Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-337/2023 12.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi Möhubbət oğlunun, təqsirləndirilən şəxs X8 və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Xocalı rayonu, Kosalar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında müvəqqəti yaşayan, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 1(125)-337/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə baxışı zamanı xüsusi ittihamçının nümayəndəsi Müdafiəçi Möhubbət oğlu çıxış edərək bildirdi ki, müdafiə tərəfinin əməlindən peşmançılıq çəkməsini, yazmış olduğu böhtan xarakterli ərizəsinin səhv yazdığını, həmin ərizənin həqiqət olmadığını, o cümlədən X5 aid olan məlumatların yalan olduğunu etiraf etdiyindən aralarında barışıq əldə etmişdir. Bu səbəbdən ittiham tərəfi xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina edir. Odur ki, xüsusi ittiham qaydasında həyata keçirilən cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Xüsusi ittihamçının nümayəndəsi bu barədə tərəflər arasında imzalanmış barışıq sazişini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs çıxış edərək bildirdi ki, Cavanşir Vəliyevin barəsində sosial şəbəkələrdə yaydığı videogörüntülərdən səmimi peşmandır. Məlumatların səhv yazıldığını etiraf edir. Cavanşir Vəliyev ilə bağlı yaydığı məlumatları dəqiqləşdirmədən yaydığından həmin məlumatlar həqiqəti əks etdirmir. Ona görə də əməlindən peşmandır. Cavanşir Vəliyev ilə aralarında barışıq əldə edilmişdir. Odur ki, cinayət təqibinə xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 39.1.8-ci maddəsinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. 43.1.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə çıxarılır. Qeyd olunan cinayət prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında barışıq əldə olunduğundan və bununla əlaqədar olaraq ittiham tərəfi xüsusi ittiham qaydasında başlanmış cinayət təqibindən imtina etdiyindən, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə başlanmış cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X6 məhkəmədə 14 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 84 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair cinayət təqibinə və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs X6 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 84 (səksən dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-337/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-337/2023
12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver