Məhkəmə qərarları › İş №1(125)-311/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-311/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-311/2023 14.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1998-ci il Xanlar Rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan,Göygöl şəhəri, N.Nərimanov küçəsi ev 11-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri H.Z.Tağıyev küçəsi ev 73-də yaşayan Zərərçəkmiş şəxs ilə əri Təqsirləndirilən şəxs yaşadıqları evdə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən və plastik boru ilə kürək nahiyəsindən vuraraq sağ kürək nahiyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sağ bazu nahiyyəsinin qançırı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa Yüngül dərəcəli xəsarət yetirməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Əvvəllər münasibətləri normal olmuşdur.Bəzi vaxtlarda yəni asudə vaxtlarında spirtli içki də qəbul edir. Vüsalə bunun üstündə onunla mübahisə edir. xx.xx.2023-cü ildə axşam saat təxminən 20:30 radələrində evə gələn zaman yenə bir qədər spirtli içki qəbul etmişdir.Evə gələn zaman Vüsalə uşağa yemək yedizdirməklə məşğul olmuşdur.Lakin Vüsalə uşağın üzərinə qışqırmış, özü isə ona əvvəllər də evdə qışqırmamasını, uşaqla o cür danışmamasını dediyindən, həm biraz onun üstündə həmdə spirtli içki qəbul etməyinin üstündə Vüsalə onunla mübahisə etməyə başlamışdır.Onu əvvəlcə əl zərbəsi ilə üz və bədəninin müxtəlif yerlərindən vurmuş, Vüsalə həyətinə çıxmış, özü isə onun ardınca həyətə çıxmışdır.Əsəbi soyumadığı üçün həyətdə olan plastik boru əlinə keçmiş və həmin boru ilə Vüsalənin kürək nahiyyəsindən vurmuşdur.Hazırda Vüsalə ilə barışmışdır. Məhkəməyə ərizə təqdim edərək barəsində aparılan icraat xitam verilməsini xahiş etdi. Məhkəmə islasında zərərçəkmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır.Onunla 2022-ci ildə ailə həyatı qurmuşlar. Nicat ilə əvvəllər münasibəti normal oldu, ara-sıra xırda mübahisləri baş versə də ümumilikdə isə dolanmışlar.Son vaxtlar isə Nicat tez-tez evə içkili halda gəlməyə başlamış, evə içkili gəldiyi zaman isə Nicat evdə onunla mübahisə etməyə başlamışdır. Nicat bir neçə dəfədir ki, mübahisə edərək onu döymüşdür.Belə hallardan birisi də xx.xx.2023-cü il tarixdə baş vermişdir.Belə ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında təxminən 20:30 radələrində həmişəki qaydada evdə olmuş, həmin vaxt Nicat yenə evə içkili vəziyyətdə gəlmişdir.Özü isə əyləşib uşağı yedizdirmişdir. Nicatın içkili gəlməsinə əsəbləşmiş, lakin çox biruzə verməmişdir.Uşağa əsəbləşib qışqıran zaman Nicat içkili halda heç bir səbəb olmadan uşağa qışqırmamağını deyərək mübahisə etməyə başlamışdır.Bundan sonra övladına yemək verərkən Nicat əlində bıçaq ilə üzərinə gəlmiş, lakin bıçaqla ona heçnə etməmişdir.Yalnız əli ilə onu sağ qolundan və baş nahiyəsindən vurmuş, bundan sonra evdən həyətə çıxmışdır. Nicat isə onun arxasınca həyətə çıxmış və həyətdə olan plastik boru ilə kürək nahiyyəsindən vurmuşdur.Bununla da mübahisə sonlanmışdır. Hazırda Nicatla barışdığını bildirdi, bu barədə notarial ərizə təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş, Gəncə şəhər MTE və PA Şöbəsinin xx.xx.2023-cü il tarixli 611saylı “canlı şəxsin ekspertizası”rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ kürək nahiyyəsinin yumşaq toxumalarının qançır-şişkinlik halında əzilməsi, sağ bazu nahiyyəsinin qançırı — bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. Gəncə şəhəri 66 saylı Evlər Üçlüyünün xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri H.Z.Tağıyev küçəsi ev 73-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Gəncə şəhər Psixonevroloji Dispanserinin 25 aprel 2023-cü il tarixli 295/2019 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən “Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya,yayılmış psoriaz” diaqnozu ilə Gəncə şəhər Psixo- Nevroloji Dispanserdə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi PHŞ-nin X1 Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 256 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən Nevrasteniya, Nevrotik reaksiyalarla XBT 10 F48.0 xəstəliyindən əziyyət çəkir, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət əməlini törədərkən Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyyacı yoxdur. Daxili İşlər Nazirliyinin 28 aprel 2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli notarial ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsi ilə bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə barışmış, ona dəymiş ziyanı ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar