Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-345/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxs nümayəndəsi X8, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam“ qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, 13 noyabr 2023-cü il tarixdə saat 20-44 dəqiqədə "xxxx" QSCyə məxsus və həmin cəmiyyət tərəfindən verilmiş 03 noyabr 2023-cü il tarixdən 03 dekabr 2023-cü il tarixədək etibarlılıq müddəti olan etibarnamə və BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi Opel-Corsa minik markalı, sedan tipli, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı, texniki cəhətdən saz vəziyyətdə olan avtomobillə, Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə üzü «Dəyirman» dairəsi adlanan istiqamətdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksium surətin məhdudlaşdırılması yol nişanının) tələblərini pozmaqla 60 km/saata qədər məhdudlaşdırılmış yolda 90 km/saat sürətlə hərəkətdə olub,həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarını pozmaqla, həmin küçənin kəsişməsində olan Gəncə şəhəri, X14 küçəsi istiqamətinə «Dəyirman» dairəsi istiqamətindən gəlib sola dönmə hərəkəti edən sürücü xx.xx.1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 25 iyun 2023-cü il tarixdən 08 iyun 2031-ci il tarixədək etibarlılıq müddəti olan etibarnamə və B kateqoriyalı sürücülük vəsiqəsi əsasında, ayıq vəziyyətdə idarə etdiyi VAZ 21063 markalı, minik modeli, sedan tipli, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs minimal hemotoraksla müşahidə olunan sol tərəfli Vİ, Vİİ, Vİİİ, sağ tərəfli İV-V-Vİ və Vİİ qabırğaların sınıqları, sağ böyrəyin kontuziyası ilə müşayiət edilən, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına və sonuncunun avtomobilində sağ ön oturacaqda oturmuş sərnişin, 05 yanvar 1985-ci il təvəlldülü X10 qaraciyərin, dalağın, sol böyrəyin cırılması, ənsə nahiyəsinin əzilmiş yarası, sağ çiyin, sağ bazu nahiyələrinin sıyrıqları ilə müşayiət edilən, birlikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər almaqla, qarının qapalı küt travması nəticəsində qarın boşluğu orqanlarının (qaraciyərin, dalağın və sol böyrəyin) cırılmasından əmələ gələn kəskin daxili qanitirmə nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş X5 13 noyabr 2023-cü il tarixdə saat 23-35 dəqiqədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxanasında ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək öz müdafiəsi üçün dəlil gətirib ifadəsində göstərmişdir ki, hazırda Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olmaqla İİ-ci Qarabağ müharibəsində iştirak etmiş, yaralanmış və 3-cü qrup əlildir. Onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, X15-Corsa markalı, ** AB *** nömrə nişanlı avtomaşın icrayə götürüb taksi fəaliyyəti ilə məşğul olmuşdur. 13 noyabr 2023-cü il tarixdə saat təxminən 20:30 radələrində idarə etdiyi Opel-Corsa markalı,** AB *** nömrə nişanlı avtomaşınla saatda təxminən 90 km/saat sürətlə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə «Sovxoz Nizami» dairəsi deyilən ərazidən üzü «Dəyirman» dairəsi adlanan ərazi istiqamətinə hərəkətdə olarkən Ü.Hacıbəyov küçəsinin X14 küçəsi ilə kəsişməsindəki işıqfora yaxınlaşanda işıqforun işığı yaşıl olmuş və o hərəkətini dayandırmadan keçmək istədikdə görmüşdür ki, “Dəyirman dairəsi” istiqamətindən gələn VAZ 21063 markalı ** BK *** nömrə nişanlı avtomaşın onun yolundan sağ istiqamətə X14 küçəsinə dönmə etmək istəyir, ona görə özü fara işıqları vasitəsi ilə həmin avtomobilin sürücüsünə işarə vermişdir ki, dayansın dönməsin. Çünki həmin sürücü ona yol verib sonra dönmə əməliyyatı etməli idi. O, güman etmişdir ki, həmin avtomobil dayanacaq, həmin avtomaşının sürücüsü avtomobilini yavaşıdaraq saxlamaq istəmiş, lakin o artıq həmin avtomobilə çatanda sürücü hərəkətini davam etdirmiş, həmin vaxt avtomaşını asfalt yolda olan xəndəyə düşmüş və o idarəetməni itirmiş, eyni zamanda onun sol tərəfində digər nəqliyyat vasitəsi olduğundan o avtomaşınını sola çəkə bilməmiş və VAZ 21063 markalı avtomaşının sağ yan hissəsindən vurmuş və avtomaşınlar toqquşandan sonra onun avtomaşını onun yolunun sağ hissəsində səkinin üzərinə çıxıb dayanmış, VAZ 2106 markalı avtomaşın isə fırlanaraq onun qarşı hissəsində dayanmışdır. Onun avtomaşınının qabaq hissəsi tam əzilmiş, digər avtomaşının isə sağ yan hisəssi tam əzilmişdir. O, özünü pis hiss emiş və huşu özündə olmamışdır. Sonra görmüşdür ki, oraya toplaşan şəxslər təcili tibbi yardım avtomaşını çağırmış və VAZ 21063 markalı avtomaşında sağda oturan sərnişin sonradan adı ona məlum olan X5 vəziyyəti ağır olduğundan onu tez xəstəxanaya çatdırmış, onu isə tanımadığı şəxs öz avtomaşını ilə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya aparmış, o başından, bədəninin müxtəlif yerlərindən əzilmə xəsarətləri almışdır. Sonra eşitmişdir ki, Ayaz Məmmədov aldığı xəsarətlərdən ölmüşdür. Digər VAZ 21063 markalı avtomaşının sürücüsü X13 da xəsarətlər alaraq xəstəxanaya aparılmışdır. O qarşı tərəfdə hərəkətdə olan VAZ 21063 markalı avtomaşının onun hərəkət yoluna daxil olub olmayacağını düşünmədən təxminən 200-250 metr məsafədən ona fara işığı vasitəsi ilə işarə vermişdir ki, o hərəkətini dayandırsın. Ona çatmağa təxminən 45-50 metr qalmış o görmüşdür ki, VAZ 21063 markalı avtomaşın onun yoluna daxil olmaq istəyir, o istəmişdir ki, avtomaşını sola çəksin,ondan uzaqlaşsın,lakin asfalt yolda olan yamaya düşmüş və idarəetməni itirmiş,həmin vaxt artıq aralarında məsafə 2-3 metr olmuş, həm də solda digər avtomaşın olmuş,o yamadan çıxandan sonra artıq görmüşdür ki, VAZ-21063 markalı avtomaşına çatmış,artıq avtomaşın oynadığı üçün tormozlanma etməyə imkan olmamış və avtomaşınlar toqquşmuşlar. Hal-hazırda zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, digər avtomaşının sürücüsü olan zərərçəkmiş şəxslə isə çox pul istədyindən barışıq əldə edə bilməmişdir. Odur ki, müharibə veteranı olmaqla, İİİ qrup əlil olmasını və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində bildirmişdir ki, mərhum X10 onun əri olmuşdur. Ailəsi ilə birlikdə yaşayır və himayəsində 3 azyaşlı övladı vardır. Əri Ayaz heç bir yerdə işləməmiş və rayonlardan dəmir qırıntıları yığıb satmaqla məşğul olmuşdur. Əri Ayaz 13 noyabr 2023-cü il tarixdə səhər saatlarında yaşadıqları Daşkəsən şəhərindən çıxıb, Gəncə şəhərinə gəlmişdir ki, uzaq qohumları Zərərçəkmiş şəxs ilə dəmir yığsınlar. Həmin gün saat 22:00 radələrində ona qohumları telefonla məlumat vermişlər ki, əri X10 13 noyabr 2023-cü il tarixdə saat 21 radələrində Gəncə şəhər Ü.Hacıbəyov küçəsində qohumları Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 21063 markalı avtomaşında sərnişin kimi olan zaman Məhətin idarə etdiyi avtomaşın digər sürücü, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı avtomaşınla toqquşmuş, nəticədə əri X10 aldığı xəsarətlərdən Gəncə şəhər Abbas Səhhət adına xəstəxanada ölmüşdür. Həmin məlumatı alan kimi o ailə üzvləri ilə birlikdə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya gəlmiş, onlar ora çatan zaman həqiqətən də artıq əri Ayaz vəfat etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxsn ilə barımış, ona dəymiş ziyan ödənilmişdir. Odur ki, təqsirləndirlən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. X2 tanımaqla, qohumluq əlaqələri vardır. O, Ayazla birlikdə dəmir qırıntıları yığıb satmaqla məşğul olmuşdur. Onun B kateqoriyalı sürücülük vəsiqəsi və baş etibarnamə əsasında VAZ 2106 markalı, ** BK *** nömrə nişanlı avtomaşını da vardır. O, 13 noyabr 2023-cü il tarixdə saat təxminən 20 radələrində idarə etdiyi VAZ-21063 markalı, ** BK *** nömrə nişanlı avtomaşında yanında sağ ön sərnişin yerində oturmuş X10 ilə birlikdə Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ilə “Dəyirman” dairəsi adlanan ərazidən Ü.Hacıbəyov küçəsi ilə X14 küçəsinin kəsişməsi istiqamətinə saatda 30-40 km/saat sürətlə hərəkətdə olub yol kəsişməsinə yaxınlaşdıqda surəti daha da azaldıb sola X14 küçəsinə dönmə hərəkəti edərkən, “Sovxoz Nizami” dairəsi istiqamətindən üzü “Dəyirman” dairəsi istiqaməti ilə hərəkətdə olan sürücü sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı, ** AB *** nömrə nişanlı avtomaşınla onun idarə etdiyi avtomaşının sol qabaq hissəsindən vuraraq avtomaşını yolun əks istiqamətinə çevirmişdir. Sonra o özü də xəsarət aldığından huşunu itirmiş və xəstəxanada ayılmışdır. Sonradan ona məlum olmuşdur ki, Ayaz aldığı xəsarətlərdən ölmüşdür. O da qabırğaların qırığı, sağ ayağın əzniyi xəsarətlərini almışdır.O.sola dönmə hərəkətini edərkən qarşıdan gələn Opel markalı avtomaşını dəqiq görməmişdir ki, hansı məsafədədir. Ancaq ondan çox uzaqda hərəkətdə olan avtomaşınları görmüş, fikirləşmişdir ki, həmin avtomobillər ona çatana kimi o artıq dönüb gedəcəkdir. Ona görə dönmə əməliyyatını icra etmiş, lakin Opel markalı avtomaşın çox sürətlə gəldiyindən çatdırıb dönmə hərəkətini ta icra edə bilməmişdir. Hadisə zamanı işıqfor yaşıl işıqda olmuş və onun üçün yol açıq olmuşdur. Dəymiş bütün ziyanı oğlu X11 çəkmiş və təqsirləndirilən şəxs ona dəymiş ziyandan ödəniş etmədiyi üçün onlar arasında barışıq əldə olunmamışdır.Odur ki, təqsirləndirilən şəxsə qanuna uyğun cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhər DYPŞnin yol patrul xidməti inspektoru vəzifəsində işləyir. 2023-cü il tarixdə dəqiq xatırlamadığı vaxtda Gəncə şəhər Üzeyir Hacıbəyov küçəsi ilə Gəncə şəhəri, X14 küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermiş və o, həmin ərazidə xidmət aparan yol patrul xidməti inspektoru, polis serjantı Şahid2 ilə birlikdə YPX avtomobili ilə dərhal hadisə yerinə getmidir.Hadisə yerində məlum olmuşdur ki, bir neçə dəqiqə əvvəl sürücü sonradan adı ona məlum olan Opel-Costra markalı avtomaşının sürücüsü Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə «Nizami Sovxoz» dairəsi adlanan ərazidən üzü həmin küçə ilə «Dəyirman» dairəsi adlanan istiqamətdə hərəkətdə olan zaman onunla qarşı-qarşıya «Dəyirman »dairəsi istiqamətindən gələn VAZ 21063 markalı avtomaşınla, Gəncə şəhər, X14 küçəsi istiqamətinə dönmə edərkən toqquşmuşdur. Hər iki avtomaşın hadisə yerində olmuş və yararsız,əzilmiş vəziyyətdə olmuşdur. Hər iki sürücünü və sərnişini xəsarət aldıqları üçün artıq xəstəxanaya aparmışlar. Hadisə yerinə Gəncə şəhər Baş Polis İdarəsindən müstəntiq gələrək onların iştirakı ilə hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkilmiş, sxem tərtib edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Vaz 2106 markalı avtomaşında olan sərnişin aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid Gəncə şəhər Baş Polis İdarəsinin X22 X18 Xidməti inspektoru, polis serjantı Şahid2 ifadəsində digər Şahid1 ifadəsindəki xüsusatları təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 13 noyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə Gəncə şəhər BPİ-nin DYPŞ-nin YPX-nin əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri, Üzeyir Hacəbəyov küçəsi ilə X14 küçəsinin kəsişməsində baş vermişdir. Hadisə baş verən yol asfalt örtüklü, hamar, düz və üfüqi olmaqla hadisə baş verən zaman quru vəziyyətdə olmuşdur. Yolun ümumi eni 30 metrdir, yol iki istiqamətlidir, hər iki hərəkət hissəsini bir-birindən ayıran zolaq yoxdur.Hadisə axşam saat 20:44 dəqiqədə baş verməklə hava qaranlıq olmuş, yolun hərəkət hissəsi sol və sağ tərəfdən işıqlarla işıqlanıdırılmışdır. Yolun hərəkət hissəsinin sağ və sol tərəfində yaşayış evləri,qeyri yaşayış obyektləri,mağazalar vardır. Yolun hərəkət hissəsi yol nişanları ilə tənzimlənmir. Zolaqlı xətlər yoxdur. Yolun kəsişməsində işıqforlar vardır və işlək vəziyyətdədir.Yolun kəsişməsində Gəncə şəhər BPİ-nin TŞX-nin kamerası quraşdırılmışdır. Hadisə baş verən yerdə piyadaların keçidi üçün zolaq yoxdur. Opel-Corsa markalı, ** AB *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və VAZ 21063 minik markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya aparılmışlar. Hadisə yerində tormoz izləri aşkar edilməmişdir. Yol-nəqliyyat hadisəsi zamanı avtomobillər saz vəziyyətdə olmuş,Opel- Corsa markalı avtomaşında sərnişin olmamış, VAZ 2106 minik markalı, 22BK 926 dövlət qeydiyyat nömrə nişanlı avtomaşında bir nəfər sərnişin olmuş, ön oturacaqda sürücünün yanında oturmuş, hadisə nəticəsində o da xəsarət almış və xəstəxanaya aparılmışdır. Hər iki avtomaşın əzilmiş vəziyyətdədir. Opel-Corsa markalı avtomaşının ön hissəsi, VAZ 21063 markalı avtomaşının sağ yan hissəsi tam əzilmişdir. Avtomaşınlarda əlavə yük olmamış, baqaj hissələri boş olmuşdur. Bu barədə protokol tərtib edilmiş, yol-nəqliyyat hadisəsinin sxemi, fotoşəkilləri çəkilmişdir. “Məhkəmə-kimyəvi ekspertizasının 21 noyabr 2023-cü il tarixli, 4113 A/K saylı və 21 noyabr 2023-cü il tarixli, 4157 A/K saylı rəylərindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar olunmamışdır. Məhkəmə-kimya şöbəsinə tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğundan narkotik maddələrin təyinatını aparmaq mümkün olmamışdır. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 4 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə-tibb ekspertizasının 14 noyabr 2023-cü il tarixli, 92 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edildi: qaraciyərin, dalağın, sol böyrəyin cırılması, ənsə nahiyəsinin əzilmiş yarası, sağ çiyin, sağ bazu nahiyələrinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın/əşyaların/təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə,yəni 14 noyabr 2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb qarının qapalı küt travması nəticəsində qarın boşluğu orqanlarının (qaraciyərin, dalağın və sol böyrəyin) cırılmasından əmələ gələn kəskin daxili qanitirmə olmuşdur. X1 bədənində müəyyən edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə,baş vermiş yol-nəqliyyat hadisəsi əmələ gələ bilər. Məhkəmə-tibb ekspertizasının 8 dekabr 2023-cü il tarixli, 1875 nömrəli rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- minimal hemotoraksla müşahidə olunan sol tərəfli Vİ,Vİİ,Vİİİ, sağ tərəfli İV, V, Vİ və Vİİ qabırğalarının sınıqları, sağ böyrəyin kontuzisayı küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərlər, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəaritdə,yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1754 saylı rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət müəyyən edilmədi. Məhkəmə-yol-nəqliyyat hadisəsi ekspertizasının 30 dekabr 2023-cü il tarixli 8/3733 nömrəli rəyindən görünür ki, VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Opel markalı avtomobili hərəkət surəti 3.24 «Maksium surətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksium surətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. 01 dekabr 2023-cü il tarixli və 21 yanvar 2024-cü il tarixli əlavə DVD diskə baxış keçirilməsi haqqında protokollardan görünür ki, hadisə yeri Gəncə şəhəri, Üzeyir Hacəbəyov küçəsi ilə X14 küçəsinin kəsişməsidir. Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-2106 markalı, ** BK *** nömrə nişanlı avtomaşınla 13 noyabr 2023-cü il tarixdə saat 20-44 dəqiqədə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə «Dəyirman dairəsi» adlanan ərazidən üzü «Sovxoz Nizami» dairəsi istiqamətinə hərəkət edir, Üzeyir Hacəbəyov küçəsi ilə X14 küçəsinin kəsişməsində işıqforun yaşıl işığında iki tərəfli hərəkət yolunda sola doğru X14 küçəsinə dönmə edir, avtomaşının qabaq hissəsi X14 küçəsinə daxil olduğu anda Təqsirləndirilən şəxs idarə etdiyi Opel-Corsa markalı, ** AB *** nömrə nişanlı avtomaşınla Ü.Hacıbəyov küçəsində «Sovxoz Nizami»dairəsi istiqamətindən üzü «Dəyirman » dairəsi istiqamətinə düzünə hərəkət edərkən onun yoluna daxil olmuş VAZ 2106 markalı ** BK *** nömrə nişanlı avtomaşının sağ yan orta hissəsindən vurur və avtomaşını kənara atır. VAZ 2106 markalı ** BK *** nömrə nişanlı avtomaşın yol ayrıcına daxil olaraq sola dönməyə başladığı andan toqquşmaya kimi 3 saniyə vaxt keçir. Baxış zamanı “Toshiba” markalı komputerdən istifadə edilmiş,protokol tərtib edilmişdir. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 575/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 118 464 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən, xx.xx.2023-cü il tarixədək verilmişdir. Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Gəncə şəhər İcra Hakimiyyəti Başçısının 4 nömrəli xidməti sahəsindən alınmış xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Gəncə rayonlar arası Narkoloji dispanserindən alınmış 01 fevral 2024-cü il tarixli, 520 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə rayonlar arası Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 41 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilı F07.0” diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Ambulator-məhkəmə-psixitarik-psixoloji ekspertizasının 05 mart 2024-cü il tarixli, 155 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı ambulator məhkəmə psixiatrik-psixoloji ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gəlmək mümkün olmadığından diaqnozun və psixi-psixoloji vəziyyətinnin dəqiqləşdirilməsi, qoyulmuş suallara cavab almaq məqsədi ilə Təqsirləndirilən şəxs Stasionar Məhkəmə-X4 göndərilməsi zəruridir. Kompleks-stasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli 68 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs üzvi mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəksədə qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməllərini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs təqsirləndirilidiyi cinayət əməllərinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlaınlan şəxs Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı güclü ruhi həyacan vəziyyətində, fizioloji və kumulyativ affekt halında olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. M/V 115447 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Travma Haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ərazi bütövlüyü uğrunda Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfdən açılan atəş nəticəsində “Kontuziya nəticəsində retroqad amneziya” diqanozu xəsarəti almışdır. Əlillik haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstituiya quruluşunun müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlillik almışdır. 9 nömrəli xidmət sahəsi tərəfindən və Gəncə Dövlət Universiteti tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs idarə etdiyi Vaz-21063 minik markalı sedan tipli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi Opel Corsa minik markalı sedan tipli 20AB221 dövlət qeydiyyat nişanlı avtomobil, Gəncə şəhəri,Üzeyir Hacıbəyov küçəsində olan Gəncə şəhər BPİ-nin TŞK-nın videonəzarət kamerasından götürülmüş, içərisində 13 noyabr 2023-cü il tarixdə saat 22-44 dəqiqədə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsi ilə X14 küçəsinin kəsişməsində qeydə alınmış görüntülər olan 1 ədəd DVD iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, avtombillər sahiblərinə qaytarılmış və 1 ədəd DVD disk həcmi kiçik olduğundan cinayət işi materiallarına əlavə edilmişdir. Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-273/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs cinayət işindən ayrılmış digər cinayət işi üzrə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, eyni zamanda ekspertiza tədqiqatı dəyəri olan 128 manat pulun Zərərçəkmiş şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilımişdir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o qarşı tərəfində hərəkətdə olan VAZ 21063 markalı avtomaşının onun hərəkət yoluna daxil olub olmayacağını düşünmədən təxminən 200-250 metr məssafədən ona fara işığı vasitəsi ilə işarə vermişdir ki, o hərəkətini dayandırsın. Ona çatmağa təxminən 45-50 metr qalmış o görmüşdür ki, VAZ 21063 markalı avtomaşın onun yoluna daxil olmaq istəyir, o istəmişdir ki, avtomanı sola çəksin, ondan uzaqlaşsın, lakin asfalt yolda olan yamaya düşmüş və idarəetməni itirmiş, həmin vaxt artıq aralarında məsafə 2-3 metr olmuş, həm də solda digər avtomaşın olduğundan, o yamadan çıxandan sonra artıq görmüşdür ki, VAZ-21063 markalı avtomaşına çatmış, artıq avtomaşın oynadığı üçün tormozlanma etməyə imkan olmamış və avtomaşınlar toqquşmuşlar. Hərkət surəti 90 km olsa da hadisənin baş verməsinə səbəb VAZ-21063 markalı avtomobilin onun qarşısına çıxması olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə münasibətdə qeyd edir ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; Həmin qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 4-cü bəndində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti şəraitini, nəqliyyat vasitəsinin və yükün xüsusiyyətlərini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən edilmiş məhdudiyyətdən artıq olmayan sürətlə idarə etməlidir Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 dekabr 2023-cü il tarixli 8/3733 nömrəli rəyindən görünür ki, VAZ 2106 markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Opel markalı, ** AB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Opel markalı avtomobili hərəkət surəti 3.24 «Maksium surətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda, 90 km/saat surətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksium surətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi ifadəsini özünü müdafiə xarekterli olmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qəbul edir. Beləliklə, cinayət işinin istintaq sənədləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi iş üzrə toplanmış sübutlarla, şahidlərin ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, hadisə yerinə baxış protokolu, ekspertiza rəyi və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 may 2006-cı il tarixli, həmçinin də həmin Məhkəmənin Plenumunun “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarlarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır, həmin maddənin İİİ-cü hissəsində isə göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Van de Hurk Niderlanda qarşı» işi üzrə xx.xx.1994-cü il tarixli qərarında isə məhkəmə qeyd edir ki, təqdim edilmiş arqumentlər işin nəticəsi üçün önəmlidirsə məhkəmə həmin arqumentlə bağlı mövqeyini konkret olaraq əsaslandırmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin digər bir qərarında yəni, «Kondraşinanın Rusiya Federasiyasına qarşı işi üzrə» qərarında isə məhkəmə qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aililiyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidir ki, o mübahisə edilməsin. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Bundan başqa «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin 2-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərərçəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli və.s kimi vəzifələri müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə hadisələrin təsadüfü axırı zəmnində ehtiyatsızlıqdan cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, İİ Qarabağ müharibəsi veteranı olmaqla, İİİ qrup əlil olmasını, “üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, özünə xəsarət hərəkətləri ilə” xəstəliyindən əziyyət çəkməsini, yaşayış və təhsil yeri üzrə müsbət xarekterizə edilməsini Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, onun cəzasını yüngülləşdirən halların olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs idarə etdiyi Vaz-21063 minik markalı sedan tipli **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Corsa minik markalı sedan tipli 20AB221 dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalı, Gəncə şəhəri,Üzeyir Hacıbəyov küçəsində olan Gəncə şəhər BPİ-nin TŞK-nın videonəzarət kamerasından götürülmüş, içərisində hadisənin görüntüləri olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, eyni zamanda 128 manat (yüz iyirmi səkkiz) pulun hazırkı cinayət işindən ayrılmış digər bir cinayət işi üzrə Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-273/2024 saylı hökmü ilə həll edilməsi nəzərə alınmalıdır (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs idarə etdiyi Vaz-21063 minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi Opel Corsa minik markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın, hadisənin görüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 manat (yüz iyirmi səkkiz) pulun hazırkı cinayət işindən ayrılmış digər bir cinayət işi üzrə Gəncə şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-273/2024 saylı hökmü ilə həll edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 60 (altmış) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-345/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-345/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver