Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-313/2023 12.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, Azəralüminium zavodunda sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binаsındа açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadıqları ünvan 3 ünvanında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı, Zərərçəkmiş şəxs əli ilə vurub döymüş və daha sonra yataq otağındakı çarpayının yanında olan tumbuçkanın üzərindəki qayçını götürüb sonuncunun boynunun sol yan hissəsini qayçı ilə kəsərək, ona – sağ bazu nahiyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, boyun nahiyəsinin sıyrığı, sol bazu nahiyəsinin qançırı – dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, o, xx.xx.1998-ci ildə Zərərçəkmiş şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən 1 qız və 1 oğlan övladı olmuş, lakin oğlu İİ Qarabağ mqharibəsində şəhid olmuşdur. İlahə ilə münasibətləri əvəllər normal olsa da, sonradan pisləşmişdir. Hazırda isə arvadı İlahə boşanmaq üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir, lakin o, İlahədən boşanmaq istəmir. Buna görə də İlahə ilə aralarında mütəmadi olaraq narazılıqlar yaranır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə yemək yeyən zaman yenə aralarında mübahisə yaranmış və yataq otağında olan zaman İlahəyə iradını bildirmişdir ki, nə üçün onun haqqında nalayiq sözlər işlədir. Həmin vaxt İlahə onun üstünə gəlib əli ilə onu vurmaq istəyən zaman, o da əli ilə İlahənin qolundan vurmuş, tutub itələmiş və yatdıqları çarpayının yanında olan tumbuçkanın üstündə olan qayçını götürmüş və İlahəni özündən uzaqlaşdırmaq istəyən zaman əlində olan qayçı İlahənin boğazının sol tərəfini cızıb kəsmişdir. O, sonra anasını və qardaşını çağırmışdır ki, gəlib onların vəziyyətlərinə baxsınlar. İlahə isə polisə zəng edib polis çağırmış, polis əməkdaşları da gəlib onları şöbəyə dəvət etmişlər. Hazırda o, zərər çəkmiş şəxslə barışıq əldə etmiş, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, yazılı ərizə verərək, onun barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, xx.xx.1998-ci ildə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuş, həmin evlilikdən 1 qız, 1 oğlan övladları olsa da, oğlu ikinci Qarabağ müharibəsində həlak olmuşdur. Əri Vüqarla münasibətləri əvəllər normal olmuş lakin sonradan münasibətləri pisləşmişdir. Bu səbəbdən boşanmaq üçün Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Lakin Vüqar ondan boşanmaq istəmir. Yaşadıqları ev rəsmi olaraq ona məxsusdur, Vüqar isə evi əlindən almaq istəyir. Buna görə də Vüqarla arasında mütəmadi olaraq narazılıqlar yaranır. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı evdə olan zaman Vüqar sərxoş vəziyyətdə onunla mübahisə etmiş və onun nalayiq ifadələr işlətmişdir. O, yataq otağında olan zaman Vüqar üstünə gəlib qollarından əli ilə vurmuş və yataq otağındakı çarpayının yanında olan tumbuçkanm üzərində olan qayçını götürüb boğazına tutub əlində olan qayçı ilə boğazından xəsarət yetirmişdir. O da bundan sonra ona müqavimət göstərmiş və Vüqarın əlindən çıxıb qaçıb polisə zəng edib məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və onları polis şöbəsinə aparmışlar. Lakin hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsin barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər MTE və PA şöbəsinin 29 aprel 2023-cü il tarixli, 606 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bazu nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, hematoması, boyun nahiyyəsinin sıyrığı, sol bazu nahiyyəsinin qançırı- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 24 aprel 2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilmişdir. 02 may 2023-cü il tarixli, 3013 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. 03 may 2023-cü il tarixli, 3128 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. 05 may 2023-cü il tarixdə Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-44/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qərarından və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilsə də, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət işi üzrə icraata xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər ödənilmişdır və iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs, CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 08 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat pul köçürülməlidir. Əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-313/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-313/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver