Məhkəmə qərarları › İş №1(125)-306/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-306/2023

05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-306/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 iştirakları ilə xx.xx.1994-cü ildə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, işsiz, Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)- 321/2022 nömrəli hökmü üzrə cəza çəkən, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsini xx.xx.2023-cü il tarixli 5(010)144/2023 nömrəli qərarı ilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti ilə özgənin, yəni Zərərçəkmiş şəxs əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində Zərərçəkmiş şəxs bankomatdan pul çıxarmaqda köməklik edəcəyini deyib sonuncun istifadəsində olan elektron məlumat daşıyıcısını, "xxxx" ASC-yə məxsus plastik kartını kodu ilə birlikdə əldə edib Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Bolmart” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus “A0127026” nömrəli terminala daxil edib həmin plastik kartdan komissiya haqqı 03 manat 50 qəpik olan 500,00 manat vəsaiti X1 adına olan öz istifadəsindəki "xxxx" ASC-yə məxsus plastik karta köçürdüb əməliyyatı başa çatıdırdıqdan sonra Zərərçəkmiş şəxs xəta baş verdiyini deyib kartı bankomatdan çıxararaq sonuncuya qaytarmaqla özgənin əmlakını gizli olaraq talayıb ümumilikdə zərərçəkmiş şəxsə vahid niyyətlə 503 (beş yüz üç) manat 50 (əlli) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ölkənin müxtəlif yerlərində plastik kartlardan pul oğurladığına görə Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CMnin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinirək 02 il 05 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində Ağcabədi şəhərindən Bakı şəhərinə gedərkən yolda olarkən su və siqaret almaq istədiyindən Ucar rayonu ərazisində yerləşən "Aran" marketin qarşısında taksidən düşmüş və marketə girmək istəyəndə bir nəfər şəxs ondan bankomatdan pul çıxarlması ilə bağlı köməklik etməyini istəmişdir. Həmin şəxslə razılaşmışdır. Həmin ərəfələrdə başqa şəxslərə məxsus bank kartlarından pulları oğurlamış və hal-hazırda həmin əməllərinə görə cəza çəkir. Həmin şəxs ondan köməklik istədikdə, onda ona məxsus pulları oğurlamaq barədə düşüncə yarandığından həmin şəxs ona adına kod vəsitəsilə pul qoyulduğunu bildirmişdir. Bir neçə dəfə cəhd etdikən sonra həmin şəxsə hesabda pul olmadığını banka zəng etməyini bildirmişdir. Bundan sonra öz telefonu ilə Kapital bankın çağrı mərkəzini yığaraq həmin şəxsin ad və soyadını verərək pul göndərilməsini və pulu ala bilməməyini qeyd etmişdir. Bundan sonra o, həmin şəxsə Kapital bankdan axşam saat 8 radələrində bir dəfə yoxlamağı dediklərini bildirdiyindən həmin şəxs çıxıb getdikdən sonra o, həmin kodu bankomata daxil olaraq pulu bankomatdan çıxartmışdır. Bu zaman ümumilikdə 600 manat pul olduğunu müəyyən etmiş və həmin pulun hamısını çıxardaraq şəxsi istifadəsi üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin iyun ayının əvvəlində Bərdə şəhərində piyada gəzərkən yerdən bir ədəd platik kart görmüşdür. Həmin kartı götürüb baxdıqda "xxxx" ASC-nin əvvəllər tanımadığı Bəsti Abdullayevnın adına olan platik kartı tapmışdır. Kartın üzərində kodu da yazılmışdır. Həmin kartı göturüb cibinə qoymuşdur ki, sahibini taparsa qaytarar. Daha sonra isə təxminən 18 iyun 2021-ci il tarixdə Gəncə şəhərinə gəlmişdir. Orada adını dəqiq xatırlamadığı Hosteldə qalmışdır. xx.xx.2022-ci il tarixdə saat 14 radələrində pulu qurtardığı üçün hansı yolla qazanc əldə etməyi düşünərkən qərar vermişdir ki, şəhər ərazisində olan bankomatlardan birinin qarşısına getsin və orada pul çıxarmaq istəyən şəxslərdən bankomatda aparılan əməliyyatlarda köməklik etmək adı ilə kartlarını ələ keçirərək gizlincə həmin kartdakı pulu özündə olan Bərdə rayonunda tapdığı "xxxx" ASC-nin kartına köçürsün. Bundan sonra həmin gün saat 15 radələrində mən Ş.İ.Xətai prospektində yerləşən “Dəyirmanın dairəsi” adlanan yerə gedib oradakı “Bolmart” marketin önündəki "xxxx"a məxsus bankomatın yanında dayanmışdır. Bu ərəfədə adı ona sonradan məlum olan Zərərçəkmiş şəxs ona yaxınlaşaraq həmin bankomatdan onun Kapital Banka məxsus Birkart kredit kartından 50 manat çıxarılmasında köməklik etməyi xahiş etmişdir. Bu zaman onun kartından pulu gizlincə öz kartına keçirmək fürsəti yarandığını görmüş və Elçinin xahişini qəbul edərək ona köməklik edəcəyini demişdir. Bundan sonra onun plastik kartını terminala daxil edib Elçindən xəlvətcə onun kartında olan 500 manatı X9 pul köçürmə sistemi vasitəsilə özündə olan Kapital Bank” ASC-nin kartına köçürmüşdür. Əməliyyat başa çatdırdıqdan sonra kartı bankomatdan çıxarıb Elçinə qaytararaq ona yalandan həmin kartda pul olmadığını deyib oradan uzaqlaşmışdır. Elçin də həmin kartı götürərək oradan uzaqlaşmışdır. Elçinin oradan uzaqlaşdığını, onu görəbilməyəcəyinə əmin olduqdan sonra yenidən həmin bankomata yaxınlaşıb üzərində olan "xxxx" ASC-nin kartını terminala mədaxil edərək Zərərçəkmiş şəxs kartından köçürdüyü 500 manatı çıxararaq Gəncə şəhərində xərcləmişdir. Sonrakı gün isə Ağcabədi şəhərinə geri qayıtmış, qayıdarkən yolda həmin plastik kartı xatırlamadığı yerdə tullamışdır. Əməlindən peşmandır. 44 X5 iştirakını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15:30 dəqiqədə Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən Bolmart marketin qarşısında qoyulmuş bankomata yaxınlaşmış və kartdan pul çıxarmağı bacarmadığından həmin bankomatın qarşısında duran 1 nəfər adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs xahiş etmişdir ki, ona məxsus Kapital Bank tərəfindən verilmiş “Birkart” kredit kartından 50 manat pul çıxarıb ona versin. Həmin naməlum şəxs isə Birkart kredit kartını ondan götürüb və bankomata yaxınlaşaraq Birkart kredit kartını bankomata salmış və bir az sonradan kartı bankomatdan çıxararaq qaytarıb kartda xəta baş verdiyini bildirmişdir. O da həmin şəxsdən kartı götürmüş və getmişdir. Getdikdən 15 dəqiqə keçmiş telefonuna mesaj daxil olmuş və bank tərəfindən bildirilmişdir ki, bir kart kredit kartından 500 manat pul köçürülmüşdür. Həmin zaman məlum oldu ki, ona məxsus bir kart kredit kartını verdiyi şəxs Birkart kredit kartında olan 500 manat pulunu bankomat vasitəsi ilə öz bank hesabına köçürərək gizli yolla oğurlamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Ona qarşı şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş, 26 yanvar 2023-cü il tarixli “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, tanıyan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim edilən şəxslərin fotoşəkillərini nəzərdən keçirib 4-cü yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək bildirmişdir ki, həmin şəxs xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Bolmart” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus terminaldan pul çıxarması üçün özünə məxsus istifadəsində olan "xxxx" ASC-yə məxsus kartı verdiyi şəxsdir. Həmin şəxs ona məxsus kartdan 500 manat pulu oğurlamışdır. “Bolmart" mağazasına aid təhlükəsizlik kameralarından götürülmüş görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 15 radələrində Mehdiyev X3 Elçin Akif oğlu ilə "xxxx" ASC-yə məxsus ATM-ə yaxınlaşıraraq həmin ATM-nin önündə dayanırlar. Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Bolmart" marketin qarşısındakı "xxxx" ASC-yə məxsus “A0127026” nömrəli terminalında xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş maliyyə əməliyyatlarını zamanı çəkilmiş fotoşəkilləri özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 15:36 radələrində Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 15:30 radələrində "xxxx" ASC-yə məxsus plastik kartını həmin terminala daxil edib Zərərçəkmiş şəxs plastik kartından komissiya haqqı 03 manat 50 gəpik olan 500,00 manat vəsaiti X1 adına olan "xxxx" ASC-yə məxsus plastik karta köçürtdüyü pulu məxaric edir. X2 adına olan "xxxx" ASC-yə məxsus kart ilə həyata keçrilmiş maliyyə əməliyyatlarına dair görüntüləri özündə əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, 2021-ci ilin iyun ayında X1 adına olan "xxxx" ASC-yə məxsus kart Təqsirləndirilən şəxs istifadəsində olmuşdur və həyata keçirilmiş maliyyə əməliyyatları zamanı terminal tərəfindən onun fotoşəkili çəkilmişdir. Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-nin plastik kartının çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Ü.Hacıbəyov küçəsinin kəsişməsində yerləşən “Bolmart” marketin qarşısındakı "xxxx" ASC-yə məxsus terminala daxil edib həmin plastik kartdan komissiya haqqı 03 manat 50 qəpik olan 500,00 manat vəsait X1 adına olan "xxxx" ASC-yə məxsus plastik karta köçürülmüşdür. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli 1(007)- 321/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib Ağcabədi rayon məhkəməsinin hökmü ilə təyin edilmiş cəza ilə qismən toplanılmaqla qəti olaraq 02 il 09 ay azadlıqdan məhrum ötmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Zəngilanın, Qubadlının, Laçının azad edilməsinə görə” medallarla təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyalarıinformasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun 31 oktyabr 2022-ci il tarixli “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən təqsirkarın ödəniş kartını əldə etməyə yönəlmiş aldatmada ifadə olunan hərəkətləri gizli şəkildə talamaq niyyəti ilə pul vəsaitinə çatmağı asanlaşdırmaq üçün həyata keçirildiyi hallarda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq deyil, həmin Məcəllənin 177-ci maddəsinə uyğun olaraq oğurluq kimi tövsif edilməlidir. CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddənin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, cinayət nəticəsində dəymiş zərəri ödəməsini, 44 X5 iştirakını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, hazıra digər hökm üzrə cəza çəkməsini, başqa bir cinayət işi üzrə barəsində istintaq hərəkətlərinin aparılmasını, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-321/2022 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın başlanğıcı 15 aprel 2022-ci il tarixdən müəyyən edilmişdir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, hazırki hökmlə təyin ediləcək cəza Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)- 321/2022 nömrəli hökmü təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-321/2022 nömrəli hökmü ilə müəyyən edilmiş 15 aprel 2022-ci il tarixdən hesablanmalı və ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-321/2022 nömrəli hökmü təyin edilmiş 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda Bakı şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(007)-321/2022 nömrəli hökmü üzrə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar