Məhkəmə qərarları › İş №1(125)-328/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-328/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-328/2023 30.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, D.Bünyadzadə küçəsi ev 64-də qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 23 oktyabr 2014-cü il tarixdən hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 85,00 manat olmaqla, cəmi 170,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-3913/2014 saylı, 20 noyabr 2014-cü il tarixli qətnaməsini, habelə qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 130,00 manat olmaqla, cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-763/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 mart 2018-cu il tarixli, 3(043)-228/2018 saylı, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, 3(043)-782/2018 saylı, Gəncə Şəhər Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 3(125)-343/2028 saylıqərarları ilə hər üç halda 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)-3913/2014 saylı, 20 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən 7016,00 manat, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(043)- 763/2020 saylı, 13 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən isə 6884,00 manat olmaqla ümumilikdə 13900,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2001-ci il tarixdə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş və faktiki nikah münasibətlərindən 02 dekabr 2003-cü il təvəllüdlü X11 və 02 fevral 2006-cı il təvəllüdlü X7 adlı övladları anadan olmuşdur. O, faktiki nikah münasibətlərində olduqları müddətdə Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da uşaqları anası Kamalə Məhərrəmovanın himayəsində, ona məxsuz evdə yaşamışdırlar. Onlar ayrılandan sonra Kamalə Məhərrəmova uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən ondan 23 oktyabr 2014-cü il tarixdən hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 85,00 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Kamalə Məhərrəmova alimentin az olduğunu əsas gətirərək yenidən məhkəməyə müraciyyət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq ondan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130,00 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıqlar edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə, maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 mart 2018-cu il tarixli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli və Gəncə Şəhər Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarları ilə hər üç halda 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü tarixli təqdimat əsasında Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən 7016 manat, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən isə 6884 manat olmaqla cəmi 13900 manat aliment borcu yığılıb qalmışdır. O, uşaqlarına baxmalı olduğunu dərk etdiyini, sadəcə qətnamələrdə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qətnamələr ilə razı olmadığını, lakin alimentin azaldılması və ya yaranmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciyyət etmədiyini, fərdi əmək fəaliyyəti ilə məşğul olduğunu və 450-500 manat aylıq qazancı olduğunu və məşğulluq mərkəzi tərəfindən təklif edilən işlərin əmək haqqısının az olduğunu, ona görə müraciyyət etmədiyini bildirmişdir. Hazırda o, 13900 manat aliment borcunun əvəzinə Zərərçəkmiş şəxs ev verməklə borcunu ödəyərək barışmışdır. Buna görə də cinayət işinə xitam verərək cinayət məsuliyyətindən azad olunmağı barədə qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə 2001-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş və 02 dekabr 2003cü il təvəllüdlü X11 və 02 fevral 2006-cı il təvəllüdlü X7 adında övladları anadan olmuşdur. Onlar faktiki nikah münasibətlərində olduqları müddətdə Təqsirləndirilən şəxs fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, qazancı 400-500 manat təşkil etmiş və Gəncə şəhərində Təqsirləndirilən şəxs anasının evində birlikdə yaşamışlar. O, Təqsirləndirilən şəxs ona xəyanət etdiyini öyrənmiş, buna görədə ayrılmaq qərarına gəlmiş və uşaqlar onun himayəsində qalmışdır. Onlar ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərməmişdir. O, isə uşaqları tək başına saxlaya bilmədiyindən 2014-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 noyabr 2014-cü il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 oktyabr 2014-cü il tarixdən hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 85,00 manat olmaqla, cəmi 170 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamədə göstərilən miqdar azlıq təşkil etdiyindən, uşaqların xərclərini ödəmədiyindən alimentin miqdarının artırılması üçün yenidən məhkəməyə müraciyyət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 13 fevral 2020-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmaqla 02 dekabr 2003-cü il təvəllüdlü X4 və 02 fevral 2006-cı il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər bir uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsədə aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06 mart 2018-cu il tarixli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 21 dekabr 2018-ci il tarixli, Gəncə Şəhər Məhkəməsinin 05 avqust 2022-ci il tarixli qərarları ilə hər üç halda 10 gün müddətinə inzibati qaydada həbs edilmiş edilmişdir. Bundan sonra Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıqlar edilsədə ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 20 noyabr 2014-cü il tarixli və 13 fevral 2020-ci il tarixli qətnamələrinə əsasən 13900 manat ödənməmiş aliment borcu yaranmışdır. Məhkəmədə cinayət işinə baxıldığı müddətdə Təqsirləndirilən şəxs anası ona borcun əvəzinə ev bağışlayaraq 13900 manat borc tam ödənilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 13900 manat borcu tam ödəmiş, onunla barışmış, heç bir şikayəti və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-3913/2014 saylı xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən xx.xx.2014-cü il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs Nailə və Məhəmmədin yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 85 manat olmaqla, 170 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Həmin qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2015-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin Qanunun 8-ci maddəsinə əsasən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. İcra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etmək üçün, borclu Təqsirləndirilən şəxs “tələbin könüllü icrası haqqında” bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Lakin könüllü icra müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2015-ci il tarixdə borclu tələbkar ərizə ilə müraciət edərək qarşı tərəf ilə qarşılıqlı razılığa gəldiyini bildirmiş, xx.xx.2016-cı il tarixədək alimentin ödənilməsi üçün Təqsirləndirilən şəxs vaxt verilməsini xahiş etmişdir. İcra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı haqqında borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıqlar göndərilmişdir. Tələbkar Zərərçəkmiş şəxs xx.xx.2017-ci il tarixində ərizə ilə müraciət edərək borcun ödənilməsi istiqamətində tədbirlər görülməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Gəncə şəhəri, D.Bünyadzadə küç,ev 64 ünvanında yerləşən fərdi yaşayış evinə gedilmiş, borclunun həmin ünvanda yaşamadığı və adına tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Bu barədə akt tərtib olunmuş və həmin akt icra məmurları və hal şahidləri tərəfindən təsdiq edilmişdir. Borclunun son yaşıyış yeri məlum olmadığı üçün, onun barəsində “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə istinad edərək, xx.xx.2017-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul olunmuş və icra olunması üçün Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinə göndərilmişdir. Gəncə şəhər Gəncə şəhəri Kəpəz rayon Polis İdarəsinin xx.xx.2017-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs barəsində 520434 saylı axtarış işinin açılması müəyyən olunmuşdur. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə xx.xx.2017-ci il tarixdə Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması barədə təqdimat Gəncə şəhər Kəpəz rayon məhkəməsinə göndərilmiş və həmin məhkəmənin 8(043)-173/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2017-ci il tarixdə borclu Gəncə şəhər Kəpəz rayon Polis idarəsinin əməkdaşları tərəfindən idarəyə gətirilmiş, hüquq və vəzifələri izah olunaraq izahatı alınmışdır. Borclu Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tərkibi olduğundan, onun barəsində “inzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 3(043)- 228/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixlərində Təqsirləndirilən şəxs İdarəyə dəvət edilmiş, tələbin könüllü icrası üçün yeni müddətin verilməsi haqqında bildirişlə tanış olmuş və cinayət məsuliyyətinə cəlb olunacağı haqqında xəbərdarlıqlar təqdim edilmişdir. Həmin tarixlərdə verdiyi izahatlarda icra sənədi üzrə yaranmış aliment borcunu ödəmədiyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyi izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin və “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tərkibi olduğundan, onun barəsində “inzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 3(043)-782/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixində yeni müddətin bərpası ilə bağlı bildiriş təqdim edilərək izahatı alınmışdır. xx.xx.2019-cu il tarixində Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz rayon Məşğulluq Mərkəzinə qeydiyyata durması və təklif olunan işi qəbul etməsi ilə bağlı təklif təqdim edilmişdir. xx.xx.2019-cu il tarixində icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarında pul vəsaitinin, əmanətin, depozitin, habelə daşınar və ya daşınmaz əmlakının olubolmaması barədə müvafiq dövlət orqanlarına sorğular verilmiş, nəticədə isə borclunun adına tələbin yönələ biləcəyi hər hansı bir əmlak aşkar etmək mümkün olmamışdır. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıqlar göndərilmişdir. Göründüyü kimi keçən müddət ərzində Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı, Zərərçəkmiş şəxs qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının yenidən pozulmasına səbəb olan əməl törətmişdir. Bu səbəbdən icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı haqqında borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə yazılı şəkildə xəbərdarlıqlar göndərilmişdir. Gəncə şəhər Kəpəz rayon Məhkəməsi tərəfindən verilmiş 2(043)-763/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən alimentin miqdarı artırılaraq cəmi 260 manat sabit pul müəyyən edilmişdir. Həmin qətnamə əsasında verilmiş icra sənədi xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. İcra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərinə uyğun olduğundan, həmin Qanunun 8-ci maddəsinə əsasən həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. İcra sənədi üzrə müəyyən olunmuş tələbi təmin etmək üçün, borclu Təqsirləndirilən şəxs “tələbin könüllü icrası haqqında” bildiriş poçt vasitəsi ilə göndərilmişdir. Lakin könüllü icra müddət ərzində icra sənədi ilə müəyyən edilmiş vəzifələr borclu tərəfindən yerinə yetirilməmişdir. xx.xx.2021-ci il tarixdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gedilmiş, borclunun həmin ünvanda yaşamadığı və adına tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Bu barədə akt tərtib olunmuş və həmin akt icra məmurları və hal şahidləri tərəfindən təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə yenidən gedilmiş, borclunun həmin ünvanda yaşamadığı və adına tələbin yönəldilə biləcəyi əmlakın olmadığı müəyyən edilmişdir. Bu barədə akt tərtib olunmuşdur. Borclu Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tərkibi olduğundan, onun barəsində “inzibati xəta haqqında” protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Həmin məhkəmənin 3(125)-343/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. xx.xx.2022-ci il tarixində Həsənov X14 dəvət olunaraq ona yeni müddətin bərpası ilə bağlı bildiriş təqdim edilərək izahatı alınmış və cinayət məsuliyyətə cəlb olunacağı haqqında yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. xx.xx.2022-ci il tarixində Təqsirləndirilən şəxs Gəncə şəhər 6 saylı Məşğulluq Mərkəzinə qeydiyyata durması və təklif olunan işi qəbul etməsi ilə bağlı təklif təqdim edilmişdir. Gəncə şəhər 6 saylı Məşğulluq Mərkəzinin **********1 saylı, xx.xx.2022-ci il tarixli məktubunda Təqsirləndirilən şəxs iş axtarmaq məqsədi ilə mərkəzə müraciət etmədiyi, işaxtaran kimi qeydiyyatda alınmadığı qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixə Təqsirləndirilən şəxs aliment borcu 13900 manat təşkil edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid, Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014cü il tarixli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdən hesablanmaqla Nailə və Məhəmmədin yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay bir uşağa 85 manat olmaqla cəmi 170 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Aygün Məmmədova tərəfindən qəbul edilmiş xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2015-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - icra məmuru Şahid1 xx.xx.2017-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə bağlı hal şahidləri X17, X9, X1 və Zərərçəkmiş şəxs iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, ev 64 ünvanında olmuşlar, borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı, Bakı şəhərində olduğu və orada borcluya məxsus tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar olmadığı müəyyən edilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 8(043)-173/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi tam icra edənədək məhdudlaşdırılmışdır. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(043)-228/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icra məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(043)-782/2018 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icra məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən və icra vərəqəsindən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-3913/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs tutulan alimentin miqdarı artırılmış, xx.xx.2003-cü il əvəllüdlü X12 və xx.xx.2006-cı il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2020-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - icra məmuru Şahid1 xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə bağlı hal şahidləri X16 və X13 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, D.Bünyadzadə küçəsi, ev 64 ünvanında olmuşlar, borclu Təqsirləndirilən şəxs həmin ünvanda yaşamadığı və orada borcluya məxsus tələbin yönəldilə biləcəyi dəyərli əmlak aşkar olmadığı müəyyən edilmişdir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(125)-343/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, icra məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. - xx.xx.2022-ci il tarixli işə qəbul edilməsi barədə təklifdən görünür ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-763/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs Gəncə şəhəri 6 saylı Ərazi Məşğulluq Mərkəzinə müraciət edərək qeydiyyatda durması və təklif olunan işlə razılaşması təklif edilmiş, müraciət etməyəcəyi halda borcun ödənilməsindən boyun qaçırma kimi qiymətləndiriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində X6 X2 Filialı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Filialın əməkdaşı tərəfindən Təqsirləndirilən şəxsla əlaqə saxlanılmış, danışıq zamanı Təqsirləndirilən şəxs hal-hazırda işlədiyini və Filialdan heç bir iş tələbinin olmadığını bildirmişdir. - xx.xx.2016, xx.xx.2016, xx.xx.2016, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Gəncə şəhər Kəpəz RİH başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Onun barəsində qonşular və sakinlər tərəfindən Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 saylı Sahə nzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə heç bir şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(043)-33/2019 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 73.2-ci maddəsi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçi ilə birlikdə məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X5 13900 manat borcu ödəyərək barışdığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306-cı maddəsinin Qeydində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinin həmin Məcəllənin 11-ci fəsli və Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 39, 40, 41 və 43-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarında göstərilmişdir ki, şəxsin Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq cinayət məsuliyyətindən təkrarən azad edilməsinin mümkünlüyü məsələsi ilə bağlı qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndində nəzərdə tutulan məsuliyyətdən yalnız bir dəfə azad edilmə ilə bağlı məhdudiyyət həmin Məcəllənin Xüsusi hissəsinin ayrı-ayrı maddələrinin “Qeyd” hissələri əsasında məsuliyyətdən azad edilməyə deyil, bilavasitə Cinayət Məcəlləsinin 72–73-2 və 74-1-ci maddələri ilə məsuliyyətdən azad edilmə hallarına şamil edilir. Odur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(043)-33/2019 nömrəli qərarına əsasən CM-in 73.2-ci maddəsi tətbiq edilməklə cinayət məsuliyyətindən azad edilməsi hazırda onun CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməsini məhdudlaşdırmır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcu ödəyərək icra sənədini tam icra edib barışması nəzərə alınmalı, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinаyət məsuliyyətindən аzаd edilməli, onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 314.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeydinə əsasən cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar