Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-34/2024 31.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Nümayəndə iştirakı ilə xx.xx.1992-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, Gəncə şəhəri, Ziyatxanov küçəsi 197, ev 4, mənzil 7B-də yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qəsdən özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmiş, şəxsiyyət vəsiqəsini və digər rəsmi sənədləri talamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək 01 mart 2023-cü il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, Ordubadi küçəsi 170 saylı evin qarşısında küçədə dayanmış «Mercedes Benz» markalı, **-OV-*** dövlət nömrə nişanlı avtomobilinin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub bir ədəd 2700 manat dəyərində «Samsung S21» markalı mobil telefonunu, bir ədəd 10 manat dəyərində telefonun qorucuyu qabını, bir ədəd 5 manat dəyərində telefonda olan nömrəni, bir ədəd 10 manat dəyərində içərisində Zərərçəkmiş şəxs2 məxsus şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilin texniki pasportu, bir ədəd 18.83 manat dəyərində «Azərenerjiyə» məxsus kart, bir ədəd 10 manat dəyərində «Socar»a məxsus kartı olan pul qabını götürərək ümumilikdə zərərçəkmiş şəxsə 2753.83 manat dəyərində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmiş, bundan başqa Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini və digər şəxsi sənədləri talama məqsədilə ələ keçirtmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək təkrarən 06 mart 2023-cü il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, A.M.Əhmədov küçəsi 2-ci dalan 20 saylı evin qarşısında küçədə dayanmış «VAZ-2107» markalı, **-BS-*** dövlət nömrə nişanlı avtomobilinin qapısının açıq olmasından istifadə edərək avtomobilin salonuna daxil olub bir ədəd 200 manat dəyərində «Pioneer» markalı maqnitafonunu və bir ədəd 10 manat dəyərində təsbehini götürərək özgə əmlakını gizli olaraq talamaqla cəmi 210 manat dəyərində əmlakını ələ keçirərək oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 326.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 177.2.2 və 326.2-ci maddələri ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək, müdafiəçisinin ifadəsindəki xüsusatları təsdiq edərək bildirmişdir ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində azadlığın məhdudlaşdırılması cəzası verilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, təqsirləndirilən şəxsin himayəsində şəhid ailəsi olan bacısının və onun uşaqlarının olmasını, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilməsini nəzərə alıb onunla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 06 mart 2023-cü il tarixdə səhər saat təxminən 08:30 radələrində Texnologiya Universitetinə işə getmək üçün avtomobilinə yaxınlaşdıqda görmüşdür ki, avtomobilin sağ qapısı açıqdır. Avtomobilin içərinə baxış keçirəndə müəyyən etmişdir ki, oradan avtomobilin maqnitafonu, bir neçə ədəd fləşkart və ona məxsus təsbeh oğurlanmışdır. O, dərhal DİN 102 xidmətinə zəng etmiş və hadisə barədə məlumat vermişdir. Hazırda ona dəymiş ziyan tam çəkildə ödənilmişdir. Sonda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildimişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, oğurluq hadisəsi Gəncə şəhəri Ordubadi küçəsində dayanmış Zərərçəkmiş şəxs2 məxsus“Mercedes” markalı **-OU-*** dövlət qeydiyyatlı nişanlı avtomobilindən olmuşdur. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanın içərisindəki sənədlər vətəndaş Zərərçəkmiş şəxs2 oğurlanmış 01 ədəd şəxsiyyət vəsiqəsi, 02 ədəd avtomobilin texniki qeydiyyat şəhadətnaməsi və digər sənədlər olmuş, götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, təqdim edilən əşyalar götürülmüşdür. - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci PŞ-nin TB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən tərtib olunmuş protokoldan görünür ki, oğurluq hadisəsi Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2107” markalı ** BS *** dövlət qeydiyyatlı nişanlı avtomobilindən olmuşdur. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. - xx.xx.2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs1 məxsus “Vaz 2107” markalı ** BS *** dövlət qeydiyyatlı nişanlı avtomobildən oğurladığı maqnitafonu və təsbehi təqdim təqdim etmişdir. Götürmə və baxış keçirilməsi haqqında protokol tərtib olunmuş, fotoşəkillər çəkilmiş, təqdim edilən əşyalar götürülmüşdür. - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X4 azad edilmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilmiş, lakin məhkumluğu ödənilmişdir. - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/2024 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən malların istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin mart ayına olan orta bazar qiymətilə bir ədəd «Pioneer» markalı maqnitafonun qiyməti 50 manat, bir ədəd ağ rəngli təsbehin qiyməti 10 manat olmaqla ümumi dəyəri təxminən 60,00 manat müəyyən edilir. Qərarda göstərilən bir ədəd mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 1000,00 manat müəyyən edilir. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)-342/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən həbs edilərək xx.xx.2023-cü il tarixdə məhkəmənin hesabına müəssisəyə daxil olmuşdur. - Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan maddi ziyan tam olaraq ödənilmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. - 20 may 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd «Pioneer» markalı avtomobil üçün nəzərdə tutulmuş maqnitafon, bir ədəd ağ rəngli təsbeh, bir ədəd şəxsiyyət vəsiqəsi, iki ədəd avtomobilin texniki qeydiyyat şəhadətnaməsi, Zərərçəkmiş şəxs2 məxsus sürücülük vəsiqəsi, «Azəriqaz» İB-nə məxsus smart ödəniş kartı və bir ədəd «Azərişığa» məxsus elektrik enerjisi istehlakçısı kartı maddi sübut kimi tanınmış və məhkəmə həllinədək saxlanması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2 və 326.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.2 və 326.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır və böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, törətdiyi oğurluq cinayəti üzrə zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəyərək onlarla barışmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 02 gün müddətində şübhəli şəxs qismində tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X5 saxlanılmış, xx.xx.2023-cü il tarixdən hazırki hökm çıxarılan günə kimi isə həbsdə olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin sanksiyası həddində islah işləri cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 68-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla) təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 mart 2023-cü il tarixdən 09 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu vəxx.xx.2023-cü il tarixdən hazırki günə kimi həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla həmin müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə daimi yaşayış yerini saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar iş üzrə maddi 01 ədəd “Pioneer” markalı maqnitafon, 01 ədəd ağ rəngli təsbeh, 01 ədəd şəxsiyyət vəsiqəsi, 02 ədəd avtomobilin texniki qeydiyyat şəhadətnaməsi, 01 ədəd sürücülük vəsiqəsi, “Azəriqaz” İB-nə məxsus smart ödəniş kartı və 01 ədəd “Azərişığa” məxsus elektrik enerjisi istehlakçısı kartı sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş hesab edilərək barəsində 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il islah işləri cəzası 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq törətdiyi cinayət əməlinə görə təyin edilən cəzalar qismən toplanılmaqla üzərində yekun olaraq 2 (iki) il 08 (səkkiz) ay azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün və həbsdə saxlanıldığı 03 ay 28 gün müddət, cəmi 4 ay müddət hazırkı hökmlə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 08 (səkkiz) ay çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutlar: 01 ədəd “Pioneer” markalı maqnitafon, 01 ədəd ağ rəngli təsbeh, 01 ədəd şəxsiyyət vəsiqəsi, 02 ədəd avtomobilin texniki qeydiyyat şəhadətnaməsi, 01 ədəd sürücülük vəsiqəsi, “Azəriqaz” İB-nə məxsus smart ödəniş kartı və 01 ədəd “Azərişığa” məxsus elektrik enerjisi istehlakçısı kartı sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM; VÖEN**********; AZ34CTRE ********************, X2, KOD 210005, VÖEN **********; Müxbir hesab AZ41NABZ; ******************** SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi Nümayəndə işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-34/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-34/2024
31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver