Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-311/2024 08.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı X6, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1979-cu il tarixdə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Samux rayonu, Kolayır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin aprel-may aylarında günü istintaqa dəqiq məlum olmayan tarixdə saat təxminən 13 radələrində ünvan 1 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 01 ədəd, dəyəri 250 (iki yüz əlli) manat olan “Arçelik” markalı qaz sobasını, 01 ədəd 120 manat dəyərində “E.C.A Tiera” markalı duş kranını, 01 ədəd 180 manat dəyərində “E.C.A. Black Mat” markalı iki çıxışlı divar içi duş setini, 01 ədəd 120 manat dəyərində “E.C.A. Luna” tulpan kranını, 01 ədəd 12 manat dəyərində ½ filterli (Arko krant) “E.C.A köməkçi kranını, 01 ədəd 65 manat dəyərində 8 çıxışlı “E.C.A” kollektoru, 01 ədəd 120 manat dəyərində “E.C.A Caro” tülpan kranını, 01 ədəd 120 manat dəyərində “E.C.A Nita” mətbəx kranını, 01 ədəd 130 manat dəyərində “Gloss-Reiter” markalı quruducunu, 01 ədəd 400 manat dəyərində itimat-Qara üç çıxışlı divar içi duş komplektini, 01 ədəd 120 manat dəyərində “E.C.A Logica” markalı əl duşu üçün komplekti və 01 ədəd dəyəri 12 manat olmaqla içərisində 100 ədəd olmaqla qablaşdırılmış “meridyen” markalı vintleri, 01 ədəd dəyəri 1 manat olan sumbata kağızını, 01 ədəd dəyəri 5 manat olan penaplastini və 01 ədəd dəyəri 35 manat olan xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağı həmin evdə usta kimi çalışdıqları və həmin evə daxil olmaq üçün icazə və açarları olmasından istifadə edərək, gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 1690 manat ziyan vurmaqla oğurluq etmişlər. Təqsirləndirilən şəxs2, o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2023-cü ilin aprel-may aylarında günü istintaqa dəqiq məlum olmayan tarixdə saat təxminən 13 radələrində ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən 01 ədəd, dəyəri 250 manat olan Arçelik markalı qaz sobasının, 01 ədəd 120 manat dəyərində “E.C.A Tiera” markalı duş kranını, 01 ədəd 180 manat dəyərində “E.C.A. Black Mat” markalı iki çıxışlı divar içi duş setini, 01 ədəd 120 manat dəyərində “E.C.A. Luna” tulpan kranını, 01 ədəd 12 manat dəyərində ½ filterli (Arko krant) “E.C.A köməkçi kranını, 01 ədəd 65 manat dəyərində 8 çıxışlı “E.C.A” kollektoru, 01 ədəd 120 manat dəyərində “E.C.A Caro” tülpan kranını, 01 ədəd 120 manat dəyərində “E.C.A Nita” mətbəx kranını, 01 ədəd 130 manat dəyərində “Gloss-Reiter” markalı quruducunu, 01 ədəd 400 manat dəyərində itimat-Qara üç çıxışlı divar içi duş komplektini, 01 ədəd 120 manat dəyərində “E.C.A Logica” markalı əl duşu üçün komplekti və 01 ədəd dəyəri 12 manat olmaqla içərisində 100 ədəd olmaqla qablaşdırılmış “meridyen” markalı vintleri, 01 ədəd dəyəri 1 manat olan sumbata kağızını, 01 ədəd dəyəri 5 manat olan penaplastini və 01 ədəd dəyəri 35 manat olan xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağı həmin evdə usta kimi çalışdıqları və həmin evə daxil olmaq üçün icazə və açarları olmasından istifadə edərək, gizli olaraq talamaqla zərərçəkmiş şəxsə 1690 manat ziyan vurmaqla oğurluq etmişlər. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, spirtli içki aludəçisidir. Təqsirləndirilən şəxs2 onun sinif yoldaşıdır. O, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında yerləşən evində Təqsirləndirilən şəxs2lə birlikdə təmir işləri görmüşdür. Onlar birlikdə həmin evdə 2023-cü ilin aprel-may aylarında, gününü dəqiq xatırlamadığı tarixdə işləmişlər. İşlədikləri dövr ərzində Leyla həmin evin açarını Namiqə vermişdir. Onlar işlədiyi dövr ərzində Leylanın icazəsi olmaqla girib orada müəyyən yerləri təmir edib, işləmişlər. Onlar hər gün səhər tezdən saat 07:00-da həmin evə gəlib saat 13:00-dək işləmişlər. 2023-cü ilin təxminən aprel-may ayları ərzində gününü dəqiq xatırlamadığı tarixdə o, Namiqlə razılaşıb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Onlar oğurladıqları əşyaları satıb spirtli içki olan araq qəbul edəcəkləri barədə razılaşmışlar. Bundan sonra o, Namiqlə birlikdə həmin evdən 01 ədəd “Arçelik” markalı qaz sobasını, 01 ədəd duş kranını, 01 ədəd iki çıxışlı divar içi duş setini, 02 ədəd tulpan kranını, 01 ədəd (Arko kran) köməkçi kranını, 01 ədəd kollektoru, 01 ədəd mətbəx kranını, 01 ədəd paltar quruducunu, 01 ədəd üç çıxışlı divar içi duş komplektini, 01 ədəd əl duşu üçün komplekti və 01 ədəd dəyəri “meridyen” markalı vintləri, 01 ədəd sumbata kağızını, 01 ədəd penaplastini və 01 ədəd Xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağını götürərək həmin əşyaları 02 ədəd bir qədər böyük, içərisi görünməyən sellofan torbalara yığaraq evdən çıxarmışlar. Həmin sellofan torbalardan birini Namiqin idarə etdiyi “VAZ-2106” minik markalı avtomobilin yük yerinə, digərini isə onunla birlikdə arxa oturacağın üzərinə qoymuşdur. Namiq həmin avtomobili idarə edərək onunla birlikdə yaşadıqları Samux rayonuna getmişdirlər. O, Samux rayonu Sərkar kəndinin girişində avtomobildən düşmüşdür. Arxa oturacaqdan və yük yerindən selofan torbaları götürüb getmişdir. Bundan sonra Namiq də öz kəndləri olan Kolayır kəndinə getmişdir. Bundan sonra o, Namiqlə birlikdə oğurladığı əşyaları gələcəkdə satmaq üçün bir neçə ay evində saxlamış, lakin o, həmin əşyaların heç birdənəsini də heç kimə satmamışdır. Zərərçəkmiş şəxs polisə şikayət etdikdən sonra polis əməkdaşları həmin əşyaları onun və Namiqin oğurladığını müəyyən etdikdən sonra məcbur qalıb həmin əşyaları Namiqə vermiş, o da Zərərçəkmiş şəxs qaytarmışdır. O və Namiq Zərərçəkmiş şəxs məxsus həmin evdə usta kimi fəaliyyət göstərmişlər və həmin evin açarları evin sahibi Leyla xanım tərəfindən orada işlədikləri müddət ərzində Namiqdə olmuşdur. O, Namiqlə birlikdə həmin evdə usta kimi çalışdıqları üçün həmin evin açarı Namiqdə olmuş və onların həmin evə girməyə ev sahibi tərəfindən icazələri olmuşdur. Buna görədə onlar həmin evə açarla qapını açaraq daxil olmuşlar. O və Namiq həmin əşyaları oğurladıqdan sonra düşünmüşlər ki, həmin əşyaları satsalar onların oğurluq etdikləri bilinər buna görə də bir müddət gözləmək qərarına gəlmişlər, həmçinin bildirmişdir ki, evlənib boşandığı üçün tək yaşayır, buna görədə onun oğurluq etməyi barədə və həmin əşyaların oğurluq olmaları barədə ailə üzvlərindən heç kimin xəbəri olmamışdır. Oğurladıqları əşyaları, öz evinə aparmağı Namiqə o bildirmişdir, çünki düşünmüşdür ki, əşyalar Namiqdə qalsa satar qazancı özünə götürər və ona verməz. Buna görə həmin əşyaları özündə saxlamaq qərarına gəlmiş və Namiqdə onunla razılaşmışdır. Törətdiyi əmələ görə çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq, ona dəyilmiş zərəri ödədiklərini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 1 ilə yaxındır ki, tanıyır. Dəfələrlə ona məxsus olan ünvan 5 ünvanında yerləşən evində təmir işləri görmüşdür. Onunla birlikdə həmin evdə Xəyal adlı usta da işləmişdir. Onlar birlikdə həmin evdə 2023-cü ilin təxminən aprel-may aylarında havalar isinən vaxtlar işləmişlər. İşlədikləri dövr ərzində Leyla ona evin açarlarını vermişdir. Onlar hər gün səhər tezdən saat 07 radələrində həmin evə gəlib saat 13 radələrinədək orada işləmişlər. Bir müddət onlar orada işlədikdən sonra o Xəyalla həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Onlar oğurlayacaqları əşyaları satıb spirtli içki olan araq qəbul edəcəkləri barədə razılaşmışlar. İşlədikləri vaxt ərzində gününü dəqiq xatırlamadığı tarixdə saat 13 radələrində evdən işləyib çıxan zaman Xəyalla birlikdə həmin evdən 01 ədəd “Arçelik” markalı qaz sobasını, 01 ədəd duş kranını, 01 ədəd iki çıxışlı divar içi duş setini, 02 ədəd tülpan kranını, 01 ədəd (Arko kran) köməkçi kranını, 01 ədəd kollektoru, 01 ədəd mətbəx kranını, 01 ədəd paltar quruducunu, 01 ədəd üç çıxışlı divar içi duş komplektini, 01 ədəd əl duşu üçün komplekti və 01 ədəd dəyəri “meridyen” markalı vintləri, 01 ədəd sumbata kağızını, 01 ədəd penaplastini və 01 ədəd Xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağı götürərək həmin əşyaları 02( iki) ədəd bir qədər böyük, içərisi görünməyən sellofan torbalara yığaraq evdən çıxarmışlar. Həmin sellofan torbalardan birini onun idarə etdiyi “VAZ-2106” minik markalı avtomobilin yük yerinə, digərini isə Xəyalla birlikdə arxa oturacağın üzərinə qoymuşlar. O, həmin avtomobili idarə edərək Xəyalla birlikdə yaşadıqları Samux rayonuna getmişlər. Xəyalı Samux rayonu, Sərkar kəndinin girişində avtomobildən düşürmüşdür. Xəyal arxa oturacaqdan və yük yerindən sellofan torbaları götürüb getmişdir. Bundan sonra o, yaşadıqları Samux rayonu Kolayır kəndinə getmişdir. Bundan sonra Xəyal onunla birlikdə oğurladıqları əşyaları gələcəkdə satmaq üçün bir neçə ay evində saxlamış, lakin həmin əşyaları heç birdənəsini də heç kimə sata bilməmişdir. Zərərçəkmiş şəxs polisə şikayət etdikdən sonra polis əməkdaşları həmin əşyaları onun və Xəyalın oğurladığını müəyyən etdikdən sonra Xəyal həmin əşyaları sonuncuya vermiş, o da Zərərçəkmiş şəxs qaytarmışdır. Oğurladıqları malları o, özü şəxsən Zərərçəkmiş şəxs qaytarmış və həmin mallardan heç birini heç kimə sata bilməmişdir. O və Xəyal həmin evdə usta kimi fəaliyyət göstərmişlər və həmin evin açarları evin sahibi Leyla xanım tərəfindən orada işlədikləri müddət ərzində onda olmuşdur, onların həmin evə girməyə ev sahibi tərəfindən icazələri olmuşdur. Buna görə də onlar həmin evə açarla qapını açaraq daxil olmuşlar. O və Xəyal həmin əşyaları oğurladıqdan sonra düşünmüşlər ki, həmin əşyaları satsalar onların oğurluq etdikləri bilinər buna görə də bir müddət gözləmək qərarına gəlmişlər. Ailə üzvlərindən heç kimin onun oğurluq etməsi barədə xəbəri olmamışdır. Törətdiyi əmələ görə çox peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq, ona vurulmuş zərəri ödədiklərini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, onun ünvan 5 ünvanında evi vardır. Həmin evdə heç kim yaşamır. O, arada bir həmin evə gedib baş çəkir. 2023-cü ilin aprel ayında o, evinə lazım olan əşyaları almışdır. Həmin əşyaları evinə yığmışdır. Əşyalarından 01 ədəd dəyəri 250 manat olan “Arçelik” markalı qaz sobasını evin həyətinə qoymuşdur. 01 ədəd 120 manat dəyərində “E.C.A Tiera” markalı duş kranını, 01 ədəd 180 manat dəyərində “E.C.A. Black Mat” markalı iki çıxışlı divar içi duş setini, 01 ədəd 120 manat dəyərində “E.C.A. Luna” tülpan kranını, 01 ədəd 12 manat dəyərində ½ filterli (Arko krant) “E.C.A köməkçi kranını, 01 ədəd 65 manat dəyərində 8 çıxışlı “E.C.A” kollektoru, 01 ədəd 120 manat dəyərində “E.C.A Caro” tülpan kranını, 01 ədəd 120 manat dəyərində “E.C.A Nita” mətbəx kranını, 01 ədəd 130 manat dəyərində “Gloss-Reiter” markalı quruducunu, 01 ədəd 400 manat dəyərində itimat-Qara üç çıxışlı divar içi duş komplektini, 01 ədəd 120 manat dəyərində “E.C.A Logica” markalı əl duşu üçün komplekti və 01 ədəd dəyəri 12 manat olmaqla içərisində 100 ədəd olmaqla qablaşdırılmış “meridyen” markalı vintleri, 01 ədəd dəyəri 1 manat olan sumbata kağızını, 01 ədəd dəyəri 5 manat olan penaplastini və 01 ədəd dəyəri 35 manat olan Xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağı (Latun-CSK(Türkiyə) evin damına qoymuşdur. O, digər başqa şəxsi işləriylə əlaqədar olaraq həmin evə gedib baş çəkə bilməmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evinə baş çəkən zaman 01 ədəd, dəyəri 250 manat olan Arçelik markalı qaz sobasının, 01 ədəd 120 manat dəyərində “E.C.A Tiera” markalı duş kranını, 01 ədəd 180 manat dəyərində “E.C.A. Black Mat” markalı iki çıxışlı divar içi duş setini, 01 ədəd 120 manat dəyərində “E.C.A. Luna” tulpan kranını, 01 ədəd 12 manat dəyərində ½ filterli (Arko krant) “E.C.A köməkçi kranını, 01 ədəd 65 manat dəyərində 8 çıxışlı “E.C.A” kollektoru, 01 ədəd 120 manat dəyərində “E.C.A Caro” tülpan kranını, 01 ədəd 120 manat dəyərində “E.C.A Nita” mətbəx kranını, 01 ədəd 130 manat dəyərində “Gloss-Reiter” markalı quruducunu, 01 ədəd 400 manat dəyərində itimat-Qara üç çıxışlı divar içi duş komplektini, 01 ədəd 120 manat dəyərində “E.C.A Logica” markalı əl duşu üçün komplekti və 01 ədəd dəyəri 12 manat olmaqla içərisində 100 ədəd olmaqla qablaşdırılmış “meridyen” markalı vintleri, 01 ədəd dəyəri 1 manat olan sumbata kağızını, 01 ədəd dəyəri 5 manat olan penaplastini və 01 ədəd dəyəri 35 manat olan Xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağın oğurlanmış olduğunu anlamışdır. Evindən oğurluq etmiş şəxslər həmin evdə usta kimi çalışan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmuşdur. O, evinin açarını usta kimi çalışması üçün Namiqə özü vermişdir. Yəni Namiq və Xəyalın onun evinə girib çıxmağa icazələri olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən onun evindən oğurlanmış əşyalar Namiq və Xəyal tərəfindən ona qaytarılmışdır. Lakin hazırda o, həmin əşyaları satmışdır, onlardan yalnız “Gloss-Reiter” markalı quruducu fərdi yaşayış evində hamamda divardan asılıdır. Ona ümumilikdə dəqiq olaraq 1690 manat manat maddi ziyan vurulub və həmin oğurlanmış əşyaları Namiq və Xəyal tərəfindən ona qaytarılıbdır. Odur ki, məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxslərin ona dəymiş zərəri tam ödədiklərini, onlarla barışdığını nəzərə alaraq, onlara cəza təyin edilməməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus evə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və bu barədə protokol tərtib edilmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Gloss-Reiter” markalı quruducu iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və maddi sübutun zərərçəkmiş şəxsdə saxlanılması nəzərə alınmışdır. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılarkən o, ifadəsində göstərdiklərini hadisə yerində də, göstərərək bir daha təsdiq etmişdir. “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi “Gloss-Reiter” markalı quruducu iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/519 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqim edilmiş və qərarda göstərilən malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 1187,50 manat müəyyən edilir. Həmin malların: bir ədəd “E.C.A Tiera” markalı duş kranı (üç çıxışlı) – 70,00 manat; bir ədəd “E.C.A. Black Mat” markalı iki çıxışlı divar içi duş seti – 400,00 manat; bir ədəd “E.C.A. Luna” tülpan kranı – 40,00 manat; bir ədəd ½ filterli (Arko krant) “E.C.A köməkçi kranı – 6,00 manat; bir ədəd 8 çıxışlı “E.C.A” kollektoru – 40,00 manat; bir ədəd “Arçelik markalı” O 501 YMEB modeli olan qaz sobasını– 120,00 manat; bir ədəd “E.C.A Caro” tülpan kranını – 40,00 manat; bir ədəd “E.C.A Nita” mətbəx kranı – 40,00 manat; bir ədəd “Gloss-Reiter” markalı quruducu – 60,00 manat; İtimat- Qara üç çıxışlı divar içi duş komplekti – 300,00 manat; bir ədəd “E.C.A Logica ” markalı əl duşu üçün komplekt – 40,00 manat; Qabda 100(yüz) ədəd olmaqla qablaşdırılmış “Meridyen” markalı vintlər – 5,00 manat; 01 (bir) kv/m ölçüdə sumbata kağızı- 0,50 manat; 01 (bir) kv/m ölçüdə penaplastin- 1 manat; Xrom rəngli paslanmayan tualet kağızı üçün tutacağın (latun- CSK(Türkiyə)-25,00 manat olması göstərilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Qərib Alıyevin təqdim etdiyi 1 ədəd generator, Kamran Məmmədovun təqdim etdiyi 2 ədəd qazan, 1 ədəd qazan dəsti və 1 ədəd kofe-çay dəsti, həmçinin Təqsirləndirilən şəxs2un təqdim etdiyi 1 ədəd televizor iş üzrə əhəmiyyət kəsb etdiyi üçün cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Samux rayon İcra Hakimiyyəti Başçısının Samux şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il təvəllüdlü X3 adlı bir övladı vardır. Təqsirləndirilən şəxs1 xx.xx.2010-cu il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 adlı üç övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Samux Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 32.5,177.2.1, 32.5,177.2.3 və 32.5,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə cəzasını çəkib qurtarmışdır. Azərbaycan Respublikası CM-in 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 243, 242 “A”, 38-ci maddələri ilə təqsirli bilinib 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya aktının 7-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası CM-in 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmişdir. xx.xx.2024-cü il tarixli arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmurlar. xx.xx.2024-cü il tarixli arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmurlar. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və onun barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, X7 azad edilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər BPİ-nin 3-cü Polis bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə yerini əhatə edən müşahidə kameralarının olması müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhəri ərazisində baş vermiş digər cinayət hadisələrində hər hansı bir iştirakı müəyyən edilməmişdir. Cinayət hadisəsi nəticəsində ictimai qaydada kobud surətdə pozulmamışdır. Sözügedən hadisənin törədilməsində hər hansı bir başqa şəxsin iştirakı müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Gənə şəhər BPİ-nə İTİ-nə ünvanladığı xx.xx.2024-cü il tarixli və məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizələrindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş zərər tam olaraq ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Onlara cəza təyin olunmamasını istəyir. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad olunan əməlləri törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Onların qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş zərəri ödəməsini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törətmiş olduqları cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və cəzalarını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzaların təqsirləndirilən şəxslərin islah olunmasına təsiri nəzərə alınmalı və onlara Azərbaycan Respublikası CM-in 177.2.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası cəza təyin edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, onun həbs yerində saxlanıldığı iki gün müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalıdır. Həmçinin, Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadıqları Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etmələrinə məhdudiyyət qoyulmalı, bundan başqa onların üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin, cəzanın icrası onların yaşadıqları yer üzrə Probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındıqları vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd “Gloss-Reiter” markalı quruducunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 hər birinə işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Samux rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Gloss-Reiter” markalı quruducunun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə, Az.MEM; VÖEN **********; AZ34CTRE ********************, X1, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-311/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-311/2024
08.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver