Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-31/2025 02.04.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs, onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyən, Samux rayonunun Qədirli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli əmri ilə "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edilərək həmin tarixdən göstərilən vəzifədə işləyərkən, həmin sahə rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə, Ağstafa-Qazax-Ağstafa, Qazax-Ağstafa-Qazax, Gəncə-Böyük-Kəsik istiqamətləri üzrə 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə, lokomotivlərin hərəkətinin təmin edilməsi üçün "xxxx" QSC tərəfindən ayrılmış yanacaq və yağın, yəni həmin cəmiyyətə məxsus olmaqla ona etibar olunmuş özgə əmlakını qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə talamaq məqsədi ilə lokomotivlərdə hərəkət marşrutunun yerinə yetirilməsi üçün kifayət qədər yanacaq və yağın olmasına baxmayaraq, marşrut vərəqələrinə həqiqətə uyğun olmayan marşrutlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan marşrutlar üzrə nəzərdə tutulmuş yanacaq və yağın təminat məntəqəsindən götürülərək Gəncə şəhəri və Ağstafa rayonu ərazisində müxtəlif şəxslərə satılıb gəlir əldə edilməsi məqsədilə cinayətkar niyyətə uyğun olaraq marşrutun açılması görüntüsü yaratmaq üçün, 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək müddətdə Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş yerdə tamah niyyətlə bilə-bilə yalan məlumatları, yəni xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 740 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqələri, cəmi 15 ədəd marşrut vərəqələrində həmin tarixlər üçün qatarların hərəkət qrafikində nəzərdə tutulmamış marşrutlara dair qeydləri diyircəkli qələmlə müvafiq marşrut vərəqələrinə yazıb, marşrut vərəqələrində “maşinist” qrafalarında imzalar icra edərək, həmçinin 13 iyun 2021-ci il tarixdən 11 iyul 2021-ci il tarixədək olan müddətdə Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş yerdə xx.xx.2021-ci il tarixli 426 nömrəli tələbnaməyə əsasən 2947 kq dizel yanacağı və 97 kq dizel yağı, xx.xx.2021-cü il tarixli 508 nömrəli tələbnaməyə əsasən 2961 kq dizel yanacağı və 96 kq dizel yağı, cəmi 2 ədəd tələbnaməyə əsasən cəmi 5908 kq çəkidə dizel və 193 kq çəkidə dizel yağının Ağstafa təminat məntəqəsindən götürülməsinin zəruri olması barədə qeydləri diyircəkli qələmlə müvafiq tələbnamələrə yazıb, tələbnamələrdə isə “aldı” qrafalarında imzalar icra edib, həmin marşrut vərəqələri və tələbnamələrə, yəni rəsmi sənədlərə Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin və hərəkət etdiyi istiqamətlər olan Ağstafa, Qazax, Gəncə və Böyük-Kəsik stansiyalarının dairəvi möhür əkslərinin vurulmasını təmin edərək müvafiq rəsmi sənədlər əsasında müvafiq çəkidə dizel və dizel yağını Ağstafa təminat məntəqəsindən götürdükdən sonra qeyd edilmiş marşrut vərəqələrinə saxta marşrutlar əlavə etməklə həmin marşrut vərəqələri və tələbnamələr əsasında, yəni xx.xx.2021-ci il tarixli 390 nömrəli marşrut vərəqəsi üzrə 121,19 manat dəyərində 167 kq dizel və 10,08 manat dəyərində 5,01 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 740 nömrəli marşrut vərəqəsi üzrə 138,60 manat dəyərində 191 kq dizel və 11,53 manat dəyərində 5,73 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 187,22 manat dəyərində 258 kq dizel və 15,57 manat dəyərində 7,74 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 136 nömrəli marşrut vərəqəsi üzrə 284,46 manat dəyərində 392 kq dizel və 23,66 manat dəyərində 11,76 kq dizel yağı, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli marşrut vərəqəsi üzrə 62,41 manat dəyərində 86 kq dizel və 5,19 manat dəyərində 2,58 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 660 nömrəli marşrut vərəqəsi üzrə 129,89 manat dəyərində 179 kq dizel və 10,80 manat dəyərində 5,37 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 830 nömrəli marşrut vərəqəsi üzrə 234,30 manat dəyərində 275 kq dizel və 13,34 manat dəyərində 8,25 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 70 nömrəli marşrut vərəqəsi üzrə 177,79 manat dəyərində 245 kq dizel və 14,78 manat dəyərində 7,35 kq dizel yağı, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli marşrut vərəqəsi üzrə 122,64 manat dəyərində 169 kq dizel və 10,20 manat dəyərində 5,07 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 230 nömrəli marşrut vərəqəsi üzrə 190,85 manat dəyərində 263 kq dizel və 15,87 manat dəyərində 7,89 kq dizel yağı, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli marşrut vərəqəsi üzrə 142,96 manat dəyərində 197 kq dizel və 11,89 manat dəyərində 5,91 kq dizel yağı, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli marşrut vərəqəsi üzrə 315,66 manat dəyərində 435 kq dizel və 26,25 manat dəyərində 13,05 kq dizel yağı, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli marşrut vərəqəsi üzrə 149,49 manat dəyərində 206 kq dizel və 12,43 manat dəyərində 6,18 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 162,73 manat dəyərində 191 kq dizel və 9,26 manat dəyərində 5,73 kq dizel yağı, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqəsi üzrə 250,15 manat dəyərində 569 kq dizel və 25,07 manat dəyərində 17,07 kq dizel yağı, cəmi 2.670,34 manat dəyərində 3632 kq çəkidə dizel yanacağı və cəmi 215,92 manat dəyərində 108,96 kq çəkidə dizel yağını yalan məlumatlar daxil etməklə tərtib etdiyi saxta marşrut vərəqələri və tələbnamələr əsasında "xxxx" QSC-nin Ağstafa təminat məntəqəsindən götürərək, Gəncə şəhəri və Ağstafa rayonu ərazisində istintaqla müəyyən edilməmiş şəxslərə sataraq, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan dövrdə özünə əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi həmin vərəqələri özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, müvafiq dövrdə özünə yerinə yetirilmədiyi marşrutlara görə həmin xidmətin dəyəri həcmində, yəni cəmi 390,75 manat məbləğində pul vəsaitinin "xxxx" ASCnin Nərimanov filialında açılmış özünə məxsus ******************** nömrəli əmək haqqı kartı hesabına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə qeyd edilmiş bankın Gəncə şəhəri, Sovxoz Nizami ünvanda yerləşən bankomatından göstərilən əmək haqqı kartı vasitəsilə nağdlaşdırmaqla çıxarıb, ümumilikdə əldə etdiyi 5.550,37 manat məbləğində pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, ona etibar edilmiş cəmi 3.277,01 manat pul vəsaitini vahid niyyətlə mənimsəməklə, habelə eyni niyyətlə tərtib etdiyi müvafiq saxta marşrut vərəqələri əsasında 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan dövrdə cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi – Şahid2 əmək haqqı məbləğləri hesablamaqla, bilə-bilə yalan məlumatlar daxil edib tərtib etdiyi qeyd edilmiş marşrut vərəqələrinin özü tərəfindən imzalandıqdan sonra, vəzifə saxtakarlığı yolu ilə hazırlanmış həmin rəsmi sənədləri "xxxx" ASC-nin Nərimanov filialına göndərilməklə icraya yönəldib, 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan dövrdə müvafiq sənədlərdə adı qeyd edilmiş şəxslərin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına, cinayətdən xəbərsiz olan "xxxx" QSC-nin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinist köməkçisi–Şahid2 məxsus ******************** nömrəli hesaba ümumilikdə 342,63 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin Nərimanov filialında açılmış əmək haqqı kartı hesablarına köçürüldükdən sonra, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şahid2 tərəfindən ******************** nömrəli hesab üzrə qeyd edilmiş bankın Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində bankomatından göstərilən əmək haqqı kartları vasitəsilə nağdlaşdırılmaqla çıxarılıb şəxsi ehtiyaclarına sərf edilməsinə nail olmaqla, ona etibar edilmiş cəmi 342,63 manat pul vəsaitini vahid niyyətlə israf etməklə, ümumilikdə qeyd edilən qaydada cəmi 3.277,01 manatını mənimsəməklə və 342,63 manatını israf etməklə öz qulluq mövqeyindən istifadə etməklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 3.619,64 (üç min altı yüz on doqquz manat altmış dörd qəpik) manat pul vəsaitini vahid niyyətlə mənimsəmə və israf etmə yolu ilə talamış, vəzifəli şəxs kimi vahid tamah niyyətilə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmiş, həmin hərəkətləri ilə Azərbaycan Respublikasında fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsi, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsi və təkmilləşdirilməsi, dəmir yollarında maddi-texniki bazanın müasirləşdirilməsi və səmərəli istifadə olunması sahəsində fəaliyyəti həyata keçirən kommersiya hüquqi şəxs kimi "xxxx" QSC-nin əmlakının qorunub saxlanılması və qarşıya qoyulmuş məqsədlərə uyğun sərf edilməsi istiqamətində qanunla qorunan mənafelərinə vahid niyyətlə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 179.2.3, 308.1 və 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin İnfrastuktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyir.Maşinist kimi müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən depo növbətçisi tərəfindən işə çağırılaraq lokomotivin idarə edilməsini həyata keçirmişdir. Lokomotiv idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamış, daha sonra lokomotivin marşrut vərəqəsinə dair zəruri məlumatları depo növbətçisi dolduraraq həmin vərəqəni ona təhvil vermişdir. O, həmin vərəqə ilə birlikdə həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən müvafiq vərəqədə qeydlər aparılıb, imzalanmışdır. Daha sonra həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi özü də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra lokomotivi depodan qəbul etmiş, lokomotivi ya bilavasitə ondan əvvəl müvafiq lokomotivi idarə edən maşinistdən, ya da maşinistsiz elə depodan qəbul etmişdir. Bundan sonra o, nəzərdə tutulmuş qrafik üzrə lokomotivi idarə etmişdir. Marşrut üzrə son təyinat məntəqəsində marşrut vərəqəsinə müvafiq məntəqənin möhürü vurulmuş, həmin möhür stansiya növbətçilərində olmuş, aralıq məntəqələrdə möhür heç vaxt vurulmamışdır. Lokomotivi təhvil aldığı zaman yanacaq çənində yanacağın müvafiq marşrut üçün kifayət etmədiyini gördükdə bu barədə maşinist təlimatçısına məlumat vermiş, daha sonra onun tərəfindən tələbnaməyə maşinist kimi məlumatları, tarix, teplovozun və marşrutun nömrəsi yazılmış, daha sonra lokomotiv təminat məntəqəsinə getmiş, orada tələbnaməyə yanacağa məsul olan təminat məntəqəsinin işçiləri tərəfindən lokomotivə doldurulmuş yanacağın növü və çəkisinə dair məlumatlar əlavə edilmiş, daha sonra isə məntəqənin rəisi tərəfindən həmin tələbnamə imzalanaraq möhürlənmişdir. Bundan sonra lokomotiv tələb olunan yanacaq və yağla təmin edilmişdir. 2021-ci ilin may ayında aylıq təxminən 500 manat civarında əmək haqqı almış, həmin məbləğ əsasında isə ailə xərclərini ödəyə bilməmişdir. Bu səbəbdən aylıq xərclərinin qarşılanması üçün idarə etdiyi 1365 nömrəli lokomotiv üzrə saxta marşrut vərəqələri yazıb onun əsasında əlavə əmək haqqı almaq qərarına gəlmişdir. Bundan sonra əlavə əmək haqqı almaq üçün marşrut vərəqələrinə getdiyi marşrutlardan əlavə marşrutlar yazmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyini qeyd etmiş, nəticədə də həmin yerinə yetirilməmiş ikinci hərəkət üzrə faktiki olaraq əmək haqqı almışdır. Saxta tələbnamə əsasında yanacaq və dizel yağı götürüb, onu satdığı hallar olmamışdır. Qeyd edilmiş əməlləri 2021-ci ilin ayına qədər ayına qədər törətmiş, saxta marşrutlar yazdığı 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayına qədər olan dövrdə məhz az qrafiklə işlədiyi gün reallıqda yerinə yetirmədiyi hərəkətə dair marşrut vərəqəsinə qeydlər yazmışdır. Göstərilən vaxt ərzində saxta marşrutlar əsasında nə qədər əmək haqqı aldığını xatırlamamışdır. Tərtib etdiyi saxta marşrutlarda adlarını qeyd etdiyi maşinist köməkçisinin, habelə həmin vərəqələrə möhör əksləri vurmuş şəxslərin, tərtib etdiyi tələbnamələrdə imzası və möhür əksləri olan digər şəxslərin göstərilən sənədlərin saxtalağından xəbərləri olmamışdır. Həmin şəxslər adi iş prosesi çərçivəsində müvafiq sənədləri möhürləmiş və imzalamış, sənədlərdəki məlumatları təhrif etdiyindən xəbərləri olmamışdır. 1365 nömrəli teplovoz üzrə işlədiyi dövrdə Şahid2 maşinist köməkçisi vəzifəsində işləmişdir. Həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürmüşdür. Həmin dövr ərzində Ağstafa, Gəncə, Yevlax təminat məntəqələrindən yanacaq və yağ götürdüyü hallar olmuşdur. Yazdığı saxta marşrutlar üzrə yanacaq və yağ götürüb satdığı hallar olmamışdır. Yanacaq və yağ lokomotivlərə istifadə edilmişdir. İdarə etdiyi teplovozu demək olar ki, hər zaman işlək vəziyyətdə saxlamış, bu səbəbdən yanacaq və yağ teplovozun işlək vəziyyətdə olmasına sərf edilmişdir. Saxta maşrutlar yazmağından Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə hər hansı şəxsin, habelə "xxxx" QSC-nin hər hansı əməkdaşının məlumatı olmamış, kiminləsə sövdələşməsi olmamışdır. Saxta marşrut yazmağı nəticəsində əldə etdiyi məbləğləri kiməsə verdiyi hallar olmamışdır. Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsinin digər əməkdaşları tərəfindən saxta marşrut vərəqələri və tələbnamələr tərtib edilməsi barədə məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, işə çıxdığı vaxt əlavə maşrutlar yazmış, işə çıxmadığı vaxt əlavə maşrut yazmamışdır. Onlar nə qədər yanacaq istifadə edirlərsə onun hesabatını verirlər. O, işlədiyi idarəyə vurulan ziyanı tam şəkildə ödəmiş, eyni zamanda dəymiş zərərin 25 faiz hissəsin dövlət büdcəsinə ödəmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ailədə yeganə qazanc gətirən şəxs olmasını, idarəyə vurulmuş ziyanı tam ödəməsini həmçinin əlavə olaraq dəymiş zərərin 25 faizini dövlət büdcəsinə ödəməsini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, təmsil etdiyi qrum tərəfindən audit yoxlaması aparılaraq toplanmış materiallar prokurorluğa göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs getdiyi marşrutlardan əlavə marşrutlar yazmış və yerinə yetirdiyi istiqamət üzrə guya ikinci dəfə hərəkət etdiyini qeyd etmiş və beləliklə "xxxx" QSC məxsus olmaqla ona etibar edilmiş, cəmi 3.619,64 (üç min altı yüz on doqquz manat altmış dörd qəpik) manat dövlət vəsaitini əsassız olaraq mənimsəmişdir. Vurulmuş ziyandan onların hesabına 2244.12 (iki min iki yüz qırx dörd manat on iki qəpik) ödənilmiş, geridə qalan pul isə onlarına hesabına köçürülməmişdir. Mülki iddiaları tam təmin olunsa belə onlar təqsirləndirilən şəxs ilə barışıq verməyəcəkdir. Mülki iddialarının təmin edilməsini, Baş Prokurorluğun depozit hesabına köçürülmüş pulun onların hesabına köçürülməsini, cəza məsələsini isə məhkəmənin mülahizəsinə verdiklərini bildirmişdir. Məhkəmə istintaqında Şahid1 bildirmişdir ki, "xxxx" QSC-nin sifarişi əsasında xx.xx.2023-cü il tarixli müqavilə əsasında "xxxx" MMC-nin auditoru qismində QSC-nin İnfrastruktur departamentinin Qatarların idarə edilməsi xidmətinin Gəncə magistral lokomotivlərin idarə edilməsi sahələrində yoxlama aparmışdır. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanmış və xx.xx.2023-cü il tarixdə başa çatmışdır. Yoxlama zamanı Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023cü il tarixədək olan dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Yevlax-Bərdə-Yevlax, Qazax-Ağstafa-Qazax, Ağstafa-Qazax-Ağstafa, Alabaşlı-Şəmkir-Alabaşlı və digər marşrutlar yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU- 30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 85 ədəd yol vərəqəsində dizel yanacağı 21139 kq dəyəri 16994,58 manat, dizel yağı 634,17 kq dəyəri 1172,02 manat, maşinistin əmək haqqı 4398,39 manat, maşinist köməkçisinin əmək haqqı 3925,51 manat olmaqla, ümumilikdə 26490,50 manat məbləğində və bundan əlavə qismən 130 ədəd yol vərəqəsində isə dizel yanacağı 25012 kq dəyəri 20218,95 manat, dizel yağı 750,36 kq dəyəri 1593,09 manat, maşinistin əmək haqqı 2313,79 maşinist köməkçisinin əmək haqqı 1978,74 manat olmaqla, cəmi 26104,56 manat məbləğində, ümumilikdə 52595,06 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 215 ədəd yol vərəqəsi ilə gediş üzrə 101897 ton (brutto), gəliş üzrə 213548 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Müvafiq sahələrin hamısında yanacaq və yağ məhsulunun mənimsənilməsi mexanizmi eyni olmuşdur. Həmin sahələrin hamısında təqsirkar şəxslər saxta marşrutlar əsasında yanacaq və yağ məhsulunu götürərək müvafiq dəyərdə "xxxx" QSC-yə ziyan vurmuşlar. Həmçinin o, ifadəsində göstərmişdir ki, tərəfindən yoxlama aparıldığı zaman boşdayanma hallarına görə qatarların sərf etdiyi yanacaq və yağın həcmi nəzərə alınmışdır. Belə ki, Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli teplovozların yanacaq norma göstəricilərinə əsasən TE-33A seriyalı magistral teplovozları üçün Gəncə-Böyük kəsik sahəsi, Gəncə-Ucar sahəsi və Ucar-Hacıqabul sahələri üzrə tək və cüt istiqamətlər üzrə daşınması həyata keçirilən yük çəkisinə uyğun olaraq yanacaq norma əmsalı, boş dayanma və manevr zamanı yanacaq məsrəfi əmsalı müəyyən edilmişdir. Qeyd etdiyi norma göstəriciləri faktiki olaraq icra edilmiş marşrutlara aid olmuşdur. Yoxlama apardığı Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə TE-33A seriyalı magistral teplovozlarının hərəkətlərinə dair tərtib edilmiş saxta marşrut və tələbnamələr əsasında yanacaq və yağ götürülərək bu və ya digər formada mənimsənilmişdir. Həmin saxta sənədlər əsasında götürülmüş yanacaq və yağın boş dayanma və manevr halında sərf edilməsi mümkün olmamışdır, çünki həmin sənədlər əsasında marşrutlar faktiki olaraq icra edilməmişdir. İcra edilməmiş marşrutlar üzrə isə həmin sənədlərdə qeyd edilmiş çəkidə yanacaq və yağın boş dayanma və manevr hallarına sərfiyyatı qeyri-mümkündür. Məhkəmə istintaqında Şahid2 bildirmişdir ki, maşinist köməkçisi kimi işi lokomotiv briqadasının üzvü kimi təhvil aldığı lokomotivin texniki sazlığının, yanacaqla və yağla təmin edilməsinin zəruri olub-olmadığının yoxlanılmasından və bu barədə maşinistə məlumat verməkdən, lokomotivin hərəkəti zamanı maşinisti müşayiət etməkdən ibarət olmuşdur. Müəyyən edilmiş qrafik əsasında daxili prosedura əsasən lokomotivin idarə edilməsi üçün işə çağırıldığı vaxt ilk növbədə depo növbətçisinə yaxınlaşmış, təlimat kitabı və lokomotivin planlaşdırılan hərəkətinə dair kitabı imzalamışdır. Sonra həkim müayinəsindən keçmək üçün sahədə olan həkimə yaxınlaşmış, orada zəruri müayinədən keçmiş, müayinədə hər hansı qüsur aşkar edilmədiyi təqdirdə bu barədə həkim tərəfindən marşrut vərəqəsində qeydlər aparılıb, imzalanmışdır. Daha sonra maşinist və həmin vərəqə ilə birlikdə yenidən depo növbətçisinə yaxınlaşmış, həmin zaman depo növbətçisi özü də vərəqəni imzalayıb, möhürləmişdir. Bundan sonra briqada lokomotivi depodan qəbul etmiş, daha sonra isə nəzərdə tutulmuş qrafik üzrə lokomotiv idarə edilmişdir. Marşrut üzrə son təyinat məntəqəsində marşrut vərəqəsinə müvafiq məntəqənin möhürü vurulmuş, həmin möhür stansiya növbətçilərində olmuş, aralıq məntəqələrdə möhür heç vaxt vurulmamışdır. Lokomotivi təhvil aldıqları zaman yanacaq çənində yanacağın müvafiq marşrut üçün kifayət etmədiyini gördükdə bu barədə maşinisti məlumatlandırmış, bununla bağlı olaraq yanacaq götürülməsi üçün maşinist tələbnamə yazmış, sonra lokomotiv təminat məntəqəsinə getmiş, orada tələbnaməyə yanacağa məsul olan təminat məntəqəsinin işçiləri tərəfindən lokomotivə doldurulmuş yanacağın növü və çəkisinə dair məlumatlar əlavə edilmiş, daha sonra isə məntəqənin rəisi tərəfindən həmin tələbnamə imzalanaraq möhürlənmişdir. Bundan sonra lokomotiv tələb olunan yanacaq və yağla təmin edilmişdir. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, yol vərəqələrinin və tələbnamələrin köməkçilərə aidiyyatı yoxdur. O, heç bir sənədə imza çəkməmişdir. Qatarların hərəkət cədvəli dispetçer tərəfindən müəyyən edilir.Eyni zamanda tələbnamələri İdarədə yazıb maşinistə verilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -Cinayət işinin başlanması haqqında 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, "xxxx" QSC-in müraciəti əsasında toplanmış 02/2-291c-23 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə cinayət işi başlanmışdır. - Məhkəmə-xətşünaslıq ekspertizasının 20 may 2024-cü il tarixli 4/671 nömrəli rəyindən görünür ki, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli, xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli marşrut vərəqələrində “Maşinistin imzası” qrafalarında olan imzalar və xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli tələbnamələrdə “aldı” qrafasında olan imzalar - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. -Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi X2 tərəfindən aparılmış yoxlama nəticəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli rəydə "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edlməsi sahəsinin maşinisti Təqsirləndirilən şəxs adına tərtib edilən 14 ədəd marşrut vərəqəsində faktiki olaraq həyata keçirilməyən marşrutlar barədə qeydiyyat aparılması nəticəsində 2 670,34 manat dəyərində 3632 kq dizel yanacağı, 215,92 manat dəyərində 108,96 kq dizel yağı silindiyi, maşınistə 390,75 manat, maşınist köməkçisinə 342,63 manat əmək haqqı ödənildiyi müəyyən edilmişdir. - kompleks məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizasının 10 iyun 2024-cü il tarixli 9/3586-9/3798 nömrəli rəyində Təqsirləndirilən şəxs adına tərtib edilən 14 ədəd marşrut vərəqəsində faktiki olaraq həyata keçirilməyən marşrutlar barədə qeydiyyat aparılması nəticəsində 2670,34 manat dəyərində 3632 kq dizel yanacağı, 215,92 manat dəyərində 108,96 kq dizel yağı silindiyi, maşınistə 390,75 manat, maşınist köməkçisinə 342,63 manat əmək haqqı ödənildiyi təsdiq edilmişdir. -"xxxx" QSC-nin sifarişi əsasında "xxxx" MMC tərəfindən aparılmış "xxxx" QSC-nin İmişli, Gəncə və Salyan magistral lokomotivlərinin idarə edilməsi sahələrinin fəaliyyətinə dair xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək illər üzrə aparılmış yoxlama nəticəsinə dair tərtib edilmiş 09 avqust 2023-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, rəsmi sənədlər saxtlaşdırılmaqla vəzifəli şəxslər tərəfindən "xxxx" QSC-nin Gəncə magistral lokomotivlərinin idarə edilməsi sahəsi üzrə 52595,06 manat məbləğində ziyan vurulmuşdur. Belə ki, müvafiq sahə üzrə yoxlanılan dövrdə dövr ərzində depoda “Lokomotivin qeydiyyat deposunun marşrut (yol vərəqəsi)”-nin 4-cü bölməsində “Lokomotivin işi, qatarın çəkisi və tərkibi, məsafəni qiymətləndirmə haqqında məlumatda, yəni Yevlax-Bərdə-Yevlax, Qazax-Ağstafa-Qazax, Ağstafa-Qazax-Ağstafa, Alabaşlı- Şəmkir-Alabaşlı və digər marşrutlar yazılsa da, “Qatarların hərəkətinin işlənmiş qrafiki Forma DU- 30”-da isə heç bir hərəkət qeydə alınmamışdır. Marşrutda 85 ədəd yol vərəqəsində dizel yanacağı 21139 kq dəyəri 16994,58 manat, dizel yağı 634,17 kq dəyəri 1172,02 manat, maşinistin əmək haqqı 4398,39 manat, maşinist köməkçisinin əmək haqqı 3925,51 manat olmaqla, ümumilikdə 26490,50 manat məbləğində və bundan əlavə qismən 130 ədəd yol vərəqəsində isə dizel yanacağı 25012 kq dəyəri 20218,95 manat, dizel yağı 750,36 kq dəyəri 1593,09 manat, maşinistin əmək haqqı 2313,79 maşinist köməkçisinin əmək haqqı 1978,74 manat olmaqla, cəmi 26104,56 manat məbləğində, ümumilikdə 52595,06 manat məbləğində cəmiyyətə zərər vurulmuş və 215 ədəd yol vərəqəsi ilə gediş üzrə 101897 ton (brutto), gəliş üzrə 213548 ton(brutto) yük daşınması qrafikdə öz əksini tapmamışdır. Həmçinin həmin rəyə əlavə edilmiş cədvəldən görünür ki, qatarların hərəkət qrafikində olmayan Ağstafa-Qazax-Ağstafa, Qazax-Ağstafa-Qazax, Gəncə-Böyük-Kəsik istiqamətlərinə dair marşrutları üzrə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 390 nömrəli marşrut vərəqəsi üzrə 121,19 manat dəyərində 167 kq dizel və 10,08 manat dəyərində 5,01 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 740 nömrəli marşrut vərəqəsi üzrə 138,60 manat dəyərində 191 kq dizel və 11,53 manat dəyərində 5,73 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 40 nömrəli marşrut vərəqəsi üzrə 187,22 manat dəyərində 258 kq dizel və 15,57 manat dəyərində 7,74 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 136 nömrəli marşrut vərəqəsi üzrə 284,46 manat dəyərində 392 kq dizel və 23,66 manat dəyərində 11,76 kq dizel yağı, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli marşrut vərəqəsi üzrə 62,41 manat dəyərində 86 kq dizel və 5,19 manat dəyərində 2,58 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 660 nömrəli marşrut vərəqəsi üzrə 129,89 manat dəyərində 179 kq dizel və 10,80 manat dəyərində 5,37 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 830 nömrəli marşrut vərəqəsi üzrə 234,30 manat dəyərində 275 kq dizel və 13,34 manat dəyərində 8,25 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 70 nömrəli marşrut vərəqəsi üzrə 177,79 manat dəyərində 245 kq dizel və 14,78 manat dəyərində 7,35 kq dizel yağı, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli marşrut vərəqəsi üzrə 122,64 manat dəyərində 169 kq dizel və 10,20 manat dəyərində 5,07 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 230 nömrəli marşrut vərəqəsi üzrə 190,85 manat dəyərində 263 kq dizel və 15,87 manat dəyərində 7,89 kq dizel yağı, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli marşrut vərəqəsi üzrə 142,96 manat dəyərində 197 kq dizel və 11,89 manat dəyərində 5,91 kq dizel yağı, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli marşrut vərəqəsi üzrə 315,66 manat dəyərində 435 kq dizel və 26,25 manat dəyərində 13,05 kq dizel yağı, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli marşrut vərəqəsi üzrə 149,49 manat dəyərində 206 kq dizel və 12,43 manat dəyərində 6,18 kq dizel yağı, xx.xx.2021-ci il tarixli 30 nömrəli marşrut vərəqəsi üzrə 162,73 manat dəyərində 191 kq dizel və 9,26 manat dəyərində 5,73 kq dizel yağı, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqəsi üzrə 250,15 manat dəyərində 569 kq dizel və 25,07 manat dəyərində 17,07 kq dizel yağı, cəmi 2.670,34 manat dəyərində 3632 kq çəkidə dizel yanacağı və cəmi 215,92 manat dəyərində 108,96 kq çəkidə dizel yağı götürülmüş, tərtib edilmiş müvafiq saxta marşrut vərəqələri əsasında Təqsirləndirilən şəxs 390,75 manat, maşinist köməkçisinə 342,63 manat əlavə əmək haqqı ödənilmişdir. -"xxxx" QSC-nin İnfrastuktur departamentinin qatarların idarə edilməsi xidmətinin rəisinin xx.xx.2021-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs "xxxx" QSC-nin İnfrastuktur departamentinin qatarların idarə edilməsi xidmətinin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin magistral üzrə teplovoz maşinisti vəzifəsinə təyin edildiyi görünür. - Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin rəisinin təsdiq etdiyi xx.xx.2022-ci il tarixli maşinistin vəzifə təlimatına, o cümlədən Azərbaycan Dəmir Yolu “Lokomotiv” İstehsalat Birliyinin yol rəisinin xx.xx.1999-cu il tarixli 388-H nömrəli əmri ilə təsdiq edilmiş “Lokomotiv briqadalarının vəzifə təlimatına” əsasən Təqsirləndirilən şəxs lokomotiv briqadasının tərkibinə daxil olan şəxslərin işinə rəhbərlik etmək, onların fəaliyyətinə nəzarət etmək, onlar tərəfindən xidməti vəzifələrin yerinə yetirilməsinə qarşı tələbkarlıq göstərmək, qatarı sürərkən və manevr yerdəyişmələri zamanı texniki istismar qaydalarını, təlimatları, əmrləri və göstərişləri yerinə yetirmək, rejim xəritələrini əldə rəhbər tutmaqla hərəkət cədvəlini təmin etməklə qatarların səmərəli rejimlə idarə olunmasına riayət etmək, hərəkət təhlükəsizliyini təmin etmək, qatarların hərəkətinin və manevr iş planının yerinə yetirilməsini təmin etmək, yanacağa, elektrik enerjisinə qənaət etmək, lokomotivlərə xidmət və onların texniki cəhətdən saz saxlamaq, marşrutun və digər hesabat sənədlərinin düzgün doldurulmasını təmin etmək funksiyalarına malik olmuşdur. - Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 740 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqələri, cəmi 15 ədəd marşrut vərəqələri və xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli, cəmi 2 ədəd ədəd tələbnamələrin və eyni tarixli 15 ədəd qatarların hərəkət qrafikinin müqayisəsindən görünür ki, həmin marşrut vərəqələri və tələbnamələrdə həqiqətə uyğun olmayan məlumatlar qeyd edilməsi ilə müvafiq həqiqətə uyğun olmayan sənədlər əsasında nəzərdə tutulmuş yanacaq və yağ Ağstafa təminat məntəqəsindən götürülmüşdür. - Əmək haqqı hesablanması və ödənilməsi cədvəlindən görünür ki, 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş 43 ədəd müvafiq saxta marşrut vərəqələri əsasında "xxxx" QSC-nin Gəncə lokomotivlərinin idarə edilməsi sahəsinin maşinisti Təqsirləndirilən şəxs 390,75 manat, həmin sahənin maşinist köməkçisi – Şahid2 342,63 manat məbləğində əmək haqqı hesablanaraq ödənilmişdir. - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 6-2-51/2-420/2024 nömrəli məktubu ilə daxil olmuş həmin bankın Nərimanov filialında açılmış Təqsirləndirilən şəxs məxsus ******************** nömrəli, Şahid2 məxsus ******************** nömrəli bank hesablarından çıxarışlardan görünür ki, 14 may 2021-ci il tarixdən 08 sentyabr 2021-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş saxta marşrut vərəqələri əsasında sonuncunun əmək haqqı hesabına 390,75 manat, Şahid2 əmək haqqı hesabına isə 342,63 manat əmək haqqı məbləğləri köçürülmüş, müvafiq əmək haqqı məbləğlərindən sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Şahid2 tərəfindən ******************** nömrəli hesab üzrə qeyd edilmiş bankın Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən bankomatından əmək haqqı kartı vasitəsilə nağdlaşdırılma əməliyyatı aparılmışdır. - xx.xx.2023-cü il tarixli BPM**********30 nömrəli qəbzin surətindən görünür ki, həmin tarixdə 2007,12 manat Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın ödənişi qismində ödənilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. - xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 740 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqələri, cəmi 15 ədəd marşrut vərəqələri və xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli, cəmi 2 ədəd tələbnamələrin əsilləri 13 iyun 2024-cü il tarixli qərarımla maddi sübut kimi kimi tanımışdır. - Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən verilmiş mülki iddia ərizəsinddan görünür ki, təqsirləndirilən şəxs mülki cavabdeh Təqsirləndirilən şəxs 1612.52 (min altı yüz on iki manat əlli iki qəpik) manat vurulmuş zərərin və 37 (otuz yeddi) manat dövlət rüsumu olmaqla cəmi 1649.52 (min altı yüz qırx doqquz manat 52 qəpik) pulun alınaraq "xxxx" QSC-yə ödənilməsini xahiş etmişdir. - Zərərçəkmiş hüquqi şəxs "xxxx" QSC tərəfindən məhkəməyə təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyanla bağlı 2207.12 (iki min iki yüz yeddi manat 12 qəpik) manat ödənilmişdir. -Azərbaycan Respublikası Baş Prokurorluğunun məktubundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət işi üzrə dəymiş zərərin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına 1413(bir min dörd yüz on üç) manat ödəniş edilmişdir. - Ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulan ziyan və mülki iddiaya görə ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikası Baş Prokurorluğunun Depozit hesabına köçürülmüş 1413 manat və "xxxx" QSC-nin hesabına köçürülmüş 2244 manat 12 qəpik nəzərə alınmaqla ümumilikdə tam şəkildə ödənilmişdir. -18766 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs dəymiş maddi ziyanın 25 faizini yəni 905 manatı dövlət büdcəsinə ödəmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsində mənimsəmə və ya israf etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxsin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. İsrafetmə dedikdə isə təqsirkara müəyyən səlahiyyətləri həyata keçirmək üçün etibar edilmiş əmlakin sərf edilməsi, satılması, istehlak edilməsi, müxtəlif formalarda özgəninkiləşdirilməsi başa düşülür. Əgər şəxs vəzifəsi ilə əlaqədar ona sərəncam vermə, idarəetmə, tədarük və s səlahiyyətlər verməklə etibar edilmiş əmlakı qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirərsə, onda onun əməli CM-nin 179.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs xidməti vəzifəsi ilə əlaqədar ona verilmiş səlahiyyətlərdən istifadə etməklə ona etibar edilmiş əmlakı mənimsədiyindən onun əməlində CM-in 179.2.3-cü maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası CM-in 308-ci maddəsinin qeyd hissəsində “vəzifəli şəxs”in anlayışı kimi dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin həmçinin kommersiya və qeyri kommersiya təşkilatlarının rəhbərləri və işçiləri bundan başqa dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tam maddi məsuliyyət və əmək müqaviləsinə maşınist olmaqla vəzifəli şəxs hesab olunur. Bununla yanaşı qeyd edilməlidir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarının 39cu bəndində göstərilmişdir ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən suiistifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Odur ki, məhkəmə Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyyəni nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayətini törətməklə zərər çəkmiş şəxsə zərər vurmasından ibarət olan əməli yalnız Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tövsif edilməli, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ona qarşı irəli sürülmüş ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmunu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə müxtəlif vaxtlarda rəsmi sənəd hesab olunan maşrut vərəqələrinə bilə-bilə yalan məlumatlar daxil etmiş, bununla o, CM-nin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bununla yanaşı qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün qanunla müəyyən edilmiş müddət keçmişdir. Belə ki, Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməli həmin Məcəllənin 15-ci maddəsinə əsasən xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-in 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Qeyd olunan Məcəllənin 75.3-cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə törətmişdir. Onun cinayət əməlini törətdiyi vaxtdan (2 il) müddət keçdiyindən onun həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məsuliyyətə cəlb etmə müddətinin keçdiyi müəyyən olunur. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda məhkəmə məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 44.2.1-ci maddəsinə əsasən, cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün bu Məcəllənin 43-cü maddəsində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarır. Təqsirləndirilən şəxs istər ibtidai araşdırma zamanı, istərsə də məhkəmə istintaqı zamanı ona qarşı CM-nin 313-cü maddəsi ilə irəli sürülən ittiham özünü təqsirli bilməmiş, həmin hissədə cinayət təqibini xitam verilməsi ilə bağlı razılıq ərizəsini məhkəməyə təqdim etməmişdir. Təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi işin faktiki halları ilə sübuta yetirilsə də, məhkəmə qeyd olunan cinayət əməli ilə bağlı belə qənaətə gəlir ki, həmin əməlin 2021-ci ilin may ayından 2021-ci ilin sentyabr ayınadək olan dövrdə törədilməsi nəzərə alınmaqla, törədildiyi gündən iki ildən artıq müddət keçdiyindən və cinayətin törədilməsi vaxtından iki il ərzində onun qaçıb gizlənməsi halı müəyyən edilmədiyindən, eyni zamanda həmin ittiham üzrə o cinayət təqibinə həmin hissədə xitam verilməsi ilə bağlı razılıq ərizəsini məhkəməyə təqdim etmədiyindən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 313-cü maddəsi ilə təqsirli bilinməli, lakin cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən həmin maddə ilə ona cəza təyin olunmamalıdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs həmin dövrdə hərəkət üzrə yanacaq harada azalmışdırsa oradan da yanacaq və yağ götürməsi, həmin dövr ərzində Ağstafa, Gəncə, Yevlax təminat məntəqələrindən yanacaq və yağ götürdüyü hallar olması, yazdığı saxta marşrutlar üzrə yanacaq və yağ götürüb satdığı halların olmaması, yanacaq və yağ lokomotivlərə istifadə edilməsi, idarə etdiyi teplovozu demək olar ki, hər zaman işlək vəziyyətdə saxlaması və bu səbəbdən yanacaq və yağ teplovozun işlək vəziyyətdə olmasına sərf edilməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, bunu məsuliyyəti yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, ekspertiza rəyi və digər sənədlərlə tam təkzib olunur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və o, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs tərəfindən dəymiş madd ziyan tam şəkildə ödənilməsinə, dəymiş maddi ziyanın 25 faizinin dövlət büdcəsinə ödənilməsinə baxmayaraq zərərçəkmiş hüququ şəxs tərəfindən təqsirləndirilən şəxslə barışıq əldə edilmədiyinə görə onun barəsində CM-nin 73-1.2-ci maddəsinin tətbiq edilməsi mümkün olmamışdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs omasını, vurulmuş zərəri tamamilə ödəməsini, eyni zamanda dəymiş ziyanın 25 faizini dövlət büdcəsinə ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan cərimə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 -cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzası təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 740 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqələri, cəmi 15 ədəd marşrut vərəqələri və xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli, cəmi 2 ədəd tələbnamələrin əsilləri cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 276 (iki yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi "xxxx" QSC-nin sədrin birinci müavini Əlirza Süleymanov oğlu mülki idddia ərizəsi verərək mülki cavabdeh Təqsirləndirilən şəxs 1612.52 (min altı yüz on iki manat əlli iki qəpik) manat vurulmuş zərərin və 37 (otuz yeddi) manat dövlət rüsumu olmaqla cəmi 1649.52 (min altı yüz qırx doqquz manat 52 qəpik) pulun alınaraq "xxxx" QSC-yə ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında Nümayəndə iddianı müdafiə edərək mülki iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi mülki iddianı qəbul etməyərək Təqsirləndirilən şəxs iddia ərizəsindəki məbləği tam şəkildə ödədiyini qeyd edərək iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə hesab edir ki, mülki iddia təmin edilməli mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 1413 manat pul vurulan maddi zərərə görə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dəmir Yolları QSC-in hesabına köçürülməlidir. Eyni zamanda həmin pulun Azərbaycan Respublikası Dəmir Yolları QSC-in hesabına köçürüldükdən sonra Təqsirləndirilən şəxs tərəindən dəymiş ziyanın və mülki iddiaya görə ödənilmiş rüsumun tam şəkildə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 344-349, 351-353, 356- 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Cinayət Məcəlləsinin 313cü maddəsi ilə ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 4000 (dörd min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli cərimə cəzasını çəkməyə başladığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci –276 (iki yüz yetmiş altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2021-ci il tarixli 390 nömrəli, xx.xx.2021-ci il tarixli 740 nömrəli, xx.xx.2021-ci il tarixli 40 nömrəli, xx.xx.2021-ci il tarixli 136 nömrəli, 12/xx.xx.2021-ci il tarixli 410 nömrəli, xx.xx.2021-ci il tarixli 660 nömrəli, xx.xx.2021-ci il tarixli 830 nömrəli, xx.xx.2021-ci il tarixli 70 nömrəli, 06/xx.xx.2021-ci il tarixli 140 nömrəli, xx.xx.2021-ci il tarixli 230 nömrəli, 10/xx.xx.2021-ci il tarixli 280 nömrəli, 26/xx.xx.2021-ci il tarixli 900 nömrəli, 24/xx.xx.2021-ci il tarixli 691 nömrəli, xx.xx.2021-ci il tarixli 30 nömrəli, 07/xx.xx.2021-ci il tarixli 159 nömrəli marşrut vərəqələri, cəmi 15 ədəd marşrut vərəqələri və xx.xx.2021-ci il tarixli 426 nömrəli, xx.xx.2021-cü il tarixli 508 nömrəli, cəmi 2 ədəd tələbnamələrin əsilləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, işlədiyi vəkil bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. İş üzrə mülki iddia təmin edilsin. Cinayət işi üzrə mülki cavabdeh Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına köçürülmüş 1413 manat pul vurulan maddi zərərə görə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Dəmir Yolları QSCin hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-31/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-31/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver