Məhkəmə qərarları › İş №1(125)-35/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-35/2024

30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-35/2024 30.04.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamış və qanunsuz olaraq döyüş sursatını əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan gündə Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsi, 1-ci döngə, ev 17-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsi, 1-ci döngədə yerləşən 17 saylı evindən müxtəlif vaxtlarda vahid niyyətlə qapının kilidini açma və evin ikinci mərtəbəsində yerləşən pəncərəsini sındırıb qanunsuz olaraq içəri daxil olma yolu ilə evin birinci mərtəbəsində yerləşən mətbəxindən, qonaq otağından, ikinci mərtəbəsində yerləşən yataq otağından 200 (iki yüz) manat dəyərində bir ədəd tozsoranı, 50 (əlli) manat dəyərində bir ədəd saç fenini, 80 (səksən) manat dəyərində bir ədəd şirəli qazan dəstini, 170 (yüz yetmiş) manat dəyərində 1 ədəd sadə qazan dəstini, 300 (üç yüz) manat dəyərində 2 dəst çay servisini, 500 (beş yüz) manat dəyərində təxminən 100-dən artıq müxtəlif növ boşqablarını, 400 (dörd yüz) manat dəyərində 4 dəst çay üçün stəkanları, 300 (üç yüz) manat dəyərində qaşıq, çəngəl və bıçaq dəstlərini, 100 (yüz) manat dəyərində Tefal markasından olan bir dəst qazanı, 100 (yüz) manat dəyərində 4 ədəd metal ləyəni, 600 (altı yüz) manat dəyərində xrustal qab dəstlərini, 80 (səksən) manat dəyərində 4 ədəd dəmir tavanı, 500 (beş yüz) manat dəyərində müxtəlif növ meyvə və qənd qablarını, 150 (yüz əlli) manat dəyərində 03 ədəd yataq dəstini, 200 (iki yüz) manat dəyərində dəsmal dəstlərini, 100 (yüz) manat dəyərində bir top parçanı, 100 (yüz) manat dəyərində paltar asılqanını, 100 (yüz) manat dəyərində 5 bağlama Kent markalı siqaretləri, 150 (yüz əlli) manat dəyərində bir ədəd mis samovarı, 200 (iki yüz) manat dəyərində divan və kreslo üzlüklərini, 15 (on beş) manat dəyərində bir ədəd şirniyyat bişirən cihazı, 50 (əlli) manat dəyərində bir ədəd termosu, yaşadığı evin qonaq otağında olan divanın yük yerindən ümumi dəyərləri 250 (iki yüz əlli) manat olan işlənmiş bir ədəd kişi qış ayaqqabısı, 1 ədəd qadın qış ayaqqabısı, bir ədəd qadın dikdaban ayaqqabısını, ümumi dəyəri 30 (otuz) manat olan müxtəlif növ mismar və vintləri və 150 (yüz əlli) manat dəyərində bir ədəd mis məcməyini, həmin evin zirzəmisindən isə 1 ədəd 60 (altmış) manat dəyərində dreli, bir ədəd 80 (səksən) manat dəyərində perforatoru, 1 ədəd 70 (yetmiş) manat dəyərində laqondanı, 2 ədəd sovet istehsalı olan işlənmiş dəyəri 80 (səksən) manat olan paltaryuyanı, 1 ədəd təzə vəziyyətdə 120 (yüz iyirmi) manat dəyərində mis samovarı, 1 ədəd 100 manat dəyərində məcməyini, 1 ədəd təxmini dəyəri 10 (on) manat dəyərində vedrəni, 1 ədəd alüminium materialından olan təxmini dəyəri 10 (on) manat dəyərində aşsüzəni, 1 ədəd mis materialından olan 30 (otuz) manat dəyərində aşsüzəni, 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan alüminium ləyənləri, 1 ədəd iri ölçülü 30 (otuz) manat olan alüminium qazanı, 1 ədəd 100 (yüz) manat olan kiçik ölçülü qaynaq cihazını, 15 ədəd təzə ümumi dəyəri 150 (yüz əlli) manat olan kilidli qapı tutacaqlarını, 1 ədəd üzərində olan hidraforla birlikdə dəyəri 60 manat olan “Marqus” markalı su matorunu, 1 ədəd 160 (yüz altmış) manat dəyərində alət çantasını, 1 ədəd 50 (əlli) manat dəyərində kabab çəkmək üçün manqalı, həmin manqala aid ümumi dəyəri 25 (iyirmi beş) manat olan paslanmayan materialdan hazırlanmış 15 ədəd şişi, 1 ədəd 30 (otuz) manat olan neftlə işləyən bəzəkli lampanı, 1 ədəd taxta materialından olan 100 (yüz) manat dəyərində divar saatını, 150 (yüz əlli) manat dəyərində müxtəlif növ boşqab dəstlərini, 1 ədəd təxmini dəyəri 30 (otuz) manat olan mis qaşığı, 1 ədəd 10 (on) manat əyərində iri ölçülü taxta qaşığı, 1 ədəd 40 manat dəyərində rezin borunu, 1 ədəd 30 manat dəyərində meyvə şirəsi çəkən cihazı, 1 ədəd 20 (iyirmi) manat dəyərində vannanı, 1 ədəd 20 (iyirmi) manat dəyərində əl arabasını, ümumi dəyəri 50 (əlli) manat olan müxtəlif növ metal boruları, 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan kişi poluverini, iki ədəd ümumi dəyəri 70 (yetmiş) manat olan çılçırağı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 6760 manat məbləğində maddi ziyan vurmaqla gizli şəkildə talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 əmlakını hüquqazidd, əvəzsiz ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan etibarlı münasibətdən istifadə edərək xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, X19 adlanan ərazidə sonuncudan 1200 manat dəyərində Huawei P30 Pro markalı mobil telefonu yalan vədlər verərək danışmaq adı ilə alıb oradan uzaqlaşmaqla ələ keçirərək ümumilikdə zərər çəkmiş şəxsə 1200 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 24 yanvar 2022-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsi, 1-ci döngə, ev 17-də yaşayan Zərərçəkmiş şəxs1 məxsus Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsi, 1-ci döngədə yerləşən 17 saylı evdən bir ədəd böyük su qızdırıcı, 2 ədəd plastik pəncərə, bir ədəd plastik qapı və hamam otağına aid su kranını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 600 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,503 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan asetilə edilən tiryək əldə edib üstündə saxlayaraq daşımış, 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ƏÇPA-nın 7-ci Patrul Bölüyünün polis nəfərləri tərəfindən şübhəli bilinərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi Əfsun şadlıq sarayının qarşısında saat 18:45 dəqiqədə saxlanılaraq 19:00 radələrində 32-ci Polis Bölməsinə gətirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0.503 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, hücum təyinatlı qəlpəli, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən “RQD-5” əl qumbarasının gövdəsi və beş ədəd qəlpəli “F-1, RQ-42, RQD-5” əl qumbara gövdəsinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadə üçün yararlı “UZRQM” alışdırıcısını əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evdə saxlamış, 02 dekabr 2022-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində yaşadığı ünvan 2 ünvanında yerləşən evə baxış keçirilən zaman evin birinci mərtəbəsində yerləşən otaqlarından 1 ədəd zavod üsulu ilə istehsal edilmiş, hücum təyinatlı qəlpəli, təyinatı üzrə istifadəyə yararlı, döyüş sursatı hesab edilən “RQD-5” əl qumbarasının gövdəsi və beş ədəd qəlpəli “F-1, RQ-42, RQD-5” əl qumbara gövdəsinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, təyinatı üzrə istifadə üçün yararlı “UZRQM” alışdırıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dayısı arvadıdır. Dayısı arvadının yaşadığı evlə, onun yaşadığı ev eyni həyətdə yerləşir və onların bir giriş darvazası vardır. Zərərçəkmiş şəxs1 qızı Bakı şəhərində tələbə olduğuna görə Bakı şəhərində qızı ilə birlikdə yaşamış və onun yaşadığı evə bacısı Mətanət nəzarət etmişdir. O işsiz olduğundan anası isə insult xəstəsi olduğuna görə müəyyən dərmanlar almaq üçün pula ehtiyacı yaranmışdır. Buna görə də 2021-ci ilin noyabr ayının sonlarında dayısı arvadı Lətafət ünvan 3 ünvanında yerləşən evdən oğurluq edərək pul əldə etmək fikrinə düşmüşdür. Həmin vaxt o 2021-ci ilin noyabr ayının sonlarında gününü dəqiq xatırlamadığı vaxtda Zərərçəkmiş şəxs1 məxsus evin birinci mərtəbəsində yerləşən pəncərəsindən evə daxil olmuşdur. Evə baxdıqda evin əşyalarının mətbəxə və evin ikinci mərtəbəsində yerləşən yataq otağına yığıldığını görmüşdür. Bundan sonra o təxminən bir həftə ərzində həmin əşyaları hissə-hissə daşıyaraq Gəncə şəhərində Əttarlar küçəsində yerləşən ikinci əl əşyaların alqı-satqısını həyata keçirən Lidiya adlı qadına satmağa başlamışdır. O Lətafətə məxsus evdən oğurladıqları əşyaları tam olaraq xatırlamır, həmin əşyaların içərisində samovar, qazanlar, alüminium materialından olan ləyənlər, bıçaq dəsti, həmçinin qazan, qab-qacaq dəstləri, boşqablar, servislər, elektrik avadanlıqları, pal-paltarlar, bir neçə qutu siqaret olmuş və o həmin əşyaları evdən götürərək oğurlamışdır. Həmçinin o evin zirzəmisindən direl, perefrator, laqonda, köhnə paltaryuyan maşınlar, aliminum qazanlar və digər qabqacaqlar oğurlamışdır. O qab-qacaq dəstlərini Lidiya adlı qadına, qalan direl, laqonda, perfarator kimi əşyaları isə Gəncə şəhəri, Avtozavod yoluna apararaq tanımadığı şəxsə satıb bir miqdar pul əldə etmişdir. Həmin əşyaları o bir neçə dəfə hissə-hissə oğurlamışdır. Həmin əşyaları Lidiya adlı qadına şəxsiyyətini təsdiq edən sənəd əsasında sataraq ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı əşyaları satdıqdan sonra təxminən 500 manat dəyərində pul əldə etmişdir. Həmin pulun bir hissəsini anasının dərmanlarına, yerdə qalan hissəsini isə özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan başqa, o digər Zərərçəkmiş şəxs2 bir neçə ildir ki, tanıyır. Vüsal Gəncə şəhəri “X19” adlanan ərazidə yerləşən mağazada stamotoloji alətlərin satışı ilə məşğul olur və onunla yoldaşlıq münasibətləri olmuşdur. xx.xx.2021-ci il tarixdə saat təxminən 14 radələrində Vüsalın işlədiyi mağazaya getmiş və telefonunda konturu olmadığı üçün onun istifadə etdiyi mobil telefon ilə danışmaq istədiyini bildirmişdir. Vüsal da həmin vaxt özünə məxsus Huawei P30 Pro markalı mobil telefonunu danışmaq üçün vermişdir. O telefonu Vüsaldan aldıqdan sonra danışırmış kimi görüntü yaradaraq telefonu qulağına tutub mağazadan çıxmışdır. Mağazadan çıxan zaman Vüsalın fikrinin yayındığını görmüş və ona fikir vermədiyini müəyyən etmişdir. Həmin vaxt onun məqsədi Vüsala məxsus telefonla danışmaq deyil, həmin telefonu onu aldadaraq ələ keçirmək olmuşdur. Həmin vaxt Vüsalın onun dalınca çölə çıxmadığını gördükdən sonra telefonu özü ilə götürərək oradan uzaqlaşıb yaşadığı evə gəlmişdir. Həmin vaxt o qeyri-rəsmi ərarvad münasibətində yaşadığı Diana adlı qıza dostuna məxsus telefonu satmaq lazım olduğunu demiş və Diana ilə birlikdə Vüsala məxsus Huawei P30 Pro markalı mobil telefonu həmin gün Gəncə şəhəri, Mərkəzi Univermaq adlanan yerdə Ramin adlı şəxsə 100 manata satmışdır. Həmin şəxsə isə telefonun özünə məxsus olduğunu pula ehtiyacı olduğu üçün satdığını demişdir. Bundan sonra pula ehtiyacı olduğu üçün yenidən Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmək qərarına gəlmiş və Lətafətə məxsus evə daxil olaraq həmin evdə olan su qızıdrıcısını, 2 ədəd plastik pəncərəni, bir ədəd plastik qapını və su kranını oğurlayıb tanımadığı taksi avtomobili ilə Avtozavod yolunda tanımadığı şəxsə 200 manata satıb həmin pulu da ehtiyaclarına xərcləmişdir. Həmçinin, o əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. 19 sentyabr 2022-ci il tarixdə saat təxminən 18-19 radələrində Bakı şəhəri, Suraxanı rayonu Qaraçuxur qəsəbəsində “Əfsun” şadlıq sarayının qarşısında olan vaxtı polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitə istifadə edilməsində və saxlanılmasında şübhəli olduğunu bildirərək onu Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə getmiş və orada inzibati otaqların birində hüquq və vəzifələri ona izah olunduqdan sonra müdafiəçi ilə təmin olunmuş, bundan sonra polis əməkdaşları tərəfindən video çəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl polis əməkdaşları tərəfindən ona üzərində qeyri qanuni hər hansı bir əşya və ya predment varsa könüllü olaraq təqdim etməsi təklif olunmuş o, da əynində olan cins şalvarının sağ yan cibində saxlayaraq daşıdığı bir büküm narkotik vasitə tiryəki çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümə baxış keçirmiş, elektron tərəzidə çəkmiş və qablaşdırmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilən zaman saxlanılması və ya daşınması qadağan edilmiş başqa hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Sonra protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Bundan başqa ona məxsus ünvan 4 ünvanında 1 ədəd qumbara, həmin qumbaranın alışdırıcıları və tapança patronunun gilizləri olmuşdur. Həmin qumbara, onun alışdırıcısını və gilizləri o, 2021-ci ilin yay aylarında yaşadığı evin damından tapmış və həmin vaxtdan etibarən yaşadığı evdə saxlamışdır. Həmin sursatlar onun rəhmətə getmiş atası X3 məxsus olmuşdur. O həmin sursatları polis orqanına təhvil vermək istəsə də məhkumluğu olduğu üçün tutulacağını düşünərək təhvil verməkdən çəkinmişdir. xx.xx.2022-ci il tarixdə inzibati qaydada həbs edilmiş və Gəncə şəhər BPİ-nin X15 saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə X4 zaman ora gələn polis əməkdaşı tərəfindən ona hüquqları izah olunmuş və yaşadığı evdə silah sursat saxlamağı barədə şübhəli olduğu ona bildirilmişdir. Daha sonra o yaşadığı ünvan 4 ünvanında saxladığı qumbara, onun alışdırıcıları və gilizlər barədə məlumat verib təqdim etmək istədiyini demişdir. Bundan sonra isə yaşadığı ünvan 5 ünvanına baxış keçirilmişdir. Baxış zamanı evin 1-ci mərtəbəsində olan güzgülü dolabın siyirməsindən dəmir qutunun içərisində 1 ədəd qumbara və 1 ədəd alışdırıcısı, bundan sonra isə digər otaqda olan dolabın siyirməsində polietilen torbada 4 ədəd qumabara alışdırıcısı və 8 ədəd tapança patronun gilizi aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin sursatlara baxış keçirilərək qablaşdırılıb üzəri möhürlənmiş və sənədləşmə aparılmışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 20 manat pul müqabilində tanımadığı şəxsdən almışdır. Sonda əməlindən səmimi peşman olmasını, dəymiş ziyanın tam olaraq ödənilməsini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ünvan 6 ünvanda təxminən 4 ildir ki, yaşamır. Hal-hazırda Bakı şəhərində iki qızı ilə birlikdə yaşayır, orada da işləyir. Gəncə şəhərində yerləşən ünvanda yaşamasa da, qızlarına alıb yığdığı cehizlik ev əşyalarını orada saxlarmışdır. Həmin 17 saylı ünvan həyət evidir və orada iki ədəd ev yerləşir. Digər evdə isə baldızı X7 oğlu Təqsirləndirilən şəxs ilə birlikdə yaşamışdır. O, Bakı şəhərində yaşadığı üçün evinə nəzarət etməsini bacısı Şahid5 xahiş etmişdir. Mətanət 2-3 gündən bir onun Gəncə şəhərində yerləşən evinə gedərək nəzarət edir. xx.xx.2021-ci il tarixindən Mətanət Bakı şəhərinə şəxsi işləri ilə əlaqədar olaraq getmiş və həmin dövrdə evə nəzarət etməsi mümkün olmamışdır. xx.xx.2021-ci il tarixində Mətanət ona zəng edərək evindən oğurluq olduğunu söyləmiş və o da baş verənlərlə bağlı xx.xx.2021-ci il tarixində ünvan 8 ünvanda yerləşən özünə məxsus evinə gəlmişdir. Evə gəldikdə ona məlum olmuşdur ki, evinin ikinci mərtəbəsindəki pəncərəni qırma yolu ilə içəri daxil olunmuş, ikinci mərtəbənin pəncərəsinə çardağın üstündən çıxılmışdır. O dərhal ona məxsus evdə oğurluq olmasını İlqardan bilmişdir. Çünki İlqar onun evində olan əşyaların dəqiq yerini və sayını bilmişdir. Evə baxış keçirən zaman ona məlum olmuşdur ki, evinin birinci mərtəbədə yerləşən mətbəxindən, qonaq otağından, ikinci mərtəbədə yerləşən yataq otağından 200 (iki yüz) manat dəyərində bir ədəd tozsoran, 50 (əlli) manat dəyərində bir ədəd saç feni, 80 (səksən) manat dəyərində bir ədəd şirəli qazan dəsti, 170 (yüz yetmiş) manat dəyərində 1 ədəd sadə qazan dəsti, 300 (üç yüz) manat dəyərində 2 dəst çay servisi, 500 (beş yüz) manat dəyərində təxminən 100-dən artıq müxtəlif növ boşqabları, 400 (dörd yüz) manat dəyərində 4 dəst çay üçün stəkanlar, 300 (üç yüz) manat dəyərində qaşıq, çəngəl və bıçaq dəstləri, 100 (yüz) manat dəyərində Tefal markasından olan bir dəst qazan, 100 (yüz) manat dəyərində 4 ədəd metal ləyən, 600 (altı yüz) manat dəyərində xrustal qab dəstləri, 80 (səksən) manat dəyərində 4 ədəd dəmir tava, 500 (beş yüz) manat dəyərində müxtəlif növ meyvə və qənd qabları, 150 (yüz əlli) manat dəyərində 03 ədəd yataq dəsti, 200 (iki yüz) manat dəyərində dəsmal dəstləri, 100 (yüz) manat dəyərində bir top parça, 100 (yüz) manat dəyərində paltar asılqanı, 100 (yüz) manat dəyərində 5 bağlama Kent markalı siqaretlər, 150 (yüz əlli) manat dəyərində bir ədəd mis samovar, 200 (iki yüz) manat dəyərində divan və kreslo üzlükləri, 15 (on beş) manat dəyərində bir ədəd şirniyyat bişirən cihaz, 50 (əlli) manat dəyərində bir ədəd termos, yaşadığı evin qonaq otağında olan divanın yük yerindən ümumi dəyərləri 250 (iki yüz əlli) manat olan işlənmiş bir ədəd kişi qış ayaqqabısı, 1 ədəd qadın qış ayaqqabısı, bir ədəd qadın dikdaban ayaqqabısı, ümumi dəyəri 30 (otuz) manat olan müxtəlif növ mismar və vintlər və 150 (yüz əlli) manat dəyərində bir ədəd mis məcməi oğurladığını aşkar etmişdir. Daha sonra isə yaşadığı evin zirzəmisinə baxış keçirmiş və baxış keçirən zaman oradan 1 ədəd 60 (altmış) manat dəyərində drel, bir ədəd 80 (səksən) manat dəyərində perforator, 1 ədəd 70 (yetmiş) manat dəyərində laqonda, 2 ədəd sovet istehsalı olan işlənmiş dəyəri 80 (səksən) manat olan paltaryuyan, 1 ədəd təzə vəziyyətdə 120 (yüz iyirmi) manat dəyərində mis samovar, 1 ədəd 100 manat dəyərində məcməyi, 1 ədəd 10 (on) manat dəyərində vedrə, 1 ədəd alüminium materialından olan 10 (on) manat dəyərində aşsüzən, 1 ədəd mis materialından olan 30 (otuz) manat dəyərində aşsüzən, 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan alüminium ləyənlər, 1 ədəd iri ölçülü 30 (otuz) manat olan alüminium qazan, 1 ədəd 100 (yüz) manat olan kiçik ölçülü qaynaq cihazı, 15 ədəd təzə ümumi dəyəri 150 (yüz əlli) manat olan kilidli qapı tutacaqları, 1 ədəd üzərində olan hidraforla birlikdə dəyəri 60 manat olan “Marqus” markalı su matoru, 1 ədəd 160 (yüz altmış) manat dəyərində alət çantası, 1 ədəd 50 (əlli) manat dəyərində kabab çəkmək üçün manqal, həmin manqala aid ümumi dəyəri 25 (iyirmi beş) manat olan paslanmayan materialdan hazırlanmış 15 ədəd şiş, 1 ədəd 30 (otuz) manat olan neftlə işləyən bəzəkli lampa, 1 ədəd taxta materialından olan 100 (yüz) manat dəyərində divar saatı, 150 (yüz əlli) manat dəyərində müxtəlif növ boşqab dəstləri, 1 ədəd dəyəri 30 (otuz) manat olan mis qaşıq, 1 ədəd 10 (on) manat dəyərində iri ölçülü taxta qaşıq, 1 ədəd 40 manat dəyərində rezin boru, 1 ədəd 30 manat dəyərində meyvə şirəsi çəkən cihaz, 1 ədəd 20 (iyirmi) manat dəyərində vanna, 1 ədəd 20 (iyirmi) manat dəyərində əl arabası, ümumi dəyəri 50 (əlli) manat olan müxtəlif növ metal borular, 2 ədəd ümumi dəyəri 100 (yüz) manat olan kişi poluveri, iki ədəd ümumi dəyəri 70 (yetmiş) manat olan çılçıraq oğurladığını aşkar etmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə növbəti dəfə Bakı şəhərindən yaşadığı Gəncə şəhərindəki evinə gələn zaman İlqarın yenə evindən 1 ədəd böyük su qızdırıcı, 2 ədəd plastik pəncərə, 1 ədəd plastik qapı və hamam otağına aid 1 ədəd su kranını ümumilikdə isə 600 manat dəyərində əmlakını oğurladığını aşkar etmişdir. Oğurluq nəticəsində isə ona ümumilikdə 7360 manat dəyərində maddi ziyan dəymişdir. O, həmin vaxt evindən oğurluğu qohumu İlqarın etməsindən şübhələnmiş, lakin bu barədə onun özündən soruşsa da İlqar etiraf etməmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə şəhəri, “X19” adlanan ərazidə stamatoloji avadanlıq və alətlər mağazasının sahibidir. xx.xx.2021-ci il tarixdə saat 13-14 radələrində münasibəti olan İlqar onun mağazasına gələrək onun telefonu ilə kimləsə danışmaq istədiyini bildirmişdir. O də özünə məxsus 1200 manata işlək vəziyyətdə aldığı Huavei P 30 pro markalı mobil telefonu danışması üçün İlqara vermişdir. İlqar mobil telefonunu qulağına tutaraq danışa-danışa küçəyə çıxmışdır. Bir az keçdikdən sonra yadına düşmüşdür ki, mobil telefonu İlqara danışmaq üçün vermişdir. Bu səbəbdən o bayıra çıxmışdır ki, İlqardan telefonunu alsın. Lakin o bayıra çıxanda İlqarı küçədə görməmişdir. Bundan sonra o ətrafa baxmış, İlqarı tapmamışdır. Sonra o mobil telefonuna nə qədər zəng etsə də mobil telefonu heç kim açmamışdır. Ona məlum olmuşdur ki, İlqar etibarından suiistifadə edərək ona məxsus mobil telefonu danışmaq adı ilə alıb dələduzluq yolu ilə ələ keçirmişdir. Bu səbəbdən o İlqarın yaşadığı ünvana getmiş, lakin o, evdə olmamışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Kəpəz RPB-nə gələrək İlqarın ona məxsu mobil telefonu dələduzluq yolu ilə ələ keçirməsi barədə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində ona ümumilkdə 1200 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid1 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdən ofisiant kimi işlədiyi kafedən tanımışdır. Lakin həmin vaxtlar evli olduğuna görə İlqarla münasibətləri alınmamışdır. Lakin sonradan o boşanmış və 2020-ci ilin oktyabr ayından İlqarla birlikdə qeyri-rəsmi yaşamağa başlamışdır. Həmin vaxtdan o İlqarla birlikdə onun yaşadığı evdə yaşamağa başlamışdır. İlqarın yaşadığı həyətdə dayısına məxsus digər bir ev olmuşdur. İlqar isə həmin həyətdə olan başqa evdə anası ilə birlikdə yaşamışdır. İlqarın dayısı öldükdən sonra həmin evdə heç kim yaşamamışdır. Lakin dayısının arvadı Zərərçəkmiş şəxs1 məxsus əşyalar həmin evdə olmuşdur. İlqar isə ona əvvəldən həmin Zərərçəkmiş şəxs1 məxsus evi öz evi kimi təqdim etmişdir. Onunla evləndikdən sonra həmin evdə yaşayacaqlarını bildirmişdir. O isə İlqarın bu sözlərinə inandığına görə əlavə suallar verməmişdir. İlqarla birlikdə yaşadığı dövrdə anası tək qalmışdır. O hər gün səhər saatlarında İlqarın yaşadığı evdən çıxaraq anasının yanına Gəncə şəhəri, DOS 102, bina 142-də yerləşən 18 saylı evə gedərək anasına ev işlərində kömək etmiş və sonra İlqarla yaşadığı evə qayıtmışdır. O əvvəllər bir-iki dəfə İlqara yaşadıqları evin həyətində olan digər evdə yaşamağı təklif etmişdir. Lakin İlqar müəyyən səhvlər etdiyinə görə anasının həmin evdə yaşamasını ona icazə vermədiyini bildirmişdir. O bir neçə dəfə İlqarın həmin evin qapısını açaraq evə daxil olduğunu və orada olan əşyaları satmaq üçün apardığını görmüşdür. Bu barədə İlqara söz deyən zaman həmin əşyaların anasına məxsus olduğunu, pula ehtiyacı olduğu üçün aparıb satdığını bildirmişdir. Onun isə İlqarın həmin evdən oğurluq etdiyi ağlına gəlməmişdir. Ona həmin əşyaları öz şəxsiyyət vəsiqəsi ilə Lidiya adlı qadına satdığını bildirmişdir. Hərdən isə həmin evə əvvəllər tanımadığı, lakin adını sonradan öyrəndiyi Mətanət adlı qadın gəlmişdir. O İlqardan həmin qadının kim olmasını soruşan zaman, onların yaxın qohumunun olduğunu, həmin Mətanət adlı qadının evində yer olmadığı üçün müəyyən əşyalarını həmin evdə saxladığını, əşyalara nəzarət etmək üçün gəlib-getdiyini bildirmişdir. 2021-ci ilin dekabr ayının əvvəllərində adını sonradan bildiyi Lətafət adlı qadının yaşadığı evin həyətində səs-küy saldığına görüb çölə çıxmışdır. Həmin vaxt Lətafət adlı qadının ona məxsus evdən oğurluq olduğunu, oğurluq olmasında İlqardan şübhələndiyini bildirmişdir. O isə həmin qadına İlqarın həmin evin özünə məxsus olduğunu, onlar evləndikdən sonra həmin evdə yaşayacaqlarını bildirmişdir. Bu vaxt isə qadın ona demişdir ki, həmin ev ona məxsusdur. İlqar onun ölən ərinin bacısı oğludur. O həmin vaxt bilmişdir ki, İlqar yaşadıqları evin həyətində olan digər ikinci evdən oğurluq edirmiş. Sonradan isə İlqardan bu barədə soruşanda İlqar ona həqiqəti deməkdən utandığını və ona yalan danışdığını bildirmişdir. Bundan başqa, 2021-ci ilin dekabr ayının təxminən 14-15 ərəfələrində İlqar yaşadıqları evə gəlmiş, ona şəxsiyyətini təsdiq edən sənədi götürərək onunla birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermağa getməyini istəmişdir. O isə İlqarla birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermağa getmişdir. Həmin vaxt İlqar dostunun ona telefon verdiyini, telefonu sataraq anasına dərman alacağını, dostunun pulunu isə sonra işləyərək verəcəyini bildirmişdir. O da İlqarın anası Mənzərin dərmana ehtiyacının olduğunu bildiyi üçün İlqara inanmışdır. İlqar onun şəxsiyyətini təsdiq edən sənədlə birlikdə Huawei markalı telefonu Mərkəzi Univermaqda onun əvvəllər tanıdığı X12 100 manata satmışdır. Həmin pula isə İlqar anasına dərman almışdır. Yerdə qalan hissəsini isə hara xərclədiyini bilmir. Bu hadisədən bir gün sonra Vüsal adlı şəxs İlqarın yaşadığı evə gəlmiş, o çölə çıxmış və İlqarın evdə olmadığını demiş və İlqarı nə üçün axtardığını soruşmuşdur. Həmin şəxs adının Vüsal olduğunu, İlqarın onu aldadaraq Huawei markalı telefonunu ələ keçirdiyini bildirmişdir. O həmin vaxt İlqarın həmin telefonu Vüsal adlı şəxsi aldadaraq ələ keçirdiyini anlamışdır. İlqar bir neçə gün evə gəlmədiyinə və istifadəsində mobil telefon olmadığına görə onu tapa bilməmişdir. Sonradan isə məlum olmuşdur ki, İlqar polis əməkdaşları tərəfindən tutulmuşdur. O sonradan İlqarın özünün dediyinə görə təxminən həmin evdən oğurladığı əşyaları sataraq 500 manat ətrafında pul əldə etdiyini öyrənmişdir. Lakin İlqardan başqa həmin evə başqa şəxslərin girdiyini görməmişdir. İlqar həmin evə həmişə tək girirmiş və onu aldadaraq aralarında nikah olduqdan sonra anasının həmin evi onlara verəcəyini bildirmişdir. Bir iki dəfə İlqar götürdüyü əşyaları Lidiya adlı qadına satan zaman onunla birlikdə getməyini istəmişdir. O da İlqara etiraz etməmiş və İlqarla birlikdə Lidiya adlı qadının mağazasına getmişdir. O İlqara oğurluq əməlləri törətməkdə köməklik etməmişdir. Məhkəmə istintaqında şahid X10 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, Gəncə şəhəri Mərkəzi Univermaqda yerləşən ikinci əl telefon alqı-satqısı mağazasında işləyir. O ən çox işlənmiş və ikinci əl telefonların alqı-satqısını həyata keçirir. İkinci əl telefonlar adətən həmin telefonların sahibləri tərəfindən onlara şəxsiyyətlərini təsdiq edən sənəd əsasında satılır. Onlar isə həmin telefonları müəyyən qədər qazancla digər şəxslərə satırlar. Hər dəfə işlənmiş və ikinci əl telefonları alan zaman onu satan şəxslərdən oğurluq olub-olmaması barədə xəbərdarlıq edirlər. Həmin şəxslər isə hər hansı problem yaranacağı təqdirdə məsuliyyəti öz üzərlərinə götürdüklərini qeyd edirlər. O Diana adlı şəxsi təxminən 10 ildir tanıyır. O Univermaqda 20 ilə yaxındır telefon alqı-satqısı ilə məşğul olduğuna görə müştəriləri də çoxdur. Diananı da xeyli müddətdir tanıyır. Diana əvvəllər ondan telefon alıb-satmışdır. Sonuncu dəfə Diana dekabr ayının 14-15 ərəfələrində işlədiyi mağazaya gəlmişdir. Diana ilə birlikdə yaşayan İlqar adlı sevgilisinin Huawei P30 Pro markalı mobil telefonunun olduğunu, telefonun əlindən düşərək şüşəsinin və arxa tərəf üzlüyünün sındığını, həmin telefonu pula ehtiyac olduğuna görə satdıqlarını bildirmişdir. O isə Dianaya dəfələrlə oğurluq olub-olmadığını soruşmuşdur. Diana isə telefonun onun sevgilisi İlqara məxsus olduğunu bildirmişdir. O isə Diananı tanıdığına görə İlqarın yox, onun şəxsiyyətini təsdiq edən sənəd əsasında telefonu 100 manat qarşılığında onlardan almışdır. Sonra isə həmin telefonu əvvəllər tanımadığı şəxsə 200 manata satmışdır. O yalnız aldığı telefonların qeydiyyatını aparır, həmin telefonları satan zaman qeydiyyat aparmadığına görə kimlərə satdığını xatırlamır. Məhkəmə istintaqında şahid X16 elan olunmuş ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, ünvan 10 ünvanında yerləşən obyektdə işlənmiş köhnə əşyaların alqı-satqısı ilə məşğul olur. 25 noyabr 2021-ci il tarixdə saat təxminən 11-12 radələrində işlədiyi mağazaya yaşadığı evin yaxınlığında yaşayan əvvəllər tanıdığı İlqar adlı şəxs gəlmişdir. İlqar əvvəllər də onun mağazasına anasına məxsus əşyaları anasının razılığı ilə təxminən 4-5 ay əvvəl gətirərək satmışdır. O İlqarın anasını da əvvəldən tanımışdı. Həmin gün İlqar ona anasına məxsus ev əşyaları olduğunu bildirmiş və anasının ağır xəstə olduğu üçün həmin əşyaları sataraq dərman almaq üçün pul əldə etmək istədiyini demişdir. Belə olan halda o İlqarın sözlərinə inanmış və əvvəllər anasını ona zəng edərək İlqarın satdığı əşyaların ona məxsus olduğunu təxminən 4-5 ay əvvəl dediyinə görə o təkrar İlqarın anasına zəng vurmamışdır. İlqar ilk dəfə 25 noyabr 2021-ci il tarixdən başlayaraq 02 dekabr 2021-ci il tarixə qədər ev əşyaları gətirərək satmışdır. İlqar 4 ədəd iri boşqabı, 2 ədəd kağız qabını, 3 ədəd limon qabını, 2 ədəd adi şüşə gül qabını, 1 ədəd iri qaşığı, 5 ədəd dəmir materialından olan dəmir qaşığı xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 15 manat pul vermişdir. Daha sonra 1 ədəd nəlbəki ilə birlikdə stəkanı, 6 ədəd stəkanla birlikdə 1 ədəd su qrafini, 3 ədəd alüminium qazanı, 1 ədəd tort qabını xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 40 manat pul vermişdir. Daha sonra nəlbəki ilə birlikdə 12 ədəd stəkanı, 6 ədəd su stəkanı, 12 ədəd nəlbəki ilə birlikdə armudu stəkanı, 1 ədəd konfet qabını, 6 ədəd balaca boşqabı, 1 ədəd kağız qabını, 1 ədəd bpyük meyvə qabını, 2 ədəd balaca qırmızı çərəz qabını, 2 ədəd balaca ayaqlı mürəbbə qabını, 1 ədəd gül qabını, 6 ədəd nəlbəki ilə birlikdə madonnan stəkanı yenidən xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 20 manat pul vermişdir. Daha sonra 1 ədəd yataq örtüyünü, 12 ədəd madonna nəlbəki ilə birlikdə fincanı, 11 ədəd düz boşqabı, 12 ədəd digər düzə boşqabları, 2 ədəd qara çay qabını, 2 ədəd fincanı, 1 ədəd alüminium qazanı xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 30 manat pul vermişdir. Daha sonra Rusiya Federasiyasının istehsalı olan 22 ədəd boşqabı xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 25 manat pul vermişdir. Daha sonra 12 ədəd sadə boşqabı, 1 dəst dəm çaydanı şəkər və süd qabı ilə birlikdə, 5 ədəd fincanı, 6 ədəd böyük boşqabı, 6 ədəd çaşqanı xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 60 manat pul vermişdir. Daha sonra 1 ədəd termosu, 4 ədəd konfet qabını, 1 ədəd yağ qabını, 2 ədəd keramika materialından olan qazanı, 6 ədəd kasanı, 2 ədəd şüşə salat qabını, 12 ədəd şüşə boşqabı, 6 ədəd sadə stəkanı xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 40 manat pul vermişdir. Daha sonra 10 ədəd böyük ümumi boşqab, 12 ədəd rumkanı, 6 ədəd su stəkanı, 6 ədəd balaca kasanı, 3 ədəd su qrafinini, 2 ədəd boşqabı, 2 ədəd şəkər qabı, 23 ədəd balaca düz boşqabı yenidən xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında 75 manat vermişdir. Daha sona 18 ədəd müxtəlif formalı boşqabları, 1 ədəd kasanı, 1 ədəd şəkər qabını, 1 ədəd elektrik isidicisini, 3 ədəd alüminium aşsüzəni, 4 ədəd çərəz qabını yenidən xx.xx.2021-ci il tarixdə ona satmış və qarşılığında o İlqara 35 manat pul vermişdir. İlqar müəyyən vaxtlar onun mağazasına Diana adlı bir qızla gəlmişdir. Müəyyən vaxtlarda isə satdığı əşyaları Dianaya məxsus şəxsiyyəti təsdiq edən sənəd əsasında satmışdır. Əksəriyyətini isə İlqarın özünə məxsus şəxsiyyət vəsiqəsi ilə almışdır. İlqar həmin əşyaları ona satan zaman ümumiyyətlə onların oğurluq yolu ilə əldə edildiyini deməmişdir. O İlqardan əldə etdiyi əşyaların hamısını xüsusi qeyd dəftərində tarixləri, sayı və digər əlamətlərinə görə qeyd etmişdir. Həmin dəftəri baxış keçirilməsi üçün istintaqa təqdim etmiş, lakin ona satdığı əşyaları istintaqa təqdim edə bilməmiş, çünki həmin əşyaların alınması üçün o İlqara ümumilikdə 420 manat pul vermişdir. Həmin əşyalardan 28 noyabr 2021-ci il tarixdə aldığı 1 ədəd yataq örtüyünü və 12 ədəd nəlbəki ilə birlikdə fincanı satmışdır. O Təqsirləndirilən şəxs yuxarıda qeyd etdiyi hadisədən əvvəl tanımışdır. İlqar onun yaşadığı evin yaxınlığında yaşamışdır. Məhkəmə istintaqında şahid X13 ifadəsində göstərmişdir ki, 02 dekabr 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-də saxlanılan Gəncə şəhəri, Ş.Bahəddin küçəsi döngə 1 ev 17 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı ünvanda qanunsuz olaraq silah sursat saxlaması barədə daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq silah sursat saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında Gəncə şəhər Baş Polis idarəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid4, həmin idarəsinin kiçik inspektoru Şahid7 və Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin komandiri Şahid6, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-də saxlanılan Təqsirləndirilən şəxs, Gəncə şəhər BPİ-nin MSY-nin əməkdaşları və Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsinin baş təhqiqatçısı Eldəniz Məmmədov ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana yəni ünvan 11 X9 tərəfindən Təqsirləndirilən şəxs evində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər vardırsa təqdim etməsi təklif edilmişdir. Baxışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvanda partlayıcı maddə olan qumbara olmasını bildirmişdir. Sonra X9 tərəfindən həmin ünvanda yaşayış olub olmaması soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs həmin ünvanda qeyri rəsmi yaşadığı X6 da həmin ünvanda yaşadığını bildirmişdir. Bundan sonra həmin darvaza döyülmüş və evin həyətindən qadın səsi gəlmişdir. Darvazanı açan qadın özünü X2 təqdim etmiş, Diana Mehdiyevadan evə baxış keçirilməsinə etirazı olub olmaması soruşulmuş, Diana da öz növbəsində evə baxış keçirilməsinə etiraz etməmiş və baxışda iştirak etmək istəmədiyini bildirmişdir. Evin darvazası evin birinci mərtəbəsinə açılmış, darvazadan içəri daxil olduqda sağ tərəfdə ikinci mərtəbəyə qalxmaq üçün taxta pilləkənlər olmuşdur. Birinci mərtəbə ilə təxminən 10-12 metr qarşıya sola doğru gedərkən evin birinci mərtəbəsinə təxminən 2-3 pilləkən düşərək solda olan ağ rəngli taxta qapısı olan istifadə olunmayan otağa daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin otağın girişində sol tərəfdə olan güzgülü termonun aşağı hissəsinin açıq gözündə olan quru çay saxlamaq üçün olan dəmir qutunun içərisində olan 1 ədəd qumbaranın və həmin qumbaraya məxsus alışdırıcısının (zapalın) olmasını bildirmişdir. Qeyd olunan qutunu Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-nin komandiri Şahid6 tərəfindən götürülmüş və qapağını açarkən onun içərisində bir ədəd qumbara və bir ədəd qumbara alışdırıcısı (zapalı) müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs digər otaqda da qumbara alşıdırıcısı (zapalı) olduğunu bildirmişdir. Həmin otağın girişindən sağa doğru ikinci otağa doğru gedilmiş və həmin otaqda olan dolabın sağ hissəsində olan syürməni açaraq, qumbara zapalının həmin süyürmədə şəffaf rəngli polietilinin içərisində olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi polietilin kəsiyinin içərisində 4 ədəd qumbara alışdırıcısı (zapalı) və istifadə edilmiş 8 ədəd tapança patronu gilizləri aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşya olub olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunla qadağan edilmiş digər predmet və ya əşya olmadığını bildirmişdir. X9 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 1 ədəd qumbaraya bənzər, 5 ədəd qumbara alşdırıcısına bənzər və 8 ədəd tapança gülləsi gilizinə bənzər əşyaları haradan əldə etdiyi soruşulmuş, Təqsirləndirilən şəxs həmin döyüş sursatlarının 1993-cü ildə dünyasını dəyişmiş atasından qaldığını bildirmişdir. Həmin qumbara və zapalları saxlamasının heç bir səbəbi olmadığını bildirmişdir. İki dəfə məhkum olunduğu üçün bir daha məhkum olmaqdan qorxaraq həmin əşyaları polis orqanlarına təhvil vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş döyüş sursatları qara rəngli polietilin torbaya qoyulmuş, həmin torba boş zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin möhürü ilə möhürlənmiş və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və protokol tərtib edilmişdir. Məhkəmə istintaqında dindirilmiş digər Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru Şahid7 şahid X13 ilə eyni məzmunlu ifadə verərək X8 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid4 elan olunmuş ifadəsindən görünür ki, o, şahid X13 ilə eyni məzmunlu ifadə vermiş və şahid X8 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında dindirilmiş digər Gəncə şəhər BPİ-nin PPXT-nin komandiri Şahid6 şahid X13 ilə eyni məzmunlu ifadə verərək X8 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid9 ibtidai istintaqa verdiyi ifadəsindən görünür ki, hazırda Azərbaycan Respublikasm DİN-in CPA-nın 7-ci Patrul Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 19 sentyabr 2022-ci il tarixdə Qaraçuxur qəsəbəsi Mədən küçəsində yerləşən “Əfsun” şadlıq sarayının yaxınlığında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmışlar. Özlərini təqdim edən zaman həmin vətəndaş özünü qeyri-adekvat aparmış, soruşduqda bu vəziyyətdə olduğunun səbəbini soruşduqda narkotik vasitə istifadəçisi olduğunu və hal-hazırda üzərində narkotik vasitə olduğunu bildirmişdir. O və onunla xidmət aparan DİN-in CPA-nm 7-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid8 ilə birlikdə adını İlqar kimi təqdim edən şəxsi 32-ci Polis Bölməsinə dəvət etmiş və orada müyyən olunmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Həmin şəxsin qanunsuz olaraq narkotik vasitə saxlamasına görə Suraxanı RPİ-nin 32-ci Polis Bölməsində video çəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı keçirən prosessual şəxs tərəfindən hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi və saxlanılması qanunla qadağan olunmuş əşya və predmetin könüllü surətdə təqdim olunması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 (bir) ədəd büküm kütləni təqdim edərək bildirmişdir ki, təqdim etdiyi bir ədəd büküm kütlə narkotik vasitə olan tiryəkdir. Həmin büküm təhqiqatçı tərəfindən götürülmüş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan tiryəki kimdən və haradan əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqında ifadəsi elan edilmiş digər Şahid8 ifadəsindən görünür ki, o, da Şahid9 ilə eyni məzmunlu ifadə verərək Şahid9 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Həmçinin, məhkəmə istintaqında ifadəsi elan edilmiş digər Şahid5 Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi və odlu silahın aşkar edilib götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən həmin cinayət əməllərinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 03 dekabr 2022-ci il tarixli 16/1362 nömrəli məhkəmə-ballistik ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, döyüş sursatı hesab edilən, hücum təyinatlı qəlpəli РГД-5 əl qumbarasının hissəsi-gövdəsidir və təyinatı üzrə istifadəyə yararlıdır. Təqdim edilmiş beş ədəd prdemet qəlpəli Ф-1, РГ-42, РГД-5 əl qumbara gövdəsinin partladılması üçün istifadə edilən, zavod üsulu ilə istehsal edilmiş, УЗРГМ alışdırıcısıdırlar və təyinatı üzrə istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilən 1(bir) ədəd РГД-5 qəlpəli əl qumbara gövdəsinə, onun komplekt hissəsi olan və tədqiqata təqdim edilmiş bir ədəd УЗРГМ qumbara alışdırıcısı bağlandıqda döyüş sursatı hesab edilən, 1 (bir) ədəd hücum təyinatlı qəlpəli РГД-5 əl qumbarasını təşkil edir. Tədqiqata təqdim edilən 8 (səkkiz) ədəd predmet zavod üsulu ilə istehsal edilmiş, 7,62 mm kalibrli Naqan sistemli revolverlərdə istifadə edilmək üçün nəzərdə tutulmuş patronların hissəsidirlər-gilizidirlər. Hazırkı vəziyyətdə döyüş sursatı hesab edilmirlər və istifadəyə (atəşə) yararsızdırlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 mart 2022-ci il tarixli 9/981 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd saç feninin qiyməti 25 manat, şirəli qazan dəstinin qiyməti 40 manat, sadə qazan dəstinin qiyməti 30 manat, 2 dəst çay servisinin qiyməti 100 manat, çay stəkanları 4 dəstinin qiyməti 120 manat, “Tefal” markalı qazan dəstinin qiyməti 40 manat, 4 ədəd dəmir tavanın qiyməti 120 manat, 5 ədəd “Kent 4” markalı siqaret bağlaması 185 manat, 6 litr tutumlu mis samovarın qiyməti 160 manat, 1 ədəd termosun qiyməti 20 manat, 1 ədəd drelin qiyməti 15 manat, 1 ədəd perforatorun qiyməti 40 manat, 1 ədəd laqondanın qiyməti 30 manat, sovet istehsalı olan işlənmiş paltaryuyanın qiyməti 40 manat, təzə vəziyyətdə 6 litr tutumlu mis samovarın qiyməti 130 manat, 1 ədəd vedrə 10 manat, alüminium materialından olan aşsüzənin qiyməti 10 manat, mis materialından olan aşsüzənin qiyməti 15 manat, 2 ədəd alüminium ləyənin qiyməti 20 manat, iri ölçülü alüminium qazanın qiyməti 15 manat, 5 ədəd təzə kilidli qapı tutacağının qiyməti 75 manat, üzərində olan hidraforla birlikdə “Marquis” markalı su nasosunun qiyməti 45 manat, kabab çəkmək üçün manqalın qiyməti 40 manat, 15 ədəd manqala aid paslanmayan materialdan hazırlanmış şişin qiyməti 15 manat, neftlə işləyən bəzəkli lampanın qiyməti 10 manat, taxta materialından olan divar saatı 15 manat, mis qaşığın qiyməti 5 manat, iri ölçülü taxta qaşığın qiyməti 5 manat, əl arabasının qiyməti 20 manat, 1 ədəd “Huawei P30 pro” markalı mobil telefonun qiyməti 500 manat müəyyən olunur. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 30 adda əşyaların 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1935,0 manat müəyyən edilir. Digər əşyalar barədə kifayət qədər məlumat (marka, modeli, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 6/5333 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,503 qram olan tünd-qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin Məhkəmə-psixiatrik ekspertizasının 27 yanvar 2022-ci il tarixli 54 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs özünükəsmələrlə müşayitə olunan şəxsiyyətin dissosial tip pozuntusu XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevroloji səviyyədə və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 21 yanvar 2023-cü il tarixli 94 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3-cü, 69.3, 70-ci maddəsinə əsasən 02 il 08 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzası şərti hesab edilmişdir. Bundan başqa o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-cü il tarixli 103 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixo-Nevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 9 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Dissosiativ tipli şəxsiyyət pozğunluğu” diaqnozu ilə dispnaserdə qeydiyyatdadır. Gəncə şəhəri Nizami RPİ-nə verilmiş əməliyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 məxsus evə qapıdan və evin ikinci mərtəbəsindən daxil olmaqla bir neçə dəfə oğurluq etmişdir. Oğurluq əməllərini tək törətmişdir. Hadisə baş verən ünvan onun yaşadığı evlə eyni həyətdə yerləşdiyinə görə hadisəni görən hər hansı şəxs müəyyən edilməmişdir. Bundan əlavə, Gəncə şəhəri Nizami RPİ-nə verilmiş əməliyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs qohumu Zərərçəkmiş şəxs1 məxsus evə qapıdan və evin ikinci mərtəbəsindən daxil olmaqla bir neçə dəfə oğurluq etmişdir. Oğurluq əməllərini tək törətmişdir. Hadisə baş verən ünvan onun yaşadığı evlə eyni həyətdə yerləşdiyinə görə hadisəni görən hər hansı şəxs müəyyən edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı əşyaları taksi avtomobili ilə Lidya Rafatova adlı şəxsin ikinci əl əşyalar mağazasına satmışdır. Həmin taksi avtomobillərinin nömrəsini, modelini və idarə edən şəxsləri müəyyən etmək mümkün olmamışdır. Həmçinin, cinayət işi üzrə əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs PQD-5 əl qumbarasını və “UZPQM” alışdırıcısının kimdən, haradan əldə etməsi hər hansısa bir cinayətin aləti kimi istifadə olunmasını müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs PQD-5 əl qumbarasını və “UZPQM” alışdırıcısını əldə etməsində ona kiminsə kömək etməsi, baş vermiş digər cinayətlərdə iştirak etməsi, narkotik vasitə tiryəki hansı mənbədən əldə etməsi, hər hansısa şəxslərə satıb-satmamsı və narkotik vasitəni əldə etməsində ona kiminsə köməklik etməsini müəyyən etmək mümkün olmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanlanmış ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ona vurulmuş maddi ziyanı tam ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təkrar yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmiş, aldatma və etibardan sui-istifadə etmə yolu ilə təkrar özgənin əmlakını ələ keçirərək dələduzluq etmiş, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq saxlamış və qanunsuz olaraq döyüş sursatını əldə edib daşıyaraq saxlamaq cinayətində təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmədə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, maddi sübutlar, habelə digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmiş və düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və оnа həmin mаddələrin sаnksiyаsı həddində cəzа təyin оlunmаlıdır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 1-ci qrafasında asetilə edilən tiryək adlı narkotik vasitə şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla aşağı həddi isə 50 qram olması göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və zərərçəkmiş şəxslərə dəymiş zərəri tam ödəməklə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar olaraq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən, qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilməli, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 17.1-ci maddəsinə əsasən, həmin Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 23 dekabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 10 (on) gün olmaqla, cəmi 06 (altı) ay 14 (on dörd) gün həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 06 (altı) ay 14 (on dörd) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 06 (altı) ay 14 (on dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Bundan əlavə, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Belə ki, məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş “RQD-5” əl qumbarasının gövdəsi, 5 ədəd “UZRQM” alışdırıcısı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,403 qram narkotik vasitə olan asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin keçirilməsi, o cümlədən döyüş sursatı olan əl qumbarasının götürülməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin, 4 ədəd iri boşqab, 2 ədəd kağız qabı, 3 ədəd limon qabı, 2 ədəd adi şüşə gül qabı, 1 ədəd iri qaşıq, 5 ədəd dəmir materialından olan dəmir qaşıq, 1 ədəd nəlbəki ilə birlikdə stəkan, 6 ədəd stəkanla birlikdə 1 ədəd su qrafini, 3 ədəd alüminium qazan, 1 ədəd tort qabı, nəlbəki ilə birlikdə 12 ədəd stəkan, 6 ədəd su stəkanı, 12 ədəd nəlbəki ilə birlikdə armudu stəkan, 1 ədəd konfet qabı, 6 ədəd balaca boşqab, 1 ədəd kağız qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd balaca qırmızı rəngli çərəz qabı, 2 ədəd balaca ayaqlı mürəbbə qabı, 1 ədəd gül qabı, 6 ədəd nəlbəki ilə birlikdə madonna stəkanı, 1 ədəd yataq örtüyü, 12 ədəd madonna nəlbəki ilə birlikdə fincan, 11 ədəd düz boşqab, 12 ədəd digər düz boşqab, 2 ədəd qara çay qabı, 2 ədəd fincan, 1 ədəd alüminium qazan, Rusiya Federasiyasının istehsalı olan 22 ədəd boşqab, 12 ədəd sadə boşqab, 1 dəst dəm çaydanı (şəkər və süd qabı ilə birlikdə), 5 ədəd fincan, 6 ədəd böyük boşqab, 6 ədəd çaşqa, 1 ədəd termos, 4 ədəd konfet qabı, 1 ədəd yağ qabı, 2 ədəd keramika materialından olan qazan, 6 ədəd kasa, 2 ədəd şüşə salat qabı, 12 ədəd şüşə boşqab, 6 ədəd sadə stəkan, 10 ədəd böyük ümumi boşqab, 12 ədəd rumka, 6 ədəd su stəkanı, 6 ədəd balaca kasa, 3 ədəd su qrafini, 2 ədəd boşqab, 2 ədəd şəkər qabı, 23 ədəd balaca düz boşqab, 18 ədəd müxtəlif formalı boşqab, 1 ədəd kasa, 1 ədəd şəkər qabı, 1 ədəd elektrik isidicisi, 3 ədəd alüminium aş süzən, 4 ədəd çərəz qabı sahibi - Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 162,50 (yüz atmış iki manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 35 (otuz beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 210 (iki yüz on) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 228.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 178.2.2-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.1-ci maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 26 yanvar 2022-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 19 sentyabr 2022-ci il tarixdən 21 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün, 23 dekabr 2022-ci il tarixdən 03 iyul 2023-cü il tarixədək həbsdə saxlanıldığı 06 (altı) ay 10 (on) gün olmaqla, cəmi 06 (altı) ay 14 (on dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar: Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş “RQD-5” əl qumbarasının gövdəsi, 5 ədəd “UZRQM” alışdırıcısı müsadirə edilərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin; 4 ədəd iri boşqab, 2 ədəd kağız qabı, 3 ədəd limon qabı, 2 ədəd adi şüşə gül qabı, 1 ədəd iri qaşıq, 5 ədəd dəmir materialından olan dəmir qaşıq, 1 ədəd nəlbəki ilə birlikdə stəkan, 6 ədəd stəkanla birlikdə 1 ədəd su qrafini, 3 ədəd alüminium qazan, 1 ədəd tort qabı, nəlbəki ilə birlikdə 12 ədəd stəkan, 6 ədəd su stəkanı, 12 ədəd nəlbəki ilə birlikdə armudu stəkan, 1 ədəd konfet qabı, 6 ədəd balaca boşqab, 1 ədəd kağız qabı, 1 ədəd böyük meyvə qabı, 2 ədəd balaca qırmızı rəngli çərəz qabı, 2 ədəd balaca ayaqlı mürəbbə qabı, 1 ədəd gül qabı, 6 ədəd nəlbəki ilə birlikdə madonna stəkanı, 1 ədəd yataq örtüyü, 12 ədəd madonna nəlbəki ilə birlikdə fincan, 11 ədəd düz boşqab, 12 ədəd digər düz boşqab, 2 ədəd qara çay qabı, 2 ədəd fincan, 1 ədəd alüminium qazan, Rusiya Federasiyasının istehsalı olan 22 ədəd boşqab, 12 ədəd sadə boşqab, 1 dəst dəm çaydanı (şəkər və süd qabı ilə birlikdə), 5 ədəd fincan, 6 ədəd böyük boşqab, 6 ədəd çaşqa, 1 ədəd termos, 4 ədəd konfet qabı, 1 ədəd yağ qabı, 2 ədəd keramika materialından olan qazan, 6 ədəd kasa, 2 ədəd şüşə salat qabı, 12 ədəd şüşə boşqab, 6 ədəd sadə stəkan, 10 ədəd böyük ümumi boşqab, 12 ədəd rumka, 6 ədəd su stəkanı, 6 ədəd balaca kasa, 3 ədəd su qrafini, 2 ədəd boşqab, 2 ədəd şəkər qabı, 23 ədəd balaca düz boşqab, 18 ədəd müxtəlif formalı boşqab, 1 ədəd kasa, 1 ədəd şəkər qabı, 1 ədəd elektrik isidicisi, 3 ədəd alüminium aş süzən, 4 ədəd çərəz qabı sahibi - Zərərçəkmiş şəxs1 qaytarılsın; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,403 qram narkotik vasitə olan asetilə edilmiş tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və döyüş sursatı olan əl qumbarasının götürülməsi videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 162,50 (yüz atmış iki manat əlli qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X5, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 210 (iki yüz on) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar