Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-308/2023 30.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Goranboy rayonu, Qazançı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs Rusiya Federasiyasından 8500 manat dəyərində kosmetik Lazer aparatı gətirəcəyi adı ilə yalan vədlər verib, aldadaraq, Zərərçəkmiş şəxs göndərdiyi X9 məxsus **********512080 nömrəli Kapital banka aid kart hesabına Zərərçəkmiş şəxs hissə-hissə olmaqla yəni, xx.xx.2022-ci il tarixdə 2300 manat, həmin tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, həmin tarixdə 1300 manat və həmin tarixdə 100 manat olmaqla, ümumilikdə 6500 manat pulu ünvan 1 ünvanında quraşdırılmış Milliön ödəmə terminalı vasitəsilə köçürmüş, lakin, vədinə əməl etməyərək Zərərçəkmiş şəxs etibarından sui istifadə etməklə, aldatma yolu ilə sonuncunun 6500 manat məbləğində pulundan ibarət özgə əmlakını ələ keçirib, zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasına işləmək üçün getmişdir. O, Zərərçəkmiş şəxs 2022-ci ilin may ayından tanımış, onunla telefonla tanış olmuş və yaxın münasibəti yaranmışdır. O, Dürdanə ilə işlədiyi qadın salonunda və şəhərdə bir neçə dəfə görmüş, amma aralarında intim münasibət olmamışdır. O, 20 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, yenə Dürdanə ilə votsap sosial şəbəkəsi ilə əlaqə saxlamışdır.O, həmin vaxt Moskva şəhərində olmuş və Dürdanə ilə telefonla danışanda sonuncu ona demişdir ki, işlətmək üçün lazer aparatı almaq istəyir, amma azərbaycanda həmin aparatın qiyməti bahadır. O da Dürdanəyə demişdir ki, orada maraqlanar və ucuz olsa alıb göndərər. Dürdanə də razılaşmışdır. O, Moskvada olanda Lənkəran rayonundan olan tır sürücüsü Arif adında tanışı olmuşdur. O, onunla da bu barədə söhbət edəndə Arif də demişdir. Onlar Arif ilə birlikdə maraqlanmış və orada manatla 8500 manat dəyərində “Aleksandra” lazer aparatı olduğunu öyrənmişdir. O, Dürdanə ilə danışmış və ona demişdir ki, hmin aparatdan orada var amma qiyməti 8500 manatadır. Dürdanə isə demişdir ki, o qədər pulu yoxdur və onun gücü ancaq 5000 manata çatar. O da Dürdanəyə demişdir ki, “Narahat olma sən o pulu göndər, qalan pulu özüm qoyacam, sonra ödəyərsən”. O, Dürdanəyə tır sürücüsü Arifin Kapital banka aid kart nömrəsini göndərmişdir ki, həmin karta pulu yükləsin və şəkillərini ona atsın. Dürdanə də onun göndərdiyi kart nömrəsinə bir dəfə 2600 manat, həmin gün bir dəfə də 2300 manat olmaqla cəmi 4900 manat pul göndərmişdir. Həmin göndərdiyi pulun çeklərini onun votsap nömrəsinə atmış,o da həmin çekləri Arifə göstərmiş, Arif ona həmin məbləğin rus pulu ilə rublla ödənişini etmiş, o da həmin pulun üzərinə 2000 ABŞ dollar rublla isə 158.000 rubl pul qoymuş və “Aleksandra” adlı lazer aparatını almışdır. Sonra həmin aparatı Arifə vermişdir ki, aparatı Azərbaycan Respublikasına aparıb orda tanışı Dürdanəyə versin. Hətta Dürdanənin telefon nömrəsini də Arifə vermişdir. Arifində nömrəsini Durdanəyə göndərmişdir. Aradan bir neçə gün keçmiş, təxminən 10-15 gün sonra Arif ona zəng etmişdir ki, aparatı gömrükdən keçirmək üçün rüsum ödənilməlidir. O da nə qədər rüsum olduğun soruşanda 1000 ABŞ dollar pul lazım olduğun Arif ona bildirmişdir.O da həmin vaxt Dürdanəyə zəng etmişdir ki, yenə Arifin kartına əlavə olaraq 1600 manat pul yüklə o da yükləmiş, onun da çeklərini ona göndərmiş,o da Arifə göndərmişdir.Hətta Arif ona demişdir ki, narahat olmasın sağ salamat aparatı aparıb sahibinə verəcək. Lakin aradan bir neçə gün keçəndən sonra o Arifə zəng etmişdir ki,haradasan,o isə ona demişdir ki, gömrükdə qalmış və keçə bilmir. O da Dürdanəyə bu barədə bildirmiş, Arifin nömrəsini də Dürdanəyə göndərmişdir ki, özü də Ariflə əlaqə saxla.Lakin sonradan Arif həmin aparatı Dürdanəyə çatdırmamış, Dürdanə də ondan pullunu tələb etmiş,o da Dürdanəyə demişdir ki, o aparatı almışdır. Sonradan ona məlum olmuşdur ki, Arif adlı şəxsin adına olduğunu dediyi və Dürdanəyə pul yükləmək üçün göndərdiyi **********512080 nömrəli kartın sahibi X6 olmuşdur. Onu Arif adlı şəxs həmin Şahid2 adlı oğlanla tanış etmişdir və demişdir ki, bu adamın kart nömrəsinə pulu Dürdanə vursun,o da rus pulu verəcəkdir. X14 kart nömrəsi alıb vermiş, o da həmin kart nömrəsini Dürdanəyə göndərmiş, o da pulu vurub çekini ona atmış, o da Ariflə birlikdə gedib Qarlıdan rus rubl pulu alıb sonra aparatı alıb Arifə vermişdir ki, Dürdanəyə çatdırsın. Dəymiş zərərdən 1000 manat ödəniş etmişdir. Qalan məbləğidə qısa zamanda ödəyəcəkdir. Ona görə də barəsində həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, saç ustası kimi Gəncə şəhəri, H.Əliyev prospektində “Sabina” qadın salonunda işləyir. Şahid1 təxminən 2 il əvvəl tanımış, onunla Gəncə şəhəri 5 saylı orta məktəbin yanında “Ayembutik” salonunda birlikdə işləmiş və yaxın münasibəti olmuşdur.Tanışlıqdan təxminən 4-5 ay sonra o Aynurla birlikdə işlədiyi yerdən ayrılmış və Sabina gözəllik salonuna gəlmişdir. Aynurla yenə əlaqəsi olmuş və görüşmüşlər. Söhbət zamanı o Aynura demişdir ki, ona lazer aparatı lazımdır ki, işlədib pul qazansın. Aynur da ona demişdir ki, onun X1 Əfqan Mütalim oğlu adında qardaşı var,onun əlaqələri genişdir,onun vasitəsi ilə lazer aparatı gətirə bilərsən. O da Aynura inanmış, demişdir ki, qardaşınla onu danışdır. Aralarında bu söhbət 2022-ci ilin iyul ayında olmuşdur. Aynur da demişdir ki, o onun telefon nömrəni qardaşına verəcək o sənə zəng edəcək. Təxminən 2022-ci ilin iyul ayının ortalarında Əfqan onun ********** nömrəli mobil telefonunun votsap şəbəkəsinə özünə məxsus +**********1 nömrəsindən ona zəng etmiş və ona demişdir ki, bacısı Aynur deyib ki, ona lazer aparatı lazımdır. O da Əfqana demişdir ki, bəli ona lazer aparatı lazımdır, burada çox baha qiymətədir, imkanı yoxdur almağa. O da demişdir ki, o oradan həmin aparatı göndərər. O, Əfqandan lazer aparatının qiymətini soruşanda ona demişdir ki,qiyməti orada Azərbaycan pulu ilə 8500 manatdır.O da Əfqana demişdir ki, o qədər imkanı yoxdur,Əfqanda demişdir ki, nə qədər pul göndərə bilərsən.O da ona demişdir ki, onun 5000 manata imkanı çatır.Əfqan da demişdir ki,eybi yox ona kart nömrəsi atacaq pulu o karta göndərsin, qalan pulu özü qoyacaq lazer aparatını alandan sonra işləyib azaz onun pulunu göndərər.O da razı olmuş və Əfqan ona Kapital bankın **********512080 kart nömrəsini göndərmiş, demişdir ki, o, kart onun dostunun kart nömrəsidir, pulu ora göndərsin, onun dostu da ona göndərəcəkdir. O, da 26 avqust 2022-ci il tarixdə Gəncə şəhərində E.Mehmandarov küçəsində yerləşən “Araz ekonom” marketdə quraşdırılmış Millön aparatından həmin kart nömrəsinə əvvəl 2600 manat, həmin gün yenə 2300 manat pul göndərmiş, Əfqanın mobil telefonunun votsap şəbəkəsinə çekləri göndərmişdir. O,beləliklə Əfqana 4900 manat pul göndərmişdir. 10 sentyabr 2022-ci il tarixdə Əfqan ona zəng etmişdir ki, guya lazer aparatını ona göndərib, gömrükdə rüsuma görə saxlanılıb və ona demişdir ki,əlavə gömrük rüsumu üçün 1500 manat pul göndər. O da yenə ona inanıb həmin gün Gəncə şəhərində H.Əliyev prospektində yerləşən Milliön aparatı ilə 200 manat,100 manatda kartla Əfqana pul göndərmişdir.Yenə pulun qəbzlərini ona göndərmişdir. Əfqan isə demişdir ki, tez qalan pulu da göndər. O da 12 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri Nizami küçəsində yerləşən Eleqant kafesinin qarşısındakı Milliön aparatından 1300 manat Əfqanın ona göndərdiyi kart nömrəsinə pulu ötürmüş, yenə çekinin şəkilini ona göndərmişdir. Əfqan ona demişdir ki, narahat olma tez bir zamanda lazer aparatı sənə çatacaqdır. Lakin sonra Əfqan hər dəfə müxtəlif bəhanələr gətirmişdir ki, guya aparat Rusiya Federasiyası Dağıstan gömrüyündə qalmışdır. Əfqan ona demişdir ki,narahat olmasın özü gələcək və gələndə gömrükdən onun aparatını çıxarıb özü gətirəcək. O, yenə ona inanmış, sonradan o Əfqanla telefonla danışanda demişdir ki,heç olmasa onun aparatının şəklini çəksinki, o həqiqətəndə aparatı aldığını bilsin. Əfqan isə onu telefonda təhqiredici sözlərlə təhqir etmişdir.O, dəfələrlə Əfqanın anasının,atasının və bacısının yanında olmuş, onlara yalvarmışdır ki, Əfqanla danışsınlar onun ya pulunu qaytarsın yada ki, aparatını gətirsin. Onlarda ona demişlər ki, onlar heçnə bilmir, getsin haraya istəyirsə şikayət etsin. Bundan sonra o məcbur olub şikayət etmişdir. Ona halhazıradək cəmi 1000 manat pul ödənilmişdir. Qalan pulun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir, onun azadlıqda qalmasını və dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır,lakin ata adları şəxsiyyət sənədində səhv yazılmışdır.Atasının əsl adı Mütalimdir. Zərərçəkmiş şəxs təxminən 2021-ci iln iyun ayından tanımış, onunla Gəncə şəhərində qadın salonunda bir yerdə işləmişdir. O Dürdanəni qardaşı Əfqanla tanış etməmiş, ona deməmişdir ki, qardaşı Əfqan ona lazer aparatı gətirə bilər.O, həqiqətən də Dürdanə ilə onun dediyi vaxtda bir yerdə işləmiş, sonra ayrılmış və yalnız telefon əlaqəsi olmuşdur. 2022-ci ilin oktyabr ayında o Dürdanə ilə telefonda danışanda Dürdanə ona demişdir ki, “Sənin qardaşın Əfqan mənə Rusiyadan lazer aparatı gətirməli idi, pulunu vermişəm, lakin onu aldadıb aparatı gətirmir”. O da Dürdanəyə sual vermişdir ki, “Sən qardaşıma pul göndərəndə mənimlə məsləhətləşmişdin ki, indi mənə bu barədə deyirsən, bu məsələrə qarışmıram”. Bundan sonra Dürdanəyə elə deməyinə baxmayaraq o qardaşı Əfqana zəng etmişdir ki, Dürdanəni niyə aldadır?, Əfqan əvvəl demişdir ki, alıb göndərəcək, sonra demişdir ki, pulu hələ göndərməyib, daha sonra isə demişdir ki, pulu da alıb, amma göndərmir. O da bundan sonra bir daha onların işinə qarışmamışdır. Məhkəmə iclasında Whatsap proqramı vasitəsi ilə Şahid2 Viktorinin istifadəsində olan +**********2 nömrəli mobil telefona zəng etməklə danışıq aparılmış və həmin danışıqda Şahid2 Viktori ifadəsində göstərmişdir ki, hal-hazırda Rusiya Federasiyasında olduğuna görə məhkəmə iclasında iştirak edə bilmir. Azərbaycan dilində tam başa düşə və danışa bilir. O Təqsirləndirilən şəxs Rusiya Federasiyasındaki bazarda tanımışdır. Təqsirləndirilən şəxs ona Azərbaycada olan karta pulu göndərəcyini və onun da rubl vasitəsi ilə Rusiyada ona verə biləcəyini soruşduqda o razılaşmış və qardaşı X10 məxsus bank kartına Təqsirləndirilən şəxs vermişdir. Daha sonra qardaşı ilə danışdıqda qardaşı onun kartına 6500 manat pul köçürüldüyünü bildirmişdir. O da ona görə həmin pulun rubl qarşılığını Təqsirləndirilən şəxs vermişdir. Əfqanın həmin kartdan istifadə edərək, kiməsə qarşı dələduzluq etməsindən məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxış zamanı tədqiq edilərək araşadırılmış -27 dekabr 2022-ci il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. -“Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. -16 yanvar 2023-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırİlması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3 maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -24 mart 2023-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -16 yanvar 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2023-cü il tarixdə ona ittiham elan olunmuşdur. -25 mart 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 23 mart 2023-cü il tarixdə saat 19:00 radələrində Bakı şəhəri ərazsində tutulmuşdur. -25 mart 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan” görünür ki, Təqsirləndirilən şəxs 25 mart 2023-cü il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Qərb Ərazi Baş Gömrük İdarəsinin xx.xx.2022-ci il tarixli, 1600-012/0xx-xx/006749 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdən hazırkı vaxta kimi Rusiya Federasiyasından Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tərəfindən lazer aparatı gətirilməsi barədə gömrük postlarında heç bir məlumat qeydə alınmamışdır. DVD diskdə olan səsə yazılarının dinlənilməsi barədə 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilkin araşdırma aparılan zaman təhqiqat orqanına təqdim etdiyi 01 ədəd DVD diskdə səs yazılarına baxış keçirilmiş və səs yazıları dinlənilmişdir. DVD diskdə 3 səs yazısı qeydə alınmışdır. 1-ci səs yazısında Şahid1 ilə Zərərçəkmiş şəxs arasında danışıqlar qeydə alınmışdır. Dürdanə-bu gün gəlimmi? Aynur-bu gün gəlmə,səhər də gəlmə, ümumiyyətlə gəlmə, Əfqan gələndə gələrsən.Mənim qardaşım maşenikdir,mən sənə dedim ki, qoy qardaşımla danışım,görüm sənin pulunu nə vaxt qaytaracaqdır,o da dedi ki,özüm gələndə pulu qaytaracam.Səndə gözləmədin, getdin polisə şikayət etdin.Sən polisə şikayət edəndə mən səndən heç xahiş də etmədim ki,şikayət etmə,dedim yaxşı etmisən.Sən pulu Əfqana vermisən, get ondanda istə, sən pulu ona verəndə mənimlə məsləhətləşmişdin ki,indi də məndən pulu istəyirsən. Dürdanə-Mənim pulumu verin,sən məni arxayın etdin ki,narahat olma qardaşım sənə aparat alıb göndərəcək,mənim pulumu verin yoxsa sənin toyunda 102 ilə gələcəm,toyda səni biabır edəcəm,mənim pulumu verin,gəlməyim. 2-ci və 3-cü səs yazısı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında aparılan danışıqlardır. Əfqan-bilmirəm,bilmirəm qoy danışım sənə xəbər edəcəm,sən 500 manat mənə göndər, canımı götürüm gəlim, o şeyləri də almışam, maşına qoymuşam, məndədir, hazırdır,Azərbaycan kartı var ey həmişə oraya göndərirdin, həmişə dostum olan oğlanın kartına göndər, həmişə atırdın ey ona göndər.Dürdanəyə qarşı nalayiq ifadələr işlədir. Dürdanə-mən deyirəm mənim pulumu ver,səndən artıq bir manat da istəmirəm, Əfqan-mən sənə görə evdən eşikdən didərgin düşmüşəm, sən mənim 1900 manatımı ver, Dürdanə-sən mənim aparatımı gətir mən qalan pulu verim. Əfqan-sabah ya biri gün gələcəm gələndə özüm gətirəcəm,ya da göndərəcəm. Dürdanə-mən pozğun deyiləm,pula çıxmıram,məni təhqir etmə,mən səndən aparatın pulunu istəyirəm.Məni hər dəfə aldadırsan,mən hərif deyiləm,gah deyirsən get banka pulu göndərmişəm,gedirəm pul yoxdur,gah deyirsən karta vurmuşam,baxıram pul yoxdu. Əfqan-mən atama da sənə də pulunuzu göndərmişəm,gələndə özüm çıxarıb verəcəm. Dürdanə-mənə de görüm hardasan mən özüm gəlirəm,taksi tutub gəlirəm. Əfqan -nalayiq ifadələrlə gəl Dərbəndəyəm,gəl aparatını apar. Dürdanə- dəqiq yeirini de gəlirəm,aparatın şəklini çək at. Səs kəsilir. Zərərçəkmiş şəxs təqdim etdiyi 05 vərəqədən ibarət ödənilən məbləğ sənədlərindən müəyyən olunur ki, zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 2600 manat pulu, xx.xx.2022ci il tarixdə 200 manat,tarix göstərmilməmiş vaxtda 2300 manat, xx.xx.2022-ci il tarixdə 1300 manat, Kapitalbanka aid olant 416973********2080 nömrəli kart hesabına Milliön terminalı vasitəsi ilə köçürmüşdür. X8 təqdim etdiyi, sonuncunun adına ödəniş kartı üzrə Kapital banka aid 416973****2080 nömrəli kart hesabından çıxarışdan görünür ki, həqiqətəndə xx.xx.2022-ci il tarixdə 2300, həmin tarixdə 2600 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, həmin tarixdə 1300 manat, həmin tarixdə 100 manat pul olmaqla ümumilikdə 6500 manat pul karta köçürülmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən daxil olmuş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Mütəlim oğlunun adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrində arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əçşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in BDYPİ Gəncə RQİTBŞ-dən daxil olmuş 29 mart 2023-cü il tarixli, 3-13-16-3/2092/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda avtomaşın yoxdur. Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. DİN-in X7 sistemində sərhədkeçmə məlumatında Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə Heydər Əliyev adına X5 Rusiya Federasiyasının Soçi şəhərinə çıxış etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-308/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan” tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilmiş və Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş 3-13-57-1/2- 26112/2023 nömərli, xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri ərazisində tutularaq 2 saylı İstintaq Təcidxanasına yerləşdirilməsi üçün Gəncə şəhəri BPİ-nin MSY-nə təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yəni, zərərçəkmiş şəxs tərəfindən verilmiş pulları aldığını, lakin məqsədinin dələduzluq olmadığını göstərməsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsinin həqiqətə uyğun olmaması, iş materiallarında olan, tədqiq edilmiş sübutlarla zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ödəniş qəbzləri, kart hesabından çıxarışlar, telefon danışıqları və digər istintaq hərəkəti protokolları ilə sübuta yetirilir. Təqsirləndirilən şəxsin özünü təqsirli bilməməkdə məqsədi məsuliyyətdən yayınmaq olmuşdur. Ona görə də məhkəmə həmin ifadəni özünü müdafiə xarakterli ifadə kimi qəbul edir. Belə ki, təqsirləndirilən şəxs ifadələrində pulun Arif adlı şəxsə göndərildiyini qeyd etsə də sonradan iş üzrə bank hesabından çıxarışlar, şahid ifadələri ilə pulun Arif adlı şəxsin deyil X10 məxsus bank kartına köçürülməsi, onun qardaşının isə pulu Rus rublu formasında Təqsirləndirilən şəxs verməsi və Təqsirləndirilən şəxs ümumiyyətlə həmin lazer aparatını almadığı müəyyən olunur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyandan qismən ödəniş etməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin ziyandan qismən ödəniş etməsini,dəymiş zərərin çox hissəsini ödəməməsini, eləcə də onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Goranboy rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulmuşdur. Eyni zamanda Gəncə Şəhər Məhkəməsini qərarı ilə barəsində seçilmiş qətimakn tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-ci il tarixədək tutulduğu 2 gün müddət və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi həbsdə saxlanıldığı 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlanıldığı 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 01 ay 04 gün gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalında həbsdən azad edilməli, hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazıları olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 17 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 102 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 2 (iki) il 06 (altı) müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həmçinin həbsdə saxlanıldığı 15 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla cəmi 01 ay 04 gün gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Goranboy rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə maddi sübut – Zərərçəkmiş şəxs təqdim etdiyi səsz yazıları olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-308/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-308/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver