Məhkəmə qərarları › İş №1(125)-320/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-320/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-320/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi X1 iştirakları ilə xx.xx.1984-cü ildə Neftçala rayonu, Şirvanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi olaraq “Feliks” karqo şirkətində işləyən, məhkum olunmamış, Neftçala rayonu, Şirvanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə barədə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib, zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında əvvəllər birlikdə işlədiyi Zərərçəkmiş şəxs6 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs6 yaxın qohumları Şahid3 və Şahid2 Türkiyə Respublikasında üç aylıq dənizçilik məktəbini oxuyub sertifikat alacaqları və həmin ölkəyə aid hər hansı bir gəmiyə işə düzələcəkləri ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 10 yanvar 2022-ci il tarixdə Bakı şəhəri. Səbail rayonu, Neftçilər prospekti 67 ünvanında yerləşən "xxxx" ASCnin “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına onun adına göndərdiyi 2200 manat məbləğində nəğd pulu və 17 yanvar 2022-ci il tarixdə eyni üsulla 2000 manat məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs6 ümumilikdə 4200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs4 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs4 oğlunu X2 Türkiyə Respublikasında gəmilərdən birinə şturman vəzifəsinə işə düzələcəyi ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs4 28 fevral 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına onun adına 2 dəfə olmaqla göndərdiyi, 1-ci dəfə 1700 manat və 2-ci dəfə 800 manat 70 qəpik məbləğində nəğd pulu, 01 mart 2022-ci il tarixdə eyni üsulla 255 manat məbləğində nəğd pulu ələ keçirib zərərçəkmiş şəxs X4 ümumilikdə 2755 manat 70 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs2 Türkiyə Respublikasında “Diamed C” gəmisində elektrik vəzifəsinə işə düzəldəcəyi ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla Zərərçəkmiş şəxs2 21 aprel 2022-ci il tarixdə Neftçala şəhəri, H.Əliyev prospekti 33A ünvanında yerləşən "xxxx" ASC-nin “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına onun adına göndərdiyi 1702 manat məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs2 ümumilikdə 1702 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq elmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs5 Türkiyə Respublikasında gəmilərdən birinə motorçu vəzifəsinə işə düzəldəcəyi ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla Zərərçəkmiş şəxs5 23 may 2022-ci il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" ASC-nin “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına onun adına göndərdiyi 867 manat 63 qəpik məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs5 ümumilikdə 867 manat 63 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sosial şəbəkədə tanış olduğu Zərərçəkmiş şəxs3 özünü gəmi dəllalı kimi təqdim edib aralarında yaranmış münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasında gəmilərdən birinə motorçu vəzifəsinə işə düzəldəcəyi ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla Zərərçəkmiş şəxs3 16 iyun 2022-ci il tarixdə Neftçala şəhəri, M.Əliyev prospekti 33A ünvanında yerləşən "xxxx" ASC-nin “Zolotaya Korona” beynəlxalq pul köçürmə sistemi vasitəsilə Türkiyə Respublikasına onun adına göndərdiyi 1371 manat 81 qəpik məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs3 ümumilikdə 1371 manat 81 qəpik məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədilə yaxın münasibətlərdə olduğu X6 ilə qabaqcadan əlbir olan bir qrup səxs halında Zərərçəkmiş şəxs1 ilə aralarında olan tanışlıq münasibətlərindən sui-istifadə edib onun etibarını qazanmış, Zərərçəkmiş şəxs1 kürəkəni Şahid1 Türkiyə Respublikasının İstanbul şəhərində yerləşən “Sedef Denizçilik” şirkətində matros vəzifəsinə işə düzəldəcəyi ilə bağlı köməklik edəcəyi adı ilə inandırıb aldatmaqla Zərərçəkmiş şəxs1 12 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” ticarət mərkəzinin içində “Million” ödəmə terminalı vasitəsi ilə Bakı şəhərinə ona məxsus "xxxx" ASC-yə məxsus 4169-73******-3032 nömrəli bank kartına göndərdiyi 1360 manat məbləğində nəğd pulu ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 1360 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2 -ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə təxmini 2 il bundan qabaq olmuşdur. X6 onu işə düzəldəcəyi ilə bağlı ona vədlər vermiş, o, Samirəyə inanıb Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 pul alıb ona vermişdir. O, aldığı pulların hamsını Samirəyə vermişdir. Zərərçəkmiş şəxslərə zərəri ödəyərək onlarla barışmışdır. Zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbi yoxdur. Samirə və onun tərəfindən cinayət əməlinin törədilməsi nəticəsində vurulmuş zərərin ümumi məbləğinin iyirmi beş faizini dövlət büdcəsinə ödənilmişdir. Sonda o, barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, oğlunun işə düzəlməsi üçün Aqşinə 1000 mant pul vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi zərər tam ödənilmişdir. O, məhkəmə iclasında ərizə təqdim edərək növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə və teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs5 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulan ziyanın tam şəkildə ödənildiyini bildirərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan yekun məhkəmə qərarının çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X12 əvvəllər məhkum olunmamışdır. -Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs3 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs4 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulan ziyan tam şəkildə ödənilmiş, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. -xx.xx.2024-cü il tarixli 21309 nömrəli ödəniş qəbzindən görünür ki, X6 cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında (3070 manat) pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. -26 noyabr 2024-cü il tarixdə X6 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ilə birlikdə vurduqları ziyanın bir qismini o, bir qismini isə Aqşin ödəmişdir. Onlar tərəfindən vurulan ümumi zərərin 25%-i yəni 3070 manat pulun bir qismi onun, bir qismi isə Aqşin tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi, ərizələr, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73-1.2ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındа olan ərizələrdən görünür ki, zərərçəkmiş şəxslər təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmiş şəxslərə dəymiş ziyаnı ödəmişdir. Eyni zamanda, işdə olan qəbzdən görünür ki, təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödəyərək onlarla barışması, həmçinin dəymiş zərərin 25 faizi həcmində dövlət büdcəsinə ödəniş etməsi nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş “polisin nəzrəti altına vermə” qətimkan tədbirləri ləğv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs6 təqdim etdiyi pul köçürməsinə dair 04 vərəqədə bank çıxarışlarının kserosurətləri, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 03 ədəd bank çıxarşlarının kserosurətləri, X3 təqdim etdiyi 01 ədəd bank çıxarışının kserosurəti, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 05 vərəqədə Votsap yazışmalarının və 01 vərəqədə bank çıxarışının kserosurətləri, X7 təqdim etdiyi 07 vərəqədə votsap yazışmalarının və 01 vərəqədə bank çıxarışının kserosurətləri, Zərərçəkmiş şəxs1 15 vərəqədə təqdim etdiyi votsap yazışmalarının kserosurətləri və 01 ədəd ödəmə terminalının çıxarışının kserosurəti iş materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müvafiq olaraq 180 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci mаddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri ləğv edilsin. İş üzrə maddi sübut qismində tanınmış zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs6 təqdim etdiyi pul köçürməsinə dair 04 vərəqədə bank çıxarışlarının kserosurətləri, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 03 ədəd bank çıxarşlarının kserosurətləri, X3 təqdim etdiyi 01 ədəd bank çıxarışının kserosurəti, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 05 vərəqədə Votsap yazışmalarının və 01 vərəqədə bank çıxarışının kserosurətləri, X7 təqdim etdiyi 07 vərəqədə votsap yazışmalarının və 01 vərəqədə bank çıxarışının kserosurətləri, Zərərçəkmiş şəxs1 15 vərəqədə təqdim etdiyi votsap yazışmalarının kserosurətləri və 01 ədəd ödəmə terminalının çıxarışının kserosurəti iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar