Məhkəmə qərarları › İş №1(125)-310/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-310/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-310/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, 38 hərbi şəhərcik xətt 9, mənzil 16-da qeydiyyatda olmaqla, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgə əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış etibarlı münasibətlərdən sui-istifadə edib R.X1 tərəfindən iş görüb qazanc əldə etmək adı ilə ələ keçirilmiş 50.N manat məbləğində nağd pulunu alıb özünə qaytaracağı barədə yalan vədlər verib aldatmış, bu məqsədlə cinayətkar niyyətini həyata keçirmək üçün hissə-hissə vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs tərəfindən 25 oktyabr 2022-ci il tarixdə X7 məxsus "xxxx" ASC-yə aid 4169 7385 2412 2516 nömrəli plastik kart hesabına ünvan 1 ünvanında yerləşən «Brend Shop» adlı mağazanın içində quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə göndərilmiş 500 manat məbləğində, 28 oktyabr 2022-ci il tarixdə saat 20:53-də Firuddun Ayrım adlı Turkiyə Respublikasının vətəndaşına məxsus «Dəniz bank»a aid 5295 4500 1498 0171 nömrəli plastik kart hesabına Zərərçəkmiş şəxs məxsus "xxxx" ASC-yə aid 4098 5844 5895 2726 nömrəli kart hesabından göndərilmiş 1500 manat məbləğində və həmin tarixdə eyni üsulla saat 20:58-də göndərilmiş 850 manat məbləğində, 29 oktyabr 2022-ci il tarixdə saat 11:29-da eyni üsulla göndərilmiş 650 manat məbləğində, 12 noyabr 2022-ci il tarixdə X7 məxsus "xxxx" ASC-yə aid 4169 7385 2412 2516 nömrəli plastik kart hesabına Göygöl rayonu, Qızılqaya qəsəbəsində yerləşən «Sevimli market»in içində quraşdırılmış «Milliön» ödəmə terminalı vasitəsilə göndərilmiş 500 manat məbləğində, 2022-ci ilin noyabr ayının ortalarında Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən «777» saylı hərbi hissənin nəzarət-buraxılış məntəqəsində Şahid1 verilmiş 1N manat məbləğində və 2022-ci ilin noyabr ayının sonunda Şahid2 Zərərçəkmiş şəxs borclu olduğu 500 manat məbləğində nəğd pulu Şahid2 alıb verdiyi vədə əməl etməmiş, Zərərçəkmiş şəxs ümumilikdə 5500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahid ifadələri, üzləşdirmə protokolları, maddi sübutlar, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir və ürək xəstəsidir. Zərərçəkmiş şəxs 2022-ci ildə Gəncə şəhəri, Sosial Müdafiə fondundə işləyən Kəmalə adlı qadının vasitəsi ilə tanımış və həmin vaxtlar özü Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıb işləmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs ilə telefonda danışdıqdan sonra ondan ilkin olaraq 1500 manat borc pul istəmiş, həmin vaxtı Zərərçəkmiş şəxs ona alacaqları olduğunu və onları alıb ona 1500 manat borc pul verə biləcəyini söyləmişdir. Həmin söhbətdən təxminən 5-6 gün sonra isə Zərərçəkmiş şəxs 1500 manat pulu iş yoldaşı Türkiyə Respublikasının vətəndaşı olan Firuddin Ayrım adlı şəxsin adına olan “Dəniz bank” tərəfindən verilmiş 5295 4500 1498 0171 nömrəli plastik karta göndərmişdir. Zərərçəkmiş şəxs 1500 manat borc aldıqdan sonra Rafael ona demişdir ki, onun bir neçə nəfərdən alacaq və bir neçə nəfərə verəcək pul var, pul verəcəyi insanlar onu sıxıllar və xahiş etmişdir ki, Azərbaycan Respublikasına gələn zaman onunla pul alacağı olduğu şəxslərin evlərinə gedib həmin pulu alsınlar ki, borclarını qaytara bilsin. Həmin vaxt özü Rafael Salamnova heç nə deməmiş və 2022-ci ilin sonlarında Azərbaycan Respublikasına qayıtdıqdan təxminən 15 gün sonra Zərərçəkmiş şəxsla Gəncə şəhəri, “Bayraq Meydanı” adlanan yerdə görüşmüş və hal-əhval tutub ayrılmışlar. O, xəstə olduğu üçün və bir dəfə infarkt keçirdiyi üçün Zərərçəkmiş şəxs yenə də 1N manat borc pul istəmişdir ki, dərmanlarını alsın, Rafael Salamanov da həmin pulu hissə-hissə, yəni 500 manat bir 500 manat da bir tanışı Gülzan adlı qadının adına olan və onun tərəfdən istifadə olunan 4169 7385 2412 2516 nömrəli "xxxx" tərəfindən verilmiş plastik karta vurmuşdur. Onun ümumilikdə Zərərçəkmiş şəxs 2500 manat borcu yaranmışdır. 2023-cü ilin ortalarında yenidən Zərərçəkmiş şəxs 1N manat borc istəmişdir. Həmin pulu Zərərçəkmiş şəxs demişdir ki, tanışı Şahid1 versin, Zərərçəkmiş şəxs 1N manat pulu aparıb tanışı Şahid1 vermiş, o da 1N manat pulu tanışı Şahid1 götürmüşdür. Bundan başqa Rafael Hacıyevin bacanağı Elvin adlı şəxs vasitəsi ilə 200 manatda almışdır ki, dərmanlarını alsın. Beləliklə Zərərçəkmiş şəxs 3700 manat borcu yaranmışdır. Rafael Slamanov ifadəsində yalan deyir, beləki Rafel ümumilikdə ona 3700 manat pul vermiş, həmin puluda ondan borc olaraq almışdır. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmiş və onunla barışmışdır. Ona görə də xəstəliyini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində həbs ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhər Psxiatiriya xəstəxansında mühasib işləyir. O, 2020-ci ilin yanvar ayında X8 ilə tanış olmuş, Səbinə Rəsulova ilə tanış olduqdan sonra Səbinə, ona bildirmişdir ki, əgər pulu varsa versin o, da həmin pulu kreditlə digər şəxlərə faizə versin və bu yolla qazanc əldə etsinlər. O, da Səbinə ilə razılaşmış və bundan sonra 2020-ci ilin aprel ayından 2022ci ilin avqust ayına kimi X5 ümumilikdə 50.N manat pul vermişdir. X9 verdiyi vədi yerinə yetirməmiş və ondan aldığı 50.N manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir. Bir müddət keçdikdən sonra o, Səbinə Rəsulovanın ona qarşı etdiyi dələduzluq barədə digər tanışı Şahid3 məlumat vermişdir. Həmin vaxt Şahid3 ona demişdir ki, onun tanıdığı bir şəxs var onun adı Səfərdir və ona desinlər Səfər də onun pulunu Səbinə Rəsulovdan alsın. O, da Kəmalənin təklifi ilə razılaşmışdır. Tanışı Kəmalə ona Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olduğunu demiş və onun yanında Təqsirləndirilən şəxs ilə telefon vasitəsi ilə əlaqə saxlayıb onun dediklərini Təqsirləndirilən şəxs demişdir. Bundan sonra o, Şahid3 Təqsirləndirilən şəxs Türkiyədə olan nömrəsini almış və ona zəng etmişdir. Telefon vaitəsi ilə Təqsirləndirilən şəxs başına gələnləri və Səbinə Rəsulovanın ona məxsus 50.N manat pulu dələduzluq yolu ilə keçirdiyini demiş və ondan kömək etməsini xahiş etmişdir. Səfər ona Səbinədə olan pulunu ala biləcəyini lakin bunun müqabilində ondan 5500 manat pul alacağını bildirmişdir. O, Səfərlə razılaşmış və Səfərin ona göndərdiyi “Kaptal banka” məxsus 4169 1385 2412 2412 kart hesabına 1N manat pulu Türkiyə Respublikasına məxsus “Deniz Bank” adlı bankın 5295 4500 1498 0171 saylı kart hesabına 3N manat göndərmiş, sonra mobil telefon vasitəsi ilə Səfər ilə əlaqə saxlayan zaman Səfər ona 1N manat pulu N saylı hərbi hissənin qarşısında tanımadığı Nicat adlı şəxsə verməsini bildirmişdir. O, da Təqsirləndirilən şəxs dediyi kimi 1N manat pulu N saylı hərbi hissəsinin X3 aparıb qoymuşdur ki, Təqsirləndirilən şəxs pulu oradan götürsün. 2022-ci ilin noyabr ayında Səfər təkrar ona zəng edərək ondan 500 manat pul istəmiş, o, da Gəncə şəhər Nizami küçəsində satıcı işləyən bacanağının yanına getməsini və ordan 500 manat pul götürməsini bildirmişdir. Bundan sonra Səfər bacanağı Elvinin yanına gedərək ondan əlavə 500 manat pul götürmüşdür. Sonra Səfər ona Səbinəni axtardığını və onun Səbinədə olan 50.N manat pulunu alıb ona qaytaracağını bildirmişdir. Lakin həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs onun pulunu alıb qaytarmamış və həmçinin “işini düzəltmək” adı ilə aldığı 5500 manat pulunu da geri qaytarmaq istəməmiş və müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra o, Səfərində onu aldatdığını başa düşüb bu barədə gedib polisə ərizə ilə müraciət etmiş və polis şöbəsində Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır.Lakin hazırda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ona görə də o, Səfərlə barışmış və ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində yaşayır və Azərbaycan Respublikası MN-nin Gəncə şəhərində yerləşən N saylı hərbi hissəsində mühafizə üzrə növbə rəisi işləyir. Təqsirləndirilən şəxs tanışıdır. 2022-ci ildə tarixi dəqiq yadında deyil tanışı Təqsirləndirilən şəxs ona zəng edərək dostunun ona 1N manat pul gətirəcəyini və həmin pulu ondan götürüb saxlamasını xahiş etmişdir. O, da həmin vaxt işdə olmuş və tanımadığı bir nəfər şəxs hərbi hissənin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq növbətçidən onu soruşmuş, özü həmin vaxt ərazidə olduğu üçün əlaqə saxlayanda həmin şəxsə 1N manat pulu nəzarət buraxılış məntəqəsinə qoyub getməsini bildirmiş, həmin şəxsdə 1N manat pulu nəzarət buraxılış məntəqəsinə qoyaraq getmiş, o, da bir qədər sonra nəzarət buraxılış məntəqəsinə gələrək pulu götürmüşdür. Həmin hadisədən təxminən 1 saat sonra Səfər ona zəng edərək pulu istəmiş və sonra işlədiyi yerə gələrək 1N manat pulu ondan götürüb getmişdir. Həmin şəxsin 1N manat pulu Səfərə nə məqsədlə verməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Cavad bəy Rəfibəyli küçəsi 1-ci dalan ev 16-da ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs təxminən 5-6 ilə yaxındır ki, tanıyır. Əvvəllər Dövlət Sosial Xidmətlər Agetliyinin Gəncə şöbəsində sosial işçi kimi işləmişdir. X2 Gəncə Psixiatrik xəstəxananın mühasibi işlədiyi üçün onu oradan tanımışdır. Təqsirləndirilən şəxs da qiyabi olaraq tanıyır. O, bir neçə dəfə telefon vasitəsi ilə danışmış, 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ona demişdir ki, Səbinə adlı qadın onun 50N manat pulunu mənimsəmiş və ondan həmin pulu almaq üçün bəlkə tanışı olduğunu soruşmuşdur. O da həmin vaxtı ağlına Təqsirləndirilən şəxs gəlmişdir. O, telefon vasitəsi ilə əlaqə saxlamış, həmin vaxtı Təqsirləndirilən şəxs Türkiyə Respublikasında olmuş, telefon vasitəsi ilə Təqsirləndirilən şəxslə əlaqə saxlayıb ona Zərərçəkmiş şəxs dediklərini demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, narahat olmasın, Zərərçəkmiş şəxs Səbinə adlı qadında olan 50N manat pulunu ala biləcəkdir. Bundan sonra Zərərçəkmiş şəxs telefon nömrəsini Təqsirləndirilən şəxs vermişdir. Sonradan Zərərçəkmiş şəxsla görüşən zaman ona demişdir ki, Təqsirləndirilən şəxslə danışmış və Təqsirləndirilən şəxs ondan Səbinə adlı qadında olan 50N manat pulunu geri almaq üçün hansı məbləğdə pula razılaşdıqlarını bilmir, lakin həmin məbləğin 5500 manat olmasını eşitmişdir. Məhkəmə istintaqı zamanı tərəflərin razılığı ilə ibtidai istintaq zamanı şahid qismində vermiş olduğu ifadəsi tədqiq edilərək araşdırılmış Şahid2 ifadəsindən görünür ki, Gəncə şəhəri AKTA-6 ətrafında nömrəsiz fərdi yaşayış evində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun bacanağıdır. 2021-ci il tarixdə özünə məxsus avtomobillə qəza törətmiş və həmin qəza nəticəsində başqa avtomobillərə ziyan dəymişdir. Maddi vəziyəti yaxşı olmadığına görə qəzada ziyan vurduğu avtomobili təmir etmək üçün Zərərçəkmiş şəxs 500 manat borc pul almış və dəymiş ziyanı ödəmişdir. 2022-ci ilin noyabr ayında Gəncə şəhər “Keçəllər” adlanan küçədə satıcı işlədiyi paltar mağazasına Səfər adlı şəxs gəlmiş və onun Rəfailə olan 500 manat pul borcunu ondan götürəcəyini bildirmiş, ona kim olduğunu və həmin pulu niyə ona verdiyini demiş, Səfər adlı şəxs Rafaelin özünün onda olan 500 manat pulu götürməyini dediyini bildirmiş, sonra Səfər yanında Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng etmiş və Rafael onda olan 500 manat pulu Səfər adlı şəxsə verməyini demiş, o da Rafael dedikdən sonra ona olan 500 manat borcunu Səfər adlı şəxsə vermişdir. Həmin vaxtdan sonra nə Səfəri nədə ki, Rafaeli görməmişdir. İş materiallarında olan və məhkəmə baxış zamanı tədqiq edilərək araşadırılmış -12 fevral 2024-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə ********* nömrəli cinayət işi başlanmışdır. -“Üzləşdirmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadələr arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. -12 mart 2024-cü il tarixli “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, həmin tarixdə CPM-nin 53.1.3 maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. -28 mart 2024-cü il tarixli “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. -30 mart 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona ittiham elan olunaraq, barəsində “Başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - “Axtarış elan edilməsi haqqında” qərardan görünür ki, 26 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və həmin tarixli qərarı ilə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. -“Könüllü gəlmə haqqında” 17 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün könüllü olaraq istintaqa gəldiyi üçün barəsində olan cinayət işi üzrə icraat təzələnmiş və barəsində seçilmiş “ başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə“ qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-3513/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxxx 1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi təırəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli 016-16-3/2-2564-1024 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda nəqliyyat vasitəsi yoxdur. Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 2800 manat cərimə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Gəncə Apelyasiya məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə barəsində CM-nin 178.2.4-cü maddəsi ilə çıxarılmış hökm CM-nin 178.1-ci maddəsinə tövsif edilmiş, cəzası 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına dəyişdirilmiş və xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. -Ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etdiyi hesaba 4N manat pul köçürmüşdür. -Zərərçəkmiş şəxs təqdim etdiyi notarial qaydada ərizədən müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər tam olaraq ödənilmişdir. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında sənəddən görünür ki, Təqsirləndirilən şəxs “Ürək çatışmamazlığı” xəstəliyindən əziyyət çəkməklə İİ dərəcə əlildir. -X16 Poliklinikanın təqdim etdiyi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Şəkərli diabet İİ tip” xəstəliyindən əziyyət çəkir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yəni, zərərçəkmiş şəxs tərəfindən yalnız 3700 manat borc pul aldığını, lakin məqsədinin dələduzluq olmadığını göstərməsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxsin vermiş olduğu ifadəsinin həqiqətə uyğun olmaması, iş materiallarında olan, tədqiq edilmiş sübutlarla zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadəsi, ödəniş qəbzləri, kart hesabından çıxarışlar, telefon danışıqları və digər istintaq hərəkəti protokolları ilə sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd etdiyi hesaba 4N manat pul köçürmüşdür. Digər 500 manat pulu Şahid2 vermiş və 1N manat pulu isə Şahid1 vermişdir. Həmin şəxslər də pulu təqsirləndirilən Təqsirləndirilən şəxs verdiklərini təsdiq etmişlər. Beləliklə Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs 5500 manat pul verməsi ödəniş qəbzləri və şahid ifadələri öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsin həmin pulları borc məqəsdi ilə almasına münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs əvvəllər bir-birini tanımamış və onları iş üzrə Şahid3 tanış etmişdir. Şahid3 və zərərçəkmiş şəxsin ifadələrində göründüyü kimi onları tanış etməkdə məqsəd zərərçəkmiş şəxsin Səbinə Rəsulovadan pulunu almaq istəməsi olmuşdur. Təqsirləndirilən şəxs isə bu işdə ona köməklik edəcəyi adı ilə zərərçəkmiş şəxsi aldadıb pulunu almaqla ona qarşı dələduzluq etmişdir. Qeyd edilənlərə əsasən təqsirləndirilən şəxsin verdiyi ifadəsini özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qəbul edilməlidir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, İİ qrup əlil olmasını, ürək çatışmazlığı və şəkərli diabet xəstəliklərindən əziyyət çəkməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Bununla yanaşı məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını da əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin dəymiş ziyanı tam şəkildə ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, xəstəliklərdən əziyyət çəkməsini eləcə də onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 178.2.4cü maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş hökm qanuni qüvvəyə minənədək onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə məhkəmə xərci, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384- cü maddələrini rəhbər tutub, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar