Məhkəmə qərarları › İş №1(125)-34/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-34/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-34/2023 17.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxx 2000-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri və xx xxxxxx 1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu ödənilməmiş, Qazax rayonu, Abbasbəyli kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə kirayədə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup təşkil edərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayət əməllərini törətmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 10 aprel 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus olan və saxlanc yeri kimi istifadə olunan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26-cı küçədə yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə daxil olmuş, evin həyətindən fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olmaqla, evin otaqlarından 01 ədəd 40 litr ölçüdə 15 manat dəyərində işlənmiş aliminium qazan, 04 ədəd sadə işlənməmiş Rusiya istehsalı hər biri 10 manatdan 40 manat dəyərində 2 litrlik su krafinkası, 03 ədəd Türkiyə istehsalı işlənmiş hər biri 25 manatdan 75 manat dəyərində yun adyalı, 01 ədəd işlənməmiş Evrolux markalı 60 manat dəyərində şirə çəkən, 01 ədəd işlənməmiş Tefal markalı 30 manat dəyərində ütü, 01 ədəd sadə işlənməmiş Rusiya istehsalı 20 manat dəyərində meyvə qabı, 48 ədəd Rusiya istehsalı işlənmiş orta ölçülü sadə dərin hər biri 3 manatdan ümumilikdə 144 manat dəyərində boşqab, 48 ədəd Rusiya istehsalı işlənmiş kiçik ölçülü sadə dayaz hər biri 2 manatdan ümumilikdə 96 manat dəyərində boşqab, 100 ədəd işlənmiş sadə hər biri 1 manat ümumilikdə 100 manat dəyərində armudu çay stəkanı, 50 ədəd Rusiya istehsalı sadə işlənməmiş hər biri 5 manatdan ümumilikdə 250 manat dəyərində şirə stəkanı, 100 ədəd Rusiya istehsalı işlənməmiş hər biri 3 manatdan ümumilikdə 300 manat dəyərində 100 qramlıq araq stəkanı, 03 ədəd Rusiya istehsalı biri 5 manatdan ümumilikdə 15 manat dəyərində orta ölçülü aliminium aş süzən, 01 ədəd 30 manat dəyərində marqus markalı işlənmiş hidrofonu ilə birlikdə su mühərriki, 05 ədəd Türkiyə istehsalı işlənməmiş hər biri 10 manatdan ümumilikdə 50 manat dəyərində pambıq can dəsmalı, 01 ədəd işlənmiş 150 kvm. 2017-ci il istehsalı 30 manat dəyərində iran peçi, 01 ədəd 32 litrlik termet markalı işlənmiş 80 manat dəyərində 2017-ci il istehsalı minutka, 10 ədəd sadə işlənməmiş Rusiya istehsalı hər biri 30 manatdan ümumilikdə 300 manat dəyərində pambıq pastel dəsti, 01 ədəd Türkiyə istehsalı işlənməmiş 30 manat dəyərində Lovly Home (Home collection) markalı yataq dəsti, ümumilikdə 1665 manat dəyərində ev əşyalarını qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 1665 manat dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla oğurluq etmişlər. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, qrup halında 16 aprel 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus olan və saxlanc yeri kimi istifadə olunan Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 26-cı küçədə yerləşən nömrəsiz yarımtikili fərdi yaşayış evinin həyətinə daş hasardan aşma yolu ilə daxil olmaqla, evin həyətindən, 01 ədəd 1995ci il Rusiya istehsalı vitrin soyuducusunun 80 manat dəyərində işlənmiş mühərriki, həmin soyuducunun üzərindən kilosu 3 manat 20 qəpikdən ümumilikdə 22 manat 40 qəpik dəyərində 7 kq aliminumu, kilosu 0,35 manatdan ümumilikdə 1050 manat dəyərində 3 (üç) ton işlənmiş dəmir qırıntısı, ümumilikdə 1152 manat 40 qəpik dəyərində əşyalarını qazanc əldə etmək niyyəti ilə oğurlayaraq ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1152 manat 40 qəpik dəyərində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli talamaqla oğurluq etmişlər. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə nömrəsiz fərdi evdə kirayədə yaşayır. Fərdi əməklə məşğul olur və himayəsində iki azyaşlı uşağı vardır. Qonşuluğunda yaşayan Təqsirləndirilən şəxs1 2022ci ilin aprel ayının ortalarında onunla görüşüb söhbət edən zaman bildirmişdir ki, yaşadıqları küçədə bir ev var, həmin evdə uzun müddətdir heç kim yaşamır və təklif etmişdir ki, həmin evdən oğurluq etsinlər. Onun özünün maddi sıxıntıları olduğu və pula ehtiyacı olduğu üçün Eminin təklifi ilə razılaşmış və səhəri gün, sübh tezdən Eminlə birlikdə həmin evin yaxınlığına getmiş, birlikdə evin hasarından həyətə düşmüş və evin məhlə tərəfdə yerləşən pəncərəsinin aralı olduğunu görüb Emin əli ilə pəncərəni itələmiş və onlar evin içərisinə daxil olmuşlar. Həmin evin içərisində çoxlu sayda əşyalar olduğunu görüb fikirləşmişlər ki, evdən əşyaları bir dəfəyə oğurlaya bilməyəcəklər. Ona görə də Eminlə birlikdə qərara gəlmişlər ki, evdə olan əşyaları hissə-hissə taksi ilə aparıb Eminə məxsus evə yığsınlar. Bundan sonra Eminlə birlikdə evdən və evin saxlanc yeri olan damdan üç ədəd ədyalı, bir ədəd sok çəkən maşını, bir ədəd ütünü, məhrəbaları, müxtəlif növ çoxsaylı stəkan və boşqab dəstlərini, meyvə qablarını, pastel və yataq dəstlərini oğurlayıb evin həyətinə, oradan isə həyətin darvazasını arxadan açıb küçəyə çıxarmışlar. Sonra Eminlə birlikdə həmin əşyaları götürüb Eminin yaşadığı evin həyətində yerləşən digər bir ikinci evə yığmışlar. Həmin ev boş olmuş və evdə heç kim yaşamamışdır. Aradan 1-2 gün keçəndən sonra Eminlə birlikdə *2244 nömrəsinə zəng edib taksi çağırmış və taksiyə Emin bildirmişdir ki, evində olan əşyalardır və pula ehtiyacı olduğu üçün mal bazarına satmağa aparır. Bundan sonra çağırdıqları tanımadığı taksi maşını ilə həmin əşyaları Eminlə birlikdə Gəncə şəhəri mal bazarına aparıb tanımadıqları şəxslərə ümumilikdə 80 manata satmış və həmin pulu xərclərinə çıxandan sonra Eminlə birlikdə bərabər şəkildə bölmüşlər. O, öz payına düşən pulu ehtiyacları üçün xərcləmişdir. Həmin əşyaları satdıqları şəxslərə də Emin əşyaların öz evinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Onlar evdən oğurladıqları əşyalardan bir ədəd qırmızı rəngli ədyal, bir ədəd su qabı, stəkanlar və boşqabların bəzilərini sata bilmədikləri üçün gətirib Emingilin həyətində olan boş evə yığmışlar. Aradan 3-4 gün keçəndən sonra yenidən pula ehtiyacları yarandığı üçün Eminlə birlikdə həmin evə gedərək, Eminlə birlikdə hasardan evin həyətinə daha sonra pəncərədən evə daxil olub evdən bir ədəd iran peçi, bir ədəd minutka aparatı, bir ədəd qazan, bir ədəd gidrafon matoru oğurlayıb həmin əşyaları evin həyətinə, oradan isə həyətin darvazasını arxadan açıb küçəyə çıxarmış, sonra isə Eminin qaldığı evin həyətində olan boş evə aparıb yığmışlar. Aradan 1-2 gün keçmiş isə Eminlə birlikdə *2244 nömrəsinə zəng edib taksi çağırmış və Emin yenə taksi sürücüsünə evində olan əşyalar olduğunu və pula ehtiyacı olduğu üçün mal bazarına satmağa apardığını söyləmişdir. Bundan sonra çağırdıqları tanımadığı taksi maşını ilə həmin əşyaları Eminlə birlikdə Gəncə şəhəri mal bazarına aparıb tanımadığı şəxslərə ümumilikdə 120 manata satmış və həmin pulu da Eminlə birlikdə xərcləri çıxandan sonra bərabər bölmüşlər. O öz payına düşən pulu ehtiyacları üçün xərcləmişdir. Həmin əşyaları satdıqları şəxslərə Emin əşyaların öz evinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bir neçə gün sonra isə yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlib onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində etdiyi oğurluğu səmimi olaraq etiraf etmiş və oğurluğu da pula ciddi ehtiyacı olduğu, maddi sıxıntılar çəkdiyi üçün etdiyini demişdir. Bundan başqa onlar oğurluq edən zaman evin qonşuluğunda yerləşən yarım tikilidə çoxsaylı rels dəmirlər olduğunu görüb 24 aprel 2022ci il tarixdə Eminin təklifi ilə həmin yerdə olan rels dəmirləridə oğurlamaq qərarına gəlmiş və həmin gün Eminlə birlikdə qəsəbədə 26-cı küçədə tikilimiş yarım tikiliyə gəlmiş və yarımtikilinin qapısının üzərində qıfıl olmasını görüb hasardan həyətə düşmüşlər. Sonra həmin yarım tikilidə olan dəmir relsləri Eminin göstərişi ilə qonşu evin hasarından aşırıb həyətə yığmışlar. Sonra öz mobil telefonu ilə digər tanışı olan Qazel sürücüsü Ruslana zəng edib yaşadıqları küçədə dəmir olduğunu, onu metal qəbulu məntəqəsinə aparmasını xahiş etmiş, Ruslanda razılaşmış və ona gəlməsi üçün ünvanı demişdir. Emin hasarda olan zaman baxanda görmüşdür ki, yaxınlıqda iki nəfər fəhlə küçədə olan daşı evin həyətinə daşıyırlar. Bu barədə Emin ona demiş və bu onlarda şübhə yaratmışdır ki, yarım tikilidən dəmirləri oğurlayan zaman həmin fəhlələr bunu görər və polisə məlumat verər. Ona görə o, həyətdə qalmış, Emin isə fəhlələrin yanına gedib onlarla söhbət etməyə başlamışdır. Bir qədər sonra çağırdıqları Qazel markalı yük maşını gəlmiş, sonra darvazanın qapısını arxadan açmış, Emin də gəlmiş və Qazeli həmin evin həyətinə salmışlar, sonra oğurladıqları dəmir relsləri həmin Qazelin yük yerinə yığmışlar. Sonra Emin həmin yerdə qalmışdır ki, darvazanı bağlasın. O da Qazelə əyləşib oğurladığı dəmir relsləri Şəmkir yolunun üzərində yerləşən 555 saylı mebel mağazasının yanında olan metal qəbul məntəqəsinə aparıb tanımadığı şəxsə satmışdır. Həmin məntəqədə ondan dəmirləri haradan aldığını və niyə satdığını soruşmamışlar. Həmin dəmirləri məntəqəyə 380 manata satmış, 40 manat Qazelə yol pulu vermiş, 200 manat Eminə vermiş, 140 manat isə onun özünə qalmışdır. O, payına düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Qazelin sürücüsü Ruslan adlı şəxs həmin yarım tikilidən dəmir relsləri oğurladıqlarını bilməmişdir. Emin sürücü Ruslana demişdir ki, həmin məhlə guya qohumlarına məxsusdur və ev sahibinin razılığını almış, ona görə həmin dəmir relsləri satmağa aparırlar. Eminlə birlikdə həmin yarım tikilidən dəmir relsləri oğurlamış, başqa heç nə oğurlamamışdır. Bundan sonra ev sahibinin şikayəti əsasında onlar polis tərəfindən saxlanılmış və barələrində cinayət işi başlanmışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə nömrəsiz fərdi evdə kirayədə yaşayır və fərdi əməklə məşğuldur. Bir neçə il əvvəl Gəncə şəhəri ərazisində oğurluq etdiyi üçün məhkum olunmuş və ayağına qolbağı vurulmuş və hələ cəzasını tam çəkib qutarmamışdır. Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yaşayan zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evi yaşadığı evin yaxınlığında yerləşir, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə kirayədə yaşadığı evin pulunu təxminən 4 ay ödəyə bilməmiş və maddi sıxıntılar çəkmişdir. 2022-ci ilin aprel ayının təxminən 9-da yaşadığı küçə ilə gəzən zaman qonşuluqda yerləşən evdə heç kimin yaşamadığını, qapının üstündə qıfıl olduğunu görmüş və qərara gəlmişdir ki, həmin evdən oğurluq etsin. Ona görə də bu barədə əvvəlcə tanışı Ruslana demiş və Ruslan da onunla razılaşmışdır. Həmin günü səhəri, sübh tezdən Ruslanla birlikdə həmin evin yaxınlığına getmiş və birlikdə evin hasarından həyətə düşmüş, evin məhlə tərəfdə yerləşən pəncərəsinin aralı olduğunu görüb əli ilə pəncərəni itələmiş və evin içərisinə daxil olmuşdur. Sonra arxasınca tanışı Ruslan evə daxil olmuşdur. Həmin evin içərisində çoxlu sayda əşyalar olduğunu görmüş və fikirləşmişdir ki, evdən əşyaları bir dəfəyə oğurlaya bilməz. Ona görə də Ruslanla birlikdə qərara gəlmişdir ki, evdə olan əşyaları hissə-hissə taksi ilə aparıb ona məxsus evə yığsınlar. Bundan sonra Ruslanla birlikdə evdə və evin saxlanc yeri olan damında olan üç ədəd ədyalı, bir ədəd sok çəkən maşını, bir ədəd ütünü, məhrəbaları, müxtəlif növ çoxsaylı stəkan və boşqab dəstlərini, meyvə qablarını, pastel və yataq dəstlərini oğurlayıb evin həyətinə, oradan isə həyətin darvazasını arxadan açıb küçəyə çıxarmışlar. Sonra Ruslanla birlikdə həmin əşyaları götürüb öz yaşadığı evin həyətində yerləşən digər ikinci evə yığmışlar. Həmin ev boş olmuş və evdə heç kim yaşamamışdır. Aradan 1-2 gün keçəndən sonra tanışı Ruslanla birlikdə *2244 nömrəsinə zəng edib taksi çağırmış və taksi sürücüsünə əşyaları göstərib evində olan əşyalar olduğunu və pula ehtiyacı olduğu üçün mal bazarına satmağa apardığını yalandan söyləmişdir. Bundan sonra çağırdığı tanımadığı taksi maşını ilə həmin əşyaları Ruslanla birlikdə Gəncə şəhəri mal bazarına aparıb tanımadığı şəxslərə ümumilikdə 80 manata satmış və həmin pulu da xərcləri çıxandan sonra Ruslanla birlikdə bərabər şəkildə bölmüşlər. O, öz payına düşən pulu ehtiyacları üçün xərcləmiş, həmin əşyaları satdığı şəxslərə də əşyaların öz evinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Evdən oğurladığı əşyalardan bir ədəd qırmızı rəngli ədyal, bir ədəd su qabı, stəkanlar və boşqabların isə bəzilərini sata bilmədikləri üçün qaytarıb gətirib boş evə yığmışlar. Aradan 3-4 gün keçəndən sonra yenidən səhər tezdən Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə Ruslanla birlikdə hasardan daxil olub evdən bir ədəd iran peçi, bir ədəd minutka aparatı, bir ədəd qazan, bir ədəd gidrafon matoru oğurlayıb yenə evin həyətinə, oradan isə həyətin darvazasını arxadan açıb küçəyə çıxarmış, sonra isə kirayə qaldığı evin həyətində olan boş evə aparıb yığmışlar. Aradan 1-2 gün keçmiş isə Ruslanla birlikdə *2244 nömrəsinə zəng edib taksi çağırıb taksi sürücüsünə yalandan evində olan əşyalar olmaqla pula ehtiyacı olduğu üçün mal bazarına satmağa apardıqlarını söyləmişdir. Bundan sonra çağırdıqları tanımadığı taksi maşını ilə həmin əşyaları Ruslanla birlikdə Gəncə şəhəri mal bazarına aparıb tanımadığı şəxslərə ümumilikdə 120 manata satmış və həmin pulu da Ruslanla birlikdə xərcləri çıxandan sonra bərabər bölmüşlər. O da öz payına düşən pulu ehtiyacları üçün xərcləmişdir. Həmin əşyaları satdığı şəxslərə əşyaların öz evinə məxsus olduğunu və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bir neçə gün sonra isə yaşadığı evdə olan zaman polis əməkdaşları yaşadığı evə gəlib onu 2-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində etdiyi oğurluğu səmimi etiraf etmiş və oğurluğu pula ciddi ehtiyacı olduğu, kirayə qaldığı evin kirayə pulunu verə bilmədiyi üçün etdiyini demişdir. Bundan başqa onlar Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yerləşən yarım tikilidə çoxsaylı rels dəmirlər olduğunu bildikləri üçün 16 aprel 2022-ci il tarixdə Ruslanla birlikdə qərara gəlmişlər ki, gedib həmin dəmirləri oğurlasınlar. Bundan sonra o, Ruslanla birlikdə Zərərçəkmiş şəxs1 məxsus evin qonşuluğunda olan yarım tikiliyə gəlmiş və yarımtikilinin qapısının üzərində qıfıl olmasını görüb hasardan həyətə düşmüşlər. Sonra həmin yarım tikilidə olan dəmir relsləri Zərərçəkmiş şəxs1 məxsus evin həyətinə hasardan aşırıb yığmış, sonra özü yaxud Ruslan mobil telefonla digər tanışları olan Qazel sürücüsü Ruslan adlı şəxsə zəng edib yaşadıqları küçədə dəmir olduğunu, onu metal qəbulu məntəqəsinə aparmasını xahiş etmişlər. Ruslan da razılaşmış və ona gəlməsi üçün ünvanı demişlər. Həmin vaxt o, hasardan baxanda görmüşdür ki, yaxınlıqda iki nəfər fəhlə küçədə olan daşı evin həyətinə daşıyırlar. Bu onda şübhə yaratmışdır ki, yarım tikilidən dəmirləri oğurlayan zaman həmin fəhlələr bunu görüb polisə məlumat verə bilər. Ona görə Ruslanı həyətdə qoyub özü fəhlələrə yaxınlaşmış və onlara bildirmişdir ki, yaxınlıqdakı evdə hamam və toyuq damı tikir və palçıq qarışdırmaq üçün ona lapatka lazımdır. Həmin fəhlələrdə ona bir ədəd lapatka vermişlər. Onun belə etməkdə məqsədi fəhlələri inandırmaq olmuşdur ki, guya həmin oğurluq edəcəyi yarım tikilidə işləyirlər və Qazel markallı avtomobil gəlib həmin yarım tikiliyə daxil olan zaman heç nədən şübhələnməsinlər. O, həmin şəxslərə demişdir ki, bir qədər sonra Qazel maşını ora sement gətirəcək, onu gözləyir ki, sement gəlsin və gedib palçıq qarışdıra bilsin. Bu zaman görmüşdür ki, çağırdıqları Qazel markalı yük maşını gəlir, ona görə də fəhlələrdən aralanıb yarım tikiliyə tərəf getmiş, Ruslanla birlikdə evin həyətinin darvazasını arxadan açıb Qazeli həmin evin həyətinə salmış, sonra oğurladıqları dəmir relsləri həmin Qazelin yük yerinə yığmışlar. Sonra həmin yerdə qalmışdır ki, darvazanı bağlasın, Ruslan isə Qazelə əyləşib oğurladıqları dəmir relsləri Şəmkir yolunun üzərində yerləşən 555 saylı mebel mağazasının yanında olan metal qəbul məntəqəsinə aparıb satmışdır. Sonra isə yanına gəlib əldə olunan puldan ona 200 manat pul vermiş, qalan pulla isə həm Qazeli yola saldığını və özünə də pul götürdüyünü bildirmişdir. Lakin Ruslandan dəmir relsləri neçəyə satmasını və Qazelə nə qədər pul verməsini soruşmamışdır. O, payına düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Qazelin sürücüsü Ruslan adlı şəxs həmin yarım tikilidən dəmir relsləri oğurlamaqlarını bilməmişdir. Ruslana demişlər ki, həmin məhlə guya qohumlarına məxsusdur və ev sahibinin razılığını alıb həmin dəmir relsləri satmağa aparırlar. Sonda əməlindən peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Səbətkeçməz kəndində yaşayır və Gədəbəy rayonu Arısu kənd orta məktəbində psixoloq müəllimi işləyir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. Onun Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə fərdi yaşayış evi vardır. Həmin evdə əvvəllər yaşasada hazırda Gədəbəydə məktəbdə müəllim işləməyi ilə əlaqədar Gədəbəy rayonu Səbətkeçməz kəndindəki evində qalır. Gəncə şəhərində yerləşən evində isə heç kim yaşamır, lakin həmin evdə çoxsaylı ev əşyaları vardır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkmiş və evin bütün əşyaları həmin vaxt yerində olmuşdur. Həmin gündən xx.xx.2022-ci il tarixədək işləri olduğu üçün Gəncə şəhərinə gələ və Məhsəti qəsəbəsində yerləşən evinə baş çəkə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Məhsəti qəsəbəsində yerləşən evinə baş çəkən zaman evin içərisində olan 01 ədəd 90 manat dəyərində istilik sobasının, 01 ədəd 65 manat dəyərində su hidrofonunun, 150 manat dəyərində qab-qacağın, 01 ədəd 120 manat dəyərində çarpayının və müxtəlif stəkan, qabqacaqların, qazanın, su qablarının, ədyalların, minutkanın, su matorunun, yataq dəstinin və məhrəbaların naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını bilmişdir. Ona görə də əvvəlcə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə, daha sonra isə Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət etmişdir. X3 aparılan araşdırma zamanı evindən oğurluq edən şəxslərin Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu bilmişdir. Ona məxsus evdən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək oğurlanmış əşyalardan 01 ədəd 150 kv.metr olan, 2017-ci il İran istehsalı sobası, “Bosh” firmasına məxsus 32 litrlik minutka, 01 ədəd “Evrolux” markalı 2014-cü il Türkiyə istehsalı olan sok çəkən maşını, 01 ədəd “Tefal” markalı 2014-cü il Türkiyə istehsalı olan ütü, 01 ədəd 2014-cü il istehsalı ili olan “Marqus” markallı su matoru, 01 ədəd 40 litr tutumlu qazan, 04 ədəd “Pinqivin” markalı su qabı, 10 ədəd dəvə tükündən pastel üzü naməlum şəxslər tərəfindən oğurlanmış, əşyaların hamısı ona məxsus olmuşdur. Oğurluq nəticəsində ona ümumilikdə 1348 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş zərəri ödəmişlər, ona görə hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yaşayır. Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. Onun Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yarım tikili fərdi yaşayış evi vardır. Gəncə şəhərində yerləşən yarım tikilidə ev yarımçıq olduğu üçün həmin yarım tikiliyə arabir gəlmiş, lakin həmin yarım tikilinin həyətində 01 ədəd vitrin soyuducusu və təxminən 3 tona yaxın dəmir reys qırıntıları olmuşdur. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ona məxsus həmin yarım tikiliyə gələndə həmin əşyalar yerində olmuşdur. Həmin gündən xx.xx.2022-ci il tarixədək işləri olduğu üçün Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yerləşən yarım tikiliyə baş çəkə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Məhsəti qəsəbəsində yerləşən yarım tikiliyə baş çəkən zaman həyətdə olan 01 ədəd vitrin soyuducusunun işlək vəziyyətdə olan mühərikinin həmin soyuducunun üzərində olan təxminən 7 kq aliminium və həyətdə olan 3 ton dəmir reyslərinin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını görmüş, ona görə də baş vermiş oğurluq hadisəsi ilə bağlı Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət etmişdir. X3 bilmişdir ki, ona məxsus yarım tikilidən oğurluq edən şəxslər Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dur və həmin şəxslər polis əməkdaşları tərəfindən tutulmuşdur. Oğurlanmış əşyaların hamısı ona məxsus olmuşdur. Oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1431 manat maddi ziyan dəymişdir. Oğurluq hadisəsi baş vermiş ona məxsus yarım tikilidə olan dəmir yolu relis qırıntıları köhnə və yarasız olmuş, qısa hissələrə bölünmüşdür. Hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş zərəri ödəmişlər, ona görə hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Təbriz küçəsi, ev 207-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün dəmir qırıntılarının alqı-satqısı ilə məşğul olur. Dəmir məmulatları aldığı məntəqə Gəncə-Şəmkir avtomobil yolunun sol tərəfində, 555 saylı mebel salonun qarşı tərəfində yerləşir. 24 aprel 2022-ci il tarixdə təxminən axşam saatlarında işlədiyi məntəqədə olan zaman dövlət nömrə nişanı yadında qalmayan, sürücüsünü əvvəllər tanıdığı Ruslan adlı şəxsin idarə etdiyi Qazel markalı avtomobil oraya gəlmiş və yük avtomobilinin qabaq sərnişin yerindən bir nəfər arıq bədən quruluşlu, uzun boylu şəxs maşından düşüb adının Ruslan olduğunu demiş və satlıq dəmir əşyalar olduğunu bildirmişdir. O da Qazelin arxasına baxanda orada dəmir qırıntılarının olduğunu görmüş və həmin dəmir qırıntılarının bir kiloqramını 0,42 qəpikdən hesablamış və təxminən 800 manata yaxın pul hesablayıb həmin dəmiri satan Ruslan adlı şəxsə vermişdir. Həmin Ruslan adlı şəxsdən dəmir qırıntılarını alan zaman ondan şəxsiyyətini təsdiq edən sənəd almışdır. Sonra həmin şəxs gəldiyi Qazel markalı maşına minib getmişdir. Həmin dəmir qırıntılarının oğurluq olmasını bilməmiş, sonradan dəmir qəbulu məntəqəsinə polis əməkdaşları gələndən onların oğurluq olmasını bilmişdir. O, Ruslan adlı şəxsdən ancaq dəmir qırıntıları almış və həmin dəmir qırıntılarınıda metal qəbulu sexlərinə satmışdır. Məhkəmə baxışında tədqiq edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fəhləliklə məşğul olur. xx.xx.2022-ci il tarixdə yaşadığı küçədə ev tikdirən adını bilmədiyi şəxs ondan tikinti üçün küçəyə yığdığı mişar daşlarını evinin həyətinə yığmağı xahiş etmiş, qonşuluqda yaşayan Ehtiram adlı tanışı ilə həmin mişar daşlarını 45 manat müqabilində yeni inşa olunan evin həyətinə yığmağa başlamışdır. Həmin günü təxminən saat 16 radələrində əvvəllər tanıdığı Emin adlı şəxs işlədiyi evin yaxınlığına gəlib onlardan su istəmiş, tanışı Ehtiram ona su verdikdən sonra, onlara yaxınlıqda yerləşən evi göstərək həmin evdə hamam və toyuq damı tikdiyini deyərək lapatka istəmişdir ki, hörgü üçün sement qarışdıracaq. Emin onlardan lapatkanı aldıqdan sonra yanlarında durmağa başlamış, ona niyə işləməyə getmədiyini soruşanda, Qazel markalı maşının onlara sement gətirəcəyini, sement olmadığı üçün işləmədiyini demişdir. Emin adlı şəxslə aralarında baş vermiş söhbətdən yarım saat sonra oraya Qazel markalı maşın gəlmiş və Emin yanlarından aralaşaraq işlədiyi evin yaxınlığında yerləşən evlərdən birinin darvazasını açaraq həmin Qazeli evin həyətinə salmışdır. Bundan sonra tanışı Şahid2lə mişar daşlarını yığmağa davam etmişdir. İşlərini qurtarıb evə gedən zaman həmin Qazel markalı maşının evdən çıxdığını görmüş, maşının arxası açıq olmuş və maşında dəmir parçalarının olduğunu görmüşdür. Şahid - Şahid2 ibtidai istintaqa verdiyi və məhkəmədə tədqiq olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ailə üzvləri ilə birlikdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi 25-ci küçədə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün idarə etdiyi Qazel markalı yük avtomobili ilə yük daşıma ilə məşğuldur. X7 qəsəbəsində “Oba” marketin qarşısında saxlayır və maşının üzərində nömrəsi olur. Kiminsə nə sirafişi olursa gəlib maşınının yanında nömrəsini götürüb sifariş verir, o da gedib yükünü daşıyıb pulunu qazanır. Gəncə şəhəri, Məhsəti qəsəbəsi 26-cı küçədə yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 24 aprel 2022-ci il tarixdə təxminən günorta saatlarında yaşadığı evdə olan zaman mobil telefonuna zəng gəlmiş və telefona cavab verən şəxs özünü Ruslan kimi təqdim edib dəmir qırıntılarının olduğunu və onu Məshəti qəsəbəsi 26-cı küçədən götürüb metal qəbul məntəqəsinə aparıb vermək lazım olduğunu demişdir. O da dəmirlərin kimə məxsus olmasını soruşmuş, Ruslan bildirmişdir ki, heç bir problem yoxdur, dəmirlər özlərinindir. O da sutkanın gündüz vaxtı olmasını görüb heç nədən şübhələnməmişdir. Ona görə də razılaşmış və bir qədər sonra avtomobilini idarə edərək 26-cı küçənin baş tərəfi ilə Ruslanın dediyi istiqamətdə getmişdir. Həmin yerə çatanda küçədə adamlar olmasını, yaxınlıqda iki nəfər tanımadığı fəhlənin işləməsini görüb daha əmin olmuşdur ki, heç bir oğurluq ola bilməz. Bundan sonra yük avtomobilini Ruslanla sonradan tanıdığı Eminin darvazasını açdıqları həyətə salmışdır. Həmin vaxt Ruslanla Emin həyətə yığdıqları dəmir qırıntılarını ona məxsus Qazel markalı yük avtomobilinin arxa yük yerinə yığmışlar. Sonra həmin şəxslərdən Emin orada qalmış, Ruslan isə onunla birlikdə avtomobilə əyləşmiş, avtomobili Ruslanın özünün dediyi istiqamətə, Şəmkir yolunun üzərində yerləşən 555 saylı mebel mağazasının yanında olan metal qəbul məntəqəsinə sürmüş, orada Ruslan maşından düşüb metal qəbulu sexində tanımadığı şəxslə danışmış, o isə maşında gözləmişdir. Sonra isə maşına tərəf yaxınlaşıb maşının arxasını məntəqəyə tərəf verməsini bildirmişdir. O, maşının arxa yük yerinə yığdığı dəmir qırıntılarını həmin məntəqəyə düşürmüşdür. Sonra isə maşına əyləşib ona 40 manat yol haqqı vermişdir. O da onu Məhsəti qəsəbəsinin yaxınlığına kimi aparıb avtomobildən düşürmüşdür. X5 çağırılan zaman polis əməkdaşlarından öyrənmişdir ki, Ruslanla Eminin evin həyətindən ona məxsus Qazel markalı avtomobilin yük yerinə yığdığı və 555 saylı mebel mağazasının yanındakı metal qəbul məntəqəsinə satdıqları dəmir qırıntılarının hamısı oğurluq olmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi özlərinin etiraf ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə cinayət işində olan digər mötəbər sübutlarla təsdiq olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə ifadə vermiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, maddi sübutlar,istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 30 iyun 2022-ci il tarixli 9/4070 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2817,40 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Belə ki, 01 ədəd 40 litr ölçüdə işlənmiş aliminium qazan 15 manat, 04 ədəd sadə işlənməmiş Rusiya istehsalı 2 litrlik su krafinkası hər biri 10 manat, ümumilikdə 40 manat, 03 ədəd Türkiyə istehsalı işlənmiş yun adyal hər biri 25 manat ümumilikdə 75 manat, 01 ədəd işlənməmiş Evrolux markalı şirə çəkən 60 manat, 01 ədəd işlənməmiş Tefal markalı ütü 30 manat, 01 ədəd sadə işlənməmiş Rusiya istehsalı meyvə qabı 20 manat, 48 ədəd Rusiya istehsalı işlənmiş orta ölçülü sadə dərin boşqab hər biri 3 manatdan ümumilikdə 144 manat, 48 ədəd Rusiya istehsalı işlənmiş kiçik ölçülü sadə dayaz boşqab hər biri 2 manatdan ümumilikdə 96 manat, 100 ədəd işlənmiş sadə armudu çay stəkanı hər biri 1 manat, ümumilikdə 100 manat, 50 ədəd Rusiya istehsalı sadə işlənməmiş şirə stəkanı hər biri 5 manatdan ümumilikdə 250 manat, 100 ədəd Rusiya istehsalı işlənməmiş 100 qramlıq arax stəkanı hər biri 3 manatdan ümumilikdə 300 manat, 03 ədəd Rusiya istehsalı orta ölçülü aliminium aş süzən hər biri 5 manatdan ümumilikdə 15 manat, 01 ədəd marqus markalı işlənmiş hidrofonu ilə birlikdə su mühərriki 30 manat, 05 ədəd Türkiyə istehsalı işlənməmiş pambıq can dəsmalı hər biri 10 manatdan ümumilikdə 50 manat, 01 ədəd işlənmiş 150 kv 2017-ci il istehsalı iran peçi 30 manat, 01 ədəd 32 litrlik termet markalı işlənmiş 2017-ci il istehsalı minutka 80 maanat, 10 ədəd sadə işlənməmiş Rusiya istehsalı pambıq pastel dəsti hər biri 30 manatdan ümumilikdə 300 manat, 01 ədəd Türkiyə istehsalı işlənməmiş Lovly Home ( Home collection) markalı yataq dəsti 30 manat, 01 ədəd 1995-ci il Rusiya istehsalı vitrin soyuducusunun işlənmiş mühərriki 80 manat, həmin soyuducunun üzərindən 7 kq aliminium kiloqramı 3,20 manatdan ümumilikdə 22.4 manat, 3 (üç) ton işlənmiş dəmir qırıntısı kilosu 0,35 manat olmaqla ümumilikdə 1050 manat müəyyən edilmişdir. “Əşyanın tanınmasının aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 ədəd ədyal, 06 ədəd stəkan, 09 ədəd boşqab və 01 ədəd su qabı Zərərçəkmiş şəxs1 təqdim edilmiş, sonuncu həmin əşyaları tanıyaraq evindən oğurlanmış əşyalar olduğunu bildirmiş, bu barədə protokol tərtib olunmuş və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha əyani olaraq göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib bir daha təsdiq etmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan tam olaraq ödənildiyindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3879 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3778 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4541 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4542 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 27 aprel 2022-ci il tarixində tutulmuş, 29 aprel 2022-ci il tarixli qərar əsasında MYS-dən azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “axtarış” elan edilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təhvil verilənədək, barələrində olan cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinə könüllü gəldikləri üçün barələrində olan cinyət işi üzrə icraat təzələnmiş və istintaqı davam etdirimişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində 29 aprel 2022-ci il tarixdə “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirləri seçilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri xx.xx.2022-ci il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Hərbi Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 400 manat cərimə növündə cəza təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cərimə cəzası tam ödənmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinərək, CPM-nin 40.2.2 maddəsinə əsasən, cinayət işinin icrasına xitam verilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 01 il 11 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci hissəsinə əsasən, ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 01 il azaldılaraq, üzərində 11 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə təqsirli bilinərək 04 il 05 ay 27 gün müddətə azadlıqdan mərum etmə növündə cəzaya məhkum olunmuş və xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.2 hissəsinə əsasən cəzadan azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4100 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cərimə cəzasının çəkilməmiş qalan 3500 manat hissəsi 09 ay islah işləri cəzası ilə əvəz edilmiş, xx.xx.2020-ci ildə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarı ilə islah işləri cəzası 04 ay 03 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib CM-nin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci ildə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası MM-nin 05.11.21-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən, ona hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il azaldılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın başlanğıcı 24 may 2023-cü il tarixdən hesablanmışdır. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2021-ci il təvəllüdlü Rauf və xx.xx.2021-ci il təvəllüdlü Nuray adlı iki əkiz azyaşlı uşağı var. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü Pərvin və xx.xx.2019-cu il təvəllüdlü Nihat adlı iki azyaşlı uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisələri həqiqətən baş vermiş və cinayət hadisələri məhz onlar tərəfindən törədilmişdir, həmçinin hər iki təqsirləndirilən şəxs bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də, onlar həmin maddələr ilə təqsirli bilinib, maddələrin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs2 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs1 təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini və himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Həmin Məcəllənin 83.2.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardığı gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası CM-nin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2013-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, təqsirli şəxs tərəfindən cinayət məsuliyyətinə səbəb olan ardıcıl əməllərin törədilməsi və ya əvvəllər törədilmiş hərəkətlərə görə cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı məhdudiyyət müddəti ərzində yeni cinayətlərin törədilməsi cinayətlərin çoxluğunu (cinayətlərin təkrar törədilməsi, cinayətlərin məcmusu, cinayətlərin residivi) yaradır. Cinayətlərin çoxluğu cinayət məsuliyyətini ağırlaşdıran hal kimi səciyyələndirilir. Cinayətin şəxs tərəfindən ardıcıl olaraq törədilməsi ona cinayət törətmə təcrübəsi əldə etməyə imkan verir, onun sonrakı cinayət fəaliyyətini daha təhlükəli edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 sentyabr 2010cu il tarixli Plenum qərarında göstərilmişdir ki, məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Beləliklə, məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, həbsdə qaldığı bir gün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq, cəmi 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 əvvəllər dəfələrlə məhkum olunaraq məhkumluğu dövründə islah olunmadan yenidən qəsdən az ağır cinayət əməlini törətdiyini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs1 qəti cəzanın təyin edilməsi məsələsinə dair ifadə etdiyi mövqeyi qanunvericiliyin tələbləri ilə yanaşı həmçinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, həmin Qərarın 16-cı bəndində məhkəmələrə izah edilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1- 126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Belə ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzanın başlanğıcı 24 may 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli 1(125)-263/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası CM-nın 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə ona təyin ediləcək cəza ilə qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 CM-nin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi müddətinin başlanğıcı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 24 may 2023-cü il tarixdən hesablanmalıdır. “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 iyun 2002-ci il tarixli qərarının 15-ci bəndində məhkəmələrə izah edilir ki, azadlıqdan məhrum etməyə şərti məhkum etmə zamanı cəzaçəkmə müəssisəsinin növü təyin edilmir. Şərti məhkum edilmiş şəxs sınaq müddəti ərzində yeni cinayət (qəsdən və ya ehtiyatsızlıqdan) törədərsə, məhkəmə CM-nin 71,4, 71.5-ci maddələrinə əsasən şərti məhkum etmənin ləğv edilməsi məsələsini həll edərkən, CM-nin 15-ci maddəsində təsbit edilmiş cinayətin təsnifatını nəzərə almaqla, cəzaçəkmə müəssisəsinin növünü CM-nin 56-cı maddəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq təyin edir. Bu zaman şərti məhkum etmə, xüsusilə ağır cinayətə görə tətbiq edilmişdirsə, yaxud yenidən törədilmiş cinayət, xüsusilə ağır cinayətlər sırasına aiddirsə, cəzanın çəkilmə yeri ciddi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Əgər törədilmiş cinayətlərdən biri, xüsusilə ağır cinayət hesab edilmirsə, məhkuma ümumi rejimli cəzaçəkmə müəssisəsi təyin edilməlidir. Cinayətin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələr az ağır cinayətlər təsnifatına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkmələri nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə cinayət əməlini təqsirləndirilən Təqsirləndirilən şəxs1 daha öncə məhkum edildiyi iş üzrə məhkəmə hökmü qəbul edilməmişdən öncə törətdiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən hazırki iş üzrə təyin ediləcək cəzaya Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs1 münasibətdə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarətin altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar 01 ədəd ədyal, 06 ədəd stəkan, 09 ədəd boşqab və 01 ədəd su qabının sahibi - Zərərçəkmiş şəxs1 saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmə dövründə Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 (əlli) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 27 aprel 2022-ci il tarixdən 29 aprel 2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq cəmi 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü ilə müəyyən edilmiş 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin və onun Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-263/2023 nömrəli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar 01 ədəd ədyal, 06 ədəd stəkan, 09 ədəd boşqab və 01 ədəd su qabının sahibi - Zərərçəkmiş şəxs1 saxlanması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul müştərək qaydada Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 300 (üç yüz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar