Məhkəmə qərarları › İş №1(125)-318/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-318/2024

03.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-318/2024 03.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi– Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs İspəndiyar qızı tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək 15 noyabr 2023-cü il tarixdə saat 17:45 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Gəncə şəhəri, Rahib Əliyev küçəsi, ev 24-də yaşayan tanışı Zərərçəkmiş şəxs evində heç kimin olmadığını bilərək əvvəlcədən götürüb özündə saxladığı Zərərçəkmiş şəxs evinin həyət darvazasının açarı ilə evin qapısını açaraq evə daxil olub evdən 1 ədəd 42,17 qram çəkidə 750 əyarlı, üzərində 4 ədəd 0.187 karat, 11 ədəd 0,073 karat, 3 ədəd 0.024 karat, 8 ədəd 0,015 karat, 105 ədəd 0,005 karat 3/3 keyfıyətli brilyant qaşları olan 6718 manat dəyərində qızıl sırğa cütü üzük-kulon dəstini, 1 ədəd 24.59 qram çəkidə 750 əyarlı, 31 ədədinin hər birinin ölçüsü 0,160 karat, 76 ədədinin hər birinin ölçüsü 0,012 karat, 4/3 keyfiyyətli briliyant qaşları olan 8152 manat dəyərində qızıl bilərziyi, 1 ədəd 6.40 qram çəkidə, 750 əyarlı 2 ədədinin hər birinin ölçüsü 0,080 karat, 2 ədədinin hər birinin ölçüsü 0,015 karat, 3/3 keyfiyyətli brilyant qaşları olan 896 manat dəyərində qızıl üzüyü, 1 ədəd 5.54 qram çəkidə, 750 əyarlı, 5 ədədinin hər birinin ölçüsü 0,054 karat, 6 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətli brilyant qaşları olan 894 manat dəyərində qızıl üzüyü, 1 ədəd 8.27 qram çəkidə, 750 əyarlı, 1 ədədinin ölçüsü 0,362 karat, 6 ədədinin hər birinin ölçüsü 0,032 karat, 45 ədədinin hər birinin ölçüsü 0,004 karat, 4/3 keyfiyyətli brilyant qaşları olan 1929 manat dəyərində qızıl üzüyü, 1 ədəd 10.64 qram çəkidə, 750 əyarlı, bir ədəd ölçüsü 0,525 karat, 4/4 keyfiyyətli brilyant qaşı olan 2776 manat dəyərində qızıl üzüyü, 1 ədəd 18.03 qram çəkidə, 585 əyarlı, 144 ədədinin hər birinin ölçüsü 0,004 karat 4/4 keyfiyyətli brilyant qaşlı 1728 manat dəyərində qızıl kulonlu boyunbağı-bilərzik-sırğa cütü-üzük dəstini, 1 ədəd 6.75 qram çəkidə, 583 əyarlı, 6 ədədinin hər birinin ölçüsü 0,022 karat, 4/3 keyfiyyətli brilyant qaşlı 630 manat dəyərində qızıl nişan üzüyü, 1 ədəd 10.74 qram çəkidə, 585 əyarlı, üzərində qiymətli daşlara aid edilməyən ağ şəffaf qaşları olan 913 manat dəyərində qızıl sırğa cütü-klon dəstini, 1 ədəd 4.83 qram çəkidə, 585 əyarlı 410 manat dəyərində gül ormalı, üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütünü, 1 ədəd 4.23 qram çəkidə, 585 əyarlı 359 manat dəyərində damla formalı üzərində ağ şəffaf qaşları olan qızıl sırğa cütünü, 1 ədəd 2.07 qram çəkidə, 585 əyarlı 176 manat dəyərində üzərində ağ şəffaf qaşları olan qızıl üzüyü, 1 ədəd 21.98 qram çəkidə, 585 əyarlı 1868 manat dəyərində üzərində ürək formalı elementləri olan qızıl boyunbağı-sırğa cütünü, 2 ədəd cəmi 72.76 qram çəkidə, 583 əyarlı 6185 manat dəyərində qızıl boyunbağlarını, 1 ədəd 12.56 qram çəkidə, 585 əyarlı 1068 manat dəyərində qızıl boyunbağını, 2 ədəd cəmi 6.21 qram çəkidə, 585 əyarlı 528 manat dəyərində üzərində “Mədinə” və “Banu” yazıları olan qızıl qolbağları, 2 ədəd cəmi 8.58 qram çəkidə, 585 əyarlı, 729 manat dəyərində ürək formalı elementin üzərində “M” və “B” hərfləri olan qızıl kulonları, 1 ədəd 2.29 qram çəkidə, 585 əyarlı 195 manat dəyərində qızıl alyans üzüyü, 1 ədəd 1.86 qram çəkidə, 585 əyarlı, 158 manat dəyərində üzərində “Qız” təsviri həkk olunmuş qızıl üzüyü, 1 ədəd 1.31 qram çəkidə 585 əyarlı, 111 manat dəyərində halqa formalı qızıl sırğa cütünü cəmi 36423 manat, 8415 manat dəyərində 4950 ABŞ dolları və 100 manat dəyərində müşahidə kamerasının soyuducusunu götürərək ümumilikdə 44938 manat dəyərində maddi ziyan vurmaqla, xeyli miqdarda özgə əmlakını qanunsuz mənzilə daxil olmaqla gizli olaraq talamış, yəni oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki,Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanıyır, Rövşənin arvadı Məryəmin atası evi onun ata evi ilə qonşuluqda yerləşir.Həmçinin o, bildirmişdir ki, Məryəmlə uşaq vaxtlarından bir-birini tanımış, Məryəmin qardaşı arvadı Vüsalə isə onun yaşadığı binanın yaxınlığında marketdə satıcı işləyir, həmçinin bacısı qızı Məryəmin bacısı oğlunun arvadıdır. 2018-ci ildə Məryəmin evində günü 12 manata təmizçi kimi işləmiş vəyaxşı münasibətləri olmuşdur. Bir gün Məryəmgilin evlərinə işləməyə gələn vaxt açarı qapının üzərində olduğunu görmüş və götürüb əl çantasına qoymuşdur. Həmin vaxtdan da açar onda qalmışdır.Təxminən 01 noyabr 2023-cü il tarixdə Məryəmin qardaşı arvadı Vüsalə ilə işlədiyi onun yaşadığı evin yaxınlığında yerləşən marketdə görüşən vaxt nəvəsini soruşmuş, Vüsalə isə ona 15 noyabr 2023-cü il tarixdə nəvəsinin bir yaşının olacağını və “Sərinim” restoranında qeyd edəcəklərini bildirmiş, Məryəmgilin də həmin ad günündə iştirak edəcəklərini bildikdəonun evindən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə də o, qara rəngli dəri əlcəkləri və bir ədəd göy rəngli maskanı götürüb əl çantasına qoymuş, 15 noyabr 2023-cü il tarixdə saat təxminən 16 radələrində işdən çıxdıqdan sonra 1 saylı marşurut avtobusu ilə gedərək əlində olan əşyaları evinə qoymuş və sonra 33 saylı marşurut avtobusu ilə “Sərinim” restoranın qabağına gedib Rövşənin və oğlu Elşənin avtomobilinin dayandığını görüb evlərində heç kimin olmadığına əmin olduqdan sonra o, Rövşənin yaşadığı evin yerləşdiyi küçəyə getmiş, həmin küçəyə çatmamış çantasında olan qara rəngli jaketi geyinib papağını da başına qoymuş, bundan başqa maskanı üzünə taxmış, qara rəgli əlcəkləri isə əlinə keçirtmiş, o kənarda dayanıb bir qədər küçənin boşalmasını gözləmiş, bundan sonra Rövşənin yaşadığı evin qabağına gəldikdə müşahidə kameralarının olduğunu görmüş, bundan sonra əvvəlcə sayğacdan işıqları söndürmək istəmiş, lakin sayğacın qutusunun ağzı bağlı olduğu üçün söndürə bilməmiş və özündə olan açarla evin qapısını açıb evin həyətinə daxil olmuş, o evin həyətinə girdikdən sonra həyəti də müşahidə kamerasının çəkdiyini görüb qəsdən guya topal kimi bir ayağını çəkərək yeriməyə başlamış, o əvvəlcədən bildiyi üçün Məryəmin dəmir seyfini saxladığı zirzəmiyə daxil olmuş, seyf zirzəmidə olmadığından evə qalxmış, həyətdən evə girmək üçün olan dəmir qapının kilidi açıq olmuş, o evə daxil olduqdan sonra əvvəlcə evin ikinci mərtəbəsində Məryəmin otağına qalxıb şkafı açdıqda qırmızı rəngli qızılları saxlamaq üçün qab olduğunu görmüş, o həmin qabın içərisindən qızılları götürüb evdən götürdüyü sellofana qoymuş, daha sonra həmin şkafda olan paltarları kənara itələdikdə balaca dəmir seyf olduğunu və açarı da üzərində olduğunu görmüş, o həmin seyfi açdıqda içərisində olan ABŞ dollarları və qızıllar sellofanın içərisinə yığmış, bundan sonra evin birinci mərtəbəsinə düşüb müşahidə kamerasının beynini götürmək üçün naqilləri qopardıb özünü isə götürüb sellofana qoymuşdur.Evdən çıxmaq istədikdə qapını açmaqda çətinlik çəkdiyi üçün həmin vaxt əlində olan əlcəkləri çıxardıb qapını əllərilə açmış, bundan sonra isə həyətdən çıxıb əvvəlcə sağ tərəfə getmiş, o arada boş ərazidə maskanı, əlcəkləri və əyninə geyindiyi jaketi çıxardıb çantasına yığmış, sonra isə piyada düşərək 33 saylı avtobusla yaşadığı binanın qabağına gəlmiş, çantasında olan jaketi, maskanı, Zərərçəkmiş şəxs evinin açarını və evdən götürdüyü müşahidə kamerasının beyni bildiyi dəmirdən olan qutusunu da zibil yerinə atıb evlərinə getmişdir.Səhəri gün yəni 16 noyabr 2023-cü il tarixdə polis əməkdaşları onu polisə dəvət etmişlər, polis bölməsində o, hər şeyi etiraf etmişdir. O, ifadəsinin sonunda oğurladığı qızılları geri qaytardığını və vurulmuş ziyanı ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır, onunla uzaq qohumluq əlaqələri olmuş, 2018-ci ildə onun arvadı Məryəm xəstə olduğu üçün Təqsirləndirilən şəxs ona ev işlərində köməklik etmiş, Aygün hər dəfə onların evinə gəldikdə ona gündəlik pul vermişlər, o, hər dəfə evlərinə gəldikdə isə 50 manat, 100 manat pul itirmiş, buna görə də 2021-ci ilin dekabr ayından sonra Təqsirləndirilən şəxs onların evlərinə gəlməyi dayandırmış, buna baxmayaraq onunla yenə normal münasibətləri olmuşdur. 15 noyabr 2023-cü il tarixdə qaynı Yunis nəvəsi Xədicənin bir yaşını “Sərinim” restoranında qeyd edirmiş, onlarda ailə üzvləri ilə birlikdə həmin ad gününə dəvət edilmişlər, buna görə də 15 noyabr 2023-cü il tarixdə saat təxinən 17:40 radələrində o, ailəsi ilə birlikdə ad gününə getmişlər, evdən çıxan vaxt evə giriş qapısını örtmüş, lakin həyət qapısını isə kilidlə bağlamışlar.Saat təxminən 22 radələrində evə qayıtdıqda arvadı Məryəm üzərinə taxmış olduğu qızılları yerinə qoyan vaxt qızılları saxladığı yerdən bir ədəd 3000 manat dəyərində 50 qram çəkidə 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 1500 manat dəyərində 25 qram çəkidə, 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 2000 manat dəyərində, 23 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl boyunbağı, bir ədəd 8000 manat dəyərində üzəri briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan İtalyan istehsalı qızıl qolbağı, 850 manat dəyərində 10 qram çəkidə Türkiyə istehsalı, “Versage” klon və sırğa, bir dəst 7000 manat dəyərində briliyant qaşları olan qızıl sırğa, üzük və klon dəsti, bir ədəd 1500 manat dəyərində üzərində briliyant qaşları olan qızıl üzük, bir ədəd 180 manat dəyərində, 3 qram çəkidə üzərində “Mədinə” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qol bağı, bir ədəd 180 manat dəyərində 3 qram çəkidə üzərində “Banu” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qol bağı, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı 585 əyyarlı “B” hərifli qızıl klon, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı, “M” hərfli qızıl klon, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl kişi üzüyü, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl qadın üzüyü, bir ədəd 1500 manat dəyərində təxminən 4 qram çəkidə üzərində briliyant qaşları olan 750 əyyarlı Türkiyə istehsalı qızıl kişi üzüyü, bir ədəd 1000 manat dəyərində təxminən 7 qram çəkidə üzərində briliyant qaşlar olan Rusiya istehsalı qızıl qadın üzüyü, bir ədəd 250 manat dəyərində, 2 qram çəkidə 585 əyyarlı Türkiyə istehsalı qızıl qadın üzüyü, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl kişi üzüyü, bir ədəd 200 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl sırğa, bir ədəd 250 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı Türk istehsalı qızıl sırğa, bir ədəd 100 manat dəyrəində 1 qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl üzük, bir ədəd 150 marat dəyərində 1.5 qram çəkidə, 585 əyyarlı Rusiya istehsalı qızıl sırğa, bir dəst 1000 manat dəyərində 18,5 qram çəkidə, 585 əyyarlı, Rusiya istehsalı qızıl, sırğa, üzük, klon, qolbağı dəsti və 4950 ABŞ dolları pullarının yerində olmadığını görmüşlər, bundan başqa o evin birinci mərtəbəsində yerləşən otağa keçdikdə otaqda olan müşahidə kamerasının soyuducu hissəsinin də qopub götürüldüyünü görmüş, bundan sonra bu barədə kürəkəni Şahid2 məlumat vermiş, Fəriddə isə DİN-nin 102 xidmətinə müraciət etmiş, sonra evə pols əməkdaşları gəlib baxış keçirtmişlər.Həmçinin Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həmin oğurluq nəticəsində onun 35130 manat dəyərində qızılları, 8415 manat dəyərində 4950 ABŞ dolları pulu və 100 manat dəyərində müşahidə kamerasının soyuducusu yəni, cəmi 43645 manat dəyərində maddi ziyan vurulmuşdur. İş ürzə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs uzun illərdir ki, tanıyır. O, Təqsirləndirilən şəxs ilə uşaq vaxtı bir küçədə qonşuluqda yaşamış, bundan başqa Aygünün bacısı qızı onun bacısı oğlunun arvadıdır, onun və ailə üzvlərinin Aygün və ailə üzvləri ilə heç bir düşmənçiliyi və ədavəti olmamış, o, 2017-ci ildən xəstələnmiş və uzun illər müalicə olunduğundan ev işlərini görməyə görə Təqsirləndirilən şəxs 2018-ci ildə evlərinə dəvət etmişlər, Təqsirləndirilən şəxs bir gündən bir onların evlərinə gələrək pul müqabilində evdə təmizlik işləri görmüş və hər dəfə 50 manat, 100 manat pul itmiş, buna görə də 2021-ci ilin dekabr ayından sonra Təqsirləndirilən şəxs onların evlərinə gəlməyi dayandırmış, lakin onların Aygünlə yenə normal münasibətləri olmuş, 15 noyabr 2023-cü il tarixdə qardaşı Yunisin nəvəsi Xədicənin bir yaşı olduğu üçün “Sərinim” restoranında ad günü keçirilmiş və həmin gün təxinən saat 17:40 radələrində o, ailəsi ilə birlikdə ad gününə getmişlər. Evə giriş qapısını örtmüş, lakin həyət qapısını isə kilidlə bağlamışlar. Təxminən saat 22 radələrində evə qayıtdıqdan sonra üzərində qızılları yerinə qoyarkən qızılları saxladığı yerdən bir ədəd 3000 manat dəyərində 50 qram çəkidə 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 1500 manat dəyərində 25 qram çəkidə, 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 2000 manat dəyərində, 23 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl boyunbağı, bir ədəd 8000 manat dəyərində üzəri briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan İtalyan istehsalı qızıl qolbağı, 850 manat dəyərində 10 qram çəkidə Türkiyə istehsalı, “Versage” klon və sırğa, bir dəst 7000 manat dəyərində briliyant qaşları olan qızıl sırğa, üzük və klon dəsti, bir ədəd 1500 manat dəyərində üzərində briliyant qaşları olan qızıl üzük, bir ədəd 180 manat dəyərində, 3 qram çəkidə üzərində“Mədinə” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qolbağı, bir ədəd 180 manat dəyərində 3 qram çəkidə üzərində“Banu” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qolbağı, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı 585 əyyarh “B” hərifli qızıl klon, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı, “M” hərfli qızıl klon, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl kişi üzüyü, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl qadın üzüyü, bir ədəd 1500 manat dəyərində təxminən 4 qram çəkidə üzərində briliyant qaşları olan 750 əyyarlı Türkiyə istehsalı qızıl kişi üzüyü, bir ədəd 1000 manat dəyərində təxminən 7 qram çəkidə üzərində briliyant qaşlar olan Rusiya istehsalı qızıl qadın üzüyü, bir ədəd 250 manat dəyərində, 2 qram çəkidə 585 əyyarlı Türkiyə istehsalı qızıl qadın üzüyü, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl kişi üzüyü, bir ədəd 200 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl sırğa, bir ədəd 250 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı Türk istehsalı qızıl sırğa, bir ədəd 100 manat dəyrəində 1qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl üzük, bir ədəd 150 marat dəyrəində 1.5 qram çəkidə, 585 əyyarlı Rusiya istehsalı qızıl sırğa, bir dəst 1000 manat dəyərində 18,5 qram çəkidə, 585 əyyarlı, Rusiya istehsalı qızıl, sırğa, üzük, klon, qolbağı dəsti və 4950 ABŞ dolları pullarının yerindəolmadığını görmüş, bu barədə dərhal əri Zərərçəkmiş şəxs məlumat vermiş, Rövşən də telefonla kürəkənləri Fəridə bildirmiş, Fəriddə isə bu barədə DİN-nin 102 xidmətinə müraciət etmiş, sonra evlərinə polis əməkdaşları gəlib baxış keçirtmişlər. Bundan sonra kameralarının qeydə aldığı videogörüntülərə baxanda yerişindən Təqsirləndirilən şəxs onların evində oğurluq edən şəxs olmasını bilmişlər. İş üzrə Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qaynatasıdır. Təqsirləndirilən şəxs isə qaynatası Rövşənin evində təmizlik işləri gördüyü vaxtdan tanımış, onun Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır, 15 noyabr 2023-cü il tarixdə qaynanası Məryəmin qardaşı Yunisin nəvəsi Xədicənin bir yaşı olduğu üçün “Sərinim” restoranında ad günü keçirilmiş, həmin ad günündə Zərərçəkmiş şəxs ailə üzvləri ilə birlikdə iştirak etmiş, tədbir təxminən saat 22 radələrində qurtardığı üçün evlərinə qayıtmışlar və bir müddət sonra qaynatası Zərərçəkmiş şəxs ona zəng vuraraq evlərinə oğru girdiyini və evdən qızılların, pulların oğurlandığını bildirmiş, bundan sonra onlarda Rövşəngilin evlərinə getmiş və yataq otağından qızılları saxladıqları yerdən bir ədəd 3000 manat dəyərində 50 qram çəkidə 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 1500 manat dəyərində 25 qram çəkidə, 583 əyyarlı Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 720 manat dəyərində 12 qram çəkidə 583 əyyarlı, Rusiya istehsalı qızıl boyunbağı, bir ədəd 2000 manat dəyərində, 23 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl boyunbağı, bir ədəd 8000 manat dəyərində üzəri briliyant qaşlarla bəzədilmiş ağ qızıldan olan İtalyan istehsalı qızıl qolbağı, 850 manat dəyərində 10 qram çəkidə Türkiyə istehsalı, “Versage” klon və sırğa, bir dəst 7000 manat dəyərində briliyant qaşları olan qızıl sırğa, üzük və klon dəsti, bir ədəd1500 manat dəyərində üzərində briliyant qaşları olan qızıl üzük, bir ədəd 180 manat dəyərində, 3 qram çəkidə üzərində“Mədinə” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qolbağı, bir ədəd 180 manat dəyərində 3 qram çəkidə üzərində“Banu” yazılmış, 583 əyyarlı, Rusiya istehsalı qızıl qolbağı, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı 585 əyyarlı “B” hərifli qızıl klon, bir ədəd 300 manat dəyərində 5 qram çəkidə, Rusiya istehsalı, “M” hərfli qızıl klon, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl kişi üzüyü, bir ədəd 2500 manat dəyərində üzərində bir ədəd briliyant qaşlı 750 əyyarlı İtalyan istehsalı qızıl qadın üzüyü, bir ədəd 1500 manat dəyərində təxminən 4 qram çəkidə üzərində briliyant qaşları olan 750 əyyarlı Türkiyə istehsalı qızıl kişi üzüyü, bir ədəd 1000 manat dəyərində təxminən 7 qram çəkidə üzərində briliyant qaşlar olan Rusiya istehsalı qızıl qadın üzüyü, bir ədəd 250 manat dəyərində, 2 qram çəkidə 585 əyyarlı Türkiyə istehsalı qızıl qadın üzüyü, bir ədəd 150 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl kişi üzüyü, bir ədəd 200 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı Türkiyə istehsalı qızıl sırğa, bir ədəd 250 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı Türk istehsalı qızıl sırğa, bir ədəd 100 manat dəyrəində 1 qram çəkidə 585 əyyarlı Rusiya istehsalı qızıl üzük, bir ədəd 150 marat dəyrəində 1.5qram çəkidə, 585 əyyarlı Rusiya istehsalı qızıl sırğa, bir dəst 1000 manat dəyərində 18,5 qram çəkidə, 585 əyyarlı, Rusiya istehsalı qızıl, sırğa, üzük, klon, qolbağı dəsti və 4950 ABŞ dolları pulun yerində olmadığını bildikdə DİN-nin 102 xidmətinə müraciət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 16 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan RespublikasıCM 177.2.3 və 177.2.4-cü maddələri ilə230550789 nömrəli cinayət işi başlanmış vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1) - 16 noyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhəri, Rahib Əliyev küçəsi, ev 24-ə baxış keçirilmiş və həmin evin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i. v. 6-13) - 16 noyabr 2023-cü il tarixli “DVD diskə baxış keçirilməsi haqqında” protokoldan və məhkəmə baxışında DVD diskə baxış keçirtməklə müəyyən edilir ki, 15 noyabr 2023-cü il tarixdə saat 17:43:10 dəqiqədə bir nəfər qara rəngli çadrada və üz nahiyəsinə mavi rəngli tibbi maska taxmış qadının Zərərçəkmiş şəxs məxsus evin qapısına tərəf hərəkət etdiyi müəyyən edilir. Sonra evə gedən elektrik üçün nəzərdə tutulmuş sayğac qutusunu açıb sayğacı söndürür. 17:43:59 dəqiqədə əlində olan açarla evin qapısını açıb həyətə girdiyi görünür.(i. v. 16) - 17 noyabr 2023-cü il tarixli “götürmə aparılması haqqında” protokoldan və foto şəkillərdən görünür ki, Təqsirləndirilən şəxsqızıl-zinyət əşyaları və 4950 ABŞ dolları götürülmüşdür.(i.v.42) - 17 noyabr 2023-cü il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, istintaq zamanı götürülmüş qızıl-zinyət əşyaları və 4950 ABŞ dolları zərərməkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, tanınma zamanı fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. (i.v.59-61) - 18 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i. v. 62) - 18 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i. v. 70) - 18 noyabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxsbarəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i.v.80) - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində olan əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur.(i.v.97) - 20 dekabr 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və tutulub Gəncə şəhər BPİ-nin İTİ-yə təqdim olunması qərara alınmışdır.(i.v.99) - 20 dekabr 2023-cü il tarixli “cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs tutularaq istintaqa təqdim edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır.(i. v. 103) - Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2023-cü il tarixli 6/6521-9/9865nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş məmulatların 2023-cü ilin noyabr ayına olan orta bazar qiyməti ilə dəyəri təxminən 36423 manat müəyyən edilir.(i.v.111-113); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 200 (iki yüz) manat müəyyən edilmişdir.(i.v.110); - 15 iyun2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi təzələnib icraata qəbul edilmişdir.(i. v. 114) - 15 iyun 2024-cü il tarixli “şəxsin özünü könüllü təqdim etməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 12:00-da Gəncə ŞBPİ-nin İTİ-yə könüllü gəlib özünü təqdim etmişdir. (i.v.117) - 15 iyun 2024-cü il tarixli “qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin qüvvədə saxlanılması qərara alınmışdır. (i.v.119) - 16 may 2024-cü il tarixli, 4442 saylı Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (i. v. 123) - 17 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, ekspert rəyi, baxış, götürmə, tanınma protokolları və Zərərçəkmiş şəxs yaşadığı evin müşahidə kamerasının görüntülərini özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi qəbul edilmişdir.(i. v. 224-135) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri və digər istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olması və dəymiş ziyanı ödəməsi onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 17 noyabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 18 noyabr 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan qızıl zinət əşyalarının və 4950 ABŞ dollarının sahibinə qaytarılması nəzərə alınmalı və hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 96 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsşübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq onun üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan qızıl zinət əşyalarının və 4950 ABŞ dollarının sahibinə qaytarılması nəzərə alınsın və hadisəni əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına(AZ.MEM, VÖEN **********,AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 96 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar