Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-313/2024 11.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə daxil olmuşdur. İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmuşdur. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat material üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən cinayət işinin baxılmasının Gəncə Şəhər Məhkəməsinə aid olmadığı müəyyən edilmişdir. Belə ki, sadələşdirilmiş icraat mataerialı üzrə tərtib edilmiş Yekun Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:30 radələrində Qırıqlı dəmir yol stansiyasının ərazisində tanışı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş şəxsi münasibətlər zəminində mübahisə zamanı, sonuncu onla kobud danışması səbəbindən əsəbləşərək, yumruqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən vuraraq, sol yanağın yumşaq toxumalarının əzilməsi yarası ilə müşayət edilən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “Yüngül” zərər vurmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş internet informasiya ehtiyatından əldə edilmiş fotoşəkildən görünür ki, Qırıqlı dəmir yol stansiyası Göygöl rayonunun inzibati ərazi vahididir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır; 74.2-ci maddəsinə əsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: - uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; - cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ehtimal olunan cinayət əməli,Göygöl rayonu ərazisində yerləşən Qırıqlı dəmir yol stansiyasıda baş verdiyindən hazırki sadələşdirilmiş icraat materialı aidiyyəti üzrə həmin ərazinin aid olduğu birinci instansiya məhkəməsində, yəni Göygöl Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Cinayət – Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir; 299.3.1-ci maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə məsələyə baxılır; 300.1, 300.1.4-ci maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı baxılması üçün ərazi aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq 1(125)-313/2024 nömrəli məhkəməyədək sadələşdirilmiş icraat baxılması üçün aidiyyəti üzrə Göygöl Rayon Məhkəməsinə göndərilsin. Qərarın surətinin 3 gün müddətində cinayət prosesi tərəflərinə verilməsi və ya poçt vasitəsi ilə göndərilməsi təmin edilsin. Sədrlik edən Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-313/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-313/2024
11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver