Məhkəmə qərarları › İş №1(125)-307/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-307/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-307/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs etibarnamə üzrənümayəndəsi X3, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçiiştirakı ilə, xx.xx.1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respubilkasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 16 may 2018-ci il tarixdən başlayaraq 01 aprel 2010-cu il təvəllüdlü X13 və 02 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 135,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-2998/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 3(043)-133/2019 saylı, 30 dekabr 2021-ci il tarixli, 3(043)-979/2021 saylı qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmiş və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il tarixdə və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə, habelə əvvəllər analoji cinayət törətdiyinə görə cinayət məsuliyyətinə verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən xx.xx.2020-ci il tarixdən sonuncu təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 8910.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və nikahlarını 2010-cu ildə rəsmiləşdirilmişdir. Onlar evli olduğu müddətdə 01 aprel 2010-cu il təvəllüdlü X17 və 02 sentyabr 2012-ci il təvəllüdlü Fərəcova FatiməTaleh qızı adlı övladları anadan olmuşdur. O, Zərərçəkmiş şəxs ilə yola getmədikləri üçün ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Zərərçəkmiş şəxs himayəsində, ata evində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-2998/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən ondan 16 may 2018ci il tarixdən hesablanmaqla 01 aprel 2010-cu il təvəllüdlü X13 və 02 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 135,00 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli və 30 dekabr 2021-ci il tarixli qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixədək 8910,00 manat aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görədə qətnamə ilə razı olmadığını, lakin alimentin azaldılması üçün məhkəməyə müraciyyət etmədiyini, hazırda taksi sürücüsü işlədiyini, 550,00-600,00 manat aylıq qazancının olduğunu ifadəsində bildirmişdir. O, məşğulluq mərkəzi tərəfindən təklif olunan işlərin əmək haqqısının az olması səbəbindən məşğulluq filialına müraciət etməmişdir. Hazırda sağlamlıq problemləri var.Aliment borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Etdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə 2009-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, nikahları isə 2010-cu ildə rəsmiləşdirilmişdir. Onların bu nikahdan 01 aprel 2010-cu il tavəllüdlü X17 və 02 sentyabr 2012-ci il təvəllüdlü X12 adında uşaqları anadan olmuşdur. Onlar evli olduğu müddətdə Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmuş və qazancı 400-500 manat təşkil etmişdir. Həmin müddətdə onlar Gəncə şəhərində birlikdə yaşayamışlar. Təqsirləndirilən şəxs aylıq yetərli qədər gəliri olsada, ancaq öz yemək içməyinə, tüfeyli həyatına xərcləmişdir. O, nikahda olduqları müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görədə ayrılmaq qərarına gəlmiş və 2014-cü ildə məhkəmə qaydasında nikahları pozulmuşdur. Uşaqlar onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2018-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən X6 16 may 2018-ci il tarixdən hesablanmaqla 01 aprel 2010-cu il təvəllüdlü X13 və 02 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər bir uşağa görə 135,00 manat olmaqla, cəmi 270 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsədə aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz RayonMəhkəməsinin 04 mart 2019-cu il tarixli və Gəncə şəhəri Kəpəz-Rayon Məhkəməsinin 30 dekabr 2021-ci il tarixli qərarları ilə hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə, ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-2998/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsinə əsasən 8910,00 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X7 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Qızının ailəsində daim ailə münaqişələri olmuşdur. Kürəkəni daim spirtli içki qəbul edərək qızına fiziki və psixoloji şiddət göstərmişdir. Qızının aliment tələbi təmin edildikdən sonra isə Taleh aliment ödənilməsində qərəzli olaraq yayınmışdır. Dəfələrlə bu barədə icra məmuruna şikayətini bildirsə də, görülən icra tədbirləri onu qane etməmişdir. Təqsirləndirilən şəxsdən o və qızı Nigar şikayətçidir. Ona sanksiyada nəzərdə tutulan ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2998/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə anadan olmuş X13 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay hər uşağa 135 (yüz otuz beş) manat olmaqla, cəmi 270 (iki yüz yetmiş) manat sabit pul məbləğində alimenttələbi Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. İcra vərəqəsi xx.xx.2018-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-971/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra Fərəcov X14 çağırılmış, ondan yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 3(043)-133/2019 sayli, xx.xx.2019-cu il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Növbəti aylarda yenədə borclu alimentindən heç bir ödəniş eləməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Fərəcov X14 dəvət edilmiş, lakin üzürsüz səbəbdən gəlməkdən imtina etmişdir. Borclunun yaşadığı ünvan 1 ünvanına baxış keçirilmiş və qapının qıfıllı olması müəyyən edilmişdir. Borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından axtarış qərarı qəbul olunaraq Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2021-ci il tarixdə 520687 saylı axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə polis əməkdaşları tərəfindən idarəyə gətirilmiş, ondan yenidən yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən təkrar imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(043)-979/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə yenidən 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2020-ci tarixdən Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınsada, bugünə kimi heç yerdə işləmir. Borclunun hərəkətsizliyi nəticəsində tələb və aliment üzrə borcu icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin məlum qətnaməsini, ona inzibati həbslər tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq aliment üzrə borcunu ödəməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. BorcluTəqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-2998/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqəsi üzrə 2022-ci ilin noyabr ayı da daxil olmaqla aliment üzrə borcu 8910 (səkkiz min doqquz yüz on) manat təşkil edir. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 ifadəsində Şahid1 göstərdikləri xüsusatları tam təsdiq edərək, Təqsirləndirilən şəxs tərəfindən məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-2998/2018 saylı, 25 iyun 2018-ci il tarixli Qətnaməsindən görünür ki, 16 may 2018-ci il tarixdən başlayaraq 01 aprel 2010-cu il təvəllüdlü X13 və 02 sentyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 135,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 X2 Filialınin xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, X1 alt sistemində xx.xx.2020-ci il tarixdən işaxtaran şəxs kimi qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12/2-16963 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu mövcud deyildir. xx.xx.2022-ci il və xx.xx.2022-ci iltarixli rəsmi xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyənedilmiş aylıq aliment məbləği və yaranmış aliment borcu ödənilməklə qətnamənin icrasıtələb edilmiş, məsuliyyəti diqqətinə çatdırılmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 mart 2019-cu il tarixli, 3(043)- 133/2019 saylı ve 30 dekabr 2021-ci il tarixli, 3(043)-979/2021 saylı inzibati xəta haqqında qərarlarından görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-2998/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək müvafiq olaraq hər iki halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhər Kəpəz rayonu İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki,Təqsirləndirilən şəxs aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinin tərkibi vardır. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. O,cinayət törətməkdə təqsirlidir və ona Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə uyğun cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzatəyin edərkən, məhkəmə onun əməlini səmimi etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarına əlavə edilmiş 27 mart 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə barəsində elan edilmiş axtarış çərçivəsində həmin tarixdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş 29 mart 2023-cü il tarixli “X10 azad edilmə haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən o, X10 azad edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş 19 avqust 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə barəsində elan edilmiş axtarış çərçivəsində həmin tarixdə tutulmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə tutulduğu 02 (iki) gün müddət barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasının əvvəli 19 avqust 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokolda göstərilən 19 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək öz qüvvəsində saxlanmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxshüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəmə istintaqı zamanı 15 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353-cü maddələrinin tələblərini rəhbər tutub məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X8 27 mart 2023-cü il tarixdən 29 mart 2023-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasının əvvəli həbsə alındığı tarixdən, yəni 19 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökm Apelyasiya şikayəti və protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən elan edildiyi andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar