Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-31/2024 25.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində üç azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, ona etibar edilmiş xeyli miqdarda özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə mənimsəyib, talamış və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Belə ki, o, 29 yanvar 2020-ci il tarixdə ********** (VÖEN) nömrəli şəhadətnamə ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən dövlət qeydiyyatına, eyni zamanda vergi ödəyicisi kimi vergi uçotuna alınmaqla, hüquqi ünvanı ünvan 3anunla qadağan olunmayan bütün növ fəaliyyətlə məşğul ola bilməsinə görə təsisçilərin ümumi yığıncağının 29 yanvar 2020-ci il tarixli qərarına əsasən "Güvənli” MMC-nin direktoru vəzifəsinə təyin edilmiş X4 13 noyabr 2020-ci il tarixli 015/G saylı əmrinə əsasən ’‘Güvənli” MMC-nin Gəncə şəhərində xidmət sahəsinin genişləndirilməsi məqsədilə yaradılmış qeyd edilən cəmiyyətin Gəncə filialında 17 dekabr 2021-ci il tarixdən 04 aprel 2022-ci il tarixədək bölgə rəhbəri vəzifəsində işlədiyi müddətdə vəzifəsi tapşırılan işləri zamanında, səliqəli yerinə yetirmək və kreditlərin verilməsi tələblərini aşmamaq, kreditin sifarişi zamanı müştəri ilə görüşmək və kreditin verilib-verilməməsi ilə bağlı qərar vermək, müştərilərin kredit dosyesinin və ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, kassada olan pul vəsaitlərinin və müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət etmək, girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisin xəzinəsinə və ya inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək (imzalamaq), müştərinin girovunu qəbul edərkən və onu müştəriyə təhvil verərkən təhvil-təslimdə şəxsən iştirak etmək, ona etibar edilmiş əmlak, maddi və ya digər sərvətlərin işəgötürənin daxili qaydalarına uyğun olaraq uçotunu aparmaq, bu sərvətlərin vəziyyəti haqqında, qalıqları barəsində müəyyənləşdirilmiş qaydada hesabatları tərtib və təqdim etmək və istifadə olunmamış əmlak, maddi və ya digər sərvətləri tam şəkildə işəgötürənə qaytarmaq, işəgötürənin əmlak, maddi və ya digər sərvətlərin salamatlığına təmin olunmasına dair əmrlərini icra etmək olmasına həmçinin ’’Qiymətli metalların təminatı ilə (lombard) kreditin verilməsi qaydaları” na uyğun olaraq yalnız qızıl-zinət əşyalarının cəmiyyətə girov qoyan şəxslərə lombard kreditlərinin verilməsi, cəmiyyətin müştərilərinin təqdim etdiyi girov predmeti olan qızıl-zinət əşyaları qablaşdırılaraq texniki tələblərə cavab verən və xüsusi təchiz edilmiş yerlərdə saxlanılması, borcluya verilmiş cədvəl üzrə ödənişin aparılması, kredit rəsmiləşməsi zamanı müəyyən edilmiş və sözügedən qaydalarda nəzərdə tutulmuş müddətlər keçdikdən, müştəriyə xəbərdarlıqlar edildikdən sonra tutmanın girov predmetinə yönəldilməsi haqqında qərarın qəbul edilməsi, bu halda filial meneceri, zərgər, satış məsləhətçisi, xəzinədarın iştirakı ilə komissiyanın yaradılması və girov predmeti saxlanılan qablaşdırılmış pnevmatik paket açılaraq, yenidən zərgərin iştirakı ilə qiymətləndirilməsi və satışa çıxarılması, girov qoyan borc öhdəliyini tam icra etdikdən dərhal sonra onun iştirakı ilə girov predmeti saxlanılan qablaşdırılmış paketin açılaraq içərisindəki akta uyğun olaraq girovun predmetinin (predmetləri) müştəriyə təhvil verilməsi və bu barədə təhvil-təslim aktının tərtib edilməsinə dair müvafiq tələblərə əməl etməli olduğu halda həmin qaydalar üzrə müəyyən olunmuş tələblərini yerinə yetirməyərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək, eləcə də qulluq mövqeyinə görə ona etibar edilmiş özgə əmlakı vahid niyyətlə mənimsəyərək talamaq məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, "xxxx" MMC-nin Gəncə şəhəri, M. A.Abbaszadə küçəsi 25-də yerləşən filialındakı qeyd edilən MMC-yə Şahid7 adından girova qoyulmuş nəzəri orta bazar qiyməti 9244 manat dəyərində 115.55 qram, Şahid4 Kəmaləddin oğlunun adından girova qoyulmuş nəzəri orta bazar qiyməti 2813 manat dəyərindəki 34.07 qram, Şahid8 adından girova qoyulmuş nəzəri orta bazar qiyməti 5888.0 manat dəyərindəki 79,34 qram və Şahid5 adından girova qoyulmuş nəzəri orta bazar qiyməti 11239,00 manat dəyərində 124.83 qram çəkidə faktiki MMC-yə məxsus ümumilikdə nəzəri orta bazar qiyməti 29.184 manat (iyirmi doqquz min yüz səksən dörd) məbləğindəki 353.79 qram qızıl-zinət əşyalarını, Şahid3 tərəfindən ona verilmiş və filialın kassasına mədaxil olunmalı olan 3700 manal kredit ödənişini və xəzinədəki 3503.74 manat (üç min beş yüz üç manat yetmiş qəpik) öz qulluq mövqeyindən istifadə etməklə zərərçəkmiş şəxsə vahid niyyətlə xeyli miqdarda cəmi 36.387.74 manat (otuz altı min üç yüz səksən yeddi manat yetmiş dörd qəpik) maddi ziyan vuraraq təqsirkara etibar edilmiş özgə əmlakını talamaqla, mənimsəyərək "xxxx" MMC-nin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə elmişdir. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi "xxxx" MMC-nin Gəncə filialının bölmə rəhbəri işləmişdir. Həmin MMC-nin fəaliyyəti qızıl girovu altında kreditlərin (ssudanın) verilməsindən ibarət olmuşdur. Mahiyyəti üzrə bildirmişdir ki, o, işlədiyi dövrdə vəzifəsi tapşırılan işləri zamanında yerinə yetirmək, kreditlərin verilməsi tələblərini aşmamaq, kreditlərin sifarişi zamanı müştəri ilə görüşmək, kreditin verilib verilməməsi ilə bağlı qərar vermək, müştərilərin kredit dosyesinin, ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, kassada olan pul vəsaitlərinin, müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət etmək girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisin xəzinəsinə və ya inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək, müştərinin girovunu qəbul edərkən və müştəriyə verərkən, təhvil təslimdə şəxsən iştirak etmək və aktı hər iki halda imzalamaq olmuşdur. MMC-də bəzi problemli kreditlər olmuşdur, belə ki, müştərilərdən Şahid7, Şahid8 Əlibusalt qızı, Şahid4 Kəmaləddin oğlu, Şahid5 və X12 MMC-dən qızılların girovu təminatı altında müəyyən məbləğlərdə kredit götürmüşlər. Lakin həmin müştərilərdən Şahid5 başqaları kreditləri vaxtlı vaxtında ödəyə bilmədikləri üçün onların razılığı əsasında qızıllar tanımadığı adamlara onun tərəfindən satılmışdır. Şahid5 qızılı akt əsasında özünə qaytarılmışdır. Belə ki, o, Şahid5la şərikli qaydada kredit götürmüş, faktiki qızılları Şahid5 "xxxx" MMC-yə girova qoymuşdur. Satılan qızılların pulları isə kassada əksiklik olduğu üçün kassaya geri qaytarılmışdır. O, qısa müddəi ərzində şirkətə dəymiş ziyanı ödəyəcəyinə dair söz vermişdir. Həmçinin hal-hazırki vaxta kimi "xxxx" MMC-yə dəymiş ziyana görə ümumilikdə 13.100 manat ödəniş etmişdir. Təxmini onun hesablamasına görə şirkətə tərəfindən dəymiş ziyan 22.000 manat olmuşdur. O, ziyanı qismən ödəmiş, qalan ziyanın hissə-hissə ödənilməsi ilə bağlı zərəçəkmiş hüquqi şəxslə qarşılıqlı razılığa gəlmişdir. Qalan ziyanı ödəyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, zərəçəkmiş şəxsə 36.387.74 manat (otuz altı min üç yüz səksən yeddi manat yetmiş dörd qəpik) maddi ziyan vurmamış, onun vurduğu ziyan 22000(iyirmi iki min) manat olmuşdur. O, vurduğu ziyanın bir qismini ödəmiş, qalan ziyanı hiss-hissə ödəməklə bağlı zərəçəkmiş şəxslə razılığa gəlmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, "Güvənli” MMC-nin hüquq şöbəsinin müdiri vəzifəsində işləyir. Həmçinin həmin MMC-nin səlahiyyətli nümayəndəsidir. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından 2022-ci ilin mart ayına kimi "Güvənli” MMC-nin Gəncə filialının bölmə rəhbəri işləmişdir. Həmin MMC-nin fəaliyyəti qızıl girovu altında kreditlərin (ssudanın) verilməsindən ibarətdir. Təqsirləndirilən şəxs işlədiyi dövrdə vəzifəsi tapşırılan işləri zamanında yerinə yetirmək, kreditlərin verilməsi tələblərini aşmamaq, kreditlərin sifarişi zamanı müştəri ilə görüşmək, kreditin verilib verilməməsi ilə bağlı qərar vermək, müştərilərin kredit dosyesinin ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, kassada olan pul vəsaitlərinin, müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət elmək girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisin xəzinəsinə və ya inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək, müştərinin girovunu qəbul edərkən və müştəriyə verərkən, təhvil təslimdə şəxsən iştirak etmək və aktı hər iki halda imzalamaq olmuşdur. "Güvənli” MMC-nin Gəncə filialında aparılan audit yoxlamasının nəticələri haqqında akt tərtib edilmişdir. Yoxlama nəticəsində Təqsirləndirilən şəxs tərəfindən "Güvənli” MMC-nin Gəncə filialının müştəriləri Şahid7 Arıf qızı, Şahid4 Kəmaləddin oğlu, Şahid3, Şahid8, Şahid5 qızıl-zinət əşyalarını qanunsuz ələ keçirməklə mənimsəmişdir. Nəticədə Şahid4 Kəmaləddin oğlu üzrə xx.xx.2022-ci il tarixə-4972.08 manat əsas borc və 336.13 manat isə faiz borcu cəmi 5308.21 manat, Şahid8 üzrə xx.xx.2022-ci il tarixə 4250.00 manat əsas borc, 561.59 manat faiz borcu, 663.00 manat isə cərimə borcu cəmi 5474.59 manat, Şahid3 üzrə xx.xx.2022-ci il tarixə 17823.56 manat əsas borc, 2323.76 manat faiz borcu, 4256.49 manat isə cərimə borcu, cəmi 24403.81 manat, Şahid7 üzrə xx.xx.2022-ci il tarixə 5959.88 əsas borc, 512.63 manat faiz borcu, 1648.40 manat isə cərimə borcu, cəmi 8120.91 manat və Şahid5 üzrə xx.xx.2022-ci il tarixə 4972.08 manat əsas borc və 336.13 manat isə faiz borcu, cəmi 5308.21 manat, cəmi 35255.62 manat əsas borc, 3770 manat isə faiz borcu və 6891.26 manat isə cərimə borcu, ümumilikdə 45917.70 manat ödənilməmiş pul vəsaiti qalmışdır. Həmin qeyd edilən şəxslər ödəmələrdə gecikmələr etdikləri üçün qızıl-zinyət əşyaları şirkətin balasına keçmişdir. Bundan başqa Təqsirləndirilən şəxs kassadan 3503.74 manat pulu heç kimə demədən götürmüşdür. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ödəmələrdə gecikmə ilə bağlı MMCnin balansına keçmiş qızıl-zinət əşyalarını tanımadığı başqa-başqa şəxslərə satıb əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına xərcləmiş və MMC -yə maddi ziyan vurmuşdur. O, eyni zamanda bildirmişdir ki, həmin məsələ onlara 2022-ci ilin mart ayında məlum olmuşdur. Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayına kimi qızılları şifahi məlumatı əsasında, yəni yalan yerə kredit ödənişlərinin vətəndaşlar tərəfindən bağlanması bəhanəsi ilə MMC-in Gəncə filialına gətirilməsinə nail olmuşdur. MMC-in balansına keçmiş qızıllar orta-bazar qiyməti ilə satılır. Belə ki, götürülmüş kreditlərin faiz və cərimə borclarını ödəmək, işçilərin maaş və bonuslarını təmin etmək məqsədi ilə MMC-nin balansına keçmiş qızıllar orta bazar qiyməti ilə satılır. O, Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin may ayının 5-dən etibarən "xxxx" MMC-nin Gəncə filialına Regional müdir vəzifəsinə ləyin olunmuşdur. Təxminən 2022-ci ilin may ayında öz ərizəsi əsasında işdən azad olunmuşdur. Həmin MMC-nin fəaliyyəti qızıl girovu altında kreditlərin (ssudanın) verilməsindən ibarətdir. Onun vəzifəsi tapşırılan işləri zamanında yerinə yetirmək, kreditlərin verilməsi tələblərini aşmamaq, kreditlərin sifarişi zamanı müştəri ilə görüşmək, müştərilərin kredit dosyesinin, ciddi hesabat blanklarının tamlığına və saxlanılmasına nəzarət etmək, kassada olan pul vəsaitlərinin müştərilərin girovlarının saxlanılmasına və tamlığına nəzarət etmək, girovun və pul vəsaitinin baş ofisdən (xəzinədən) və ya inkassatordan alınması və verilməsi (baş ofisin xəzinəsinə və ya inkassatora) zamanı təhvil-təslimdə şəxsən iştirak etmək (imzalamaq), tabeliyində olan Gəncə filialından gündəlik, aylıq və rüblük hesabatları almaq, habelə planlı və növbədən kənar yoxlanışları etməklə barəsində rəhbərliyə məlumat verməkdən ibarətdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Gəncə filialının müdiri vəzifəsində işləmişdir. MMC-də bəzi problemli kreditlər olmuşdur. Müştərilərdən Şahid7, Şahid8, Şahid4 Kəmaləddin oğlu, Şahid5 və Şahid3 MMC-dən qızılların girovu təminatı altında müəyyən məbləğlərdə kredit götürmüşlər. Lakin həmin müştərilər kreditləri vaxtlı vaxtında ödəyə bilmədikləri, üçün onların razılığı əsasında ondan xəbərsiz, Təqsirləndirilən şəxs tərəfindən tanımadığı şəslərə satılmışdır.Həmin qızılların filiala gəlməsindən, Nicatın o qızılları satmasından ümumiyyətlə məlumatı olmamışdır. Çünki həmin vaxt o, Bakı şəhərində "Güvənlı” MMC nin Baş Ofisində işləmişdir. Gəncə şəhərində "xxxx" MMC-nin digər filialına nəzarət etmişdir. Qızılların satılmasına nəzarət edən şəxs olmamışdır. Qızıl-zinət əşyalarının aqibəti ilə bağlı qərar vermək onun səlahiyyətində olmamışdır. Rəhbərlik onu Baş Ofisə dəvət etdiyi üçün Baş Ofisdə işləmişdir. Şahid qismində dindirilmiş Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verdiyi zaman o, Bakı şəhərində olmuşdur. 17 mart 2022-ci il tarixdə o, hadisə ilə bağlı Gəncə şəhərinə getmişdir. Onlar "xxxx" MMC-in Gəncə filialında 5-6 nəfərin qızıl paketinin olmadığını müəyyən etmişlər. Nicat onlardan 2 həftə vaxt istəmişdir. Nicat 2 həftə sonra işdən kənarlaşdırılmışdır. Nicat təxmini 18000(on səkkiz min) ödəniş etmişdir. Sonralar o, özü də "xxxx" MMC-də işdən çıxmış. Onun sonrakı hadisələrlə bağlı heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus 875 əyarlı 9.83 qram çəkidə 01 ədəd 10-luq qulplu,585 əyarlı 30.23 qram çəkidə 01 ədəd boyunbağı qolbağ,585 əyarlı 19.46 qram çəkidə 02 ədəd boyunbağı, 750 qram çəkidə 02 ədəd üzük ağlı, 585 əyarlı 10.79 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı 12,5 qram çəkidə 01 ədəd qolbaq, 583 əyarlı 4,28 qram çəkidə 01 ədəd üzük ağlı, Şahid5 isə 875 əyarlı 8.55 qram çəkidə 01 ədəd 10 luq, 750 əyarlı 68.11 qram çəkidə 01 ədəd saatı "xxxx" MMC-nin Gəncə filialına girova qoyaraq təxminən 8550 manat dəyərində Şahid5 adına kredit götürmüşdür. Kredit müqaviləsinə əsasən 12 ay müddətinə aylıq 867 manat aylıq ödəniş etməli olmuşdur. O, həmin kredit məbləğini "Güvənli” MMC-nin Gəncə filialında kredit mütəxəsisi üzrə stajor işlədiyi üçün götürmüş, çünki yüksək məbləğdə satış edəcəyi təqdirdə filial müdiri qoyacaqlarını bildirmişlər. O, kredit götürdüyü pulun 4500 manatını Təqsirləndirilən şəxs vermiş, təxminən krediti götürdükdən bir ay tamam olmamış "xxxx" MMC-yə 4000 manat pul ödəmişdir. Pulu ödədikdən bir həftə sonra onun girova qoyduğu qızıllar gəlmiş və o, qızılları təhvil götürmüşdür. Təxminən 2022-ci ilin mart ayının əvvəlində "xxxx" MMC-nin Gəncə filialından işdən çıxmış, onların borcu qalan 4500 manat puluda Təqsirləndirilən şəxs ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdədə Nicat 4500 manat pulu "xxxx" MMC-nin Gəncə filialına ödəmişdir. Həmçinin o, götürdüyü kreditə görə heç bir faiz ödəməmişdir. Çünki pulun 4500 manat pulunu Nicat götürdüyü üçün faizi özü ödəyəcəyini, bildirmişdir. Həmçinin hal-hazırda ödənişlərə qəbzin olmadığı üçün istintaqa təqdim etməmişdir. Həmin qəbz "xxxx" MMC-nin Gəncə filialında vardır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə özünə məxsus 875 əyarlı 8.55 qram çəkidə 01 ədəd 10 luq, 750 əyarlı 68.11 qram çəkidə 01 ədəd saatı, Şahid6 Süliddin oğlu isə 875 əyarlı 9.83 qram çəkidə 01 ədəd 10 luq qulplu, 585 əyarlı 30.23 qram çəkidə 01 ədəd boyunbağı-qolbağ, 585 əyarlı 19.46 qram çəkidə 02 ədəd boyunbağı, 750 əyarlı 11,41 qram çəkidə 02 ədəd üzük ağlı, 585 əyarlı 10,79 qram çəkidə 01 ədəd üzük, 583 əyarlı 12.5 qram çəkidə 01 ədəd qolbaq, 583 əyarlı 4,28 qram çəkidə 01 ədəd üzük ağlı "Güvənli” MMC-nin Gəncə filialına girova qoyaraq təxminən 8550 manat dəyərində kredit götürmüşdür. Kreditə əsasən o, 12 ay müddətinə aylıq 867 manat aylıq ödəniş etməli olmuşdur. O, həmin kredit məbləğini dostu Şahid6 Süliddin oğlunun təklifi ilə "Güvənli” MMC-nin Gəncə filialına girova qoymuş, çünki Elgün orada kredit mütəxəsisi üzrə stajor işləmiş, ona yüksək məbləğdə satış edəcəyi təqdirdə filial müdiri qoyacaqlarını bildirdikləri üçün onun adından sonuncuya və ona məxsus qızılları qoyaraq kredit götürmüşlər. O, kredit götürdüyü pulun 4500 manatını dostu Elgün Təqsirləndirilən şəxs vermişdir. Təxminən krediti götürdükdən bir ay tamam olmamış "Güvənli” MMC-yə 4000 manat pul ödəmişdir. Pulu ödədikdən bir həftə sonra onlar girova qoyduqları qızıllar gəlmiş və o, qızılları təhvil götürmüşdür. Dostu Elgün təxminən 2022-ci ilin mart ayının əvvəlində "xxxx" MMC-in Gəncə filialından işdən çıxmışdır. Onların borc qalan 4500 manat puluda Təqsirləndirilən şəxs ödəyəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə də Nicat 4500 manat pulu "Güvənli” MMC-nin Gəncə filialına ödəmişdir. Həmçinin o, götürdüyü kreditə görə heç bir faiz ödəməmiş, çünki pulun 4500 manat pulunu Nicat götürdüyü üçün faizi özü ödəyəcəyini bildirmişdir. Həmçinin halhazırda ödənişlərə qəbzin olmadığı üçün istintaqa təqdim edə bilməmiş, həmin qəbz "xxxx" MMC-nin Gəncə filialında olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-cı il tarixdə özünə məxsus 585 əyarlı 8.85 qram çəkidə 01 ədəd komplekti və 585 əyarlı 106.7 qram çəkidə 01 ədəd boyunbağını "xxxx" MMC-nin Gəncə filialına girova qoyaraq təxminən 6480 manat dəyərində kredit götürmüşdür. Aradan uzun müddəi keçdiyi üçün o aylıq olaraq hansı məbləğdə kredit ödədiyini xatırlamır. O, həmin kredit məbləğini şəxsi ehtiyacları üçün götürmüşdür. O, təxminən 2022-ci ilin qış aylarında maddi vəziyyəti ilə bağlı kredit ödənişini gecikdirmişdir. Həmin vaxtlarda "xxxx" MMC-nin Gəncə filialında işləyən Təqsirləndirilən şəxs ona zəng edərək kredit ödənişlərində gecikmələr olduğu üçün onu məxsus qızılların satılacağını bildirmişdir. O, Təqsirləndirilən şəxs qızıllarının satılmamasını xahiş eldikdə ona ödənişdə gecikmələr olduğu üçün satılacağını bildirmişdir. Daha sonra məlumatı olmuşdur ki, həmin qızıllar satılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o,xx.xx.2022-ci il tarixdə özünə məxsus 500 əyarlı, 38.21 qram çəkidə 01 ədəd boyunbağı qolbağı, 583 əyarlı 9.88 qram çəkidə 01 ədəd boyunbağı qolbağı, 583 əyarlı 18.4 qram çəkidə 01 ədəd ağlı üzüyü 583 əyarlı 9.85 qram çəkidə 01 ədəd komplekti, 583 əyarlı 6.54 qram çəkidə 01 ədəd üzüyü və 583 əyarlı 3,55 qram çəkidə 01 ədəd ağlı üzüyü "Güvənli” MMC-nin Gəncə filialına girova qoyaraq təxminən 4000 manat dəyərində kredit götürmüşdür. Kreditə əsasən o, 3 il müddətinə aylıq 215 manat aylıq ödəniş etməli olmuşdur. O, həmin kredit məbləğini şəxs ehtiyacları üçün götürmüşdür, Təxminən 2022-ci ilin fevral ayının sonlarında "Güvənli” MMC-nin Gəncə filialında işləyən xatırlamadığı şəxs ona zəng edərək kredit ödənişlərində 10 gündən artıq gecikmə olduğu üçün ona məxsus qızılların satılacağını bildirmişdir. O, həmin şəxsdən qızıllarının satılmamağını xahiş etmiş, lakin ona ödənişdə gecikmələr olduğu üçün satılacağını bildirmişlər. Daha sonra məlumatı olmuşdur ki,həmin qızıllar satılmışdır. Şahid qismində dindirilmiş Şahid8 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, qızılları verdiyi zaman zərgər onların dəyərinin 4250(dörd min iki yüz əlli) manat olduğunu bildirmiş və o, qızılların dəyəri ilə razılaşmışdır .Ona əvvəlcə 4000(dörd min) mant vermişlər, sonra isə 3 mant vermişlər. O, ehtiyacı olduğu üçün 4003(dörd min üç) manat pulla razılaşmışdır. Ona verdikləri bütün sənədləri əlindən almışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Gəncə filialında kredit mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Kredit mütəxəssisi kimi vəzifəsi müştərilərə kredit verməkdən və kredit portfelinə nəzarət etməkdən ibarət olmuşdur. O. xx.xx.2022-ci il tarixdə müştərilərdən X6 anası Anarə xanım tərəfindən ona aid olan "Azərtürk" Bank kartına 370 manat kredit ödənişi üçün pul göndərilmişdir. Həmin müştəri təxminən 2022-ci ilin fevral ayının axırlarında ona işləri ilə bağlı cəmiyyətin Gəncə filialına gələ bilmədiyini və bu səbəbdən ona aid olan bank kartının onun mobil nömrəsinə göndərilməsini xahiş etmişdir. Bundan sonra o, özünə məxsus bank kartının fotoşəkilini Anarə Hüseynovanın mobil telefonunun xatırlamadığı vhatcap nömrəsinə göndərmişdir. Həmin gün Anarə Hüseynova onun bank kartına 370 manat pul göndərmişdir. O, da həmin məbləği kart hesabından çıxarıb filialın rəhbəri Təqsirləndirilən şəxs vermişdir. Daha sonra cəmiyyətin rəhbərliyi tərəfindən Anarə Hüseynovanın aylıq ödənişlərdə gecikməyə yol verdiyi üçün cərimə faizlərinin yığıldığını və 370 manaldan daha artıq ödəniş ödənilməyini bildirdilər. Bundan sonra müştəri ilə əlaqə saxlayaraq pulunu geri götürməsini tələb etmişdir, X24 artıq ödəniş ödəyə bilmədiyini və buna görə canına qəsd edəcəyini bildirmişdir. Daha sonra o, mütəmadi olaraq Anarə Hüseynova ilə əlaqə saxladıqda ona pulunu gəlib geri götürməsini deməyinə baxmayaraq o, uzun müddət pulunu götürmək üçün filiala gəlməmişdir. Nəhayət xx.xx.2022-ci il tarixdə çoxsaylı təkidlərindən sonra Anarə Hüseynova pulunu götürmək üçün filiala gəldi. Həmin gün Anarə Hüseynova filiala gəlib pulu onun kredit ödənişi üçün ödənilməsini xahiş eldiyi üçün o, həmin məbləği Nicat Şəmişirlidən götürüb kassaya Anarə Hüseynovanın əvəzindən kassaya ödəmişdir. Belə ki, həmin məbləğin kassaya ödənilməsinə dair rəhbərlikdən razılıq alınmışdır. X25 gec-gec ödəniş edirmiş. Həmin məbləğin uzun müddət ərzində kassaya ödənilməməsi Anarə Hüseynovanın filiala gec gəlməyi ilə əlaqəli olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Kəmaləddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur. O, Nicatla 2006-cı ildən dostluq edir. Təxminən 2021-ci ilin oktyabr ayında doslu Nicat onunla əlaqə saxlayaraq öz qızıllarını "Güvənli” MMC -nin Gəncə filialına giorva qoyaraq kredit gütürmək istədiyini ona demiş, lakin sonuncu həmin filialın rəhbəri olduğu üçün öz adına kredit götürə bilməyəcəyini, onun adından sənədləşmə aparılıb guya qızılların onun olduğunu bildirib kredit məbləğini götürüb sonuncuya verməyini xahiş etmişdir. O, da dostu Nicatın xətrinə dəyməmək üçün Nicatın əvvəlcədən ona verdiyi 4.4 qram 750 əyarda olan ağlı üzüyü, 13.2 qramı 583 əyarda olan ağlı üzüyü, 10,3 qramı 583 əyarda olan komplekt üzüyü və 6,17 qramı 583 əyarda üzük ağlı olan Nicata məxsus qızıl-zinət əşyalarını 01 noyabr 2021-ci il tarixdə öz adından ”Güvənli” MMC-nin Gəncə filialına girova qoyaraq 2690 manat məbləğində kredit götürmüş. O, həmin kredit məbləğini götürdükdən sonra həmin gün 2690 manatı Nicata vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun adından həmin yerə aylıq kredit məbləğim ödəmişdir, Faktiki olaraq o, Nicata məxsus qızıl-zinət əşyalarını girova qoyub kredit gölürsədə, götürdüyü kredit məbləği olan 2690 manatı Təqsirləndirilən şəxs vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 03 dekabr 2021-cı il tarixdə 88.42 qramı 583 əyarda 02 ədəd boyunbağı klon, 57.1 qramı 585 əyarda 04 ədəd boyunbağı, 18,17 qramı 583 əyarda 02 ədəd boyunbağı, 15.3 qramı 583 əyarda 02 ədəd qolbağı, 22,15 qramı 750 əyarda 03 ədəd üzük ağlı, 18,75 qramı 750 əyarda 01 ədəd komplekt ağlı, 13.42 qramı 583 əyarda komplekt ağlı, 12.62 qramı 583 əyarda komplekt, 7,6 qramı 583 əyarda 01 ədəd klon, 15.88 qramı 583 əyarda 014 ədəd üzük ağlı, 5,22 qramı 750 əyarda 01 ədəd sırğa ağlı, 2.6 qramı 583 əyarda 01 ədəd üzük, 10.44 qramı 500 əyarda 01 ədəd qolbaq, 10.73 qramı 585 əyarda 01 ədəd komplekt əzik, 2,9 qramı 583 əyarda 01 ədəd sırğa, 3.61 qramı 375 əyarda 01 ədəd üzük, 1.26 qramı 585 əyarda 02 ədəd sırğa tək, 3.72 qramı 583 əyarda 01 ədəd sırğa klon ağlı və 0,48 qramı 585 əyarda olan 01 ədəd sancaq qızıl-zinət əşyalarının "xxxx" MMC-nin Gəncə filialına girova qoyaraq 18.000 manat məbləğində kredit götürmüşdür. Kreditə əsasən o, 36 ay müddətinə aylıq 850.21 manat aylıq ödəniş etməli olmuşdur. O, həmin kredit ödənişini 2022-ci il mart ayınadək olan müddət ərzində ödəmiş, lakin mart ayında maddi vəziyəti yaxşı olmadığı üçün ödəniş edə bilməmişdir. Bu səbəbdəndə 2022-ci il mart ayının ortalarında “Güvənli" MMC-nin Gəncə filialına getmiş, ödənişləri ödəyə bilmək üçün onun razılığıa əsasən təxminən 68 qram qızıl-ziynəl əşyaları girovdan çıxardaraq 3700 manata "xxxx" MMC-nin Gəncə filialına satmış və həmin pulu yəni 3700 manatı həmin vaxt "xxxx" MMC-nin Gəncə filialının kassasında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt kassa bağlandığı üçün ödənişə qəbzi götürə bilməmişdir. Həmçinin girovda olan qızıl-ziynət əşyalarına görə hər ay 400 manat pul ödəniş edilməsi ilə bağlı razılığa gəlmişlər. Şahid qismində dindirilmiş Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, neçə ay ödəniş etdiyi onun yadında qalmamışdır. O, pulunu vaxtı-vaxtında ödəmişdir. Ona bildirmişlərki ödənişlər bir müddət dondurulub, buna görə də o, ödənişləri həyata keçirə bilməmişdir.Onun heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadə elan edilmişdir.O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin Gəncə filialına əməliyyatçı-xəzinədar vəzifəsinə işə qəbul olunmuşdur. O, cəmiyyətdə işlədiyi müddət ərzində vəzifəsi müştərilər tərəfindən alınmış kreditin əsas və faiz borclarının, kassa məxadil orderi ilə tərtib edib müştəriyə vermək, nəğd şəkildə müştərilərdən pul vəsaitlərini almaq, bundan başqa vətəndaşlar tərəfindən kredit müraciəti edildikdə tərəfindən kredit dosyesinin tərtib edib rəhbərliyə imza üçün təqdim etmək, kassanın məxaric-mədaxil məsələsini sistemdə işləyib günün sonunda sənədləri kassa kitabına əlavə etmək olmuşdur. xx.xx.2022-ci il tarixdə öz istəyi ərizəsinə əsasən işdən azad olunmuşam. O, bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə filialda o və bölmə rəhbəri X10 iştirakı ilə filialda qiymətli əşyaların intenterizasiyası aparılmış və həmin vaxl 3503.74 Azn çatışmazlıq müəyyən edilmişdir. O bildirmişdir ki, həmin çatışmazlıq bölmə rəhbəri Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Belə ki, həmin gün kassada olan həmin məbləği Təqsirləndirilən şəxs təhvil vermişdir. Çünki günün sonunda kassada olan pul vəsaitləri bölmə rəhbəri Təqsirləndirilən şəxs tərəfindən götürülmüş. Həmin vaxt dəqiq yadında deyil. Lakin xatırladığı qədəri ilə həmin məbləğ Təqsirləndirilən şəxs tərəfindən o, işdən çıxmamışdan əvvəl təhvil verilmişdir Cinayət işinin materiallarına əlavə edilmiş: - məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/6062 nömrəli rəyindən görünür ki, rəyin təsdiqat hissəsində göstərilən 12 may 2022-ci il tarixli audit rəyinin düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda yoxlanılan dövr üzrə "Güvənli” MMC-də yaranmış çatışmazlıq 49.791.44 manat məbləğində müəyyən edilmişdir. Filialda rəsmiləşdirilmiş kreditlərə görə Şahid4, xx.xx.2022 ci il tarixə 4972.08 manat əsas borc və 336.13 manat isə faiz borcu cəmi 5308.21 manat, X7 üzrə xx.xx.2022-ci il tarixdə 4250.00 manat əsas borc, 561.99 manat faiz borcu, 663.00 manat isə cərimə borcu, cəmi 5474.59 manat, Şahid3 xx.xx.2022-ci il tarixə 17823.56 mant əsas borc, 2323.76 manat faiz borcu, 4256.49 manat isə cərimə borcu, cəmi 24403.81 manat, Şahid7 üzrə xx.xx.2022-ci il tarixə 5959.88 manat əsas borc, 512.63 manat faiz borcu, 1648.40 manat isə cərimə borcu, cəmi 8120.91 manat və Şahid5 üzrə xx.xx.2022-ci il tarixə 4972.08 manat əsas borc, 336.13 manat isi faiz borcu, cəmi 5308.21 manat, cəmi 35255.62 manat əsas borc, 3770.82 manat faiz borcu və 6891.26 manat isə cərimə borcu, ümumilikdə 45917.70 manat ödənilməmiş pul vəsaiti qalmışdır. "Güvənlı” MMC-nin Gəncə filialında kassada qalıq 4066.64 manat göstərildiyi halda, faktiki olaraq 562.90 manat nağd pul olmuş, yəni 3503.74 (4066.64-562.90) manat məbləğində kassada çatışmazlıq qalmışdır. İş materiallarında olan ifadələrdən göründüyü kimi, filialdan kredit götürən müştəri X11 xx.xx.2022-ci il tarixdə kredit ödənişi adı ilə X1 hesabına 370.00 manal pul ödəniş etmiş, lakin Musa Qaraşlı həmin pulu xəzinəyə təhvil verməmişdir. Qeyd edilmişdir ki. "Güvənli” MMC-nin Gəncə filialında yaranmış çatışmazlıq və pozuntuların kimin (kimlərin) maddi məsul olması ilə bağlı məsələsi hüquqi xarakter olduğundan istintaq orqanı tərəfindən qiymət verilməlidir. -İş üzrə məhkəmə-əmtəəşünashq ekspertizasının 03 may 2023-cü il tarixli 9/3233 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən müxtəlif əyarlı qızıl-ziynət əşyalarının cədvəldə qeyd edilən tarixlərə orta bazar qiyməti ilə ümumilikdə dəyəri nəzəri qaydada təxminən 54100,00 manat müəyyən olunmuşdur. Həmin qızıl zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. -Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş 13 mart 2023-cü il tarixli 27 nömrəli xasiyyətnamədən görünür ki, ünvan 4 ünvanında müvəqqəti məskunlaşmış Təqsirləndirilən şəxs barəsində qəsəbə sakinləri o, cümlədən qonşuları tərəfindən Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-13-12- 1/2-S-441xx/xx/2023 nömrəli arayışından məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1984-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. -Doğum haqqında 920232, 243982 və 243983 nömrəli şəhadətnamələrin surətlərindən görünür kı, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2012-ci il təvəllüdlü X13,xx.xx.2014-cü il təvəllüdlü X14 və xx.xx.2014-cü il təvəllüdlü X15 adlı azyaşlı uşaqları vardır. - Gəncə şəhər X26 xx.xx.2023-cü il tarixli 3188 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Psixiatriya xəstəxanasının xx.xx.2023-cü il tarixli 3091 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -"xxxx" MMC-in nümayəndəsi X8 tərəfindən məhkəməyə ünvanlanmış 25 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, "xxxx" MMC-yə dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmiş və təqsirləndirilən şəxsin 6000(altı min) manat borcu qalmışdır. Ödənilməmiş məbləğlə bağlı təqsirləndirilən şəxs ilə "xxxx"MMC öz aralarında razılığa gələrək qalan məbləğin hissə-hissə ödənilməsi barədə razılaşmışlar. Odur ki, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Sonda xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasının onların iştirakları olmadan keçirilib yekun qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və mülki iddiaçının, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talayaraq mənimsəməsi və xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən, mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda– iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü qismən təqsirli bilməsini, ilk dəfə məhkum olunmasını, zərəri qismən ödəməsini, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in ondan şikayət və tələbinin olmamasını və himayəsində az yaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasını, təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması və bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrumetmə növündə cəzalara məhkum edilməli və həmin Məcəllənin 66.2-ci və 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzalar və əlavə cəzalar qismən toplanılmaqla azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerlərini saat 22:00-dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəzanın çəkilməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Belə ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrumetmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Zərərçəkmiş şəxs və mülki iddiaçı "xxxx" MMC-in nümayəndəsi X9 mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs 36387.74(otuz altı min üç yüz səksən yeddi manat yetmiş dörd qəpik) məbləğində maddi zərər və 170 manat dövlət resumu pulun tutularaq "xxxx" MMC-in hesabına ödənilməsi barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki iddiaçının məhkəməyə ünvanladığı ərizədən də müəyyən olunur ki, təqsirləndirilən şəxs və ya mülki cavabdeh vurduğu ziyanı qismən ödəmiş və onun 6000(altı min) manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia təmin olunmalı, mülki cavabdeh Təqsirləndirilən şəxs 6000(altı min) manat pul və ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi tutularaq mülki iddiaçı "xxxx" MMC-in hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 170 manat dövlət rüsumunun 80 manat hissəsi mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçıya ödənilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. Xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinib 01(bir) il 06 (altı) ay müddətə bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib 01(bir) il müddətə bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılsın və ona 01(bir) il 03 (üç) ay müddətə bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək tərk etməmək, cəza çəkdiyi müddət ərzində Gəncə şəhərinin ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzasının icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş bank və maliyyə-kredit sahəsinə rəhbər vəzifə tutulması hüququndan məhrumetmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – ümumilikdə 200 (iki yüz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Zərərçəkmiş şəxs - mülki iddiaçı "xxxx" MMC-in mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs - mülki cavabdeh Təqsirləndirilən şəxs maddi ziyana görə 6000 (altı min) manat və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, ödənilmiş dövlət rüsumunun 80 manat hissəsi tutularaq mülki iddiaçı "xxxx" MMC-yə ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-31/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-31/2024
25.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver