Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-316/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1958-ci il Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, General Şıxlınıski küşəsi, ev 14-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Gəncə şəhəri, General Şıxlınıski küşəsi, ev 14-də yaşayan qardaşı oğlu Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sonuncunun sol qulaq sevanının və boyunun arxa səthinin yumşaq toxumalarının əzilməsi, hematoması, sağ said nahiyəsinin sıyrığı xəsarəti yetirməklə ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa "Yüngül" zərər vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs vermiş olduğu ifadədə göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. O onunla eyni həyət evində yaşayır. Əmisi Ələddin ilə münasibəti həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhəri Məhsəti qəsəbəsinə qonaqlığa getmişdir. Orada yeyib içəndən sonra xx.xx.2023-cü il tarixdə saat 01:30 radələrində yaşadığı evə qayıtmışdır. İştirak etdiyi qonaqlıqda o bir miqdar spirtli içki qəbul etmişdir. O yaşadığı evə gələn zaman biraz yüksək səsslə az yaşlı uşaqları ilə oynamağa başlamışdır. O uşaqları ilə oynayandan sonra azyaşlı uşaqları yataq otaqlarına daxil olub yatdılar. Sonra o hava almaq üçün yaşadığı evin həyətinə çıxdmışdır. Həmin vaxt əmisi Ələddin yaşadığı evdən çıxıb ona yaxınlaşdı. Həmin vaxt Ələddin ona dedi ki, nə üçün evin içərisində səs-küy salaraq onu narahat edir. Həmin vaxt Ələddin ilə mübahisə yarandı. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun sol qulağına, boyun nahiyəsinə və digər nahiyələrinə vuraraq döydü. Bundan sonra əmisi ondan uzaqlaşıb yaşadığı evə getdi. Həmin vaxt o bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə və 2-ci PŞ-nə müraciət etmişdir. Dava-dalaş zamanı o və Təqsirləndirilən şəxs əvvəlcədən spirtli içki qəbul etmişlər. Hazırda Ələddinlə barışmışlar. Ondan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Əli onunla eyni həyət evində yaşayır. Onun Ramin ilə münasibəti həmişə normal olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saat 02 radələrində yaşadığı evdə olan zaman Ramin yaşadığı evdə uşaqları ilə oynayaraq yüksək səslə danışırdı. Sonra səs-küy sakitləşdi. Bir neçə dəqiqədən sonra o yaşadığı evin həyətinə çıxdı. Həmin vaxt Zərərçəkmiş şəxs yaşadığı evin həyətində olduğunu görüb ona yaxınlaşdı. Həmin vaxt ona sakit olmağını və yatmaq istədiyini bildirdikdə, Ramin ona qarşı nalayiq ifadələr işlətdi. Sonra Ramin onunla həyətdə tək olan zaman Ələddin ona yenidən sakit olmağını dedi, həmin vaxtı Ramin ona qarşı nalayiq ifadələr işlətdiyi üçün o sillə zərbəsi ilə onun sol qulaq və boyun nahiyələrinə qəsdən vuraraq döydü. Bundan sonra səs-küy olmasın deyə yaşadığım evə getdi. Raminlə barışmışlar. İş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli Arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2”-nin 08 may 2023-cü il tarixli 676 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol qulaq sevanının və boynun arxa səthinin yumşaq toxumalarının əzilməsi hematoması, sağ said nahiyəsinin sıyrığı “bərk KÜT əşyanın (əşyaların) təşiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəftləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2029-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə General Şıxlınıski küşəsi, ev 14-də baş vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində “Xasiyyətnamədən” görünür ki, Gəncə şəhər İcra hakimiyyəti Başçısının 4 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir məlumat daxil olmayıb. Azərbaycan Respublikası DİN-in xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır və onu bağışlayır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır, cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödənildikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra zərərçəkmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3, 43.2.1, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu və ya rəsmi qaydada verildiyi gündən 20 (iyrimi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-316/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-316/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver