Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-310/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X5, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, , xx.xx.1984-cü ildə Ucar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, H.Əliyev 89 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qəimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 15 yanvar 2023-cü il tarixdə saat 06 radələrində X13 Vağzalının ərazisində, yəni Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 66 ünvanında yerləşən X4rşısında olan yolda Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus hər birinin qiyməti 75 manat olmaqla 7 ədəd çuqun barmaqlıqları gizli yolla talayaraq Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə cəmi 525 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, maddi sübutlar, ekspertiza rəyi və istintaq hərəkətlərinin protokolları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərdiki, Gəncə şəhəri, Azərbaycan əsgəri küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır və fərdi əməklə məşğul olur. 15 may 2023-cü il tarixdə saat təxminən 06 radələrində özünə məxsus Vaz 2101 markalı **-CN-*** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmaq üçün yaşadığı evdən çıxmışdır. Şəhərdə avtomobillə bir az gəzdikdən sonra X13 vağzalının qarşısına gəlmiş və orada qurunt sularının axıdılması üçün nəzərdə tutulan çuqun barmaqlıqları gördükdən sonra evdə xəstə olan anasına dərman almaq üçün pulu olmadığından həmin barmaqlıqları oğurlayıb aparıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Bu məqsədlədə avtomobildən düşüb ətrafa nəzər yetirmiş və həmin vaxt ətrafda heç kim olmadığını görüb həmin çuqun barmaqları bir-bir yerindən çıxarıb, ümumilikdə 7 ədəd çuqun barmaqlıqları idarə etdiyi avtomobilin yük yerinə qoymuşdur. 7 ədəd çuqun barmaqlıqları avtomobilin yük yerinə qoyduqdan sonra həmin yerdən idarə etdiyi avtomobillə uzaqlaşmışdır. Daha sonra oğuruladığı çuqun barmaqları harada gizlədəcəyini fikirləşmiş və bu məqsədlədə saat təxminən 07 radələrində keçmiş bacanağı Şahid yaşadığı Gəncə şəhəri Kərpic zavod qəsəbəsindəki evə idarə etdiyi avtomobili sürmüş və Ruslanı çağırmışdır. Ruslanın evinin qarşısında Ruslanla görüşmüş və Ruslana idarə etdiyi avtomobilin yük yerində özünə məxsus dəmir olduğunu və həmin dəmirləri yaşadığı evdə saxlamasını xahiş edən zaman Ruslan ona etiraz etməmişdir. Bundan sonra avtomobilin yük yerini açmış və həmin çuqun barmaqlıqları Ruslanın yaşadığı evin həyətində olan əl damına yığmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 13:00 radələrində yaşadığı evə gələn zaman evinin darvazasının yanında iki nəfər mülki geyimli şəxsin olduğunu görmüş və həmin şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etdikdən sonra X3rşısından olan çuqun barmaqlıqları oğurlamaqda şübhəli olduğunu bildirərək onu Gəncə stansiya XPŞ-nə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməyərək şöbəyə getmiş və orada orada oğurluq etməsini etiraf etmiş və oğurladığı çuqun barmaqlıqları polis əməkdaşlarına təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, vurulmuş ziyanı ödədiyini və himayəsində bir azyaşlı uaşğının olmasını nəzərə alıb məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyində əməyin mühafizəsi üzrə texnika təhlükəsizliyin mühəndisi vəzifəsində işləyir və Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində prosesdə iştirak etmək ona həvalə edilmişdir. 15 yanvar 2023-cü il tarixdə saat 06 radələrində X3rşısında Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə məxsus ümumi dəyəri 525 manat olan 7 ədəd çuqun barmaqlıqların oğurlandığı aşkar edildikdən sonra onlar polis orqanlarına müraciət etmişlər. Bundan sonra polisin apardığı araşdırma ilə həmin cinayətin Gəncə şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və idarəyə məxsus 7 ədəd çuqun materialdan olan barmaqlıqların yeri müəyyən edilərək, onlara qaytarılmışdır. Ona görə də hazırda onlara dəymiş ziyan tam olaraq ödənildiyindən Təqsirləndirilən şəxs hər hansı şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun keçmiş bacanağıdır və onunla uzun müddət əlaqələri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində keçmiş bacanağı Gülşad Ağasıyev yaşadığı evə gələrək, onu bayıra çağırmış və özü çıxanda görmüşdür ki, Gülşadın idarə etdiyi Vaz 2101 markalı **-CN-*** dövlət nömrə nişanlı avtomobil onun evinin qarşısında dayanmışdır. Gülşad avtomobilin yük yerini açmış, idarə etdiyi avtomobildə dəmir olduğunu həmin dəmirləri müvəqqəti olaraq həyətinə yığmaq istədiyini və sonra gəlib götürəcəyini demişdir. O, yük yerində metalı gördükdə Gülşaddan həmin metalı haradan əldə etdiyini soruşanda Gülşad ona həmin metalın özünə məxsus olduğunu ona söyləmişdir. O, Gülşadın sözünə inanaraq razılıq verdikdən sonra Gülşad 7 ədəd çuqun barmaqlıqları öz avtomobilindən yük yerindən götürüb onun yaşadığı evin həyətində olan yardımçı tikiliyə yığmış və yaxın günlərdə gəlib götürəcəyini deyib çıxıb getmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 17 radələrində onun yaşadığı evə Gülşadla birlikdə polis əməkdaşları gəlmiş və onlar Gülşadın onun evinə gətirdiyi çuqun barmaqlıqların oğurluq olduğunu söyləyib həmin metalı götürüb özləri ilə aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, oğurluq hadisəsi Gəncə şəhəri, Zülfü Hacıyev küçəsi 66 ünvanında yerləşən Gəncə şəhəri, Dəmir yol vağzalının inzibati binasının qarşısında baş vermişdir. “Baxış və götürmə” haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 07 ədəd çuqun barmaqlıqlar iş üçün əhəmiyyətli olduğundan həmin gün Gəncə şəhəri, Kərpic zavod qəsəbəsi ev 1, mənzil 6 ünvanından baxış keçirilərək, götürülmüşdür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/469 nömrəli rəyindən görünür ki, çuqun barmaqlıqların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq nəzərə alınmaqla 1 ədədinin orta bazar qiyməti nəzəri qaydada təxminən 75 manat, 7 ədədinin isə 525 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi Dəmir yolu Nəqliyyatında Polis İdarəsi Gəncə stansiya Xətt Polis şöbəsindən alınmış xx.xx.2023cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsini törədərkən ətrafda olan video müşahidə kameraları, bundan başqa həmin şəxs oğurluq əməlini törədərkən ona kömək edən digər şəxslərin olması müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikasının Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 120.1-ci maddəsi ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Gəncə şəhər Şəhər Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1,177.2.3,177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri,Nərminaov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 07 ay 24 gün hissəsinə şərti olaraq vaxtında əvvəl azad edilmiş, daha sonra Ağdaş rayon Məhkməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.4, 29,177.2.1, 29, 177.2.2 və 29, 177.2.4-cü maddələri ilə təqsirli bilinərərk 04 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək ona 04 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək cəza müddəti 03 il 06 aya endirilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 09 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Xəzər Rayon Məhkəməsinin 1101.2019-cü il tarixli, 7(003)-50/2019 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş və məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan 09 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, götürülmüş “Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi” nə məxsus istismara yararlı 07 ədəd çuqun barmaqlıqlar iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə vurulmuş zərər tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışlar, ondan heç bir şikayət və tələbləri yoxdur. xx.xx.2023-cü il tarixli, 2864 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 2846 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2017-ci il tarixli, AZE-№ 11562514 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 23 sentyabr 2008-ci il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağı vardır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3- 2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur.Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə orta həddə azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübut olan və “Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi” nə məxsus istismara yararlı 07 ədəd çuqun barmaqlıqların zərərçəkmiş hüquqi şəxsin nümayədəsinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəza çəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və “Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi” nə məxsus 07 ədəd çuqun barmaqlıqların zərərçəkmiş hüquqi şəxsin nümayədəsinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-310/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-310/2023
14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver