Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-325/2023 29.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olan, Samux rayonu, İstixana kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Məhsəti qəsəbəsi, 1-ci küçədə ünvansız fərdi yaşayış evində yaşamış, hazırda ƏN Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqadarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 1,545 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə - metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 28 fevral 2023-cü il tarixdə saat 19 radələrində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməkdə və üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs Gəncə şəhər Dəmiryolu Vağzalının qarşısında saxlanılıb, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPi-nin 2-ci PŞ-nın inzibati binasına gətirilmiş və şəxsi axtarış zamanı əynində olan şalvarının ön sağ cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,545 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metanfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli biləməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, saçını kəsdirmək üçün Gəncə şəhəri Dəmiryolu Vağzalının qarşısında bərbərxanada olarkən 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin əməkdaşları kimi təqdim etmişlər və onu Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə dəvət etmişlər. Həmin vaxt onun saçının bir hissəsini bərbər kəsmişdir. O da, polis əməkdaşlarına bu barədə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gəlmişdir. Polis şöbəsində xidməti otaqda kimliyini bilmədiyi şəxslər onun gözlərini baxlayıb ayağının altına vuraraq narkotik vasitəni üzərinə götürməsini məcbur etmişlər, o, da məcbur olub metamfetamini üzərinə götürmüşdür. O, məhkəmə baxış iclasına qədər bu barədə heç yerə şikayət etməmiş, məhkəmə baxış iclasında həbsdə olan qardaşının arvadının vəfat etdiyini, qardaşı uşaqlarının nənələrinin himayəsində qaldığını öyrənmiş, ona görə də bəraət alması üçün həqiqəti demişdir. Polis əməkdaşları ona ayağında olan qandalla bağlı 7 gün tutulacağını, sonra buraxacaqlarını bildirmiş, o, da inanaraq metamfetamini üzərinə götürüb polis əməkdaşları dedikləri kimi ifadə vermişdir. O, metamfetamini üzərinə götürdükdən sonra xidməti iş otaqlarının birində hüquqlarını müdafiə etmək üçün mudafəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla saxlanılması qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. O, da əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş, kütləni təqdim etməklə həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra təqdim etdiyi kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 1,62 qram olmuşdur. Sorğu zamanı o, polis əməkdaşlarının öyətdikləri kimi həmin bükülünün psixotrop maddə olan metamfetamin (patı) olduğunu və ona məxsus olduğunu, xx.xx.2023-cü il tarixdə saat 11- 12 radələrində yaşadığı evin yaxınlığında yerdə yolun kənarından tapdığını, həmin kütlədən heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o da imza etmişdir. Sonda o, qardaşının da həbsdə olduğunu, qardaşı arvadının öldüyünü və qardaşı uşaqlarının nənələrinin himayəsində qaldığını bildirərək həmin uşaqları sahib çıxmaq üçün ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Gəncə şəhər BPİ-nin əməliyyat müvvəkili Şahid2 ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs saxlayarkən Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Samux rayonu, Ziyadlı ərazi dairəsi, İstixana kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri Məhsəti qəsəbəsi 1-ci küçədə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati ərazisində gündəlik xidmətdə olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Asəf adlı şəxs üzərində psixotrop maddəni saxlayır və hal-hazırda Gəncə şəhər Dəmiyolunun qarşısındadır. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ilə birlikdə, adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dəmiryolunun qarşısında saxlayaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirmişlər. Şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükülüyə bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə götürülmüş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin psixotrop maddədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi sellofan büküm ilə birlikdə 1,62 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə onlarda hər hansı bir əməliyyat məlumatı olmamışdır. Onlar Təqsirləndirilən şəxs heç bir təzyiq göstərməmişlər, üzərinə metamfetamin qoymamışlar. Təqsirləndirilən şəxs həmin vaxt azadlığın məhdudlaşdırılması cəzasının çəkmə qaydalarını pozduğu üçün axtarışda olmuş, bu barədə də protokol tərtib edilmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1, digər Şahid2 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun köhnə qonşusu olmuşdur. O, Asəfin qardaşının əvvəllər tutulduğunu bilmiş, lakin Asəfin tutulmasını bilməmişdir. O, Asəfin narkotik vasitələr istifadə etməsini eşitmiş, ancaq görməmişdir. Onun işlədiyi bərbərxana X6 yanında, Zülfi Hacıyev 79 ünvanında yerləşir. 5-6 ay bundan qabaq dəqiq xatırlamadığı tarixdə günün 1-ci yarısı Asəf onun bərbərxanasında saçını kəsdirərkən 2 nəfər mülki geyimli şəxs Asəfə yaxınlaşıb hal-əhval tutaraq polis şöbəsinə aparmışlar. Həmin vaxt Asəfin saçının bir hissəsi qırxılmış vəziyyətdə olmuşdur. Polis əməkdaşları Asəfi apararkən üzərinə heç bir narkotik vasitə qoymamışlar və heç bir zor tətbiq etməmişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 2-ci PŞnin baş əməliyyat müvvəkili Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkmə qaydalarını pozduğu üçün barəsində məhkəmə qərarına əsasən 7 gün tutma olmuşdur. xx.xx.2023-cü il tarixdə şöbədə olarkən dəqiq xatırlamadığı əməliyyat müvəkkillərinin Təqsirləndirilən şəxs narkotik vasitənin istifadəsində şübhəli şəxs qismində tutduqlarını bilmişdir. O, da icraatında olan axtarış işini bağlamaq üçün axtarışda olan şəxsin tutulması barədə protokol tərtib etmiş, Təqsirləndirilən şəxs və əməliyyat müvəkkili Şahid4 imza etdirmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilmiş Şahid4, digər Şahid5 ifadəsindəki xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin X8 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhər BPİ-yə gətirildikdən sonra üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı X3 bildirir ki, həmin gün saat 19 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, Dəmiyolu vağzalının yaxınlığında saxlayaraq Gəncə ŞBPİ-nin 2-ci PŞ-nə gətirilmiş, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X2 müdafiəçi təyin edilmişdir. Sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümə bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmin psixotrop maddədən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilir və kütlənin ümumi çəkisi falqa ilə birlikdə 1,62 qram təşkil edir. Bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülür və üzəri möhürlənərək imzalarla təsdiq olunur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 16/275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs...” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,545 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. (Metamfetamin təmiz çəkisi 1.545 qram, tədqiqata sərf edilmiş 0.05 qr., qalıq 1.495 qr.) Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 506 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəməpsixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 312 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda “X4 Pozuntusu, Özünü Kəsmələrlə XBT-10” F60.3 xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2231 nömrəli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli, 155 nömrəli Gəncə şəhər Psixoloji Dispanserin məktubundan görünür ki, Gəncə şəhəri Aydınbəyov bina 59 ev 39-da yaşayan, 1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə müraciət edib və ona “Oyanıq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar, özünü kəsmələrlə” diaqnozu qoyulmuşdur. Sonuncu dəfə Gəncə şəhəri SHXÇDX-nin Kəpəz rayon şöbəsinin xx.xx.2017-ci il tarixli ÇƏ/775 saylı göndərişinə əsasən dispanserə müraciət edib və ona “Oyanıq tipli şəxsiyyət pozğunluğu, tez-tez müşahidə olunan nevrotik reaksiyalar, özünü kəsmələrlə” diaqnozu qoyularaq 3052 saylı akt tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(125)-89/2023 saylı qərarının surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2..3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, ona təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 14 gün hissəsi 07 ay 07 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2023-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2023-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2023-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Bundan başqa o, məhkəmənin hazırlıq iclasında da ibtidai istintaq zamanı hər hansı qanun pozuntusu olması və ya təzyiq göstərilməsi barədə məhkəməyə məlumat verməmiş, məhkəmə baxış iclasında qardaşı arvadının öldüyünü və qardaşı uşaqlarının kimsəsiz qaldığını bildikdən sonra ona təzyiq olunduğunu və cinayəti törətmədiyini bildirmişdir. Həmçinin əlavə şahid qismində dindirilmiş Şahid3 da polis əməkdaşlarının Təqsirləndirilən şəxs polis şöbəsinə apararkən heç bir təzyiq göstərmədiklərini və üzərinə hər hansı narkotik vasitə qoymadıqlarının bildirmişdir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin A.N.Qulliyev tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında metamfetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş cinayətə görə olduğundan məhkəmə onun hazırkı əməlini residiv kimi nəzərə almır. Çünki Azərbaycan Respublikası CM-in 18.4.4-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmiş və çəzaçəkmədən boyun qaçırdığı üçün həmin cəza azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Gəncə Şəhər Məhkəməsinin 7(125)-89/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən 07 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına əvəz edildikdən sonra bu günə çəkilməmiş qalan 01 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyatda alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1.495 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 96 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-29/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının, Gəncə Şəhər Məhkəməsinin 7(125)-89/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən 07 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına əvəz edildikdən sonra çəkilməmiş qalan 01 ay 06 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hal-hazırda azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserində qeydiyyatda alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1.495 qram psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 96 (doxsan altı) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(125)-325/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-325/2023
29.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver