Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-338/2023 07.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx.xx.1968-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, H.Əliyev prospketi 89 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsində ünvansız fərdi evdə yaşayan, “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq etibarnamə əsasında idarə etdiyi “Mercedes” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami prospekti ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən hərəkətə başlayarkən yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün təhlükə yaratmamalı olduğu halda, həmin tələblərə əməl etməyərək arxada eyni istiqamətdə sol zolaqla VAZ-21061 markalı avtomobilin yaxınlaşdığı vəziyyətdə idarə etydiyi avtomobili hərəkət hissəsinin sağ kənarından sola doğru manevr edərək sürücü Şahid3 idarə etdiyi VAZ-21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə Zərərçəkmiş şəxs sağ bud sümüyünün aşağı 1/3 hissəsində açıq oynaqdaxili çoxqəlpəli yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin 1/3 hissəsində qapalı oynaqdaxili minimal yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığa AĞİR zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Nizami prospektində “Təzə Şəmkir avtovağzalı” deyilən yerdə işıqforda yolun sağ tərəfində dayanmışdır. Özünə məxsus Mercedes markalı **-RB-*** döylət qeydiyyat nişanlı avtomobil ilə işıqforda qırmızı işıq yanan zaman o avtovağzala tərəf dönmək istəyərkən hava limanı istiqamətində hərəkətdə olan avtomobil ilə toqquşma baş vermişdir. Toqquşma nəticəsində o xəsarət almışdır. Daha sonra onu təcili tibbi yardım avtomobili ilə Gəncə şəhəri, 3 nömrəli xəstəxanaya aparmışlar. Hadisə vaxtı “Vaz 2106” markalı avtomobil yüksək sürətlə hərəkət etdiyindən onu görməmişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş zərəri tam ödədiyini nəzərə alıb, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o əslən Samux rayonundan olsada Rusiya Federasiyasında yaşayır və hadisədən əvvəl müvəqqəti olaraq Azərbaycan Respublikasına gəlmişdir. 05 fevral 2023-cü il tarixdə Rusiyya Federasiyasına getmək üçün Gəncə Beynəlxalq hava limanına getmək istəmiş və bunun üçün onu avtomobili ilə aparmağı dayısı oğlu Rəhimdən xahiş etmişdir. Dayısı oğlu Rəhim də razılaşmış və özünə məxsus Vaz 2106 markalı avtomobil ilə onu Samux rayonundan Gəncə Beynəlxalq hava limanına aparmaq üçün yola düşmüşlər. Həmin vaxt dayısı oğlu Rəhim onu hava limanına çatdırmaq üçün avtomobilini sürətlə idarə etmişdir. Avtomobilin sürəti saatda təxminən 90-100 kilometr olmuşdur. Hava limanı istioqamətində hərəkətdə olan zaman Gəncə şəhər Nizami prospektində yerləşən avtovağzalın bərəbarəliyində işıqforda onların hərəkətdə olduğu avtomobilin hərəkəti üçün yaşıl işıq yanmışdır. Həmin vaxt yol ayrıcını keçmək istəyən zaman yolun sağ tərəfindən yolun sol tərəfinə avtovağzal istiqamətində hərəkətdə olan avtomobil qarşılarına çıxmış və toqquşma baş vermişdir. Toqquşmadan sonra xəsarət aldığı üçün onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Xəstəxanada olan zaman ona məlum olmuşdur ki, bədəninin müxtəlif nahiyyələrində qırıq xəsarəti vardır. Hadisənin baş verməsinə səbəb Mercedes markalı avtomobilin yolun sağ tərəfindən yolun sol tərəfinə istiqamətlənərək Rəhimin idarə etdiyi Vaz-2106 markalı avtomobilin qarşısına çıxması olmuşdur. Hazırda Nazimlə barışdığını, ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı şikayətinin və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinin X4 Şöbəsində işləyir. xx.xx.2023-cü il tarixdə DYPŞ-nın inspektoru, polis serjantı Şahid2 ilə xidmət aparan zaman səhər saatlarında Növbətçi Hissədən məlumat verilmişdir ki, Gəncə şəhəri Nizami prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Odur ki, ekipaј yoldaşı Şahid2 ilə birlikdə dərhal hadisə yerinə getmişlər. Onlar həmin yerə çatanda hadisə yerinə tanımadığları çoxlu adamların toplaşdıqlarını görmüşdür. Həmin vaxt tanımadığı bir şəxs yaxınlaşaraq Mercedes markalı avtomobilin yolun kənarı ilə arxa arxaya Şəmkir avtovağzalına tərəf hərəkət edən zaman Vaz 2106 markalı avtomobillə toqquşduğunu bildirmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerinə baxış keçirilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, Vaz 2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə atası Hamletə məxsusdur. Həmin avtomobili o da etibarnamə əsasında idarə edir. xx.xx.2023cü il tarixdə bibisi oğlu Talehi hava limanına aparıb xarici ölkəyə yola salmaq istəmişdir. Həmin gün etibarnamə ilə idarə etdiyi avtomobil ilə Gəncə şəhəri Nizami prospektində yerləşən “Təzə Şəmkir avtovağzalı” adlanan yerin bərabərliyində yerləşən işıqforda onun hərəkəti üçün yaşıl işıq yanan zaman yol ayrıcında yolun sağ tərəfindən yolun sol tərəfinə hərəkət edən Mercedes markalı avtomobil onun hərəkət zolağına çıxmış və toqquşma baş vermişdir. Toqquşmadan sonra hadisə yerinə dərhal polis əməkdaşları gəlmiş, bundan sonra təcili tibbi yardım avtomobili onu və bibisi oğlu Talehi Gəncə şəhər 3 nömrəli xətəxanaya aparmışlar. Hadisə zamanı o, toqquşduğu avtomobili təxminən 7-8 metr məsafədə görmüşdür. Məhkəmə istintaqı zamanı, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilərək araşdırılmış Şahid2 Kamran oğlunun ifadəsindən görünür ki, Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 31 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır; “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yerə baxış keçirilmiş, hadisə yerinin sxemi tərtib olunmuş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Gəncə şəhər BPİ-nin TŞX-dən alınmış 05 fevral 2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində baş vermiş hadisəni özündə əks etdirən “video diskə baxış keçirilməsi haqqında” 05 fevral 2023-cü il tarixli protokoldan görünür ki, görüntü Gəncə şəhəri Nizami prospektində quraşdırılmış təhlükəsizlik şəhər kamerası vasitəsi ilə qeydə alınıb və xx.xx.2023-cü il tarixdə saat 07:46:58-də başlanır. Görüntüdə avtomobillərin hərəkət etdiyi aydın şəkildə görünür. Mercedes Benz markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil Məhsəti qəsəbəsində çıxaraq arxaya Şəmkir avtovağzalı istiqamətinə hərəkət edərək işıqfora çatır və işıqforun yanmasını gözləyib yolun sağ tərəfindən sol tərəfində yerıləşən avtovağzal istiqamətində hərəkət etməyə başlayan zaman eyni istiqamətdə hərəkətdə olan avtomobillərin hərəkət yoluna çıxır və eyni istiqamətdə hərəkətdə olan ağ rəngli VAZ 21061 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil ilə toqquşur. Vaz 21061 markalı **-BA-*** qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edir. Görüntü 07:58:59 qurtarır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2023-cü il tarixli, 8/475 nömrəli rəyindən görünür ki, 1.istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uygunsuzluq olmuş və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21061 markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki im kanı olmuşdur. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 245 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzrərində müəyyən edilmiş xəsarətlər sağ bud sümüyünün aşağı 3/1 hissəsində açıq oynaqdaxili çoxqəlpəli yerdəyişmiş sınığı, sağ baldır sümüklərinin yuxarı 3/1 hissəsində qapalı oynaqdaxili minimal yerdəyişmiş sınığı, çənəaltı və sağ qulaq seyvanının yaraları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həyatı üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin Gəncə RQİ və TBŞdən alınmış xx.xx.2023-cü il tarixli, 3-13-16-3/2-2260/2023-cü saylı məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs oğluna BC 112 213 saylı –BCD- kateqoriyalı sürcülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən, xx.xx.2031-ci il tarixə verilmiş və onun sürcülük hüququ məhdudlaşdırılmamışdır. Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair etibarnamə Təqsirləndirilən şəxs xx.xx.2022-ci ill tarixdən, xx.xx.2023-cü il tarixədək verilmişdir. xx.xx.2023-cü il tarixli 361/2023-cü il tarixli sərxoşluq aktından görünür ki, Təqsirləndirilən şəxs avtomobili ayıq vəziyyətdə idarə etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 3425 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2243 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, o əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər DYPŞ-nin cərimə meydançasına saxlanca verilmiş Şahid3 idarə etdiyi Vaz 21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı və Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillər, eləcə də cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin görüntülərni özündə əks etdirən 1(bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ; 263.1-1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda–üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən, bu Məcələnin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə icraata xitam verilməsi məqsədə uyğundur. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilməlidir. Bundan başqa iş üzrə maddi sübut kimi tanınmış Şahid3 idarə etdiyi Vaz 21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3 barəsində olan cinayət işi üzrə də maddi sübut kimi tanınması nəzərə alınmaldıır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, iş üzrə maddi sübut kimi tanınan – 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılmalı, eyni hadisə üzrə Şahid3 da təqsiri müəyyən edilərək barəsində cinayət işi başlanıldığından ekspertiza tədqiqatının dəyəri olan 128 manat pulun yarı hissəsi yəni 64 manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməlidir. (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 16 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və müsadirə tətbiq ediləcək alət və ya vasitə yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs ilə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut olan-Gəncə şəhər DYPŞ-nin cərimə meydançasında saxlanılan Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibinə qaytarılsın, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şahid3 idarə etdiyi Vaz 21061 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şahid3 barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın Eyni hadisə üzrə Şahid3 da təqsiri müəyyən edilərək barəsində cinayət işi başlanıldığından cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 128 (bir yüz iyirmi səkkiz) manat pulun yarı hissəsi yəni 64 (altmış dörd) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 96 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Təqsirləndirilən şəxs əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər prokurorluğuna göndərilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Sədrlik edən Elxan Əlizadə