Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-342/2024 10.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Yevlax rayonunda anadan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhər İH-nin MKTİB-də süpürgəçi işləyən, Gəncə şəhəri, Fərhad Əliyev küçəsi ev 4, mənzil 12-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 25 noyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “Yaşıl” aptekə pəncərəsindən qanunsuz daxil olaraq orada olan şkafın dolabından 100 manat məbləğində qəpik əskinazları, 400 manat məbləğində kağız əskinazları və aptekin digər otağından 1 ədəd 280 manat dəyərində müşahidə kamerasının “Samsung” markalı 512 GB həcmli yaddaş aparatını gizli olaraq talayıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 780 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilir. Ailəli olmaqla Gəncə şəhər İH-nin MKTİB-də süpürgəçi işləyir. 24 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixə keçən gecə o, Gəncə şəhəri Ş.İ.Xətai prospektində “Dəyirmanın dairəsi” adlalan yerin yaxınlığındakı zibilikləri axtardıqdan sonra heç nə tapmamış və qərara gəlmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Kral Petrol“ yanacaq doldurma məntəqəsinin arxasında olan boş sahəni axtarıb dəmir qırıntıları tapsın. Bundan sonra o, piyada “Dəyirman dairəsi” adlanan yerdən “Kral Petrol” yanacaq doldurma məntəqəsi istiqamətinə getmişdir. “Kral Petrol” yanacaq doldurma məntəqsinin yanına çatanda o, ara yol ilə yanacaq doldurma məntəqsinin arxasındakı boş sahəyə çıxmışdır. O, ara yol ilə boş sahəyə çıxmaq istəyən zaman “Kral Petrol” yanacaq doldurma məntəqəsinin yanında olan “Yaşıl” adlı aptekin pəncərəsinin açıq olduğunu görmüş və həmin vaxt o, aptekə daxil olub həmin aptekdən oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra o, həmin açıq pəncərədən aptekə daxil olmuşdur. Aptekə daxil olduqdan sonra o, boş otağa düşərək, dəhliz vasitəsi ilə aptekin dərman satılan otağına keçmiş və həmin otaqdakı şkafı axtarmağa başlamışdır. Şkafı axtaranda həmin şkafdan kağız pullar tapmış və həmin pulları çıbinə qoymuşdur. Bundan sonra o, dəhliz vasitəsi ilə aptekdə olan otaqların birinə keçmiş və otağı axtardıqdan sonra görmüşsür ki, otaqda kabellər qoşulan aparat var. O, kabelləri sökdükdən sonra həmin aparatı özü ilə götürüb girdiyi pəncərədən çıxmışdır. Çölə çıxdıqdan sonra o, əlində olan aparatı yaxınlıqda olan quyuya atmış və həmin yerdən uzaqlaşmışdır. Səhəri günü isə köhnə “Yevlax avtovazlı” adlanan yerdə tanımadığı və nömrəsini xatırlamadığı “Mercedes” markalı avtomobil ilə Bakı şəhərinə getmiş və təxminən bir ay Bakı şəhərində qaldıqdan sonra o, Gəncə şəhərinə qayıtmışdır. O, Bakı şəhərindən qayıtdıqdan sonra yenidən işə çıxmış və törətdiyi oğurluq hadisəsi barədə heç kimə məlumat verməmişdir. O, oğurluq zamanı aptekdən cəmi 142 manat nəğd kağız pul və müşahidə kamerasının yaddaş aparatını oğurlamış, müşahidə kamerasının yaddaş aparatını oğurluq etdiyi aptekin arxasında yerləşən boş sahədəki zibil quyusuna atmış, oğurladığı 142 manat nəğd pulu isə Bakı şəhərinə gedən zaman orada öz ehtiyacları üçün xərcləmişdir. O,aptekdən qəpik pulları oğurlamamışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ailəsi tərəfindən tam şəkildə ödənilmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Bu halları nəzərə alaraq yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “Yaşıl Aptek” adlanan apteki icarə əsasında işlədir. Həmin aptekdə satıcı kimi Şahid işləyir. 25 noyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində icarə əsasında işlətdiyi aptekdə satıcı işləyən Şahid ona zəng edərək işlətdiyi Gəncə şəhəri Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “ Yaşıl Aptek” -dən oğurluq olduğunu bildirmişdir. Həmin vaxtı o, yaşadığı ünvan 3 ünvanında yerləşən evində olmuş və dərhal Gəncə şəhərinə icarə əsasında işlətdiyi aptekə gələn həqiqətən aptekdən oğurluq olduğunu görmüşdür. O, aptekə nəzər yetirən zaman görmüşdür ki, aptekin dərmanlar satılan salonundan vitrinin arxasındakı şkafdan 100 manat dəyərində qəpik pul bundan başqa 400 manat dəyərində kağız pul və arxa otaqda müşahidə kameralarının “Samsung” markalı yaddaş aparatı DVD RAR oğurlanmışdır. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Polisin apardığı araşdırma ilə oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona 300 manat pul ödənilmişdir. Bununla belə onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə baxışı zamanı proses iştirakçılarının razılığı ilə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsindən görünür ki, o, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “Yaşıl” adlı aptekdə satıcı işləyir. 25 noyabr 2023-cü il tarixdə səhər saat 09 radələrində işə gələn zaman aptekin qapısını açıb içəri daxil olub dərmanlar olan vitrinin arxasına keçmiş və vitrinin arxasına keçən zaman görmüşdür ki, dərmanlar olan şkaf axtarılmışdır. O, 24 noyabr 2023-cü il tarixdə aptekdən çıxan zaman həmin şkafda 100 manat qəpik və 400 manat kağız pul qoymuşdur. 25 noyabr 2023-cü il tarixdə şkafa baxan zaman görmüşdür ki, şkafda həmin pullar yoxdur. Bundan sonra o, arxa otağa keçəndə görmüşdür ki, arxa otaqda olan müşahidə kamerasının yaddaş aparatı sökülüb oğurlanmışdır. O, dərhal satıcı kimi işlədiyi apteki icarə əsasında işlədən Zərərçəkmiş şəxs zəng etmiş və bir müddət keçdikdən sonra Zərərçəkmiş şəxs aptekə gəlib aptekdə baş vermiş oğurluq barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərərçəkmiş şəxs aptekə gəldikdən sonra polis əməkdaşları da gəlmiş və apteki müayinə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında 02 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. -“Baxış aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, hadisə yerinə baxış keçirilmiş və hadisə yerinin fotoları çəkilərək protokola əlavə edilmişdir. -06 may 2024-cü il tarixli “Cinayət törətməkdə şübhələnilən şəxsin tutulması haqqında” qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. -07 may 2024-cü il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərmiş və bu barədə protokol tərtib edilmişdir. -08 may 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan götünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. -xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs barədə qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və onun MSY-dən azad edilməsi qərara alınmışdır. -xx.xx.2024-cü il tarixli “Əşyaya baxış aparılması haqqında” protokoldan görünür ki, oğurlanmış “Samsung” markalı 1 ədəd yaddaş aparatına baxış keçirilmiş və fotolar çəkilərək protokola əlavə edilmişdir. -xx.xx.2024-cü il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı onun icarə əsasında işlətdiyi Gəncə şəhəri Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “Yaşıl“ aptekdən baş vermiş oğurluq zamanı 100 manat dəyərində qəpik, 400 manat kağız nəğd pul və 280 manat dəyində 1 ədəd müşahidə kamerasının “Samsung” markalı yaddaş aparatının oğurlandığını göstərmişdir. -Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 iyun 2024-cü il tarixli 3-16-16/2- 3666/2024 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən “Samsung” markalı 512 GB yaddaşlı DVR aparatının orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin noyabr ayına olan orta bazar qiytməti nəzəri hesablama yolu ilə təxminən 120.00 manat müəyyən olunmuşdur. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən alınmış əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs X1 icarə əsasında işlətdiyi Gəncə şəhəri Ş.İ.Xətai prospekti 14m ünvanında yerləşən “Yaşıl“ aptekdən oğurluq edən zaman kiminsə kömək etməsi və Gəncə şəhəri və ətraf rayonların ərazisində digər cinayətlərdə iştiraklarını müəyyən etmək mümkün olmamışdır. -Gəncə şəhər icra hakimiyyətinin 21 saylı evlər üçlüyündən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. -Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda yoxdur. -Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. -xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1 ədəd “Samsung” markalı 512 GB həcmli yaddaş aparatı maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmişə məxsus aptekdən yalnız 142 manat dəyərindən kağız pul oğurladığını və oradan qəpik pul oğurlamadığını bildirmişdir. Ona görə də təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, 24 noyabr 2023-cü il tarixdən 25 noyabr 2023-cü il tarixə keçən gecə o, oğurluq etdiyi aptekə daxil olduqdan sonra aptekin dərman satılan otağa keçmiş və həmin otaqdakı şkafı axtarmağa başlamışdır. Şakfı axtaranda həmin şkafdan qəpik pullar və kağız pullar tapmış və həmin pulları götürüb cibinə qoymuşdur. Təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, aptekdən oğurluq zamanı o, kağız pullarla yanaşı oradan qəpik pullarda oğurladığını etiraf etmişdir. Təqsirləndirilən şəxsin oğurladığı pulun miqdarına münasibətdə məhkəmə qeyd edir ki, məhkəmə, zərərçəkmiş şəxsə və şahidə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxsin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərərçəkmiş şəxsin ifadəsi, şahidin ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 177.2. Eyni əməllər: 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərərin bir qismini ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, hazırki vəziyyətdə cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri qismən ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, maddi sübut olan “Samsung” markalı 512 GB həcmli yaddaş aparatın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilən cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzi tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün on, xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzamı icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut - “Samsung” markalı 512 GB həcmli yaddaş aparatının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50(əlli) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesabAZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-342/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-342/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver