Məhkəmə qərarları › İş №1(125)-315/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-315/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-315/2024 05.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Goranboy rayonu, Dəliməmmədli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını əvəzsiz və hüquqazidd olaraq açıq talamaq məqsədilə 17 dekabr 2023-cü il tarixdə saat 13:00 radələrində Gəncə şəhəri Atatürk prospekti ilə Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən “million” ödəniş terminalının qarşısında X2 məxsus 120 manat pulu sonuncunun gözü qarşısında əlindən götürərək oradan qaçıb uzaqlaşmaqla ümumilikdə zərərməkmiş şəxsin 120 manat dəyərində pulunu açıq talamaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 17 dekabr 2023-cü il tarixdə yaşadığı Dəliməmmədli qəsəbəsində yerləşən evdən çıxaraq Gəncə şəhərinə gəlmişdir. O, Atatürk prospektində yerləşən 95 nömrəli aptekin yaxınlığında olan aptekə gəlmiş və oradan çıxıb piyada Nizami Gəncəvi küçəsinin kəsişməsinə qədər gəlib kəsişmədə yerləşən Million ödəniş termalının qarşısında telefonuna kontur vurmaq üçün dayanmışdır. Kontur vurduqdan sonra yanında tanımadığı bir kişinin dayandığını və əlində pul saxladığını görmüşdür. Onun əlindəki pulu dartıb qaçmışdır. Yaşlı kişi isə arxasınca qışqırıb qaçsa da ona çata bilməmişdir. O, mərkəzi univermağın qarşısında yerləşən keçidə düşüb üzü keçmiş Qatır Məmməd bazarı istiqamətində iti addımlarla getmişdir. Bir qədər irəlidə 29 nömrəli marşuruta minib yeni avtovağzala getmişdir. Daha sonra avtobusa minərək Dəliməmmədliyə evinə getmişdir. Sonda o, əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində X4 ifadəsində göstərmişdir ki, o, xx.xx.2023-cü ildə Gəncə şəhəri, Atatürk prospektində yerləşən Beynəlxalq Banka məxsus bankomatdan 985 manat təqaüdünü çəkmiş, sonra həmin prospektlə Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən Million aparatının yanına gəlmiş, orada Access banka olan 270 manat kreditini ödəmiş, bundan sonra 20 manat internetin aylıq məvacibini və 100 manat isə Kontakt Home adlı dükanın kreditini ödəyəcəyini bildirmişdir. Bu zaman arxada növbəsini gözləyən insanların çox olduğunu görüb onların birinə yer vermək qərarına gəlmişdir. Kənara çəkilib 270 manat ödədiyi qəbzə baxarkən qəfldən bir tanımadığı və üzünü xatırlamadığı şəxs onun əlində olan 120 manat pulu çəkərək ona qarşı soyğunçuluq etmişdir. O, özünü itirmədiyini, onun arxasıyca qaçmağa başladığını bildirmişdir. Həmin şəxsi univermaqla üzbəüz yerləşən kiosklara çatarkən itirmişdir. Təzədən hadisə yerinə qayıtmışdır. Orada bir qədər gözləsə də həmin şəxsi bir daha görə bilməmişdir. 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs bağışladığını və ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanması və icraata götürülməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır(i.v.1); - xx.xx.2023-cü il tarixli “baxış aparılması haqqında” protokoldan görünür ki, X2 məxsus 120 manatın oğurlandığı yerin Gəncə şəhəri, Atatürk prospekti ilə Nizami Gəncəvi prospektinin kəsişməsində yerləşən Milliön ödəniş terminalının qarşısına baxış keçirilmiş və həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i. v. 10-13) -xx.xx.2023-cü il tarixli “şübhəli şəxs qismində tanıma haqqında” qərardan görünür ki,Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs kimi tanınmışdır(i.v.29); - xx.xx.2023-cü il tarixli “götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 20 manatlıq əskinas iş üzrə əhəmiyyət kəsb etdiyi üçün ondan götürülməsi qərara alınmışdır.(i.v.45) - xx.xx.2023-cü il tarixli təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokol və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 20 manatlıq əskinası təqdim etmişdir.(i.v.47-53) - xx.xx.2023-cü il tarixli şəxsin tanınmaya təqdim edilməsi haqqında protokol və fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş digər şəxslərin sırasında 2 nömrə altında dayanmış və zərərçəkmiş şəxs X1 Vasif Nizami oğlunu tanımışdır(i.v.54-57) - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v. 58); -xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. (i.v. 67); -xx.xx.2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərəçəkmiş şəxs X6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Səlman Səlmanov ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir.(i.v - 72); - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 83); - xx.xx.2024-cü il tarixli “təqsiləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 91); - xx.xx.2024-cü il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (i.v. 96); - Dəliməmmədli şəhər İƏDÜ nümayəndəsi tərəfindən verilmiş xasiyyətnaməndən görünür ki, Təqsirləndirilən şəxs barəsində Dəliməmmədli şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır ( i.v. 104); - Dəliməmmədli şəhər İƏDÜ nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Vəliyev X3 rayonu, Dəliməmmədli şəhəri, M.Müseyibov küçəsi, ev 14 ünvanda qeydiyyatda olmaqla daimi yaşayır( i.v. 105); - xx.xx.2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir ( i.v. 106); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:30 radələrində Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlmişdir ( i.v. 108); - xx.xx.2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır ( i.v. 110); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 1842 saylı arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur( i.v.116); - Gəncə şəhəri Psixonevroloji dispanserinin xx.xx.2024-cü il tarixli, 2433 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.117); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 20 manatlıq əskinas iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimiqiymətləndirilmişdir ( i.v.128-123); - xx.xx.2024-cü il tarixdə zərəçəkmiş şəxs X6 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirərək iş üzrə icaata xitam verilməsini, əgər mümkün olmazsa yüngül cəza verilməsini xahiş etmişdir. - xx.xx.2024-cü il tarixli Goranboy rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Asteno-nevrotik sindrom diaqnozu ilə həmin Xəstəxananın poliklinikasında ruhi-əsəb kabinetində qeydiyyatda durur. - Gəncə şəhər Məhkəməsinin 1(125)-315/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Müdafiəçi2 vəsatəti qismən təmin edilərək Təqsirləndirilən şəxsbarəsində stasionar məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. - Məhkəmə psixiatrik ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 170 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda “dissosiativ-konversion pozuntu” müəyyən edilir. Bunu cinayət işi materiallarındakı tibbi sənədlər, anamnestik məlumatlar və halhazırki psixiatrik müayinənin nəticələri sübut edir. O, cinayət əməlini törədərkən “dissosiativ-konversion pozuntu” əziyyət çəkməsi nəticəsində cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntulu şəxs kimi CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. - Məhkəmə psixiatrik ekspertiza mərkəzinin xx.xx.2024-cü il tarixli, 5322 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024 – xx.xx.2024-cü il tarixlərində (14 gün) Mərkəzin stasionar şöbəsində müayinə və müşahidə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi soyğunçuluq, yəni özgənin əmlakını açıq talamanı cinayət əməli kimi müəyyən edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında bu əmlakı talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülübgörülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər (3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cəza təyin edərkən məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, əvvəllər məhkum olunmamasını, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, həmçinin cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarında olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsininPlenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrumetmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilməklə cəmiyyətdən təcrid edilməsinə əsaslar müəyyən edilmədiyinə görə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 14 gün stasionar şöbədə qaldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Goranboy rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edildiyinə görə hökmün icrasının təmin edilməsinə nail olmaq məqsədilə təqsirləndirilən şəxsin həbsdə saxlanılmaqla, azadlıq və bir sıra digər hüquqlarına məhdudiyyətlər qoyulmasına zərurət yoxdur və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 gün stasionar şöbədə qaldığı müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 28 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək vəyaşadığı Goranboy rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzanın müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar