Məhkəmə qərarları › İş №1(125)-334/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-334/2023

21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-334/2023 21.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Gəncə şəhəri M.A.Abbaszadə küçəsi ilə Əttarlar küçəsinin kəsişməsində yerləşən işlədiyin köşkün arxasında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs burun nahiyyəsinə əli ilə qəsdən vurmaqla sonuncuya burun nahiyyəsinin yumşaq toxumalarının əzilməsi, qançırı, şişkinliyi və deformasiyası, burun çəpərinin əyriliyi və sınığı - xəsarəti yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Əttarlar küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində yerləşən köşkdə satıcı işləyir. Zərərçəkmiş Zərərçəkmiş şəxs “Patron” günəbaxan firmasında satıcı ekspeditor işləyir. O, işlədiyi köşkdə satmaq üçün Orxandan 2022-ci ilin aprel ayından bəri hər ay “Patron” tumları almış, aldığı tumların pulunu isə ayın sonunda vermişdir. Son vaxtlar köşkdə satış zəif olduğu üçün, Orxandan aldığı “Patron” tumlarının pulunu vaxtında verə bilməmiş və bu səbəbdən Orxanla aralarında tez-tez mübahisə yaranmışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində köşkdə olan zaman Zərərçəkmiş şəxs köşkə gəlmiş və verdiyi “Patron” tumlarının pulunu hissə-hissə ödəməyini tələb etmişdir. Həmin vaxt o, Orxana ayın sonunda tumların pulunu ödəyəcəyini demiş, lakin Orxan onunla kobud danışaraq ayın sonuna kimi puldan hissə-hissə ödəniş etməsini tələb etmişdir. O, Orxanın kobud rəftarından əsəbləşib, sonuncu ilə mübahisə etmiş, tumların pulunu gecikdirsə də, həmişə vaxtında verdiyini demişdir. Zərərçəkmiş şəxs yenə onunla kobud danışmış, ona görə də o, əli ilə Orxanın üz nahiyəsindən bir dəfə yumruq vurmuş, sonuncu isə çıxıb getmişdir. Sonradan onu 1-ci polis şöbəsinə dəvət edəndə Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyi barədə məlumatı olmuşdur. Sonda o, Zərərçəkmiş şəxsla barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2022-ci ilin aprel ayından “Patron” firmasında sürücü ekspeditor vəzifəsində işləyir. Gəncə şəhərində yerləşən mağaza və köşklərin bir çoxlarına “patron” tumlarını satmış, mağaza və köşklərə “patron” tumlarını ayın əvvəli vermis, ayın sonunda da verdiyi malların pulunu yığmışdır. Uzun müddət Gəncə şəhəri Əttarlar küçəsi ilə M.A.Abbaszadə küçəsində yerləşən Təqsirləndirilən şəxs işlədiyi köşkə “patron” tumlarını vermiş, amma sonuncu həmişə ödənişi gecikdirmiş, ona görə də o, pulu almaq üçün Təqsirləndirilən şəxs işlədiyi köşkə həmişə vaxtından əvvəl getmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Təqsirləndirilən şəxs tumların pulunu almaq üçün işlədiyi köşkə getmiş, Təqsirləndirilən şəxs onu görən kimi köşkdən çıxıb ona yaxınlaşmışdır. O, köşkün arxasında Təqsirləndirilən şəxs satdığı tumların pulunu istəmiş, Təqsirləndirilən şəxs də tumların pulunu ayın sonunda verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxs tumların pulunu hissə-hissə ödəniş etməsini xahiş etmiş, həmin vaxt Təqsirləndirilən şəxs onunla kobud danışaraq ayın sonunda ödəniş edəcəyini dediyi üçün aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun üz nahiyəsində bir dəfə vurmuş, o, isə bundan sonra çıxıb getmişdir. 2 gün müddətində Təqsirləndirilən şəxs ondan üzr istəmədiyi üçün xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmış, xəsarəti olduğu üçün müayinədən keçmişdir. Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş mübahisə, dava-dalaş təxminən 1-2 dəqiqə davam etmişdir. Sonda o, notariat qaydasında təstiq olunmuş ərizəsini təqdim edərək Raufla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və Raufun barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan Gəncə şəhər MTE və PA şöbəsinin 11 may 2023cü il tarixli, 705 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər burun nahiyəsinin yumşaq txumalarının əzilməsi, qançırı, şişkinliyi və deformasiyası, burun çəpərinin əyriliyi və sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-kommunal Təsərrüfatı İstehsalat birliyi 10 nömrəli xidmət sahəsinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yaşadığı müddətdə ərzində onun barəsində 10 saylı MİS-nə heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 42 (qırx iki) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar