Məhkəmə qərarları › İş №1(125)-33/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-33/2024

14.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-33/2024 14.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X25, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, sonuncu dəfə Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024cü il tarixli, 1(125)-179/2024 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5 və 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 12 oktyabr 2019-cu il tarixdə Tovuz rayon Qaraxanlı kənd sakini Zərərçəkmiş şəxs16 pul çıxartmaqda kömək etmək bəhanəsi ilə həmin şəxsə məxsus, elektron məlumat daşıyıcısı hesab edilən, Beynəlxalq Bank tərəfindən verilmiş **********449305 nömrəli əmək haqqı kartının şifrəsini kart sahibindən öyrəndikdən sonra ünvan 1 ünvanda quraşdırılmış Azərbaycan Beynəlxalq Bankına məxsus 969 №-li ATM-dən saat 11:39:37 dəqiqədə ATM-nə daxil edib şifrəni orada olan elektron bank sisteminə yazıb bankomatda pul olmamasını Zərərçəkmiş şəxs16 bildirdikdən sonra ona digər istintaqa məlum olmayan şəxsə məxsus bank kartını verərək həmin şəxsin getməsinə əmin olub, sonradan Zərərçəkmiş şəxs16 məxsus **********449305 nömrəli kartı iki dəfə, yəni saat 11:40:10-da və saat 11:40:53-də qanunsuz olaraq 969 №-li ATM-nə daxil edib hər dəfə 1000 manat, cəmi 2000 manat məbləğində pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs16 ümumilikdə 2000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən, elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 aprel 2022-ci il tarixdə saat 10 radələrində Şahid4 “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı altında sonuncunun əri Zərərçəkmiş şəxs6 məxsus "xxxx" tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən 510307******4279 nömrəli plastik kartını ondan götürüb Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən “Kapital Bankı”-ın bankomatına daxil edərək kartın müvafıq kodunu yığmaqla kartda olan hesabdan 800 (səkkiz yüz) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 aprel 2022-ci il tarixdə saat 07 radələrində "xxxx" ASC-nin Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən ATM-in yanında gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs5 ATM-in yanına gəlib, arvadı Şahid3 istifadəsində olan "xxxx" ASC-nə məxsus **********844155 nömrəli plastik təqaüd kartını ATM-ə daxil edərək kodu yığarkən kodu və kartın hesabında 377 manat pulun olduğunu görmüş, kömək göstərmək məqsədilə Zərərçəkmiş şəxs5 kartı istəyib alaraq, zərərçəkmiş şəxs Şahid3 məxsus plastik kartı ATM-ə daxil edərək "xxxx" ASC-nə məxsus plastik təqaüd kartından istifadə etməklə saat 08:06:29-da 370 manat pulunu gizli olaraq talayıb zərərçəkmiş şəxs Şahid3 ümumilikdə 370 manat maddi ziyan vurmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrarən, elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə, yəni Zərərçəkmiş şəxs4 həyat yoldaşı Elbrus Kərimova məxsus "xxxx" tərəfindən verilmiş **********691599 nömrəli təqaüd kartında olan 318 manat məbləğində pulu çıxartmaqda ona kömək edəcəyini vəd edib xx.xx.2022-ci il tarixdə kartının şifrəsini kart sahibindən öyrəndikdən sonra ünvan 2 ünvanda quraşdırılmış “Turan” Banka məxsus ATM-nə daxil edib şifrəsini orada olan elektron bank sisteminə yazıb kartda pul olmadığını Zərərçəkmiş şəxs4 deyib kartı qaytarmış və vətəndaş gedəndən sonra 318 manat məbləğində pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə 318 manat məbləğində maddi ziyan vurmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrarən, elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə, yəni Tovuz rayon Yuxarı Öysüzlü kənd sakini Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 məxsus "xxxx" tərəfindən verilmiş 6762-6111-0780-0319 nömrəli təqaüd kartında olan 587 manat məbləğində pulu çıxartmaqda ona kömək edəcəyini vəd edib xx.xx.2022-ci il tarixdə kartının şifrəsini kart sahibindən öyrəndikdən sonra saat 08:06:29-da ünvan 2 ünvanda quraşdırılmış “Turan” Banka məxsus ATM-nə daxil edib şifrəsini orada olan elektron bank sisteminə yazıb kartda pul olmadığını Zərərçəkmiş şəxs1 deyib kartı qaytarmış və vətəndaş gedəndən sonra saat 08:06:30-da 553 manat məbləğində pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə 553 manat məbləğində maddi ziyan vurmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o təkrarən, elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə, yəni Tovuz rayon sakini Zərərçəkmiş şəxs3 Abdula oğluna məxsus "xxxx" tərəfindən verilmiş **********184841 nömrəli sosial yardım kartında olan 180 manat məbləğində pulu çıxartmaqda ona kömək edəcəyini vəd edib xx.xx.2022-ci il tarixdə kartının şifrəsini kart sahibindən öyrəndikdən sonra ünvan 2 ünvanda quraşdırılmış “Turan” Banka məxsus ATM-nə daxil edib şifrəsini orada olan elektron bank sisteminə yazıb kartda pul olmadığını Zərərçəkmiş şəxs3 Abdula oğluna deyib kartı qaytarmış və vətəndaş gedəndən sonra 180 manat məbləğində pulu ələ keçirərək ümumilikdə zərərçəkmiş şəxsə 180 manat məbləğində maddi ziyan vurmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrarən, elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 26 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs7 “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı altında sonuncuya məxsus "xxxx" tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən **********056663 nömrəli plastik kartını ondan götürüb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Beynəlxalq Bankı”-ın bankomatına daxil edərək kartın müvafıq kodunu yığmaqla kartda olan hesabdan 526 (beş yüz iyirmi altı) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə Şəki şəhər sakini X2 Şəki şəhəri, Sabit Rəhman küçəsi 27 ünvanında yerləşən “Bazarstore” mağazasının qarşısındaki bankomatdan pulunu çıxartmaq istəyən X7 yaxınlaşıb pulunu çıxartmaqda köməklik edə biləcəyini təklif edərək ondan Azərbaycan Beynəlxalq Bankına məxsus kartını alıb kod nömrəsini öyrənib kartı bankomata daxil edib onun kart hesabında 180 manat pulun olduğunu görüb, sonuncuya həmin bankomatdan pensiya pulunu almağın mümkün olmadığını, pulunu başqa bankomatdan gedib ala biləcəyini söyləyərək, vətəndaş gedəndən sonra “Beynəlxalq Bankı”-ın bankomatından xx.xx.2022-ci il tarixdə saat 13:18də 180 manat məbləğində pulunu çıxarıb ələ keçirərək ümumilikdə Zərərçəkmiş şəxs31ya 180 manat məbləğində maddi ziyan vurmaqla oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 aprel 2022-ci il tarixdə saat 13:40 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsi 27 ünvanında yerləşən “Bazarstore” mağazasının qarşısındaki bankomatdan pulunu çıxarmaq istəyən Oğuz rayonu, Ərmənət kəndində yaşayan Zərərçəkmiş şəxs30 yaxınlaşıb pulunu çıxartmaqda köməklik edə biləcəyini təklif edərək ondan Azərbaycan Beynəlxalq Bankına məxsus kartını alıb kod nömrəsini öyrənib kartı bankomata daxil edib onun kart hesabında 270 manat pulun olduğunu görüb, sonuncuya həmin bankomatdan pensiya pulunu almağın mümkün olmadığını, pulunu başqa bankomatdan gedib ala biləcəyini bildirərək zərərçəkmiş şəxsdən aldığı kartı dəyişdirib ona başqa şəxsin kartını qaytararaq vətəndaş getdikdən sonra Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatdan Zərərçəkmiş şəxs30 270 manat pulunu çıxarıb nağdılaşdıraraq Zərərçəkmiş şəxs30 ümumilikdə 270 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 may 2022-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhəri, M.Maqomayev küçəsi “5+” supermarketin binasına quraşdırılmış "xxxx", “Unibank” və "xxxx"-a məxsus bankomatların qarşısında dayanmış, Şahid6 "xxxx"-a məxsus bankomata yaxınlaşdığını görüb həmin şəxsin yaşının çox olmasını və ondan kömək istəyəcəyini güman edərək “Kapital Banka” məxsus bankomata yaxınlaşmış, bu zaman Şahid6 yaşının çox olduğunu və gözlərinin yaxşı görmədiyini bildirib ondan kömək istəmiş, bu zaman o, cinayət əməlini həyata keçirtmək üçün Şahid6 gəlini Zərərçəkmiş şəxs29 məxsus Kapital Bank kartını bankomatdan pul çıxarmaqda kömək etmək adı ilə alıb əvvəlcədən əldə etdiyi digər Kapital banka məxsus bank kartını Şahid6 gizlin olaraq cibindən çıxardıb Kapital Banka daxil etmiş və Şahid6 ələ keçirtdiyi bank kartının pin kodunu öyrənib özünün cibindən çıxardıb bankomata daxil etmiş olduğu bank kartında yalandan əməliyyat etdikdən sonra Şahid6 bankomatda pul olmadığını bildirmiş və bankomata daxil etdiyi bank kartını Şahid6 geri qaytarmış, Şahid6 oradan uzaqlaşdıqdan sonra isə Natiq Əfədniyevdən əldə etmiş olduğu Kapital Banka məxsus bank kartını bankomata salaraq Şahid6 öyrənmiş olduğu pin kodu daxil edərək Zərərçəkmiş şəxs29 məxsus 302 manat pulu gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o,təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 03 may 2022-ci il tarixdə saat 11 radələrində Qazax rayonu, Çaylı kənd sakini Zərərçəkmiş şəxs22 öz adına olan "Kapital bank” ASC-yə məxsus plastik kart hesabına köçürülmüş 297 manat məbləğində əmək haqqını nağdlaşdırmaq üçün həmin bankın Qazax şəhəri, Heydər Əliyev prospekti 65A ünvanında yerləşən Qazax rayon fılialının qarşısında quraşdırılmış bankomatına yaxınlaşdığını görüb həmin əməliyyatı aparmasına kömək etməyi ona təklif edərək sonuncudan plastik kartını alıb şifrəsini öyrənərək bankomata daxil edib hesabda həmin məbləğdə pul olmasını dəqiqləşdirdikdən sonra bankomatda pul olmaması barədə həqiqətə uyğun olmayan məlumat verib istintaqa məlum olmayan şəxsə məxsus digər plastik kartı Zərərçəkmiş şəxs22 məxsus kart kimi təqdim edib verərək sonuncunun plastik kartını ələ keçirib həmin tarixdə saat 11:31-də ünvan 6 ünvanında yerləşən “Göyçə” adlanan marketin qarşısında quraşdırılmış "xxxx" ASC-yə məxsus bankomata daxil edib şifrəni yığaraq hesabda olan 297 manat pulu nağdlaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs25 istifadəsində olan "xxxx"ASC-yə məxsus plastik bank kartından xx.xx.2022-ci il tarixdə saat 15:14-də 600 (altı yüz) manat pulu ünvan 7 ünvanında yerləşən bankomat vasitəsilə nağdlaşdırma yolu ilə gizli olaraq talayıb Zərərçəkmiş şəxs25 600 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Qəbələ rayon Zarağan kəndinin mərkəzində yerləşən “Kapital Banka” aid bankomatın qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs13 özünə məxsus Azərbaycan Beynəlxalq Bankına aid **********755791 saylı hesab nömrəli kartından pulunu nəğdləşdirməsinə kömək etmək məqsədi ilə kartını ondan alaraq onu bankomata daxil edib pin kodunu öyrəndikdən sonra onu aldadaraq bankomatda pul olmadığını bildirib kartı bankomatdan çıxarıb əvvəlcədən üzərində saxladığı digər Kapital banka məxsus işlək olmayan kartla dəyişərək ona vermiş, həmin şəxs uzaqlaşıb getdikdən sonra isə qeyd olunan anda Zərərçəkmiş şəxs13 məxsus Azərbaycan Beynəlxalq Bankına aid **********755791 saylı hesab nömrəli elektron daşıyıcı hesab olunan kartı gizli olaraq onun icazəsi olmadan bankomata daxil edib pin kodunu əlavə etməklə 240 manat məbləğində pulu nağdlaşdırıb ələ keçirib gizli yolla talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 240 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o,təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə 05 may 2022-ci il tarixdə saat 09:30 radələrində Şəki şəhəri, Mikayıl Müşviq küçəsində yerləşən “Kapital Bankın” Şəki filialının inzibati binasının qarşısındakı bankomatdan pul çıxarmaq istəyən Şəki rayonu, Baş Göynük kəndində yaşayan Zərərçəkmiş şəxs33 Mehralı oğlunun "Bir Bank" kart hesabından müvafıq əməliyyatlar etməklə pul çıxara bilmədiyini görüb ona yaxınlaşıb pulunu çıxartmaqda köməklik edəcəyini təklif edərək, "Bir Bank" kartını ondan alıb bankomata daxil edib kart hesabında 1000 manat pulunun olmasını gördükdən sonra kartdakı pulun çıxarılmasının mümkün olmadığnı və yaxınlıqdakı Şəki şəhəri,X52 prospektində yerləşən «Şəki Store» mağazasının qarşısındakı bankomatdan pulu çıxara biləcəyini deyib cinayətkar niyyətini həyata keçirmək məqsədilə onu qeyd olunan bankomata aparmış, kartı həmin bankomata daxil edib müvafıq əməliyyatlar edərək həmin ünvandakı bankomatda da kartından pulun çıxarılmasının mümkün olmadığmı bildirib kartı sonuncuya qaytarmış və Zərərçəkmiş şəxs33 bankomatda etdiyi əməliyyatların qanuna uyğun hərəkət olmasını düşünməsindən istifadə edərək qəsdən, təkrarən tamah niyyəti ilə özgə əmlakını talama məqsədilə qanunsuz olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə bankomatdan çıxarıb nağdılaşdıraraq ona məxsus 1000 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs33 Mehralı oğluna ümumilikdə 1000 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə 06 may 2022-ci il tarixdə saat 10 radələrində Qazax şəhəri, Babək küçəsi ev 21-də qeydiyyatda olan və yaşayan Zərərçəkmiş şəxs24 öz adına olan “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə məxsus plastik kart hesabına köçürülmüş 577 manat məbləğində təqaüdü nağdlaşdırmaq üçün həmin bankın Qazax şəhəri, Heydər Əliyev prospekti 75 ünvanında yerləşən Qazax rayon fılialının yaxınlığında quraşdırılmış bankomatında əməliyyatı aparmaqda çətinlik çəkdiyini görüb sonuncuya yaxınlaşaraq kömək etməyi təklif edib hesabında həmin məbləğdə pul olmasını dəqiqləşdirdikdən sonra bankomatda pul oİmaması barədə həqiqətə uyğun olmayan məlumat verib plastik kartı qaytararaq sonuncunun oradan uzaqlaşmasından sonra həmin tarixdə saat 10:30-da bankomatdan çıxmış 577 manat pulu ələ keçirərək elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs17 məxsus əvvəlcədən ələ keçirdiyi 416974******3418 saylı plastik kartını 07 may 2022-ci il tarixdə ünvan 10 ünvanda yerəşdirilmiş Kapital banka məxsus ATM-də istifadə edib bankomata elektron məlumat daşıyıcısı vasitəsilə qanunsuz daxil olaraq saat 09:49-da 500 manat, həmin gün saat 09:51-də 200 manat olmaqla ümumilikdə 700 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs18 məxsus əvvəldən ələ keçirdiyi 510307******8742 saylı plastik kartnı 10 may 2022-ci il tarixdə ünvan 11 ünvanında yerləşdirilmiş Kapital banka məxsus ATM-dən istifadə edib elektron məlumat daşıyıcısı vasitəsilə bankomata qanunsuz daxil olaraq saat 11:43-də 100 manat, həmin üsulla ünvan 10 ünvanda yerlrəşdirilmiş Kapital banka məxsus ATM-dən istifadə edərək elektron məlumat daşıyıcısı vasitəsilə bankomata qanunsuz daxil olaraq saat 14.12-də 385 manat olmaqla ümumilikdə 485 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə 485 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs20 məxsus əvvəlcədən ələ keçirdiyi 416974******9150 saylı plastik kartını 10 may 2022-ci il tarixdə ünvan 12 ünvanmda yerləşdirilmiş Kapital banka məxsus ATM-dən istifadə edib elektron məlumat daşıyıcısı vasitəsilə bankomata qanunsuz daxil olaraq 269 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 269 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs19 məxsus əvvəlcədən ələ keçirdiyi 416974******5067 saylı plastik kartını 11 may 2022-ci il tarixdə ünvan 12 ünvanında yerləşdirilmiş Kapital banka məxsus ATM-dən istifadə edib elektron məlumat daşıyıcısı vasitəsilə qanunsuz daxil olaraq 870 manat pulu gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 870 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılsından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə Tovuz rayon Qovlar şəhər sakini Zərərçəkmiş şəxs15 məxsus “FİNCA” kredit təşkilatı tərəfindən verilmiş 5376-0933-4356- 5818 nömrəli kredit kartında olan 921 manat məbləğində pulu çıxartmaqda ona kömək edəcəyini vəd edib xx.xx.2022-ci il tarixdə kartın şifrəsini kart sahibindən əldə etməyə nail olub həmin günü saat 11:23:50-də ünvan 13 ünvanda quraşdırılmış “Turan” Banka məxsus ATM-nə daxil edib şifrəsini orada olan elektron bank sisteminə yazıb kartda pul omadığını deyib Zərərçəkmiş şəxs15 kartı qaytarmış və vətəndaş getdikdən sonra saat 11:25:01-də 900 manat məbləğində pulu ələ keçirərək zərərçəkmiş şəxsə 900 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 may 2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri M.Maqomayev prospekti 16 ünvanda yerləşən “5+ Super Market”in qarşısında qulaşdırılmış bankomatların yaxınlığında dayanıb həmin zaman "xxxx"-a aid bankomata yaxınlaşaraq əri Zərərçəkmiş şəxs28 məxsus 416974*****3868 seriyalı təqaüd kartı vasitəsi ilə bankomatdan pul çıxartmaq istəyən X12 özünü köməklik edir kimi göstərərək Təranə Bayramovadan sonuncunun əri Zərərçəkmiş şəxs28 məxsus plastik kartı alıb tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özündə saxlayaraq əvvəlcədən üzərində olan digər şəxsə məxsus plastik kartı bankomata daxil edib çıxartdıqdan sonra guya ki, bankomatda pul olmadığını Təranə Bayramovaya bildirib bankomatdan istifadə etdiyi digər şəxsə məxsus plastik kartı Zərərçəkmiş şəxs28 məxsus plastik kartın əvəzinə Təranə Bayramovaya qaytararaq oradan uzaqlaşıb Mingəçevir şəhəri, H.Əliyev prospektinə gedərək Mingəçevir şəhəri, H.Əliyev prospekti 31 ünvanda yerləşən yaşayış binasının qeyri yaşayış sahəsində qulaşdırılmış bankomatdan xx.xx.2022-ci il tarixdə saat 10:39-da Zərərçəkmiş şəxs28 məxsus 416974*****3868 seriyalı təqaüd kartından 1360 manat, xx.xx.2022-ci il tarixdə saat 12:32-də isə Ucar rayonu Qarabörk kəndi ərazisində yerləşən “Bəyaz Market”-də qulaşdırılmış bankomatdan 5 manat olmaqla Zərərçəkmiş şəxs28 nıəxsus ümumilikdə 1365 (min üç yüz atmış beş) manat məbləğdə pulu 416974*****3868 seriyalı təqaüd kartından istifadə etməklə qeyd olunan ünvanlarda quraşdırılmış bankomatlardan çıxarıb özgənin yəni, Zərərçəkmiş şəxs28 məxsus 1365 (min üç yüz atmış beş) manat məbləğdə pulu Zərərçəkmiş şəxs28 maddi ziyan vuraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb oğurlamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə Zərərçəkmiş şəxs26 istifadəsində olan "xxxx"ASC-yə məxsus plastik bank kartından vahid niyyətlə əhatə olunmuş qəsdlə xx.xx.2022-ci il tarixdə saat 17:09:33 və 17:10:53 aralığında hissə-hissə olmaqla ümumilikdə 1020 (min iyirmi) manat pulu ünvan 16 ünvanında yerləşən bankomat vasitəsilə nağdlaşdırmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs26 1020 (min iyirmi) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Qəbələ rayon Zarağan kəndinin mərkəzində yerləşən "xxxx" ASC-nə aid bankomatın qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs12 özünə məxsus Kapital Banka aid kartından pul nəğdləşdirmə əməliyyatı etmək istədiyini görüb guya ona pulunun nəğdləşdirməsinə kömək etmək məqsədi ilə kartını ondan alaraq kartı bankomata daxil edib pin kodunu öyrəndikdən sonra onu aldadaraq bankomatda pul olmadığını bildirib kartı bankomatdan çıxarıb əvvəlcədən üzərində saxladığı Kapital banka məxsus işlək olmayan digər kartla dəyişərək ona vermiş, həmin şəxs uzaqlaşıb getdikdən sonra isə Qəbələ şəhəri, H.Əİiyev prospektinə gələrək orada “Emil Market” adlı marketin binasına yerləşdirilmiş Kapital Banka aid bankomata Zərərçəkmiş şəxs12 məxsus elektron daşıyıcı hesab olunan kartı bankomata daxil edib pin kodu əlavə etməklə 1113, 50 manat manat məbləğində pulu nəğdləşdirib ələ keçirib gizli yolla talayaraq ümumilikdə zərərçəkmişə 1113,50 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılsından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 31 may 2022-ci il tarixdə Goranboy səhəri ərazisində Zərərçəkmiş şəxs34 istifadəsində olan "xxxx"ASC-yə aid plastik kart hesabından pulu çıxaracağı halda əlavə faiz tutulacağı barədə yalan vəd verib, Zərərçəkmiş şəxs34 aldadaraq sonuncuya məxsus plastik kartdan "xxxx" ASC-nin Goranboy rayon filialının qarşısında yerləşən bankomatdan 900 manat pulu çıxararaq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən “Göysu market”-in qarşısında quraşdırılmış Azərbaycan Beynəlxalq bankına məxsus ATM-in qarşısında Zərərçəkmiş şəxs14 özünə məxsus “**********045245” nömrəli Beynəlxalq Bank plastik kartından 280 manat məbləğində pulu nağdlaşdırma əməliyyatı icra etməsini görüb kartın kodunu öyrəndikdən sonra sonuncunun xəbəri olmadan icazəsiz müdaxilə edərək əməliyyatı dayandırıb kömək etmək adı ilə Zərərçəkmiş şəxs14 məxsus Beynəlxalq Bank plastik kartını ələ keçirdikdən sonra üzərində olan digər bank kartı ilə Zərərçəkmiş şəxs14 məxsus Beynəlxalq Bank plastik kartı ilə dəyişdirərək Zərərçəkmiş şəxs14 vermiş, daha sonra ələ keçirdiyi Zərərçəkmiş şəxs14 məxsus plastik kartdan 280 manat məbləğində pulu nağdlaşdıraraq ələ keçirib zərərçəkmiş şəxs 280 manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyun 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs8 Allayar oğluna “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı altında sonuncuya məxsus "xxxx" tərəfinən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən ******************** nömrəli plastik kartnı ondan götürüb Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Beynəlxalq Bankın” bankomatına daxil edərək kartın müvafıq kodunu yığmaqla kartda olan hesabdan 528 (beş yüz iyirmi səkkiz) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 14 iyun 2022-ci il tarixdə saat 17 radələrində X8 “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı ilə sonuncuya məxsus "xxxx" tərəfındən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən ******************** nömrəli plastik kartını alıb Şəmkir rayonu Çinarlı qəsəbəsındə yerləşən “Beynəlxalq Bankın bankomatına daxil edərək kartın müvafıq kodunu yığmaqla kartda olan hesabdan 269 (iki yüz altmış doqquz) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 iyun 2022-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs38 “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı altnda sonuncuya məxsus "xxxx" tərəfmdən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən 4169 7413 4129 2496 nömrəli plastik kartını ondan alıb Şəmkir şəhəri, 20 yanvar küçəsində yeıiəşən “Kapital Bankı”ın bankomatına daxil edərək kartın müvafiq kodunu yığmaqla kartda olan hesabdan 1.000 (min) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyun 2022-ci il tarixdə saat 12 radələrində Şahid2 “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı ilə sonuncunun qaynanası Zərərçəkmiş şəxs10 məxsus "xxxx" tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən 4127 2093 0451 7359 nömrəli plastik kartını alıb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Beynəlxalq Bankın” bankomatına daxil edərək kartın müvafiq kodunu yığmaqla kartda olan hesabdan Zərərçəkmiş şəxs10 məxsus 862 (səkkiz yüz altmış iki) manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 iyun 2022-ci il tarixdə saat 13 radələrində “bankomatdan pulu çıxarmaqda kömək etmək” adı ilə Şahid1 anası Zərərçəkmiş şəxs11 məxsus "xxxx" tərəfindən verilmiş elektron məlumat daşıyıcısı hesab edilən **********09666 nömrəli plastik kartını alıb Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən “Beynəlxalq Bankın” bankomatına daxil edərək kartın müvafıq kodunu yığmaqla kartda olan hesabdan Zərərçəkmiş şəxs11 məxsus 350 manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyun 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhər sakini Zərərçəkmiş şəxs23 öz adına olan Azərbaycan Beynəlxalq baııkı" ASC-yə məxsus plastik kart hesabına köçürülmüş 284 manat məbləğində təqaüdü nağdlaşdırmaq üçün həmin bankın Qazax şəhəri, Heydər Əliyev prospekti 173 ünvanında quraşdırılmış bankomatında əməliyyatı aparmaqda çətinlik çəkdiyini görüb sonuncuya yaxınlaşıb kömək etməyi təklif edərək plastik kartını alıb şifrəsini öyrənərək bankomata daxil edib hesabında həmin məbləğdə pul olmasını dəqiqləşdirdikdən sonra bankomatın işləməməsi barədə həqiqətə uyğun olmayan məlumat verib istintaqa məlum olmayan şəxsə məxsus digər plastik kartı Zərərçəkmiş şəxs23 məxsus kart kimi təqdim edib verərək sonuncunun plastik kartını ələ keçirib həmin tarixdə saat 09:36-da Qazax şəhəri, Heydər Əliyev prospekti 75 ünvanında yerləşən "xxxx" ASCnin Qazax rayon fılialının qarşısında quraşdırılmış bankomatına daxil edib şifrəni yığaraq hesabda olan 284 manat pulu nağdlaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 28 iyun 2022-ci il tarixdə saat 10 radələrində Qazax rayonu, Bala Çaylı kənd sakini X16 öz adına olan "Azərbaycan Beynəlxalq bankı“ ASC-yə məxsus plastik kart hesabına köçürülmüş 500 manat məbləğində təqaüdü nağdlaşdırmaq üçün həmin bankın Qazax şəhəri, Heydər Əliyev prospekti 75 ünvanında yerləşən Qazax rayon filialının qarşısında quraşdırılmış bankomatına yaxınlaşdığını görüb həmin əməliyyatı aparmasına kömək etməyi təklif edərək sonuncudan plastik kartını alıb şifrəsini öyrənərək bankomata daxil edib hesabda həmin məbləğdə pul olmasını dəqiqləşdirdikdən sonra kartın balansında pul olmaması barədə həqiqətə uyğun olmayan məlumat verib həmin tarixdə ələ keçirdiyi Zərərçəkmiş şəxs23 məxsus kartı Zərərçəkmiş şəxs21 məxsus kart kimi təqdim edib verərək sonuncunun plastik kartını ələ keçirib 28 iyun 2022-ci il tarixdə saat 10:10-da həmin bankomata daxil edib şifrəni yığaraq balansda olan 500 manat pulu nağdlaşdıraraq elektron məlumat daşıyıcısından istifadə etməklə gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 30 iyun 2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospekti 16/1 ünvanında yerləşən “5+” supermarketin binasına quraşdırılmış "xxxx", "Unibank” və "xxxx"-a məxsus bankomatların qarşısında özünə məxsus Kapital Bank tərəfindən verilən maaş kartından maaş almaq üçün dayanmış Zərərçəkmiş şəxs27 Kapital Banka məxsus bankomata özünə məxsus 510307 ******2234 saylı kartı daxil etdiyini görüb, bankomata müdaxilə etməklə Zərərçəkmiş şəxs27 məxsus kartı bankomatdan xaric etmiş, daha sonra üzərində gəzdirdiyi “5103 0714 3133 6268” saylı Kapital Bank kartı ilə Zərərçəkmiş şəxs27 məxsus plastik kartı dəyişərək həmin kartı Zərərçəkmiş şəxs27 verməklə kartının bloklandığını bildirdib Zərərçəkmiş şəxs27 oradan uzaqlaşdıqdan sonra Zərərçəkmiş şəxs27 məxsus "xxxx" kartını bankomata daxil edərək Zərərçəkmiş şəxs27 məxsus bank kartında olan 955 (doqquz yüz əlli beş) manat pulu və avans kimi 500 (beş yüz) manat pul olmaqla ümumilikdə 1455 (min dörd yüz əlli beş) manat pulu elektron məlumat daşıyıcısından istifadə etməklə gizli yolla talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcılarından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 iyul 2022-ci il tarixdə saat 13 radələrində Şəki şəhəri, Sabit Rəhman küçəsi 27 ünvanında yerləşən “Bazarstore” mağazasının qarşısındakı bankomatdan aylıq əmək haqqı pulunu çıxartmaq istəyən Şəki rayonu, Aşağı Küngüt kəndində yaşayan Zərərçəkmiş şəxs32 "Kapital Banka" məxsus kart hesabından müvafıq əməliyyatlar etməklə pul çıxara bilmədiyini görüb ona yaxınlaşıb pulunu çıxartmaqda köməklik etməsini təklif etmiş, sonuncuda ona kartını yeni aldığını, qeydiyyatdan keçirmədiyini, əvvəlki kartının kodunun 1963 olduğunu, yeni kartınada həmin nömrəni kod kimi yazmasını bildirərək "Kapital Banka" məxsus kartını ona verdikdən sonra kartı alıb bankomata daxil edib qeydiyyatdan keçirib onun kart hesabında 426.97 manat pulunun olmasını öyrəndikdən sonra kartın yeni olduğunu və 24 saat müddətində aktivləşəcəyini bildirib cinayətkar niyyətini həyata keçirmək məqsədilə əvvəlcədən özündə olan Qızbas Namazova adlı şəxsin adına olan "Kapital Banka" məxsus kartı ona qaytarmış və Zərərçəkmiş şəxs32 bankomatda etdiyi əməliyyatların qanuna uyğun hərəkət olmasını düşünməsindən istifadə edərək qəsdən təkrarən tamah niyyəti ilə özgə əmlakını talama məqsədilə qanunsuz olaraq elektron məlumat daşıyıcısından istifadə etməklə ona məxsus 426 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs32 ümumilikdə 426 manat maddi ziyan vurmaqla gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2022-ci il tarixdə saat 09 radələrində "xxxx" ASC-nin Goranboy şəhəri S.Civəzadə küşəsində yerləşən “Çinar" marketin qarşısında quraşdırılmış ATM-in yanında gözləmiş, həmin vaxt Şahid7 ATM-in yanına gəlib, arvadı Zərərçəkmiş şəxs36 istifadəsində olan "xxxx" ASC-nə məxsus 676867******2743 nömrəli plastik təqaüd kartını ATM-ə daxil edərək kodu yığarkən kodu və kartın hesabında 1000 manat pul olduğunu görmüş, Şahid7 səhv əməliyyat apardığı üçün kartdan pul çıxara bilməmiş, ikinci dəfə Şahid7 yenə də kartı ATM-ə daxil edib, lakin yenə də səhv əməliyyat apardığı üçün pul çıxara bilmədiyini görüb həmin kartı oğurlamaq qərarına gələrək, özündəki "xxxx" ASC-nə məxsus plastik kartı cibindən çıxarıb əlində saxlamış, Şahid7 daxil etdiyi plastik kart ATM-dən çıxarkən ondan əvvəl kartı götürərək özündə saxlayıb, üzərində olan digər plastik kartı ona verərək səhv əməliyyat apardığını, banka müraciət etməli olduğunu demiş, Şahid7 kartın arvadı Zərərçəkmiş şəxs36 məxsus olduğunu zənn edib ondan götürərək oradan uzaqlaşmış, bundan sonra isə saat 09:48 dəqiqədə Goranboy şəhəri 15-ci məhəllədə yerləşən “Araz” marketin qarşısında quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-ə yaxınlaşıb, Zərərçəkmiş şəxs36 plastik kartını ATM-ə daxil edib kodu yığaraq "xxxx" ASC-nə məxsus plastik təqaüd kartından istifadə etməklə 500 manat pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs36 ümumilikdə 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o,təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 09 iyul 2022-ci il tarixdə saat 09 radələrində “Kapital Bank' ASC-nin Goranboy şəhəri S.Civəzadə küşəsində yerləşən “Çinar” marketin qarşısında quraşdırılmış ATM-in yanına gəlib gözləmiş, həmin vaxt Zərərçəkmiş şəxs35 saat 09:40 dəqiqədə ATM-in yanına gəlib istifadəsində olan "xxxx" ASC-nə məxsus 4169 7414 5980 8695 nömrəli plastik əmək haqqı kartını ATM-ə daxil edib kodu yığarkən kodu və kartın hesabında 1018 manat pul olduğunu görmüş, Zərərçəkmiş şəxs35 əmək haqqı kartında olan pulunu çıxararkən həmin kartı oğurlamaq qərarına gəldiyi üçün özündəki 'Kapital Bank" ASC-nə məxsus kartı cibindən çıxarıb əlində saxlamış, Zərərçəkmiş şəxs35 daxil etdiyi plastik kart ATM-dən çıxarkən ondan əvvəl kartı götürərək özündə saxlayıb, digər plastik kartı ona vermiş, Zərərçəkmiş şəxs35 kartın onun özünə məxsus olduğunu zənn edib ondan götürərək oradan uzaqlaşmış, bundan sonra isə saat 09:50 dəqiqədə Goranboy şəhəri 15-ci məhəllədə yerləşən “Araz” marketin rşısında quraşdırılmış "xxxx" ASC-nə məxsus ATM-ə yaxınlaşıb, Zərərçəkmiş şəxs35 plastik kartını ATM-ə daxil edərək kodu yığmaqla kart hesabında olan 1000 manat pulu, sonra isə 350 manat avans götürüb, həmin puldan 12 manat aparılan əməliyyata görə bank tərəfindən komissiya xərcinə tulduğundan 350 manat pulu, sonuncunun istifadəsində olan elektron məlumat daşıyıcısı hesab olunan "xxxx" ASC-nə məxsus əmək haqqı plastik kartından istifadə etməklə Zərərçəkmiş şəxs35 ümumilikdə 1350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən elektron məlumat daşıyıcısından istifadə etməklə tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 iyul 2022-ci il tarixdə saat 11:33 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Beynəlxalq Bank ATM-in qarşısında dayandığı zaman Zərərçəkmiş şəxs37 Məhəmməd oğlunun özünə məxsus Beynəlxalq Bank plastik kartından 948 manat məbləğində pulu nağdlaşdırma əməliyyatı icra etməsini görüb kartın kodunu öyrəndikdən sonra sonuncunun xəbəri olmadan icazəsiz müdaxilə edərək əməliyyatı dayandırıb Zərərçəkmiş şəxs37 məxsus Beynəlxalq Bank plastik kartını ələ keçirdikdən sonra üzərində olan Zərərçəkmiş şəxs14 məxsus Beynəlxalq Bank plastik kartı ilə dəyişdirərək Zərərçəkmiş şəxs37 vermiş, Zərərçəkmiş şəxs37 Zərərçəkmiş şəxs14 məxsus plastik kartı bankomata daxil etdidiyi zaman pulun texniki səbəblər olduğundan çıxmamasını bildirib aldatmış, daha sonra ələ keçirdiyi Zərərçəkmiş şəxs37 məxsus plastik kartdan 940 manat məbləğində pulu nağdlaşdıraraq ələ keçirib Zərərçəkmiş şəxs37ya məxsus 940 manat məbləğində pulu çıxardıb oğurlayaraq özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə –zərərçəkmiş şəxslər və şahid ifadələri, videogörüntülər və digər sübutların məcmusu ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, istintaq zamanı vermiş olduğu ifadəsini tam təsdiq edir və elan olunmuş ittihamda qeyd olunan bütün oğurluqlar onun tərəfindən törədilmişdir. Eyni zamanda Qəbələ rayonunda etmiş olduğu oğurluqlarla bağlı vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Belə ki, o, dəymiş zərəri Qəbələ rayon polis şöbəsinin istintaq bölməsinin rəisi Tural, onun köməkçisi Loğman və ailə üzvlərinin iştirakı ilə zərərçəkmiş şəxslərə tam ödəmişdir. Qeyd olunan halları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qaraxanlı kəndində yaşayır və “Polatyol” şirkətində dəmirçi işləyir. O, əvvəllər Oğuz rayonunda yerləşən “Evorskon” şirkətində dəmirçi işləmiş və şirkət onun “Beynəlxalq banka” məxsus kartına 3 aylıq əmək haqqısını, yəni 2037 (iki min otuz yeddi) manat pul köçürmüşdür. xx.xx.2019-cu il tarixdə saat 09 radələrində o kartında olan pulu bankomatdan çıxartmaq məqsədilə Tovuz şəhərində rayon İcra Hakimiyyəti binasının qarşısında yerləşən “Beynəlxalq bankın” bankomatına yaxınlaşmışdır ki, pulu kartdan çıxartsın. Bankomatın qarşısında bir neçə nəfər olmuş o növbə gözləyən vaxt ondan arxada bir nəfər təxminən 45-50 yaşlarında orta boylu, qara yanız,başının orta hissəsi keçəl, orta bədən quruluşlu,əynində yaşıla çalan rəngli gödəkçə olan bir nəfər kişidə növbə gözləmişdir. O növbəsi çatanda kartını bankomata salmış, ancaq bankomat kartı oxumamış, o kartı çıxarıb yenidən salmış yenədə alınmamış və üçüncü dəfə həmin onun arxasında dayanan kişi ona demişdir ki, “istəyirsən sənə kömək edim?”. Özü razılaşmış və “Beynəlxalq Banka” məxsus olan kartımı həmin şəxsə yəni adını sonrada bildiyi Təqsirləndirilən şəxs vermişdir.Asim kartı bankomata salıb çıxardıb demişdir ki, kartınız blokdadır və ona kart qaytarmışdır. O həmin karta baxmadan kartı ondan alıb həmin bankomatın yanında yerləşən digər bankomata yaxınlaşıb kartı həmin bankomata salanda bankomat kartı saxlamışdır. O fikirləşmişdir ki, yəqin kodu səhv yığmış, buna görə kartı bankomat saxlamışdır. Həmin gün altıncı gün olduğu üçün banklar işləməmiş, buna görədə o iki gün sonra Beynəlxalq bankın Tovuz filialına müraciət edəndə bankda həmin onun bankomata saldığı bankomatın saxladığı kartın ona məxsus olmadığı məlum olmuşdur. O başa düşmüşdür ki, Təqsirləndirilən şəxs onu aldadıb ona başqa kart vermişdir. Bundan sonra o Beynəlxalq bankın Abşeron filialına müraciət edəndə məlum olmuşdur ki, onun kartından həmin günü yəni xx.xx.2019-cu il tarixdə Tovuz şəhərində “Əsədoğlu” marketin qarşısındakı Beynəlxalq banka məxsus bankomatdan 2000 manat pulu çıxarılmışdır. O başa düşmüşdür ki, Asim onu aldadıb ona başqa kart vermiş və onun kartını götürüb kartında olan 2037 manatdan 2000 manatını çıxartmışdır. Buna görədə o ərizə ilə Tovuz RPŞ-nə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, hazırda işi ilə bağlı müvəqqəti olaraq Şuşa şəhərində yaşayır və əmək haqqı kartını ailəsinin maddi ehtiyaclarını qarşılamaq üçün həyat yoldaşı Şahid4 vermişdir.xx.xx.2022-ci il tarixdə onun mobil telefonuna kart hesabına 800 manat pul köçməsi barədə bildiriş gəldiyi üçün o həyat yoldaşı Şahid4 ilə əlaqə saxlayaraq ona 800 manat əmək haqqının hesabına yükləndiyini və onu çıxartmasını söyləmişdir. Bir neçə dəqiqə sonra isə həyat yoldaşı Gülnarə onunla əlaqə saxlayaraq hesabdan pulun silindiyini və pul çıxartmaq mümkün olmadığını söyləmişdir. Belə olan halda o pulun yenidən hesaba yüklənməsi üçün iki gün gözləmiş, lakin pulu hesaba köçmədiyi üçün o bununla bağlı maraqlananda naməlum şəxsin həyat yoldaşında olan ona məxsus plastik kartdan 800 manat pulu oğurladığı məlum olmuşdur. Bundan sonra o, bu barədə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Araşdırma zamanı həmin cinayətin Təqsirləndirilən şəxs törətməsi məlum olmuşdur. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 800 manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid4 Zərərçəkmiş şəxs6 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur və “Azərbaycan Beynəlxalq” bankına məxsus sosial yardım kartı ilə 180 manat sosial yardım alır. O, xx.xx.2022-ci ildə 180 manat sosial yardım pulunun bank kartında köçdüyü üçün Tovuz şəhərinin mərkəzində yerləşən “Azərbaycan Beynəlxalq” bankının bakomatına yaxınlaşmışdır ki, kartdan sosial yardım pulunu çıxartsın. Həmin vaxt bankomatın qabağında növbə çox olmuş və öz növbəsini gözləyən zaman adını bilmədiyi və əvvələr tanımadığı, orta boylu, təxminən 35-40 yaşlı, qara köynək və qara şalvar geyinmiş bır nəfər kişi ona yaxınlaşmış və ona demişdir ki, gedək “Turan” bankın bankomatına, orda sizin kartınızı yoxlayım, burda növbə çoxdur. O, da həmin şəxsin yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs bank işçisi olduğunu zənn etmiş və Asim ilə birlikdə “Turan” bankın qabağına getmişdir. "Turan” bankın qabağında Asim ondan sosial yardım karlını istəmişdir. Oda Asimə özünə məxsus üzərində 5167-5111-0818-4841 nömrələr olan sosial yardım kartını vermişdir. Asim onun kartını “Turan” bankın bankomatına daxil etmiş və sonra kartı bankomatdan çıxartmış, ona demişdir ki, sizin kartda 180 manat pul var, sən kartını götür, get “Azərbaycan Beynəlxalq” bankının bankomatından pulunu çıxart. Oda Asimdən özünə məxsus sosial yardım kartını almış və “Azərbaycan Beynəlxalq" bank məxsus bankomatın qabağına getmişdir. O. bir neçə saat növbədən sonra özünə məxsus sosial yardım kartını "Azərbaycan Beynəlxalq” bankının bankomatına daxil etmiş və pulu çıxartmaq istəmişdir. Həmin vaxt o, sosial yardım kartından 177 manat pulun çıxarıldığını və kartda 3 manat pul qaldığını görmüşdür. O. tez bankın qabağından çıxmış və polis şöbəsinə gəlib ərizə yazmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İİ qrup əlil olmaqla ayda 266 manat əlillik təqaüdünü “Beynəlxalq” banka məxsus plastik kart vasitəsilə alır. Ona məxsus kart hər zaman arvadı Qiymətdə olur. İki ay arvadı kartdan pul çıxartmamış və kartda 587 manat pul yığılmışdır. Hadisənin mahiyyəti üzrə bildirir ki, xx.xx.2022-ci il tarixdə adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs arvadına təqaüd kartında olan 587 manat məbləğində pulu çıxartmaqda kömək edəcəyini yalandan vəd edib kartının şifrəsini arvadından öyrəndikdən sonra ünvan 2 ünvanda quraşdırılmış “Turan” Banka məxsus ATM-nə daxil edib şifrəsini orada olan elektron bank sisteminə yazıb kartda pul olmadığını yalandan arvadı Zərərçəkmiş şəxs1 deyib kartı ona qaytararaq arvadı oradan gedəndən sonra bankomatdan ona məxsus 553 manat məbləğində pulunu çıxarmışdır.Bu səbəbdən arvadı Qiymət həmin vaxt DİN-in 102 xidmətinə şikayət etmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində əmək haqqı kartından pul çıxarmaq üçün Şəmkir şəhəri, S.Vurğun küçəsində yerləşən "xxxx"-a getmişdir. O bankomatdan pul məxaric edə bilmədiyi üçün ilkin olaraq hesabında olan 626 manat puldan 100 manat pul çıxartmaq üçün kartını tanımadığı şəxsə vermişdir. Həmin şəxs kartından 100 manat pulu çıxartdıqdan sonra pulla birlikdə ona qaytarmışdır. O yaşadığı evə qayıtmaq istədiyi zaman başqa bir nəfər şəxs ona yaxınlaşıb kartdan çek çıxartmağını təklif etmişdir. O isə onunla razılaşmış və kartını həmin şəxsə vermişdir. Adını bilmədiyi həmin şəxs bankomatdan kartdan iki dəfə istifadə etdikdən sonra bankomatdan çek vermədiyini bildirib kartı ona qaytarmışdır. Həmin şəxs onun yanından çıxıb getdikdən sonra o ondan şübhələndiyi üçün hesabında olan 526 manat pulun hesabda olmasını yoxlamaq üçün yenidən bankomata yaxınlaşmışdır. Bu zaman ona məlum olmuşdur ki, hesabında olan 526 manat pulu tanımadığı şəxs yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun etibarından sui istifadə edərək çıxartmışdır. Belə olan halda o bu barədə Şəmkir rayon polis şöbəsinə müraciət etmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X19 ifadəsində göstərmişdir ki, Qazax rayonu Çaylı kəndində ailəsi ilə birlikdə yaşayır və həmin kənddə 2 saylı tam orta məktəbdə xadimə işləyir. Hər ay onun əmək haqqı "xxxx" ASC-dən verilmiş plastik karta köçürülür. xx.xx.2022-ci il tarixdə saat 10-11 radələrində adına olan plastik karta köçürülmüş 297 manat əmək haqqını almaq üçün Qazax şəhəri, Heydər Əliyev prosketində yerləşən "xxxx" ASC-nin Qazax rayon filialına getmişdir. Həmin vaxt filialın qarşısında quraşdırılmış bankomatın yanında 2 nəfər tanımadığı qadın dayanıb pul çıxartmışdır. O bankomatda əməliyyat aparmaqda çətindlik çəkdiyi üçün həmin qadınlardan xahş etmişdir ki, pulunu almağa kömək etsinlər. Elə həmin vaxt adını sonradan bildiyi Təqsirləndirilən şəxs bankomata yaxınlaşıb demişdir ki, özü də kartından pul çıxardacaq, ona da kömək edə bilər. Bundan sonra 2 nəfər qadın getmişidr. O öz adına olan kartı Asimə vermiş və kartın kodunu demişdir. Asim kartı bankomata daxil edib kodu yığmış, bundan sonra kartın içərisində 297 manat pul olduğunu demişdir. O bir neçə düyməni basmış, bir neçə saniyə sonra demişdir ki, bankomatda pul yoxdur. Asim kartı qaytarıb ona verib demişdir ki, pulunu başqa bankomatdan ala bilərsən. Bundan sonra Asim ordan tələsik uzaqlaşmışdır. O isə işə tələsdiyi üçün kəndə qayıdıb məktəbə getmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə o kartını oğlu X13 vermişdir ki, əmək haqqını çıxartsın. Həmin gün oğlu evə qayıdıb demişdir ki, bankomat kartı götürmür. xx.xx.2022-ci il tarixdə o kartı yoxlatmaq üçün "xxxx" ASC-nin Qazax rayon filialına getmiş, orada kartı yoxladan zaman ona demişlər ki, kart ona məxsus deyil və Ceyhun Həsənov adlı şəxsin adınadır. İşçilər ona demişlər ki, xx.xx.2022-ci il tarixdə kartından 297 manat pul çıxarılmışdır. Həmin vaxt başa düşmüşdür ki, xx.xx.2022-ci il tarixdə bankın qarşısında ona kömək edən Təqsirləndirilən şəxs adlı şəxs kartını dəyişərək pulunu oğurlamışdır. Bundan sonra hadisə barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs26 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Kapital banka məxsus məvacib kartından nağd pul çıxarmaq üçün Bakı şəhərində Nəsimo rayonu ünvan 20 ünvanında yerləşən bankomata yaxınlaşmışdır. Bankomatdan pul nağdlaşdıra bilmədiyi üçün ətrafda olan tanımadığı bir şəxsdən kömək istəmişdir. Həmin şəxs, yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs isə kartı bankomata daxil edərək oxunmadığını bildirmişdir. Daha sonra Asim kartı ona geri vermişdir. O yenidən kartı bankomata daxil etdikdə kartının dəyişdirildiyini anlamışdır. Daha sonra Kapital bankdan çıxarış əldə etdikdə ona məlum olmuşdur ki, kartından 1020 manat pul nağdlaşdırılmışdır. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs24 ifadəsində göstərmişdir ki, Qazax şəhəri Bakı küçəsi ev 21-də ailəsi ilə birlikdə yaşayır. Əvvəllər Qazax şəhər 5 nömrəli tam orta məktəbdə müəllimə işləmişdir, 2020-ci ildə yaşa görə pensiyaya çıxmışdır. Pensiyası "xxxx" ASC-nin Qazax rayon filialından verilmiş 6762-6111-0754-1632 nömrəli kart hesabına köçürülür. 2022-ci ildə may ayı üçün onun hesabına 577 manat pensiya köçürülmüşdür. O, 16 may 2022-ci il tarixdə saat 10 radələrində təqaüd kartından həmib pulu nağdlaşdırmaq üçün Qazax şəhəri Heydər Əliyev prospektində yerləşən "xxxx" ASCnin Qazax rayon filialının yaxınlığında quraşdırılmış həmin bankın bankomatına yaxınlaşmış, həmin vaxt bankomatın yaxınlığında kök bədən quruluşlu, saçının təpə hissəsi keçəl olan, 35 yaşlarında tanımadığı bir nəfər kişinin yəni Təqsirləndirilən şəxs dayandığını görmüşdür. O bankomata yaxınlaşıb kodu daxil etmiş, ekranda görmüşdür ki, balansında 577 manat pul var. Bundan sonra o pulu nağdlaşdırmaq üçün müvafiq düyməni basmış, pulun təqdim olunması üçün müvafiq əməlliyat aparılmış, təxminən 1 dəqiqə gözləsə də pullar bankomatdan çıxmamışdır. Yaxınlıqda dayanmış Təqsirləndirilən şəxs bankomata yaxınlaşıb bankomata bir neçə yumruq zərbəsu vurmuş, bundan sonra kart bankomatdan çıxsa da, pul yenə də çıxmamışdır. Asim kartı götürüb ona vermiş və demişdir ki, bankomatda pul yoxdur. Bundan sonra o "xxxx" ASC-nin Qazax rayon filialının qarşısında quraşdırılmış həmin bankın bankomatına getmişdir ki, pulu oradan götürsün. O kartını bankomata daxil edib kodu yığdıqdan sonra balansda pul olmadığını görmüşdür. O məsələni aydınlaşdırmaq üçün filiala gedən zaman öyrənmişdir ki, kartındakı 577 manat pul 16 may 2022-ci il tarixdə saat 10:30-da nağdlaşdırılıb. O həmin vaxt başa düşmüşdür ki, pulunu bankomatdan Təqsirləndirilən şəxs götürmüşdür. Bundan sonra o filialın yaxınlığındakı həmin bankomatın yaxınına getmişdir, lakin Asimi tapa bilməmişdir. Bundan sonra o Qazax rayon Polis Şöbəsinə şikayət etmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olur. O, yaşadığı evi təmir etdirmək üçün xx.xx.2022-ci ildə saat 12 radələrində kredit götürmək üçün Tovuz rayon Avtovağzalın yaxınlığında yerləşən “Finca” kredit təşkilatına getmiş və həmin təşkilatdan ümumilikdə 921 manat kredit götürmüşdür. Ona kredit təşkilatından götürdüyü krediti çıxartmaq üçün 5376-0933-4356-5818 nömrəli debit kredit kartı vermişlər. “Finca”-nın işçisi ona demişdir ki, kredit kartını götürün, gedib şəhərin mərkəzində yerləşən poçt şöbəsinin qabağında olan bankomatdan pulu çıxardın. Oda kredit kartını almış və poçt şöbəsinin qabağına getmişdir. O, kartdan pul çıxarda bilmədiyi üçün adını bilmədiyi poçt işçisini çağırıb xahiş eləmişdir ki, onun kredit kartında olan pulu çıxardıb, ona versin. Adını bilmədiyi poçt şöbəsinin işçisidə ondan kredit kartını almış və kartı bankomata daxil etmişdir. Həmin vaxt poçt şöbəsinin adını bilmədiyi işçisi ona kredit kartında 921 manat pul olduğunu, ancaq bankomatda olan pulların xırda pul olduğunu, gedib başqa banokmatdan iri pullar çıxartmağı məsləhət görmüşdür. O da adını bilmədiyi poçt işçisi ilə razılaşmış və kredit kartını götürüb, şəhərin mərkəzində yerləşən “Finca” banka tərəf gəlmişdir. Yolda adını bilmədiyi və əvvələr görmədiyi bir nəfər oğlan yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona yaxınlaşmış və onunla salamlaşmışdır. Asim ona demişdir ki, “Finca” bankda pul yoxdur, gedək “Turan” bankdan sənin pulunu çıxardıb, verim. Oda özünə təcili pul lazım olduğu üçün ona yaxınlaşan, Asimlə birlikdə “Turan” bankın qabağına getmişdir. “Turan” bankın qabağında Asim ondan pulu çıxartmaq üçün kredit kartını istəmişdir. Oda “Finca” bankdan aldığı kredit kartını həmin şəxsə vermişdir. Asim onun kredit kartını “Turan” bankın bankomatına daxil etmiş və kartın şifrəsini yazmışdır. Bundan sonra Asim ona bankomatda pul olmadığını deyib, gedib başqa bankomatdan pulu çıxartmağını istəmiş və bankomtdan onun kredit kartını çıxardıb, ona təhvil vermişdir. O,da Asimlə sağollaşmış və kredit kartını götürüb, yenidən poçt şöbəsinin qabağına gəlmişdir. Poçt şöbəsinin qabağında o, yenidən poçt şöbəsinin işçisini çağırıb, krediti kartında olan pulu çıxartmağını xahiş eləmişdir. Poçt şöbəsinin adını bilmədiyi işçisi isə kartı ondan almış və bankomata daxil etmişdir. Sonra poçt şöbəsinin işçisi kartın şifrəsini yazmışdır. Bundan sonra poçt şöbəsinin işçisi ona kredit kartında cəmi 21 manat pul qaldığını deyib, həmin 21 manat pulu çıxardıb, ona vermişdir. O. həmin vaxt poçt şöbəsinə ərizə yazmış və çıxıb getmişdir. Ancaq o, yazdığı ərizəyə baxılmadığı üçün polisə gəlib ərizə yazmışdır. X54 adlı şəxsin xx.xx.2022-ci ildə kartını ondan pul çıxartmaq adı ilə alıb, onun xəbəri olmadan 900 manat pulunu çıxartdığını və ona qarşı dələduzluq etdiyini öyrənmişdir. Dəymiş ziyanın ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs35 ifadəsində göstərmişdir ki, Azərbaycan Təhsil İşçiləri X44 Goranboy rayonu Komitəsində kitabxanaçı işləyir və maaşını Kapital bankdan alır.. Onun istifadəsində olan Kapital banka məxsus plastik kartında 1018 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 09:40 dəqiqədə Goranboy şəhəri ərazisində yerləşən “Çinar” marketin qarşısında olan bankomata gedib 18 manat pul çıxartmışdır. Həmin vaxt onun arxasında tanımadığı kişi cinsinə mənsub olan bir şəxs yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs dayanmışdır. O kartı bankomata salıb kodu yığanda Asim ona əlinə baxmış və kartında nə qədər pul olduğunu görmüşdür. Kartı bankomatdan çıxarkən Asim tez kartı götürüb ona vermişdir. O sonra evə getmişdir. Evdə olarkən telefonuna mesaj gəlmişdir ki, kartınızdan 09.07. 2022-ci il tarixdə saat 09:50 dəqiqədə 1000 manat pul Goranboy şəhəri ərazisində yerləşən “Araz” marketdəki bankomatdan çıxarılmışdır. Bundan sonra kartından 350 manat avansda götürdüynü bildirmişdir. Həmin avansdanda 12 manat aparılan əməliyyata görə bank tərəfindən komissiya xərci tutulmuşdur. Bunu yoxlamaq üçün o tez evdən çıxıb pulu çıxartıdığı bankomatın yanına getmişdir. Kartı əl çantasından çıxaranda kartın onun olmadığını bilmişdir. O kartından 18 manat pulu çıxararkən Asim kartı bankomatdan götürüb ona verərkən dəyişdirmişdir. Asim onun kartından ümumilikdə 1350 manat pulunu oğurlamışdır.Ona görə polisə şikayət etmişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, İİİ qrup əlildir və əlil olduğu üçün dövlət tərəfindən ona pensiya müavinəti təyyin edilmişdir. Həmin pensiyanı "xxxx"-ı vasitəsi ilə alır. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Göysu” marketin qarşısında olan bankomatdan pensiyasını çıxarmaq üçün öz növbəsini gözləmiş, həmin vaxt növbədə bir sıra ondan öndə olan tanımadığı kişi cinsindən olan şəxsdən ona məxsus olan kartdan pulu məxaric edib ona verməsini xahiş etmişdir. O "xxxx"-a aid pensiya kartını həmin tanımadığı şəxsə vermişdir. Həmin şəxs onun hesab kartını bankomata daxil etmiş, sonra isə kartının istifadəsinin “Beyəlxalq Bank” tərəfindən bağlandığını, iyun ayının 15-nin qeyri iş günü olduğunu, iyun ayının 16-sı isə “Beynəlxalaq Bank”-a gedərək kartının istifadəsini yenidən bərpa etdirməyini bildirmişdir. Daha sonra həmin şəxs onun kartını geri qaytarmış, hesab kartının qarşısının bağlanıldığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o Şəmkir şəhərində yerləşən "xxxx"-ın filialına getmişdir. O həmin şəxsin ona verdiyi hesab kartını Beynəlxalq fililında olan əməkdaşlara təqdim edərək kartının istifadəsinin bərpa etməyi xahiş etmişdir. Beynəlxalq bankın filialının əməkdaşı isə ona verdiyi kartın ona məxsus olmadığını, Firəngiz Mənsimova adlı şəxsə məxsus olduğunu bildirmişdir. Həmin vaxt o, xx.xx.2022-ci il tarixdə ona məxsus Beynəlxalq plastik kartından adını sonradan bildiyi Təqsirləndirilən şəxs 528 manat pulunu oğurladığını bilmişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X14 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Göysu” marketin qarşısında olan bankomatdan pensiyasını çıxarmaq üçün öz növbəsini gözləmişdir. Həmin vaxt növbədə bir sıra ondan öndə olan tanımadığı kişi cinsindən olan şəxsdən ona məxsus olan kartdan pulu məxaric edib ona verməsini xahiş etmişdir. O "xxxx"-a aid pensiya kartını həmin tanımadığı şəxsə vermişdir. Həmin şəxs onun hesab kartını bankomata daxil etmişdir. Sonra isə kartının istifadəsinin “Beyəlxalq Bank” tərəfindən bağlandığını, iyun ayının 15-nin qeyri iş günü olduğunu, iyun ayının 16-sı isə “Beynəlxalaq Bank”-a gedərək kartımın istifadəsini yenidən bərpa etdirməyini bildirmişdir. Daha sonra həmin şəxs onun kartını geri qaytarmış və kartın qarşısının bağlandığını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o Şəmkir şəhərində yerləşən "xxxx"-ın filialına getlmişdir. O kart hesabını bağlatmaq istədikdə Beynəlxalq Bankın filialının əməkdaşı ona məxsus olan kart hesabından 269 manat pulunun çıxarıldığını bildirmişdir. Bundan sonra o, ona məxsus Beynəlxalq plastik kartından adını sonradan bildiyi Təqsirləndirilən şəxs 269 manat pulunu oğurladığını bilmişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs38 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Söyüdlü kəndində ailəsi ilə birlikdə yaşayır. Bakı şəhərində yaşayan qohumu Radil kömək məqsədilə 19 iyun 2022-ci il tarixdə ona məxsus 41697413****2496 nömrəli Kapital bank kartına 2000 (iki min) manat pul yükləmişdir.Qohumu Radilin onun kartına yüklədiyi 2000 manat pulun 200 manatı komissiyaya çıxarılmışdır və yerdə qalan 1800 manat pulun 800 manatını həmin tarixdə özü kartdan çıxartmışdır. 20 iyun 2022-ci il tarixdə o kartında olan min manat pulu çıxarmaq üçün Kapital bankın Şəmkir filialında olan bankomata yaxınlaşmışdır. Bu zaman orada olan bir nəfər gənc oglan ona demişdir ki, yaşlı adamsan, sənə pul çıxartmağı köməklik edə bilərəm. O, razılaşmış və kartını həmin oğlana yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs vermişdir. Asim kartı bankomata daxil edib çıxardıb ona demişdir ki, kartda məbləğ göstərilmir. Buna görə də o həmin vaxt banka daxil olub içəridəki işçilərə yaxınlaşmış və orada ona demişlər ki, bir neçə dəqiqə əvvəl kartından pul çıxarlmışdır.O dərhal çölə çıxaraq kartını pul çıxarmaq üçün verdiyi Asimi axtarsada tapa bilməmişdir. Asim ona məxsus bank kartından ümumilikdə 1000 manat pul oğurlamışdır. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, 2022-ci ilin əvvəllərində dəqiq xatırlamadığı bir vaxtda yaşadığı Şəmkir rayon Çinarlı qəsəbəsində yerləşən “Göysu market”-in qarşısında qurlaşdırılmış Azərbaycan Beynəlxalq bankına məxsus ATM-dən “**********045245” nömrəli plastik kartından 280 manat pensiya pulunu nağdlaşdırarkən bir nəfər tanımadığı 40-50 yaşlarında, orta boylu, kişi cinsindən olan şəxs yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs bankomatdan pulunu çıxartmaqda ona yardım etmək adı ilə yaxınlaşmış və kartını ondan alaraq əməliyyatı icra etmək üçün plastik kartını bankomata daxil etmişdir. O, iki dəfə kartını bankomata daxil edib çıxartdıqdan sonra ona demişdir ki, kartına pul keçməmişdir və kartını özünə qaytarmışdır. Növbəti gün o təkrardan bankomata yaxınlaşıb 280 manat olan pensiyasını nağdlaşdırmaq istədikdə, Asimin ona təqdim etdiyi kartın başqa şəxsə yəni Zərərçəkmiş şəxs14 adlı şəxsə aid olduğu məlum olmuşdur. Daha sonra özü Azərbaycan Beynəlxalq bankına yaxınlaşaraq kartını bloklamaq istədikdə,bank işçiləri tərəfindən ona kartın 24 saatdan tez müddətdə bloklana bilməyəcəyi bildirilmişdir. Sonra o Şəmkir rayon polis şöbəsinə gedib ərizə yazmış və məlum olmuşdur ki, Asim onun 280 manat pulunu aldadıb bankomatdan çıxarmışdır. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində oğlu ilə birlikdə Şəmkir rayonuna gəlmişlər ki, Beyəlxalq Bankın qarşısında növbə yaranmamış bankomatdan pulu çıxarıb tez getsinlər. O Şəmkir rayonunda yerləşən Beynəlxalq Bankın qarşısıında olan bankomata yaxınlaşmış, bankomatın qarşısında təxminən 3-4 nəfər şəxsin olduğunu görmüşdür. Həmin vaxt orada həmkəndliləri Zərərçəkmiş şəxs10 və gəlini Şahid2 görmüşdür. Orada bir qədər gözlədikdən sonra təxminən 40-45 yaşlarında, orta boylu, əynində boz şalvar, ağ qollu köynəkli kişi cinsindən olan şəxs yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs ona məxsus Beynəlxalq Bank plastik kartını kömək adı ilə alıb içərisində 350 manat pul olan plastik kartı Beynəlxalq Bankın qarşısında olan bankomata daxil etmişdir. Təxminən 3-4 saniyə sonra Asim ona məxsus plastik kartda pulun olmadığını bildirib plastik kartını geri qaytarmışdır. O Asimdən plastik kartı aldıqdan sonra Beynəlxalq Bankın yanından kənarlaşıb gedən zaman fikirləşmişdir ki, həmin kartın içərisində pulun olub-olmadığını yenidən yoxlatsın. O təxminən 20 dəqiqə sonra Beynəlxalq Banka geri qayıtmışdır. Həmin vaxt Asimi orada görməmişdir. Orada olan bir nəfər qadının yanına yaxınlaşıb ondan ona məxsus kartda olan pulu çıxarıb verməsini xahiş etmişdir. O ona plastik kartın 4 rəqəmli kodunu deməyini bildirmişdir.O həmin qadına kartın üzərində kodun yazılı olduğunu demişdir. O, ona bildirmişdir ki, həmin kartın üzərində heç bir 4 rəqəmli kod yoxdur. Həmin qadın plastik kartı bankomata daxil etməmişdir. O ondan kartı almışdır ki, həmin kart ona məxsus deyil. Sonra çıxıb evə getmiş və ona məxsus plastik kartından 350 manat pulu Təqsirləndirilən şəxs tərəfindən çıxarıldığı üçün bu barədə DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid1 ifadəsindən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs11 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs adlı şəxs gəlini Şahid2 “bankomatdan pulu çıxarmağa kömək etmək” adı altında ona məxsus "xxxx" tərəfindən verilmiş 4127 2093 0451 7359 nömrəli plastik kartını götürüb ona məxsus hesabdan 862 manat manat məbləğində pulunu oğurlamışdır. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid2 ifadəsindən görünür ki, həmin şahid Zərərçəkmiş şəxs10 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs27 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında aylıq maaşı kart hesabına yüklənmiş, həmin vaxt gecə saatları olduğundan kartdan pulu çıxara bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “5+ supermarketə” Kapital banka məxsus bankomatdan pul çıxarmaq məqsədilə yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında iki nəfər kişi olmuş, onlardan biri yaşlı şəxs, digəri isə adını sonradan bildiyi Təqsirləndirilən şəxs olmuşdur. Asim əvvəlcə özünə məxsus 1 kartı bankomata daxil etmiş və içərisində pul olmadığından kiməsə zəng edəcəyini,yanında olan yaşlı şəxsə ağsaqqla olduğundan irəli keçməsini istəmişdir.Yaşlı kişi isə 216 manat pulu çəkib getdikdən sonra, növbə ona gəlmiş və o kartını bankomata daxil etmişdir.Həmin vaxt kartında 955 manat pul olduğu monitorda görsənmişdir.Yanında olan Asim bankomatda olan düymələrdən birini basmış və kart bankomatdan xaric olunmuşdur. Asim ona kartın açmadığını demişdir. Kartı bankomatdan götürən zaman kart əlindən yerə düşmüş, Asim isə kartı əyilib yerdən götürmüş və üzərini silərək kartı ona vermişdir.O da kartı təkrar olaraq bankomata daxil etmiş və özünə məxsus pin kodu daxil etmişdir. Bu zaman monitorda “kart bloklanmışdır” yazısı yazılmışdır. Bundan sonra Asim kartın blok olduğunu və Kapital banka yaxınlaşmasını demişdir. O da kartın üzərinə baxmadan kartı da götürüb oradan birbaşa kapital banka getmişdir. Kapital banka yaxınlaşdıqda o bankın əməkdaşına kartını və şəxsiyyət vəsiqəsini verərək kartının blok olduğunu demişdir. Bankın əməkdaşı ona kartın ona məxsus olmadığını demişdir. Sonra bankın əməkdaşı kompyuter vasitəsilə onun hesabına baxmış və ona demişdir ki, saat 11:01-də kartından 955 manat ,saat 11:02də isə kartından avans kimi 500 manat pul çıxarılmışdır. Bundan sonra o polis şöbəsinə gələrək bu barədə ərizə ilə müraciət etmiş, sonra isə həmin kartı bağlatdırmışdır. Asim kartını ələ keçirdikdən sonra aylıq maaşı 995 manatı və avans kimi 500 manatı çıxarmış və ona 1455 manat maddi ziyan dəymiş, eyni zamanda avansın faizi kimi 30 manat da kartrından bank tərəfindən tutulmuşdur. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs28 ifadəsində göstərmişdir ki, "xxxx"-dan təqaüd alır. Təqaüd kartı adətən arvadı X11 olur. Belə ki,o, kartdan istifadə etməklə bankomatlardan pul çıxarır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında arvadı Təranə bankomatdan kartdan istifadə etməklə pul çıxarmaq üçün ünvan 21 ünvanda yerləşən 5+ supermarketə getmişdir.Təranə orada bankomata yaxınlaşıb kartdan istifadə etməklə pul çıxarmaq istəyərkən bir nəfər orta yaşlı oğlan adını sonradan bildiyi Təqsirləndirilən şəxs özünü Təranəyə bankomatdan istifadə etməkdə köməklik edən şəxs kimi göstərmişdir. Belə ki Asim təkidlə Təranədən kartı almaq və həmin kartdan istifadə də köməklik etmək istəmişdir. Təranə bir neçə dəfə etiraz etsə də, Asim bankomatın qarşısında olan şəxslərin sıxlığından istifadə edərək,Təranə kartı bankomatdan çıxarmaq istəyərkən Təranənin bankomata saldığı kartı çıxarıb Təranəyə geri qaytarmışdır.Təranə evə geri qayıtdıqdan sonra ona qaytarılmış kartın başqa şəxsə məxsus olmasını bildirmişdir. Bundan sonra ona bu barədə məlumat vermişdir.Daha sonra onun istifadəsində olan mobil telefon nömrəsinə ona məxsus təqaüd kartından 1360 manat və 5 manat olmaqla ümumilikdə 1365 manat məbləğdə pulun çıxarılması barədə sms gəlmişdir. O dərhal bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs37 Məhəmməd oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2022-ci il tarixdə saat 11:25 radələrində Gəncə şəhər Heydər Əliyev prospektində yerləşən Beynəlxalq Bankın yanında olan Beynəlxalq Banka məxsus bankomatdan işi ilə əlaqədar olaraq özünə məxsus təqaüd kartından pul çıxarmaq üçün kartı bankomata daxil etmişdir. Həmin zaman bankomatın ekranında qeyd edilən və kartında olan 948 manat pulu çıxarmaq üçün 948 rəqəmini yazmış və təsdiq düyməsini vurmuşdur. Lakin bankomatdan pul çıxmamış və kartı geri qayıtmışdır.Həmin zaman tanımadığı bir nəfər şəxs yəni yanında olan Təqsirləndirilən şəxs, icazəsiz müdaxilə edib bankomat kartını ondan əvvəlcə götürüb demişdir ki, “kartı yenidən daxil et”. Lakin o kartı yenidən daxil edib onun işləmədiyini görəndə fikirləşmişdir ki, kartda problem var. Asim ona demişdir ki,banka müraciət etsin. Ona görə banka girib orada olan bank əməkdaşına müraciət edəndən sonra bank əməkdaşlarından öyrənmişdir ki, Asim tərəfindən az əvvəl ona verilən kart Zərərçəkmiş şəxs14 adlı şəxsə məxsusdur və Asim kartını dəyişdirərək, ələ keçirmişdir. O dərhal kartının bloklanmasını istəmiş, lakin bankın işçisi kartında olan 948 manat puldan 940 manat pulun artıq çıxarıldığını bildirmişdir. Ona görə də özü də bu barədə polisə şikayət etmişdir. Ona dəymiş ziyanının ödənilməsini tələb edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs4 ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Onun əri X17 “Azərbaycan Beynəlxalq" bankına məxsus kart ilə pensiya alır. Əri Elbrusun pensiya kartına 318 manat pensiya köçmüşdür. O, xx.xx.2022-ci ildə gedib “Azərbaycan Beynəlxalq" bankına məxsus bankomatdan əri Elbrusun pensiyasını çıxartmaq istəmişdir. Həmin vaxt o, pensiya kartının kodunu səhv yığdığı üçün kart bağlanmış və bloklanmışdır. O, da xx.xx.2022-ci il tarixdə gedib “Azərbaycan Beynəlxalq" bankının Tovuz rayon fililında əri Elburusa məxsus pensiya kartını blokdan çıxartdırmışdır. Sonra o, şəhərin mərkəzində yerləşən “Azərbaycan Beynəlxalq" bankının bankomatına yaxınlaşmışdır ki, əri Elbrusun pensiyasını kartdan pulu çıxartsın. Həmin vaxt bankomatın qabağında növbə çox olmuşdur. O, öz növbəsini gözləyən zaman adını bilmədiyi və əvvəllər tanımadığı, orta boylu, təxminən 35-40 yaşlı, qara köynək və qara şalvar geyinmiş bir nəfər kişi ona yaxınlaşmış və demişdir ki, gedək “Turan" bankın bankomatına, orda sizin karlınızı yoxlayım, burda növbə çoxdur”. O, da həmin şəxsin bank işçisi olduğunu zənn etmiş və həmin adını bilmədiyi şəxs ilə birlikdə “Turan" bankın qabağına getmişdir. “Turan" bankın qabağında həmin şəxs ondan əri Elburusun pensiya kartını istəmişdir. Oda həmin şəxsə əri Elburusa məxsus üzərində 4127-2211-1269-1599 nömrələr olan pensiya kartını vermişdir. Həmin şəxs əri Elbrusun “Azərbaycan Beynəxalq” bankına məxsus pensiya kartını “Turan” bankın bankomatına salıb sonra karlı bakomatdan çıxardıb ona qaytararaq ona “sizin kartda 318 manat pul var, bu bankomatdan pul çıxartsaq, puldan faizə çıxacaqlar,sən kartını götür get “Azərbaycan Beynəxalq” bankının bankomatından pul çıxart” demişdir. O da pensiya kartını almış, “Azərbaycan Beynəxalq” banka məxsus bankomatın qabağına getmişdir. Bir neçə növbədən sonra əri Elbrusun pensiya kartını bankomata salıb pulu çıxartmaq istəmişdir. Lakin,artıq pensiya kartından 310 manat pulun çıxarldığını, kartda 7 manat qaldığını görüb polis şöbəsinə gəlib ərizə yazmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış şahid X9 ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs34 ifadəsindən görünür ki, 31 may 2022-ci il tarixdə saat 10 radələrində Goranboy şəhərində yerləşən "xxxx" BOKT-MMC-yə müraciət edib kreditlə pul götürmək istədiyini demişdir.Həmin vaxt üzərində ona məxsus olan 18 qram qızıl-zinət əşyalarını gətirmişdir. Odur ki, orada ondan 18,82 qram qızıl-zinət əşyalarını götürdükdən sonra ona 970 manat pul verilcəyi bildirilmişdir.Həmçinin ona üzərində ASEl kredit sözləri yazılmış plastik kart vermişlər ki, 970 manat pul həmin kart hesabına köçürüldüyü üçün 970 manat pulu kart hesabından bankomat yolu ilə çıxarsın.O da bundan sonra plastik kartı və müqaviləni götürüb həmin yerdən çıxıb Kapital bank ASC-nin Goranboy rayon filialının inzibati binasının qarşısına gəlmişdir. O, orada plastik kartdan bankomat vasitəsi ilə pul çıxara bilmədiyini bildirmişdir.Həmin vaxt isə tanımadığı bir nəfər oğlan ona yaxınlaşıb demişdir ki, plastik kartdan pul çıxarmağı ilə bağlı ona köməklik edə bilər.O da buna görə həmin tanımadığı şəxsdən xahiş etmişdir ki, kartdan pulu çıxarıb ona versin. Odur ki, ASEL BOKT MMC tərəfindən ona verilmiş Paşa banka aid plastik kartı həmin tanımadığı şəxsə vermişdir.Həmin tanımadığı şəxs isə kartı ondan götürüb Kapital bank ASC-yə məxsus bankomata saldıqdan sonra ona hesabında 970 manat pul olduğunu demişdir.Lakin həmin şəxs ona demişdir ki, Kapital bank ASC-yə məxsus bankomatdan həmin pulu çıxardığı halda 40 manat faiz olaraq pul tutulacaqdır. Odur ki, həmin tanımadığı şəxs ona kart hesabındakı pulu Beynləxalq bankın Goranboy rayon filialından çıxarmağı təklif etmişdir. O da onunla razılaşmışdır.Bundan sonra həmin tanımadığı şəxs kart hesabında olan pulu çıxarmadan plastik kartı bankomatdan çıxarıb ona vermiş və onlar birlikdə Beynəlxalq bankın Goranboy rayon filialının inzibati binasının qarşısına gəlmişlər. Orada o kartı tanımadığı şəxsə vermişdir.Həmin tanımadığı şəxs isə kartı Beynəlxalq bankın bankomatına salıb baxdıqdan sonra yenidən hesabında 970 manat pul olduğunu və həmin bankomatdan da pulu çıxardığı halda 40 manat pulun faiz olaraq tutulacağını demişdir.O isə ondan pulu çıxarmasını demişdir.Həmin tanımadığı şəxs isə yenidən Kapital bankın Goranboy rayon filialına getməyi və pulu oradakı bankomat vasitəsi ilə çıxarmağı təklif etmişdir.O da onunla razılaşmışdır.Bundan sonra həmin tanımadığı şəxs pul çıxarmadan kartı ona vermiş və onlar birlikdə Kapital bankın Goranboy rayon filialına gəlmişdirlər.Orada isə həmin tanımadığı şəxs kartı ondan alıb bankomata saldıqdan sonra yenidən həmin şəxs ona kartdan pulu çıxardığı halda 40 manat faiz olaraq pul çıxarılacağını demişdir.Odur ki, həmin şəxs bankomatdan pulu çıxarmadan kartı ona verib demişdir ki, saat 2-dən və ya 5-dən sonra pulu çıxardığı halda faiz olaraq pul tutulmayacaqdır. O da həmin şəxsdən kartı götürmüşdür.Həmin tanımadığı şəxs isə çıxıb getmişdir.O da bundan sonra kredit götürdüyü təşkilatın nümayəndəsinə zəng vurub kartdan pul çıxara bilmədiyini demişdir. Odur ki, təşkilatın nümayəndəsi ilə birlikdə Goranboy şəhəri ərazisində "xxxx" adlanan dairənin yaxınlığındakı Kapital bank ASC-yə məxsus bankomatın qarşısına gəlmişlər. Orada kredit verən təşkilatın nümayəndəsi kartı ondan alıb bankomata saldıqda kart hesabında 70 manat pul olduğunu demişdir.Kart hesabından artıq 900 manat pul naməlum şəraitdə köçürüldüyünü bildirmişdir.O, kredit götürdüyü təşkilatın nümayəndəsindən xahiş etmişdir ki, həmin 70 manat pulu çıxarıb ona versin.O da bundan sonra kartdan 70 manat pulu çıxarıb ona vermişdir. Beləliklə də naməlum şəxs onun kart hesabından 70 manat pulu çıxarmamışdan öncə 900 manat pulu çıxarmış və ya köçürmə etmişdir.Lakin sonradan ona məlum olmuşdur ki, ona məxsus kartdan 900 manat pulu çıxaran şəxs Təqsirləndirilən şəxsdur.Təqsirləndirilən şəxs ona məxsus kartdan pulu Kapital bank ASC-nin Goranboy şəhərində yerləşən filialının önündəki bankomatdan çıxarmışdır.Bu barədə məlumat isə ona ASEL BOKT MMC tərəfindən verilmişdir.Belə ki, ASEL BOKT MMC tərəfindən ona verilmiş qəbzə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ona məxsus kartdan 900 manat pulu onu aldadaraq Kapital bank ASC-nin Goranboy şəhərində yerləşən filialının önündəki bankomatdan çıxarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs36 ifadəsindən görünür ki, özü və əri Şahid7 təqaüdçüdür. Akif və o təqaüdlərini Kapital bankdan alırlar. Ona görə də, onlara Kapital Banka məxsus təqaüd kartı verilmişdir. Onun istifadəsində olan Kapital banka məxsus plastik kartında 1000 manat pul olmuşdur. Belə ki, təqaüdünü kartdan çıxartmamış və yığmışdır. Həmin pulla onlar arpa almaq istəmiş və bu səbəbdən də o kartı Akifə vermişdir ki, gedib kartdan pul çıxartsın. Akif də xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Goranboy şəhəri ərazisində yerləşən “Çinar” marketin qarşısında olan bankomata gedib 500 manat pul çıxartmaq istəmişdir. Həmin vaxt Akif səhv etdiyi üçün pulu çıxara bilməmiş və yanında olan tanımadığı şəxs onun istifasində olan kartı bankomatdan çıxarıb əlində olan başqa kartı Akifə vermişdir. Sonra həmin şəxs kartında olan puldan 500 manat pulu həmin tarixdə saat 09:48 dəqiqədə Goranboy şəhəri 15-ci məhəllədə yerləşən Araz marketdəki mağazanın yanında olan bankomatdan çıxartmışdır. Sonradan isə ona kartını oğurlayıb kartından 500 manat pulunu oğurlayan şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış şahid X20 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs36 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs32 ifadəsindən görünür ki, Kənd Təsərrüfatı Nazirliyinin X45 X55 Məntəqəsində aqronom vəzifəsində işləyir, 426 manat maaş verilir və həmin maaşı Kapital banka məxsus ona verilən maaş kartı ilə alır. 01 iyul 2022-ci il tarixdə maaşının gəlməsi ilə əlaqədar olaraq təcili pul lazım olduğuna görə Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən “Bazarstore” marketin qarşısında olan bankomata getmişdir. Həmin bankomat Kapital banka məxsus bankomat olmuşdur. O bankomata getdikdə orada çoxlu adamların olduğunu görmüşdür. O adamların çox olmasını görüb növbəsini gözləməyə başlamışdır. Növbə ona çatdıqda kartdan pul çıxarda bilmədiyinə görə orada olan təxminən 40 yaşlarında, orta boylu, orta çəkidə, keçəl bir kişinin orada olan kartdan pul çıxarmağa digər şəxslərə kömək etdiyini görüb o da həmin şəxsdən kömək istəmişdir. Belə ki, həmin vaxt o, bankomatın qarşısında olduğuna görə kartını ona vermişdir. Bildirmişdir ki, maaş kartı dəyişdiyinə görə kodunu da yeni yazmaq lazım olmuş və buna görə içərisində nə qədər pul olduğunu bilmədiyini bildirmişdir. Həmin şəxsə kartını verdikdən sonra kartın yeni olduğunu deyib əvvəlki kartında olan 1963 kodunu əlavə etməsini bildirmişdir. Həmin şəxs kartını bankomata daxil edib həmin dediyi kodu əlavə etmiş və daha sonra isə kartını özünə qaytarıb kartın yeni olması ilə əlaqədar kartın 24 saat ərzində aktivləşəcəyini bildirmişdir. Bundan sonra isə o kartını çıxardıb getmişdir. Bundan sonra isə səhərisi günü Şəki şəhərində olan Kapital bankın filialına gəlmişdir. O həmin filiala gəldikdən sonra qapıda dayanan polis əməkdaşına yaxınlaşıb kömək istədikdə həmin polis əməkdaşı kartın üzərində xanım adının olduğunu bildirdikdə kartın ona məxsus olmadığını, həmin şəxsin dünən kartını dəyişdirdiyini bilmişdir. Bundan sonra isə Kapital bankda iş günü olmadığına görə xx.xx.2022-ci il tarixdə maaş kartını dondurub kartından pul çıxarılması barədə çıxarış almaqla polis şöbəsinə gəlmişdir. Qeyd olunan hadisə kokret olaraq nə vaxt, harada olmuş və kartından konkret olaraq nə qədər pul çıxarılmışdır sualına cavab olaraq kartından 426 manat pulun xx.xx.2022-ci il tarixdə saat 13 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən BazarStore mağazısının qarşısında olan bankomatdan çıxarıldığını bildirmişdir. Kartından pul çıxaran şəxsi tanımadığını, onunla aralarında ədavət və düşmənçilik olmadığını, borc münasibətlərinin olmadığını bildirmişdir. Həmin şəxsin təxminən 40 yaşlarında, orta boylu, orta çəkidə, keçəl olan 40 yaşlarında kişi olduğunu, lakin adını və anket məlumatlarını bilmədiyini və ilk dəfə gördüyünü bildirmişdir.Həmin şəxsin verdiyi kart və hesabdan çıxarışı, yəni Qızbas Namazova adlı xanıma məxsus kartı və hesabından çıxarışı istintaqa təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs29 ifadəsindən görünür ki, hər ay 302 manat ünvanlı sosial yardım alır və həmin pulu Kapital Bank”a məxsus kartdan alır.Həmin yardım hər ayın sonunda karta yüklənir və hər ay qayınatası Şahid6 gedib onu bankomatdan alır.26 aprel 2033-ci il tarixdə növbəti ödəniş karta daxil olduqdan sonra qayınatası xx.xx.2022-ci il tarixdə saat 09:47 radələrində kartdan pul çıxartmaq məqsədi ilə evdən özünə məxsus avtomobili ilə "xxxx"ın inzibati binasının qarşısında olan bankomata getmiş və həmin vaxt orada bir nəfər olmuş və şəxs ona həmin bankomatda pul olmadığını demişdir.Bundan sonra qayınatası şəhərin Maqomayev prospektində yerləşən “5+” marketinin arxa tərəfinə quraşdırılmış bankomatdan pul çıxartmaq məqsədi ilə oraya getmək istədikdə,həmin şəxsə də onunla birlikdə getməsini təklif etmiş və birlikdə onlar marketə quraşdırılmış bankomata getmişlər.Daha sonra qayınatası həmin şəxsə kartı verərək,pul çıxartmaqda ona köməklik etməsini xahiş etmiş,həmin şəxs də kartdan pul çıxartmış,lakin qayınatasına guya bankomatda pul olmadığını demiş və daha sonra isə qayınatasına onun kartının əvəzinə başqa kart vermiş, qayınatası isə kartın onunki olmasını zənn edərək,onu götürüb evə gəlmişdir.Daha sonra isə qayınatası Şahid6lə birlikdə banka getmiş və oradan onlara bildirilmişdir ki, ona məxsus kartdan xx.xx.2022-ci il tarixdə 302 manat pul çıxardılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid6 ifadəsindən görünür ki, o zərərçəmiş şəxs Zərərçəkmiş şəxs29 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs33 Mehralı oğlunun ifadəsindən görünür ki, 05 may 2022-ci il tarixdə səhər 09:30 radələrində özünə məxsus Kapital Banka aid Birkart debet kartından pul çıxarmaq məqsədilə Şəki şəhərində yerləşən Kapital Bankın binasının qarşısına getmişdir. Bildirmişdir ki, həmin kartdan o heç vaxt pul çıxarmadığı üçün necə çıxarılmasını və ümumiyyətlə pul çıxarmaq olub olmadığını bilməmişdir. O buna görə də banka daxil olub orada işçilərə kartını göstərib pul çıxarmaq istədiyini deyərək kartdan pul çıxara bilib bilməcəyini soruşduqda orada işçi çıxara biləcəyini demişdir. Həmin vaxt o işçidən kömək istədikdə biraz işinin olduğunu deyib bir qədər gözləməyini bildirmişdir. Bundan sonra isə o bankdan çıxıb qarşısında olan bankomatın yanında gözləmişdir. Həmin vaxt o kartdan pul çıxarmağı düşündüyü üçün bankomata yaxınlaşmış, lakin bankomata gün düşdüyü üçün heç nəyi görə bilməmişdir. Bu vaxt təxminən 40 yaşlarında, orta boylu, orta çəkidə, keçəl bir kişi ona yaxınlaşıb kartdan nə qədər pul çıxardacağını soruşduqda o 1000 manat pul çıxaracağını demiş və bundan sonra o, pul çıxara bilmədiyini görüb istəyirsə köməklik edə biləcəyini bildirmişdir. Bu vaxt o etiraz etməmiş və adını bilmədiyi və tanımadığı şəxs kartını götürüb bankomata daxil edib bilmədiyi əməliyyatlar etdikdən sonra kartımda pul problem olduğunu demişdir. Bundan sonra o ondan kartını alıb yenidən banka daxil olub orada bankın işçisindən kartında problem olub olmadığını soruşduqda kartda heç bir problem olmadığını bildirmişlər. Bundan sonra isə o yenidən aşağı, bankomatın yanına düşmüşdür. O binadan çıxan zaman həmin tanımadığı kişinin orada olduğunu bildirmişdir. Həmin kişi yenidən ona yaxınlaşıb ona əlindəki Kapital banka aid qırmızı bir kart kartını göstərib onunda kartdan pul çıxardığını, Şəki Store mağazasının yaxınlıqda olan bankomatından çıxardığını, istəyirsə yoldaşlı gedib ona köməklik etməyi təklif etmişdir. O təcili pul lazım olduğuna görə etiraz etməmiş və birlikdə yaxınlıqda olan Şəki Store mağazasının qarşısında getmişdir. Onlar həmin mağazanın qarşısına getdikdən sonra kartını həmin şəxsə vermiş və həmin şəxs kartını orada bankomata daxil edib bilmədiyi əməliyyatlar etdikdən sonra yenidən kartını ona qaytarıb pul olmadığını demişdir. Bundan sonra həmin şəxsdən dərhal kartını götürüb yenidən banka getmişdir. Bankda yenidən kartında problem olduğunu dedikdə oradan kartda problem olmadığını, kartından bir neçə dəqiqə əvvəl 1000 manat pul çıxarıldığını bildirmişlər. Bundan sonra isə yenidən mağazanın qarşısına qayıtdıqda həmin şəxsi tapa bilməmiş və bundan sonra polis şöbəsinə gəlib ərizə vermişdir. Kartından 1000 manat pul xx.xx.2022-ci il tarixdə saat 08:50 radələrində Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən Şəki Store mağazısının qarşısında olan bankomatdan çıxarılmışdır. Kartınızdan pul çıxaran şəxsi tanımamışdır. Həmin şəxs təxminən 40 yaşlarında, orta boylu, orta çəkidə, keçəl olan 40 yaşlarında kişi olmuş, lakin adını və anket məlumatlarını bilməmiş və ilk dəfə görmüşdür. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs30 ifadəsindən görünür ki, o, 27 aprel 2022-ci il tarixdə saat 10 radələrində azyaşlı qızını müayinə olunması üçün Şəki-Oğuz şəhərlər arası marşurut avtobusu ilə Şəki şəhərində yerləşən İnvitro xəstəxanasına gətirmişdir. Qızını müayinələrdən keçirdikdən sonra Şəki şəhərində yerləşən Bazarstore mağazasına getmişdir. O təxminən saat 13:40 radələrində Bazarstore mağazasının qarşısına çatanda orada bankomat olduğunu görmüş və bankomata yaxınlaşıb kartındakı pulunu çıxarmaq istəmişdir. O hər ay qızının xəstəliyi ilə əlaqədar 270 manat sosial müavinət pulu almışdır. O kartında 2022-ci ilin aprel ayının pulu cəmi 270 manat pul olmuşdur. O Bazarstor mağazasının qarşısındakı Beynəlxalq banka məxsus bankomata yaxınlaşanda bankomatın qarşısında iki nəfər şəxsin olmuşdur. O bankomatdan pul çıxaran tanımadığı bir 35-40 yaşlarında bir kişiyə “Buradan pensiya pulunu almaq olurmu?” deyə soruşmuşdur. Həmin şəxsdə ona demişdir ki, “Kartını mənə ver yoxlayım görüm almaq olurmu?”. O adına olan kartı həmin şəxsə vermiş və kartının kodunuda ona demişdir. Həmin şəxsdə kartı bankomata salmış, sonra kartı çıxarıb ona verib demişdir ki, “Bu bankomatdan pensiya pulunu almaq olmur get başqa yerdən al”. O kartı ondan alıb baxmadan çantasına qoymuşdur. Daha sonra o Şəki şəhər avtovağzalına gəlmiş və oradan avtobusla Oğuz şəhərinə getmişdir. Oğuz şəhərində Araz marketin qarşısındakı Beynəlxalq banka məxsus bankomata yaxınlaşıb kartını bankomata salıb kodunu daxil etmişdir. Bu zaman bankomatın ekranında yığdığı pin kodun yanlış olduğunun yazıldığını görmüşdür. O təkrar yenə kartının koldunu daxil edib pulunu çıxarmaq istəsədə yenə pin kodun səhv olduğu yazıldığını görmüşdür. Sonra o “Oğuzmart” marketinin qarşısındakı digər bankomata getmişdir. Kartını bankomata salıb pulunu çıxarmaq istəyəndə həmin bankomatdada pin kodun səhv daxil edildiyini yazıldığını görmüşdür. O pulunu ala bilmədiyi üçün fikirləşmişdir ki, bəlkə kartı blok olunub. Ona görə o oradan Beynəlxalq bankın Oğuz filialına getmişdir. Bankın əməkdaşına yaxınlaşıb ona demişdir ki, kartını bankomata salıb kodu daxil edirəm yazılır ki, pin kod yanlışdır. Bankın əməkdaşıda kartı ondan alıb yoxlayanda ondan adını və soyadını soruşmuşdur. Ona onun adını deyəndə bankın əməkdaşı ona bildirmişdir ki, bu kart sizin adınıza deyil bu kartı hardan əldə etmisiniz?. O da olanları bankın əməkdaşına danışmışdır. Bankın əməkdaşıda ona bildirmişdir ki, Şəki şəhərində kartı verdiyin adam sənin kartı dəyişib sənə başqa adamın kartını verib. Sonra bankın əməkdaşı onun adına olan hesaba baxıb kartında olan 270 manat pulun Şəki şəhərində çıxarıldığını demişdir. Bundan sonra o Şəki ŞRPŞ-nə gəlib kartından 270 manat pulunun tanımadığı şəxs tərəfindən çıxarılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Səhəri gün isə Beynəlxalq bankın Oğuz filialına gedib əvvəlki kartını bağlatdırıb özünə yeni kart almışdır. Kartınıdan 270 manat pulunu çıxaran şəxs qarabəniz, 35-40 yaşlarında, dolu bədənli, yumru sifət, saçının qabaq hissəsi tökülmüş, orta boylu bir şəxs olmuşdur. Həmin şəxsin əynində qara rəngli kofta, göy rəngli şalvar olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış zərərçəkmiş şəxs X3 ifadəsindən görünür ki, o, 2022-ci ilin fevral ayından etibarən yaşa görə təqaüdə çıxmışdır. Hər ay 180 manat təqaüd alır. Belə ki, hər ayın 25-i onun Beynəlxalq banka məxsus kartına 180 manat pul yüklənir. 27 aprel 2022-ci il tarixdə təxminən saat 14 radələrində Şəki şəhəri, S.Rəhman küçəsində yerləşən Bazarstore mağazasının qarşısınadakı Beynəlxalq banka məxsus bankomatdan kartındakı pulunu çıxarmağa yaxınlaşanda bankomatın qarşısında üç nəfər tanımadığı şəxsin olduğunu görmüşdür. O həmin şəxslərin pullarına almaq üçün orada növbəsini gözləmişdir. Onun növbəsi çatanda bankomata yaxınlaşmışdır. Kartını çıxardıb bankomata daxil etmək istəyən zaman tanımadığı bir 35-40 yaşlarında bir kişi yaxınlaşıb ona demişdir ki, kartınızı verin köməklik edim. O da həmin şəxsə “özüm pulu ala bilirəm” deyə cavab vermişdir. Tanımadığı şəxsdə ona bildirmişdir ki, “burda nə var mən bir insan kimi sizə köməklik etmək istəyirdim, kartınızı verin pulunuzu çıxarım”. Belə olmuş və o da özünə məxsus kartı həmin şəxsə vermiş və kartının kodunuda ona demişdir. Həmin şəxsdə kartı bankomata salmış sonra kartı çıxarıb ona verib kartında pul olmadığını bildirmişdir. O da həmin şəxsdən kartını alıb oradan birbaşa Sosial müavinat şöbəsinə getmiş və oranın əməkdaşından niyə kartına təqaüd pulunun vurulmadığını soruşmuşdur. Sosial müavinat şöbəsinin əməkdaşıda ona bütün təqaüdçülərin pullarının kartlarına yükləndiyini, ola bilsin ki, bankla bağlı nəsə problem olduğunu bildirmişdir. Səhəri gün Beynəlxalq bankın Şəki filialına getmişdir. Bankın əməkdaşına yaxınlaşıb təqaüd pulunu ala bilmədiyini bildirmişdir. Bankın əməkdaşıda kartı ondan alıb yoxlayanda kartındakı pulun 27 aprel 2022-ci il tarixdə saat 14 radələrinizdə çıxarıldığını ona bildirmişdir. Sonra həmin əməkdaş kartından pulunun çıxarılması ilə barədə ona çıxarış vermişdir.Bundan sonra yəni o 30 aprel 20232ci il tarixdə o Şəki ŞRPŞ-nə gedib kartından 180 manat pulunun tanımadığı şəxs tərəfindən çıxarılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Kartınızdan 180 manat pulunuzu çıxaran şəxs qarabəniz, 35-40 yaşlarında, dolu bədənli, yumru sifət, saçının qabaq hissəsi tökülmüş, orta boylu bir şəxs olmuşdur. Həmin şəxsin əynində qara rəngli kofta, göy rəngli şalvar olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs12 ifadəsindən görünür ki, 26 may 2022-ci il tarixdə o özünə məxsus Kapital Banka aid 4169 7414 1864 9057 nömrəli maaş kartından pul çıxarmaq üçün Qəbələ rayon Zarağan kəndində yerləşən Bazarstore mağazasının sol kənarındakı ATM-ə yaxınlaşıb kartını bankomata daxil etdiyi zaman bankomatda pulun olmaması barədə bildiriş gəlmiş və həmin vaxtı yanında dayanan tanımadığı orta köklükdə olan, başında qara rəngli papaq, ayağında sport ayaqqabı və əynində isə cins şalvarı olan orta yaşlı oğlan ona kartından pulu çıxarmağa köməklik təklif etmişdir. O da həmin şəxsə razılıq verdikdən sonra o ona məxsus maaş kartını ondan götürmüş, o ona kartının 4 rəqəmli kodunu demişdir.Həmin şəxs kartı ondan götürüb qarın nahiyyəsinə bir neçə dəfə sürtüb kartı bankomata daxil edib ona bankomatda pulun olmadığını söyləyib Kapital Banka aid kartı geri qaytarıb Kapital Bankın mərkəzi filialına getməyini tövsiyyə etmişdir. O həmin yerdən ayrılaraq özünə məxsus avtomobilə əyləşib Kapital Bankın mərkəzi filialı istiqamətində hərəkət etmişdir.Həmin şəxsin qaytardığı kartı isə avtomobildə sürətlər qutusu yanında qoymuşdur.Təxminən 10 dəqiqədən sonra həmin şəxsin ona verdiyi karta baxdığı zaman görmüşdür ki, həmin kart ona məxsus deyil və kartın nömrəsi tam fərqli, yəni 4169 7413 8416 6847 formasındadır. Təxminən bir neçə dəqiqədən sonra mobil telefonuna kartından 13:28 radələrində ATM AZPETROL GABALA bölməsindən 13, 50 manat, 13:32 radələrində Emil Marketin nəzdində olan terminaldan 1000 (bir min) və eyni terminaldan 13:33 radələrində isə daha 100 (bir yüz) manat pulunun çıxarılması barədə bildirişlər gəlmişdir.Bilmişdir ki, kartından pul çıxarmaq üçün guya ona kömək təklif edən şəxs kartını və kodunu ələ keçirmiş, əvəzində isə ona başqa işlək olmayan kart vermişdir. O uzaqlaşandan sonra isə pulunu bankomatdan çıxarıb 1113, 50 manat pulunu ələ keçirmişdir. O oradan birbaşa polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir.Səhəri gün polis əməkdaşları onun kartını və pulunu ələ keçirən şəxsi müəyyən edərək Qəbələ rayon polis şöbəsinə gətirmişlər. O həmin şəxsi görən kimi tanımış, o da onu görən kimi tanımış və onu aldadaraq kartını ələ keçirdiyini, sonra isə içərisində olan 1113, 50 manat pulunu çıxardığını etiraf etmişdir.Həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir.Daha sonra isə Asim ona vurduğu maddi ziyanı tam həcmdə ödəmiş, həmçinin aldadıb ələ keçirdiyi kartını geri qaytarmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs13 ifadəsindən görünür ki, o üçüncü qrup əlilliyə görə aylıq olaraq 120 manat pul alır lakin o kartında pul saxlayırmış ki, lazım olan zaman istifadə etsin. Buna görə onun kartında 220 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə o arvadı Rübabə və uşaqları ilə Qəbələ rayonuna həkimə gəlmiş və həmin gün evə qayıdan zaman saat 12 radələrində Qəbələ rayon Zarağan kəndində yerləşən bankomtadan pul çıxarmaq istəmişdirlər. Buna görə bankomatın qarşısına getmişlər. Orada yan yana həm Beynəlxalq bankın həmdə Kapital Bankın bankomatı olmuşdur.Onlar bankomatın yanına gedən zaman uşaqlar ağlamış və Kapital Bankın qarşısında iki nəfər olmuşdur. Həmin biri pulu çıxarıb getmiş, ikinci şəxs isə uşaqların ağaladığını görüb onlara demişdir ki, kartı verin sizin pulu çıxarıb verim.Həmin şəxsin təxminən 40 yaşlı bir kişi olduğunu qeyd etmişdir. Kartı həmin şəxsə vermiş, kartın 4 rəqəmli kodunu da demişdir.Həmin şəxs kartı bankomata salmış həmin şəxsdən kartdan 50 manat pul çıxarmasını xahiş etmişdir. Həmin şəxs kartı bankomata salaraq 50 manat pulun olmadığını bildirmiş, kartı çıxarıb təkrar kartı salaraq demişdir ki, bəlkə 40 manat pul var onu çıxaraq. Onun ilə razılaşmış və həmin şəxs kartı təkrar bankamata salmış və bu zaman onlara demişdir ki, bankamatda pul yoxdur. Sonra həmin şəxs onlara kartı qaytarmışdır.Onlar evə getmişlər. Həmin günü səhəri yəni xx.xx.2022-ci il tarixdə səhər saat 09 radlərində Nic qəsəbəsinə getmişdir ki, kartdan pul çıxarsın həmin vaxt o kartdan pul çıxara bilməmişdir.Kartın işlək olmadığını görmüşdür. Bu zaman baxmışdır ki, kart Kapital banka məxsusdur. O həmin vaxt bilmişdir ki xx.xx.2022-ci il tarixdə kartı verdiyi şəxs ona başqa kart vermişdir. O buna görə Qəbələ rayonunda Beynəlxalq Bankın filialına gəlmiş və oradan ona çıxarış verilmişdir. Həmin vaxt görmüşdür ki, kartında olan 240 manat pul çıxarılmışdır. O da buna görə Qəbələ RPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir.Polis şöbəsində araşdırma zamanı onun kartını və pulunu ələ keçirən şəxsi müəyyən edərək Qəbələ rayon polis şöbəsinə gətirmişlər. O həmin şəxsi görən kimi tanımış, o da onu görən kimi tanımışdır. Onu aldadaraq kartını ələ keçirdiyini, sonra isə içərisində olan 240 manat pulunu çıxardığını bildirmişdir.Həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir.Daha sonra isə Asim ona vurduğu maddi ziyanı ödəmişdir.Həmçinin o təhqiqat araşdırması zamanı Asimin onu aldadaraq ona verdiyi Kapital banka məxsus kartı təhqiqatçıya vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs23 ifadəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, ev 1 B, mənzil 36-da ailəsi ilə birlikdə yaşayır. Qazax rayonu Dağkəsəmən kəndində yerləşən özünə məxsus olan fərdi yaşayış evi vardır. O 28 il Bakı Metropolitenində işləyib təqaüdə çıxmış və təqaüdü hər ay "xxxx" ASC-dən öz adına verilmiş plastik karta köçürülür. O 2022-ci il iyun ayında Ağstafa rayonu Dağkəsəmən kəndinə gəlmişdir. O xx.xx.2022-ci il tarixdə saat 09 radələrində "xxxx" ASCdən onun adına verilmiş plastik karta olan 284 manat pulu nağdalaşdırmaq üçün Qazax şəhərinə gəlmiş, o Qazax şəhəri Heydər Əliyev prospektində, mərkəzi stadiona gedən yolda kəsişmədə yerləşən "xxxx" ASC-nin bankomatına yaxınlaşmışdır. Həmin vaxt bankomatın qarşısında heç kimin olmadığını bildimişdir. O əvvəlcə həyat yoldaşına məxsus olan pensiya kartını bankomata daxil edib balansda olan pulu nağdlaşdırmışdır. Bundan sonra özü adına olan kartını bankomata daxil edib pin kodu yığmışdır. Lakin həmin vaxt bankomat donmuşdur. Həmin vaxt bir nəfər kök bədən quruluşlu, saçının təpə hissəsi keçəl olan tanımadığı və əvvəllər görmədiyi bir nəfər orta yaşlı kişi ona yaxınlaşıb bankomatın işləmədiyini demişdir, ona kömək edə biləcəyini demişdir. O da kömək etməyini xahiş etmişdir. O bankomata baxıb işləmədiyini demiş və onun kartını çıxartmışdır, o kartı ona verib çıxıb getmişdir. Bundan sonra o həmin şəxsin verdiyi kartı yenidən bankomata daxil etmiş, o “1958” pin kodunu yığmış, lakin pin kodun səhv daxil edildiyi göstərilmişdir. Bundan sonra o yaşadığı evə gedib şəxsiyyət vəsiqəsini götürüb Qazax şəhərində yerləşən "xxxx" ASC-nin filialına getmişdir. Həmin filialda ona demişdirlər ki, ona verilən kart özünə məxsus deyil. Bir neçə dəqiqə sonra işçilər demişdirlər ki, ona məxsus olan kartı bir nəfər şəhid anası filiala təhvil verib. O kartının balansını yoxladan zaman öyrənmişdir ki, kartın balansında olan 284 manat pulu çıxardılmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs21 ifadəsindən görünür ki, Qazax rayonu Bala Çaylı kəndində ailəsi ilə birlikdə yaşayır. X1 xx.xx.1993-cü ildə Ağstafa rayonu ərazisində düşmən təxribatının qarşısını alan zaman şəhid olub. Şəhid ailəsi olduğu üçün ona 500 manat təqaüd təyin edilmişdir. Həmin təqaüd hər ay "xxxx" ASC-dən öz adına verilmiş plastik kartla köçürüldüyünü bildirmişdir. 2022-ci ilin iyun ayı üçün onun kartına təqaüd köçürüldüyü üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında o pulu kartdan çıxartmaq üçün Qazax şəhərinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində o tək Qazax şəhərində yerləşən "xxxx" ASC-nin filialına getmişdir. Həmin vaxt filialın qarşısındakı bankomatın qarşısında heç kimin olmadığını bildirmişdir. O bankomata yaxınlaşmış , həmin vaxt bir nəfər gözündə qara rəngli gün eynəyi olan, kök bədən quruluşlu, saçının təpə hissəsi keçəl olan tanımadığı və əvvəllər görmədiyi bir nəfər orta yaşlı kişi ona yaxınlaşmışdır. O ondan kartdan pul çıxarda bilib-bilmədiyini soruşmuşdur. O isə kartdan pul çıxarda bilmədiyini demişdir. Həmin şəxs pulu kartdan çıxartmaq üçün ona kömək edə biləcəyini demişdir. O isə etiraz etməyib kartı ona vermişdir. Bundan sonra o kartı bankomata daxil etmiş, ondan kartın pin kodunu soruşmuşdur. O isə kartın pin kodunun “1949” olduğunu ona demişdir. Onun başı çıxmadığı üçün bankomata baxmamışdır. Həmin şəxs ona demişdir ki, kartda pul yoxdur. O isə ona demişdir ki, kartda pul olmalıdır, hamı pulu alıb. O isə yenə ona bildirmişdir ki, karta pul köçməyib və kartı ona vermişdir. Bundan sonra o kartı götürüb filialın içərisinə getmişdir. Orada işçilərdən birinə yaxınlaşıb təqaüdü barədə maraqlanmışdır. Həmin vaxt işçilərdən biri kartı ondan almışdır, Aydın adlı şəxsin kim olduğunu soruşmuşdur. O isə Aydın adlı şəxsi tanımadığını demişdir. Bank işçisi demişdir ki, kart Aydının adınadır. O isə ona demişdir ki, kart öz adıma olmalıdır. Bundan sonra bank işçisi ona demişdir ki, yəqin ki kimsə onu aldadıb. O filialdan çıxmış, həmin şəxsin orada olmadığını görmüşdür. Bundan sonra o qızı X4 zəng vurmuş, hadisə barədə ona danışmışdır. Bir neçə dəqiqə sonra o onun yanına gəlmişdir. O bankın qarşısında qızı Rəsmiyyə ilə görüşüb Qazax rayon Polis Şöbəsinə gəlmiş və bu barədə müraciət etmişdir. O Qazax rayon Polis Şöbəsinə müraciət etdikdən sonra banka gedib kartından çıxarış etdirmiş və kartı bağlatdırmışdır. Həmin vaxt ona demişlər ki, kartdan 500 manat pul çıxıb. O isə həmin şəxsin ona verdiyi Aydın adlı şəxsin adına olan kartı "xxxx"-ın Qazax filialında işçilərdən birinə vermişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs17 ifadəsində görünür ki, X30 onun qohumudur. Onunla münasibətləri yaxşı olmuşdur. Onun özünə məxsus Kapital Bank ASC-nin Nərimanov rayon filialından aldığı pensiya kartı vardır. O Mətləblə mütəmadi birlikdə olduğu üçün ondan xahiş etmişdir ki, onun pensiya kartından pul çıxarsın. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə o plastik kartını ona vermişdir. xx.xx.2022-ci il tarixdə Mətləblə görüş zamanı ona bildirdi ki, kart hesabında pul yoxdur. O da bu barədə heçnə deməmişdir. xx.xx.2022-ci il tarixdə saat 08.49-da ona məxsus ***-***-**-** saylı mobil nömrəyə kartından 500 manat pulun ünvan 22 ünvanda yerləşən ATM-dən çıxarılması barədə mesaj gəlmişdir. Bundan 2 dəqiqə sonra yenidən 200 manat çıxarılması barədə mesaj gəlmişdir. O bu barədə Mətləbdən soruşduqda o bildirmişdir ki, kart ondadır. Kart barədə Kapital bankdan maraqlandıqda məlum olmuşdur ki, onda olan kart başqa şəxsə məxsusdur. Mətləb bildirmişdir ki, o onun kartından bankomatdan pul çıxararkən bir nəfər şəxs ona yaxınlaşıb kömək etmək istəmiş, bu səbəbdən Mətləb kartı həmin şəxsə vermiş, həmin şəxs isə kartı bankomata daxil edib pulun olmadığını bildirmiş, çıxarıb yenidən ona vermişdir. Bundan sonra onlara məlum olmuşdur ki, həmin şəxs kartları çıxarmışdır. Bildirmişdir ki, onun kartından ümumilikdə 700 manat pul çıxarılmışdır. Həmin pulu Mətləb ona qaytarmışdır. Bu səbəbdən həmin işdə zərərçəkmiş şəxs X21r. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Şahid5 ifadəsindən görünür ki, o Zərərçəkmiş şəxs17 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusuatları tam təsdiq etmişdir Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs18 ifadəsindən görünür ki, xx.xx.2022ci il tarixdə pensiyasının köçürüldüyünü bilmişdir, Kapital Banka məxsus pensiya kartını götürərək ünvan 23 ünvanında yerləşdirilmiş Kapital Bank ATM-nə yaxınlaşmışdır ki, pensiyasını çıxarsın. Bankomatdan pul çıxarmaq istəyərkən təxminən 40-50 yaşlarında olan kişi səhv etdiyini bildirmişdir və önə keçərək kartını çıxarmışdır və təklif etmişdir ki, digər bankomatda kartı yoxlayaq. O kartını götürüb digər bankomata keçmişdir. O da arxasınca ora getmişdir. O əlində olan kartı bankomata daxil etmiş və o da pin kodu yığmışdır. Bu zaman ekranda heçnə görünməmişdir. Həmin şəxs kartında problem olmasını bildirmiş və bankomatdan çıxararaq özünə təhvil vermişdir. O da kartı götürüb düşünə-düşünə getməyə başlamışdır. Ona şübhəli qalmışdır ki, o kartı bankomata daxil edərkən kartda pul göstərilirdi. O bu səbəbdən Kapital Banka yaxınlaşmış və kartını təqdim edərək nə üçün bloka düşdüyünü soruşduqda bankda ona bildirmişlər ki, təqdim etdiyi kart başqa şəxsə məxsusdur. O həmin an başa düşmüşdür ki, həmin şəxs onun kartını oğurlamışdır. O kartını bloklamaq istədikdə ona məlum olmuşdur ki, artıq onun kartından pul çıxarılmışdır. Kart barədə çıxarış aldıqdan sonra ona məlum olmuşdur ki, həmin şəxs ünvan 24 ünvanında yerləşdirilmiş bankomatdan 385 manat, daha sonra ünvan 25 ünvanında yerləşən ATM-dən 100 manat pul çıxartmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs20 Axundbala qızının ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə pensiyasının köçürüldüyünü bilmiş, Kapital Banka məxsus pensiya kartını götürərək ünvan 12 ünvanında yerləşən Kapital Bank ATM-nə yaxınlaşmışdır ki, pensiyasını çıxarsın. Bankomatdan pul çıxarmaq istəyərkən səhvə yol vermişdir. Bu zaman təxminən 40-50 yaşlarında olan kişi pulun çıxarılmasına kömək edəcəyinə inandıraraq pensiya kartını almış və bankomata daxil etmişdir. Bundan sonra o kartın bloklandığını, kartın bərpası üçün banka yaxınlaşmaq lazım olduğunu bildirmişdir. O da kartı götürərək oradan uzaqlaşmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən Kapital Banka yaxınlaşdıqda məlum olmuşdur ki, onda olan kart onun deyildir. Bundan sonra öz kartından çıxarış əldə etdikdə bilmişdir ki, xx.xx.2022-ci il tarixdə kartından 265 manat pul naməlum şəxs tərəfindən çıxarılmışdır. Həmin an ona aydın olmuşdur ki, xx.xx.2022-ci il tarixdə ona köməklik etmək məqsədi ilə yaxınlaşan şəxs kartını oğurlamış və bundan sonra kartından pul çıxarmışdır. Çünki, o həmin vaxtda şübhə etmişdir, həmin şəxs kartı ondan aldıqda cibinə nəsə qoymuşdur. Lakin, o onun kartı bankomata salmasını gördüyü üçün əhəmiyyət verməmişdir. Bu hadisə zamanı ona ümumilikdə 265 manat ziyan dəymişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış Zərərçəkmiş şəxs19 Ceyhun oğlunun ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə gəlmişdir. Bakı şəhərində pula ehtiyacı olduğu üçün o özünə məxsus Kapital Banka aid olan Birkart plastik kartından pul çıxarmaq qərarına gəlmişdir. Bu zaman o ünvan 26 ünvanında yerləşən Kapital Banka məxsus ATM-nə yaxınlaşmışdır. Orada əvvəldən tanımadığı, saçı olmayan, dolu bədən quruluşlu, təxminən 40-50 yaşlarında bir nəfər öz sırasını ona vermişdir. O tələsdiyi üçün kartı bankomata tərs taxmışdır. Bu zaman həmin şəxs ona kartı tərs taxmağı barədə irad bildirmiş və qabağa gələrək kartı çxıarıb yenidən düz vəziyyətdə taxmış və ona kodu yığmağını bildirmişdir. Bundan sonra o 2 dəfə kodu yığmış və bankomatda kodun səhv olması göstərilmişdir. Həmin şəxs 3-cü dəfə yığmamağını bildirmiş və o kartı bankomatdan çıxarıb oradan uzaqlaşmışdır. O uzaqlaşarkən həmin şəxsdə oradan çıxıb getmişdir. Bu ona şübhəli gəldiyi üçün o tez karta baxmışdır. Kartın üzərində ad soyad olmasını görmüş və başa düşmüşdür ki, həmin şəxs kartı bankomata taxarkən onun fikrinin yayınmasından istifadə etmiş və kartları dəyişmişdir. O proqram vasitəsi ilə kartını bloklamaq istəyərkən ona bildiriş gəlmişdir ki, onun kartından ünvan 27 ünvanında yerləşən ATM-dən 870 manat pul çıxarılmışdır. Bundan sonra o polisə müraciət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış zərəçəkmiş şəxs Şahid3 ifadəsindən görünür ki, Tovuz rayon Aşağı Öysuzlu kəndində yaşayır, Tovuz rayon A Hüseynov adına Aşağı Öysuzlu kənd tam orta məktəbində müəllimə işləyir, eyni zamanda çoxuşaqlı ana olduğu üçün təqaüd alır. 14.04 2022-cı il tarixdə telefonuna pensiya kartına 377 manat pul köçurulməsi barədə SMS mesajı gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 07:20 radələrində Beynəlxalq banka aid olan 67 62 61 11 02 84 41 55 nömrəli təqaüd kartını əri Zərərçəkmiş şəxs5 bankomatdan kartdan pulu çıxartmaq məqsədi ilə vermişdir. Saat təxminən 07:50 radələrində Nizaməddin ona zəng etmişdir kı, kartda cəmi 7 manat pul var. Ona mesaj gəldiyini və təqaüd pulu 377 manat pulun karta yüklənməsi barədə məlumat vermişdir. Bir qədər keçmiş Nizaməddin evə gələrək kartı pul çıxartmaq üçün tanımadığı oğlana verdiyini, həmin şəxsin ona kartda cəmi 7 manat pul olmasını deməsini bildirmişdir. Beynəlxalq banka getdikdə kartından Nizaməddinə kömək məqsədilə kartı ondan alan naməlum şəxsin 370 manat pulu çıxartması məlum olmuşdur. xx.xx.2022-ci il tarixdə Tovuz RPŞ-nə gələrək pensiya kartından 370 manat pulunun çıxarılması barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış şahid Zərərçəkmiş şəxs5 ifadəsindən görünür ki, o zərərçəkmiş şəxs Şahid3 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmış zərərçəkmiş şəxs X22 ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 15 radələrində Kapital banka məxsus məvacib kartından nağd pul çıxarmaq üçün ünvan 20 ünvanında yerləşən bankomata yaxınlaşmışdır. Bankomatdan pul nağdlaşdıra bilmədiyi üçün ətrafda olan tanımadığı bir şəxsdən kömək istəmişdir. Həmin şəxs kartı bankomata daxil edərək oxunmadığını bildirmişdir. Daha sonra kartı ona geri vermişdir. O yenidən kartı bankomata daxil etdikdə kartının dəyişdirildiyini anlamışdır. Daha sonra Kapital bankdan çıxarış əldə etdikdə ona məlum oldu ki, kartından 600 manat pul nağdlaşdırılmışdır. Həmin şəxs orta boylu, iri qamətli, saçı olmayan təxminən 30-35 yaş arası bir kişi olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ifadəsi elan edilmiş şahid Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Oğlu Zərərçəkmiş şəxs2 adına olan “Beynəlxalq Bank" tərəfindən ona verilmiş 6762-6111-0780-0319 nömrəli təqaüd kartı vardır. Oğluna məxsus təqaüd kartından pulu hər zaman özü çıxartmış, iki ay kartdan pul çıxarmamış və kartın balansında 587 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində oğlu Zərərçəkmiş şəxs2 adına olan “Beynəlxalq Bank" ASC tərəfindən ona əlillik təqaüdü ilə əlaqədar verilmiş kartdan pul çıxarmaq üçün Tovuz şəhəri, Sabir küçəsində yerləşən "Beynəlxalq Bank” ASC-yə məxsus terminala yaxınlaşmışdır. Terminalın qarşısında 5-6 nəfər şəxs olmuşdur. Onlardan bir nəfəri mühafizə formasında olduğu üçün ona yaxınlaşaraq özünə və oğluna məxsus təqaüd kartlarını həmin şəxsə verib pul çıxarmasını xahiş etmişdir. Həmin şəxs oğlu Tahirə məxsus kartı terminala daxil etmiş və kartın kodunu soruşmuşdur. Kartın kodunu həmin şəxsə dedikdən sonra terminalda pulun olmadığını bildirərək kartı özünə qaytarmış və digər banka məxsus terminaldan çıxartmağı məsləhət görmüşdür. O. həmin şəxslə sonradan adını bildiyi “Turan Bank" ASC-yə məxsus terminala yaxınlaşmışdır. Həmin şəxs kartı terminala daxil edib ona pul olmadığını bildirərək kartı özünə qaytarmışdır. Bundan sonra oradan yaşadığı evə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində yaşadığı evdən çıxıb Tovuz şəhərinin mərkəzində yerləşən "xxxx" ASC-yə getmişdir. Orada terminala kartı daxil edən zaman kartda 34 manat pul olduğu görsənmişdir. Bundan sonra 34 manat pulu çıxarmış, lakin yerdə qalan 553 manat pul isə kartda olmadığını aşkar etmişdir. Məsələni aydınlaşdırmaq üçün "xxxx" ASC-nin Tovuz filialına getmişdir. Oradan çıxarış alan zaman məlum olmuşdur ki,xx.xx.2022-ci il tarixdə saat 08:06-da oğluna məxsus əlillik kartından 553 manat pul çıxarılmışdır. Bundan sonra DİN-in 102 xidmətinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 31 dekabr 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barsəində Azərbaycan Respublikası CMnin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılmışdır. “Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinə birləşdirilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, çəkilmiş fotolar və ABB-dən çıxarış protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, çəkilmiş fotolar və ABB-dən çıxarış protokola əlavə edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış keçirilmiş, çəkilmiş fotolar protokola əlavə edilmişdir. 05 avqust 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs1 tanınma üçün təqdim edilmiş və Zərərçəkmiş şəxs1 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 16 aprel 2022-ci il tarixdə saat 08 radələrində Tovuz şəhəri “Turanbank”ın bankomatından onun plastik kartından 553 manat pulunu gizlin yolla ələ keçirən şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 05 avqust 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə şahid Zərərçəkmiş şəxs5 tanınma üçün təqdim edilmiş və şahid Zərərçəkmiş şəxs5 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 16 aprel 2022-ci il tarixdə saat 08 radələrində Tovuz şəhəri “Turanbank”ın bankomatından onun plastik kartından 370 manat pulunu gizlin yolla ələ keçirən şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 05 avqust 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs16 tanınma üçün təqdim edilmiş Zərərçəkmiş şəxs16 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 12 oktyabr 2019-cu il tarixdə saat 09 radələrində Tovuz şəhəri “Beynəlxalqbank”ın bankomatından onun plastik kartından 2000 manat pulunu gizlin yolla ələ keçirən şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 23 avqust 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Şahid7 tanınma üçün təqdim edilmiş və Şahid7 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 09 iyul 2022-ci il tarixdə saat 09:48-də radələrində Goranboy şəhərində yerləşən “Çinar” marketin qarşısında quraşdırılmış bankomatından onun plastik kartından 500 manat pulunu gizlin yolla ələ keçirən şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 07 iyul 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs18 tanınma üçün təqdim edilmiş Zərərçəkmiş şəxs18digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, N.Rəfibəyli küçəsində yerləşən ünvanda yerləşdirilmiş "xxxx" ATM-də ona əməliyyatı səhv aparmasını deyib bankomatdan pulunu çıxarması və sonda kartı ələ keçirməsi səbəbindən tanıdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 08 iyul 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə X23 tanınma üçün təqdim edilmiş X30 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 07 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, S.Bəhlulzadə küçəsində yerləşən ünvanda yerləşdirilmiş "xxxx" ATM-də ona əməliyyatı səhv aparmasını deyib bankomatdan pulunu çıxarması və sonda kartı ələ keçirməsi səbəbindən tanıdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 12 iyul 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs19 tanınma üçün təqdim edilmiş Zərərçəkmiş şəxs19 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 11 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən ünvanda yerləşdirilmiş "xxxx" ATM-də ona əməliyyatı səhv aparmasını deyib bankomatdan pulunu çıxarması və sonda kartı ələ keçirməsi səbəbindən tanıdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 13 iyul 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə Zərərçəkmiş şəxs20 tanınma üçün təqdim edilmiş Zərərçəkmiş şəxs20 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətullla küçəsində yerləşən ünvanda yerləşdirilmiş "xxxx" ATM-də ona əməliyyatı səhv aparmasını deyib bankomatdan pulunu çıxarması və sonda kartı ələ keçirməsi səbəbindən tanıdığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 23 avqust 2022-ci il tarixli “Tanınma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs digər 3 nəfər şəxslə birlikdə X12 tanınma üçün təqdim edilmiş və X24 digər 3 nəfərin içindən Təqsirləndirilən şəxs tanıyaraq 15 mart 2022-ci il tarixdə ünvan 32 ünvanında yerləşən 5+ supermarketində yerləşən bankomatdan pul çıxaran zaman həmin şəxsin guya ona köməklik edirmiş kimi edib onun kartının yerinə başqa şəxsin kartını verməsini və onun kartını ələ keçirən şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. 02 avqust 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, 13 iyul 2022-ci il tarixdə saat 11 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən "xxxx"-ın yanında yerləşən və həmin banka məxsus bankomatdan Zərərçəkmiş şəxs37 Məhəmməd oğlunun təqaüt kartına müdaxilə edərək, Zərərçəkmiş şəxs14 adlı qadına məxsus kartla dəyişməsi və sonradan həmin kartdan 940 manat pulu başqa bir bankomatdan çıxaraq ələ keçirdiyi yeri əyani olaraq göstərmişdir. 27 dekabr 2022-ci il tarixli “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, Zərərçəkmiş şəxs6 məxsus plastik kartdan 800 manat pulu, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs38 məxsus plastik kartdan 1000 manat pulu çıxardığı və Şəmkir rayonu, 20 Yanvar küçəsində yerləşən "xxxx"a məxsus bankomatı, həmçinin Zərərçəkmiş şəxs7 məxsus plastik kartdan 526 manat pulu, xx.xx.2022-ci il tarixdə Şahid2 məxsus plastik kartdan isə 862 manat pulu çıxardığı və Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən “Beynəlxalq Banka” məxsus bankomatı, Zərərçəkmiş şəxs8 məxsus plastik kartdan 528 manat pulu, X8 məxsus plastik kartdan 269 manat pulu çıxardığı və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən “Beynəlxalq Banka” məxsus bankomatı əyani olaraq göstərmişdir. 26 dekabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" tərəfindən Şəmkir RPŞ-yə göndərilmiş 03 ədəd diskə istintaq bölməsinin müstəntiqi, polis kapitanı Natiq Şirinov tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, diskdə olan fotoşəkillərdəki şəxs onun özüdür, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs9 məxsus əmək kartından 269 manat, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs38 məxsus plastik kartdan 1000 manat, xx.xx.2022-ci il tarixdə Şahid2 məxsus plastik kartdan isə 350 manat pulu onların özlərinin xəbəri olmadan gizlin yolla çıxararaq ələ keçirməsi müəyyən edilmişdir. Diskə baxışla əlaqədar protokol tərtib edilmişdir. 26 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Bazarstore” tərəfindən Şəmkir RPŞ-yə göndərilmiş 01 ədəd diskə təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nurlan Əliquliyev tərəfindən 26 aprel 2022-ci il tarixdə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qara rəngli paltarda olan şəxs Zərərçəkmiş şəxs7 ilə birlikdə bankomata yaxınlaşaraq bankomatdan pul çıxardır. Diskə baxışla əlaqədar protokol tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Tovuz RPŞ-nın TB-nin baş təhqiqatçısı, polis kapitanı X46 tərəfindən Zərərçəkmiş şəxs3 iştirakı ilə “Turan” bankdan daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 10:14:57-də Tovuz rayon İcra Hakimiyyətinin qabağ tərəfində yerləşən “Turan” bankın qabağında olan bankomatın qabağında olmaqla, vət.X10 “Turan” bankın qabağında olan bankomata tərəf gəldiyi və saat 10:15:33-də Zərərçəkmiş şəxs3 özünə məxsus maaş kartını Təqsirləndirilən şəxs verməsi, saat 10:15:57-də sonuncunun Zərərçəkmiş şəxs3 məxsus maaş kartını “Turan” bankın qabağında olan bankomatına salıb, kartın şifrəsini yazmağı, Təqsirləndirilən şəxs saat 10:15:26-da karu bankomatdan çıxardıb Zərərçəkmiş şəxs3 verməyi, sonuncunun bankın qabağından çıxıb getməyi, saat 16:00:01-də X31 Zərərçəkmiş şəxs3 məxsus kartdan çıxan pulu bankomatdan götürüb, yenidən “Azərbaycan Beynəlxalq” banka tərəf getməsi müəyyən edilir. Həmin gün Təqsirləndirilən şəxs) oğlunun saat 10:20:43-də Zərərçəkmiş şəxs4 ilə birlikdə “Azərbaycan Beynəlxalq” bankının qabağından “Turan” bankın qabağında olan bankomala tərəf gəldikləri, Təqsirləndirilən şəxs saat: 10:20:53-də Zərərçəkmiş şəxs4 maaş kartını alıb, “Turan” bankın qabağında olan bankomanna salıb, kartın şifrəsini yazmağı, Təqsirləndirilən şəxs saat 10.24 20-da kart bankomidan çıxardıb Zərərçəkmiş şəxs4 verməyi, sonuncunun bankın qabağından çıxıb getməyi, saat: 10:24 35-də Təqsirləndirilən şəxs X5 məxsus kartdan çıxan pulu bankomatdan götürüb, polis əməkdaşların baxmağı və bankın qabağından çıxıb getməyi müəyyən edilir. xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki,Tovuz RPŞ-nın TB-nin baş təhqiqatçısı, polis kapitanı X46 tərəfindən Zərərçəkmiş şəxs15 iştirakı ilə “Turan” bankdan daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11:23:36-da Zərərçəkmiş şəxs15 ilə birlikdə “Turan” bankın qarşısında olan bankomata tərəf gəlir, Zərərçəkmiş şəxs15 özünə məxsus plastik kartı Təqsirləndirilən şəxs verir, sonuncu da kartı bankomata daxil edir, sonra bankomatda şifrə yazır, daha sonra Zərərçəkmiş şəxs15 bankomatdan plastik kartı götürüb gedir, Təqsirləndirilən şəxs isə bankomatdan çıxan pulu götürüb gedir. 03 may 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Qazax RPŞ-nın İB-nin baş müstəntiqi, polis kapitanı X26 tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 03 may 2022-ci il tarixdə saat 11:31:10-dək bankomatdan çıxan pul əskinaslarını əldə etməsi müəyyən olunmuşdur. “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhəri, Nərimanov RPİnin müstəntiqi, polis kapitanı X27 tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə "xxxx" ASCdən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona təqdim olunan fotoşəkillərdəki X32, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs20 və Zərərçəkmiş şəxs19 yanlarında olan qara rəngli eynəkli şəxs olmuşdur. 30 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Mingəçevir şəhər PŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X28 tərəfindən Zərərçəkmiş şəxs27 iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs27 yanından supermarketin özü istiqamətində əynində ağ köynək, qara şalvar, köynəyinin yaxa hissəsinə günəş eynəyi asılmış, keçəl saç düzümünə malik kişi cinsindən olan şəxsin hərəkət etməsi görünür. 10 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Bakı şəhər Nəsimi RPİ-nin təhqiqat şöbəsinin təhqiqatçısı, polis leytenantı Orxan Mirzəyev tərəfindən Zərərçəkmiş şəxs26 iştirakı ilə "xxxx" ASC-dən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Nəsimi rayonu Bülbül prospekti 60 ünvanında ATM-nən 35-40 yaşlarında başı keçəl, başında papaq olan bir nəfər kişinin əməliyyat edərək bankomatdan pul çıxarması görünür. 13 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin PŞ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən "xxxx" ASC-dən daxil olmuş videodiskə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, X6 rayonu, Fizuli küçəsi 71 ünvanında yerləşən Kapitalbanka məxsus bankomatın qarşısında dayanıb bankomat əməliyyatı edərək gözləyir, onun ardınca 35-40 yaşlarında, başı keçəl, əynində qolsuz jilet, uzunqol üzərində xətlər olan köynəkli bir nəfər kişinin dayanır, Sevil Rəhimova çıxıb getdikdən sonra isə həmin şəxsin bankomata yaxınlaşaraq bankomatdan pul götürdüyü müşahidə olunur. 27 may 2022-ci il tarixli protokoldan görünür ki, Qəbələ RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılmış və şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Zərərçəkmiş şəxs12 məxsus 4169 7414 1864 9057 nömrəli Kapital Banka aid kartı, 11 ədəd 100 manatlıq pul əskinazını (A52036228, A11465410, A93343421, A36638217, B00352329, C70472490, A48729764, C33065325, C33670664, A76241877, və C61302839 nömrəli) və 1 ədəd 20 manatlıq (A07184281 nömrəli) pul əskinazını, üzərindəki göy rəngli cins şalvarın sol cibindən 1 ədəd 5 manatlıq (C12627326 nömrəli) və 7 ədəd 1 manatlıq (B22178780, A63852313, G 20581264, F13356485, B61459365, F59954425, A09967693 nömrəli) pul əskinazını, 1 ədəd 50 qəpiklik, 3 ədəd 20 qəpiklik və 1 ədəd 10 qəpiklik pul əskinazı, üst gödəkçəsinin sol yan cibindən isə 1 paçka Kent 4 markalı siqaret, 1 ədəd sarı rəngli SİLVERER markalı alışdırıcı, 1 ədəd Ralex markalı qol saatı, 1 ədəd KGTEL markalı qara rəngli əl telefonu, 1 ədəd Dirol markalı saqqız aşkar edilmişdir. Şəxsi axtarış və götürmə zamanı protokol tərtib edilmişdir. 29 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Nurlan Əliquliyev tərəfindən Zərərçəkmiş şəxs7 pulunun gizlin yolla kartından çıxarıldığı və Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən "xxxx"a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 11 may 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin təhqiqatçısı, polis mayoru Valeh Abdullayev tərəfindən X22 pulunun gizlin yolla kartından çıxarıldığı və Nəsimi rayonu, ünvan 20 ünvanında yerləşən "xxxx" a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 28 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən Zərərçəkmiş şəxs11 pulunun gizlin yolla kartından çıxarıldığı və Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən "xxxx"a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 25 may 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Nəsimi RPİ-nin Təhqiqat şöbəinin təhqiqatçısı, polis leytenantı Orxan Mirzəyev tərəfindən Zərərçəkmiş şəxs26 gizlin yolla kartından çıxarıldığı və Nəsimi rayonu, Bülbül prospektində yerləşən "xxxx"a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 28 iyun 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Rasim Məmmədov tərəfindən Zərərçəkmiş şəxs10 pulunun gizlin yolla kartından çıxarıldığı və Şəmkir rayonu, S.Vurğun küçəsində yerləşən "xxxx" a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 30 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Mingəçevir şəhər PŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X28 tərəfindən 30 iyun 2022-ci il tarixdə Zərərçəkmiş şəxs27 kart hesabından 955 manat nəğd pul və 500 manat avansın çıxarıldığı "xxxx"a məxsus bankomata baxış keçirilərək şəkilləri çəkilmişdir. 23 iyul 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşviq Şahmuradov tərəfindən Zərərçəkmiş şəxs9 pulunun gizlin yolla kartından çıxarıldığı və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən "xxxx" a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 24 iyul 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Müşviq Şahmuradov tərəfindən Zərərçəkmiş şəxs8 pulunun gizlin yolla kartından çıxarıldığı və Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən "xxxx" a məxsus bankomata baxış keçirilərək foto şəkillər çəkilmişdir. 23 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Zərərçəkmiş şəxs13 aldadaraq onun sosial müavinat kartını ələ keçirib əvəzində ona verdiyi "xxxx"a məxsus 6768 6753 4913 9624 nömrəli hesab kartı iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Gəncə şəhər rayonlararası Narkoloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli, 4134 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış xx.xx.2022-ci il tarixli, 3685 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli **********67 nömrəli məktubdan görünür Təqsirləndirilən şəxs adına Respublika üzrə daşınmaz əmlakın olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 05 avqust 2022-ci il tarixli 313-4941- 1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 01 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin gün MSY-dən azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə, yəni 03 mart 2023-cü il tarixdək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu 03 dekabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə Şəhər Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 və 178.2.2-ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 03 mart 2023-cü il tarixdən 12 aprel 2023-cü il tarixədək uzadılmışdır. Gəncə şəhər Məhkəməsinin 27 mart 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1 maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 03 may 2023-cü il tarixədək uzadılmışdır Gəncə şəhər Məhkəməsinin 30 aprel 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1 addələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti istintaq müddətinin sonunadək yəni 12 iyun 2023-cü il tarixədən 01 iyul 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM- nin 178.2.2-ci maddəsi təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2009-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi təqsirli bilinib 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu tarixli ilə hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 66.5-ci maddələri ilə təqsirli bilinib 04 il, 11 ay, 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM- nin 178.2.2-ci maddəsi təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 178.2.2, 177.2.3- 1,67.1-ci maddələri ilə təqsirli bilinib 02 il, 09 ay, 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərar ilə 05 ay 24 gün müddətinə vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan respublikasının CM-nin 177.2.3-1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 1(011)-497/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1ci maddəsi ilə təqsirli bilinərək 03 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(125)-179/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5 və 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 08 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ibtidai istintaq zamanı götürülmüş 19 ədəd DVD disk və Zərərçəkmiş şəxs27 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart, X18 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart və Zərərçəkmiş şəxs14 məxsus “Azərbaycan Beynəlxalq Bank”–a aid 1 ədəd plastik kart maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət hadisəsini özündə əks etdirən 19 ədəd video görüntü, istintaq hərəkətlərinin aparılması haqqında protokollar,maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məhsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2-ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməməsi, əvvəllər dəfələrlə məhkum olunması və hal-hazırda cəza çəkməsi, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması) onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona cərimə və azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanşı cəzanın məqsədini təmin edə bilməz (CM-nin 41.2). Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs dəfərlərlə eyni xarekterli cinayət əməlini törətmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3- 1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-179/2024 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş, 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimununun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2023-cü il tarixli qərarının 17-ci bəndində göstərilmişdir ki, məhkumun təqsirli bilindiyi cinayətlərin bir hissəsi birinci hökm çıxarılanadək, digər hissəsinin isə həmin hökm çıxarıldıqdan sonra törətdiyi müəyyən olunduqda ikinci hökm üzrə cəza ilk növbədə birinci hökm çıxarılanadək törədilmiş cinayətlərin məcmusu üzrə, sonra CM-nin 66.5-ci maddəsində müəyyən edilən qaydada təyin edilir, daha sonra birinci hökm çıxarılandan sonra törədilən cinayətlər üzrə cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022ci il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli həbsə alındığı 03 dekabr 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun digər cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 19 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayəti işi materiallarında saxlanılmalı, Zərərçəkmiş şəxs27 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart, X18 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart və Zərərçəkmiş şəxs14 məxsus “Azərbaycan Beynəlxalq Bank”–a aid 1 ədəd plastik kartın isə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 70 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 420 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə eskpertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 04(dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2024-cü il tarixli, 1(125)-179/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 avqust 2022-ci il tarixdən 03 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 03 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və başqa cinayət işi üzrə azadlıqdan məhrumetmə yerində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar - cinayət işinin materiallarına əlavə edilmiş cinayət hadisəsinin görüntülərini özündə əks etdirən 19 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayəti işi materiallarında saxlanılsın, Zərərçəkmiş şəxs27 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart, X18 məxsus "xxxx" ASC-yə aid 1 ədəd plastik kart və Zərərçəkmiş şəxs14 məxsus “Azərbaycan Beynəlxalq Bank”–a aid 1 ədəd plastik kartın isə zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 420 (dörd yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar