Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-309/2023 10.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Samux rayonu Əhmədbəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X7 xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmadan, özünə məxsus “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevr hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olaraq əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək, təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda həmin maddənin tələblərini pozaraq hadisədən əvvəl idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21063” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən əks istiqamətdə Şahid3 idarə etdiyi “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə ötmə əməliyyatı apararaq qarşı hərəkət zolağına çıxıb “Reno Longe" markalı avtomobilin sürücüsünə hərəkəti üçün təhlükə yaradaraq “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə idarə etdiyi avtomobildə sərnişin olan X2 QKBT, baş beyin sağ alın payının əzilməsi, subaraxnoidal qansızma ilə müşahidə olunan başın yarası, sağ bud sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. "VAZ 21063” markalı **-BB-*** dövlət qevdiyyat nişanlı avtomobil ona məxsusdur və onun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur. Reno Longe markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olan zaman ötmə əməliyyatı həyata keçirmək istəyən zaman qarşıdan gələn "Reno Longe” markalı avtomobil ilə toqquşmuşdur. Nəticədə avtomobildə olan sərnişin X4 xəsarət almış və hadisə yerinə gələn təcili tibbi yardım maşını onu Gəncə şəhər “Abbas Səhhət” adına xəstəxanaya aparmışdır. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Yol-nəqliyyat hadisəsi baş verən zaman özünə məxsus “VAZ-21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 60-70 km/saat sürətlə idarə etmişdir. Sonda törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışıq əldə edərək, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş X4 göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs Nizami oğlu ilə uzaq qohumdur. xx.xx.2022-ci il tarixdə onun yaşadığı Göygöl rayonu Üçtəpə kəndində olan zaman yeni tikilmiş hamamın üstünə beton tökdükdən sonra o, pilləkənlərlə çıxıb betona baxmaq istəyərkən ayağı sürüşərək yerə yıxılmış və sağ ayağı çox ağrıdığı üçün o, həmin vaxtı onlarda olan Röyaldan xahiş etmişdir ki, onu həkimə aparsın. Bundan sonra Röyal onu idarə etdiyi “VAZ 21063” markalı avtomobilə qoyub Gəncə şəhəri “Abbas Səhhət” adına xəstəxanaya aparan zaman yolda Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində Röyalın idarə etdiyi “VAZ 21063” markalı avtomobil ilə başqa bir avtomobil toqquşmuşdur. Həmin vaxtı o, başından və ayağından xəsarət aldığı üçün hadisə yerinə gələn təcili tibbi yardım xəstəxanasının işçiləri onu Gəncə şəhər X5 aparmışlar. Həmin vaxt özündə olmadığı üçün heç nəyi xatırlamır, ancaq ona sonradan məlum olmuşdur ki, hadisə zamanı ayağı sınmış və bu səbəbdən Bakı şəhərində “Semaşka” adına xəstəxanaya aparılaraq orada əməliyyat edilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və hazırda Röyaldan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında Şahid3 tədqiq olunmuş ifadəsindən görünür ki, kredit müqaviləsi əsasında “Reno Longe” **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil alaraq etibarnamə ilə idarə edir və onun sürücülük vəsiqəsi vardır. “VAZ 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 21 noyabr 2022-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Reno Longe” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər Azərbaycan Bayrağı küçəsi ilə M.Bağırov küçəsi istiqamətində hərəkətdə olan zaman qarşıdan “VAZ 2106” markalı avtomobilin ötmə əməliyyatı həyata keçirərək onun yoluna çıxdığını görmüş, həmin vaxtı o, idarə etdiyi avtomobili sağa çəkərək qəzadan yayınmaq istəmiş, lakin “VAZ 21063” markalı avtomobili idarə edən sürücü də idarə etdiyi avtomobili sağa çəkdiyi üçün toqquşma baş vermişdir. Hadisə zamanı həmin avtomobildə olan sərnişin xəsarət almışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:00 radələrində 6252 saylı patrul avtomobili ilə 7 saylı marşurutda xidmət apararkən Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsində toqquşma barədə Gəncə şəhər Baş Polis İdarəsinin Növbətçi Hissəsindən xidməti məlumat alıb onunla birlikdə xidmət aparan DYP-nin inspektoru, polis baş serjantı Şahid2 ilə birlikdə dərhal qeyd edilən hadisə yerinə getmişlər. Hadisə yerinə çatdıqda orada “VAZ 21063” markalı və “Reno” markalı avtomobillərin toqquşmasını görmüşlər. Həmin vaxtı “VAZ 21063” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Şahid3 onlara yaxınlaşaraq, özlərini təqdim etmiş, eyni zamanda “VAZ 21063” markalı **-BB-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərnişin xəsarət aldığı üçün TTYX-nm əməkdaşlarını hadisə yerinə çağırmış və hadisə yerinə gələn TTYX-nın əməkdaşları “VAZ 21063” markalı avtomobildə olan sərnişini xəstəxanaya aparmışlar. Onlar hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etmişlər. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Bundan sonra “VAZ 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı və “Reno Longe” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomobilər DYP-nin cərimə meydançasına aparılmışdır. Şahid - Şahid2 İsrafil oğlunun məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: 21 noyabr 2022-ci il tarixdə “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yerinə baxış zamanı hadisə yerinin sxemi tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. xx.xx.2023-cü il tarixdə “video diskə baxış keçirilməsi barədə” Gəncə şəhər BPİ-nin TŞX-dən alınmış 21 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri Azərbaycan Bayrağı küçəsində baş vermiş hadisəni özündə əks etdirən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, görüntüdə əks olunan 2 hərəkət zolağından ibarət qarşı-qarşıya nəqliyyat axınını ayrırmaq üçün uzununa nişanlanma xətti olmayan avtomobillərin hərəkəti üçün nəzərdə tutulan avtomobil yolu vardır. Hava işıqlıdır və sürüclərin qarşısına çıxacaq təhlükəni əvvəlcədən görməsi üçün heç bir maneə yoxdur. “Vaz 21063” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil üzü M.Bağırov küçəsi istiqamətində hərəkət edərək ötmə əməliyyatı həyəta keçirən zaman qarşıdan gələn “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin yoluna çıxır, nəticədə qarşıdan gələn “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiziası Mərkəzinin yolnəqliyyat hadisələri ekspertizasının 23 fevral 2023-cü il tarixli, 8/438 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ-21063” markalı, **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizia və Patoloji Anatomiya” Birliyi publik hüquqi şəxsinin 25 noyabr 2022-ci il tarixli, 2253 saylı rəyindən məlum olur ki, X2 bədəni üzərində olan xəsarətlər - QKBT, baş beyin sağ alın payının əzilməsi, subaraxnoidal qansızma ilə müşahidə olunan başın yarası, sağ bud sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı-bərk küt əşyanın (əşyalarının ) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyuğun gəlir, ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərərvurmaya aid edilirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin Gəncə RQİTBŞ-dən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-2705/2023 saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs adına sürcülük vəsiqəsi qeydiyyata alınmamışdır. xx.xx.2022-ci il tarixli 3032/2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinə” aktından görünür ki, Təqsirləndirilən şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli, 2379 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2884 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, sonra isə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixili hökmü ilə əvvəlki barəsində olan hökm dəyişdirilərək, o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-154/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə həmin hökm dəyişdirilərək o, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X4 tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs, şahid ifadələri, ekspertiza rəyi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, X7 xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində ayıq vəziyyətdə, sürücülük hüququ olmadan, özünə məxsus “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi ilə hərəkətdə olduğu zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq ötməyə başlamazdan əvvəl çıxmaq istədiyi hərəkət zolağının kifayət qədər məsafədə boş olmasına və həmin manevr hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmayacağına əmin olaraq əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin yaxınlaşmasını nəzərə alaraq onun hərəkətinə üstünlük verərək, təhlükəsiz keçib getməsini təmin etməli və həmin nəqliyyat vasitəsi keçib getdikdən sonra təhlükəsizliyin təmin olunması şəraitində ötmə əməliyyatına başlamalı olduğu halda həmin maddənin tələblərini pozaraq hadisədən əvvəl idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-21063” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən əks istiqamətdə Şahid3 idarə etdiyi “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə ötmə əməliyyatı apararaq qarşı hərəkət zolağına çıxıb “Reno Longe" markalı avtomobilin sürücüsünə hərəkəti üçün təhlükə yaradaraq “Reno Longe” markalı **-PK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş və nəticədə idarə etdiyi avtomobildə sərnişin olan X2 QKBT, baş beyin sağ alın payının əzilməsi, subaraxnoidal qansızma ilə müşahidə olunan başın yarası, sağ bud sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Cinayət Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla məhkəmə əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 17-ci bəndində qeyd edilmişdir ki, başqa cinayətə görə məhkum olunmuş və cəzasını çəkib qurtarmamış şəxs həmin iş üzrə hökm çıxarılmasından əvvəl başlanmış və hökmün çıxarılmasından sonra davam etmiş uzanan və ya davam edən cinayətə görə məhkum olunarkən məhkəmələr ikinci hökm üzrə cəzanı CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-in 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran heç bir halın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunması mümküdür. Ona görə də onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə cərimə cəzası təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə Samux Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli hökmü cəza təyin etmə hissəsində dəyişdirilərək onun həbsdə qalma müddəti də nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Təyin edilmiş cəza icraya yönəldimiş və xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 03 (üç) ay 12 (on iki) gününü çəkmiş, 09 (doqquz) ay 16 (on altı) gün hissəsi isə çəkilməmiş qalmışdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət əməli Təqsirləndirilən şəxs daha öncə məhkum edildiyi iş üzrə məhkəmə hökmü qəbul edilməmişdən öncə törədildiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki iş üzrə təyin edilmiş cəzalara Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə təyin edilmiş 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası tamamilə toplanılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının probasiya qurumunda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Samux rayonunun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra edilməldir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda yol-nəqliyyat hadisəsində iştirak etmiş və Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan “VAZ 21063” minik markalı **-BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Reno Longe” markalı **- PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128.00 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 (on iki) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçina ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə təyin edilmiş 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə toplanılmaqla ona qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat məbləğində cərimə və 01 (bir) il 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzasının əvvəli Gəncə Apellyasiya Məhkəməsinin 14 fevral 2023-cü il tarixili qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrasının probasiya qurumunda qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin və Samux rayonunun (şəhərinin) inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 6000 (altı min) manat miqdarında cərimə cəzası müstəqil icra olunsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın, eyni zamanda yol-nəqliyyat hadisəsində iştirak etmiş və Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasında saxlanılan “VAZ 21063” minik markalı **- BB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Reno Longe” markalı **-PK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillər qanuni sahiblərinə qaytarılsın. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128.00 (yüz iyirmi səkkiz manat) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-309/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-309/2023
10.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver