Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-32/2024 02.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs və mülki iddaçı Zərərçəkmiş şəxs nümayəndəsi Bakı şəhər Femida Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Ümumi şöbəsində kuryer vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin “X6 və Emal Birliyi” MMC-nin direktorunun sürücüsü vəzifəsində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Təsərrüfat Şöbəsinin sürücüsü vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədrinin sürücüsü vəzifəsində işləmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanda faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 14 fevral 2019-cu il tarixdən 11 dekabr 2019-cu il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Ümumi şöbəsində kuryer vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin “X6 və Emal Birliyi” MMC-nin direktorunun sürücüsü işini icra edərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Təsərrüfat Şöbəsinin sürücüsü vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədrinin sürücüsü Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq buğda toxumu yetişdirmək üçün 200 ha torpaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsinə dair 2019cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 müraciət edən Goranboy rayonu, Sarovlu kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləyən səlahiyyətli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə ayrı-ayrı rayonlarda Nazirliyin balansında olan torpaq sahələrindən ona istənilən qədər torpaq sahəsinin icarəyə verilməsini həll etmək imkanına malik olduqlarını yalandan bildirib aldatmaqla, qeyd edilən məsələnin icrası ilə əlaqədar müvafiq torpaq sahəsinin icarə haqqının əvvəlcədən xəzinəyə ödəniləcəyi təqdirdə müsbət həll edəcəyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la birlikdə yalandan vəd edib Zərərçəkmiş şəxs razılığını alaraq, onunla sövdələşməklə, həmin niyyətlə o və Təqsirləndirilən şəxs2 sonuncudan 2019-cu ilin sentyabr ayının əvvəllərindən həmin ayın ortalarınadək olan müddətdə aralarındakı telefon danışıqları və xx.xx.2019-cu il tarixdə ünvan 4 ünvanında yerləşən “Kolorit” kafesi və “Şahsarayı” restoranlarındakı görüşləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsi adlanan ərazidən 200 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdən etibarən 3 illik müddətə icarəyə verilməsini həll edəcəyi adı ilə 45.000 manat pul vəsaitini istəyib, həmin niyyətlə, xx.xx.2019-cu il tarixdə 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitini Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs alıb sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, aldığı pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2la aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 04 avqust 2015-ci il tarixdən 17 fevral 2020-ci il tarixədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Təsərrüfat Şöbəsinin sürücüsü vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin Aqrar Xidmətlər Agentliyinin sədrinin sürücüsü işini icra edərkən, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Ümumi şöbəsində kuryer vəzifəsində işləməklə, faktiki olaraq həmin Nazirliyin “X6 və Emal Birliyi” MMC-nin direktorunun sürücüsü işləyən Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib, aralarındakı ümumi cinayətkar niyyətə uyğun olaraq buğda toxumu yetişdirmək üçün 200 ha torpaq sahəsinin icarəyə götürülməsində köməklik göstərilməsinə dair 2019-cu ilin sentyabr ayında cinayətdən xəbərsiz Şahid1 vasitəsi ilə özünə müraciət edən Goranboy rayonu, Sarovlu kənd sakini Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifələrdə işləyən səlahiyyətli tanışlarının olduğunu, həmin tanışları vasitəsilə ayrı-ayrı rayonlarda Nazirliyin balansında olan torpaq sahələrindən ona istənilən qədər torpaq sahəsinin icarəyə verilməsini həll etmək imkanına malik olduqlarını yalandan bildirib aldatmaqla, qeyd edilən məsələnin icrası ilə əlaqədar müvafiq torpaq sahəsinin icarə haqqının əvvəlcədən xəzinəyə ödəniləcəyi təqdirdə müsbət həll edəcəyini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1la birlikdə yalandan vəd edib Zərərçəkmiş şəxs razılığını alaraq, onunla sövdələşməklə, həmin niyyətlə o və Təqsirləndirilən şəxs1 sonuncudan 2019-cu ilin sentyabr ayının əvvəllərindən həmin ayın ortalarınadək olan müddətdə aralarındakı telefon danışıqları, habelə xx.xx.2019-cu il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yerləşən “Kolorit” kafesi və “Şahsarayı” restoranlarındakı görüşləri zamanı Samux rayonu, Qarayeri qəsəbəsi adlanan ərazidən 200 ha torpaq sahəsinin xx.xx.2019-cu il tarixdən etibarən 3 illik müddətə icarəyə verilməsini həll edəcəyi adı ilə 45.000 manat pul vəsaitini istəyib, həmin niyyətlə, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə 45.000 (qırx beş min) manat məbləğində pul vəsaitini Gəncə şəhəri, Atatürk prospekti 450 ünvanında yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin inzibati binasının yaxınlığında Zərərçəkmiş şəxs alıb sonuncunun xeyrinə heç bir hərəkət etməyərək, həmin pul vəsaitini aralarında bölüb şəxsi ehtiyaclarına xərcləməklə, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək Zərərçəkmiş şəxs məxsus əmlakı aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" ASC-nin Ümumi Şöbəsində kuryer vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdə öz ərizəsi əsasında işdən ayrılmışdır. O, kuryer vəzifəsində işləsədə faktiki olaraq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifədə çalışan Anar Hüseynov adlı şəxsin sürücüsü işləmişdir. Zərərçəkmiş şəxs 2019-cu ilin sentyabr ayından tanıyıb. O,Naili əvvəllər tanımamış, Zaur ona Zərərçəkmiş şəxs mobil nömrəsini verdikdən sonra sonuncu ilə danışaraq ilk dəfə Gəncə şəhərində tanış olmuşdur. Digər Təqsirləndirilən şəxs2 isə 2019cu il tarixdən tanıyır, həmin şəxslə də münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. Zaur Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifədə çalışmış Seymur Mövlayev adlı şəxsin sürücüsü olmuşdur. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 ona zəng edərək bir nəfər şəxsin ona müraciət edib icarəyə 200 ha torpaq sahəsi istədiyini, həmin şəxsdən qeyd edilən torpaq sahəsinə görə 40.000 manat pul vəsaiti istədiyini, lakin sonuncunun həmin pul vəsaitini ilk əvvəl ödəməyə razılıq versə də, sonradan vermədiyini demiş və həmin şəxsə zəng edərək sözügedən pul vəsaitini istəyib ona verməyini, lakin onun adını çəkməməyini söyləmişdir. Telefon danışığı zamanı Zaura özünün torpaq üçün müraciət edən şəxsə 45.000 manat pul vəsaiti verməli olduğunu söyləyəcəyini, həmin pul vəsaitinin 5.000 manatının ona qalacağını, qalan 40.000 manatı isə özünə verəcəyini bildirmiş, Zaur da onun bu təklifi ilə razılaşmış və ona Zərərçəkmiş şəxs mobil nömrəsini göndərərək sonuncuya zəng etməsini, qeyd edilən məsələləri həmin şəxslə danışmağını bildirmişdir. Özü də Zaurla razılaşmış və bundan sonra Zaurun ona göndərdiyi Nailin mobil nömrəsinə zəng etmişdir. Həmin mobil nömrəni xatırlamır. Nailə zəng edərək Samux rayonu, Qarayeri qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsinin 3 illik müddətə ona 45.000 manat pul vəsaiti müqabilində icarəyə verilə biləcəyini bildirmişdir. Nail ona əvvəlcədən buna görə 40.000 manat pul vəsaiti söylənildiyini, özünün buna razılaşmadığını demişdir. Telefon danışığı zamanı Nailə Gəncə şəhərinə gələcəyini, orada oturub bu barədə ətraflı danışa biləcəklərini söyləmiş, Nail də onunla razılaşmışdır. Naillə dəqiq xatırlamadığı tarixdə Gəncə şəhərində görüşmüş, görüş zamanı sonuncuya Samux rayonu, Qarayeri qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha torpaq sahəsi olduğunu, həmin torpaq sahəsini 3 illik müddətə ona 45.000 manat pul vəsaiti müqabilində icarəyə verilə biləcəyini, həmin 45.000 manatdan 5.000 manatının ona çatacağını, qalan 40.000 manatının işi həll edən şəxsə çatacağını demişdir. Lakin Nailə işi həll edən şəxsin, yəni 40.000 manatı alacaq şəxsin kim olduğunu deməmişdir. Danışıq zamanı Nailə həmin 40.000 manatın icarə haqqı olduğunu desə də halbuki həmin məbləği Zaura verməyi planlaşdırmışdır. Həmin vaxt Nail ona icarə müqaviləsinin nə vaxt bağlanacağını soruşduqda müqavilənin qısa müddət ərzində həll ediləcəyini, bu barədə xəbər edəcəyini demişdir. Danışıq zamanı Nail Samux rayonu, Qarayeri qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha torpaq sahəsinin 3 illik müddətə 45.000 manat pul vəsaiti müqabilində icarəyə götürməyə razılaşmış və növbəti günə görüş təyin etmişdir. Səhv etmirsə növbəti gün X23 Aqrar Universitetinin qarşısında sonuncuya məxsus ağ rəngli “BMW” markalı, dövlət qeydiyyat nişanlı nömrəsini xatırlamadığı nəqliyyat vasitəsinin içərisində görüşüb sonuncudan 45.000 manat pul vəsaitini ağ rəngli sellofan paketdə almışdır. Bundan sonra Naildən aldığı pul vəsaitini saymış, orada xatırlamadığı sayda 100, 50, 20 manatlıq əskinaslardan ibarət olmaqla ümumilikdə 45.000 manat pul vəsaiti olduğunu görmüşdür. Həmin pul vəsaitindən 5.000 manatını özünə götürmüşdür. Bundan sonra o, Zaura səhv etmirsə ya zəng edərək, ya mesaj yazaraq Naildən 40.000 manatı aldığını, harada görüşə biləcəklərini demişdir. Zaur da ona Mingəçevir şəhərində olduğunu, həmin gün axşam vaxtı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində "xxxx" MMC-yə məxsus ofisin qarşısında görüşə biləcəklərini demişdir. Özü də razılaşmışdır. Həqiqətən də həmin gün axşam saatlarında Zaur ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində "xxxx" MMC-yə məxsus ofisin qarşısında onu gözlədiyini, pulu oraya gətirməyini bildirmişdir. Özü də razılaşmışdır. Həmin gün axşam saatlarında Zaurla Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində "xxxx" MMC-yə məxsus ofisin qarşısında Təqsirləndirilən şəxs2 idarə etdiyi “Volkswagen Passat” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində görüşmüş, orada ondan və Zaurdan başqa kənar şəxs olmamışdır. Görüş zamanı Zaura əyani müşahidə etməsi üçün özünün əvvəlki razılaşmalarına görə götürdüyü 5.000 manatı göstərmiş, daha sonra yerdə qalan 40.000 manatı Naildən adlığı ağ rəngli sellofan paketin içərisində Zaura vermişdir. Zaura verdiyi 40.000 manatı saymış və orada 40.000 manat olduğunu təsdiqləmişdir. Bundan sonra Zaur ona Nailin torpaq məsələsinin 3 ay ərzində həll olunacağını, narahat olmamağını, 40.000 manatı da işi həll edən şəxsə verəcəyini demişdir. Lakin Zaur ona işi həll edəcəyi şəxsin adını deməmişdir. Bundan sonra Zaurla sağollaşıb oradan getmişdir. Təqribən 2 ay sonra Nail ona zəng edərək işin hansı yerdə olduğunu soruşmuş və hansı səbəbdən onunla icarə müqaviləsi bağlanmadığını demişdir. Bundan sonra Zaura zəng etmiş, sonuncu da ondan Nailin şəxsiyyət vəsiqəsinin kserosurətini istəmişdir. Özü də bu barədə Nailə demiş və sonuncu “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona şəxsiyyət vəsiqəsinin şəkillərini atmışdır. Özü də həmin şəxsiyyət vəsiqəsinin şəkillərini printer vasitəsi ilə çıxarıb Zaura vermişdir. Zaur həmin sənədi aldıqdan sonra narahat olmamağını, işin yenə də qısa müddət ərzində həll olunacağını demişdir. Lakin iş həll olunmamış, bu səbəbdən də Nail ondan verdiyi 45.000 manat pul vəsaitini geri tələb etmişdir. O, bu barədə Zaura demiş, sonuncu da yenə müxtəlif bəhanələr gətirərək ondan vaxt istəmişdir. Nail çoxsaylı israr etdiyi üçün məcbur olub özünə götürəcəyi 5000 manatı qaytarmaq istədiyini demiş, həqiqətən də dəqiq xatırlamadığı tarixdə Nailin qardaşı Elçinlə Bakı şəhərində Nərimanov metrostansiyasının yaxınlığında görüşüb sonuncuya 4.300 manat pul vəsaiti vermiş, qalan 700 manatı sonra verəcəyini bildirmişdir. Lakin maddi imkanı olmadığından həmin 700 manatı verə bilməmişdir. Sonrakı dövrlərdə Nail yenə pulunu ondan istədiyindən Zaura demiş, hər dəfə sonuncu müxtəlif bəhanələr gətirmişdir. 2020-ci ilin mart ayında Rusiya Federasiyasına getmiş, pandemiya səbəbindən sərhədlər bağlandığından geri qayıda bilməmişdir. Orada olarkən Rusiyada istifadə etdiyi mobil nömrədən Nailə zəng etmiş, Nail də ondan pulu istəmişdir. O, Naildən möhlət istəmiş, daha sonra Zaurdan həmin pulu tələb etmişdir. Zaur da ona dəqiq xatırlamadığı tarixdə pulun onda olması ilə bağlı mesaj yazmış, özü də həmin yazışmanın mobil telefonu vasitəsi ilə ekran şəklini çəkərək Nailə atmışdır. Əlavə olaraq bir daha qeyd edir ki, Nailin verdiyi 45.000 manat pul vəsaitindən 5.000 manatı özünə götürmüş, qalan 40.000 manatı isə Zaura vermişdir. İş alınmayan ərəfələrdə Nailə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə vaxt qazanmaq üçün guya torpağın hansısa deputat və ya vəzifəli şəxs tərəfindən zəbt olunması, sənədlərin nazirlikdə imzada olması, Almaniyadan pul göndərilməsi və ya digər oxşar tipli yalanlar bildirmişdir. Əlavə olaraq qeyd edir ki, Şahid1 adlı şəxsi 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 vasitəsi ilə “Azərbaycan Hökümət Evi”nin inzibati binasının qarşısında tanımışdır. Həmin vaxt Mübariz onlara Nailin tanışı olduğunu, sonuncunun Samux rayonu, Qarayeri qəsəbəsindən icarəyə torpaq sahəsi istədiyini bildirmişdir. Orada bir-birlərinin əlaqə nömrələrini götürmüşlər. Qeyd edilən məsələ ilə əlaqədar Naillə bərabər Mübariz də vaxtaşırı işin gedişatı barədə maraqlanmış, özü də Mübarizə məlumat vermişdir. Hətta Naillə danışarkən telefon danışıqlarının birində Mübariz də yanında olmuşdur. Mübarizin bu işdə heç bir maddi və ya sair marağı olmamış, sonuncuya hər hansı pul vəsaiti çatmamışdır. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş zərərdən qismən ödədiyini, ailə vəziyyətini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CMin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirdi ki, 2015-ci ilin avqust ayından xx.xx.2020-ci il tarixədək "xxxx" ASCdə sürücü işləmişdir. Rəsmiyyətdə adı "xxxx" ASC-də getsə də son iki il ərzində faktiki Aqrar Xidmətlər Agentliyində sürücü olmuşdur. 2018-ci ilin yay aylarında Seymur Mövlayev adlı şəxs "xxxx" ASC-yə sədr təyin edilmiş, bundan sonra Seymur Mövlayevin sürücüsü kimi işləmişdir. 2019-cu ilin yanvar ayında isə X19 Xidmətlər Agentliyinə rəhbər təyin edilmiş və həmin vaxtdan qeyd edilən qurumda Seymur Mövlayevin sürücüsü kimi işləmiş və xx.xx.2020-ci il tarixdə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs ilə bağlı bildirmək istəyir ki, həmin şəxsi tanımır, sonuncu ilə heç vaxt görüşməmişdir. Yalnız bir neçə dəfə telefon vasitəsi ilə danışmış, Nail ilə bağlı müəyyən söhbətlərdə iştirak etmişdir. Belə ki, ilk dəfə Nail ilə təxminən 2019-cu ilin avqust ayında telefon vasitəsi ilə danışmışdır. Naili ona yönəldən Mübariz adlı tanışı olmuş, Mübarizi isə hadisədən bir il öncə tanımışdır. Belə ki, aqrolizinq ASC-də işləyən vaxt Mübariz bir neçə dəfə ayrı-ayrı tanış və qohumlarına kənd təsərrüfatı texnikaları alması zamanı ona müraciət etmiş, özü də aidiyyəti əməkdaşlardan xahiş etməklə Mübarizin növbədən kənar texnika almasına köməklik etmişdir. Beləcə münasibətləri yaranmışdır. Lakin aralarında elə də yaxın münasibət olmamışdır. 2019-cu ilin avqust ayında Mübariz ona Nail adlı tanışının zəng edəcəyini, sonuncunun "xxxx" ASC-yə mühərrik yağları, avtomobil şinləri və digər avtomobilə aid avadanlıqlar satmaq istədiyini bildirmiş və özü də buna razılıq vermişdir. Həqiqətən də 2019-cu ilin avqust ayının axırlarında Nail adlı şəxs ona zəng edərək nömrəsini Mübarizdən aldığını bildirərək ona "xxxx" ASC-yə mühərrik yağları, avtomobil şinləri və digər avtomobilə aid avadanlıqlar satmaq istədiyini bildirmişdir. Özü də həmin telefon danışığı zamanı Nailə onların qiymətlərini “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə atmağını bildirmiş, Nail də onları həmin proqram vasitəsi ilə ona göndərmişdir. Nailə orada “baxarıq” yazıb "xxxx" ASC-də çalışan bu işə məsul şəxslərlə danışsa da ona belə bir şeyə ehtiyac olmadığı bildirilmişdir. O, işin alınmadığını başa düşmüş, lakin Nailə bu barədə heç nə deməmişdir. 2019-cu ilin sentyabr ayında Mübariz təkrarən ona müraciət edib Zərərçəkmiş şəxs adlı tanışına Samux rayonu, Qarayeri qəsəbəsi adlanan ərazidə 3 illik müddətə taxıl əkmək üçün torpaq sahəsi lazım olduğunu bildirmişdir. Daha sonra Mübariz ondan bu sahədə hər hansı köməklik edə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin vaxt Aqrar Xidmətlər Agentliyinin rəhbəri Seymur Mövlayevin sürücüsü işləmişdir. Mübarizin ona müraciət etməsinin səbəbi o, olmuşdur ki, Aqrar Xidmətlər Agentliyi Kənd Təsərrüfatı Nazirliyinin bir neçə qurumunun bazasında yaradılmış, yəni geniş səlahiyyətli qurum olmuşdur. Mübariz əkin məqsədli torpaqların ayrılmasının da həmin qurumun tabeliyində olmasını zənn etmişdir. Lakin Mübarizə əkin torpaq sahələrin ayrılmasının Aqrar Xidmətlər Agentliyinin deyil, Nazirliyin digər qurumunun səlahiyyətində olduğunu izah etmişdir. Bildiyinə görə əkin torpaq sahələrinin ayrılması ilə Anar Hüseynov adlı şəxsin rəhbərlik etdiyi qurum məşğul olmuşdur. Lakin Anarın hansı vəzifədə işlədiyini bilməmişdir. Sonradan öyrəndiyinə görə X26 Təsərrüfatı Nazirliyinin “X6 və Emal Birliyi” MMC-nin direktoru vəzifəsində işləmişdir. Anar Hüseynovun sürücüsü olan iş üzrə digər Təqsirləndirilən şəxs1 Kənd Təsərrüfatı Nazirliyində işlədiyi vaxtdan tanıyır. Belə ki, o, Şirin ilə Kənd Təsərrüfatı Nazirliyinin tədbirlərinə gedən zaman tanış olmuşdur. Onların rəhbərləri hansısa tədbirə gedəndə sürücülər bir araya yığışıb söhbətləşmiş, beləcə Şirinlə münasibəti yaranmışdır. Mübariz ona müraciət edəndə Şirin vasitəsi ilə Mübarizə köməklik edə biləcəyini fikirləşmişdir. Bu səbəbdən də Mübariz ona qeyd edilən məsələ ilə əlaqədar müraciət edəndə sonuncuya bu işlərə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X6 və Emal Birliyi” MMCnin direktoru vəzifəsində çalışan əvvəlcədən tanıdığı Anar Hüseynovun baxdığını, bu işdə köməklik edə biləcək tanışının olduğunu bildirmiş və sonuncunu növbəti gün üçün “Azərbaycan Hökümət evi”nin inzibati binasının qarşısına görüşə çağırmışdır. Növbəti gün Mübariz “Azərbaycan Hökümət evi”nin inzibati binasının qarşısına gəlmiş, həmin vaxt Şirinlə birlikdə həmin inzibati binanın qarşısında olmuşdur. Mübariz onunla və Şirinlə salamlaşmışdır. Daha sonra Mübarizə yanındakı Şirini göstərib sonuncunu tanış etmiş, həmin şəxsin Anar Hüseynovun qonşusu və sürücüsü olduğunu, Nail adlı qohumuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisində Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsində yalnız Şirinin köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxtlar Seymur Mövlayev binadan çölə çıxdığından Mübariz və Şirinlə sağollaşıb oradan getmişdir. Mübariz və Şirin orada qalmışdır. 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs həmin vaxt istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsindən zəng edib sonuncuya mobil nömrəsini Mübarizdən aldığını, Kənd Təsərrüfatı Nazirliyinə məxsus torpaq sahəsi istəyib-istəmədiyini soruşmuşdur. Nail ona əkin məqsədli 200 ha torpaq sahəsinə ehtiyacı olduğunu, bu sahədə ona köməklik etməyini xahiş etmişdir. Danışıq zamanı Zərərçəkmiş şəxs Kənd Təsərrüfatı Nazirliyində heç bir tanışı olmadığını, bunu başqa cür həll edə bilmədiyini demişdir. Bir qədər söhbətdən sonra Nail bildirmişdir ki, torpaq sahəsinin icarəyə verilməsini həll etsə ona hörmət də edəcəkdir. O, bu barədə maraqlanıb cavab verəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 bu barədə məlumat vermiş və Zərərçəkmiş şəxs necə köməklik edə biləcəyini soruşmuşdur. Şirin bildirmişdir ki, bu barədə işlədiyi qurumda torpaq sahələrinin ayrılması ilə məşğul olan hansısa rəhbər əməkdaşla maraqlanıb ona cavab verəcək. Lakin Şirin kiminlə danışacağını ona deməmişdir. Növbəti gün Şirin ona zəng edib bu barədə maraqlandığını bildirmiş və Zərərçəkmiş şəxs 40.000 manat verəcəyi təqdirdə Samux rayonu ərazisindən 200 ha torpaq sahəsinin 3 illik müddətə icarəyə verilməsini həll edə biləcəyini demişdir. Lakin həmin pulun nədən ötrü tələb olunduğunu bilməmişdir. Yəni həmin pulun qanunsuz olaraq kiməsə hörmət kimi verilməli olduğunu və ya qanunu icarə haqqı olduğunu bilməmişdir. Bircə Şirin bildirmişdir ki, torpaq sahəsinin ayrılmasının qiyməti 40.000 manatdır. Özü də Zərərçəkmiş şəxs həmin ərəfələrdə zəng edib torpaq sahəsinin ayrılması üçün 40.000 manat tələb olunduğunu demişdir. Nail ona icarə müqaviləsinin pul verilməmişdən əvvəl bağlanmalı olduğunu tələb etdiyindən, Şirin isə bunun mümkün olmadığını bildirdiyindən Naillə söhbətləri baş tutmamışdır. Hətta xx.xx.2019-cu il tarixdə Naillə bir neçə dəfə bu məzmunda danışıq aparmış, Nail ona Bakı şəhərinə gəlib müzakirə də apara biləcəklərini desə də gəlməmiş, hətta Nailə şəhərdə gözlədiyini, iş alınmırsa da ona məlumat verməli olduğu barədə mesaj da yazmışdır. Nailə həmin mesajdan sonra həmin gün daha iki dəfə zəng etmiş, lakin Nail yenə də icarə müqaviləsi bağlanmadan heç bir pul vəsaiti verməyəcəyini bildirmiş, bu səbəbdən də söhbətləri baş tutmamış, Naillə sağollaşmışdır. Bununla bağlı Şirin ondan maraqlananda bildirmişdir ki, Zərərçəkmiş şəxs icarə müqaviləsi bağlanmasını tələb etdiyindən heç bir pul verməyəcəkdir. Daha sonra Şirin özü Zərərçəkmiş şəxs ilə əlaqə yaratmışdır. Ola bilər ki, Nailin mobil nömrəsini də Şirinə özü vermişdir, lakin bunu dəqiq xatırlamır. Sonrakı gün Şirinlə danışarkən sonuncu ona Naillə danışdığını, Naillə Gəncə şəhərində oturub ətraflı söhbət edəcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə dəqiq xatırlamadığı tarixdə Şirinlə danışarkən sonuncu ona axşam saatlarında zəng edəcəyini, yanında Nailin olacağını, Nail icarə müqaviləsi bağlanmadan pul vəsaiti verməyəcəyini bildirəndə Nailə “narahat olmamağını” bildirməyini, sonuncunu inandırmağını, Nailə həqiqətən də qeyd edilən torpaq sahəsinin icarəyə veriləcəyini bildirməyini deməyini xahiş etmişdir. Özü də Şirin dostu olduğu üçün razılaşmışdır. Həqiqətən də xx.xx.2019-cu il tarixdə Şirin onun 051 255-92-99 mobil nömrəsinə zəng etmiş, harada olduğunu soruşmuş, Şirinə Mingəçevir şəhərində olduğunu bildirmişdir. Həmin vaxt Şirin telefonunu mikrofona qoyaraq yanında Nailin də olduğunu bildirmiş, orada Şirin onu Gəncə şəhərinə görüşə dəvət etmiş, Şirinə Mingəçevir şəhərində olmağı səbəbindən görüşə gələ bilməyəcəyini bildirmişdir. Həmin vaxt telefonda yenə də Nail ona Samux rayonundan Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha icarəyə torpaq sahəsi istədiyini, icarə müqaviləsi bağlanmazdan əvvəl pul verməyə narahat olduğunu bildirmiş, özü də Nailə orada pulun əvvəlcədən verilməyinə görə narahat olmamağını, sonuncuya həqiqətən də qeyd edilən ərazidən torpaq sahəsinin icarəyə veriləcəyini bildirmişdir. Bundan sonra Şirin və Naillə sağollaşmışdır. xx.xx.2019-cu il tarixdə gün ərzində Şirinlə danışmış və həmin gün axşama Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "xxxx" MMC-nin binasının qarşısında görüş təyin etmişlər. xx.xx.2019-cu il tarixdə axşam saatlarında Şirinlə Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "xxxx" MMC-nin binasının qarşısında onun idarə etdiyi “Volkswagen Passat” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində görüşmüş, görüş zamanı Şirin ona Zərərçəkmiş şəxs Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha torpaq sahəsinin icarəyə verilməsi adı ilə Gəncə şəhərində 45.000 manat pul vəsaiti aldığını, özünün onları tanış etməyi səbəbindən onun da zəhmətinin olduğunu bildirərək həmin puldan ona 3.000 manat pul vəsaiti vermişdir. Qalan 42.000 manat pul vəsaitini də Şirin özünə götürmüşdür. Bundan sonra Şirinlə sağollaşıb oradan getmişdir. Təqribən 3-4 gün sonra Şirin ondan verdiyi 3.000 manatdan 800 manatını geri istəmiş, özü də həmin 800 manatı Şirinə Aqrar Xidmətlər Agentliyinin inzibati binasının qarşısında geri vermişdir. Bundan sonrakı dövrdə Zərərçəkmiş şəxs icarəyə hər hansı torpaq sahəsi verilmədiyi üçün Şirinlə Nail arasında narazılıqlar yaranmağa başlamışdır. Hətta həmin ərəfələrdə Şirin “whatsapp” proqramı vasitəsi ilə Nailin onu sıxışdırdığını bildirmiş, özü də Şirinə kömək etmək üçün “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə həmin pulun onda olması ilə bağlı sms yazmış, Şirin həmin yazışmanın ekran şəklini çəkərək Nailə göndərmişdir. Bundan sonra bir neçə dəfə bu məzmunda Şirinlə danışıqları olmuşdur. Bir neçə aydan sonra Zərərçəkmiş şəxs ona “whatsapp” proqramı vasitəsi ilə mesaj yazıb pulunu geri tələb etmişdir. O, pulu nəyə görə geri tələb etdiyini soruşanda Nail bildirmişdir ki, Şirin pulu ona verdiyini demişdir. Həmin danışıq zamanı Nailə bu söhbətin yalan olduğunu bildirib pulu kimə veribsə ondan da tələb etməsini bildirmişdir. Bununla əlaqədar Şirinlə əlaqə saxlamaq istəsə də sonuncunu tapa bilməmişdir. Həmin ərəfələrdə Şirin işdən azad olunmuşdur. Sonralar Şirinlə danışarkən sonuncu ona Rusiya Federasiyana gedəcəyini demişdir. Daha sonra isə öyrənmişdir ki, həqiqətən də Şirin Rusiya Federasiyasına getmişdir. Bundan sonra sonuncu ilə əlaqə yarada bilməmiş, yalnız bir neçə gündən sonra Şirin xarici nömrədən “whatsapp” proqramı vasitəsi ilə ona zəng edib borca pul istəmişdir. Şirin daha öncə ondan müxtəlif məbləğlərdə borc alıb qaytarmadığına görə sonuncuya hər hansı məbləğdə pul vəsaiti verməmiş, habelə onun barəsində Zərərçəkmiş şəxs yalan danışmasına görə Şirinə iradını bildirmişdir. Bir qədər bununla bağlı mübahisə də etmişdirlər. Şirin telefon danışıqlarını sonlandırıb bir daha onunla əlaqəyə çıxmamışdır. Əlavə olaraq qeyd edir ki, Şirinlə həmişə öz istifadəsində olan 051 255-92-99 mobil nömrəsi ilə Şirinin istifadə etdiyi 050 731-08-09 və 050 788-00-51 mobil nömrələri ilə, Zərərçəkmiş şəxslə isə sonuncunun işlətdiyi 050 387-37-55 mobil nömrəsi ilə əlaqə saxlamışdır. Sonda məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddaçı Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Türkiyənin “Petrol ofisi” mühərrik yağlarının Azərbaycana idxal edilməsi, habelə akkumulyatorların və avtomobil şinlərinin satılması işi ilə məşğul olur. O, qeyd edilən məhsullardan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə satmaq istəmişdir. Həmin vaxtlar Mübariz adlı uzaq qohumu ilə danışarkən sonuncu ona "xxxx" ASC-də çalışan Zaur adlı şəxsi tanıdığını, istəyirsə bu barədə sonuncuya deyə biləcəyini bildirmiş və ona Zaurun mobil nömrəsini vermişdir. Mübarizdən Zaur adlı şəxsin işlətdiyi ***-***-**-** mobil nömrəsini almış və 2019-cu ilin avqust ayının axırlarında həmin mobil nömrəyə zəng vurmuşdur. Telefonla danışdığı şəxs ona özünün Zaur olduğunu bildirdikdən sonra həmin şəxsə mobil nömrəsini Mübarizdən aldığını, mühərrik yağları, akkumulyator, avtomobil şinləri satışı ilə məşğul olduğunu, istəyirlərsə həmin məhsullardan "xxxx" ASC-yə də sata biləcəyini demişdir. Zaur ona həmin məhsulların qiymətlərini “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə atmağını bildirmiş, özü də onları həmin proqram vasitəsi ilə Zaura göndərmişdir. Zaur orada “baxarıq” yazsa da sonradan heç bir fikir bildirmədiyindən işin alınmadığını başa düşmüşdür. 2019-cu ilin yay aylarında yaxın yoldaşlarla söhbətləşərkən xaricdən sort buğda toxumu gətirib əkərək qazanc əldə etmək qərarına gəlmişdir. Bununla bağlı haradan torpaq sahəsi icarəyə götürə biləcəyi ilə maraqlananda ona Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında çoxlu əkin sahələri olduğu, həmin əkin sahələrini icarəyə götürüb taxıl əkməyin mümkün olduğu bildirilmişdir. O, həmin torpaq sahəsini necə icarəyə götürə biləcəyi ilə bağlı maraqlananda 2019-cu ilin sentyabr ayında “Borya” ləqəbi ilə tanınan tanışı Şahid1 telefonla zəng etmişdir. Həmin vaxt Şahid1 ona Kənd Təsərrüfatı Nazirliyində "xxxx" ASC-nin sədri Seymur Mövlayevin sürücüsü vəzifəsində çalışan Təqsirləndirilən şəxs2 adlı şəxsin bu işdə köməklik edə biləcəyini bildirmiş və onun mobil nömrəsini Zaurun zəng etməsi üçün sonuncuya vermişdir. Mübariz telefon danışığı zamanı bütün məsələləri Təqsirləndirilən şəxs2 özü ilə danışmağını bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra, yəni təxminən xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 xatırlamadığı mobil nömrədən onun həmin vaxtlar işlətdiyi ***-***-**- ** mobil nömrəsinə adi qaydada zəng etmişdir. Təqsirləndirilən şəxs2 danışığa başlamazdan əvvəl Mübarizin ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansından torpaq sahəsi icarəyə götürmək istədiyini söylədiyini demişdir. Telefon danışığı zamanı Təqsirləndirilən şəxs2 toxumluq taxıl əkmək istədiyini, bununla bağlı ona Samux rayonu Qarayeri qəsəbəsi adlanan ərazidən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan 3 illik 200 ha torpaq sahəsi lazım olduğunu bildirdikdə Zaur heç bir problem olmadığını, torpaq sahəsinin hər hektarına görə 200 manat olmaqla cəmi 40.000 manat pul istəmişdir. Zaur həmin pulu torpağın icarə haqqı kimi rəsmi ödəniş adı ilə istəmiş, özü də icarə haqqı kimi 40.000 manat məbləğlə razılaşmış, lakin ödənişin rəsmi qaydada edilməsini, pul vəsaitini buna dair icarə müqaviləsi bağlandıqdan sonra ödəyəcəyini demişdir. Buna baxmayaraq Zaur onunla razılaşmayıb həmin pulun tam həcmdə müqavilə bağlanmazdan öncə əlbəəl sonuncunun özünə verilməli olduğunu, özünün həmin pulu aparıb Kənd Təsərrüfatı Nazirliyinin xəzinəsinə verəcəyini, əks təqdirdə bu işin baş tutmayacağını söyləmişdir. O, müqavilə bağlanmadan əlbəəl heç kimə pul vəsaiti ödəməyəcəyini təkrarən Zaura bildirmişdir. Zaur ona yenə eyni qaydada pul vəsaitinin ona verilməli olduğunu, özünün aparıb xəzinəyə verəcəyini söyləmişdir. O, bununla razılaşmamış, həmin danışıq zamanı Zaurla söhbətləri baş tutmamışdır. Bu məzmunda aralarında bir neçə dəfə telefon danışığı olmuşdur. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 zəng edərək bir daha həmin məsələ ilə maraqlanmış, 40.000 manat müqabilində rəsmi icarə müqaviləsi ilə ona Samux rayonu, Qarayeri adlanan qəsəbəsindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan torpaq sahələrindən 200 ha torpaq sahəsini 3 illik müddətə icarəyə verilməsi məsələsini həll edib-edə bilməyəcəyini soruşmuşdur. Zaur yenə də ona 40.000 manat pul vəsaiti əvvəlcədən verilməzsə bu işin baş tutmayacağını, icarə müqaviləsinin sonradan bağlanılacağını bildirmiş, özü də yenə bununla razılaşmamışdır. Telefon danışığının sonunda Zaur ona yenə həmin gün axşama kimi dəqiq məlumat verməyini bildirmişdir. O, yenə razı olmadığını demişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs2 ***-***-**-** mobil nömrəsindən onun həmin vaxtlar işlətdiyi ***-***- **-** mobil nömrəsinə “Məllim mən oturub şəhərdə sizi gozləyirəm, bele olmaz axi,alinmir deyin alinmirda” məzmununda mesaj yazmışdır. O, həmin mesajı oxusa da Zaura heç bir cavab verməmişdir. Təqribən 1 saat sonra Zaur ona yenidən zəng edərək yenə ondan 40.000 manat pul vəsaitini istəmiş, yenə də Zaura icarə müqaviləsi bağlanmadan heç bir pul vəsaiti verməyəcəyini demiş və sağollaşmışdır. Buna baxmayaraq Zaur ona təqribən 10-15 dəqiqə sonra yenidən zəng edib fikrinin qəti olub-olmadığını, qeyd edilən məsələyə görə 40.000 manat pul vəsaitini verib-verməyəcəyini soruşmuşdur. O, icarə müqaviləsi bağlanmadan həmin pul vəsaitini heç bir halda verməyəcəyini bildirmiş və Zaurla sağollaşmışdır. Növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə saat 11-12 radələrində ona özünü Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə sahibi Anar Hüseynovun sürücüsü Təqsirləndirilən şəxs1 səhv etmirsə ***-***-**-** mobil nömrəsindən həmin vaxtlar işlətdiyi ***-***-**-** mobil nömrəsinə adi qaydada zəng etmişdir. Danışıqdan onun nömrəsini Şirinə Zaurun verdiyini başa düşmüşdür. Zəng edən şəxsdən kim olduğunu və nəyə görə zəng etdiyini soruşanda Şirin bildirmişdir ki, “Zaurun dediyi torpaq məsələsinə görə zəng etmişəm, həmin torpaq sahəsinin ayrılmasını mən həll edəcəm deyə sizə zəng etmişəm”. Bundan sonra bir qədər bu barədə söhbətləri olmuş və Şirin bir daha torpaq sahəsinin ayrılması üçün pulun öncədən verilməli olduğunu bildirmişdir. Daha sonra Şirin ondan Zaurun ona nə qədər pul söylədiyini deyəndə sonuncuya 40.000 manat demiş, həmin vaxt Şirin “yox, həmin məbləğ 45.000 manat təşkil edir” deyə cavab vermiş, daha sonra Şirin ona həmin pul müqabilində Samux rayonundakı Qarayeri qəsəbəsi adlanan ərazidə yerləşən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan 200 ha torpaq sahəsinin 3 il müddətinə icarəyə veriləcəyini söyləmişdir. Söhbət zamanı Şirin həmçinin Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin Gəncə şəhərində Aqrar Universitetinin yeni tikilməkdə olan binadakı tikintisi ilə əlaqədar ora gələcəklərini bildirmiş və ona Gəncə şəhərində görüşüb bu barədə ətraflı söhbətləşməyi təklif etmişdir. O, həmin təkliflə razılaşmışdır. Həmin gün bir neçə dəfə Şirinlə bu barədə aralarında telefon danışığı etmişdir. Sonuncu danışıqları həmin gün axşam saatlarında olmuş, telefon danışıqlarından birində Şirin ona artıq Gəncə şəhərində olduğunu, lakin Göygöl rayonuna gedəcəkləri səbəbindən onunla həmin gün görüşə bilməyəcəyini, yalnız növbəti gün səhər saatlarında görüşə biləcəyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə səhər tezdən Şirinlə zəngləşib Gəncə şəhərində yerləşən “Vego” hotelin qarşısında sonuncu ilə görüşmüşdür. Şirin onun maşınına əyləşmiş, birlikdə “Kolorit” restoranına gedib səhər yeməyi yemişlər. Həmin vaxt torpaq sahəsinin ayrılması barədə ətraflı söhbətləşmişlər. Şirin bir daha ona Samux rayonun Qarayeri qəsəbəsi adlanan ərazidən 200 ha torpaq sahəsinin 3 illik müddətə icarəyə verilməsini həmin ilin oktyabr ayının 1-dək həll edəcəyini vəd etmişdir. Həmin görüş zamanı Şirinə yenə də əvvəlcədən icarə müqaviləsi bağlanmadan heç bir ödəniş etməyəcəyini bildirmişdir. Bu zaman Şirin ona Zaurun Mingəçevir şəhərində olduğunu, istəyirsə həmin gün axşam Zaurla üçünün birlikdə həmin işi Gəncə şəhərində müzakirə edə biləcəklərini söyləmişdir. Özü də Şirinin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Şirini aparıb “Vego” otelin qarşısında düşürüb getmişdir. xx.xx.2019-cu il tarixdə Şirinlə aralarında olan növbəti telefon danışığı zamanı Gəncə şəhərində yerləşən “Şahsarayı” adlanan restoranda görüşmək qərarına gəlmişlər. Bundan sonra Şirinin arxasınca Gəncə şəhərində yerləşən “Vego” hotelin qarşısına getmiş, sonuncunu oradan götürüb “Şahsarayı” adlanan restorana getmişlər. Həmin restoranda Şirinlə birlikdə oturub çay içmişlər. Söhbət zamanı Şirindən Zaurun niyə gəlmədiyini soruşmuşdur. Bundan sonra Şirin Zaura zəng edib harada olduğunu soruşmuş və telefonu mikrafona qoymuşdur. X24 görüşə gəlib-gəlməyəcəyini soruşmuş, Zaur Mingəçevir şəhərində qaldığını, bu səbəbdən gələ bilmədiyini, onun iştirakı olmadan işi həll etmələrini bildirmişdir. Hətta orada olan söhbət zamanı mikrafonda Zaur ona Kənd Təsərrüfatı Nazirliyinə məxsus Samux rayonu ərazisində bir neçə yerdə torpaq sahələri olduğunu, istədiyi yerdən ona torpaq sahəsi verə biləcəyini demişdir. Bu zaman Şirin Zaura onun yalnız Samux rayonu, Qarayeri qəsəbəsindən keçən magistral yolla dəmiryolu xəttinin arasında olan ərazidən 200 hektar torpaq sahəsi istədiyini söyləmiş, özü də bunu təsdiqləmişdir. Zaur narahat olmamağını, həmin torpaq sahəsinin ona icarəyə verilməsini həll etdirəcəyini bildirmişdir. Həmin vaxt Şirin Zaura mikrafonda onun icarə müqaviləsi bağlanmadan heç bir pul verməyəcəyini bildirdikdə Zaur narahat olmamağını, torpaq sahəsinin veriləcəyini, 45.000 manat pulun əvvəlcədən verilməli olduğunu, həmin pulun əvvəlcədən xəzinəyə, yəni dövlət büdcəsinə ödənilməli olduğunu, pulu Şirinə verməyini, Şirinlə birlikdə həmin pulu xəzinəyə ödəyəcəklərini, özünün Mingəçevir şəhərində olması səbəbindən gələ bilməyəcəyini bildirmişdir. Şirin də Zaurun söylədikdlərini təsdiqləmişdir. Zaur və Şirinin sözlərinə inandığı üçün pulu öncədən verməyə razılaşmalı olmuşdur. Növbəti gün, yəni xx.xx.2019cu il tarixdə Şirinlə əlaqə saxlayaraq həmin gün günorta saatlarında Gəncə şəhərində Dövlət Aqrar Universitetin yeni tikilən binasının qarşısında görüşmüşdür. Şirin onun istifadəsində olan “BMW 528” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yaxınlaşmış, bundan sonra özü orada pəncərənin şüşəsini açaraq avtomaşının sərnişin oturacağı tərəfindən Şirinə ağ rəngli sellofan paketin içərisində xatırlamadığı sayda 20, 50 və 100 manatlıq əskinlaslardan olmaqla ümumilikdə özünə məxsus olan 45.000 manat pul vəsaitini vermişdir. Şirin tələsdiyi üçün həmin pulu götürüb idarə etdiyi “Volkswagen” markalı xidməti maşınına yaxınlaşmış və gedərkən ona narahat olmamağını, Bakı şəhərinə gedən kimi onun məsələsini həll edəcəyini bildirmiş və bir daha onu qeyd edilən torpaq sahəsinin 1 oktyabr tarixinədək ona icarəyə veriləcəyinə əmin etmişdir. Bundan sonra Şirin onunla sağollaşıb oradan getmişdir. Daha sonra torpaq sahəsi ayrılan kimi əkin işinə başlamaq məqsədi ilə payız əkini başlayana qədər 27.000 manata gübrə və 25.000 manata isə taxıl toxumu almışdır. Həmin ərəfələrdə Şirinin tələbi üzrə istifadəsində olan mobil telefon nömrəsindən sonuncunun telefonuna “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə öz şəxsiyyət vəsiqəsinin şəkillərini atmışdır, Şirin ondan başqa hər hansı sənəd istəməmişdir. Oktyabr ayı başlasa da Şirindən bir xəbər çıxmadığını görüb özü sonuncu ilə əlaqə saxlamış, Şirin bu dəfə ona torpaq sahəsinin xx.xx.2019-cu il tarixində ayrılacağını bildirmişdir. Həmin tarixi də gözləmişdir. Oktyabrın 15-də Şirinlə danışanda bu dəfə də sonuncu müxtəlif sözlər deyərək torpaq sahəsinin ayrılmasında müəyyən çətinliklər olduğunu, həmin ərazidə torpaq sahəsinin adını xatırlamadığı vəzifəli şəxs tərəfindən zəbt olduğunu deyib vaxtı noyabr ayının əvvəlinə uzatmışdır. Vaxtın uzandığını görüb Şirinə payız əkinin dekabr ayının əvvəlinə qədər aparılmalı olduğunu demişdir. Buna görə də Şirinə təklif etmişdir ki, taxılı əksin, müqavilə gec bağlansa da olar. Şirin heç bir narahatlıq olmadığını, yaxın günlərdə müqavilə bağlanacağını bildirib gözləməyini demişdir. Yenə də gözləmiş, lakin vaxt çox uzanmışdır. Dekabr ayında əkin aparmağın heç bir mənası olmadığına görə artıq torpaq sahəsi ona lazım olmamışdır. Belə ki, dekabr ayından sonra aparılacaq əkində lazımi nəticə əldə etmək mümkün deyildir. Həmin vaxtlar Şirinlə danışarkən sonuncu ona yenə də müxtəlif bəhanələr gətirmiş, hətta ona 200 ha torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı sənədlərin X10 stolunun üstündə olduğunu, yaxın zamanlarda imzalanacağını bildirmişdir. Artıq həmin ərəfələrdə Şirinin yalan danışdığını anlamağa başlamışdır. X17 Nazirliyinə ona torpaq ayrılması ilə bağlı heç bir rəsmi ərizə də yazmamışdır. Bu səbəbdən də Şirinə zəng edib topaq sahəsinin artıq lazım olmadığını bildirib pulunu geri qaytarmasını tələb etmişdir. Şirin də heç bir problem olmadığını bildirib pulu geri qaytaracağını demişdir. 2019-cu ilin dekabr ayının 22-də Bakı şəhərində olan zaman Şirinlə telefon əlaqəsi saxlayaraq “Şəki restoranı”nın yaxınlığında olan xatırlamadığı kafedə sonuncu ilə görüşmüş, görüş zamanı Şirin ona pulu verdiyi şəxslə bu barədə ətraflı olaraq danışıb sonra məlumat verəcəyini söyləmişdir. Danışıqlarına əsasən həmin gün axşam Neftçi İdman kompleksinin yaxınlığında adını xatırlamadığı hotelin kafesində yenidən görüşən zaman yanlarında uşaqlıq dostu Şahid2 da olmuşdur. Həmin şəxsin yanında Şirin 2019-cu ilin dekabr ayının 29-na kimi pulu qaytaracağına söz vermiş, daha sonra pulu verdiyi Kənd Təsərrüfatı Nazirliyində çalışan hansısa vəzifəli şəxsin xx.xx.2019-cu il tarixdə işə çıxacağını, xx.xx.2019-cu il tarixinə kimi həmin şəxsdən pulu alıb ona qaytaracağını bildirmişdir. Şirin həmin vəzifəli şəxsin adını deməmişdir. Lakin həmin tarix keçsə də Şirin yenə pulun qaytarılmasını guya həmin rəhbər şəxsin 2020-ci ilin yanvar ayının 5-də işə çıxacağını bildirib həmin vaxta qədər də uzatmışdır. Şirin bu dəfə də müxtəlif yalanlar uydurub vaxtı yenə uzatmış, guyakı pulun qaytarılmasının ondan asılı olmayan səbəblərə görə uzandığını, pulu verdiyi rəhbər şəxsin işdə olmaması səbəbindən sonuncu ilə görüşüb pulu geri ala bilmədiyini bildirmişdir. Dəfələrlə həmin rəhbər şəxsin kim olduğunu öyrənməyə çalışsa da Şirin ona heç kimin adını verməmişdir. Bir neçə dəfə həmin rəhbər əməkdaşın adını maraqlandıqda Şirin ona “o elə bir adamdı ki, mən onun adını çəkə bilmərəm” deyib heç kimin adını deməmişdir. 2020-ci ilin yanvar ayının ortalarında Şirinlə arasında telefon danışığı zamanı sonuncu ona verdiyi 45.000 manat puldan 5.000 manatının ona çatdığını, qalan 40.000 manatının isə adını demədiyi rəhbər şəxsə çatdığını söyləmiş və özünə çatmış 5.000 manatı qaytarmaq istədiyini bildirmişdir. Həmin vaxtlar Gəncə şəhərində olduğundan xahişi əsasında Şirinlə qardaşı Şahid3 Bakı şəhərində görüşmüş və görüş zamanı Şirin Elçinə 4.300 manat vermişdir. Elçin də həmin günlərdə 4.300 manatı gətirib ona təqdim etmişdir. Şirin ona qalan məbləğin qısa zamanda qaytarılacağını vəd etsə də yenə müxtəlif bəhanələrlə vaxtı uzatmışdır. Beləcə pulun qaytarılması 2020-ci ilin mart ayına qədər uzanmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə pulunu qaytaracağını vəd etmiş, lakin bu dəfə də pulu qaytarmayanda Şirinlə daha sərt formada danışıb pulunu geri qaytarmasını israrla tələb etmişdir. Həmin vaxt Şirin ondan aldığı 45.000 manat pul vəsaitindən 5.000 manatını özünə götürərək qalan 40.000 manatını Təqsirləndirilən şəxs2 Aqrolizinq ASC-nin sədri Seymur Mövlayevə çatdırması üçün verdiyini söyləmişdir. X21 də öz növbəsində həmin pulu Kənd Təsərrüfatı Nazirliyində rəhbər vəzifədə işləyən Anar Hüseynova çatdırmalı imiş, pulu həmin şəxslərdən geri ala bilmədiyinə görə qaytara bilməmişdir. Bunları eşidib çox təəccüblənmiş, çünki Şirin ilk dəfə onda 40.000 manatı Zaura verdiyini ona demişdir. Bundan dərhal sonra Təqsirləndirilən şəxs2 zəng etmişdir. Telefona cavab vermədiyinə görə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs2 mesaj yazıb Təqsirləndirilən şəxs1 dediklərini bildirmiş və pulunu qaytarmasını tələb etmiş, habelə Şirinin onun başına açdığı oyunlar barədə məlumat vermiş və bildirmişdir ki, “sən torpaq sahəsinə görə 40.000 manat pul istədin, lakin Şirin 45.000 manat istədi, mən də həmin pulu verdim, lakin nə torpaq sahəsi ayrıldı, nə də pulum geri qaytarılır”. Zaur isə cavabında ona “sən mənə heç bir məbləğdə pul verməmisən, kimə vermisən get ondan tələb elə” məzmunlu mesaj yazmışdır. Yəni Zaur ona həmin puldan xəbəri olmadığını, pulu Şirinə vermişdirsə sonuncudan da tələb etməyini bildirmişdir. Bundan sonra təkrarən Şirinə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə mesajlar yazıb Zaurun dediklərini söyləmişdir. Şirin də Zaurla aralarında olan “whatsapp” yazışmalarını ona göndərmişdir. Orada görmüşdür ki, Zaur Şirinə “əgər Nail sənə inanmırsa de ki, pul Zaurdadır” məzmunlu mesaj yazmışdır. Bundan sonra Şirinin və Zaurun mobil telefonlarına zəng çatmamışdır. Bir neçə gündən sonra, yəni 2020-ci ilin mart ayında Şirin xatırlamadığı xarici nömrədən “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona səs göndərmişdir ki, Rusiya Federasiyasına getmiş, oradan da guya Türkiyə Cümhuriyyətinə gedib, pandemiya ilə əlaqədar yollar bağlandığından geri qayıda bilmir. Bundan sonra Şirinlə heç bir əlaqə yarada bilməmişdir. Zaur da bu məsələdən xəbərsiz olduğunu iddia etdiyinə və sonuncuya zəng çatmadığına görə pulu sonuncudan da geri tələb edə bilməmişdir. 2020-ci ilin yay ayında Anar Hüseynov onu qəbul etmiş, sonuncuya baş verənlər barədə məlumat verib sürücüsü Şirinin ondan 45.000 manat pul aldığını bildirmişdir. Anar Hüseynov sürücüsü olmuş Şirinin törətdikləri barədə xəbərdar olduğunu, bu səbəbdən də sonuncunu tutduğu vəzifədən kənarlaşdırdığını, Şirinin törətdiyi əməllərin ona heç bir aidiyyəti olmadığını, lakin buna baxmayaraq, ona əlində olan toxumları məhv olmaması üçün torpaq sahəsinin ayrılmasına köməklik edəcəyini bildirmişdir. X25 sonradan ona heç bir köməklik etməmişdir. Bir müddət sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs2 da işdən çıxarılmışdır. Ona vurulan ziyan ödənilmədiyinə görə məcbur qalıb hüquq mühafizə orqanlarına şikayət etmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə əlbir olaraq ona qarşı dələduzluq etmiş, ona məxsus 45.000 manat pul vəsaitini ələ keçirmişlər. Bu səbəbdən də həmin şəxslərin hər ikisindən şikayətçidir. Yalnız törədilmiş cinayət əməlinə münasibətdə Təqsirləndirilən şəxs1 tərəfindən ona 4300 manat pul ödənilmişdir. Vurulmuş zərərin tam ödənilməsini, əks halda onların ciddi cəzalanmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, əsl adı Mübariz olsa da hamı ona “Borya” deyə müraciət edir. Zərərçəkmiş şəxs Goranboy rayon sakini Zərərçəkmiş şəxs onun əmisi oğlanlarının xalası oğludur. Təqsirləndirilən şəxs2 2019-cu ilin dəqiq xatırlamadığı tarixindən sonuncu "xxxx" ASC-də sürücü kimi işlədiyi vaxtdan, digər təqsirləndirilən şəxs “Şirxan” adı ilə tanıdığı Təqsirləndirilən şəxs1 isə sonuncu Kənd Təsərrüfatı Nazirliyində işlədiyi vaxtdan tanıyır, həmin şəxslərlə münasibətləri normal olmuş, aralarında hər hansı ədavət və ya düşmənçilikləri olmamışdır. 2018-ci ilin sonlarında əmisi nəvəsinin toyunda İmişli şəhərində olarkən qohumu Zərərçəkmiş şəxslə rastlaşmışdır. Həmin şəxslə ümumi hal əhval-tutub söhbət edərkən sonuncu ona xaricdən sort buğda toxumu gətirib əkərək qazanc əldə etmək istədiyini, eşitdiyinə görə Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan çoxlu əkin sahələrinin olduğunu bildirmiş və ondan həmin əkin sahələrini icarəyə götürüb taxıl əkməyin mümkün olub-olmadığını soruşmuşdur. Həmin vaxt Nailə bildirmişdir ki, Kənd Təsərrüfatı Nazirliyindən sonuncuya kömək edə biləcək şəxs tanıyır, onu həmin adama yönəldəcəkdir. Lakin həmin adamın adını Nailə deməmişdir. 2019-cu ilin avqust ayının axırlarında Zərərçəkmiş şəxs ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə mühərrik yağları, akkumulyatorlar və avtomobil şinləri satmaq istədiyini bildirmişdir. Özü də Nailə "xxxx" ASC-də çalışan Zaur adlı şəxsi tanıdığını, istəyirsə bu barədə sonuncuya deyə biləcəyini bildirmiş və Nailə Zaurun mobil nömrəsini vermişdir. Bundan sonra Nail Zaurla 2019-cu ilin avqust ayının axırlarında həmin məsələ ilə əlaqədar danışmış, lakin söhbətləri baş tutmamışdır. 2019-cu ilin sentyabr ayında Nail ona zəng edərək yenidən Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan çoxlu əkin sahələrindən 200 ha torpaq sahəsini 3 il müddətinə icarəyə götürmək istədiyini demiş və ondan bu işdə köməklik etməyini xahiş etmişdir. Naillə aralarında başqa danışıq olmamış, sadəcə Nail ondan əgər “iş alınarsa” ona da işin sonunda zəhmət haqqı kimi hörmət edəcəyini bildirmiş, lakin aralarında hər hansı məbləğ barədə danışıq olmamışdır. 2019-cu ilin sentyabr ayında Təqsirləndirilən şəxs2 zəng etmiş və sonuncuya Nail adlı qohumunun Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidə 3 illik müddətə 200 ha torpaq sahəsini icarəyə götürmək istədiyini bildirmiş və bu məsələdə köməklik edib-edə bilməyəcəyini soruşmuşdur. Zaur ona əkin təyinatlı torpaq sahələrinin icarəyə verilməsinə onların deyil, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “X6 və Emal Birliyi” MMC-nin direktoru vəzifəsində çalışan əvvəlcədən tanıdığı Anar Hüseynovun baxdığını, bu işdə köməklik edə biləcək tanışının olduğunu bildirmiş və onu növbəti gün üçün “Azərbaycan Hökümət evi”nin inzibati binasının qarşısına görüşə çağırmışdır. Növbəti gün “Azərbaycan Hökümət evi”nin inzibati binasının qarşısına getmiş, orada əvvəlcədən tanıdığı və Seymur Mövlayevin sürücüsü olaraq bildiyi Təqsirləndirilən şəxs2 və sonuncunun yanında əvvəllər görmədiyi hündür boylu bir nəfər şəxsi görmüşdür. Təqsirləndirilən şəxs2 ona orada yanlarında olan həmin tanımadığı şəxsi göstərib sonuncunun adının “Şirxan” olduğunu, həmin şəxsin Anar Hüseynovun sürücüsü və “sağ əli” olduğunu, Nail adlı qohumuna Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsində yalnız “Şirxan”ın ona köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxtlar Seymur Mövlayev binadan çölə çıxdığından Təqsirləndirilən şəxs2 onunla və “Şirxan”la sağollaşıb oradan getmişdir. Həmin vaxt Şirxan, yəni sonradan adının Şirin olduğunu öyrəndiyi şəxs ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin icarəyə verilməsi məsələsində ona köməklik edə biləcəyini, bunu Anar Hüseynova bildirəcəyini, lakin bunun üçün 3 illik icarə haqqı kimi nağd qaydada pul vəsaitinin əvvəlcədən verilməli olduğunu bildirmişdir. Danışıq zamanı nə qədər israr etsə də Şirin ona heç bir məbləğ deməmişdir, Anar Hüseynovla danışıb məbləği Zaura deyəcəyini, Zaurun da ona zəng edib bildirəcəyini demişdir. Həmin vaxt Şirinə birbaşa olaraq vətəndaş Zərərçəkmiş şəxs məlumat verməsini xahiş etmişdir. Bundan sonra Şirin ondan Nailin və onun mobil nömrələrini götürmüşdür. Özü də Şirinə öz mobil nömrəsini vermiş və sonuncu ilə sağollaşıb oradan getmişdir. Növbəti gün, yəni 2019-cu ilin sentyabr ayında dəqiq xatırlamadığı tarixdə Zaur ona zəng edərək Şirinin onunla danışdığını, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin əkin məqsədi ilə Nailə icarəyə verilməsindən ötrü 40.000 manat pul vəsaitinin əvvəlcədən nağd qaydada verilməli olduğunu demişdir. Zaur danışıq zamanı həmin pulun rüşvət olaraq və ya icarə haqqı olaraq istənildiyini bildirməmişdir. Nədə ki, özü bu barədə heç nə soruşmamışdır. Həmin vaxt Zaurdan Nailə özünün zəng etməsini və bu barədə sonuncunun özü ilə danışmasını xahiş etmişdir. Bundan sonra Zaur özü Nailə zəng vurmuşdur. Özü bu barədə Nailin telefon zəngi ilə məlumatlı olmuşdur. Belə ki, həmin ərəfələrdə Nail ona zəng edərək Zaurun zəng vurduğunu, ona torpaq sahəsinin 3 illik müddətə icarəyə verilməsindən ötrü 40.000 manat pul istədiyini, həmin pulu nağd qaydada icarə müqaviləsi bağlanmazdan əvvəl istədiyi üçün özünün bundan imtina etdiyini bildirmişdir. Nailə X13 Nazirliyində rəsmi vəzifədə çalışdığını, sonuncuya mobil nömrəsini özünün verdiyini, son qərarı özünün verməli olduğunu demişdir. Bundan bir neçə gün sonra “Şirxan” adı ilə tanıdığı Şirinlə telefon əlaqəsi saxlayıb görüşmüşdür. Görüş zamanı Şirin ona Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin əkin məqsədi ilə Nailə icarəyə verilməsindən ötrü 45.000 manat pul vəsaitinin əvvəlcədən nağd qaydada verilməli olduğunu, iş alınarsa yekunda ona da hörmət edəcəyini demişdir. Lakin danışıq zamanı Şirin ona nə qədər hörmət edəcəyini deməmişdir. Həmin vaxt Şirinə Nailin ümumiyyətlə heç 40.000 manat verməyə də razı olmadığını, sonuncunun israrla icarə müqaviləsi bağlanmasını tələb etdiyini demişdir. Şirin bundan sonra ondan əvvəlcədən aldığı Nailin mobil nömrəsinə yanında zəng vurmuşdur. Həmin vaxt Şirin Nailə özünü təqdim etmiş, Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifə sahibi Anar Hüseynovun sürücüsü olduğunu bildirmişdir. Danışıq zamanı Şirin Nailə bildirmişdir ki, “Zaurun dediyi torpaq məsələsinə görə zəng etmişəm, həmin torpaq sahəsinin ayrılmasını mən həll edəcəm deyə sizə zəng etmişəm”. Bundan sonra bir qədər Şirin bu barədə Naillə söhbət etmiş və Nailə torpaq sahəsinin ayrılması üçün pulun öncədən verilməli olduğunu bildirmişdir. Daha sonra Şirin Naildən soruşmuşdur ki, “Zaur sizə nə qədər pul deyib?”. Nail 40.000 manat deyəndə Şirin “yox, həmin məbləğ 45.000 manat təşkil edir” deyə cavab vermişdir. Daha sonra Şirin Nailə həmin pul müqabilində Samux rayonundakı Qarayeri qəsəbəsi adlanan ərazidə yerləşən və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan 200 ha torpaq sahəsinin 3 il müddətinə icarəyə veriləcəyini bildirmişdir. Söhbət zamanı Şirin həmçinin bir neçə gündən sonra Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyinin Gəncə şəhərində Aqrar Universitetinin yeni tikilməkdə olan binasındakı açılış ilə əlaqədar ora gedəcəklərini söyləmiş, Nailə Gəncə şəhərində görüşüb bu barədə ətraflı söhbətləşmələrini təklif etmişdir. Nail də razılaşmış və Şirinlə sağollaşmışdır. Telefon danışığını sonlandırdıqdan sonra Şirin ona Naillə özünün Gəncə şəhərində görüşüb danışacağını bildirmiş və sonuncu ilə sağollaşıb oradan getmişdir. Bundan sonra həmin ərəfələrdə Zaur ona zəng edərək Zərərçəkmiş şəxs 200 ha torpaq sahəsinin icarəyə verilməsi üçün 40.000 manat deyil, 45.000 manat verməli olduğunu, qiymətlərin “yuxarıdan” qaldırıldığını bildirmişdir. Özü də bu barədə Nailə məlumat vermişdir. Həmin ərəfələrdə Nail onunla danışarkən Şirin və Zaur adlı şəxslərin 200 ha torpaq sahəsinin icarəyə verilməsindən ötrü ondan 45.000 manat pul vəsaitini icarə müqaviləsi bağlanmadan əvvəl istədiklərini bildirmiş və həmin şəxslərə etibar edib-edə bilməyəcəyini soruşmuşdur. Özü də Şirin və X13 Nazirliyində çalışmaları səbəbindən onlara etibar etdiyi üçün Nailə həmin şəxslərə etibar edə biləcəyini söyləmişdir. Bir neçə gün sonra Şirinə zəng edərək Naillə Gəncə şəhərində görüşüb-görüşmədiyini, söhbətin hansı yerdə olduğunu, Naildən pul alıb almadığını soruşmuşdur. Şirin ona Naillə görüşdüyünü, lakin söhbətin baş tutmadığını, sonuncudan heç bir pul vəsaiti almadığını bildirmişdir. Şirinin danışığından şübhələndiyindən Nailə zəng etmişdir. Həmin vaxt Naillə arasında olan telefon danışığı zamanı sonuncu ona Şirinlə Gəncə şəhərində görüşdüyünü, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin balansında olan Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin əkin məqsədi ilə icarəyə verilməsindən ötrü 45.000 manat pul vəsaitini Şirinə verdiyini, lakin icarə müqaviləsi bağlanmadığını, 2019-cu ilin oktyabr ayının əvvəlinə müqavilənin bağlanacağını bildirmişdir. Naillə danışıq zamanı Şirinin ona yalandan pul almamasını bildirməsi barədə heç nə danışmamışdır. Bundan sonra Naillə sağollaşıb Şirinə zəng etmiş, sonuncuya acıqlanaraq hansı səbəbdən ona yalan danışdığını soruşmuş, Nailin ona 45.000 manat verməsi ilə bağlı məlumat verdiyini demişdir. Şirin ona Samux rayonu ərazisindəki Qarayeri qəsəbəsi adlı ərazidən 3 illik müddətə 200 ha torpaq sahəsinin əkin məqsədi ilə icarəyə verilməsindən ötrü 45.000 manatı Naildən Gəncə şəhərində aldığını təsdiqləyərək həmin pulu aparıb Anar Hüseynova verdiyini, iş həll olunduqdan sonra ona da hörmət edəcəyini, iş həll olunmadığı üçün ona heç bir məlumat vermədiyini bildirmişdir. Bundan sonra Şirinlə sağollaşmış, sonuncudan xəbər gözlədiyini bildirmişdir. Lakin bir müddət gözləsə də heç bir xəbər çıxmamış, həmin ərəfələrdə Nail ona zəng edərək narazılığını, Şirinin ona əvvəllər torpaq sahələrinin 2019-cu ilin oktyabr ayının əvvəli, daha sonra ortaları, sonra noyabr ayında icarə veriləcəyini dediyini, özünün toxum və gübrə aldığını, ziyana getdiyini bildirmişdir. Həmin vaxtlar Nail Şirinlə də telefon vasitəsi ilə danışmış və yazışmışdır. Özü də işin uzandığını görüb Şirinin yanına gedib-gəlmiş, həmin vaxtlar Şirin ona qızının ağır xəstə olduğunu, sonuncunun adını xatırlamadığı xəstəxanada əməliyyat olunduğunu, bunun üçün oraya pul vəsaiti köçürdüyünü bildirmiş və Nailin işini də tez bir zamanda həll edəcəyini bildirib möhlət istəmişdir. Həmin vaxtlar soruşanda Şirin yenə də pulu Anara verdiyini demişdir. Şirinin qızının əməliyyat olunması üçün 12.000 manat pul verib-vermədiyini, həmin pulun Nailin verdiyi puldan olub-olmadığını dəqiq bilmir. Bu barədə Şirin ona heç nə deməmişdir. Təqribən 2-3 ay sonra dəqiq xatırlamadığı tarixdə Nailin tələbi ilə “Ayna Sultanova” heykəlinin yerləşdiyi parkın qarşısındakı dayanacaqda Naillə birlikdə Şirinlə görüşmüşdür. Görüş zamanı özü və Nail Şirinin idarə etdiyi markası və dövlət qeydiyyat nişan nömrəsini xatırlamadığı boz rəngli maşına əyləşmişdir. Nail qabaq sərnişin oturacağında, özü isə arxa oturacaqda əyləşmişdir. Orada söhbət zamanı Nail Şirindən işin hansı yerdə olduğunu, onun get-gedə ziyana getdiyini bildirmişdir. Şirin orada işin təqribən 1 həftəyə həll olunacağını söyləmişdir. Bundan sonra Şirin xahişləri əsasında Naili aparıb Babək prospektində, onu isə Neftçilər metrostansiyasının qarşısında düşürtmüşdür. Bundan sonra Şirinlə görüşməmişdir. Sonrakı dövrlərdə Nail verdiyi 45.000 manat pul vəsaitini tələb etməyə başlamış, özü də Şirinə zəng edib pulu Nailə qaytarmasını bildirmişdir. Şirin hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytaracağını söyləsə də sonrakı dövrlərdə isə Şirinin mobil nömrəsinə zəng çatmamış, sonuncu ilə əlaqə yaratmaq mümkün olmamışdır. Daha sonra isə Şirinin ölkədən çıxdığını eşitmişdir. Əlavə olaraq qeyd edir ki, bu işin həlli üçün və ya digər məqsədlə nə Şirin, nə Nail, nə də ki qeyriləri ona heç bir pul vəsaiti verməmişdir. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayının sonlarında qardaşı Zərərçəkmiş şəxslə danışarkən sonuncu ona Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan əkin sahələrindən 200 ha torpaq sahəsini 3 il müddətinə icarəyə götürmək üçün Təqsirləndirilən şəxs1 adlı şəxsə Gəncə şəhərində 45.000 manat pul vəsaiti verdiyini, sonuncunun onu aldatdığını, həmin pul vəsaitini geri qaytarmadığını bildirmişdir. Həmin vaxtlarda dəqiq xatırlamadığı tarixdə qardaşı Nail ona Şirin adlı şəxsin xatırlamadığı mobil nömrəsini “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərərək həmin şəxslə danışıb Bakı şəhərində görüşməyini, sonuncudan 5.000 manat pul vəsaitini alıb ona verməyini, özünün Goranboy rayonunda olduğunu, Bakı şəhərinə gələ bilmədiyini bildirmişdir. Bundan sonra Nailin ona göndərdiyi Şirin adlı şəxsə məxsus mobil nömrəyə zəng edərək özünü təqdim etmiş, Nailin ondan 5.000 manat almağını bildirdiyini demiş və sonuncu ilə harada görüşə biləcəyini soruşmuşdur. Özünü ona Şirin kimi təqdim edən şəxs bir neçə fərqli ünvanda görüşməyi təklif etsə də sonda sonuncu ilə Bakı şəhərində Nərman Nərimanov metrostansiyasının qarşısında olan adını xatırlamadığı parkda görüşməyi qərarlaşdırmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs1la Nərimanov metrostansiyasının qarşısında olan adını xatırlamadığı parkda görüşmüş, görüş zamanı Şirin ondan Nailin qardaşı olub-olmadığını soruşmuşdur. Özü də Nailin qardaşı olduğunu demiş və orada Şirin qardaşı Naildən icarəyə torpaq sahəsi verilməsindən ötrü 45.000 manat pul vəsaiti aldığını, həmin puldan 4.300 manat pul vəsaitini qaytara biləcəyini bildirmiş və ona 4.300 manat pul vəsaiti vermişdir. Həmin şəxsə Nailin ondan 5.000 manat almalı olduğunu söylədiyini bildirdikdə həmin şəxs ona qalan 700 manatı sonradan ona məxsus plastik karta atacağını, həmin kartı zəng edib ondan soruşacağını bildirmişdir. Özü buna etiraz etmiş, oradaca Nailə zəng vurub bu barədə demişdir. Nail əsəbləşərək sağollaşmışdır. Bundan sonra 4.300 manatı ona verən Şirin oradan getmişdir. Növbəti gün 4.300 manat pul vəsaitini Nailə geri qaytarmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 bir neçə dəfə zəng edərək 700 manatı tələb etmiş, lakin sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək həmin pul vəsaitini verməmişdir. Məhkəmə istintaqında şahid XXX Şahid2 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Goranboy rayon sakini Zərərçəkmiş şəxs uşaqlıqdan, yəni Goranboy rayonu, Dəliməmmədli şəhərində yerləşən Mahmud Zeynalov adına tam orta məktəbdə oxuduğu vaxtdan tanıyır, həmin vaxtdan etibarən dostluq edirlər. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs görə tanımışdır. Digər Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımır, adını yalnız Zərərçəkmiş şəxs eşitmiş, sonuncu ilə hər hansı danışığı, görüşü olmamışdır. 2019-cu ilin dekabr ayında Zərərçəkmiş şəxslə danışarkən sonuncu ona Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan əkin sahələrindən 200 ha torpaq sahəsini 3 il müddətinə icarəyə götürmək üçün Təqsirləndirilən şəxs1 adlı şəxsə Gəncə şəhərində 45.000 manat pul vəsaiti verdiyini, sonuncunun onu aldatdığını, həmin pul vəsaitini geri qaytarmadığını bildirmişdir. 22 dekabr 2019-cu il tarixdə Naillə Bakı şəhərində növbəti görüşləri zamanı sonuncu ona Şirinin onu yenə aldatdığını, verdiyi 45.000 manatı həmin gün qaytaracağına söz versə də yenə qaytarmadığını bildirmişdir. Bunu eşitdikdən sonra Nailə Şirinə zəng etməsini, axşam vaxtına görüş təyin etməsini, üçünün bir yer yerdə oturub söhbət etmələrini təklif etmişdir. Nail də razılaşmış, bundan sonra Şirinə zəng etmiş və 22 dekabr 2019-cu il tarixdə axşam saatlarına görüş təyin etmişdir. 22 dekabr 2019-cu il tarixdə Bakı şəhərində yerləşən X7 yaxınlığında yerləşən adını xatırlamadığı hotelin kafesində Naillə birlikdə Şirin adlı şəxslə görüşmüşdür. Görüş zamanı Nail onu Şirinlə tanış etmişdir. Danışıq zamanı Şirin onun yanında Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan əkin sahələrindən 200 ha torpaq sahəsini 3 il müddətinə icarəyə vermək üçün Naildən Gəncə şəhərində 45.000 manat pul vəsaitini aldığını təsdiqləmişdir. Daha sonra Şirin orada onlara həmin pul vəsaitindən ona yalnız 3.500 manat çatdığını, 3.500 manatı özünün qaytaracağını bildirmişdir. Ardınca Şirin bildirmişdir ki, qalan 41.500 manat pul vəsaitini Kənd Təsərrüfatı Nazirliyində çalışan rəhbər vəzifəli şəxsə vermiş, həmin şəxs xx.xx.2019-cu il tarixdə işə çıxacaq, xx.xx.2019cu il tarixinə kimi həmin şəxsdən pulu alıb Nailə qaytaracaqdır. Nə qədər israr etsələr də Şirin həmin vəzifəli şəxsin adını onlara deməmiş, sadəcə həmin şəxsin çox imkanlı bir şəxs olduğunu söyləməklə kifayətlənmişdir. Bundan başqa Şirinlə aralarında danışıq olmamışdır. Həmin vaxtdan sonra Şirini görməmiş, nə də ki sonuncu ilə aralarında hər hansı yazışma və ya telefon danışıqları olmamışdır. 2019-cu ilin dekabr ayının sonlarınadək gözləmiş, lakin Şirindən heç bir xəbər çıxmamışdır. Dəqiq xatırlamadığı tarixdə Naildən verdiyi puldan Şirinin pul vəsaitinin bir hissəsini qaytardığını eşitmişdir. Sonrakı dövrlərdə Şirin yenə Nailə müxtəlif bəhanələr gətirərək pulun qalan hissəsini qaytarmağa möhlət istəmişdir, sonralar isə Şirinə ümumiyyətlə zəng çatmamışdır. 2020-ci ilin iyun ayında Bakı şəhəri Metropoliteninin “Sahil” metrostansiyasının yaxınlığındakı binanın ikinci mərtəbəsindəki xidməti otağında əyləşən Anar Hüseynov onu və Zərərçəkmiş şəxs qəbul etmişdir. Nail baş verənlər barədə Anar Hüseynova məlumat verib sürücüsü Şirinin ondan Samux rayonunda Qarayeri qəsəbəsi deyilən ərazidə Kənd Təsərrüfatı Nazirliyinin balansında olan əkin sahələrindən 200 ha torpaq sahəsini 3 il müddətinə icarəyə vermək üçün Gəncə şəhərində 45.000 manat pul aldığını bildirmişdir. Anar Hüseynov bildirmişdir ki, sürücüsü olmuş Şirinin törətdikləri barədə xəbərdardır. Buna görə Şirini tutduğu vəzifədən kənarlaşdırmışdır. Əlavə olaraq Anar Hüseynov bildirmişdir ki, Şirinin törətdiyi əməllərin ona heç bir aidiyyəti yoxdur, ona hər hansı pul vəsaiti verilməmişdir. Nailin deməsinə görə sonuncunun Şirinə verdiyi 45.000 manat pul vəsaitindən bir hissəsini hazırki dövrədək Nailə qaytarılmamışdır. Daha sonra baş verənlər barədə heç bir məlumatı yoxdur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirməklə sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə törətmiş olduğu cinayət əməlini ifşa etmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirməklə sonuncunun Təqsirləndirilən şəxs2la birlikdə törətmiş olduğu cinayət əməlini ifşa etmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirməklə sonuncunun Təqsirləndirilən şəxs1la birlikdə törətmiş olduğu cinayət əməlini ifşa etmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid1 və Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 ifadəsində söylədiklərini Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirməklə sonuncunun Təqsirləndirilən şəxs1la birlikdə törətmiş olduğu cinayət əməlini ifşa etmişdir. xx.xx.2023-cü il tarixli Üzləşdirmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 təklifi ilə xx.xx.2019-cu il tarixdə Zərərçəkmiş şəxs zəng edib Samux rayonu, Qarayeri qəsəbəsindən Kənd Təsərrüfatı Nazirliyinə məxsus 200 ha torpaq sahəsinin 3 illik müddətə icarəyə verilməsi üçün 45.000 manat pul vəsaiti istədiyini, 2019-cu ilin sentyabr ayında Zərərçəkmiş şəxs bu məqsədlə 45.000 manat pul vəsaitini Gəncə şəhərində aldığını, daha sonra həmin pul vəsaitini Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsində yerləşən "xxxx" MMC-nin filialının inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2la aralarında bölərək şəxsi ehtiyaclarına xərclədiklərini, bütün bu proseslər barədə mütəmadi olaraq Zaurun istifadə etdiyi 051 ***-**-** mobil nömrəsi ilə özünün istifadəsində olan 050 788-00-51 və 050 731-08-09 mobil nömrələri ilə mütəmadi əlaqə saxladığını və Zaura məlumat verdiyini, hətta Gəncə şəhərində Naillə aralarında olan görüşlər barədə Zaura telefon danışıqları zamanı mütəmadi danışdığını, Zaurun da həmin ərəfələrdə Mingəçevir şəhərində olması səbəbindən Naillə görüşə gəlmədiyini, lakin onun telefonu ilə mikrofonda danışıqları zamanı Nailə 45.000 manatı verməsini, narahat olmamasını, həmin pulun xəzinəyə veriləcəyini bildirdiyini, özünün də Zaurun söylədiklərini Nailin təsdiqlədiyini, yalnız bundan sonra Nailin ona və Zaura inanaraq həmin 45.000 manat pul vəsaitini verməyə razılaşdığını və pulu növbəti gün ona verdiyini Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirməklə sonuncunun onunla birlikdə törətmiş olduğu cinayət əməlini ifşa etmişdir. “Diskə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş diskə baxış zamanı orada 24 ədəd fayl (15 ədəd audioyazı, 9 ədəd şəkil) aşkarlanaraq həmin fayllarda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müraciət edərək danışıq və yazışmalar aparması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs həmin danışıq və yazışmalardan yeddisinin Təqsirləndirilən şəxs1la onun arasında aparıldığını, audioyazılarda olan bütün səslərin Təqsirləndirilən şəxs1 məxsus olduğunu, məhz həmin səslərin sonuncu tərəfindən ona müxtəlif tarixlərdə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə göndərildiyini, yazışmalardan ikisinin isə Təqsirləndirilən şəxs2la onun arasında aparıldığını bildirmişdir. Baxış zamanı həmin danışıq və yazışmaların əsas məzmununun Təqsirləndirilən şəxs1 işin uzanması üçün müxtəlif bəhanələr, o cümlədən deputat tərəfindən torpaqların zəbt edilməsi, həmin ərazidəki torpaqlara tələbatın həddindən çox olması, icarə müqaviləsinin əslində hazır olmasını, lakin sənədlərin nazirin stolunun üstündə imzada yubanması və digər müxtəlif səbəblər gətirərək Zərərçəkmiş şəxs ayrı-ayrı tarixlərə möhlət istəməsi, ondan Nazirliyə şikayət edilməməsini xahiş etməsi, həmçinin Zərərçəkmiş şəxs verdiyi pul vəsaitlərini Təqsirləndirilən şəxs2 verməsini, Zaurun pulu qaytarmaması səbəbindən pis vəziyyətdə qalmasını, hətta inanmaq üçün Zaurla aralarında olan yazışmanın da ekran şəklini çəkərək ona göndərməsini, Zaurun da ona Almaniyadan kiminsə pul göndərəcəyini söyləməsini, buna görə məsələnin uzanmasını, Zaura məsələnin ciddiliyini inandırmaq üçün Banditizmə və müdiri Anar Hüseynova ondan şikayət olunduğunu yalandan söyləməsini, hər bir halda, hətta evi də satılası olsa belə verdiyi pulu qaytarmasını, üstündə yük olduğunu başa düşməsini, özünün Rusiya Federasiyasında, Türkiyə Respublikasında olması səbəbindən də Təqsirləndirilən şəxs2 səhlənkarlıq edərək pulu ödəməməsini, özünün Bakıya gələrək bu işi qaydasına qoymasını bildirməsi ilə bağlı olması müəyyən edilmişdir. Yazışmalarda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs mobil telefonunda “X31...” adı ilə qeydə alındığı, habelə bir halda Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs “+7903279-86-15” adlı mobil nömrədən istifadə etməklə Moskvaya, oradan da Türkiyə Respublikasına getdiyini, Bakıya qayıtmağa buraxılmadığını bildirməsi ilə bağlı sms yazması müşahidə edilmişdir. Habelə “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə “X32...” adlı mobil nömrə istifadəçisi ilə aparılan 2 ədəd yazışmanın məzmunu isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 müraciət edərək pulunu istəməsi, Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs pulu kimə vermişdirsə ondan da tələb etməyini bildirməsi ilə bağlı olmuşdur. Həmin yazışmalardan birində həmçinin Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan yazışmanın ekran şəkli Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs2 göndərilmişdir. Həmin ekran şəkili çəkilmiş yazışmada Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “men ortada qaliram axı qaqash (21:31)”, “Bes dedin 13 qi gelen kimi verecey pulu (21:31)”, “brat danishda Nailnen canivi yeyim men uje Qurana and olsun ... (nalayiq söz işlədir) veziyyetindeyeme brat ( 21:32)”, “sen bilirsen axi ki men boynumnan atmoshdim. her sheyi qaqash (21:32)”, “indi de hrr shey bele oldu qaqash ? (21:33)”, “sen fikirleshmirsen kj meni pis veziyyetde qoyursan sen (21:33)” məzmunlu mesajlar yazması, həmin mesajların oxunması, cavabında isə Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 “Brat denen Naile ki Zaura vermiwem” məzmunlu mesaj yazılması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs məhz həmin yazışmaları Təqsirləndirilən şəxs2la etdiyini, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında olan yazışmanın ekran şəklini isə Təqsirləndirilən şəxs1 “Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə ona, özünün də Təqsirləndirilən şəxs2 atdığını bildirmişdir. "xxxx" MMC-dən daxil olmuş “Diskə baxış keçirilməsi haqqında” 16 may 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində 050 ***-**-** saylı, Təqsirləndirilən şəxs1 istifadəsində 050 ***-**-** və 050 ***-**-** saylı, Təqsirləndirilən şəxs2 istifadəsində 051 ***-**-** və 050 ***-**-** saylı, Şahid1 istifadəsində 051 ***-**-** saylı mobil nömrələri olması müşahidə edilmişdir. Diskə baxış zamanı Zərərçəkmiş şəxs “Goranbay rayonu, Dəliməmmədli kəndi” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 16:13də zəng edərək 76 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 11:55-də zəng edərək 475 saniyə, “Göygöl rayonu” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 17:43-də zəng edərək 21 saniyə, habelə əks istiqamətdə Təqsirləndirilən şəxs2 “Bakı şəhəri, Nəcəf Nərimanov küçəsi, Azadlıq prospekti” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 15:47də zəng edərək 500 saniyə, “Bakı şəhəri, Pişəvəri küçəsi” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 21:08-də zəng edərək 101 saniyə, “Bakı şəhəri, Z.Bünyadov prospekti “AERGİPS” Ticarət Mərkəzi” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 21:19-da zəng edərək 58 saniyə danışıq aparması müəyyən edilmişdir. Bundan əlavə, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 “Gəncə şəhəri, Bağbanlar qəsəbəsi, Qaraməmmədli sahəsi” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 20:28-də zəng edərək 35 saniyə, “Gəncə şəhəri” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019cu il tarixdə, saat 09:03-də zəng edərək 64 saniyə, habelə əks istiqamətdə Zərərçəkmiş şəxs “Gəncə şəhəri, Atatürk prospekti 122” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 09:20də zəng edərək 13 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 09:31-də zəng edərək 35 saniyə danışıq aparması aşkar edilmişdir. Habelə, diskə baxış zamanı Təqsirləndirilən şəxs1 “Bakı şəhəri, Nəsimi rayonu, Puşkin küçəsi, 703-cü məhəllə” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 ***- **-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 11:56-da zəng edərək 627 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:51-də zəng edərək 253 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:22-də zəng edərək 51 saniyə, xx.xx.2019-cu il tarixdə, “Hacıqabul rayonu, Qarasu kəndi” anten dairəsinin sərhədləri daxilində olarkən saat 16:34-də zəng edərək 25 saniyə, “Gəncə şəhəri” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 18:52-də zəng edərək 50 saniyə, “Gəncə Hotel” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 16:56-da zəng edərək 59 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:54-də zəng edərək 35 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:55-də zəng edərək 13 saniyə, “Gəncə şəhəri” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019cu il tarixdə, saat 10:48-də zəng edərək 37 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:35-də zəng edərək 55 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:07-də zəng edərək 23 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:10-da zəng edərək 22 saniyə, habelə əks istiqamətdə Zərərçəkmiş şəxs “Goranboy rayonu, Dəliməmmədli kəndi” anten dairəsinin sərhədləri daxilində olarkən istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 12:58-də zəng edərək 460 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:23-də zəng edərək 70 saniyə, “Gəncə şəhəri” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 18:41-də zəng edərək 1 saniyə, “Gəncə Hotel” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 18:44-də zəng edərək 17 saniyə, “Gəncə şəhəri, N. Nərimanov küçəsi 5” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 20:33-də zəng edərək 36 saniyə, “Gəncə Hotel” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 12:05-də zəng edərək 55 saniyə, “Goranboy rayonu, Dəliməmmədli kəndi” anten dairəsinin sərhədləri daxilində olarkən xx.xx.2019-cu il tarixdə, saat 11:12-də zəng edərək 230 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 16:56-da zəng edərək 39 saniyə danışıq aparması müəyyən edilmişdir. Baxış zamanı həmçinin Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 10:21-də zəng edərək 83 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:46-da zəng edərək 17 saniyə danışıq aparılması aşkar edilmişdir. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 13:07də zəng edərək 46 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:41-də zəng edərək 137 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:53-də zəng edərək 9 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:06-da zəng edərək 36 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:28-də zəng edərək 55 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:38-də zəng edərək 226 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:49-da zəng edərək 102 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 09:10-da zəng edərək 72 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:08-də zəng edərək 59 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:38-də zəng edərək 94 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 10:43-də zəng edərək 185 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 11:13-də zəng edərək 151 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:33-də zəng edərək 149 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:25-də zəng edərək 342 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:41-də zəng edərək 58 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:21-də zəng edərək 21 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:18-də zəng edərək 67 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 14:35-də zəng edərək 264 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:45-də zəng edərək 15 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 17:53-də zəng edərək 65 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 09:06-da zəng edərək 131 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:10-da zəng edərək 12 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:46-da zəng edərək 14 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 15:46-da zəng edərək 21 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 15:50-də zəng edərək 1 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 19:10-da zəng edərək 49 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 19:55-də zəng edərək 28 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 20:14-də zəng edərək 29 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 23:06-da zəng edərək 31 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 17:04-də zəng edərək 40 saniyə, habelə əks istiqamətdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 15:35-də zəng edərək 704 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 16:41-də zəng edərək 9 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:01-də zəng edərək 239 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:16-da zəng edərək 76 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 11:50-də zəng edərək 134 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 12:35-də zəng edərək 32 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 13:29-da zəng edərək 75 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 19:11-da zəng edərək 116 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 14:22-də zəng edərək 37 saniyə,xx.xx.2019-cu il tarixdə, saat 19:35-də zəng edərək 179 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 20:08-də zəng edərək 64 saniyə, xx.xx.2019-cu il tarixdə, saat 16:38-də zəng edərək 61 saniyə danışıq aparılması müəyyən edilmişdir. Baxış zamanı anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 15 sentyabr 2019-cu il tarixdə axşam saatlarından 17 sentyabr 2019-cu il tarixdə günorta saatlarınadək olan müddətdə Gəncə şəhəri, 17 sentyabr 2019-cu il tarixdə axşam saatlarından sonra isə Bakı şəhəri ərazisində olması, Təqsirləndirilən şəxs2 isə 15 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2019-cu il tarixdə günorta saatlarınadək müddətdə Bakı şəhəri, 16 sentyabr 2019-cu il tarixdə axşam saatlarından 17 sentyabr 2019-cu il tarixdə səhər saatlarınadək olan müddətdə Mingəçevir şəhəri, 17 sentyabr 2019-cu il tarixdə isə səhər saatlarından Gəncə şəhəri, Goranboy rayonu, Ağdaş rayonu ərazilərində olmaqla həmin gün axşam saatlarından sonra Bakı şəhəri ərazisində olması müəyyən edilmişdir. Diskə baxış zamanı həmçinin Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**- ** saylı mobil nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** saylı mobil nömrəsinə xx.xx.2019-cu il tarixdə, saat 20:14-də zəng edərək 29 saniyə danışıq apararkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər ikisinin “Ağa Nemətulla küçəsi 62, AZEX binası” anten dairələrində olması müəyyən edilmişdir. Diskə baxış zamanı qeyd olunan danışıqlardan əlavə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələrlə Zərərçəkmiş şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** və 050 ***-**-** saylı mobil nömrələr, habelə Şahid1 istifadəsində olmuş 051 ***-**-** və 055 ***-**-** saylı mobil nömrələr arasında müxtəlif tarixlərdə, o cümlədən 2019-cu ilin sentyabr ayı ərzində qarşılıqlı şəkildə mütəmadi danışıqlar aparılması aşkar edilmişdir. Bundan əlavə, diskə baxış zamanı xx.xx.2019-cu il tarixdə saat 19:19-da Təqsirləndirilən şəxs2 istifadəsində olmuş 051 ***-**-** saylı mobil nömrəsindən Zərərçəkmiş şəxs istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsinə “Mellim men oturub weherde sizi gözleyirem, bele olmaz axi, alinmir deyin alinmirda” məzmunlu sms yazması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidməti 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli, 3-16-17/40/2-1922/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən barəsindən axtarış elan edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası ərazisində tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün Pentensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Voloqodsk vilayəti, Voloqodsk şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən həbs edilmiş şəxs Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Verilmiş sorğuya cavab olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ölkəyə giriş-çıxışları ilə bağlı “İAMAS” sistemindən İstintaq İdarəsinə daxil olmuş məlumatlara əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş, xx.xx.2023-cü il tarixdə isə İnterpol tərəfindən saxlanılaraq 18 nömrəli aktla saat 13:50-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin əməkdaşlarına təhvil verilmiş, Rusiya Federasiyasından Azərbaycan Respublikasına ekstradisiya edilmişdir. Həmin məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasına getməsi halı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 isə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Ukrayna Respublikasına getmiş, xx.xx.2017-ci il tarixdə ölkəyə geri qayıtmış, həmin tarixdən sonra başqa ölkəyə getməmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə xx.xx.2019-cu il tarixli 74/K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ümumi Şöbəsinə kuryer vəzifəsinə təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə xx.xx.2019-cu il tarixli 500/K nömrəli əmrlə Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ümumi Şöbəsinin kuryeri vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə xx.xx.2015-ci il tarixli 327/K nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 sürücüsü vəzifəsinə təyin edilmiş, həmin ASC üzrə xx.xx.2018-ci il tarixli 176/K nömrəli əmrlə X5 sürücüsü Təsərrüfat Şöbəsinin sürücüsü hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 barədə əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti üzrə xx.xx.2020-ci il tarixli 52/K nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “ç” bəndinə əsasən (xidməti təqdimatda Təqsirləndirilən şəxs2 şəxsi məqsədlər üçün X2 Şamaxı rayon bölməsinin rəhbərindən 5000 (beş min) manat məbləğində pul alaraq geri qaytarmadığını, bununla da Cəmiyyətin işgüzar nüfuzuna və mənafeyinə xələl gətirəcək hərəkətlər etdiyi göstərilir) Azərbaycan Respublikasının Kənd Təsərrüfat Nazirliyinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təsərrüfat Şöbəsinin sürücüsü vəzifəsindən azad edilmişdir. Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-72-11/2-36/2023 nömrəli məktubdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və ya onun tabeliyində olan hər hansısa müəssisəyə məxsus torpaq sahələri mövcud deyil və heç bir vəzifəli şəxs tərəfindən torpaq sahələri zəbt edilməmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-22/2-1454/2023 nömrəli məktubdan görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsi ərazisində Kənd Təsərrüfatı Nazirliyinin və onun tabeliyində fəaliyyət göstərən qurumların balansında torpaq sahəsi yoxdur, həmçinin həmin qəsəbə ərazisində torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Zərərçəkmiş şəxs adından Nazirliyə müraciət daxil olmamışdır. “Subutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi audioyazı və “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan yazışmaların əks olunduğu 1 ədəd DVD disk, "xxxx" MMCdən daxil olmuş 1 ədəd CD disk, 27 aprel 2023-cü il tarixli “diskə baxış keçirilməsi barədə” protokola əlavə edilən “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə aparılan yazışmalar maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 7219 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada müalicə olunmamışdır. Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin 11 may 2023-cü il tarixli, 5-16/1-637/23 nömrəli məktubuna əlavə edilən ünvan 7 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs2 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 7 ünvanında qeydiyyatdadır. Ailə tərkibi: övladı xx.xx.2012-ci il təvəllüdlü X14, övladı xx.xx.2009-cu il təvəllüdlü X4 ibarətdir. Qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi İƏD üzrə nümayəndəliyindən daxil olmuş 24 may 2023-cü il tarixli, 2251 nömrəli məktuba əlavə edilən ünvan 8 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 həqiqətən də ünvan 9 ünvanda yaşayır. Ailə tərkibi: arvadı 1980-cı il təvəllüdlü X11, övladı xx.xx.2012-ci il təvəllüdlü X14, övladı xx.xx.2009-cu il təvəllüdlü X4 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan AZ-İİ 836222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış sorğudan görünür ki, X15 27 fevral 2012-ci il tarixdə anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs2, anası X11 göstərilmişdir Nərimanov rayon İcra Hakimiyyətinin 30 saylı Mənzil Kommunal İstismarı Sahəsindən daxil olmuş 26 may 2023-ci il tarixli ünvan 10 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs1 ilə bağlı arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 həqiqətən də ünvan 10 ünvanında yaşamışdır. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Təqsirləndirilən şəxs1 övladları barədə-X12 adına olan AZE 10591239 nömrəli və X3 adına olan AZE 10591237 nömrəli şəxsiyyət vəsiqələrinin kserosurətindən və Elektron Məhkəmə İnformasiya sistemindən çıxarılmış sorğudan görünür ki, X16 xx.xx.2011-ci il tarixdə, X9 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 4(001)-613/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsindən Təqsirləndirilən şəxs1 Rusiya Federasiyasında tutularaq 20 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikasına ekstradisiya edilməsi, Bakı İstintaq Təcridxanasında olması, eyni zamanda Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyasında tutulması barədə məktub daxil olmuş və xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 178.2.4 və 32.4,312.1-ci maddələri ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(001) – 438/2023 nömrəli qərarı ilə 3 ay, yəni 20 iyul 2023-cü il tarixinədək olan müddətə uzadılmışdır. İş materiallarında olan “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə yenidən ittiham edilmişdir. “Təqsirləndirilən şəxsə ittiham elan edilməsi haqqında” qərardan görünür ki, 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrlə həmin tarixdə ittiham elan edilmiş və sonuncu barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə xx.xx.2023-cü il tarixli mülki iddia verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi zərərə görə 40300 (qırx min üç yüz) manat, 10075 (on min yetmiş beş) manat faiz borcu və 210 (iki yüz on) manat dövlət rüsumunun ümumilikdə 50585 (əlli min beş yüz səksən beş) manat miqdarında pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd olunur ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni, etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayəti törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, məhz 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “İnsan Hüquqlarının və X8 Haqqında” 03 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən, hər kəs onun mülki hüquqları və vəzifələri müəyyən olunarkən və yaxud ona qarşı cinayət ittihamı irəli sürülərkən mövcud qanunvericilik əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmələr vasitəsi ilə ağlabatan müddət ərzində onun barəsində istintaq edilən cinayət işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Digər tərəfdən qeyd edilməlidir ki, cəza, törədilmiş cinayətə görə yalnız tənbeh deyil, o, məhkumu qanunlara dəqiq riayət, ümum yaşayış qaydalarına hörmət ruhunda islah və yenidən tərbiyə etmək məqsədi daşıyır. Cəzanın mahiyyəti islah etmə və yenidən tərbiyə etmə ilə sıx bağlı olmaqla, cinayət əməlini törətmiş şəxsin şüurunda neqativ düşüncəni dəyişmək və onu hüququn tələblərinə riayət etməyə məcbur etmək istiqamətində dövlətin səylərindən ibarətdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normalarının məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin təfsirindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə “mülkiyyət əleyhinə olan” qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olmasını və dəymiş zərərdən qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, vurulmuş zərərin qismən ödənilməsini, lakin zərərçəkmiş şəxsin şikayətçi olmasını və dəymiş zərərin tam ödənilməsini tələb etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin az ciddi cəza növünün cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. Bundan başqa məhkəmə Təqsirləndirilən şəxs2 mülkiyyət əleyhinə az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, lakin zərərçəkmiş şəxsin şikayətçi olmasını və dəymiş zərərin tam ödənilməsini tələb etməsini, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, həmçinin az ciddi cəza növünün cəzanın məqsədlərini təmin etməməsini nəzərə alaraq ona həmin maddədə nəzərdə tutulmuş cərimə cəzasını və azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab etmir və cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə görə şəxsin həbsdə saxlama müddətinin şəxsin tutulması zamanı faktiki həbsə alındığı andan hesablanmalı olduğunun zəruriliyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə qəti cəzanın başlanğıcı 02 iyun 2022-ci il tarixdən (yəni Rusiya Federasiyasında tutulduğu vaxtdan) hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslərə məxsus sms mətnləri və digər yazışmalar barədə məlumatların olduğu 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89-cu maddəsinin tələblərinə görə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinin tələblərinə əsasən, əmlaka vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı “ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda” mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət Prosessual Məcəlləsinin 181-ci maddəsində göstərilmişdir ki, ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs mülki iddia verməyə haqlıdır. Bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi zərərə görə 40300 (qırx min üç yüz) manat, 10075 (on min yetmiş beş) manat faiz borcun və 210 (iki yüz on) manat dövlət rüsumunun, ümumilikdə 50585 (əlli min beş yüz səksən beş) manat miqdarında pulun tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməsi ilə bağlı mülki iddia vermişdir. Azərbaycan Respublikasının CPM-nin 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq, iddianın tam və ya qismən təmin edilməsi, iddianın rədd edilməsi və ya iddianın baxılmamış saxlanması barədə qərarlardan biri əks etdirilir. Beləliklə, məhkəmə mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, cinayət işinin materiallarından da aydın şəkildə görünür ki, törədilmiş cinayət nəticəsində vurulmuş zərər 45000 (qırx beş min) manat olmuş və bundan da zərərçəkmiş şəxsə müəyyən məbləğ ödənilmişdir. Ona görə də mülki iddia qanunvericiliyin tələblərinə uyğun olaraq 40300 (qırx min üç yüz) manat hissəsində təmin edilməlidir. Məhkəmə hesab edir ki, vurulmuş maddi zərərə görə 40300 (qırx min üç yüz) manat və 210 (iki yüz on) manat məbləğində dövlət rüsumu, ümumilikdə 40510 (qırx min beş yüz on) manatdan təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 17800 (on yeddi min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumu 105 (yüz beş) manat olmaqla cəmi 17905 (on yeddi min doqquz yüz beş) manat və Təqsirləndirilən şəxs2 22500 (iyirmi iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 105 (yüz beş) manat olmaqla cəmi 22605 (iyirmi iki min altı yüz beş) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilməlidir. Mülki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 02 aprel 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış təqsirləndirilən şəxslərə məxsus sms mətnləri və digər yazışmalar barədə məlumatların olduğu 01 (bir) ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxslər (mülki cavabdehlər) Təqsirləndirilən şəxs1 17800 (on yeddi min səkkiz yüz) manat və ödənilmiş dövlət rüsumu 105 (yüz beş) manat olmaqla cəmi 17905 (on yeddi min doqquz yüz beş) manat və Təqsirləndirilən şəxs2 22500 (iyirmi iki min beş yüz) manat və ödənilmiş dövlət rüsumu 105 (yüz beş) manat olmaqla cəmi 22605 (iyirmi iki min altı yüz beş) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia tələbi qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-32/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-32/2024
02.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver