Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-322/2024 26.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Dəliməmmədli şəhəri, X17 küçəsi, ev 46 ünvanında qeydiyyatda olmaqla, Göygöl rayonu, Qızılqaya qəsəbəsi ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqına iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 20 yanvar 2024-cü il tarixdə saat 17 radələrində ünvan 3 ünvanında yerləşən evin mətbəxində bacısı X1 əri Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni Zərərçəkmiş şəxs nalayiq ifadələrlə onu təhqir etməsindən sonra yaranmış mübahisə zamanı yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə zərbə vuraraq sonuncunun üst dodağın əzilməsi və əzilmiş yarası xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarət yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli toplanmış mötəbər dəlillərlə zərərçəkmiş şəxs və şahidlərin ifadələri və digər istintaq sənədləri ilə aşağıdakı qaydada tam olaraq təsdiq olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2024-cü ilin yanvar ayının 19-da Bakı şəhərində yaşayan bacısı Şahid2 və qardaşı X5 onun evinə gəlmiş və ona digər bacıları Səriyyə Bayramovanın xəstə olduğunu və onu sabah Gəncə Beynəlxalq xəstəxanaya yerləşdirəcəklərini bildirmişlər. Bununla bağlı Səriyyə Bayramovanın xəstəxana xərclərinə köməklik etməyini ondan xahiş etmişlər. Onlar üçü, yəni qardaşı Elçin Bayramov, o və digər bacısı Şahid2 birlikdə 2700 manat pul toplayaraq digər bacısı Səriyyə Bayramovanı xəstəxanaya yerləşdirmişlər. Xəstəxanada olan zaman bacısını müayinə edən həkim ona bacısı Səriyyə Bayramovanın nevroloji xəstə olmasını və əməliyyat olunduğunu bildirmişdir. Əməliyyatdan sonra 20 yanvar 2024-cü il tarixdə saat 16-da xəstəxanada bacısı Səriyyə Bayramova ilə görüşən zaman Səriyyə ona azyaşlı övladlarını yaşadığı evdən, yəni ünvan 4 ünvanından götürüb öz yaşadığı evə aparmağını xahiş etmişdir. O, da bacısı Şahid2 ilə uşaqları götürmək üçün ünvan 4 ünvanına getmişlər. Qapını bacısı qızı Arzu Vəliyevə açmışdır. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs bacısı Səriyyənin nevroloji xəstəlikdən əziyyət çəkdiyini və ona bacısını əsəbləşdirməməsini bildirmişdir. Bu zaman Elşad ona bacısı Şahid2 və bacısı qızı Şahid3 yanında nalayiq ifadələrlə təhqir etmişdir. O, da Elşadın bu sözündən əsəbiləşərək onun üst dodaq hissəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt bacısı Şahid2 və bacısı qızı Arzu Vəliyevə onları aralamış və o, yaşadığı evə getmişdir. Sonda 44 günlük Vətən müharibəsinin fəal iştirakçısı olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində 1 (bir) azyaşlı uşağının olmasını və ailəni dolandıran yeganə şəxs olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, həyat yoldaşı Səriyyə Bayramova xəstə olduğundan bacısı Şahid2 və qardaşı Təqsirləndirilən şəxs onu Gəncə Beynəlxalq xəstəxanaya əməliyyat üçün aparmışlar. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanında övladları Vəliyevə Arzu və Şahid1 ilə birlikdə evdə olarkən baldızı Şahid2 və qaynı Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmişlər. Evdə olan zaman qaynı Təqsirləndirilən şəxs heç bir səbəb olmadan yumruqla onu vurmuşdur. Həmin vaxt yanında olan qızı Arzu Vəliyevə və baldızı Şahid2 Təqsirləndirilən şəxs ondan aralaşdıraraq evdən çıxartmışlar. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə və Gəncə şəhər BPİ- nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, bacısı X2 xəstə olduğundan və maddi vəziyyəti aşağı olduğu üçün 2024-cü ilin yanvar ayının 19-da qardaşı X5 Bakı şəhərindən Gəncə şəhərində yaşayan digər qardaşı Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişdir. Evdə olan zaman qardaşı Təqsirləndirilən şəxs bacıları Səriyyə Bayramovanın xəstə olduğunu və sabah Gəncə Beynəlxalq xəstəxanaya yerləşdirəcəyini və xəstəxana xərcləri üçün onunda köməklik etməyini xahiş etmişdir. Onlar üçü, yəni qardaşı Elçin Bayramov, o və digər qardaşı Təqsirləndirilən şəxs birlikdə 2700 manat pul toplayaraq bacıları Səriyyə Bayramovanı xəstəxanaya yerləşdirmişlər. Xəstəxanada olan zaman adını xatırlamadığı həkim onlara bacısı Səriyyə Bayramovanın nevroloji problemlərinin olduğunu və ona əsəbləşməyin səhhəti üçün təhlükəli olduğunu bildirmişdir. Əməliyyatdan sonra 20 yanvar 2024-cü il tarixdə saat 16 radələrində xəstəxanada bacısı Səriyyə Bayramova ilə görüşən zaman o, qardaşı Araza azyaşlı övladlarını yaşadığı evdən, yəni ünvan 4 ünvanından götürüb öz yaşadığı evə aparmağını xahiş etmiş və daha sonra həmin ünvana getmişlər. Qapısını bacısı qızı Arzu Vəliyevə açmışdır. Bacısı Səriyyənin əri Zərərçəkmiş şəxs həmin vaxt mətbəxdə olmuşdur. Daha sonra qardaşı Araz, Elşada Səriyyənin əməliyyat olunduğunu və uşaqları müvəqqəti qalması üçün öz yaşadığı evə aparacağını bildirmiş, həmçinin Zərərçəkmiş şəxs bacısı Səriyyənin nevroloji xəstəlikdən əziyyət çəkdiyini və ona bacısının əsəbləşdirməməsini demişdir. Bu zaman Elşad qardaşı Arazı onun və bacısı qızı Şahid3 yanında nalayiq ifadələrlə təhqir etmişdir. Araz da Elşadın bu nalayiq sözlərindən əsəbiləşərək onun üst dodaq hissəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Həmin vaxt o və bacısı qızı Şahid3 onları aralamış və o, Arazı evdən çıxartmışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs qardaşı Təqsirləndirilən şəxs barəsində DİN- Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, anası X2 xəstə olduğundan xalası Şahid2 və dayısı Təqsirləndirilən şəxs Gəncə Beynəlxalq xəstəxanaya əməliyyat üçün aparmışlar. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı ünvan 4 ünvanında atası Zərərçəkmiş şəxs və qardaşı Şahid1 ilə birlikdə evdə olarkən xalası Şahid2 və dayısı Təqsirləndirilən şəxs yaşadığı evə gəlmişlər və mətbəxə keçmişlər. Həmin vaxt o, qonaq otağında olsa da, dayısı Təqsirləndirilən şəxs ilə atası Zərərçəkmiş şəxs ucadan bir-birlərinə nalayiq sözlər dediyini eşitmişdir. Bundan sonra o, mətbəxə keçmiş və dayısı Təqsirləndirilən şəxs yumruqla atası Zərərçəkmiş şəxs bir dəfə zərbə vurduğunu görmüşdür. Zərbənin təsirindən atasının dodağından qan axmağa başlamışdır. Dərhal xalası Şahid2 ilə birlikdə dayısı Təqsirləndirilən şəxs aralaşdıraraq evdən çıxartmışdır. Bundan sonra atası baş vermiş hadisə barədə DİN-in 102 xidməti zəng mərkəzinə və Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 13 mart 2024-cü il tarixli “cinayət işinin başlanması barədə” qərardan görünür ki, ********* saylı böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və cinayət işinin istintaqı Gəncə şəhər BPİ-nin İTİ-nə həvalə edilməsi qərara alınmışdır. (i.v.1); - 21 yanvar 2024-cü il tarixli “böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin tərkibi olduğundan Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında ********* nömrəli böyük ictimai təhlükə törətməyən aşkar cinayət təqibi üzrə məhkəməyədək icraat açılması və araşdırma aparılması qərara alınmışdır. (i.v.2); - 20 yanvar 2024-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 5 ünvanında evə baxış keçirilmiş və həmin evin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i. v.13-16); - 22 yanvar 2024-cü il tarixli 47-12/3-2-05/24 saylı Göygöl rayon İHB-nin Qızılqaya qəsəbə İƏD nümayəndəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs hal-hazırda müvəqqəti olaraq Göygöl rayonu, Qızılqaya qəsəbəsinin ərazisində yaşayır. (i.v.30); - 22 yanvar 2024-cü il tarixli Göygöl rayon İHB-nin Qızılqaya qəsəbə İƏD nümayəndəsinin xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs Göygöl rayonu, Qızılqaya qəsəbə ərazisində yaşadığı müddət ərzində qəsəbə ərazisində keçirilən iməcliklərdə yaxından iştirak etmişdir. Təqsirləndirilən şəxs qəsəbə ərazisində yaşadığı müddət ərzində qonşuları tərəfindən nümayəndəliyə şikayət xarakterli məlumat daxil olmamışdır. (i. v.31); - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserindən alınmış 29 yanvar 2024-cü il tarixli, №459 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i. v.34) - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 29 yanvar 2024-cü il tarixli, 443 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. (i. v.37); - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin 29 yanvar 2024-cü il tarixli, 444 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin dispanserdə qeydiyyatda durmur. (i. v.40); - Azərbaycan Respublikası Gəncə şəhər Narkoloji dispanserindən alınmış 29 yanvar 2024-cü il tarixli, №460 saylı arayışdan məlum olur ki, Zərərçəkmiş şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i. v.43); - AR İH MKTİB-nin 7 nömrəli xidmət sahəsinin 30 yanvar 2024-cü il tarixli, №13 saylı arayışından məlum olur ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yaşayır. (i. v.45); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya” X12 Şəxsi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli 120 saylı “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – üst dodağın əzilməsi və əzilmiş yarası – KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. (i. v.47-48); - AR İH MKTİB-nin 7 nömrəli xidmət sahəsinin 06 fevral 2024-cü il tarixli xasiyyətnaməsindən məlum olur ki, Zərərçəkmiş şəxs ünvan 5 ünvanında yaşadığı müddət ərzində onun barəsində 7№-li xidmət sahəsinə heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. (i. v.76); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. (i. v.78); - 02 fevral 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Təqsirləndirilən şəxs barəsində yekun protocol tərtib olunaraq, cinayət əməli törətmiş şəxs qismində ona həmin maddədə nəzərdə tutulan məsuliyyətin elan edilməsi qərara alınmışdır. (i. v.79-82); - 02 fevral 2024-cü il tarixli “cinayət əməli törətmiş şəxsin dindirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. (i. v.99-101); - 15 mart 2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin baş müstəntiqi, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqının davam etdirilməsi üçün cinayət işinin craata qəbul edilməsi qərara alınmışdır.(i. v.114); - 20 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham elan edilməsi qərara alınmışdır.(i. v. 131); - 20 mart 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 128.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır.(i. v. 132-133); - 20 aprel 2024-cü il tarixli, №3-13-57/2-10241/24 saylı əməliyyat tapşırığına cavab məktubundan məlum olur ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, qeyd olunan cinayət hadisəsinin törədilməsində Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, baş vermiş digər cinayətlərdə iştirak etməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmiş, hadisə yerində kənar şəxs olmamış, Zərərçəkmiş şəxs başqa hər hansı bir şəxsə fiziki və ya maddi ziyan dəyməmişdir. (i. v. 136); - 10 may 2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir.(i. v. 137); - 10 may 2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 10:30-da Gəncə ŞBPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.141); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. (i. v.157-158); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi qərara alınmışdır. (i. v.161-162); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. (i. v.171); - 27 may 2024-cü il tarixli “üzləşdirmə haqqında” protokoldan görünür ki, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək ifadəsini bir daha təsdiq etmişdir. (i. v.202-204); - şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-ci il təvəllüdlü X7 adlı 1 azyaşlı uşağı vardır.(i. v.206); - 01 iyun 2024-cü il tarixli “sübutların qiymətlənidirilməsi haqqında” qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə-tibb ekspertinin rəyi, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri sübut kimi qəbul edilməsi qərara alınmışdır. (i. v.207-214) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cinayət əməlini törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini və əməlindən peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar muəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən islah işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən islah işlərinə məhkum olmuş şəxsin qazancından dövlət nəfinə beş faizdən iyirmi faizədək məbləğdə pul tutulur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulmaqla 09 (doqquz) ay müddətinə islah işləri növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəzaçəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 10 (on) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göygöl rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-322/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-322/2024
26.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver