Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-33/2025 21.05.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, X2 və Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 Bəhram oğlunun, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci ildə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Gəncə şəhəri, A.Ələsgər küçəsi, ev 2A-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə X5 və şəxsiyyəti istintaqa Rəşad Babayev kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 Gəncə şəhər Nizami rayon Məhkəməsində operator kimi işə düzəlməyə köməklik etdirilməsi adı ilə yalan vədlər verib aldadadaraq 2020-ci ilin mart ayında Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın poliklinikasının dəhlizində 1500 (min beş yüz) manat pulu, 2020-ci ilin aprel ayında Gəncə şəhəri, Cavadxan küçəsində yerləşən Beynəlxalq Bank adlı lombardın qarşısında isə 3000 (üç min) manat pulu, vahid niyyət ilə ümumilikdə 4500 (dörd min beş yüz) manat pulu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhər Avtozavod qəsəbəsində Zərərçəkmiş şəxs6 təqaüdünün bərpa edilməsinə köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 3500 (üç min beş yüz) manat pulu, 2021-ci ilin fevral ayının ortalarında Gəncə şəhəri Avtozavod qəsəbəsində 500 (beş yüz) manat pulu, 2021-ci ilin fevral ayının sonlarında Gəncə şəhər Avtozavod qəsəbəsində 150 (yüz əlli) manat pulu vahid niyyət ilə ümumilikdə 4150 (dörd min yüz əlli) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin fevral ayının əvvəllərində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən adsız çay evində X1 arvadının təqaüdünün bərpa edilməsinə köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 2000 (iki min) manat pulu, 2021-ci ilin avqust ayının əvvəllərində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən adsız çay evinin yaxınlığında 700 (yeddi yüz) manat pulu, 2021-ci ilin avqust ayının sonlarında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən adsız çay evinin yaxınlığında 600 (altı yüz) manat pulu, 2022-ci ilin yanvar ayının əvvəllərində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən adsız çay evinin yaxınlığında 200 (iki yüz) manat pulu, vahid niyyət ilə ümumilikdə 3500 (üç min beş yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, şəxsiyyəti istintaqa Rəşidə kimi məlum olan şəxs ilə qabaqcadan əlbir olan bir qurup şəxs halında təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin avqust ayında tarixdə Gəncə şəhəri, Nərimanov parkında Zərərçəkmiş şəxs4 Bəhram oğlunu təqaüdünün bərpa edilməsinə köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq xeyli miqdarda yəni, 5500 (beş min beş yüz) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə Şahid1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs7 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Şahid1 4000 manat qarşılığında Zərərçəkmiş şəxs7 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Şahid1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 16 noyabr 2021-ci il tarixdə Gəncə şəhəri “Xan Bağında” Şahid1 Zərərçəkmiş şəxs7 verdiyi 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin dekabr ayının əvvəllərində Daşkəsən rayonu Xoşbulaq kəndində Zərərçəkmiş şəxs2 arvadının təqaüdünün bərpa edilməsinə köməklik etdiriməsi adı ilə yalan vədlər verib aldadaraq bank hesabına göndərdiyi 4000 (dörd min) manat pulu, 2021-ci ilin dekabr ayının ortalarında Gəncə şəhəri, Nizami prospektində yerləşən Xəmsə ticarət mərkəzinin qarşısında 1000 (min) manat pulu, 2021ci ilin dekabr ayının sonlarında Gəncə şəhərində adı istintaqa məlum olmayan taksi sürcüsünü Daşkəsən rayonu, Xoşbulaq kəndinə göndərib Zərərçəkmiş şəxs2 150 manat pulu götüzdürüb, sonradan həmin taksi sürcüsündən 150 manat pulu almaqla, vahid niyyət ilə ümumilikdə xeyli miqdarda yəni, 5150 (beş min yüz əlli) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2021-ci ilin dekabr ayının sonlarında Gəncə şəhəri, A.Sur küçəsində yerləşən “Papatya” mağazasında Zərərçəkmiş şəxs10 qızının təqaüd almasına köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq xeyli miqdarda yəni, 6000 (altı min) manat pulu, vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin yanvar ayının əvvəllərində Goranboy rayonu, Yolqullar kəndində Zərərçəkmiş şəxs3 arvadının təqaüdünün bərpa edilməsinə köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 500 (beş yüz ) manat pulu, 2022-ci ilin yanvar ayının əvvəllərində Goranboy rayonu, Yolqullar kəndində 200 (iki yüz) manat pulu, 2022-ci ilin yanvar ayının əvvəllərində Goranboy rayonu, Yolqullar kəndində 200 (iki yüz) manat pulu, 15 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalında 2500 (iki min beş yüz) manat pulu almaqla, vahid niyyət ilə ümumilikdə 3400 (üç min dörd yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə Şahid1 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək sonuncunun tanışı Zərərçəkmiş şəxs8 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək məqsədi ilə Şahid1 4000 manat qarşılığında Zərərçəkmiş şəxs8 kəsilmiş təqaüdünü bərpa etdirəcəyini vəd verərək üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda Şahid1 bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək inandırıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2022-ci ilin yanvar ayının ortalarında Gəncə şəhəri “Xan Bağında” Şahid1 Zərərçəkmiş şəxs8 verdiyi 4000 (dörd min) manat pulu vahid niyyət ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 2022-ci ilin sentyabr ayının əvvəllərində Gəncə şəhər Yeni Gəncə qəsəbəsində yerləşən “Xarı Bülbül” adlı çay evində Zərərçəkmiş şəxs9 təqaüdünün bərpa edilməsinə köməklik etdirməsi adı ilə yalan vədlər verib aldadaraq 2300 (iki min üç yüz) manat pulu, 2022-ci ilin sentyabr ayının ortalarında Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə N.Nərimanov prospektinin kəsişməsində 50 (əlli) manat pulu vahid niyyət ilə ümumilikdə 2350 (iki min üç yüz əlli) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, səs yazıları, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 işə düzəltməyi Məkanə adlı xanım tanışı üzərinə götürmüşdür. Zərərçəkmiş şəxs1 hazırda ziyanı tam şəkildə ödənilmişdir.Bundan başqa o, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs5 Fidayıl oğluna, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs9 vurduğu ziyan tam şəkildə ödəmişdir. Eyni zamanda zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 pul almamışdır. Şahid1 adlı zərərçəkmiş şəxsdən isə 1000 (min) manat pul borc almış və qaytarmamışdır. O, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs4 Bəhram oğlundan 5500 (beş min beş yüz) manat pul deyil 2500 (iki min beş yüz) manat pul almış, lakin Zərərçəkmiş şəxs4 onun atasının qabağını kəsərək ona bildirmişdir ki, “Elə etməyin sizdən 5500 (beş min beş yüz) manat pul alım”. Zərərçəkmiş şəxs4 pulu aldığı zaman yanlarında heç kim olmamış, Sabirin oğlu isə həmin vaxt oraya sonradan gəlib çıxmışdır. O, zərərçəkmiş şəxslərdən aldığı pulları sadəcə borc kimi almışdır. Həmin aldığı pulları mənimsəmə niyyəti olmamışdır. O, aldığı pulları ilkin olaraq öz şəxsi istifadəsi üçün istifadə etmiş, sonra isə zərərçəkmiş şəxslərin pullarını geri qaytarmışdır. Eyni zamanda o, Zərərçəkmiş şəxs6 3000 (üç min) manat pul almış və ailə üzvlərinin deməsinə görə valideynləri Kamalın həmin pulunu ödəmiş və Kamalın bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizəsidə vardır. Ona görə də məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 Bəhram oğlu ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin sentyabr ayında dövlətdən aldığı pensiya kəsilmişdir. O, pensiyanın dayanacağını əvvəlcədən bildiyi üçün pensiyanın dayanmaması üçün müvafiq sənədlər toplamışdır. Həmin sənədləri müvafiq orqana bir neçə dəfə göndərsədə ona müsbət cavab verilməmişdir. 2021-ci ilin avqust ayının sonlarında Gəncə şəhəri, N.Nərimanov adına parkda olan zaman xalası oğlu Elşən ilə söhbət edən zaman ona bildirmişdir ki, o sənədlərini bir neçə dəfə müvafiq orqana göndərsədə ona hər dəfə rədd cavabı gəlmişdir. Bu zaman kənarda olan bir nəfər şəxs adını sonradan bildiyi təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ona yaxınlaşmış və bildirmişdir ki, o bu işlə məşğuldur və o, kəsilmiş pensiyaları bərpa etdirməyə köməklik edə bilər. Bundan sonra Təqsirləndirilən şəxsla söhbət edərək onunla tanış olmuş və bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxs Bahaddin oğludur. Elşad ona bildirmişdir ki, ünvan 1 ünvanında yaşayır və pensiyanın bərpası üçün 6000 (altı min) manat pul lazımdır. Elşad bundan 2 gün sonra onun yaşadığı ünvana gəlmiş və ona hər şeyin hazır olduğunu bildirərək pul istəmişdir. Lakin o, Elşada bildirmişdir ki, pulu yoxdu. Bundan bir neçə gün sonra kürəkəni Anardan borc pul almış və Elşadın ***-***-**-** saylı nömrəsi ilə əlaqə saxlayaraq pulu düzəltdiyini bildirmişdir. Elşad isə ona bildirmişdir ki, Gəncə şəhərində N.Nərimanov adına parkda görüşək pulu ver. Bundan sonra o, nəvəsi Pənah ilə həmin parka getmiş və orada Elşad ilə görüşməmişdən əvvəl Pənaha tapşırmışdır ki, o pulu Elşada verən zaman onların şəkil və videosun telefonla çəksin. Daha sonra Elşad ilə görüşmüş və Elşada onun pensiyasını bərpa etdirməsi üçün 5500 manat pul vermişdir. Daha sonra oğlu Bəxtiyar ora gəlmiş və oğlu Bəxtiyar pulu Elşada tək verdiyinə görə ona öz iradını bildirmişdir. Bundan sonra bir müddət gözləmişdir. Lakin işinin alınmadığını gördükdən sonra Elşadan pulunu geri istəmişdir. Lakin Elşad onun pulunu geri qaytarmamışdır. Ona görə də bu barədə polis orqanına müraciət etmiş və nəvəsi Pənahın çəkdiyi videogörüntünü istintaqa təqdim etmişdir. O, Elşada pul verən zaman onlardan bir qədər aralıda nəvəsi Pənah olmuş, daha sonra isə oraya oğlu Bəxtiyar gəlmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 Bəhram oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elşad telefonunda olan saxta sənədləri ona göstərmiş və onu bir neçə nəfər şəxslə tanış etmiş və nəticədə onun Elşada inamı yaranmışdır. İbtidai istintaq zamanı onun kürəkəni Elşadı döymək istədiyi üçün Elşad ondan qorxmuş onun kürəkəninin 3500 (üç min beş yüz) manat pulunu geri qaytarmışdır. O, dəfələrlə Elşadın yaşadığı ünvana getmiş və pulun qalan hissəsini tələb etmişdir. Lakin Elşadın valdeyinləri onun pulunu tezliklə verəcəklərini bildirsələrdə pulun qalan hissəsini verməmişlər. Ona görə də məhkəmədən Təqsirləndirilən şəxs cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Şahid1 onun həmkəndlisidir. 2021-ci il tarixdə Şahid1 ilə Samux rayonu, Yenikənd kəndində olan “İbo” adlı çayçıda çay içən zaman Fizuliyə qızı Baharın pensiyasının kəsildiyini bildirmiş, Fizuli isə ona tanışı olduğunu və həmin tanışının kəsilmiş pensiyaları 4000 manat qarşılığında bərpa etdirdiyini söyləmişdir. O, Fizuli ilə razılaşmış və bildirmişdir ki, 4000 manat pulu hazırlayıb xəbər edəcək. Həmçinin həmin vaxt Şahid1 bildirmişdir ki, puldan əlavə qızının şəxsiyyət vəsiqəsinin surəti və ilkin xəstəlik kağızı lazımdır. Bundan sonra yəni 15 noyabr 2021-ci il tarixdə Şahid1 ilə yaşadığı Samux rayonu, Yenkənd kəndində yerləşən fərdi yaşayış evində görüşmüşdür. Həmin vaxt Şahid1 4000 manat pul və lazımı sənədləri vermişdir. Fizulidə həmin vaxt bildirmişdir ki, 2 ay ərzində pensiyanın bərpası həll olacaq. Bundan bir müddət sonra Şahid1 bildirmişdir ki, qızı Baharın əlilliyi bərpa olunmuşdur. Təxminən bir neçə gündə sonra bildirmişdir ki, səhvlik olub hələki qızının əlilliyi bərpa olunmamışdır. Bu hadisədən təxminən 3-4 ay keçdikdən sonra o, Fizulidən işin alınmayacağını hiss edib pulunu geri tələb etmişdir. Fizuli isə bildirmişdir ki, pulu Elşad adlı şəxsə vermişdir. Bundan sonra o, Fizuli ilə birlikdə ünvan 2 ünvanının qarşısına getmişdir. Həmin yerdə Fizuli Təqsirləndirilən şəxsla görüşmüş və Elşada bildirmişdir ki, “camaat pulu istəyir, ya işi düzəlt, yada pulu geri qaytar”. Elşad isə cavabında Fizuliyə bildirmişdir ki, “narahat olma iş yaxın müddətdə həllini tapacaq”. Fizuli ilə Elşad bir müddət bu məzmunda söhbət etdikdən sonra sağollaşmış və Fizuli onunla birlikdə oradan çıxıb getmişdir. Şahid1 4000 manat pulu 15 noyabr 2021-ci il tarixdə yaşadığı ünvanda vermişdir. Həmin vaxt yalnız Fizuli və o olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəyən ziyanı tam şəkildə ödənmiş ona görə Təqsirləndirilən şəxs hazırda heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla təxminən 2021-ci ilin dekabr ayında Gəncə şəhərində çay evində tanış olmuşdur. Söhbət əsnasında o, Elşada həyat yoldaşının pensiyasının kəsilməsini deyən zaman Elşad ona pensiyanı bərpa etdirə bildiyini demiş o da qiymətinin nə olmasını soruşmuşdur. Elşad kəsilən pensiyanın bərpası üçün 5000 manat məbləğində ondan pul istəmiş o isə Elşada cavab verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra o, Elşadla əlaqə saxlamış və ona yoldaşının pensiyanı bərpa etdirmək istədiyini demiş və Elşadın ona vatsap vasitəsilə şəklini atdığı bank kartına 4000 manat məbləğində pulu göndərmiş qalan pulu isə düzəldib verəcəyini bildirmişdir. Bundan təxminən 10 gün sonra Elşadla görüşüb ona 1000 manat məbləğində pul vermişdir. Bundan sonra dəfələrlə Elşadla əlaqə saxlayıb işinin nə yerdə olmasını soruşduqda Elşad ona vatsap vasitəsilə sonradan saxta olmasını bildiyi sənədlərin şəklini göndərmişdir. Bundan sonra Elşad onunla əlaqə saxlayıb işinin düzəldiyi üçün Bakıda olan tanışlarına şirnilik üçün 150 manat pul istəmiş və onun yaşadığı ünvana taksi göndərmiş o həmin məbləğdə pulu Elşadın göndərdiyi marka modelini bilmədiyi taksiyə vermişdir. Bundan sonra işinin düzəlmədiyini görüb Elşadın yaşadığı ünvana dəfələrlə pulunu istəmək üçün getmiş və Elşadın yaşadığı ünvanda Zərərçəkmiş şəxs5lə tanış olmuş və ona aydın olmuşdur ki, Elşad Zərərçəkmiş şəxs5 adlı şəxsidə aldadaraq pulunu almışdır. Bundan sonra onlar birlikdə Elşaddan pullarını tələb etməyə başlamış və Elşad onlara Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən torpaq sahəsi olduğunu və onlara bu torpaq sahəsini verməyi təklif etmiş və onlar Elşad ilə razılaşmışlar. Həmin vaxt Elşad gətirib onlara torpaq sahəsinin sənədini vermiş və onlar Elşadı notariusa aparmış və orda ona torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. Onlar bundan neçə gün sonra torpaq sahəsinin üzərinə satılır elanı qoymuş və ora Zərərçəkmiş şəxs5 istifadəsində olan ***-***-**-** saylı nömrəsini yazmışlar. Bundan təxminən 1 ay sonra Zərərçəkmiş şəxs5 zəng gəlmiş və ona zəng edən şəxs torpağın sahibi olduğunu bildirərək onun necə oranı satdığını soruşmuşdur. Bu zaman onlara məlum olmuşdur ki, torpağın sahibi Təqsirləndirilən şəxs deyil və Elşad onları aldatmışdır. Bundan sonra onlar Gəncə şəhər BPİ-nə ərizə yazaraq şikayət etmişlər. Elşadın onlara verdiyi torpağa dair sənədləri istintaqa təqdim edə bilməmiş çün ki, o, həmin ərəfədə sənədləri Təqsirləndirilən şəxs özünə geri qaytarmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona dəymiş ziyan tam şəkildə ödənildiyi üçün Təqsirləndirilən şəxsla barışmış və şikayəti yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindiri Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o İ Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. 2011-ci ildən o, veteranlığına görə pensiya almış, 2021-ci ildə isə həmin pensiyanın verilməsi dayandırılmışdır. 2022-ci ilin fevral ayında həm qonşu, həm də dostu olan Şahid13 pensiyasını bərpa etdirmək istədiyini söyləmiş, Şəmşir də ona Eldəniz adlı tanışı olduğunu, Eldənizin də Elşad adında olan dostunun pensiyanı bərpa edə biləcəyini söyləmişdir. Buna görə 2022-ci ilin fevral ayında o, Şəmşir, Eldəniz və Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ona kəsilən pensiyanı 2-3 ay ərzində bərpa edə biləcəyinə söz vermişdir. O, Elşaddan onu aldadıb-aldatmadığını soruşduqda Elşad ona əgər iş alınmasa pulunu artıqlaması ilə geri qaytaracağını bildirmişdir. Elşad bu iş üçün ondan 3500 manat pul istəmiş və o, 2021-ci ilin fevral ayında Elşada 3500 manat pul vermişdir. Bundan bir ay sonra Elşad ondan daha 500 manat pul istəmiş və yenə Elşada 500 manat pulu aparıb şəxsən vermişdir. Sonuncu dəfə isə Elşad atası ilə birlikdə yaşadığı evin yaxınlığına gəlmiş və həmin vaxt ona işini düzəltdiyini və şirinlik kimi 200 manat pul lazım olduğunu bildirmişdir. O da Elşada 150 manat pulu atasının yanında vermişdir. Bundan sonra Elşad müxtəlif bəhanələrlə onu yubatmağa başlamış və ona saxta sənəd şəkilləri göstərərək aldatmağa çalışmışdır. Elşad ümumilikdə onun 4150 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dəfələrlə Elşadın evinə gedərək pulunu tələb etməsinə baxmayaraq onun pulu qaytarılmamış və o, nəticə olaraq bununla bağlı polis orqanına müraciət etmişdir. O, Elşada cəmi 4150 manat pul vermiş və həmin puldan ona 1950 (min doqquz yüz əlli) manat pul geri qaytarılımışdır. Sonda o, ona dəymiş ziyandan 2200 (iki min iki yüz) manat pulun ödənilmədiyini, həmin ziyanı tələb etdiyini və Elşadın ona vurulan ziyanı ödəmədiyi halda cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Şahid1 tanıyır, Şahid1 onun həmkəndlisidir. 2021-ci il tarixdə qardaşı Zərərçəkmiş şəxs7 ona bildirmişdir ki, Şahid1 pensiya düzəldə bilir. O, pensiya düzəltdirmək istədiyi üçün qardaşı Hidayətdən Fizulinin nömrəsini almışdır. Fizuli ilə əlaqə saxlamışdır. Bundan sonra Fizuli ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın qarşısında görüşmüşdür. Həmin vaxt Fizuli ona bildirmişdir ki, tanışı vasitəsilə 4000 manat pul qarşılığında ona pensiya düzəltməyə kömək edə bilər. O bundan sonra gəlininin qızıllarını lombarda qoyaraq 2000 manat pul götürmüş, əlavə Unibankdan 1000 manat kredit götürmüşdür. Həmçinin 1000 manat da borc alaraq Fizulinin dediyi 4000 manat pulu düzəltmişdir. Bundan sonra 10 dekabr 2021-ci il tarixdə oğlu Baxşəli və qudası Şakir adlı şəxslə birlikdə Fizuli ilə Gəncə şəhəri “Sərçə bazarı” adlanan bazarda görüşmüş və 4000 manat pulu həmçinin şəxsiyyət vəsiqəsinin, xəstəlik epiqirizlərini Fizuliyə vermişdir. Fizuli həmin vaxt söz vermişdir ki, tez bir zamanda pensiya alacaq. Lakin bir xeyli vaxt keçsədə o, pensiya ala bilmədiyi üçün Fizulidən pulunu geri tələb etmişdir. O, Fizulidən pulunu geri tələb edən zaman Fizuli ona bildirmişdir ki, pulu Təqsirləndirilən şəxs adlı şəxsə vermişdir. Bundan sonra bir dəfə Fizuli qardaşı Hidayət ilə birlikdə onu Gəncə şəhəri, A.Ələsgər küçəsinə apararaq Elşad adlı şəxsin orada yaşadığını bildirmiş və həmin vaxt orada Fizuli Təqsirləndirilən şəxsla söhbət edərək verdikləri pulu geri istəmişdir. Zərərçəkmiş şəxs8 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Elşad ilə görüşdükləri zaman Elşad onlara narahat olmamlarını və pulun onda olduğunu bildirib işlərinin tezliklə həll olunacağını bildirmişdir. Verdiyi 4000 manat puldan 3200 manat pul geri qaytarılmış, lakin 800 manat pul geri qaytarılmamışdır. Sonda məhkəmədən qalan 800 manat pulun geri qaytarılmadığı halda Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər onun işlədiyi xəstəxanaya gəlib-getmiş və o, özünü Gəncə şəhər İcra Hakimiyyətinin işçisi kimi təqdim edib vətəndaşlara pensiya təyin olunması ilə bağlı müvafiq sənədləri hazırladığını söyləmişdir. 2020-ci ilin mart ayında, gününü dəqiq bilmədiyi tarixdə Poliklinikada xidməti iş otağında olan vaxt Elşad onun otağına gəlmiş, həmin vaxt Elşada zəng gəlmiş və Elşad “bəli Məkanə xanım eşidirəm, ..... məhkəmədə iş var?,.... yaxşı deyərəm” deyə cavab verdikdən sonra telefon zəngini bağlamışdır. O nə iş olduğunu maraqlananda Elşad ona bildirmişdir ki, məhkəmədə “operator” işi var. O həmin vaxt iş axtardığı üçün Elşada bildirmişdir ki, işə düzəldən həmin xanımla görüşsün. Elşad da etiraz etməmişdir. Təxminən bir saat keçdikdən sonra xəstəxanada xidməti iş otağında oturan vaxt Elşad otağa gəlmiş və iş düzəldən qadının artıq xəstəxanada olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. O, dəhlizə çıxmış, xəstəxananın birinci mərtəbəsində dəhlizdə özünü Məkanə kimi təqdim edən xanımla görüşmüş, həmin vaxt Elşad da yanlarında olmuşdur. Məkanə onunla söhbət edən zamanı 4500 manat pulun müqabilində Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəldəcəyinə söz vermiş, şəxsiyyət vəsiqəsinin sürətini, kompyüter təhsili almağı barədə sertifkatın surətini və 4500 manat pulu istəmişdir. Onlar razılaşmışlar ki, səhəri gün pulu və deyilən sənədlərin surətini ona versin. Səhəri gün təxminən saat 10 radələrində işdə olan vaxt Elşad oraya gəlmiş, ondan işə düzəlməyi məqsədilə pulu və sənədlərin surətini istəmişdir. O, pulun bir qismini düzəltdiyini, yerdə qalan hissəsini isə bir-iki gün ərzində verəcəyini bildirmişdir. Elşad da etiraz etməyib onunla razılaşmışdır. O, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəlməyi məqsədilə 1500 manat məbləğində pulu və müvafiq sənədlərin surətini poliklinikanın dəhlizində Elşada vermiş, Elşad da 1500 manat pulu sayıb cibinə qoymuş və həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan sonra Elşad onun yanından ayrılıb getmişdir. Təxminən 2-3 gün keçdikdən sonra səhər saatlarında Elşad yenə işlədiyi poliklinikaya gəlmiş, işə düzəlməyi məqsədilə verdiyi pulun yerdə qalan hissəsini, yəni 3000 manatı istəmişdir. Həmin vaxt o, Elşada demişdir ki, yalnız qızıllarını lombarda girov qoyub pul götürə bilər. Daha sonra Elşadla birlikdə yoldan ötən taksi avtomobili ilə Gəncə şəhəri, Cavadxan küçəsinə getmişlər. Lombarda gedəndə yolda olduqları zaman Məkanə bir neçə dəfə Elşada zəng etmiş, Elşadın danışıqlarından başa düşmüşdür ki, Məkanə pulla bağlı maraqlanır, nə qədərə çatdığını Elşaddan soruşur, Elşad da tez bir zamanda görüşəcəklərini tefonda ona demişdir. Onlar “Beynəlxalq Bank” adlı lombarda daxil olmuş, o özünə məxsus 3 ədəd qızıl sep, iki ədəd qolbağı girov qoyub ümumilikdə 3000 manat məbləğində pul götürmüşdür. Bundan sonra Elşadla birlikdə lombarddan çölə çıxmış, orada işə düzəlməyi məqsədilə verdiyi pulun yerdə qalan hissəsini, yəni 3000 manat məbləğində pulu Elşada vemişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. Elşad 2 ay yarıma işinin düzələcəyini bildirmiş, o da Elşadın sözlərini inanmışdır. Beləliklə Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəlməyi məqsədilə Elşada ümumlikdə 4500 manat məbləğində pul vermişdir. Elşad da ondan aldığı pulu Məkanəyə verəcəyini bildirmiş və onun işini Məkanə düzəltdiyini ona demişdir. 2021-ci ilin may ayında Elşad ona zəng edib təbrik etmiş, bildirmişdir ki, artq sənədləri nazirlikdə təsdiq olunub və tez bir zamanda əmri veriləcəkdir. Daha sonra isə Məkanə zəng edib onu təbrik etmiş və Elşad dediyi sözləri ona bildirmişdir. Bundan sonra o, Məkanə Həsənova ilə əlaqə saxlayanda ona demişdir ki, “Covid 19” pandemiyası ilə əlaqədar olaraq xəstəxanadan aldığı əmək haqqı yüksək olduğu üçün məhkəmədə düzəlmək istədiyi işi 2021-ci ilin avqust-sentyabr ayınadək bir qədər yubatsın. Məkanə də etiraz etməyib bu barədə “müəllimlə” danışıb ona cavab verəcəyini bildirmişdir. Daha sonra Məkanə ona zəng edib işinin bir qədər gec düzəlməsi üçün problem olmadığını demişdir. 2021-ci ilin sentyabr ayında o, Məkanə Həsənova ilə əlaqə saxlayıb artıq Nizami Rayon Məhkəməsinə operator kimi işə çıxmaq istədiyini deyəndə Məkanə “müəllimlə” danışıb ona cavab verəcəyini bildirmişdir. Daha sonra isə Məkanə onunla əlaqə saxlayıb tez bir zamanda işə çıxacağını desə də bundan sonra hər dəfə ona müxtəlif bəhanəlar gətirməyə başlamışdır. Məkanə Həsənovanın ona gətirdiyi bəhanələrdən sonra o başa düşmüşdür ki, o, Təqsirləndirilən şəxsla əlbir olaraq onu Nizami Rayon Məhkəməsinə operator kimi işə düzəltmək məqsədilə ümumilikdə 4500 manat pulu ələ keçirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona vurulan ziyan tam şəkildə ödənilmiş ona görə şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Fidayıl oğlu ifadəsində göstərmişdir ki, o əvvəllər texnologiya universtetində sürücü vəzifəsində işləyən vaxt Təqsirləndirilən şəxsla tanış olmuş və münasibətləri yaranmışdır. Təxminən 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla çay evində söhbət zamanı yoldaşının pensiyasının bir neçə ay sonra kəsiləcəyini deyən zaman Elşad həmin pensiyanı bərpa etdirə biləcəyini demişdir. O bu zaman pensiyanın bərpası üçün nə qədər pul lazım olduğunu soruşduqda Elşad ondan 2000 manat pul istəmişdir. O bundan bir neçə gün sonra Elşadla Gəncə şəhərində görüşüb 2000 manat məbləğində pulu ona vermişdir. Elşad ondan vaxt istəyib ona narahat olmamağı və qısa müddətdə pensiyanı bərpa etdirəcəyini demişdir. Bundan bir neçə ay sonra yoldaşının pensiyası kəsilmiş və o, Elşadla əlaqə saxlamış pensiyanın niyə kəsildiyini soruşan zaman Elşad cavabında ona Bakıda olan tanışı ilə danışdığını və pensiyanın bərpa ediləcəyini demişdir. Bundan bir müddət sonra təxminən 2021-ci ilin avqust ayının əvvələrində Elşad onunla əlaqə saxlayaraq bildirmişdir ki, “istəyirsənsə pensiyanı ömürlük etdirim və bu pensiya kəsilən aylarıda bərpa etdirim”. O isə cavabında bunun xərcinin nə qədər olmasını soruşduqda Elşad ona pensiyanı ömürlük etdirmək üçün 1000 manat və kəsilən ayları bərpa etdirmək üçün 500 manat pul istəmişdir. Bundan bir neçə gün sonra o, Elşadla texnologiya universitetinin yanında olan çay evinin yanında görüşmüş və o ona yoldaşının pensiyasının bərpa olunması ilə bağlı saxta sənədlər vermişdir. Həmin vaxt o, Elşada 700 manat pul vermişdir. 2021-ci ilin avqust ayının sonlarında Elşadla əlaqə saxlayıb həmin yerdə görüşərək ona 600 manat vermişdir. Elşad 2022-ci ilin əvvəllərində ona yenə saxta sənədlər göstərərək işinin hazır olduğunu demiş və ondan Bakıdakı tanışlarına şirnilik kimi 200 manat istəmişdir. O həmin məbləğdə pulu yəni 200 manatı Elşadda vermişdir. Bundan sonra işin düzəltmədiyini görüb Elşadla dəfələrlə əlaqə saxlasa da o, Bakıdakı tanışlarından pulu istədiyini və onlardan pulu gözlədiyini bildirmişdir. O dəfələrlə pulu istəmək üçün Elşadın yaşadığı ünvana getmiş və Elşadın yaşadığı ünvanda Zərərçəkmiş şəxs2lə tanış olmuşdur və ona aydın olmuşdur ki, Elşad Zərərçəkmiş şəxs2də aldadaraq pulunu almışdır. Onlar birlikdə Elşaddan pullarını tələb etməyə başlamış və Elşad onlara Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən torpaq sahəsi olduğunu və onlara bu torpaq sahəsini verməyi təklif etmiş və onlar onunla razılaşmışlar. Həmin vaxt Elşad gətirib onlara torpaq sahəsinin sənədini vermiş və onlar Elşadı notariusa aparmış və orda Zərərçəkmiş şəxs2 torpaq sahəsi ilə bağlı etibarnamə vermişdir. Onlar bundan neçə gün sonra torpaq sahəsinə satılır elanı qoymuş və ora onun istifadəsində olan ***-***-**-** saylı nömrəni yazmışlar. Bundan təxminən 1 ay sonra ona zəng gəlmişdir. Ona zəng edən şəxs torpağın sahibi olduğunu bildirərək onun necə oranı satmağını soruşmuş bu zaman onlara məlum olmuşdur ki, torpağın sahibi Təqsirləndirilən şəxs deyil və Elşad onları aldatmışdır. Bundan sonra onlar Gəncə şəhər BPİ-nə ərizə ilə müraciət etmişlər. Onda Təqsirləndirilən şəxs səs yazıları olmuş və həmin səs yazısını istintaqa təqdim etmişdir. Elşaddın onlara verdiyi torpağa dair sənədi isə istintaqa təqdim edə bilməmiş, çünki torpaq sahəsinin Elşada məxsus olmadığını bildirikdən sonra sənədləri Təqsirləndirilən şəxs geri qaytramışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 Fidayıl oğlu ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Elşaddan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla onunla qonşu olmuş və münasibətləri normal olmuşdur. Elşadın arvadı onun qızı Gülnarənin rəfiqəsidir. 2021-ci ilin dekabr ayında qızı özünə pensiya düzəltdirmək istəmiş, bunun üçün də 2021-ci ilin dekabr ayında qızının icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Abdulla Sur küçəsində yerləşən “Papatya” mağazasında Elşada 6000 manat pul vermişdir ki, qızına İİ qrup pensiya düzəltsin. Həmin vaxt Elşad bildirmişdir ki, qızının pensiyasını 2 ay müddətinə düzəldəcəkdir. Lakin Elşad qızının pensiyasını düzəltməmiş və nədə pulunu geri istədikdə hər dəfə müxtəlif bəhanələr gətirib, pulu geri qaytarmamışdır. Onlar Elşada pulu verən zaman onun videogörünütsünü çəkmiş və həmin görüntünü istintaqa təqdim etmişdir. O, Təqsirləndirilən şəxs pul verən zaman onun qızı Gülnarə və Elşadın arvadı da yanlarında olmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş və onun Elşaddan heç bir şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, onun hər iki ayağında damar çatışmamazlığı xəstəliyi olduğu üçün təxminən 5 il pensiya almış lakin 2021-ci ilin oktyabr ayında pensiyası kəsilmişdir. Təxminən 2022-ci ilin sentyabr ayında qonşusu Amin adlı şəxslə söhbət zamanı o, Elşad adlı şəxsin pensiyasını bərpa etdirə biləcəyini bildirmişdir. O, Aminə öz pensiyasını bərpa etdirmək istədiyini demişdir. Bundan sonra Amin Təqsirləndirilən şəxs çağırmış və Elşad gəldikdən sonra onlar Elşadla söhbət etmişlər. Elşad onun sənədlərində çatmayan sənədlər olduğunu və təxminən 01 ay ərzində bu məsələni həll etdirə biləcəyini demişdir. Həmin vaxtdan bir həftə sonra o, Elşadın işlətdiyi çay evində Yəni Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən adını bilmədiyi çay evində Elşadla görüşmüş və Elşad ona pensiya məsələsinin həll olunacağını deyib ondan 4400 manat məbləğində pul istəmişdir. O əvvəlcə tərəddüd edərək pulu onun işini həll edildikdən sonra verməyi təklif etmiş, lakin Elşad onunla razılaşmayaraq heç olmasa pulun yarısını verməyini bildirmişdir. O, həmin vaxt Elşada dostu Aminin yanında 2300 manat pul vermişdir. Təxminən 1 həftə sonra Elşad onunla yenidən əlaqə saxlamış və ondan sənədləri aparmaq üçün yol pulu olmadığı üçün 50 manat pul istəmişdir. O Elşada 50 manatı verəcəyini bildirmişdir. O qonşusu Aminin iş yerinin yanında Elşada 50 manat pulu və sənədləri vermişdir. Bundan sonra o, mütəmadi olaraq Elşadla əlaqə saxlamış, Elşad isə hər dəfə ona müxtəlif bəhanələr gətirmişdir. Buna görə o, da ərizə ilə polisə müraciət etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ona verilən suallara cavab olaraq bildirmişdir ki, ona vurulan ziyan tam şəkildə ödənilmişdir ona görə də onun Təqsirləndirilən şəxsn heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ona vurulan ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Ona görə də məhkəmə iclasında tərəflərin razılığı ilə Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadəsində zərərçəkmiş şəxs bildirmişdir ki, X3 onun arvadıdır. Arvadı Şahid12ya 2021-ci ilin noyabr ayına qədər xəstəliyi ilə bağlı dövlət tərəfindən təqaüd verilmiş, lakin 2021-ci ilin noyabr ayında arvadına dövlət tərəfindən verilən təqaüd kəsilmişdir. Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs atası Bahəddin onun dostudur. 2021-ci ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Bahəddin və oğlu Elşad yaşadığı evə qonaq gəlmişlər. Həmin vaxt aralarında söhbət edərkən arvadı Fəridənin xəstəliyi ilə bağlı dövlət tərəfindən verilən təqaüdün kəsildiyini demişdir. O bunu dedikdən sonra Elşad söyləmişdir ki, arvadı Fəridənin dövlət tərəfındən kəsilmiş təqaüdünü bərpa etdirə bilər, bunun üçün pul lazımdır. O, Elşaddan nə qədər pul lazım olduğunu soruşduqda Elşad bunun üçün 4000 manat pul lazım olacağını demişdir. O, Elşada demişdir ki, hazırda pulu yoxdur və pul əldə etdiyi halda ona məlumat verəcəkdir. Bundan sonra Elşad atası Bahəddinlə çıxıb getmişdir. Onlar getdikdən sonra o, arvadı Fəridə ilə bu barədə danışmış və arvadı dövlət tərəfindən kəsilmiş təqaüdünün Elşad tərəfindən bərpa etdirilməsinə razı olduğunu demişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Elşad yaşadığı ünvana gəlmiş, həmin vaxt o, Elşada arvadının işinin həlli ilə bağlı ilkin olaraq 500 manat pulu çıxarıb vermişdir. Bundan bir neçə gün sonra isə Elşad yenidən onların yaşadığı ünvana gəlib arvadının təqaüd işi ilə bağlı pul istəmişdir. Həmin vaxt isə 200 manat pulu olduğu üçün 200 manat pulu çıxarıb Elşada vermişdir. Həmin vaxt isə arvadı yanlarında olduğu üçün bunun şahidi olmuşdur. Bundan bir neçə gün sonra isə dəqiq xatırlamadığı gündə Elşad yenidən onun iş yerinə gəlmiş və ondan arvadının işi ilə bağlı əlavə pul istəmişdir. O də həmin vaxt yaşadığı evin yaxınlığında yolda Elşada 200 manat pul vermişdir. Beləliklə Elşada arvadının təqaüd işinin bərpası ilə bağlı 900 manat pul vermiş olmuşdur. Lakin Elşadla həmin işin həllini 3500 manat pul müqabilində danışdıqları üçün 15 yanvar 2022-ci il tarixdə Gəncə şəhərinə gedib bankdan 2600 manat məbləğində kreditə pul götürmüşdür. Həmin pulun 100 manatı komisiyya haqqı olaraq tutulmuş, qalan 2500 manat pulu isə həmin gün yəni 15 yanvar 2022-ci il tarixdə Gəncə şəhərində “Köhnə” avtovağzal adlanan yerin yaxınlığında Elşadla görüşüb arvadının kəsilmiş təqaüdünün bərpası ilə bağlı Elşada vermişdir. Elşad pulu ondan götürdükdən sonra 2022-ci ilin fevral ayında arvadı Fəridənin kəsilmiş təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Elşad ona verdiyi vədə əməl etməmiş və o, Elşadın onu aldatdığını anlamışdır. Dəfələrlə Elşaddan pulunu istəsə də Elşad hər dəfəsində ona müxtəlif bəhanələr gətirmişdir. Sonda Elşadın barəsində şikayət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin sentyabr aylarından bəri tanıyırmış. Təqsirləndirilən şəxs ilə 2021-ci il tarixdə Gəncə şəhəri, Xan Bağında çayçıda tanış olmuşdurlar. Həmin vaxt o, çayçıda tək oturub çay içən zaman tanımadığı bir şəxs ona yaxınlaşdı ondan hal-əhval tutmuşdur. Söhbət əsnasında o, başa düşdü ki, həmin şəxs onu əvvəlki iş yerindən tanıyırmış. O, təxminən 30 il notariusda böyük məsləhətçi vəzifəsində işləmişdir. Həmin şəxs ilə söhbət edtdikdən sonra ona məlum oldu ki, həmin şəxsin adı Elşaddır. Elşad söhbət əsnasında ona əvvəllər Gəncənin səsi qəzetində redaktor işləmiş Bahəddinin oğlu olduğunu bildirmişdir. Söhbət zamanı Elşad ona bildirdi ki, o, kəsilmiş pensiyaları bərpa etdirə, həmçinin pensiya düzəldə bilirə. Əgər pensiyası kəsilmiş şəxs olarsa 4000 (dörd min) manat pul qarşılığında onun pensiyası bərpa elətdirə biləcəyini bildirmişdir. Bunun üçün isə şəxsiyyət vəsiqəsi və xəstəlik kağızının lazım olduğunu bildirmişdir. Bundan sonra Samux rayonunda olan zaman Zərərçəkmiş şəxs7 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs7 onun əvvəllər müəllimi olmuşdur. Zərərçəkmiş şəxs7 söhbət zamanı ona bildirdi ki, qızı Baharın pensiyası kəsilibmiş. O da Zərərçəkmiş şəxs7 bildirdi ki, Gəncə şəhərində Elşad adlı şəxs varmış. X19 səsi qəzetinin əvvəllər redaktoru olmuş Bahəddinin oğlu imiş. Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs7 yanında telefon ilə danışmışdır. Təqsirləndirilən şəxs telefonda eyni ilə tanış olan zaman dediyi sözləri bildirmişdir, yəni 4000 manat müqabilində kəsilmiş pensiyanı bərpa etdirə biləcəyini bildirmışdir. Həmçinin ona pensiyanın bərpa etdirilməsi üçün yalnızca xəstəlik kağızı və şəxsiyyət vəsiqəsi lazım olduğunu bildirmişdir. Bundan təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs7 ona 4000 manat pul və qızı Baharın şəxsiyyət vəsiqəsinin surəti ilə xəstəlik kağızını vermişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs7 onunla birlikdə getməsini söyləmişdir və Elşad adlı şəxslə tanış olmağı və puluda özünün verməyini demişdir. Zərərçəkmiş şəxs7 isə Gəncə şəhərinə getmək istəmədiyini pulu onun aparıb verməyini istəmişdir. X11 ilə 16 noyabr 2021-ci il tarixdə Xan Bağının yanında Famil o və Elşad görüşmüşlər. Familin yanında həmin yerdə Elşada 4000 manat pul vermişdir. Təqsirləndirilən şəxs 20 gün müddətinə pensiyaların bərpa ediləcəyini bildirmişdir. Bundan sonra o, 2021-ci ilin dekabr ayında Rahilə Baxşaliyevadan kəsilmiş pensiyasının bərpa etdirilməsi üçün 4000 manat pul almışdır. Həmin puluda təxminən 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs vermişdir. Rahilə Baxşalıyevaya 4000 manat Hidayet Hüseynova da 4000 manat pulu geri qaytara bilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ona bildirdi ki, Gəncə şəhəri, Maksi marketin yaxınlığında torpaq sahəsi var lakin həmin torpaq sahəsinin sənədləri düz olmadığı üçün həmin torpaq sahəsinin sata bilmirmiş, bu səbəbdən də onun ona verdiyi pulları geri qaytara bilmirmiş. O, Zərərçəkmiş şəxs7 tanıdığı üçün əvvəllər onun müəllimi olduğu üçün Zərərçəkmiş şəxs8da Zərərçəkmiş şəxs7 bacısı olduğu üçün onlara yaxşılıq etmək məqsədi ilə onlardan pul alaraq Elşada vermişdir. Həmçinin qeyd etmək istəyir ki, Elşad ona bildirmişdir ki, kəsilmiş pensiyaların bərpası məsələsi həll olduqdan sonra ona 100-150 manat şirinlik verəcəkmiş. Lakin pensiyalar bərpa edilmədiyi üçündə Elşad ona heç bir məbləğdə pul verməmişdir. O, Elşada inanırmış. Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 da pulu o, pensiyaların bərpa edilməsinə söz verib aldığı üçün həmin şəxslərin ondan inciməməyi, qınaqlarına səbəb olmamağı üçün qaytarmışdır. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs7 isə 4000 manat pul geri qaytarmış, Zərərçəkmiş şəxs8 qalan 1000 manatı isə Təqsirləndirilən şəxs qaytaracaqdır. Məhkəmədə iclasında Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun qaynatasıdır. Təqsirləndirilən şəxs qaynatası Sabirə qarşı etdiyi dələduzluqdan sonra tanımışdır. Belə ki, 2021-ci ilin avqust ayında qaynatası Zərərçəkmiş şəxs4 ondan 5500 (beş min beş yüz) manat borc pul istəmiş, o qaynatası Zərərçəkmiş şəxs4 borcla bağlı maraqlandıqda Sabir ona bildirmişdir ki, kəsilmiş pensiyasını bərpa etdirmək istəyir və bu məqsədlə Elşad adlı bir şəxslə tanış olmuşdur. Elşad isə ona 5500 (beş min beş yüz) manat müqabilində kəsilmiş pensiyasını bərpa etdirməyə köməklik edəcəyinə söz vermişdir. Bundan sonra o, həmin gün Zərərçəkmiş şəxs4 5500 (beş min beş yüz) manat borc pul vermişdir. Bundan sonra qaynatası Zərərçəkmiş şəxs4la söhbətindən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qaynatası Zərərçəkmiş şəxs4 qarşı dələduzluq edərək 5500 (beş min beş yüz) manat pulunu ələ keçirmişdir. Bundan sonra qaynatası Zərərçəkmiş şəxs4 dəfələrlə Təqsirləndirilən şəxs ilə görüşüb ondan verdikləri pulu geri tələb etmişdir. Məhkəmə iclasında Şahid13 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs6 ilə birlikdə İ Qarabağ müharibəsində iştirak etmişdir. Tanışı, köhnə polis işçisi Eldəniz adlı şəxs bir dəfə ona demişdir ki, Elşad adında bir dostu var və həmin şəxs pensiyaları bərpa edir. Həmin ərəfədə Kamalın 2021-ci ildə pensiyası kəsilmiş və buna görə o, Elşad barədə Kamala danışmışdır.Bundan sonra 2021-ci ilin fevral ayında o, Kamal, Eldəniz və Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində görüşmüşlər. Görüş zamanı Elşaddan dəfələrlə Kamalın pensiya işini həll edib-edə bilməyəcəyini soruşmuş, Elşad da onlara edə biləcəyini söyləmişdir. Bundan sonra ona məlum olmuşdur ki, dostu Kamal ümumilikdə bu iş üçün Təqsirləndirilən şəxs 4150 manat pul vermişdir. Şahid13 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, dostu Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs pensiyasını bərpa etdirmək məqsədilə pul verən zaman orda olmamışdır. X12 pul verdiyini öyrənmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, Şahid4 adlı şəxs və Təqsirləndirilən şəxs tanıyır.Belə ki, Şahid4 oğlu Elmir onun nəvəsı Aslanın kirvəsi, Təqsirləndirilən şəxs isə Şahid4 vasitəsi ilə tanımışdır. Onun Təqsirləndirilən şəxs kəsilmiş pensiyaların bərpa edilməsi üçün bəzi şəxslərdən pul alıb Şahid4 verməsi barədə məlumatı olmuş, lakin həmin şəxslərin kim olması anket məlumatları barədə heç bir məlumatı olmamışdır. Həmçinin Şahid4da həmin pulları Kamran adlı şəxsə verməsi barədə məlumatı olmuşdur. O, Təqsirləndirilən şəxs tanısada Təqsirləndirilən şəxs heç vaxt hər hansısa bir şəxsin kəsilmiş pensiyasının bərpa edilməsi üçün heç bir məbləğdə pul almamışdır. O, zərərçəkmiş şəxs Şahid1 tanımamışdır. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Şahid4 bir dəfə pul verdiyini görmüş, lakin nə qədər pul verdiyini bilməmişdir. Məhkəmə iclasında Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 30-35 ildir ki, tanıyır. Əvvəllər Elşad ilə qonşu olmuş və o, vaxtdan aralarında münasibət davam etmişdir. Bir gün Elşad ona pensiyası kəsilən dostu-tanışı olarsa ona deməyini, həkimdən forma 88 arayışı ala bildiyini və pensiyanı bərpa edə biləcəyini demişdir. O, köhnə polis işçisi olmuş və hazırda təqaüdə çıxmışdır. Köhnə iş yoldaşı Şahid13 2021-ci ilin əvvəllərində ona Kamal adında veteran dostu olduğunu, həmin dostunun veteranlığa görə aldığı təqaüdün dövlət tərəfindən kəsildiyini, Kamalın həmin təqaüdü bərpa etdirmək istədiyini bildirmişdir. O da Şəmşirə Elşad adında tanışı olduğunu və bu işi həll edə biləcəyini söyləmişdir. Bundan sonra o, Elşad, Şəmşir və Kamal bir dəfə Gəncə şəhəri ərazisində görüşmüşlər. Söhbət zamanı Kamal Elşada təqüdünü bərpa etdirmək istədiyini bildirmiş, Elşad da Kamala bu işi görmək üçün ilkin olaraq 3000 manat lazım olduğunu və təqaüdünü bərpa etdikdən sonra isə əlavə 500 manat alacağını bildirmişdir. Kamal da Elşadla razılaşmışdır. Görüş zamanı Elşadla Kamal bir-birilərinin mobil nömrələrini götürmüş və onlar çıxıb getmişlər. Görüşün axşamı o, dostu Şəmşirə pulu Elşada notarial qaydada rəsmiləşdirib vermələrini, iş alınmasa pulunu notarial qaydada tələb edə biləcəyini söyləmişdir. Sonradan isə xəbəri olmuşdur ki, Kamal görüşlərinin sabahısı günü Elşada aparıb şəxsən 3500 manat pul vermişdir. 2-3 ay sonra isə Elşad Kamaldan əlavə 500 manat da pul almış və bundan sonrada Elşad Kamaldan daha 150 manat pul almışdır. O, bunlarin hamısını Şəmşirdən öyrənmişdir. Daha sonra Şəmşir ona zəng edərək Elşadın onları aldatdığını, Kamalın təqaüdünü bərpa etdirmədiyini söyləmişdir. O bunu Elşada dedikdə, Elşad müxtəlif bəhanələrlə söhbəti uzadaraq pulu geri qaytaracağını söyləmişdir. Məhkəmə iclasında Şahid3 Məhərəm oğlu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs9 onun dostudur. Zərərçəkmiş şəxs9 ilə 2022-ci ilin sentyabr ayının dəqiq xatırlamadığı bir gündə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Xarı Bülbül” adlı çayxanada Təqsirləndirilən şəxs ilə görüşmüşlər. Vaqif həmin vaxt Təqsirləndirilən şəxs kəsilmiş pensiyasının bərpa edilməsi üçün 2300 manat pul vermiş, Elşad isə həmin vaxt ona tez bir zamanda məsələnin öz həllini tapacağını söyləmişdir. Məhkəmə iclasında Şahid10 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma atasıdır. Zərərçəkmiş şəxs4 təxminən 2021-ci ilin avqust aylarında yaşadığı evdə söhbət əsasında bildirmişdir ki, Gəncə şəhəri, N.Nərimanov adına parkda Elşad adlı bir şəxslə tanış olmuş və şəxs ona kəsilmiş pensiyanı bərpa etdirə biləcəyini bildirmişdir. O da atası Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs pulu verməsin və onun dələduz olub-olmadığı ilə maraqlansın. Bundan bir neçə gün sonra Gəncə şəhərində “Köhnə Yevlax avtovağzalı” adlanan yerdə olan zaman atası Zərərçəkmiş şəxs4 zəng etmiş və atası ona Təqsirləndirilən şəxs ilə Gəncə şəhəri, “Köhnə Yevlax avtovağzalı” adlanan yerdə yerləşən N.Nərimanov adına parkda olduğunu və kəsilmiş pensiyasını bərpa etdirməsi üçün ona pul verdiyini demişdir. O dərhal həmin yerə getmiş, ora gedən zaman atası Sabirin artıq Təqsirləndirilən şəxs pulu verdiyini görmüşdür. Təqsirləndirilən şəxs həmin vaxt atasına bildirmişdir ki, tez bir zamanda kəsilmiş pensiyası bərpa olunacaq. Bundan sonra Təqsirləndirilən şəxs ilə sağollaşıb, atası Zərərçəkmiş şəxs4 ilə birlikdə yaşadıqları ünvana getmişlər. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs atasını aldadaraq pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Şahid10 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun atası Sabir Təqsirləndirilən şəxs pensiya işi ilə bağlı 5500 manat pul vermiş və atası Elşada pul verdiyi gün o, onların yanına gedən zaman Elşadın pulu saydığını görmüşdür. Şahid2 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin şahid ifadəsində bildirmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs onun əvvəllər işlədiyi Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 saylı poliklinikaya gələrək müayinə olunmuşdur. O, Təqsirləndirilən şəxs tanısa da ondan hər hansı bir şəxsin pensiyasının bərpa edilməsi heç bir məbləğdə pul almamışdır. Şahid X3 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.Həmin şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 Ağaməmməd oğlu onun əridir. Ona 2021-ci ilin noyabr ayına qədər olan vaxt ərzində xəstəliyi ilə bağlı dövlət tərəfındən təqaüd verilmişdir. Lakin 2021-ci ilin noyabr ayında ona dövlət tərəfındən verılən təqaüd kəsilmişdir. O Təqsirləndirilən şəxs tanıyır. Belə ki, Təqsirləndirilən şəxs atası Bahəddin Fəridənin əri Ağamirin dostudur. Buna görə də Bahəddinin oğlu Elşadla da aralarında da münasibət olmuşdur. Bahəddin və oğlu Elşad hərdən bir yaşadıqları ünvana qonaq gəlmişdir. 2021-ci ilin dekabr ayının sonlarında dəqiq xatırlamadığı gündə Bahəddin və oğlu Elşad yaşadıqları evə qonaq gəlmişdir. Həmin vaxt aralarında söhbət edərkən Fəridənin əri ilə birlikdə xəstəliyi ilə bağlı dövlət tərəfindən verilən təqaüdün kəsildiyini demişdir.Bunu dedikdən sonra Elşad onlara demişdir ki, dövlət tərəfindən kəsilmiş təqaüdü bərpa etdirə bilər və bunun üçün pul lazımdır. Onlar Elşaddan nə qədər pul lazım olduğunu soruşduqda Elşad 4000 manat pul lazım olacağını demişdir. Əri Ağamir isə həmin miqdarda pulları olmadığını demişdir. Buna görə də Elşad onun kəsilmiş təqaüdünü bərpa etdirəcəyi ilə bağlı işini 3500 manat pul müqabilində həll edəcəyini demişdir. Əri Ağamir də Elşada hazırda pulu olmadığını və pul əldə etdiyi halda ona məlumat verəcəyini demişdir. Bundan sonra da Elşad atası Bahəddinlə çıxıb getmişdir. Onlar getdikdən sonra isə əri Ağamirlə bu barədə danışmışlar. O, Elşada inanmasada əri Ağamir ona inanmışdır. Odur ki, o da dövlət tərəfindən kəsilmiş təqaüdünü Elşad tərəfindən bərpa etdirilməsinə razı olduğunu demişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı gündə Elşad yaşadığı ünvana gəlmiş, və təkrar onlara kəsilmiş təqaüdü bərpa etdirəcəyini demişdir. Əri Ağamir də işin həlli ilə bağlı 500 manat pulu çıxarıb yaşadıqları evdə Elşada vermişdir. Elşad bundan sonra çıxıb getmişdir. Bundan bir neçə gün sonra isə Elşad yenidən onların yaşadığı ünvana gəlib təqaüd işi ilə bağlı pul istəmişdir. Həmin vaxt isə Ağamirin 200 manat pulu olduğu üçün 200 manat pulu çıxarıb Elşada vermişdir. Beləliklə Elşada əri Ağamir təqaüd işinin bərpası ilə bağlı 700 manat pul vermişdir. Lakin Elşadla həmin işin həllini 3500 manat pul müqabilində danışdıqları üçün əri Ağamir 15 yanvar 2022-cı il tarixdə Gəncə şəhərinə gedib bankdan 2600 manat məbləğində kreditə pul götürmüşdür. Həmin pulun 100 manatı komissiya haqqı olaraq tutulmuşdur. Əri Ağamir qalan 2500 manat pulu isə həmin gün yəni 15 yanvar 2022-ci il tarixdə Gəncə şəhərində Elşadla görüşüb onun kəsilmiş təqaüdünü bərpası ilə bağlı Elşada vermişdir. Beləliklə Elşad kəsilmiş təqaüdünün bərpası ilə bağlı əri Ağamirdən ümumilıkdə 3200 manat pul almışdır. Şahid6 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.Həmin şahid ifadəsində bildirmişdir ki, Şahid7 onun kürəkənidir. Rahilə Baxşaliyevə isə kürəkəni Baxşəlinin anasıdır. 2021-ci il təxminən noyabr-dekabr aylarında kürəkəni Baxşəli onun yaşadığı ünvana gəlmiş və ona bildirmişdir ki, anası Rahiləyə pensiya düzəltmək istəyir. Bunun üçün bankdan kredit götürüb lakin yenədə pensiyanı düzəltmək üçün Fizuli adlı şəxsin dediyi pulu düzəldə bilməyib. Buna görədə ondan 1000 (min) manat borc pul istəmiş və bildirmişdir ki, 4000 manat müqabilində Şahid1 anası Rahiləyə pensiya düzəldəcək. O da həmin gün Baxşəliyə 1000 manat borc pul vermişdir. Baxşəli 4000 manat pulu düzəldə bilmədiyi üçün evində saxladığı qızıl zinət əşyalarınıda onun ilə birlikdə aparıb satmışdır. Fizulinin istədiyi 4000 manat pulu düzəltdikdən sonra Baxşəli Fizuliyə zəng edərək 4000 manat pulu düzəltdiyini bildirmişdir. X17 ilə Gəncə şəhəri, “Sərçə bazarı” deyilən yerin qarşısında görüş təyin etmiş, bundan sonra Baxşəli ilə o, Gəncə şəhəri, “Sərçə bazarı” deyilən yerə getmişdir. Orada Fizuli ilə görüşmüşlər. Görüş zamanı Baxşəli 4000 manat pulu Şahid1 vermişdir. Bundan sonra o, Fizulidən soruşmuşdur ki, birdən iş düzəlməsə necə olacaq?. Fizuli isə ona bildirmişdir ki, “Sizin işiniz düzəlməsə mən sizin pulunuzu özüm geri qaytaracam”. Bundan bir xeyli müddət keçdikdən sonra bilmişdir ki, Fizuli pensiyanı düzəltməmişdir. Bundan sonra Fizulidən Baxşəlinin ona verdiyi pulu tələb etməyə başlayanda Fizuli ona bildirmişdir ki, pulu Elşad adlı şəxsə vermişdir. Bir xeyli müddətdən sonra Fizuzli Baxşəlidən aldığı pulun 2000 (iki min) manatını geri qaytarmışdır. Onlara dəymiş zərərin 2000 manatını isə hələdə geri qaytarmamışdır. O, Təqsirləndirilən şəxs adlı şəxsi tanımır və görməmişdir. Pulu verən zaman Baxşəli o və Fizulidən başqa heç kəs olmamışdır. Şahid7 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir.Həmin şahid ifadəsində bildirmişdir ki, anası Rahilə Baxşaliyevanın pensiyası 2021-ci il tarixdə kəsilmişdir. Dayısı Zərərçəkmiş şəxs7 ona bildirmişdir ki, Fizuli adlı bir şəxs var o kəsilmiş pensiyanı bərpa etdirə bilir. Bundan sonra anası Rahilə Fizuli ilə danışıb 4000 manat müqabilində pensiyanın bərpa etdirilməsinə razılaşmışdır. Onlarda əvvəlcədən anasının pensiyasını bərpa etdirmək istədiyi üçün Unibankdan kredit götürmüşlər. Fizulinin pensiyanı bərpa etdirəcəyini bildikdən sonra kredit götürdüyü puldan əlavə yenə pula ehtiyacı olduğu üçün qaynatası Şakirdən 1000 manat borc pul istəmişdir. Qaynatası Şakirdə ona 1000 manat borc pul vermişdir. Bundan sonrada 4000 manatı düzəldə bilmədikləri üçün qaynatası Şakir ilə evdə olan qızıl zinət əşyalarını satmış və 4000 manat pulu düzəltmişdir. Bundan sonra Fizuli ilə telefonda danışaraq ona 4000 manat pulu düzəltdiyini bildirmişdir. Həmçinin Fizuli ilə Gəncə şəhəri “Sərçə bazarı” deyilən yerdə görüş təyin etmiş və orada Fizuli ilə görüşüb 4000 manat pulu ona vermişlər. Bir müddətdən sonra isə pensiyanın bərpası gecikdiyi üçün o Fizulidən pulunu geri istəmişdir. Bir müddət Fizuli pulu qaytaracağını demiş sonra isə pulu Elşad adlı şəxsə vermişdir. Şahid8 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs4 onun babasıdır. 2021-ci ilin avqust ayında Gəncə şəhəri, “Köhnə Yevlax avtovağzalı” adlanan ərazidə olan zaman babası Zərərçəkmiş şəxs4 ilə təsadüfən rastlaşmışdır. Babası Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, bir nəfər şəxs ilə görüşəcək və ona pul verəcək. Babası Zərərçəkmiş şəxs4 ondan həmin şəxsə pul verən zaman onların video görüntüsünü çəkməsini istəmişdir. O da babası Zərərçəkmiş şəxs4 ilə razılaşmışdır. Bundan sonra Gəncə şəhərində N.Nərimanov adına parkda babası Zərərçəkmiş şəxs4 bir qədər aralıda durub gözləmişdir. Bir müddətdən sonra oraya alçaq boy kök bir kişi gəlmiş və babası Zərərçəkmiş şəxs4 ilə salamlaşmışdır. Babası Zərərçəkmiş şəxs4 həmin şəxsə sayıb pul vermişdir. Həmin vaxt o, babasının dediyi kimi onların videogörünüsünü çəkmişdir. Bundan sonra həmin şəxs babası Zərərçəkmiş şəxs4 ilə sağollaşıb getmişdir. O da dərhal babasının yanına getmiş və çəkdiyi videogörüntünü babası Zərərçəkmiş şəxs4 göstərdikdən sonra yaşadığı ünvana getmişdir. Babası Zərərçəkmiş şəxs4 ona kəsilmiş pensiyasının bərpa etdirilməsi üçün həmin şəxsə 5500 manat pul verdiyini bildirmişdir. Şahid4 məhkəmə iclasına iştirak etmədiyindən tərəflərin razılığı ilə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ildir ki, tanıyır və onunla dostluq münasibəti olmuşdur. Onun hal-hazırda Gəncə şəhər Baş Polis İdarəsində dələduzluq etməyi ilə bağlı cinayət işi istintaq edilir. O, Təqsirləndirilən şəxs pul almamış, özü isə istintaq zamanı hansı şəxslərdən dələduzluq yolu ilə pul almışsa həmin şəxslərə qarşı etdiyi dələduzluqları könüllü etiraf etmişdir. Onun fikrincə Elşad onun barəsində Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi olduğundan özüdə cinayət məsuliyyətindən yayınmaq istədiyindən yalan danışmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 23 sentyabr 2023cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır. -“Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” 30 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır. - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə başlanılmışdır. -“Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” 02 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. -“İttiham elan etmək üçün şəxsin tutulması barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan etmək üçün axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. -“Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri ərazisində saxlanılaraq, Gəncə şəhər BPİ-in 2-ci PŞ-nə aparılıb, Gəncə şəhər BPİ-in MSY-yə təhvil verilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 05 aprel 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək uzadılmışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və həbs qətimkan tədbirinin son müddəti 21 iyun 2023-cü il tarixədək müəyyən edilmişdir. - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirin seçilməsi haqqında” 20 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs10 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 1 ədəd videogörüntü var. Həmin videogörüntü 1 dəqiqə 36 saniyədir. Videogörüntüdə 1-i uşaq olmaqla 4 nəfər şəxs var. Videonun əksər hissələrində həmin şəxslərin üzləri tam görsənmir, əsasən ayaq nahiyyələri düşür. Videonun ilkin saniyələrindən görünür ki, Təqsirləndirilən şəxs videoda bir qadına Ermənistan Respublikasında doğulduğunu və 15 illik münasibətləri olduğunu bildirir. Aralarında narazılıq ola bilməyəcəyini deyir. Bir neçə adamın sənədlərinin gəldiyini, onlarınkının da gələcəyini bildirir. 2021-ci ildə əlilliyi olan bir nəfərin də sənədinin gəldiyini bildirir. Ömürlük pensiya düzəldəcəyini qeyd edir. Videogörüntüdən görünür ki, həmin qadın ilə Təqsirləndirilən şəxs söhbət edir. Videogörüntünün sonuna yaxın Təqsirləndirilən şəxs üzü kameraya aydın düşür. - Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi bir ədəd diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 8 ədəd səs yazısı var. Həmin səs yazıları Təqsirləndirilən şəxs məxsusdur. 1-ci səs yazısı 08 saniyədir və səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, “10-15 dəqiqəyə gəlir cibinə 6 dənə qoy gəl”. 2-ci səs yazısı 21 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “birbaşa 3500 verirəm kimliyinin kopyası və adına olan cib telefon nömrəsi ta ora epikris vermirəm. Bilirsən onlar kimdi pensiyanı dayandıran pensiyanı bərpa eliyən özləri baxırlar hansı xəstəliynən çıxıbsan bərpa eliyirlər”. 3-cü səs-yazısı 42 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “bu dəqiqə dayandırıblar çünki bu ay yumşalmalar bir müddət səbirli olun yaxşı olacaq”. 4-cü səsyazısı 03 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “bu ay olmasada gələn ay olacaq”. 5ci səs yazısı 44 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, ”eliyəcəm 30 manat qıza hörmət elə 2400 manat pul veribsən o pulda epikrizə gedib nə qədəri ora bura gedib 30 manat qıza hörmət elə aparsınlar vursunlar səndə məni kimi o boyda pula daralmadın 30 manata gələndə daraldın dəhşətsən e allahaqqı min neçə yüz manat elə sənin epikirizlərin tutub Elşad ordan 200-300 manat yeyərdə nə qədər yeyərki?”. 6-cı səs yazısı 17 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “yo gəlirəm ama balamın canı dörd yarımdan aşağı eləmirlər bəlkə sənnən beş yüz manat aldılar təsdiq gələcək gələn kimi deyəcəklərki, 500 manat göndər kartıma”. 7-ci səs yazısı 38 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “Sadiq uzağı bir saat göndərirlər anamın atamın canı üçün 600 manat pul istəyirlər altdan üstdən deyənə lənət yəni onuda naxadi gödndərməliyəm. Özləri deyirlər ki, neçə gündən sonra sabezə yaxınlaş atamın canı üçün gərək naxadi verəm sənöl mən ordan heçnə istəmirəm dör yarım beş mindir ey bu dəqiqə bərpa”. 8-ci səs yazısı 20 saniyədir və Təqsirləndirilən şəxs bildirir ki, “Sadiq sənöl papamın canı 600 manat verməliyik çünki ömrürlük eləyəcəklər sən elə bil pul verməmisən elə belə öpüşə dörd minnən aşağı şey yoxdur”. - Zərərçəkmiş şəxs4 Bəhram oğlunun istintaqa təqdim etdiyi bir ədəd disk götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, diskin içərisində 1 ədəd videogörüntü var. Həmin videogörüntü 51 saniyədir. Videogörüntüdə 3 nəfər şəxs var. Videonun ilkin saniyələrindən görünür ki, Təqsirləndirilən şəxs əlində pul var. Təqsirləndirilən şəxs həmin pulu sol yan cibinə qoyur. Videonun sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 və yanında olan digər şəxs ilə sagollaşır. Videogörüntüdən görünür ki, Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs söhbət edir. Lakin videogörüntüdə onların səsləri eşidilmir. - Gəncə şəhər Psixonevroloji Dispanserdən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Ddaşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publik hüquqi şəxsi 23 saylı Gəncə ərazi İdarəsində alınmış cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak yoxdur. - Cinayət işinə əlavə edilmiş BDYPİ Gəncə RQİTBŞ-dən alınmış cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. -Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il təvəllüdlü X13 adlı və xx.xx.2017-ci il təvəllüdlü X14 adlı iki az yaşlı övladı vardır. -Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs10 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs5 Fidayıl oğlunun xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. -Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış 21 noyabr 2024-cü il tarixli teleqramdan görünür ki, ona vurulan ziyan ödənilmiş və onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin yoxdur. -Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir. Onun heç bir şikayət və tələbi yoxdur. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə”qətimkan tədbiri ləğv edilmiş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. -“Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutularaq Goranboy RPŞ-nə aparılmış və İB-in qərarına əsasən MSY-nə təhvil verilmişdir. -Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məcburi gətirmə qərarından görünür ki, şahidlər Şahid3, Şahid2, Şahid4, Şahid5, Şahid11 və Şahid13 məhkəmə iclasına məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Həmin qərarın 31-ci bəndində göstərilir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeydinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərərçəkmiş şəxslərin pullarını ələ keçirərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs4 Bəhram oğlundan təqaüdün bərpa edilməsi adı ilə 5500 manat deyil 2500 manat pul almışdır. Eyni zamanda o, Zərərçəkmiş şəxs6 vurulan ziyanın onun valdeyinləri tərəfindən tam ödənildiyini bununla bağlı barışıq ərizəsinin olduğunu da qeyd etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ifadələrində bildirmişdir ki, 2021-ci ilin fevral ayında dostu Şahid11 ona bildirmişdir ki, bir nəfər şəxs var onun pensiyası dayandırılıb həmin şəxsin pensiyasını bərpa etdirmək lazımdır. O bundan sonra dostu Şahid11a bildirmişdir ki, həmin şəxsin pensiyasını bərpa etdirə bilər. Bundan bir neçə gün sonra Eldəniz və yanında tanımadığı iki nəfər şəxslə görüşmüşdür. Görüşdükdən sonra o həmin şəxslərlə tanış olmuş və bilmişdir ki, pensiyası bərpa etdiriləcək şəxs Zərərçəkmiş şəxs6dur. Kamal ilə həmin vaxt razılaşmış və bir-birlərinin nömrəsini götürmüşdürlər. Bundan sonra o, Kamaldan əvvəlcə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən Daşqın İnşaat bazarının yanında 3500 manat pul daha sonra isə eyni yerdə 500 manatda pul almışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs6 işinin düzəlməsinə görə şirinlik kimi Kamalın yaşadığı evin yanında 150 manatda almışdır. O aldğı 4150 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O Şahin adlı şəxsi tanıyır bilir ki, onun Gəncə şəhər Baş Polis İddarəsində barəsində cinayət işi var bu səbəbdəndə o, məsuliyyətdən yayınmaq üçün əvvəlki ifadəsində bildirmişdir ki, Kamaldan aldığı pulu Şahinə vermişdir. Lakin o, Şahin adlı şəxsə pul verməmiş, aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin fevral ayında tanışı Zərərçəkmiş şəxs5 ilə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən adsız çay evində olan zaman Sadiq ona bildirmişdir ki, arvadının pensiyası kəsilib həmin pensiyanı bərpa etdirmək istəyir. O, Sadiqə bildirmişdir ki, ona köməklik edə bilər. Bundan sonra o bir neçə gün aralıqla Zərərçəkmiş şəxs5 Ş.İ.Xətai prospektində yerləşən çay evinin yanında 2000 manat, 700 manat, 600 manat və 200 manat olmaqla ümumilkdə 3500 manat pul almışdır. Aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. O, Şahin adlı şəxsi tanıyır bilir ki, onun Gəncə şəhər Baş Polis İdarəsində barəsində cinayət işi var bu səbəbdəndə o, məsuliyyətdən yayınmaq üçün əvvəlki ifadəsində bildirmişdir ki, Sadiqdən aldığı pulu Şahinə vermişdir. Lakin o, Şahin adlı şəxsə pul verməmiş aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan başqa 2021-ci ilin avqust ayında Gəncə şəhəri Nərimanov parkında Sabir adlı şəxslə tanış olmuşdur. Sabir ona bildirmişdir ki, pensiyası kəsilib pensiyasını bərpa etdirmək istəyir. O, Sabirə bildirmişdir ki, ona köməklik edə bilər. Bundan bir neçə gün sonra Sabir ilə Gəncə şəhəri N.Nərimanov adına parkda görüşmüş, ondan 2000 manat pul almışdır. Həmin 2000 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. O, pulu ehtiyacları üçün xərcləməmişdən əvvəl Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən poliklinikanın əvvəllər baş həkimi işləyən Rasim ilə görüşüb pensiyanın bərpasını həll edib edə bilməyəcəyini soruşmuşdur. Rasimdə ona bildirmişdir ki, bu məsələni həll edə bilməyəcək. Bundan sonra pulu öz ehtiyacları üçün xərclədiyindən Zərərçəkmiş şəxs4 bildirmişdir ki, pulu Rasim adlı həkimə vermişdir ki, həmin şəxs onun işini düzəldəcək. Bundan sonra bir müddət vaxt udmaq üçün Zərərçəkmiş şəxs4 500 manat daha almışdır. Həmin 500 manat puluda Gəncə şəhəri, Bağmanlar deyilən ərazidə yerləşən Ürək xəstəxanasında baş tibb bacısı Rəşidəyə vermişdir. Rəşidə ilə özü heç bir vasitəçi olmadan birbaşa tanış olmuşdur. Rəşidə həmin 500 manat pulun müqabilində Sabirin ürəyində xəstəliy olması ilə bağlı sənəd verəcəkmiş. Rəşidə həmin sənədi verdikdən sonra o həmin sənədi Zərərçəkmiş şəxs4 vermişdir ki, ona inansın. Bundan başqa 2021-ci ilin dekabr ayında Eldənizin vasitəsi ilə Şükür adlı şəxslə tanış olmuşdur. Şükür ona bildirmişdir ki, arvadının pensiyası dayandırılıb həmin pensiyanı bərpa etdirmək istəyir. O, Şükükrə bildirmişdir ki, o köməklik edə bilər. Şükürdə onun ilə razılaşmışdır. 2021-ci ilin dekabr ayında Şükür ona məxsus 4169 7413 2802 7220 nömrəli kart hesabına 4000 manat pul göndərmişdir. Bundan bir neçə gün sonrada Gəncə şəhəri, Xəmsə ticarət mərkəzinin qarşısında Şükür ilə görüşmüşdür. Həmin vaxt Şükürdən 1000 manatda pul almışdır. O həmin puluda ehtiyacları üçün xərcləmişdir. Lakin tutulmaqdan qorxduğu üçün pulun bir qədərini Rasim həkimə, bir miqdarını isə Şahin adlı şəxsə verdiyimi bildirmişdir. Düşünmüşdür ki, o aldığı pulu yalandan Rasim və Şahin adlı şəxslərə verdiyini bildirsə sərbəst buraxılar. Bundan başqa arvadı Ruhiyyə evə gələn zaman ona bildirmişdir ki, Əlövsətin qızı Günar pensiya düzəldirmək istəyir. Bundan sonra o, Əlövsət ilə görüşmüşdür. Qızı Gülnarın pensiyasının dözəlməsi üçün 6000 manat müqabilində razılaşmışdır. Bir neçə gün sonra Gəncə şəhəri, A.Sur küçəsində yerləşən papatya adlı mağazada Əlövsət ilə görüşmüş və ondan 6000 manat pul almışdır. Həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Daha sonra Əlövsət ilə qonşuluq münasibətləri pozulmasın deyə işin alınmadığını bildiriərək 6000 manat pulu geri qaytarmışdır. Lakin tutulmaqdan qorxduğu üçün aldığı pulu Rasim həkimə verdiyini bildirmişdir. Düşünmüşdür ki, o aldığı pulu yalandan Rasimə verdiyini bildirsə sərbəst buraxılar. Bundan başqa atası Bahəddinin Ağamir adlı dostu var. Onların ailəvi gediş gəlişi olmuşdur. 2022-ci ilin yanvar ayında o. Ağamirgildə olan zaman Ağamir ona bildirmişdir ki, arvadının pensiyasının kəsildiyini həmin pensiyanın bərpa etdirmək istəyir. O, köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra bir neçə gün aralıqa 500 manat, 200 manat və 200 manat olmaqla ümumilikdə 900 manat pulu Goranboy rayonunda almışdır. Bundan bir neçə gün sonrada 2500 manat pulu Gəncə şəhəri, Köhnə Yevlax avtovağzalı adlanan yerin yaxınlığında olan parkda almışdır. Aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir. Lakin tutulmaqdan qorxduğu üçün aldığı pulu Şahin adlı şəxsə verdiyini bildirmişdir. Düşünmüşdür ki, o, aldığı pulu yalandan Şahinə verdiyini bildirsə sərbəst buraxılar. Bundan başqa 2021-ci cil tarixdə Məkanə adlı şəxs ona yaxınlaşmış və onun Elşad olub-olmadığını soruşmuşdur. Bundan sonra o, Məkanə adlı şəxsi tanımışdır. Məkanə ilə söhbət zamanı məhkəmədə operator kimi boş iş yeri var. Bundan sonra o, Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxanada Lalə adlı şəxslə tanış olmuşdur. O, Lalə adlı şəxsə bu barədə bildirmişdir. Lalədə həmin işə girmək üçün Məkanə ilə danışmağını istəmişdir. O, Məkanə ilə danışdıqdan sonra Lalə ilə Abbas Səhhət adına xəstəxanada görüşüb 4500 manat pul almışdır. Həmin pulun 3300 manatını Məkanə Həsənovaya vermişdir. 1200 mant pulu isə Məkanə ilə razılaşmasına əsasən özünə götürmüşdür. Daha sonra o, Laləyə onun payına düşən 1200 manatı ödəmişdir. Bundan başqa o, Şahid1 tanıyır. Digər şəxslər Rahilə və Hidayət adlı şəxsləri qiyabi olaraq tanıyır. O, Şahid1 ilə Gəncə şəhəri Xan Bağında çayçıda tanış olmuşdur. Həmin vaxt o, Şahid1 bildirmişdir ki, kəsilmiş pensiyanı bərpa etdirə bilir. Şahid1 bundan bir müddət sonra təxminən 2021-ci ilin noyabr ayında Gəncə şəhəri, Xan bağının yanında ona Zərərçəkmiş şəxs7 pensiyasının bərpa edilməsi üçün 4000 manat pul vermişdir. O, Şahid1 bildirmişdir ki, pensiyanın bərpası məsələsi həll edildikdən sonra 100-150 manat pul verəcək. Çünki istəmişdir ki, Şahid1 pensiyası bərpa ediləcək tanışı olsa yenə pul alıb ona versin. Bundan sonra təxminən 2022-ci ilin yanvar ayında Gəncə şəhəri, Xan bağının yanında Zərərçəkmiş şəxs8 pensiyasının bərpa edilməsi üçün Şahid1 4000 manat pul almışdır. O həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. Bundan Zərərçəkmiş şəxs9 tanıyır. Zərərçəkmiş şəxs9 kəsilmiş pensiyasının bərpa edilməsi üçün təxminən 2022-ci ilin sentyabr ayında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində 2300 manat pul almışdır. Bundan sonra təxminən 1 həftə sonra Gəncə şəhəri, Ş.İ.Xətai prospektində Vaqif ilə görüşüb sənədlərin Bakı şəhərinə göndərilməsi adı ilə 50 manat pul almışdır. Aldığı pullarıda öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi səs yazısı ona məxsusudur. Zərərçəkmiş şəxs10 istintaqa təqdim etdiyi videogörünütüdə Zərərçəkmiş şəxs10 yanında dayanaraq söhbət edən şəxs odur puluda həmin mağazada almışdır. Zərərçəkmiş şəxs4 istintaqa təqdim etdiyi videogörünütüdə Zərərçəkmiş şəxs4 pul alan şəxs odur yanlarındakı şəxsidə Zərərçəkmiş şəxs4 oğlu kimi təqdim etmiş və Sabirin oğlu həmin yerə sonradan gəlmişdir. Ağamir ilə ailəvi gediş-gəlişləri olduğu üçün tanıyır. X9 pul almağında heç bir rolu yoxdur. Arvadı Ruhiyyədə evdə söhbət zamanı ona bildirmişdir ki, qonşulquda yaşayan Gülnarə kəsilmiş pensiyasının bərpa etdirilməsini istəyir. Ruhiyyənin bundan başqa heç bir rolu olmamışdır. Yəni ki, pulu o almışdır. Arvadı Ruhiyyədə pulu aldadıb öz ehtiyacları üçün xərcləmək məqsədi ilə aldığını bilmirdi. O, Ruhiyyəyə bildirmişdir ki, pulu kəsilmiş pensiyasını bərpa etdirmək üçün tanışları var onlara verəcək. Zərərçəkmiş şəxs2 pul götürməsi üçün göndərdiyi taksi sürcüsünün kim olmasını xatırlamır. İfadəsində qeyd edtiyi kimi o yalandan demişdir ki, pulu Şahin adlı şəxsə vermişdir. Həmçinin Xaləddin adlı şəxsi tanısada o, Xaləddininin adını çəkməyini xatırlamır. Xaləddin adlı şəxsə və Şahin adlı şəxsə heç bir məbləğdə pul verməmişdir. Rəşidə adlı qadının anket məlumatları barədə heçnə bilmir. O həmin sənədlərin tərtib edilməsi üçün Rəşidə adlı qadına 500 manat pul vermişdir. Həmin sənədləridə Rəşidə adlı şəxs ona vermişdir. Saxta olmasınıda bilməmişdir. O, Zərərçəkmiş şəxs4 5500 yox 2500 manat pul almış bu səbəbdəndə özünü qismən təqsirli bilir. Eyni zamanda Təqsirləndirilən şəxs səs yazılarını və videogörüntülərini özündə əks etdirən disklərə baxış keçirilmiş, diskə baxış zamanı videogörüntüdən müəyyən olunmuşdur ki, Elşad Zərərçəkmiş şəxs4 pul aldığı zaman Sabirin oğlu onların yanında olmuşdur. Elşad pulları sayıb cibinə qoymuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs6 pulunu qaytarması və Zərərçəkmiş şəxs4 Bəhram oğlundan 5500 manat pul deyil 2500 manat pul alması ilə bağlı qeyd etdiyi hallar zərərçəkmiş şəxsin və şahidin ifadəsi, üzləşdirmə protokolu, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması protokolu və digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı həmin epizod üzrə verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxs qeyd edilən pulları aldığını, lakin məqsədinin dələduzluq deyil, sadəcə borc məqsədi ilə aldığı hissəsində məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərərçəkmiş şəxslərlə yaxınlıq yaradaraq onlara qarşı özünə inam formalaşdırmış və pulu aldıqdan sonra öz şəxsi istifadəsi üçün xərcləmiş və pulları geri qaytarmamışdır. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci, 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərə dəyən ziyanın bir qismini ödəməsi onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək həbsdə və 27 aprel 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək ev dustaqlığında saxlanılmışdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu 26 fevral 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən aşağıdakı qaydalara riayət etməlidir. Həmin Məcəllənin 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); Məhkəmə qeyd edilən normalara istinad edərək hesab edir ki, iş üzrə maddi sübut olan 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 80 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (66 saat) 6 manat hesablanmaqla 396 (üç yüz doxsan altı) manat və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli, 141 nömrəli qərarına (xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün (14 saat) 11 manat hesablanmaqla 154 (yüz əlli dörd) manat, ümumilikdə həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına cəmi 550 (beş yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2023-cü il tarixdən 27 aprel 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət, 27 aprel 2023-cü il tarixdən 21 iyun 2023cü il tarixədək ev dustaqlığına saxlanıldığı 01 (bir) ay 25 (iyirmi beş) gün müddət, ümumilikdə 04 (dörd) ay 16 (on altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 550 (beş yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-33/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-33/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver