Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-34/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1959-cu il tarixdə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Kəpəz rayonu, Z.Hacıyev küçəsi, ev 95, mənzil 4də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,589 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Gəncə şəhəri ərazisində daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin X2 daxil olmuş məlumat əsasında 16 fevral 2024-cü il tarixdə, saat 11:00-da Gəncə şəhər Baş Polis İdarəsinin X1 əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində yerləşən X7 yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə aparılın həmin idarənin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın ön sol cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,589 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 fevral 2024-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən Gəncə şəhəri Dəmiryolu Vağzalının qarşısında olarkən mülki geyimdə olan adını bilmədiyi 1 nəfər polis əməkdaşı ona yaxınlaşaraq, onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmış, orada adlarını bilmədiyi polis əməkdaşları onu daha artıq çəkidə narkotik vasitəni üzərinə qoyacaqları ilə hədələyib ona narkotik vasitə verərək videoçəkiliş zamanı həmin vasitənin özünə məxsus olmasını deməsini tələb etmiş, məcburiyyət qarşısında onların tələblərini yerinə yetirmiş, əslində həmin narkotik vasitə ona məxsus olmamış, polis əməkdaşları ona yalnız psixoloji təsir göstərmiş və hər hansı formada fiziki təzyiq göstərməmişlər. Təhlükəsiz şəhər kamerasına baxış keçirilərsə ifadəsində göstərilənlər öz təsdiqini tapa bilər. İstintaq zamanı onun müdafiəçisi olmamış, videoçəkiliş zamanı da müdafiəçi ilə təmin ediməmişdir. Müstəntiq Şahid3 heç vaxt görməmişdir. Barəsində tərtib edilmiş istintaq sənədlərinə qol çəksə də həmin sənədləri müstəntiq yox ona başqa şəxs imzalatmışdır. Deyilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələr qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nin, əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərliyi özü həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. 2024-cü ilin fevral ayının ortalarında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Dəmiryolu Vağzalı yaxılığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. İdarədə Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Elburus Qarayevə üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sol cibindən bir ədəd büküm çıxarıb təqdim etmiş və büküm içərsində narkotik vasitə olduğunu və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroin” elektron tərəzidə çəkilmiş, zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş, doğruluğu imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni haradan və necə əldə etməsi barədə konkret məlumatları yoxdur, eyni zamanda Təqsirləndirilən şəxs saxlanılarkən və ya polis idarəsində olarkən heç bir fiziki və ya psixoloji təzyiqə məruz qalmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş cinayət işinin ibtidai istintaqını aparmış Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı onun tərəfindən aparılmış və istintaq zamanı təqsirləndirilən şəxs ifadə verərkən, həmçinin cinayət işinin materialları ilə tanış olarkən müdafiəçisinin iştirakı ilə sənədlərlə tanış olmuş və sənədlərə imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmədə istintaq zamanı işi aparan müstəntiq kimi ona görməməsi və barəsində tərtib edilmiş istintaq sənədlərinə isə o, yox başqa bir şəxsin imza etdirməsi barədə verdiyi ifadə tamamilə yalandır. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində ifadə vermiş müdafiəçi Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai istintaqı zamanı ilkin bir gündən təqsirləndirilən şəxsin müdafiəsi onun tərəfindən həyata keçirilmiş və istintaq zamanı təqsirləndirilən şəxsin üzərinə videoçəklişlə baxışda, daha sonra ifadəsi alınarkən, həmçinin cinayət işinin materialları ilə tanış olarkən müdafiəçi kimi özü iştirak etmiş və təsirləndirilən şəxs onun iştirakı ilə sənədlərlə tanış olub onlara imza etmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında ibtidai istintaq zamanı işi aparan müstəntiqi görməməsi və barəsində tərtib edilmiş istintaq sənədlərinə isə müstəntiq, yox başqa bir şəxsin ona imza etdirməsi barədə verdiyi ifadəsi həqiqəti əks etdirmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. -“Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş və o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. -xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolundan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin İTİ-nin, TŞ-nin təhqiqatçısı, polis baş leytenantı X4, Gəncə ŞBPİ-nin NMBnin, baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, müdafiəçi Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın ön sol cibindən 1 ədəd politielin torbaya bükülmüş içərisində şəffaf rəngli və ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar kütlə çıxarıb təqdim edir. Bundan sonra diskdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan “heroinə” bənzər kütləni haradan əldə etməsini soruşuiur və sonuncu həmin kütləni Gəncə şəhərində Dəmiryolu Vağzalı yaxınlığında yerdən tapdığını söyləyir, həmçinin o narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi Şahid4 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilir və bükümlə birlikdə ümumi təmiz çəkisi 0,66 qram olur. Daha sonra həmin bükümdəki kütlə müvafiq qaydada qablaşdırılır və möhrlə möhrlənir və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2024-cü il tarixli 16/226 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,589 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə “heroindir”. Heroin temiz çəkisi-0,589 qram, tədqiqata sərf edildi-0,05 qr qalıq-0,539 Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in 1-ci siyahısına daxildir. - Məhkəmə-narkoloji ekspertizasının 04 iyun 2024-cü il tarixli 997 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 4313 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 2011 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “Opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. - Təqsirləndirilən şəxs narkotik vasitə heroini kimdən və harada əldə etməsi, həmin narkotik vasitəni hansı məqsədlə üzərində daşıması, həmin narkotik vasitəni kənar şəxslərə verib-verməməsini müəyyən etmək üçün Gəncə şəhər BPİ-nin CAİ-nə əməliyyat tapşırığı verilmiş cavaba əsasən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 1(125)- 158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. - Gəncə şəhər Məhkəməsinin 1(125)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsindən alınmış 48/2023 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin 1(125)-158/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, o, şöbədə xx.xx.2023-cü il tarixində qeydiyyata alınmış və onun cəzasının əvvəli həmin tarixdən hesablanır. Təqsirləndirilən şəxs barəsində olan 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 01 il 08 ay 19 gün hissəsini çəkmiş və cəzasının 03 ay 07 gün hissəsi çəkilməmiş qalmışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertizadan sonra qalıq hissəsi yəni, 0,539 qram çəkidə narkotik vasitə olan heroin və 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. -xx.xx.2024-cü il tarixli Gəncə şəhər Baş Polis İdarəsindən daxil olmuş 3-13-57/2- 34630/2024 nömrəli məktubdan görünür ki, Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin kameralarının yaddaşsaxlama müddəti 1 ayadək olduğundan xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Dəmiryolu vağzalının qarşısında quraşdırılmış Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinin kameralarından hər hansı görüntü əldə etmək mümkün olmamışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 04 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarının ön sağ cibindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş heroin aşkar olunaraq götürülməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən heroinin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyətinin aydındır və özünü həmin cinayət hadisəsində təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində Gəncə şəhəri Dəmiryol Vağzalı qarşısında olarkən mülki geyimdə 2 nəfər şəxs ona yaxınlaşaraq, özlərini polis əməkdaşı kimi təqdim etmiş və ona narkotik vasitəni qanunsuz olaraq, daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra onlar ona Gəncə şəhər BPİ-nə getməyi təklif etmiş, o, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmişdir. İdarəyə gəldikdən sonra hüquq və vəzifələri ona izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Ona müdafiəçi olaraq, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Şahid4 təyin edilmişdir. Ona onunla konspirativ söhbət edə bilmək üçün şərait yaradılmışdır. Bundan sonra onun üzərinə video görüntü ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığı ondan soruşulmuş, bundan sonra o əynində olan boz rəngli şalvarın ön sol cibindən 01 ədəd politilen torbaya bükülmüş içərisində qəhvəyi rəngli kütləni çıxarıb təqdim etmişdir. Daha sonra ondan həmin kütlənin içərisində nə olduğu soruşulmuş, o, isə həmin kütlənin “kokos” kimi tanıdığı narkotik vasitə olduğunu və “Vağzal” adlanan yerin yaxınlığında yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütlə aptek tərəzisi vasitəsi ilə çəkilmiş və ümumi kütləsi 0,66 qram gəlmişdir. Daha sonra həmin kütlə qablaşdırılmış və zərfə yerləşdirilmişdir. Həmin zərfin üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Ona qarşı heç bir qanunsuz hərəkət olmamış, heç kimdən şikayət və tələbi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 04 aprel 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən psixoloji zorakılığa məruz qalması həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı yerlə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59-cu və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. -Gəncə Şəhər Məhkəməsinin 1(125)-158/2023 saylı xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin 1(125)-158/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanı çəkib qurtarmadan yeni cinayət törətmişdir. Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtarmadan, yeni cinayət törətsə də, əvvəlki cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğuna görə onun əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Məhz bu səbəbdən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 67.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına, iki günə bir gün hesablanaraq, qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı və o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun ərazi üzrə narkoloji kabinetdə “Opioidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar - tədqiqatdan qalıq qalmış 0.539 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd “DVD” diski iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayəti işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci– ekspertiza tədqiqatının dəyəri olan cəmi 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 180 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 07 (yeddi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə təyin olunmuş 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar-Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədiqaqatdan sonra qalıq qalmış 0.539 qram narkotik vasitə olan heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-34/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-34/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver