Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-330/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi X2, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.2006-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, 6 nömrəli orta məktəbin 10-cu sinif şagirdi, Gəncə şəhəri, Fizuli küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, 24 dekabr 2022-ci il tarixdə saat 17-30 radələrində ictimai yer olan ünvan 1 ünvanında riyaziyyat müəllimi Şahid2 tərəfindən riyaziyyat fənnindən hazırlıq dərsləri keçirilərkən həmin hazırlıq otağında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə, dərs rejimini pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, heç bir əsaslı səbəb olmadan, hazırlıq yoldaşı Zərərçəkmiş şəxs onun əvvəl oturduğu stulda oturması səbəbindən aralarında yaranmış mübahisə zamanı ətrafda olan şəxslərə məhəl qoymayaraq, sonuncunun stuldan durmasını tələb etmiş, Zərərçəkmiş şəxs stuldan durmadıqda qəsdən yumruqla vurub, ona sol almacıq, sol əng və sol burun sümüklərinin sınıqları, sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş ittiham ona görə verilmişdir ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq cinayət əməlini törətmiş və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 24 dekabr 2022-ci il tarixdə saat 17-30 radələrində ünvan 2 ünvanında hazırlıq yoldaşı Zərərçəkmiş şəxs onun əvvəl oturduğu stulda oturması səbəbindən aralarında mübahisə yaranmış, stuldan durmasını tələb etmiş, Zərərçəkmiş şəxs stuldan durmadıqda qəsdən yumruqla vurub, ona sol almacıq, sol əng və sol burun sümüklərinin sınıqları, sol göz ətrafı nahiyənin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyətiilə sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Törətdiyi cinayət əməllərinə görə səmimi peşmandır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əvvəllər heç bir cinayət əməli törətməmişdir. Qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanımışdır. Onunla həmin vaxtdan ünvan 3 ünvanında Şahid2 riyaziyyat hazırlıq kursunda tanış olmuşdur. Azərlə aralarında əvvəllər ədavətivə düşmənciliyi olmamışdır. 24 dekabr 2022-ci il tarixdə saat 17-30 dəqiqədə Rizvan müəllimin mənzilininə hazırlığa getmişdir. O, hazırlıq otağına keçmişdir. Otaqda ondan başqa təxminən 15 nəfərdən artıq qız və oğlanlar var idi. O, onlardan yalnız Azəri, Nurlanı, Elvini, Hətəmi, Rəşidi tanıyır, qalanların adlarını bilmir. O, keçib ikinci stolda oturmuşdur. Onların özünə müəllim konkret yer ayırmamışdı, kim birinci gəldi harada istəsə orada otururdu. Onun sol tərəfində Nurlan oturmuşdur. Bu zaman Azər ona yaxınlaşıb demidir ki, dur buradan mən oturacam. O, isə ona demişdir ki, durmuram, nə səbəbə durmalıyam. Azər bir dəfə də ondan tələb etmişdir ki, yox sənə deyirəm dur mən oturacam. O, ona fikir verməmək üçün əlində olan telefonunu işlətməyə başlamışdır. Bu zaman Azər onun gözündə olan eynəyini gözündən çıxararaq və onun gözündən eynəyini çıxarılan zaman gözünün görməməyindən istifadə edərək qəflətən yumruğu ilə onun sol göz nahiyəsinə bir dəfə zərbə vurmuşdur. O, ani vaxtda həmin zərbədən huşsuz, halsız olmuş, burnundan gözündən qan gəlməyə başlamışdır. O, halsız olduğundan Azərə müqavimət göstərə bilməmiş və oturduğu yerində qalmışdır. Azəri sinifdə olan digər oğlanlar aralayıb aparmışlar. Bu zaman Rizvan müəllim gəlmiş, ondan nə baş verdiyini soruşanda o ona cavab verə bilməmiş, güclü ağrılar hiss etmişdir. O, digər uşaqlardan nə baş verdiyini soruşanda ona demişlər ki, Azər vurmuşdur. Rizvan müəllim Azəri hazırlıqdan çıxarmış və ona demişdir ki, valideynlərini gətirərsən. Onu Rizvan müəllim Azər və Nurlanla evlərinə yola salmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Fərid onun oğludur. 24 dekabr 2022-ci il tarixdə Fərid saat 17 radələrində evdən çıxmışdır ki, saat 17-30 dəqiqədə Rizvan müəllimin evilərinin yaxınlığındakı evdə keçdiyi hazırlıqda olsun. Həmin gün saat 18 radələrində görmüşdür ki, Fərid digər hazırlıq yoldaşları, sonradan adları ona məlum olan Nurlan və Azərlə birilkdə evə gəlmişlər. O, görmüşdür ki, Fəridin sifəti şişib, burnu və sol gözü qaralıb qanamışdır. O, onları qarşılayandan sonra Fəriddən nəbaş verdiyini soruşanda, ona demişdir ki, hazırlıq yoldaşı Azərlə zarafatlaşan zaman təsadüfən xəsarət almışam. Azər də Fəridin dediklərini təsdiqləmişdir. O da Rizvan müəllimə telefonla zəng vurmuş və ondan nə baş verdiyini soruşanda Rizvan müəllim də ona uşaqların zarafat etdiyini bildirmişdir.O, Nurlanla Azəri danlamışdır ki, bir daha belə zarafat etməyin. Onlar çıxıb getmişlər. Aradan bir neçə dəqiqə keçmiş yenə Fəridin burnundan və gözündən qangəlməyə başlamış, gözü tutulmuş, heçnə görə bilməmişdir. O, dərhal onu təxminən saat 19 radələrində Gəncə Beynəlxalq xəstəxanasına gətirmiş və onu ilkin tibbi müayinə etmişlər və demişlər ki,sonra gəlib KT müayinədən keçirərsiniz. KT müayinədən keçən zaman xəstəxanadan Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə məlumat vermişlər.O, onlardan məlumat verməmələrini yəni uşaqların zarafat etməyini bildirsədə, onları Gəncə şəhər 2-ciPolis Şöbəsinə çağırmışlar. Həmin vaxt yəni 24 dekabr 2022-ci il tarixdə Fərid ərizə ilə müraciət etmişdir ki, Azərlə zarafat edərkən xəsarət almışdır. Lakin sonradan onun ağırları şiddətləndiyindən Fəriddən dəqiq nə baş verdiyini soruşanda artıq ona həqiqəti bildirmişdir. Ona görədə izahat verərkən Fərid orada da həqiqəti bildirmişdir ki, Azər qəsdən yumruqla onun gözünə zərbə vurmuşdur. Fəridin ağrıları getdikcə şiddətlənmiş və o 26 dekabr 2022-ci il tarixdə yenidən Gəncə Beynəlxalq xəstəxanasına KT müayinəyə gətirmiş və müayinə zamanı onun sol gözünün ətrafında və burnunda sınıqlar olduğu müəyyən edilmişdir və məsləhət görüblər ki, əməliyyat olunmalıdır. Bakı şəhəri Loğman klinikasına gedib orada 30 dekabr 2022-ci il tarixdə Fəridi əməliyyat etdirmişdir. Azərin valideynləri və özü bir dəfədə olsun gəlib Fəridin vəziyyəti ilə maraqlanmamışlar. Ona görədə şikayətçi olmuşlar. Lakin sonradan onlar Fəriddən barışmağı xahiş etdiklərindən Fərid Gəncə şəhər BPİ-nin istintaq və Təhqiqat İdarəsinə şikayəti olmadığı barədə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Gəncə Dövlət Universitetində dosent vəzifəsində işləyir. Həmçinin o boş vaxtlarında özünə məxsus Gəncə şəhəri Mikayıl Rəhimov küçəsində yerləşən 7 nömrəli evin 5 nömrəli mənzilində riyaziyyat fənnindən ali təhsil müəssisələrinə şagirdləri hazırlayır, repetitor kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun yanına təxminən 2022-ci ilin sentyabr ayından hazırlığa gəlmişlər. 24 dekabr 2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və digər təxminən 6-8 nəfər şagirdlər evə hazırlığa gəlmişlər. Onlar evin qapısı açıq olduğundan özləri birbaşa otağa keçirlər, hamı gəldikdən sonra o hazırlığa başlayır. O,həmin gün artıq saat 17-30 dəqiqədə dərsləri başladığı üçün otağa daxil olmuş, bütün şagirdlər gəlmiş, 8 nəfər şagirdlər otaqda idilər. O, otağa keçəndə görmüşdür ki, Fərid stolda oturub,amma əlini sol gözünə tutub saxlayır. O, otağa daxil olanda bütün şagirdlər ayağa durmuşlar,lakin o onlara ehtiyac yoxdur demişdir. Fərid də stulda oturmuşdur. O, Fəridin əlini gözünün üstünə qoymasını görüb ondan nə baş verdiyini, niyə əlini gözünə tutduğunu soruşmuşdur. Lakin Fərid ona heçnə deməmişdir. Lakin digər uşaqlar demişlər ki, Fəridlə Azər hazırlığa gəlməmişdən əvvəl zarafatlaşıblar və Azər ehtiyatsızlıqdan Fəridin gözünə xəsarətyetirmişdir. O, Fəridin vəziyyəti ilə əlaqədar olaraq Azərə və Nurlana demişdir ki,siz onu aparın evlərinə qoyun gəlin. Bundan sonra X10 evlərinə aparmışlar. Aradan bir az keçmiş Fəridin anası Hüsniyyə xanım onun mobil telefonuna zəng edib nə baş verməsini soruşmuş,o ona demişdir ki, Fəridlə Azər zarafat edirmişlər, təsadüfən xəsarət almışdır. Lakin o, özü də uşaqların davranışından onların zarafat etmədiyini fikirləşmiş,inanmamış və bir daha hazırlıqda olan uşaqlardan nə baş verdiyini soruşmuş, bu zaman digər hazırlığa gəlmiş uşaqlardan Nurlan ona demişdir ki, Azər və Fərid hazırlıq otağında mübahisə etmişlər, Azər Fəridin oturduğu stoldan durub yerini ona verməsini tələb etmiş, Fəriddə həmin yerdən durmadığı üçün Azər onun gözündən eynəyini çıxarıb, yumruğu ilə aldığı xəsarətə görə xəstəxanaya müraciət etmişdir. Onun xəsarəti ağır olduğundan onu aldığı xəsarətə görə xəstəxanaya müraciət etmişdir. Sonra o bilmişdir ki, Fəridi valideyini Bakı şəhərinə aparmış, əməliyyat olunmuşdur. Fəridlə Azər həmişə yaxın münasibətdə olublar,eyni zamanda digər şagirdlər də həmişə mehriban olublar. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, ailəsi ilə birilkdə yaşayır, özü hazırda Gəncə şəhəri 6 saylı tam orta məktəbin 10-cu sinifində oxuyur. O, ali məktəbə qəbul olunmağı üçün hazırlıq müəllimlərinin yanına hazırlığa gedir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs təxminən 2022-ci ilin oktyabr ayından tanımışdır. Onunla həmin vaxtdan ünvan 3 ünvanında Şahid2 riyaziyyat hazırlıq kursunda tanış olmuşdur. 10:35 Fəridlə və Azərlə aralarında əvvəllər ədavəti və düşmənciliyi olmamışdır. 24 dekabr 2022-ci 11 tarixdə o saat 1730 dəqiqədə Rizvan müəllimin yuxarıda göstərdiyi ünvandakı mənzilində hazırlığa gəlmişdir. O, hazırlıq otağına keçmişdir. Otaqda ondan başqa təxminən 14-15 nəfər qız və oğlanlar var idi. O, onlardan Fəridi, Azəri, Elvini tanıyır, qalanların adlarını bilmir. Otaqda müəllim onlara konkret yer ayırmamışdır,kim tez gəlsə harada istəsə oturur. O, otağa daxil olanda görmüşdür ki, Fəridlə Azər oturacaq stolu üstündə mübahisə edirlər. Azər Fəridə demişdir ki, bilirsənki bu yer mənim yerimdir, həmişə mən orada otururam, ona görə Fəridə demişdir ki, dur ayağa mən oturum. Fərid də ona demişdir ki, durmuram. Azər bir daha ondan tələb etmişdir ki, dursun. Fərid isə ona demişdir ki, durmuram. Bu zaman Azər Fəridin gözündə olan eynəyini çıxarıb sol əli ilə yumruqla bir dəfə Fəridin sol göz nahiyəsinə zərbə vurmuşdur. Bu zaman Fəridin burnu qanamışdır. Fərid Azərə qarşı zor tətbiq etməmiş, yerində oturulu qalmışdır. O, bir daha onu vurmaq istəməmiş, lakin buna baxmayaraq otaqda olan uşaqlar və o da Azəri kənara çəkmişlər. Bu zaman Rizvan müəllim otağa daxil olmuş, Azərdən nə baş verdiyini soruşanda o ona demişdir ki, müəllim biz zarafat edirdik. Müəllim də ona irad bildirmişdir ki, utanmırsan birdə belə hərəkət olmasın. Rizvan müəllim Azərə demişdir ki, çölə çıx get sonra gələrsən. Azər isə Rizvan müəllimdən xahiş etmişdir ki, bir daha təkrar olunmaz icazə verin oturum. Müəllimdə icazə vermişdir ki, otursun. O, görmüşdür ki, Fəridin gözündən və burnundan qan gəlir, halı pisdir. Rizvan müəllim ona və Azərə demişdir ki, Fəridi çölə çıxart özünü pis hiss edir, onu evinə aparın. O, Azərlə birlikdə Fəridi otaqdan çölə çıxarmış, onun üzünə su vurmuşlar. Sonra onu yaşadığı yaxınlıqdakı evinə aparmışlar. Onlar Fəridin evinə gələndə evdə anası Hüsniyyə onları qarşılamış, onlardan nə baş verdiyini soruşanda, Fərid ona demişdir ki, hazırlıq yoldaşım Azərlə zarafatlaşan zaman təsadüfən xəsarət almışam. Onlar da onun sözünü təkrarlamışdır. X9 müəlilmə telefonla zəng vurmuş və ondan nə baş verdiyini soruşanda Rizvan müəllim də anasına zarafat olduğun demişdir. Bundan sonra Hüsniyyə Azərlə onu danlamışdır ki, bir daha belə zarafat etməyin. Onlar çıxıb oradan da yenidən hazırlığa getmişlər. Sonradan eşitmişdir ki, Fərid Azərin barəsində şikayət etmişdir. Eyni zamanda ona məlum olmuşdur ki, Fəridin söl gözaltı nahiyəsində qırıqlar olmuş və o Bakı şəhərində əməliyyat olunmuşdur. Azərə Fəridin küçük deməsini eşitməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 25 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə ünvan 4 ünvanında baş vermişdir. “Məhkəmə-Tibbi Ekspertiza və X4 X12”n xx.xx.2023-cü il tarixli 2265 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol almacıq, sol əng və sol burun sümüklərinin sınıqları, sol göz ətrafı nahiyəninyumuşaq toxumalarının əzilməsi-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Psixonevroloji Dispanserindən xx.xx.2023-cü il tarixli alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin direktoru Vəfa Abbasova tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs məktəb üzrə müsbət seciyələndirilməmişdir. 23 may 2023-cü il təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbirinin seçilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan seçilmiş, onun qanuni nümayəndəsinə (X3) nəzarət altına vermə barədə qətimkan tədbirinin şərtləri ona izah edilərək təqsirləndirilən şəxsin ictimai qaydaya riayət etməsi vəzifələri qoyulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən Gəncə Şəhər Məhkəməsinə göndərilmiş 08 oktyabr 2023-cü il tarixli və 09 oktyabr 2023-cü il tarixli Teleqramlardan görünür ki, o, təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törətmişdir. Məhkmə işin hallarını təhlil edib hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməsi təsdiq olunmur. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 mart 2004-cü il tarixli Plenum Qərarının 5-ci bəndinə əsasən Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2, yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı, təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə, onda həmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında, həm də Cinayət Məcəlləsinin 221-ci maddəsilə tövsüf olunmalıdır. Hazırki cinayət işinin məhkəmə istintaqı zamanı nə iş materiallarında, nə də zərərçəkmiş, şahid ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurduqdan sonra həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər etməsi müəyyən edilməmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə şəxs əlavə olaraq, o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, o, Zərərçəkmiş şəxs sağlamlığına xuliqanlıq niyyəti ilə az ağır zərər vurduqdan sonra həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər etmiş olsun. Konkret halda isə Azər Fəridə xəsarət yetirdikdən sonra dərs başlamış, şagirdlər öz yerinə oturduqdan sonra müəllim Fəridin xəsarət almasını görmüş, onu biri Azər olmaqla digər şagird yoldaşları evə yola salmışdır. Bu halda, ictimai qayda qərəzli olaraq pozulmamış, əlavə olaraq ictimai qaydanın pozulması üçün Azər tərəfindən hər hansı əlavə hərəkətlər edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna dair şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Məhkəmə yuxarıda göstərilən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsiri sübuta yetirilmədiyindən, onun həmin maddə ilə təqsirli bilinməsinə dair ibtidai istintaq orqanının gəldiyi nəticə əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə həmin maddə ilə bəraət verilməlidir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxslər və şahidin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindənazadedilməsiüçünəsaslaryoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, həmçinin zərərçəkmiş şəxslə barışmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, eləcə də törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Cəza təyini məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın aşağı həddə təyin olunması cəzanın məqsədlərini təmin edə bilər. Təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası çərçivəsində onun üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müvafiq probasiya qurumuna həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, təhsil yerini dəyişdikdə isə probasiya orqanına məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkməsinin yaşayış yeri üzrə probasiya orqanında qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə məhkəmə istintaqı dövründə hüquqi yardım göstərilməsinə görə dövlət büdcəsinin hesabına müdafiəçi X6 120 (yüz iyirmi)manatməbləğində pulun ödənilməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.W.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-330/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-330/2023
09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver