Məhkəmə qərarları › İş №1(125)-315/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-315/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-315/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X8 iştirakı ilə xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 228.1 və 234.1 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təkrar yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq üzərində saxlamış və qanunsuz olaraq odlu silahı və döyüş sursatını əldə edib gəzdirərək üzərində daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 47,458 qram narkotik vasitə tiryəki qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən “Nur” adlı mağazanın yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİnin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümün içərisindən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 47,458 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 19 fevral 2023-cü il tarixdə saat 23 radələrində Şahid6 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən ünvansız yaşayış olmayan fərdi yaşayış evinin hasarından aşaraq qanunsuz olaraq içəri daxil olub oradan Zərərçəkmiş şəxs2 Natiq oğluna məxsus 13 (on üç) ədəd bir ədədinin dəyəri 18 manat 50(əlli) qəpik olan 6 metr uzunluğunda 5x18 ölçüdə taxtaları gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 240,5 (iki yüz qırx) manat 50 qəpik) manat məbləğində maddi ziyan vurmaqla ümumilikdə zərər çəkmiş şəxsə vahid niyyətlə 240,50 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 fevral 2023-cü il tarixdə saat 23 radələrində X4 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 38-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evinə qanunsuz olaraq daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 170 (yüz yetmiş) manat dəyərində “BOSCH” markalı preferatoru, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “BOSCH” markalı laqonda aparatını, 1 ədəd 90 (doxsan) manat dəyərində “İkstal” markalı preferatoru, 1 ədəd 90 (doxsan) manat dəyərində "Atec” markalı laqonda aparatını, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində iran peçini, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində taxtakəsən aparatı, 1 ədəd 180 (yüz səksən) manat dəyərində “BOSCH” markalı lazer tərəzini, 1 ədəd “Andeli” markalı 250 (iki yüz əlli) manat dəyərində qaynaq aparatını, 1 ədəd “BOSCH” markalı 60 (altmış) manat dəyərində direli, 1 ədəd 240 (iki yüz qırx) manat dəyərində səsgücləndiricini və 1 ədəd 70 (yetmiş) manat dəyərində plastik boruları birləşdirmək üçün nəzərdə tutulmuş ütü aparatını gizli olaraq talamışdır. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli, TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən nasaz və yalnız sağ lülədən atəş üçün yararlı, 16 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənginin kəsiyini və 03 ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlarını əldə etməklə üzərində daşıyaraq saxlamış, barəsində qanunsuz olaraq odlu silah saxlaması barədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 23 fevral 2023-ci il tarixdə saat 22:50 radələrində Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Gəncə şəhəri, Aydınbəyov küçəsi, 1-ci döngə, 51 saylı binanın yaxınlığında saxlanılaraq ünvan 5 ünvanda yerləşən Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins salvarın belinin sağ yan hissəsindən 1 ədəd göy rəngli sellofan torbanın içərisindən 1 ədəd nömrəsi silinmiş, keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli , TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, lüləsi və qundağı kustar üsul ilə kəsilmiş, təyinatını itirmiş, texniki cəhətdən nasaz və yalnız sağ lülədən atəş üçün yararlı, 16 kalibrli yivsiz odlu silah hesab edilən ov tüfənginin kəsiyi və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 03 ədəd Türkiyə Respublikasında zavod üsulu ilə istehsal olunmuş 16X70 kalibrli, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş, istifadə və atəş üçün yararlı döyüş sursatı sayılan patronlar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 228.1 və 234.1-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, təxminən bir ildən artıqdır ki, “qara” kimi tanıdığı narkotik vasitə olan tiryəkdən istifadə edirmiş. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağında avtobus gözləyən zaman yaxınlıqda yerdə siqaret qutusunu görmüş, o həmin siqaret qutusunu diqqətini cəlb etdiyi üçün yerdən götürmüşdür. O həmin siqaret qutusunun içərisinə baxan zaman bir ədəd şəffaf rəngli sellofana bükülmüş büküm aşkar etmişdir. O siqaretin qutusunu kənara atıb həmin bükümün içərisinə baxmış bundan sonra bükümün içərisində “qara” kimi tanıdığı narkotik vasitə olan tiryək olduğunu görmüş sonra o həmin bükümü qəbul etməkdən ötrü cibinə qoymuşdur. Həmin gün saat təxminən 16 radələrində Gəncə şəhər Azərbaycan Əsgəri küçəsində yerləşən “Nur” adlanan marketin yaxınlığında piyada hərrəkət edən zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduğunu bildirmişlər və narkotik vasitənin istifadəsində, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə getməyini bildirmişlər və o polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis şöbəsinə getmişdir. Şöbənin inzibati binasında xidməti iş otaqların birində müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində gəzdirilməsi, saxlanılması qadağan olunmuş əşya və ya kütlənin olub olmaması, əgər vardırsa təqdim etməsi izah olunmuşdur. Həmin vaxt o əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm çıxardıb təqdim etmiş həmin büküm onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 48,79 qram gəlmiş sonra həmin büküm qablaşdırılaraq üzəri möhürlə möhürlənərək imzalarla təsdiqlənmişdir. xx.xx.2023-cü il tarixdə pula ehtiyacı olduğuna görə oğurluq etməyə qərar vermişdir. Bunun üçün ilk növbədə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getməyə qərar vermiş oğurluq etmək üçün ilk növbədə Gəncə şəhəri, Məhsəti qəsəbəsində küçələri gəzmiş və içərisində yaşayış olmayan fərdi yaşayış evlərini axtarmağa başlamışdır. Gəncə şəhəri, Məhsəti qəsəbəsində bir-birlərinə yaxın yerləşən iki fərdi yaşayış evində yaşayış olmadığını müəyyən etmiş və həmin evlərdən oğurluq etmək üçün qaranlığın düşməsini gözləmiş həmin evin birinin hasarı yox imiş. Qaranlıq düşəndən sonra təxminən gecə saat 23 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən hasarı olmayan evin içərisinə daxil olmuş və oradan ayaqaltına düzülmüş təxminən 5-6 metr uzunluğunda 3 (üç) ədəd taxtaları bir-bir götürərək çölə daşımış daha sonra həmin evin yaxınlığında yerləşən transformator yanında olan evin hasarından aşaraq içəri daxil olmuş, çardağın altında olan çox sayda taxtalardan 13 (on üç) ədəd taxtaları bir-bir həyətə daşıyaraq çıxartmış daha sonra həmin taxtaların hamısını bir yerə yığmışdır. Həmin oğurladığı taxtaları daşımaq üçün üzərində yük yeri olan maşın axtarmağa başlamış Gəncə şəhəri, Məhsəti qəsəbəsində nömrəsini xatırlamadığı, özünü tanımadığı “Qazel” markalı avtomobil sürücüsünü tapmış və onu həmin “Qazel” sürücüsünə özünə məxsus taxtaların olduğunu həmin əşyaları Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən yaşadığı binanın yanına aparacağını bildirmiş, həmin sürücü ona inanmış, o tanımadığı həmin şəxsin avtomobilinə minərək həmin şəxsə yolu göstərərək Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən oğurladığı taxtaların yanına aparmışdır. Orada ümumilikdə 16 (on altı) ədəd taxtaları avtomobilin yük yerinə yükləmiş daha sonra həmin taxtaları həmin “Qazel” markalı avtomobil ilə yaşadığı Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən binanın yaxınlığına gətirmiş, “Qazel” markalı avtomobilin sürücüsünə 5 (beş) manat pul vermiş və oğurladığı taxtaları yaşadığı binanın saxlanc yerinə yığmışdır. Səhərisi günü oğurladığı taxtaları satmaq üçün sürücüsünü, dövlət qeydiyyat nişanını xatırlamadığı başqa "Qazel" markalı avtomobilə yığmış və həmin avtomobil ilə oğurladığı əşyaları Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən “Sərçə Bazarı” adlanan yerə aparmış orada də tanımadığı şəxsə bir ədədini 10 manata olmaqla ümumilikdə 160 manat qiymətə satmış həmin pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, təxminən 2023-cü ilin fevral ayında günorta saatlarında Gəncə şəhəri, Məhsəti qəsəbəsində gəzişərkən orada yerləşən Arzu mebel salonunun yaxınlığında bir ədəd göy sellofan torba diqqətini çəkmiş, yaxınlaşıb həmin torbanın içərisinə baxdıqda bir ədəd lüləsi və qundağı kəsilmiş 1 ədəd ov silahı, 1 ədəd giliz, 3 ədəd patron olduğunu aşkar etmişdir. O içərisində həmin silah, patronlar və giliz olan torbanı gələcəkdə ov etmək məqsədi ilə götürmüş, o həmin torbanı yaşadığı binanın yaxınlığında yerləşən qazanxanada gizlətmişdir. xx.xx.2023-cü il axşam saatlarında həmin silah və patronlarını sellofan torbanın içərisindən götürüb yaşadığı evə aparmaq istəyən zaman yaşadığı binanın yaxınlığında mülki geyimli şəxslər ona yaxınlaşıb, xidməti vəsiqələrini göstərərək özlərini təqdim edib polis əməkdaşları olduğunu bildirmişlər və onu Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmiş, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gəlmişdir. Şöbədə ona hüquqları izah olunmuş, sonra isə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdr. Həmin vaxt ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş və o əynində olan göy rəngli cins şalvarının sağ yan tərəf bel hissəsində saxladığı sellofan torbanın içərisində 1 ədəd silahı, əynində olan qara rəngli qış ödəkçənin sağ yan cinindən 3 ədəd patron və 1 ədəd gilizi çıxarıb təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin silah, patronlar və 1 ədəd gilizə baxış keçirilərək götürülmüş və torbaya qoyularaq qablaşdırılıb üzəri möhürlənmiş və sənədləşmə aparılmışdır. Bundan başqa, o, xx.xx.2023-ci il tarixdə saat 23:40 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin içərisindən 2 ədəd preferator, 2 ədəd laqonda aparatı, 1 ədəd kiçik ölçülü direl, 1 ədəd taxtakəsən alət, 1 ədəd səsgücləndirici, 1 ədəd iran peçi, 1 ədəd lazer tərəzi, 1 ədəd ütü aparatı və 1 ədəd qaynaq aparatını oğurlamışdır. O, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evində heçkəsin yaşamadığını müəyyən etmiş, həmin evin hasarından aşaraq həyətə düşmüş və həyətdə olan plastik pəncərəyə fiziki təsir edərək evin içərisinə daxil olmuş oğurluq etməmişdən əvvəl və sonra bu barədə heç kəsin məlumatı olmamışdır. O, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan fərdi yaşayış evindən oğurladığı 2 ədəd preferator, 2 ədəd laqonda aparatı, 1 ədəd kiçik ölçülü direl, 1 ədəd taxtakəsən alət, 1 ədəd səsgücləndirici, 1 ədəd iran peçi, 1 ədəd lazer tərəzi, 1 ədəd ütü aparatı və 1 ədəd qaynaq aparatını Gəncə şəhəri, M.Sultanov küçəsində yerləşən “Sərçə Bazarı” adlanan yerə satmaq üçün aparmış, orada 1 ədəd iran peçi, 1 ədəd taxtasıyıran aparat, 1 ədəd “Atec” markalı laqonda və 1 ədəd “İkstal” markalı preferatordan başqa yerdə qalan əşyaları tanımadığı ayrı-ayrı şəxslərə ümumilikdə 330 (üç yüz otuz) manat qiymətə satmışdır. Əməlindən peşmandır. Törətdiyi oğurluq cinayətləri üzrə zərərçəkmiş şəxslərə vurulmuş zərəri ödəmişdir. Cəza təyini zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Gəncə şəhərində ustalıq edərək ailəsini dolandırır. Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 38-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evi baldızı X4 məxsusdur. Həmin evdə heç kəs yaşamır, o usta olduğuna görə həmin evin təmirini özü edirmiş. xx.xx.2023-cü il tarixdə baldızı X4 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 38-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evində həmin günü saat 19 radələrindək işləmiş və daha sonra yaşadığı evə getmiş və bütün usta alətlərini orada qoymuşdur. xx.xx.2023cü il saat 09 radələrində işləmək üçün baldızı X4 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 38-ci küçədə yerləşən ünvansız fərdi yaşayış evinə işləmək üçün gəlmişdir. Evin qapısının kilidini açıb içəri daxil olmuş evin içərisinə daxil olan zaman evin içərisindən ona məxsus 1 ədəd 170 (yüz yetmiş) manat dəyərində “BOSCH” markalı preferatorunun, 1 ədəd 150 (yüz əlli) manat dəyərində “BOSCH” markalı laqonda aparatının, 1 ədəd 90 (doxsan) manat dəyərində “İkstal” markalı preferatorunun, 1 ədəd 90 (doxsan) manat dəyərində “Atec” markalı laqonda aparatının, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində iran peçinin, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində taxtakəsən aparatının, 1 ədəd 180 (yüz səksən) manat dəyərində “BOSCH” markalı lazer tərəzinin, 1 ədəd “Andeli” markalı 250 (iki yüz əlli) manat dəyərində qaynaq aparatının, 1 ədəd “BOSCH” markalı 20 (altmış) manat dəyərində direlin, 1 ədəd 240 (iki yüz qırx) manat dəyərində səsgücləndiricinin və 1 ədəd 70 (yetmiş) manat dəyərində plastik boruları birləşdirmək üçün nəzərdə tutulmuş ütü aparatının oğurlandığını aşkar etmişdir. Bundan sonra o həmin günü xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən Daşkəsən rayonunda yerləşən "xxxx" QSC-də təmir-tikinti şöbəsində usta işləyir. Gəncə şəhəri, Məhsəti qəsəbəsində özünə məxsus olan dörd sot torpaq sahəsində fərdi yaşayış evi tikdirirmiş, həmin fərdi yaşayış evində yaşayış yoxdur, həmin fərdi yaşayış evinin damını vurdurmaq üçün 1 ədədinin dəyəri 18 manat 50 qəpik olan 65 ədəd 6 (altı) metr uzunluğunda 5x18 ölçüdə taxtalar alınmışdır. Fərdi yaşayış evinin ətrafında hasar olmadığı üçün oğurlanmasından ehtiyat edərək həmin taxtaların 50 ədədini qonşusu İsmayılın həyətinə yığmış, yerdə qalan 15 ədədini isə evin ayaqaltısına düzmüşdür. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində evində usta işləyən Polad adlı usta ona zəng edərək evin ayaqaltısında istifadə etdikləri 3 ədəd taxtanın yerində olmadığını oğurlandığını bildirmiş, bundan sonra o baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmişlər. xx.xx.2023-cü il tarixdə qonşusu İsmayıl ona zəng edərək qonşusu İsmayılın həyətinə yığdığı taxtaların dağınıq vəziyyətdə olduğunu bildirmiş, qonşusu İsmayılın evində də yaşayış yoxdur. Bundan sonra o qonşusu İsmayılın evinə gələrək sayan zaman oraya yığdığı 50 ədəd taxtanın 13 ədədinin yerində olmadığını müəyyən etmiş bundan sonra baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər Baş Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Qabaqtəpə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 19-cu küçədə ünvansız fərdi yaşayış evində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə şəhərində divar ustası işləyərək ailəsini dolandırır. 2023-cü ilin fevral ayının əvvəllərində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri,Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan fərdi yaşayış evinin divarını hörürmüş, hər gün o səhər saat 09 radələrindən axşam saat 17 radələrinədək orada işləyirmiş. Həmin fərdi yaşayış evinin hasarı və qapısı yox imiş. O, divarı hörərkən orada olan taxtalardan ayaqaltı kimi istifadə edirmiş, həmin vaxt orada 10 ədəd 6 metr uzunluğunda 5x18 ölçüdə taxtalar var imiş . xx.xx.2023-cü il tarixdə səhər saatlarında Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə gedən zaman orada 3(üç) ədəd 6 metr uzunluğunda 5x18 ölçüdə taxtaların olmadığını aşkar etmişdir. Bu zaman dərhal Zərərçəkmiş şəxs2 zəng edərək 9(üç) ədəd 6 metr uzunluğunda 5x18 ölçüdə taxtalarının oğurlanması barədə məlumat vermişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 2014-cü ildən X13 və 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. xx.xx.2023-cü il tarixdə şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuş, Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. xx.xx.2023-cü il tarixdə saat təxminən saat 15:45 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Azərbaycan Əsgəri küçəsində yerləşən “Nur” marketin yaxınlığında olmasını müəyyən etmiş, tərəflərindən saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları olduğunu deyərək qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu deyərək Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına dəvət edilmiş, Təqsirləndirilən şəxs polis əməkdaşları ilə razılaşaraq şöbəyə gəlmişdir. Şöbənin inzibati binasında olan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü Təqsirləndirilən şəxs müdafiəçilərin siyahısını təqdim edilmiş və bildirilmiş ki, həmin müdafiəçilərdən kimi istəyərsə seçmək hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim edilmiş daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur, bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirilmiş və içərisindən ilk baxışdan qara rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütləni həmin günü səhər saatlarında yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağının yanında siqaret qutusunun içərisindən tapdığını, həmin kütləni tanıdığını və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə tərəflərindən şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxsun üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngdə sellofan torbada olan ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin sellofan büküm ilə birlikdə ümumilikdə çəkisi 47,458 qram olması müəyyən edilmiş daha sonra isə içərisində ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlə sellofan büküm ilə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzalarla təsdiq etmişdilər. Onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə tiryəki şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqında şahid Musayev X7 Sirac Asim oğlu ilə eyni məzmunlu ifadələr verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, O, 2010-cu ildən X13, 2022-ci ildən isə tutduğu vəzifədə xidmət edir. 23 fevral 2023-cü il tarixdə ünvan 9 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə etməsi, üzərində gəzdirməsi və saxlaması barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılaraq Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirməkdən ötəri qərar qəbul edilmişdir. Bundan sonra şöbənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlanılmış, həmin gün saat təxminən 22:50 radələrində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Aydınbəyov küçəsində yerləşən 51 saylı binanın yaxınlığında olması müəyyən edilərək tərəflərindən həmin yerdə saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları olduğlarını deyərək qanunsuz olaraq odlu silah əldə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirmişdilər. Şöbənin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərində müdafiəçi X5 iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan tərəfində kəmərinə keçirilmiş göy rəngli sellofan torbanı və əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 3 ədəd 416 kalibrli patronu təqdim etmiş, həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman içərisindən 1 ədəd 16 kalibrli silah və 1 ədəd istifadə edilmiş 16 kalıbrli silahın gilizi aşkar edilmişdir. Silah və patronlar qablaşdırılıb möhrələnmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o, Daşkəsən rayonu, Quşçu körpüsü qəsəbəsi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq Respublika ərazisində yerləşən resursların planlaşdırılması işi ilə məşğul olur. Gəncə şəhəri, Məhsəti qəsəbəsində özünə məxsus fərdi yaşayış evi tikmiş, lakin həmin ev təmirsiz olduğuna görə orada yaşamır arada gedərək həmin evinə baş çəkməsini bildirmişdir. Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin yanında özünə məxsus ev tikdirirmiş. Zərərçəkmiş şəxs2 həmin vaxtdan tanıyır və aralarında qonşuluq münasibəti vardır. 2023cü ilin təxminən yanvar-fevral aylarında Zərərçəkmiş şəxs2 ona 65 (altmış beş) ədəd taxta aldığını, lakin evinin hasarı və qapıları olmadığı üçün həmin taxtaları ona məxsus olan evin çardağının altına yığmağı xahiş etmişdir. O, da Zərərçəkmiş şəxs2la razılaşmış, Zərərçəkmiş şəxs2 həmin 65 (altmış beş) ədəd taxtaları ona məxsus olan Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinin çardağının altına yığmışdır. xx.xx.2023cü il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evinə baş çəkmək üçün getmiş, darvazanın qapısını açıb içəri girən zaman Zərərçəkmiş şəxs2 çardağın altına yığıdığı taxtaların dağınıq vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra qonşusu Zərərçəkmiş şəxs2 zəng edərək taxtaların dağınıq vəziyyətdə olmasını bildirmiş, bundan sonra Zərərçəkmiş şəxs2 gəlmiş və taxtaları sayan zaman 50 (əlli) ədəd taxtalardan 13 (on üç) ədəd taxtaların yerində olmadığını görmüş, həmin vaxt məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 məxsus 13 (on üç) ədəd taxtalar oğurlanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 baş vermiş hadisə barədə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: 23 fevral 2023-cü il tarixli “baxış aparılması haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 qarşı törədilmiş oğurluq hadisəsi Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən yaşayış olmayan evdə baş vermişdir. 25 fevral 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 qarşı törədilmiş oğurluq hadisəsi Gəncə şəhəri, Məhsəti qəsəbəsində fərdi yaşayış evində baş vermişdir. 25 fevral 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq tanışı X1 verdiyi 1 ədəd iran peçi, 1 ədəd taxtasıyıran aparat, 1 ədəd “Atec” markalı laqonda və 1 ədəd “İkstal” markalı preferatoru Emin Salahovun yaşadığı Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi B-2, sahə 17 ünvanından iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı Ayaz Əhmədov tərəfindən götürülmüş, bu barədə protokol tərtib edilmişdir. 06 may 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” Protokoldan görünür ki, X9 yaşadığı Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi B-2, sahə 17 ünvanından götürülmüş 1 ədəd iran peçi, 1 ədəd taxtasıyıran aparat, 1 ədəd “Atec” markalı laqonda və 1 ədəd “İkstal” markalı preferatoru Zərərçəkmiş şəxs1 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs1 həmin əşyaları tanıyıb göstərərək bildirmişdir ki, həmin əşyalar Gəncə şəhəri, Məhsəti qəsəbəsindən oğurlanmış əşyaların bir qismidir. 25 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il və xx.xx.20285-cü il tarixlərdə törətdiyi cinayət hadisəsinə dair ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis kapitanı Ayaz Əhmədov tərəfindən onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 12 fevral 2023-cü il tarixli 16/207 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd narkotik vasitə olan bir büküm tiryək” sözləri və imzalar olan kağız paketdəki 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 47,458 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Məhkəmə-narkoloji ekspertizasının 08 may 2023-cü il tarixli 801 nömrəli Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/3370 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqat nəticəsində Bakı şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərə və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların markasına, modelinə və orta texniki göstəricilərinə əsasən ekspertiza tədqiqatına təqdim edilən və təqdim edilməyən malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən aşağıdakı kimi müəyyən edilir: - 1 ədəd istifadədə olmuş iran peçinin qiyməti -100 manat - 1 ədəd istifadədə olmuş taxtasıyıran aparatın qiyməti -80 manat - 1 ədəd istifadədə olmuş “Atec” markalı laqondanın qiyməti -40 manat - 1 ədəd istifadədə olmuş “İkstal” markalı perforatorun qiyməti — 80 manat - 1 ədəd “BOSCH” markalı perforatorun qiyməti -120 manat - 1 ədəd “BOSCH” markalı laqondanın qiyməti -80 manat - 1 ədəd “BOSCH” markalı lazer tərəzinin qiyməti-100 manat - 1 ədəd “Andeli” markalı qaynaq aparatının qiyməti - 120 manat - 1 ədəd “BOSCH” markalı direlin qiyməti - 60 manat - 1 ədəd plastik boruları birləşdirmək üçün nəzərdə tutulmuş ütü aparatının qiyməti - 5 manat - 16 ədəd 6 metr uzunluğunda 5x18 ölçüdə taxtaların qiyməti-288 manat Beləliklə, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 300,0 manat, təqdim edilməmiş 7 adda malların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 793,0 manat müəyyən edilmişdir. Qərarda göstərilən səsgücləndirici haqqında ətraflı məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın məbləği hesablanarkən məhkəməəmtəəşünaslıq ekspertinin rəyində göstərilən kimi 1 ədəd “BOSCH” markalı direlin qiyməti 60 manat götürülmüşdür, digər əşyaların dəyəri ümumi şərti hesablama yolu ilə nəzəri müəyyən edildiyindən, zərər çəkmiş şəxslərə dəymiş ziyanın məbləği hesablanarkən onların ifadəsində qeyd olunan məbləğlər əsas kimi götürülmüşdür. Azərbaycan Rospublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli Rəyindən görünür ki,

1. Tədiqiqata təqdim edilmiş 01 ədəd N-si silinmiş silah keçmiş SSRİ dövlətində Tula silah zavodunda istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən nasazdır və yalnız sağ lülədən atəş üçün yaralıdır.

2. Tədqiqata təqdim edilmiş 03 ədəd patron Türkiyə Respublikasında zavod usulu ilə istehsal olunmuş 16x70 kalibrli ov patronlardır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş döyüş ov sursatıdırlar. Həmin patronlar istifadə və atəş üçün yararlıdırlar. ( Bax: silahın tədqiqi hissəsinə).

3. Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş aşmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir-atılmış gilizdir. Həmin giliz təqdiqata təqdim edilimiş N-si silinmiş TOZ-B modelli ov tüfənginin sağ lüləsindən atılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X6, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı X3, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının ona aydın olduğunu bildirdi. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim edir. Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu soruşulur, cavab olaraq Təqsirləndirilən şəxs həmin bükümüm içərisində tiryək olduğunu bildirir. Həmin bükümü həmin günü saat 10-11 radələrində yaşadığı evin yaxınlığında yerləşən avtobus dayanacağından siqaret qutusunun içərisindən tapdığını həmin bükümü təxminən 4-5 saat üzərində gəzdirdiyini və saat 16 radələrində “Nur” marketin yanında polis əməkdaşları tərəfindən saxlanılaraq 2-ci Polis Şöbəsinə gətirildiyini bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Narkotik vasitəni şəxsi istifasindən ötrü üzərində saxladığını və satışı ilə məşğul olmadığını bildirir. Daha sonra həmin şəffaf rəngli sellofan büküm açılaraq içərisinə baxış keçirilir, içərisində qara rəngli ilk baxışdan narkotik vasitə "tiryəkə” bənzər kütlə aşkar edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofan torbada olan ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofan torba ilə birlikdə ümumilikdə çəkisi 48,79 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. Bundan başqa şəxsi axtarışda iştirak edən iştirakçılara etiraz olmadığını və polis əməkdaşları tərəfindən tutulan zaman üzərində heç bir qiymətli əşyanın, mobil telefonun və mobil nömrələrin olmadığını bildirir. Bundan sonra şəxsi axtarış yekunlaşır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin əks olunduğu bir ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı Ayaz Babayev, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis kapitanı Şahid3, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 və müdafiəçi X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim edilməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarında kəmərinə keçirilmiş göy rəngli sellofan torbanı təqdim edir. Həmin sellofan torbanın içərisinə baxış keçirilən zaman 1 ədəd 16 kalibrli odlu silah və 1 ədəd istifadə edilmiş 16 kalibrli güllənin gilizi, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 3 ədəd 16 kalibrli patron aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin odlu silahın markasını bilmədiyini, lakin qoşa lülə kimi tanıdığını bildirdi. Həmin odlu silahı təxminən 10 gün bundan əvvəl Sevinc qəsəbəsindən tapdığını, tapan zaman onun tərəfindən heç bir konstruksiya dəyişikliyinə məruz qalmadığını, həmin silahı tapdıqdan sonra maraq üçün 1 saat üzərində gəzdirdiyini, daha sonra isə yaşadığı binanın yanında yerləşən qazanxanada gizlətdiyini bildirir. Həmin odlu silahı tapan zaman həmin göy rəngli sellofan torbanın içərisində olmasını və eyni zamanda patronların da həmin sellofan torbanın içərisində olduğunu bildirir. Bundan başqa Təqsirləndirilən şəxs həmin istifadə edilmiş gilizin də sellofan torbanın içərisində həmin formada tapdığını bildirir. Daha sonra silahın lüləsinin və qundağının kəsildiyi bildirilir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş içərisində 1 ədəd 16 kalibrli odlu silah və patronlar qablaşdırılıb möhürlənir və bu barədə protokol tərtib edilərək doğruluğu iştirakçılar tərəfindən imzalarla təsdiq edilir. Daha sonra müdafiəçi X19 Mehdiyevdən polis şöbəsinə gətirilən zaman ona polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsirin olub-olmadığını və üzərindən aşkar edilmiş odlu silahın kimə məxsus olmasını soruşur, Təqsirləndirilən şəxs cavab olaraq polis əməkdaşları tərəfindən heç bir psixi və fiziki təsirə məruz qalmadığını və üzərindən aşkar edilmiş odlu silahı tapdığını bildirir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. 08 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs oğurlayaraq tanışı X1 verdiyi Emin Salahovun yaşadığı Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi B-2, sahə 17 ünvanından götürülmüş 1 ədəd iran peçi, 1 ədəd taxtasıyıran aparat, 1 ədəd “Atec” markalı laqonda və 1 ədəd “İkstal” markalı preferator Zərərçəkmiş şəxs1 qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 47,158 qram təşkil edən tiryək və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış 01 ədəd TOZ-B markalı odlu silah, 01 ədəd 16 kalibrli ov patronu və 01 ədəd 16 kalibrli ov patronun atılmış gilizi Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmiş, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 2 (iki) ədəd “DVD” diski iş materiallarında saxlanılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 228.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 228.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, törətdiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyərək onlarla barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddədə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə görə barəsində azadlığın məhdudlaşdırılması cəzasını, ittiham olunduğu digər maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən X15 barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının 02 gününün azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutmaqla, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzaları ilə qismən toplamaqla qəti cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 11 fevral 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 13 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X14 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-cü il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutulduğu müddətin azadlıqdan məhrumetmə cəzasına günəgün hesablamaqla 02 (iki) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” 23 fevral 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 25 fevral 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmaqla 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 21 aprel 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 01 ay müddətinə uzadılmışdır. Bu baxımdan, Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs oğurlayaraq tanışı X1 verdiyi Emin Salahovun yaşadığı Gəncə şəhəri, Dəmiryolaltı qəsəbəsi B-2, sahə 17 ünvanından götürülmüş 1 ədəd iran peçinin, 1 ədəd taxtasıyıran aparatın, 1 ədəd “Atec” markalı laqondanın və 1 ədəd “İkstal” markalı preferatorun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 47,158 qram təşkil edən tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış 01 ədəd TOZ-B markalı odlu silah, 01 ədəd 16 kalibrli ov patronu və 01 ədəd 16 kalibrli ov patronun atılmış gilizi müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş video çəkilişin 2 (iki) ədəd “DVD” diski iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 80,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X10, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları ilə qismən toplanılsın və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdən 13 fevral 2023-ci il tarixədək 02 (iki) gün tutulduğu müddət barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinə günə gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini əks etdirən 2 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 47.158 qram olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd “TOZ-B” markalı odlu silah, 01 ədəd 16 kalibrli ov patronu, 01 ədəd 16 kalibrli ov patronunun atılmış gilizi müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan 01 ədəd iran sobası, 01 ədəd taxtasıyıran aparat, 01 ədəd “Atec” markalı laqonda və 01 ədəd “İkstal” markalı preferatorun sahibi Zərərçəkmiş şəxs1 verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs baəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə 80.40 (səksən manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944 S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X8 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar