Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-33/2023 17.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx.xx.1971-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 31, mənzil 21-də qeydiyyatda olmaqla, Tovuz rayonu, Eyyublu kəndində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 03 mart 2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Milli Elmlər Akademiyasının yaxınlığından Gəncə şəhəri, F.Həsənov küçəsində yerləşən 3 saylı TTYX-nın yaxınlığınadək hərəkətdə olan şəhərarası 4 saylı sərnişin avtobusunda şərnişin Zərərçəkmiş şəxs1 əynində olan gödəkçəsinin cibindən daxilində 1 ədəd 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrəsinin olduğu 230 manat dəyərində 1 ədəd 64 GB yaddaş tutumlu “Samsung Galaxy A7” markalı mobil telefonu, ümumilikdə Zərərçəkmiş şəxs1 235 manat dəyərində əmlakını cibindən çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa, o, təkrar 30 oktyabr 2021-ci il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsindən Nizami küçəsində yerləşən Mərkəzi Univermağın yaxınlığınadək hərəkətdə olan şəhərarası 1 saylı sərnişin avtobusunda şərnişin Zərərçəkmiş şəxs2 üzərində olan əl çantasından daxilində 1 ədəd 5 manat dəyərində ***- ***-**-** saylı mobil nömrəsinin olduğu 400 manat dəyərində 1 ədəd 64 GB yaddaş tutumlu “Redmi Note 9S” markalı mobil telefonu, həmin mobil telefonun arxasında olan 30 manat pulu, ümumilikdə Zərərçəkmiş şəxs2 435 manat dəyərində əmlakını çantasından çıxarmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə — zərərçəkmiş və şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutların məcmusu ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki,: Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.5-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 10 radələrində Gəncə şəhərində 4 saylı şəhərarası sərnişin avtobusunda olarkən şəhər mərkəzində yerləşən Elmlər Akademiyasının qarşısında avtobusa minən bir nəfər tanımadığı qadının əynində olan gödəkçəsinin cibində telefon görmüş, həmin vaxt maddi vəziyyəti yaxşı olmadığı və pula ehtiyacı olduğu üçün həmin qadının cibində olan telefonu oğurlayıb sataraq pul əldə etmək qərarına gəlmişdir. Avtobusda sərnişinlər çox olduğu üçün o, heç kimin fikir vermədiyi və görmədiyi vaxtda qadının cibindən telefonu çıxarıb cibinə qoymuş və növbəti dayanacada avtobusdan düşmüşdür. O, avtobusdan düşdükdən sonra oğurladığı telefona baxdıqda həmin telefonun “Samsung Galaxy A7” markalı olmasını müəyyən etmiş və telefonun içərisində olan mobil nömrəni çıxarıb qıraraq atmışdır. Bundan sonra isə həmin mobil telefonu Mərkəzi univermaqın yaxınlığında tanıdığı Pərviz adlı şəxsə 40 manata sataraq həmin pulu ehtiyaclarına xərcləmişdir. Bundan başqa, xx.xx.2021-ci il tarixdə səhər saatlarında Gəncə şəhərinə gəlmiş, həmin gün saat 17 radələrində Gəncə şəhər arası 1 saylı sərnişin avtobusu ilə Mərkəzi univermağın yanına getmək üçün Yeni Gəncə qəsəbəsindən 1 saylı sərnişin avtobusuna minmiş, avtobusda yer olmadığı üçün avtobusda ayaq üstə dayanmış, qarşısında dayanmış qadının çiynindən asılmış əl çantasını görmüş və əlində olan papağı sonuncunun əl çantasının üstünə qoymuş, sonra əl çantasının sepini açıb əl çantasının içərisində olan telefonu götürüb cibinə qoymuş və bir qədər sonra avtobusdan düşmüşdür. Həmin yerdən bir qədər aralananadan sonra götürdüyü telefona baxanda götürdüyü telefonun “Redmi Not 9S markalı” mobil telefon olduğunu və telefonun arxasındada 30 manat pul olduğunu görmüşdür. Həmin vaxt telefonu söndürmüş, telefonun içərisində olan mobil nömrəni isə qırıb atmışdır. Pulu telefonun arxasından götürmüş, sonra telefonu Gəncə şəhəri mərkəzi univermağa aparıb tanıdığı Dinar adlı şəxsə 100 manata satmış, bundan sonra çıxıb Tovuz rayonuna qayıtmışdır. xx.xx.2021-ci il tarixdə Tovuz rayonunda olan zaman polis əməkdaşları ona yaxınlaşıb Nizami RPİ-yə gətirmiş, idarədə olan zaman etdiyi oğurluq cinayətini etiraf etmişdir. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 09 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən Express banka getmiş, orada 1 saata qədər olmuş, sonra bankdan çıxmış və piyada olaraq Gəncə şəhər İcra Hakimiyyəti binasının qarşısından keçib Elmlər Akademiyasının binasının qarşısına gəlmiş və orada dayanacaqdan 4 saylı sərnişin avtobusuna minmişdir. Həmin vaxt onun Samsung Galaxy A7 markalı mobil telefonu vasitəsi ilə simli qulaqcıqla mahniya qulaq asmış, avtobusla 3 saylı TTYX-nın qarşısına gəlmiş və saat 11 radələrində orada avtobusdan düşüb yolun kənarında olan poliklinikaya daxil olmuşdur. Poliklinikada işini görüb qurtarandan sonra qulağında musiqinin dayandığını hiss etmiş, həmin vaxt cibini və digər yerləri axtarmış, lakin telefonu tapa bilməmişdir. Bundan sonra evə qayıdıb mobil telefonunun İMEİ kodunu götürüb polis idarəsinə gəlmiş və mobil telefonunun itməsi barədə müraciət etmişdir. Sonradan ona telefonunun itməməsi, naməlum şəxs tərəfindən cibindən oğurlanması məlum olmuşdur. Daha sonra polis idarəsində cibindən mobil telefonunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olmasını bilmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək bildirdi ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 17 radələrində Gəncə şəhəri Bala Bağman qəsəbəsində mebel mağazasının qarşısında 1 saylı şəhər arası sərnişin avtobusuna minib mərkəzi univermağının yanına gəlmiş, Mərkəzi univermağın yanında 1 saylı şərnişin avtobusundan düşəndə əl çantasına baxmış və özünə məxsus 400 manat dəyərində 1 ədəd Redmi not 9S markalı telefonun və telefonunun arxasına qoyduğu 30 manat pulun avtobusda olarkən əl çantasından oğurlandığını bilmişdir. 30 manat pulu və mobil telefonu çantası açılaraq naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Həmin günü şikayət etməmiş, xx.xx.2021-ci il tarixdə Nizami RPİ-yə gələrək çantasından mobil çelefonunun və 30 manat pulunun oğurlanması barədə şikayət etmiş, sonradan polis əməkdaşları onun çantasından mobil telefonunu və 30 manat pulunu oğurlamış Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəyən ziyanın ödənildiyini bildirmiş, təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Əsgərov X3 Əsgərovanın ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Mərkəzi Unvermaqda telefon alqı-satqısı ilə məşğul olur. Onun işi işlənmiş mobil telefonları almaq, üzərinə müəyyən məbləğdə pul qoyub satıb qazanc əldə etməkdən ibarətdir. O, Tovuz rayonu Əyyublu kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımış, Sahib arada bir univermağa gəlib getmişdir. Sahiblə heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 11 mart 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhəri Mərkəzi Univermaqda öz işində olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onun yanına gəlmiş və 64 GB yaddaş tutumlu “Samsung Galaxy A7 markalı mobil telefonu göstərib satdığını demişdir. O, həmin vaxt Sahibdən mobil telefonun kimə məxsus olmasını soruşmuş, Sahib isə həmin mobil telefonun özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. O, telefona baxdıqdan sonra həmin işlənmiş vəziyyətdə olan telefonu ala biləcəyini demiş və Sahiblə telefonun qiymətini 40 manata razılaşmış, bundan sonra Sahibdən şəxsiyyət vəsiqəsinin surətini almış və telefonu aldığı tarixi yazıb həmin telefonu 40 manata almış, aradan bir neçə gün keçmiş həmin telefonu 50 manata tanımadığı şəxsə satmışdır. Şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri Mərkəzi Univermaqda telefon alqı-satqısı ilə məşğul olur. Onun işi işlənmiş mobil telefonları almaq, üzərinə müəyyən məbləğdə pul qoyub sataraq qazanc əldə etməkdən ibarətdir. Tovuz rayonu Əyyublu kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər Mərkəzi Univermağa gəlib gedən zamandan tanımış, aralarında heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 30 oktyabr 2021-ci il tarixdə saat 17-18 radələrində Gəncə şəhəri Mərkəzi Univermaqda öz içində olan zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onun yanına gəlib arxası parıltılı rəng olan “Redmi Not-9S” markalı mobil telefonu göstərib satdığını demiş, o, həmin vaxt Sahibdən mobil telefonun kimə məxsus olmasını soruşmuş, Sahib isə həmin telefonun yoldaşına məxsus olduğunu, yoldaşı xəstə olduğundan pula ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Həmin vaxt Sahibdən şəxsiyyət vəsiqəsinin surətini almış və telefonu aldığı tarixi yazıb həmin telefonu 100 manata almışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları onu Nizami rayon polis idarəsinə dəvət etmiş, həmin vaxt Sahibin xx.xx.2021-ci il tarixdə ona satdığı Redmi Not-9S markalı mobil telefonun oğurluq olmasını bilmiş, ardınca polis idarəsində həmin telefonu təhiqata təqdim etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: “Baxış və götürmə keçirilməsi haqqında” 06 noyabr 2021-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus oğurlayaraq Şahid2 satdığı 1 ədəd “Redmi Note 9S” markalı mobil telefon təhqiqatçı tərəfindən protokol tərtib edilərək götürülmüş və həmin mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, götürülmüş bir ədəd telefon “Redmi Note 9S markalı, 64 GB yaddaş tutumlu mobil telefondur. “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli Protokoldan görünür ki, Şahid2 götürülmüş 1 ədəd “Redmi Note 9S” markalı mobil telefon Zərərçəkmiş şəxs2 tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 4 ədəd mobil telefon içərisində həmin “Redmi Note 9S” markalı mobil telefonu tanıyaraq ona məxsus olmasını təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 iyul 2021-ci il tarixli, 9/4267 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən “Samsung A-7” markalı 64 GB yaddaşlı mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 180,0 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 06 dekabr 2021-ci il tarixli, 9/8180 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Redmi” markalı M2003176A1G (Note 9S) modelli mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 260,00 manat müəyyən edilir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cı il tarixli hökmü ilə AR CM-nin 237.1, 69.3cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Tovuz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 22 gün hissəsi 05 ay 26 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli Gəncə şəhər rayonlararası ruhi-əsəb və narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda olmamışdır. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 30 avqust 2022-ci il tarixli Qərardan görünür ki, 1 ədəd “Redmi Note 9S” markalı mobil telefon cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət təqibi başa çatanadək saxlanılması üçün sahibi X4 qaytarılmışdır. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü yalnız bir epizod üzrə təqsirli bilərək törətdiyi cinayət əməlində təkrarlığın olmasını inkar etsə də, bu özünümüdafiə kimi qiymətləndirilməlidir. Sübutların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə cinayət epizodlarından yalnız biri ilə özünü təqsirli bilsə də, əməlində təkrarlığın mövcudluğunu inkar etsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqındakı ifadəsi zamanı özünü qismən təqsirli bilməsi özünümüdafiə xarakteri daşıyır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxslərin, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri üzrə təqsiri tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinə əsasən oğurluq təkrarən zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində vurulmuş zərəri ödəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2- ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08 noyabr 2021-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutularaq Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 10 noyabr 2021-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” Qərardan görünür ki, həmin tarixdə təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunaraq Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 08 dekabr 2022-ci il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs işin məhkəmə icraatında olduğu vaxt barəsində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həmin tarixdə saat 17:20-də tutularaq MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək 02 (iki) gün tutulduğu müddətin və 08 dekabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin – cəmi 05 (beş) ay 11 (on bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 10 (on) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilərək Təqsirləndirilən şəxs məhkəmə zalından dərhal həbsdən azad edilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə sübut qismində tanınmış 1 ədəd “Redmi Note 9S” markalı mobil telefonun sahibi X4 qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan məbləğ məhkəmə məsrəfləri olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 noyabr 2021-ci il tarixdən 10 noyabr 2021-ci il tarixədək 02 (iki) gün tutulduğu müddətin və 08 dekabr 2022-ci il tarixdən 17 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin – cəmi 05 (beş) ay 11 (on bir) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 10 (on) ay 22 (iyirmi iki) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbsdən azad edilsin. İş üzrə sübut qismində tanınmış 1 ədəd “Redmi Note 9S” markalı mobil telefonun sahibi X4 qaytarılması nəzərə alınsın. İş üzrə 100 (yüz) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 150 (yüz əlli) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-33/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-33/2023
17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver