Məhkəmə qərarları › İş №1(125)-314/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-314/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-314/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 oğlunun və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloq X3, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, xx xxx 2009-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxx 2008-ci ildə Şəmkir rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, natamam təhsilli, subay, məhkum olunmamış, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci ,177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında 02 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində, Zərərçəkmiş şəxs məxsus saxlanc yeri olan Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 6-ya qapının üzərində olan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağında üst-üstə qoyulmuş 04 ədəd sandıqçanın sonuncusunun içərisindən 5900(beş min doqquz yüz) manat nağd pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5900(beş min doqquz yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla, özgənin əmlakını gizli yolla talamaqla, oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayıb, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışları X8 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 02 oktyabr 2023-cü il tarixdə saat 22:00 radələrində, Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 6-ya qapının üzərində olan pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə qanunsuz daxil olaraq, evin yataq otağında üst-üstə qoyulmuş 04 ədəd sadıqçanın ən sonuncusunun içərsindən 5900(beş min doqquz yüz) manat pulu oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 5900(beş min doqquz yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla, oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 02 oktyabr 2023-cü il tarixdə, təxminən saat 18 radələrində o, bacısını hazırlıqdan gətirən zaman Cəfərsadıq onu yolda görüb ona bildirmişdir ki, Zərərçəkmiş şəxs evdə yoxdur, evləri boşdur. Sonra gedib qardaşını çağırmışdır. Axşam saat 10 radələrində Zərərçəkmiş şəxs evinə getmişlər. Cəfərsadıqın qardaşı onları çöldə gözləmişdir. Cəfərsadıq pəncərəni açıb içəri girmiş, sonra qapını açmış o da içəri girmişdir. Onlar evi axtarmağa başlamışlar. Evdə üst-üstə yığılan çamadanlar görmüşlər. Onları yoxlamağa başlamışlar və çamadanlardan birini aça bilməmişlər. Cəfər-Sadiq çamadanı yerə vuraraq qırmışdır. Çamadanın içərisindən salfetkaya bükülmüş pul yerə düşmüşdür. Onlar pulu götürüb evi tərk etmişlər. Sonra pulu saydıqda görmüşlər ki, salfetka bükümünün içərisində 1100(min yüz) manat pul var. Pulu 3 nəfər arasında bölmüşlər. 360(üç yüz altmış) manat pul ona verilmiş və o, payına düşən pulu götürərək özünə telefon və paltar almışdır. O, borcunu ödəyəcəyini bildirmişdir. Sonda o, törətdiyi cinayət əməllərindən peşman olduğunu bildirmişdir. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 saat 6 radələrində bacısını hazırlıqdan gətirdiyi zaman görmüşdür. Amil və öz qardaşına Zərərçəkmiş şəxs evində heç kimin olmadığını bildirmişdir. Onlar axşam saat 10 radələrində oğurluq məqsədilə evə daxil olmuşlar. Cəfərsadıqin qardaşı onları çöldə gözləmişdir. O, Amil ilə birlikdə pəncərədən içəri daxil olmuşdur. Onlar içəri daxil olduqdan sonra içərini axtarmağa başlamışlar və içəridə üst-üstə yığılan çamadanlar görmüşlər. Onlar çamadanlardan birini aça bilməmişlər. Sonra o, çamadanı yerə çırparaq sındırmışdır. Çamadanın içindən salfetkaya bükülmüş pul yerə düşmüş, onlar pulu götürərək evi tərk etmişlər. Salfetka bükümünün içindən 1100 (min yüz) manat pul var idi. Onlar pulu 3 nəfər arasında bölmüşlər. O, öz payına düşən pulu götürərək özünə palatar və telefon almışdır. Hazırda o, hərəkətindən peşmandır. Ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli onların özlərinin ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, yodaşı ilə birlikdə Bərdə rayonuna qardaşıgilə qonaq qismində getmişlər. Onlar Bərdə rayonuna yola düşən zaman isə evlərinin qıpısını bağlamış və evdə kimsə qalmamışdır. 01 (bir) gün sonra, yəni xx.xx.2023-cü il tarixdə saat 12 (on iki) və ya 01 (bir) radələrində yenidən Gəncə şəhərinə, yaşadıqları ünvana qayıtmışlar, mənzilə çatan zaman, mənzilin giriş qapısının yanında yerləşən pəncərənin sındırıldığını görmüşlər. Bunun üzərinə evə daxil olmamışlar. Oradan tərpənməyərək Azərbaycan Respublikası daxili işlər Nazirliyinin “102” zəng xidmətinə zəng etmişlər. Qısamüddətli gözləmədən sonra polis əməkdaşları yaşadıqları mənzilin qarşısına gəlmişlər. Polis əməkdaşları ilə birlikdə açar vasitəsi ilə mənzillərinin giriş qapısını açaraq içəri daxil olmuşlar. Mənzilə daxil olduqdan sonra arvadı Rəna Məmmədova içəridəki əşyaların darmadağın vəziyyətdə olmasını görmüşdür. Sanki kimsə və ya kimlərinsə mənzilə daxil olaraq, nə isə axtarmış və axtardıqları hər nə olmuşsa onu tapana kimi əşyaları yoxlayıb sağa-sola atmışlar. Daha sonra arvadı mənzil otaqlarından birində olan böyük çantalardan birini açmış və həmin çantanın içərisində olmalı olan 5900( beş min doqquz yüz) manat nağd pul vəsaitin çantada olmamasını görmüşdür. Bununla da onlara məxsus olan və həm onun, həm də arvadı Rəna Məmmədovanın pensiyasından yığdıqları 5900 (beş min doqquz yüz) manat nağd pul vəsaitinin gizli olaraq, talandığını öyrənmişlər, o, pulunun geri qaytarılmadığı halda təqsirləndirilən şəxslərə ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, yoldaşı ilə birlikdə o, xx.xx.2023-cü il tarixdə Bərdə rayonuna ərinin qardaşıgilə getmişlər. Həmin gün orada qalmalı olmuşlar. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində şəhərə qayıtdıqda yaşadıqları mənzilin qapısının yanında yerləşən kiçik pəncərənin açılmış olduğunu görmüşlər. Dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” zəng xidmətinə müraciət etmişlər. Həmin müraciətin üzərindən bir neçə dəqiqə keçmiş, polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirməyə başlamışlar. Qapını açarla açaraq içəri daxil olmuşlar. Evdəki əşyalar qırağa səpələnmiş vəziyyətdə olmuşdur. Orada kiminsə qanunsuz daxil olaraq, nəyisə axtarması hiss olunmuşdur. Döşəklər, çarpayılar, yorğanlar yerdə olmuşdur. Daha sonra dolaba tərəf getmişlər. Dolabın, üzərilərinə pərdə asılmış rəflərinə toxunulmamış, lakin dolabın yanında olan çantalardan birində, hər zaman saxladıqları 5900(beş min doqquz yüz) manat pulun yerində olmadığını görmüşlər. Bununla da evlərinə qanunsuz olaraq girən naməlum şəxs və ya şəxslərin mənzillərinə məhz oğurluq əməlini törətmək üçün girdiklərini anlamışlar. Həmin naməlum şəxs və ya şəxslərin qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Qanuni nümayəndə2 ifadəsində göstərmişdir ki, O. Cəfərsadıqin anasıdır. Amma uşağını o böyütməmişdir. Onun uşağını onun anası böyütmüşdür. Anası öldükdən sonra uşağın tərbiyyəsi ilə onun bacısı məşğul olmuşdur. O, ona vaxt verilsə oğlunun oğurladığı pulu geri qaytarmağa hazır olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs məxsus ünvan 4 ünvanında baş vermişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Rasi oğlu ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki. Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki. Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olmamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış 25 aprel 2024-cü il tarixli məktublarında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına 3 saylı Gəncə Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux və Daşkəsən ravonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. -Azərbaycan Respuublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi yoxdur. -Azərbaycan Respuublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi yoxdur. -Gəncə şəhəri Psixonevroloji dispanserdən alınmış 10.01,2024-cü il tarixli 112 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhəri Psixonevroloji dispanserdən alınmış 10.01,2024-cü il tarixli 113 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər İcra Hakimiyyətinin 21 saylı küçə üçlüyündən daxil olmuş Xasiyyətnamədə göstərilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 həqiqətən ünvan 5 ünvanında yaşayır. Onun barəsində mənzil istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. -Gəncə şəhər İcra Hakimiyyətinin 21 saylı küçə üçlüyündən daxil olmuş Xasiyyətnamədə göstərilmişdir ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 həqiqətən ünvan 6 ünvanında yaşayır. Onun barəsində mənzil istismar sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Yaqubov X1 Mail İsax oğlunun evinə qanunsuz daxil olmuşlar, qanunsuz daxil olduqları həmin evdən heç kimin görmədiyi bir vəziyyətdə gizli olaraq pul oğurlamışlar. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ifadəsində zərər çəkmiş şəxsin evindən 5900(beş min doqquz yüz) manat deyil, 1100(min yüz) manat pul oğurladığını bildirsələr də, onların bu ifadəsi zərər çəkmiş şəxsin ifadəsi ilə təkzib olunur. Belə ki, cinayət işinin materiallarından görünür ki, zərər çəkmiş şəxs həm DİN-in 102 xidmətinə şifahi qaydada məlumat verərkən, həm cinayət barədə ərizə ilə Gəncə şəhər Baş Polis İdarəsinə müraciət edərkən, həm də ibtidai istintaq və məhkəmə istintaq zamanı ifadələrində bir mənalı olaraq hadisə vaxt onun evindən 5900(beş min doqquz yüz) manat məbləğində pul vəsaitinin oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun evindəki çamadanda 5900(beş min doqquz yüz) manat pul olmuşdur o, hadisədən bir gün qabaq pulu həyat yoldaşı ilə birlikdə saymışdır. Göründüyü kimi, zərər çəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatlar daha ağlabatan görünür. Odur ki, məhkəmə hesab edir ki, oğurlanmış pul vəsatinin məbləği ilə bağlı zərər çəkmiş şəxsin ifadəsi daha inandırıcı və mötəbərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yetkinlik yaşına çatmamasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun yetkinlik yaşına çatmaması, o cümlədən cəzasını yüngülləşdirən digər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun yetkinlik yaşına çatmaması, o cümlədən cəzasını yüngülləşdirən digər halların olması və cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 17.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən müdafiəçi X2 Təqsirləndirilən şəxs1, müdafiəçi X4 isə Təqsirləndirilən şəxs2 məhkəmədə 18 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 108(yüz səkkiz) manat, cəmi 216(iki yüz on altı) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına şatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğluna göstərilmiş hüquqi yardıma görə müdafiəçilər X2 və X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 108 (yüz səkkiz) manat olmaqla cəmi 216 (iki yüz on altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar