Məhkəmə qərarları › İş №1(125)-329/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-329/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-329/2023 25.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 30-cu küçədə yerləşən ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 15 avqust 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 140,00 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-1642/2019 saylı, 01 may 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(044)-17/2022 saylı qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il, 25 05.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 5430.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 16 noyabr 2004-cu ildə faktiki nikah münasibətlərinə girərək ailə həyatı qurmuş, birgə ər-arvad münasibətində yaşadıqları müddətdə 15 avqust 2005-ci il təvəllüdlü X5 adlı övladları anadan olmuşdur. Onlar 2008-ci ilin mart ayında Zərərçəkmiş şəxs ilə yola getmədiklərindən ayrılmaq qərarına gəlmiş və həmin vaxtdan da oğlu anası Zərərçəkmiş şəxs himayəsində yaşamışdır. Onlar ayrılandan sonra Zərərçəkmiş şəxs oğlunu tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 25 aprel 2008-ci il tarixli qətnaməsinə əsasən hər ay 10 manat, xx.xx.2016-cı ıl tarixli qətnaməsinə əsasən isə ondan 15 avqust 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 117 manat alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Zərərçəkmiş şəxs daha sonra alimentin miqdarının az olduğunu bildirərək yenidən məhkəməyə müraciət etmiş və 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən isə ondan qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 15 avqust 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, ona tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-cu il tarixli qərarı ilə 500,00 manat məbləğində inzibatı qaydada cərimə edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yenə müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də maddi imkanının kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti ödəmədiyinə görə təqdimat verilən günə, yəni xx.xx.2022-ci tarixədək 5430 manat aliment borcu yığılıb qalmışdır. O, övladına baxmalı olduğunu dərk edir, sadəcə qətnamədə qeyd edilən aliment məbləğinin çox olduğunu, buna görə də qətnamə ilə razı deyil, lakin alimentin azaldılması və ya yaranmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etməmiş, fərdi əmək fəaliyyəti ilə məşğul olur və 400 – 500 manat aylıq qazancı olur və məşğulluq mərkəzi tərəfindən təklif edilən işlərin əmək haqqısı azdır, ona görə müraciət etməmiş, himayəsində ikinci evlilikdən 2 azyaşlı uşağı vardır. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olmaqla hazırki cinayət işi üzrə aliment borcunu tam şəkildə ödəmişdir. Odur ki, aliment borcunu ödədiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2004-cü ildə faktiki nikaha daxil olmaqla ailə qurmuş və 15 avqust 2005-ci il təvəllüdlü X5 adında övladları anadan olmuşdur. Onlar faktiki nikah münasibətlərində olduqları müddətdə Təqsirləndirilən şəxs sürücü işləmiş və qazancı 400-500 manat təşkil etmişdir. O, həmin müddətdə Təqsirləndirilən şəxs ilə yola getməmiş, buna görə də ayrılmaq qərarına gəlmiş, 2008-ci ildə ayrılmış, oğlunu götürərək anasının evinə getmiş və uşaq onun himayəsində qalmışdır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşağın saxlanılması ilə əlaqədar ona maddi köməklik göstərməmişdir. O, isə oğlunu tək başına saxlaya bilmədiyindən 2008-ci ildə Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 aprel 2008-ci il tarixli qətnaməsinə əsasən hər ay 10 manat sabit pul məbləğində alımentin tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra aliment azlıq təşkil etdiyindən yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 10 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin miqdarı oğlunu saxlamaq üçün yetərli olmadığından yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmaqla 15 avqust 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilsə də, aylıq ödəməli alimenti ödəməmişdir. Daha sonra Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibatı xətanı törətməkdə təqsirli bilinərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli qərarı ilə 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də ödəməli olduğu aylıq alimenti ödəməmiş, yəni Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimat əsasında Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 01 may 2019-cu il tarixli qətnaməsinə əsasən 5430 manat ödənməmiş aliment borcu yaranmışdır. Bu müddət ərzində övladı ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Hazırda Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmiş, buna görə də təqsirləndirilən şəxsdən bu cinayət işi üzrə şikayət və tələbi yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Şahid2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1642/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə xx.xx.2019cu il tarixdə verilmiş icra vərəqəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-6048/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Təqsirləndirilən şəxs hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, tələbkar Zərərçəkmiş şəxs ödənilməlidir. Həmin icra sənədi xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, borclu Təqsirləndirilən şəxs tələbin könüllü icrası haqqında bildiriş təqdim edilmişdir. Buna baxmayaraq o, tələbin könüllü icra müddətində öhdəliyini yerinə yetirməmiş, icra vərəqəsi üzrə borclu Təqsirləndirilən şəxs alimenti qeyri-müntəzəm ödəmiş, onda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməmişdir. İcra sənədi üzrə tələbi təmin etməsi barədə xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli xəbərdarlıqlar borclu Təqsirləndirilən şəxs təqdim edilmiş, lakin o yenə də tələbi təmin etməmişdir. Məhkəmə qərarını icra etmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-384/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, icra sənədi üzrə yaranmış 1930 manat aliment borcunun ödənilməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Təqsirləndirilən şəxs barəsində xx.xx.2021-ci il tarixdə inzibatı protokol tərtib edilərək, baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmiş və həmin Məhkəmənin 3(044)-17/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bundan sonra borcluya xx.xx.2022-ci il tarixdə icra sənədinin icra edilməsi üçün yenidən müddətin verilməsi haqqında bildiriş verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs işlə təmin olunması üçün xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Məşğulluq Mərkəzinə göndərilmiş, lakin Mərkəzin xx.xx.2022-ci il tarixli məktubundan məlum olmuşdur ki, o, Məşğulluq Mərkəzinə müraciət etməmişdir. Aliment borcunun ödənilməsini təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 30-cu küçədə yerləşən evə əmlakın siyahıya alınması məqsədilə baxış keçirilmiş, lakin tələbin yönələ biləcəyi heç bir əmlak aşkar edilməmişdir. Bu faktla bağlı həmin tarixdə akt tərtib edilmişdir. Cinayət məsuliyyətinə cəlb olunması barədə borclu Təqsirləndirilən şəxs müxtəlif tarixlərdə o cümlədən, xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubları təqdim edilməsinə baxmayaraq, tələbi qərəzli olaraq təmin etməmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən sonra icra sənədi üzrə heç bir ödəniş etməmişdir. Həmçinin iş üzrə tələbkar Zərərçəkmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində Təqsirləndirilən şəxs 4870 manat məbləğində olan aliment borcunu ödəmədiyi üçün onun cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs həmin ərizədə aliment borcunun bir dəfəyə ödənilməsini istədiyini və hissə-hissə ödənişə razı olmadığını bildirmişdir. Göründüyü kimi keçən müddət ərzində Təqsirləndirilən şəxs 5430 manat məbləğində aliment borcunu ödəməməklə yanaşı, Zərərçəkmiş şəxs qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməli törətmişdir. Məhkəmə baxışında şahid - Gəncə şəhəri üzrə İcra İdarəsinin İcra məmuru Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli, 2(044)-1642/2019 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli 2(044)-6048/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, cavabdeh Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs xeyirinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 3(044)-17/2022 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcələsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə olunmuşdur.asına baxmayaraq o, öz hərəkətlərini davam etdirərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 01 may 2019-cu il tarixli 2(044)-1642/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs hesabına 585 (beş yüz səksən beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 25 iyul 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs aliment borcunu tam şəkildə ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs ona istinad olunan cinayəti törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün mötəbər olduğu və kifayət etdiyi qənaətinə gəlir və qiymətləndirib nəzərə alır. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş materiallarına məhkəmə məcmu halında qeyd edilən sübutların mötəbərliyi və mümkünlüyü baxımından qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə qeyd olunan sənədlərə əsasən, onu qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 41.6-cı maddəsinə əsasən dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Həmin Məcəllənin 43.1-ci və 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə halları mövcud olduğuna və dövlət ittihamçısı ittihamın müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 (on) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 40, 41, 43, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra edərək aliment borcunu tam şəkildə ödədiyinə görə həmin Məcəllənin 306-cı maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 (altmış) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar