç bir halda əsaslandırmır və əsaslandırmasıda mümkün deyildir. Mövcud, təhqir və böhtan dolu məlumatların xx.xx.2023-cü il tarixində yayılması ilə bağlı “Tiktok” şəbəkəsi məlumatları hazırki şikayətə əlavə edir. Bu şəbəkənin ünvanı Azərbaycan Respublikasında deyildir. Ancaq informasiyanı bu şəbəkə vasitəsilə yayan şəxs Gəncə şəhərində yaşayır. Xocalı rayonu, Kosalar kəndində qeydiyyatdadır. X6 barəsində onun tərəfindən “Tiktok” vasitəsilə yayılmış məlumatın video çəkiliş diski hazırki şikayətə əlavə edilmişdir. Şəxs barəmdə sosial şəbəkə vasitəsilə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu alçaldacaq, hörmətdən salacaq səviyyədə yalan və böhtan məlumatı ilə paylaşım etmiş, yaymış onu “Cavanşir və onun pul yığanları adı ilə elan etmiş, 500-800 arası texniki baxışın və digər xidmətlər o cümlədən, ***-**** arası sürücülük vəsiqəsi əldə olunmasının həqiqətəndə orada açıq Bazarın yaradıldığını sizin nəzərinizə deməsi,” eynilə mən həqiqətəndə Yevlax rayonunda Cavansir müəllimin onu pul yığanı kimi gördüm. Nə qədər pul tələb etdivinidə Sizə təqdim edəcəyəm. “Sonra isə ekrana qırmızı həriflərlə öz mövqeyini ortaya, qovaraq qeyd edir ki, vətəndaşdan qanunsuz olaraq pul tələb edən Yasnr adlı şəxs Yevlax Rayonlararası Qeydiyyat-İmtahan və Texniki baxı* Şöbəsinin rəisi Cavanşir mailimin pul yığanıdır. Deməklə bu fikirləri pavlasaraq barəsində dövlət idarələrinə bu vasitə ilə “Siqnal” adı altında yalan informasiyalar vermişdir. Bununlada səxs həm onu təhqir etmis, onu bir polis məmurunu, bir vəzifəli şəxsi, bir rəhbəri yalan məlumatları, bu məlumatı yaymaqla şərəf və ləyaqətimi alçatmaqla onun tabeliyində işləməyən bir şəxsi onun pul yığanı adlandırmaqla sosial şəbəkədə pavlasım etdiyi ekranın üzərində onun adını yazıb təhqirli ifadələrlə, insanlara nümayiş etdirməklə yalan statistik rəqəmləri qeyd edərək bütün bunlarla idarələrində açıq bazarın yaradıldığını bildirməklə acıq səkildə bilərəkdən, qəsdən bu informasiyaları yayıb niyyətini ortaya qoyması, bilmədiyi əsaslandırmadığı informasiyalarla onu təhqir və böhtan hədəfinə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148- ci maddələrinin tərkibini yaradan əməlləri etməklə cinayət etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət edilən şəxs X6 barəsində Azərbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələrinin tərkib əlamətləri yarandığından həmin maddələr üzrə ittiham olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 nümayəndəsi və vəkili X4 şikayətin icraata qəbul edilməsini, X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi şikayətin icraata qəbul edilməməsini məhkəmədən xahiş etdi. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayətdə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsinin hansı bəndi ilə cinayət məsuliyyətinə cəlb edilməli olması dəqiq göstərilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.5-cı cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-ci maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-304/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-304/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver