Məhkəmə qərarları › İş №1(125)-331/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-331/2023

14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-331/2023 14.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx xxxxxx 1998-ci ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Samux rayonu, Hacallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq X3 məxsus idarə etdiyi “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə idarə etməli olduğu halda, həmin tələblərə əməl etməyərək yaşayış məntəqəsində avtomobili 100 km/saat sürətlə idarə edərək sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurulmasına səbəb olan və “VAZ 21061” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağ bud sümüyünün aşağı 1/3 hissəsində açıq oynaqdaxili çoxqəlpəli yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin 1/3 hissəsində qapalı oynaqdaxili minimal yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığa ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilib ifadəsində göstərdi ki, o, Vaz 21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə bibisi oğlu Talehi Gəncə hava limanına aparıb xarici ölkəyə yola salmaq istəmişdir.. Həmin gün idarə etdiyi həmin avtomobil ilə Gəncə şəhəri, Nizami prospektində yerləşən Təzə Şəmkir avtovağzalı adlanan yerin bərabərliyində yerləşən işıqforda onun hərəkəti üçün yaşıl işıq yanan zaman yol ayrıcında yolun sağ tərəfindən yolun sol tərəfinə hərəkət edən bir Mercedes markalı avtomobil onun hərəkət zolağına çıxmış və bu zaman onun idarə etdiyi avtomobillə həmin Mercedes markalı avtomobil toqquşmuşdur. Toqquşmadan sonra hadisə yerinə dərhal polis əməkdaşları gəlmişdir. Bundan sonra eyni zamanda oraya təcili tibbi yardım avtomobili gəlmiş onu və bibisi oğlu Talehi həmin avtomobillə Gəncə şəhər 3 nömrəli xətəxanaya aparmışdır. Bundan sonra isə yol nəqliyyat hadisəsi ilə əlaqədar onların barəsində cinayət işi başlanmışdır. Hadisə zamanı o, Mercedes markalı avtomobili təxminən 7-8 metr aralı məsafədə görmüş və həmin vaxt avtomobili təxminən saatda 100 kilometr sürətlə idarə etmişdir. Hazırda zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023cü il tarixdə özünə məxsus Mercedes markalı avtomobil ilə Gəncə şəhər Məhsəti qəsəbəsindən çıxaraq Təzə Şəmkir avtovağzalı istiqamətində arxa-arxaya hərəkət etmiş və Gəncə şəhər avtovağzalı bərəbərliyində işıqforda yolun sağ tərəfində dayanmışdır. Özünə məxsus Mercedes markalı **-RB-*** döylət qeydiyyat nişanlı avtomobil ilə işıqforda qırmızı işıq yanan zaman o, avtovağzala tərəf dönmək istəyərkən Gəncə hava limanı istiqamətində hərəkətdə olan bir vaz 21061 markalı avtomobil ilə toqquşma baş vermişdir. Toqquşma nəticəsində o, xəsarət almışdır. Bundan sonra oraya çağırılmış təcili tibbi yardım avtomobili ilə onu Gəncə şəhəri, 3 nömrəli xəstəxanaya aparmışlar. Hadisənin baş verməsinə səbəb Vaz 21061 markalı avtomobilin sürücüsünün avtomobili yüksək sürətlə hərəkət etdirməsi olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi yoxdur və onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, Rusiya Federasiyasında yaşasa da hadisə ərəfəsində müvəqqəti olaraq Azərbaycan Respublikasına, yəni doğulduğu Samux rayonuna qonaq gəlmişdir. 05 fevral 2023-cü il tarixdə Rusiya Federasiyasına qayıtmaq üçün Gəncə hava limanına getməli olmuş və bunun üçün dayısı oğlu Rəhimdən onu hava limanına aparmağı xahiş etmişdir. Dayısı oğlu Rəhim də razılaşmış və həmin gün səhər tezdən onlar Rəhmin idarə etdiyi Vaz 21061 markalı avtomobillə Samux rayonundan Gəncə hava limanı istiqamətində yola düşmüşlər. Həmin vaxt Rəhim onu hava limanına çatdırmaq üçün avtomobili sürətlə idarə etmişdir. Avtomobilin sürəti təxminən saatda 90-100 kilometr olmuşdur. Hava limanı istiqamətində hərəkətdə olan zaman Gəncə şəhəri Nizami prospektində yerləşən avtovağzalın bərəbarəliyində işıqforda onların hərəkətdə olduğu avtomobilin hərəkəti üçün yaşıl işıq yanmışdır. Həmin vaxt yol ayrıcını keçmək istəyən zaman yolun sağ tərəfindən yolun sol tərəfinə avtovağzal istiqamətində hərəkətdə olan bir Mercedes markalı avtomobil qarşılarına çıxmış və bu zaman toqquşma baş vermişdir. Toqquşmadan sonra o, xəsarət aldığı üçün oraya çağrılmış təcili tibbi yardım avtomobili onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışdır. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, bədəninin müxtəlif nahiyyələrində sınıq xəsarəti vardır. Hadisənin baş verməsinə səbəb Mercedes markalı avtomobilin yolun sağ tərəfindən yolun sol tərəfinə istiqamətlənərək Rəhimin idarə etdiyi Vaz 21061 markalı avtomobilin qarşısına çıxması olmuşdur. Hadisədən sonra Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də Rəhimdən şikayəti, tələbi yoxdur və onun cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə baxışında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə şəhər Baş Polis İdarəsinin X5 Şöbəsində işləyir. xx.xx.2023-cü il tarixdə DYPŞ-nın inspektoru, polis serjantı Şahid2 ilə xidmət aparan zaman səhər saatlarında Növbətçi Hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri Nizami prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, ekipaj yoldaşı Şahid2 ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadıqları çoxlu adamların toplaşdıqlarını görmüşlər. Həmin vaxt tanımadığı bir şəxs onlara yaxınlaşaraq Mercedes markalı avtomobilin yolun kənarı ilə arxa-arxaya Şəmkir avtovağzalına tərəf hərəkət edən zaman Vaz 21061 markalı avtomobillə toqquşduğunu bildirmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid2 Kamran oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 05 fevral 2023-cü il tarixli, 360/2023 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 fevral 2023-cü il tarixli 189 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol körpücük sümüyünün qapalı, yerini dəyişmiş sınığı, sol körpücük nahiyəsinin qançırları, sol əl və sol diz oynağı nahiyələrinin yumşaq toxumalarının əzilməsi - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 22 fevral 2023-cü il tarixli 245 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ bud sümüyünün aşağı 1/3 hissəsində açıq oynaqdaxili çoxqəlpəli yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin yuxarı 1/3 hissəsində qapalı oynaqdaxili minimal yerdəyişmiş sınığı, çənəaltı və sağ qulaq seyvanının yaraları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 03 mart 2023-cü il tarixli, 8/475 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21061 markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2- 2261/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 131 382 saylı B kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2019-cu il tarixdən, xx.xx.2029-cu il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 04 aprel 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21061” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut kimi tanınması və təqsirləndirilən və zərərçəkmiş şəxslərin cinayət işinin materialları ilə tanış olduqdan sonra Gəncə şəhər BPİ-nin DYP-nin cərimə meydançasına saxlanca verilməsi, 05 fevral 2023-cü il tarixdə Gəncə şəhəri, Nizami prospektində baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən 1 ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və işə əlavə edilməsi qərara alınmışdır. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə edilmiş ərizələrdən görünür ki, iş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “VAZ 21061” minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil və “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qanuni sahiblərinə qaytarılmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin məhkəmə cinayət işinin materillarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Məhkəmə istintaqında sübuta yetirildi ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsi və cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxslərin sağlamlığına ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, ağır və az ağır xəsarət almış zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “VAZ 21061” minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası üçün çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci vardır və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1 və 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 128 (yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344-347, 356, 384-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıb onlara cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə cinayət məsuliyyətindən azad edilsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış yol-nəqliyyat hadisəsində iştirak etmiş “VAZ 21061” minik markalı **-BA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin və “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış hadisənin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub-olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokuroruna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan şikayət və ya protest verilmədikdə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar